Press "Enter" to skip to content

Bakının günü-gündən çoxalan saqqallı uşaqları – FOTO

Təhməz Təkin
Milli.Az

Bakının günü-gündən çoxalan “saqqallı uşaqları” – FOTO

Bu gün kitab oxuyana az rast gəlinsə də, əksəriyyətimiz orta məktəbdən belə olsa, böyük dramaturq Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi ilə tanışıq. Mirzə Cəlil kənddən şəhərə yağ, yumurta satmağa gətirən Kəblə Əzimin divarda çəkdiyi çızma-qaradan bəhs edən bu hekayə vasitəsi ilə savadsızlığa, nadanlığa qarşı çıxır, insanların biliksizliyini incə yumor hissi ilə tənqid edir.

Təəssüf ki, bu gün də “saqqallı uşaq”larımız az deyil və hətta onların sayı günü-gündən artmaqdadır desəm, yanılmaram. Mən divar yazanlardan danışmaq fikrində olmasam da, yaşlı-başlı insanların çoxumuzda təəccüb yaratdığı digər hərəkətlərinə toxunmaq istəyirəm.

Bu yaxınlarda şahidi olduğum bu hadisə mənə uşaqlığımızı xatırlatdı:

İşdən çıxıb evə gələrkən qəfil yaxınlığımda bərkdən pişik “miyoltusu” eşitdim. Bir qədər fikirli olduğum üçün bu səs məni səksəndirdi. Səs gələn tərəfə dönəndə təxminən 35-40 yaşlarında bir kişinin pişiyi təpiklə vurduğunun şahidi oldum. Məndən yaşca böyük olan həmin şəxsə yaxınlaşıb, pişiyin dilsiz-ağızsız heyvan olduğunu dedim. O isə cavabında: “Nə vaxt qarşıma qara pişik çıxır, həmişə ziyan görürəm”, – dedi. Çox təəssüfləndim. Onun qarşısına qara pişiklərin çıxmasına görə yox, hələ də içimizdə cahillik qaldığına görə!

Yəqin ki, hər kəsin ailəsində körpə uşaq var, yaxud olub və onların “xıxı” vaxtını hər biriniz görmüsünüz. Buna el arasına “ilanboğan” vaxt da deyirlər. Bir anlıq o insanın bu hərəkətini körpələrin cücəni ayağından, pişiyi quyruğundan tutub “vıyıldatması” ilə müqayisə etdim.

Son zamanlar Bakı simasını yetərincə dəyişib. Gözəlləşən şəhər fonunda elə hadisələrin şahidi oluram ki, bəlkə, büdcədən milyonlar ayrılıb öncə bu gözəlliyi pozan o adamların iç dünyasına “əl gəzdirilsin” kimi fikirlərə də düşürəm. Kaş ki bu, büdcəylə mümkün olsaydı.

. Dayanacaqda marşrut gözləmək mədəniyyəti hər ölkədə bir başqadır. Məsələn, düyü yeyərək dünyada hər sahədə inqilab edən yaponlarla elə kababdan “tıxıb” gözü qarnından qabağı görməyən bəzi həmyerlilərimizi müqayisə edim. O gün “Koroğlu” metrosundan çıxıb avtobus dayanacağına doğru getdim. İlk baxışdan dayanacaqda hər şey normal görünürdü. Günün istisi az qala adamın başını deşirdi. “Üstüaçıq” dayanacaqda qadınlı-kişili xeyli insan marşrut gözləyirdi. Elə bu an səs-küy qalxdı. Alçaq boylu “ağsaqqal”ın işıq dirəyinin kölgəliyinə qoyulan suyu tökərək ayaqqabısını yuyub, suyun qoyulduğu paketlə isə ayaqqabısını “parıldatdığını” gördüm. Səs-küyə səbəb də 55-60 yaşlı kişinin bu hərəkəti idi. Bunu görən avtobus sürücüsü sükan arxasından düşərək ona yaxınlaşdı: “Ağsaqqal, heç utanırsan?! Görmürsən ki, bu suyu səliqəli şəkildə paketə qoyub kölgəlikdə saxlayırlar ki, günün altında saatlarla dayanan dispetçerlər susuzluğunu yatırsınlar. Onlar ailəsinə çörəkpulu aparmaq üçün günün altında dayanır bütün günü, hələ sənin etdiyin hərəkətə bax! Üstəlik paketdə stəkan da var. Bunu görməmək olardı?! Bu hansı insanlığa sığar? Sən belə edəndən sonra cavanlara nə deyək?!” Sürücünün sözləri kişini qızardıb-bozartsa da, artıq nə o sudan əsər-əlamət var idi, nə də “ağsaqqallıq”dan.

Fikir verirsinizsə, hər iki hadisədə ayaqlarımız “sözümüzə baxmır”. Ya ayaqlarımız uzundur, ya da ayaqlarımızla düşünürük!

Qayıdıram dayanacağa – Bir neçə dəqiqə keçmişdi ki, marşrut göründü. Ətrafımda “həyatın canlandığını” hiss etdim. 20-25 yaşlı gəncdən tutmuş, 50-55 yaş arası kişilərə qədər marşrutda yer tutmaq üstündə əsl mübarizə başladı. Bir tərəfdə qapının açılmağını gözləyən həmcinslər, digər tərəfdə isə məzlum-məzlum günün istisindən yaxa qurtarmaq üçün acizanə növbə gözləyən qadınlar. Qapı açılar-açılmaz kişilər ən yaxın oturacaqlara əyləşdilər. Qadınların əksəriyyəti isə ayaq üstə qalmağa məcbur oldu.

Məgər bizim genimizmi dəyişdirildi, ya “genəlirik”, xəbərimiz yoxdur?! Yadımdadır, 5-6 yaşım olardı, marşruta minən kimi boş oturacaqda əyləşdim və anam üçün də yanımda yer saxlayaraq: “Mama, yer saxlamışam, gəl”, – demişdim. O zaman camaatın içində anam xeyli utanıb mənə: “Sən qalx, qadınlara yer ver, sən kişisən, oğlum. Kişilər qadınlara yol verər”, – dedi. Anamın bu sözləri o gün-bu gün qulağımda sırğa oldu”.

Bəs görəsən, qadını itələyib marşruta tullanan o “saqqallı” kişilər övladlarına hansı tərbiyəni, hansı məsləhəti verirlər?! Saqqaldan saqqala fərq var, əzizlərim, təki mədəniyyətimizi saqqal basmasın.

Təhməz Təkin
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bakının günü-gündən çoxalan “saqqallı uşaqları” – FOTO

Bu gün kitab oxuyana az rast gəlinsə də, əksəriyyətimiz orta məktəbdən belə olsa, böyük dramaturq Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi ilə tanışıq. Mirzə Cəlil kənddən şəhərə yağ, yumurta satmağa gətirən Kəblə Əzimin divarda çəkdiyi çızma-qaradan bəhs edən bu hekayə vasitəsi ilə savadsızlığa, nadanlığa qarşı çıxır, insanların biliksizliyini incə yumor hissi ilə tənqid edir.

Təəssüf ki, bu gün də “saqqallı uşaq”larımız az deyil və hətta onların sayı günü-gündən artmaqdadır desəm, yanılmaram. Mən divar yazanlardan danışmaq fikrində olmasam da, yaşlı-başlı insanların çoxumuzda təəccüb yaratdığı digər hərəkətlərinə toxunmaq istəyirəm.

Bu yaxınlarda şahidi olduğum bir hadisə mənə uşaqlığımızı xatırlatdı:

İşdən çıxıb evə gələrkən qəfil yaxınlığımda bərkdən pişik “miyoltusu” eşitdim. Bir qədər fikirli olduğum üçün bu səs məni səksəndirdi. Səs gələn tərəfə dönəndə təxminən 35-40 yaşlarında bir kişinin pişiyi təpiklə vurduğunun şahidi oldum. Məndən yaşca böyük olan həmin şəxsə yaxınlaşıb, pişiyin dilsiz-ağızsız heyvan olduğunu dedim. O isə cavabında: “Nə vaxt qarşıma qara pişik çıxır, həmişə ziyan görürəm”, – dedi. Çox təəssüfləndim. Onun qarşısına qara pişiklərin çıxmasına görə yox, hələ də içimizdə cahillik qaldığına görə!

Yəqin ki, hər kəsin ailəsində körpə uşaq var, yaxud olub və onların “xıxı” vaxtını hər biriniz görmüsünüz. Buna el arasına “ilanboğan” vaxt da deyirlər. Bir anlıq o insanın bu hərəkətini körpələrin cücəni ayağından, pişiyi quyruğundan tutub “vıyıldatması” ilə müqayisə etdim.

Son zamanlar Bakı simasını yetərincə dəyişib. Gözəlləşən şəhər fonunda elə hadisələrin şahidi oluram ki, bəlkə, büdcədən milyonlar ayrılıb öncə bu gözəlliyi pozan o adamların iç dünyasına “əl gəzdirilsin” kimi fikirlərə də düşürəm. Kaş ki bu, büdcəylə mümkün olsaydı.

. Dayanacaqda marşrut gözləmək mədəniyyəti hər ölkədə bir başqadır. Məsələn, düyü yeyərək dünyada hər sahədə inqilab edən yaponlarla elə kababdan “tıxıb” gözü qarnından qabağı görməyən bəzi həmyerlilərimizi müqayisə edim. O gün “Koroğlu” metrosundan çıxıb avtobus dayanacağına doğru getdim. İlk baxışdan dayanacaqda hər şey normal görünürdü. Günün istisi az qala adamın başını deşirdi. “Üstüaçıq” dayanacaqda qadınlı-kişili xeyli insan marşrut gözləyirdi. Elə bu an səs-küy qalxdı. Alçaq boylu “ağsaqqal”ın işıq dirəyinin kölgəliyinə qoyulan suyu tökərək ayaqqabısını yuyub, suyun qoyulduğu paketlə isə ayaqqabısını “parıldatdığını” gördüm. Səs-küyə səbəb də 55-60 yaşlı kişinin bu hərəkəti idi. Bunu görən avtobus sürücüsü sükan arxasından düşərək ona yaxınlaşdı: “Ağsaqqal, heç utanırsan?! Görmürsən ki, bu suyu səliqəli şəkildə paketə qoyub kölgəlikdə saxlayırlar ki, günün altında saatlarla dayanan dispetçerlər susuzluğunu yatırsınlar. Onlar ailəsinə çörəkpulu aparmaq üçün günün altında dayanır bütün günü, hələ sənin etdiyin hərəkətə bax! Üstəlik paketdə stəkan da var. Bunu görməmək olardı?! Bu hansı insanlığa sığar? Sən belə edəndən sonra cavanlara nə deyək?!” Sürücünün sözləri kişini qızardıb-bozartsa da, artıq nə o sudan əsər-əlamət var idi, nə də “ağsaqqallıq”dan.

Fikir verirsinizsə, hər iki hadisədə ayaqlarımız “sözümüzə baxmır”. Ya ayaqlarımız uzundur, ya da ayaqlarımızla düşünürük!

Qayıdıram dayanacağa – Bir neçə dəqiqə keçmişdi ki, marşrut göründü. Ətrafımda “həyatın canlandığını” hiss etdim. 20-25 yaşlı gəncdən tutmuş, 50-55 yaş arası kişilərə qədər marşrutda yer tutmaq üstündə əsl mübarizə başladı. Bir tərəfdə qapının açılmağını gözləyən həmcinslər, digər tərəfdə isə məzlum-məzlum günün istisindən yaxa qurtarmaq üçün acizanə növbə gözləyən qadınlar. Qapı açılar-açılmaz kişilər ən yaxın oturacaqlara əyləşdilər. Qadınların əksəriyyəti isə ayaq üstə qalmağa məcbur oldu.

Məgər bizim genimizmi dəyişdirildi, ya “genəlirik”, xəbərimiz yoxdur?! Yadımdadır, 5-6 yaşım olardı, marşruta minən kimi boş oturacaqda əyləşdim və anam üçün də yanımda yer saxlayaraq: “Mama, yer saxlamışam, gəl”, – demişdim. O zaman camaatın içində anam xeyli utanıb mənə: “Sən qalx, qadınlara yer ver, sən kişisən, oğlum. Kişilər qadınlara yol verər”, – dedi. Anamın bu sözləri o gün-bu gün qulağımda sırğa oldu”.

Bəs görəsən, qadını itələyib marşruta tullanan o “saqqallı” kişilər övladlarına hansı tərbiyəni, hansı məsləhəti verirlər?! Saqqaldan saqqala fərq var, əzizlərim, təki mədəniyyətimizi saqqal basmasın.

Təhməz Təkin

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.