Press "Enter" to skip to content

Satışın təşkili və idarə edilməsi

— Müştəriyə psixoloji olaraq təsir etmək, onu satın almağa təşviq etmək

Satış texnikaları

Satış-istehsal və ya var olan məhsulun yada xidmətin bir əvəz qarşılığında insanlara təhvil verilməsidir.

Pərakəndə satış- məhsulunu satış nöqtələrində ən çox sayda və istehlakçını satın almağa yönəldəcək ən ağıllı şəkildə və cazibədar şəkildə (vizual təqdimat, reklamlar, musiqi, mağaza anlayışı kimi) təqdim edə bilməkdir.

Pərakəndə satıcı: İş təşkili edən, satış öncəsi hazırlıq edən, müştərilərlə görüşərək satış əməliyyatını izləyən, satış sonrası əməliyyatı yoxlayan, bir sonrakı günə hazırlıq edən, peşə inkişafına bağlı fəaliyyətləri icra edən məsuliyyət sahibi şəxsdir.

Vəzifələri:
— İş sağlamlığı və iş təhlükəsizliyi ilə əlaqədar qaydalara uymaq.

— İş təşkilatı etmək.

— Müəssisənin ehtiyacı olan mal və xidmətin bazar araşdırmasını etmək.

— Müəssisəyə alınan məhsulların anbara təslim edilməsini təmin etmək.

— Ehtiyaclar və ehtiyatlar barədə məlumat almaq

— Satın alınacaq mal və xidmətlərin miqdarını, keyfiyyətini, xərcini, təslim tarixlərini və digər müqavilə şərtlərini araşdırmaq

Müəssisənin yığdığı məhsulların xüsusiyyətlərini bilmək.
— Anbara gələn malları sayaraq təslim almaq

— Anbarda istənilən malları sayaraq zamanında təslim etmək

— Məhsulun fond idarəsini və təqibini etmək

— Satılacak malları növlərinə görə təsnif

— Satışa təqdim ediləcək malları təslim almaq, qeydlərini tutmaq

— Malları rəflərə yerləşdirmək, vitrin təşkil edilməsinə köməkçi olmaq

— Müştəriyə psixoloji olaraq təsir etmək, onu satın almağa təşviq etmək

— Gündəlik satılan malları tökmək və satış dövriyyəsini hesablamaq

— Rəflərdəki malların vəziyyətinə nəzarət etmək

— Müştəri ehtiyaclarını təyin etmək

— Yeniliklərdən müştəriləri xəbərdar etmək

— Məlumat mübadiləsi üçün digər satış işçiləri ilə görüşüb söhbət etmək

— Məhsulun tanıdıcı materiallarını müştəriyə aparmaq

— Müştəriləri məhsulu almağa istiqamətləndirmək

— Məhsulun istifadəsi, ödəmə şərtləri və qiyməti mövzusunda müştərini məlumatlandırmaq

— Peşə inkişaf ilə əlaqədar fəaliyyətləri icra etmək

Satışın mərhələləri bunlardır:
— Satış əvvəli hazırlıq

— Müştərinin istək və ehtiyaclarını anlamaq üçün suallar soruşmaq

— Müvafiq məhsulu təqdim etmək

— Məhsul haqqında məlumat vermək

— Satış növlərinə görə satış etmək

— Suallara cavab vermək

— Kassa və qablaşdırma

— Satış sonrası xidmət

Satışda müvəffəqiyyətin düsturu:

Məlumat + Bacarıq + tutum = SATIŞ

Satış öyrənməyə açıq olanların işidir və davamlı fərdi inkişaf tələb edir. Satış işçisi müştərisindən işinə duyduğu sevgi və hörmət nisbətində maraq yaranır. Həyat enerjisiylə dolu və dünyaya müsbət baxan satıcılar müştəriyə müsbət istiqamətdə daha çox təsir edər. Satış müştərini razı etmə sənətidir və razı etmək üçün məlumat lazımdır. Satdığı məhsulla əlaqədar məlumat sahibi olan satıcısı daim uğurlu olacaqdır.

Müştərinin satıcıdan və mağazadan (firmadan) gözlədikləri bunlardır:
— Müştərilər ehtiyacları, məntiqləri və duyğuları səbəbiylə alış-veriş edərlər.

Satış komandalarının işi onların məntiqlərinə, ehtiyac və duyğularına uyğun məhsulu satmaqdır

— Müştəri istəklərinin və etirazlarının diqqətə alınmasını istər

— Özünə kobud davranılmasını qəbul edə bilməz

— Müştəri daim haqlıdır şüarı ilə yola çıxan firmaları seçər (hər zaman haqlı olmasa belə)

— Aldadılma və özünə məhsul haqqında yalan məlumat verilməsini qəbul edə bilməz

— Keyfiyyətli məhsulu uyğun qiymətə almaq istəyər

— Satış sonrası xidmətə əhəmiyyət verər

— Ən əhəmiyyətlisi ehtiyaclarına cavab verəcək və fayda təmin edəcək məhsulu almaq istər

Satışda; fərdi satış texnikalarının yanında müəssisənin tətbiq təşkilati satış texnikaları da çox əhəmiyyətlidir. Şəxsi satış ilə təşkilati satış texnikaları bir arada inkişaf etdirilərək müvəffəqiyyətli satış təmin edilə bilər.

Satışın inkişafı; istehlakçını satın almağa təşviq edici və satış işləridir.

Satış inkişaf etdirmənin məqsədləri aşağıdakılardır:
— Marka tanıdaraq marka asılılığı yaratmaq

— Fərq yaradaraq müştərinin rəqiblərə yönəlməsinin qarşısını almaq

— İctimaiyyətlə əlaqələri inkişaf etdirmək

— Fond dövr sürətini artırmaq

— Müştəri dəyəri yaratmaq və yeni müştərilər tapmaq

— Atılacaq vəziyyətdəki dəyərləri işlənə biləcək hala gətirmək

— İş birliyi təmin etmək

  • Teqlər:
  • marketinq
  • , marketinq strategiyaları
  • , satış texnikaları

Satışın təşkili və idarə edilməsi

Satış üzrə bacarıqlı şəxsləri şirkətə satışın təşkili və idarə olunması üzrə əməkdaşlığa dəvət edirik.
İş ofis daxilində biznes istiqaməti üzrədir.
İş prosesinə aiddir:
– Şirkəti təmsil etmək
– Satış menecerlərinin yetişdirilməsi
– Satışın planlaşdırılması və təşkili
– Şirkətin satışlarının satış texnologiyası ilə artırılması
– Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
– Müştəri xidmətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə olmağı üçün sərfəli təkliflərin hazırlanması
– Yeni müştərilərin cəlb edilməsi.
Namizədə tələblər:
– 21yaşdan yuxarı
– Ali təhsilli
– Satış üzrə minimum 1 il təcrübə
– Satış texnologiyasını dərindən öyrənmək
– Satışın təşkilini həyata keçirməyi bacaran
– Məsuliyyətli, dəqiq və diqqətcil olmalıdır
– Daima iş sahəsində inkişafda olan
– Ünsiyyət qurmağı bacaran.
QEYD:Ali təhsili olmayan, lakin bu sahədə özünə güvənən xanımlar və bəylər də müraciət edə bilərlər.
İş qrafiki:saat 10.00-17.00 həftəiçi 5 gün

Əlaqədar şəxs
Hikmət m
Bakı şəhəri

(050) 6245044

Paylaş Paylaş
Tarix: 19.02.2023

Comments are closed, but trackbacks and pingbacks are open.