Savad təlimi
Hazırda yazı vasitə və ləvazimatı aşağıdakılardan ibarətdir: dəftər, qələm, yumşaq qrafitli qara karandaş, rəngli karandaşlar, diyircəkli şagird qələmi, «Hüsnxət», «İş dəftəri», «Yazı nümunələri», dərs vəsaitləri, kalliqrafiya cədvəlləri, şəkilli əlifba, yazılı şriftlərlə kəsmə əlifba.
Mövzu : 2. Savad təlimi dövründə yazı . Bu dövrün məzmun və vəzifələri
Yazı təlimi I sinifdə əlifbanın öyrənilməsi işinə hazırlıqdan başlanır. Bu proses savad təlimi dövrünü əhatə edir. Həmin dövrdə yazı təlimi əlifba dərsliyinin sisteminə uyğun şəkildə qurulur. Bu prosesdə uşaq diqqətini müvafiq hərfin yazılışında ölçünü, formanı gözləmək, orfoqrafik səhvə yol verməmək və s. Kimi sahələrə yönəldir. Yazı vərdişləri II sinfin sonunadək inkişaf edir, təxminən 9 yaşında xeyli avtomatlaşır.
Ümumiyyətlə, ibtidai siniflərdə ana dili üzrə təlimin başlıca məqsədi uşaqları oxu və yazı texnikasına yiyələndirmək, onlara düzgün oxu və yazı vərdişləri aşılamaqdır.
SAVAD TƏLİMİ DÖVRÜNDƏ YAZI 1. Kalliqrafik cəhətdən düzgün yazı tədrisinin əsasları. Gözəl, səliqəli yazmaq hər bir məktəblinin yiyələnməli olduğu əsas bacarıqlardan biridir. Əksər hallarda şagirdlərin təlim müvəffəqiyyəti onun yazı bacarığına necə yiyələnməsindən asılı olur. Savad təlimi dövründə əsas məsələlərdən biri də şagirdlərin ilkin yazı vərdişlərinə yiyələnmələridir. Bu məqsəddən irəli gələn vəzifələr aşağıdakılardlr:
Hərflərin kalliqrafik cəhətdən düzgün yazılması və bitişdirilməsi;
Sözlərin və kiçik həcmli mətnlərin səhvsiz üzündən köçürülməsi.
Savad təlimi dövründə ilkin oxu təlimi səs təhlil-tərkib metodu ilə aparılır. Səsin heca tərkibində təqdim olunduğu bu metodun tətbiqini asanlaşdırmaq üçün əlifba təliminə hazırlıq dövründə fonematik təhlilə geniş yer ayrılmalıdır. Bu prosesdə nitqdəki cümlə sözlərə ayrılır, cümlədəki sözlərin sayı və ardıcıllığı müəyyən olunur, sözlər hecalara ayrılır, hecaların sayı və ardıcıllığı müəyyən olunur. Yəni savad təliminin ilk günündən yazı təlimi oxu təlimi ilə paralel gedir. Hərflərin necə yazılmasından asılı olmayaraq şagird hər hansı bir işarə vasitəsilə səsi düzgün əks etdirirsə, deməli, şagird yaza bilir. Şagird qrafik ünsürlərin köməyi ilə fikir və düşüncələrini ifadə edə bilirsə, o, yazının maddi əsasını mənimsəyib və onu savadlı hesab etmək olar. Yazının kalliqrafiyası onun ikinci cəhətidir. Şagird hərfləri necə gəldi deyil, əl yazısı qaydasında aydın, səliqəli yazırsa, düzgün bitişdirirsə, ara məsafəni, maililiyi, sətir xəttini gözləyirsə, rabitəli və sürətli yaza bilirsə, deməli, kalliqrafiya qaydalarına əməl olunur. Kalliqrafiya qaydalarına riayət etmək əmək mədəniyyətinin tərbiyəsində də mühüm rol oynayır. Kalliqrafiya qaydalarına əməl olunması prosesində şagirdlər təlim əməyini təmiz, səliqəli, dəqiq yerinə yetirməyə çalışırlar ki, bu da onlarda öz əməklərinə hörmət tərbiyə edir. Kalliqrafiya qaydalarına riayət etməyin üçüncü mühüm cəhəti şagirdin qrammatik hazırlılğı, nitqinin, dünyagörüşünün inkişafı ilə bağlıdır
İbtidai siniflərdə ana dilinin tədrisi metodikasının ən mühüm sahələrindən biri düzgün yazı qaydayları, yəni orfoqrafiya təlimidir. Savadlılıq anlayışı şagirdlərin yazı qaydalarını nə dərəcədə mənimsəmələri ilə bağlıdır. Yazı təliminin metodik tələblərə uyğun şəkildə təşkili vacib şərtlərdəndir. Yazı təlimi şərti olaraq 3 mərhələyə bölünür:
“Analitik” mərhələdə şagirdlər yazı texnikası və onun əsas element ləri ilə tanış olurlar. Heca-səs təhlili əsasında şagirdlər sözlərdə səsləri və hecaları ayırır, onların hərflərlə ifadəsi ilə tanış olurlar. Bu mərhələ bütün hazırlıq dövrünü, samitlərin bir hissəsinin öyrənildiyi dövrü əhatə edir.
“Analitik-sintetik” mərhələsində səs-hərf təhlili hecanın, sözlərin, kiçikhəcmli cümlənin yazılması ilə müşaiyət olunur. Şagirdlərin diqqətinin birinin məzmunundan digərinin məzmununa keçməsi onlarda çoxlu qrafik nöqsanların baş verməsi ilə nəticələnir. III rübün ortalarında və ya sonunda artıq III mərhələyə keçilir.
“Sintetik” mərhələdə söz bütövlükdə yazılı ifadənin vahidi olur. Yazı prosesi sürətlənir. Şagirdlərin diqqəti yazının məzmununa yönəlir. “Əlifba” üzrə hərflərin öyrənilməsinədək şagirdlər hərflərlə tanış olurlar. Saitləri, sonralar samitləri öyrədərkən şagirdlərə dəftər verilir. Bu mərhələdə hərfin forması, hündürlüyü, aralarındakı məsafə, sətirdə maililiyin gözlənilməsi ilə yanaşı müəllimin əsas qayğısı şagirdlərdə 6 savadlı yazının formalaşdırılmasıdır. Burada çapetmə priyomunun böyük əhəmiyyəti var. Belə ki, əlifba təlimi dövründə yazı dərsi iki həssəyə ayrılır: a. hərflərin yazılması, yəni yazı texnikası; b. hecaların, sözlərin, cümlələrin yazılması. Oxu dərslərində çap hərflərlə yazı növündən istifadə olunur. Bu, oxu dərsinin bir hissəsinin yazı dərsinə köçürülməsinə xidmət edir. Kəsmə əlifba ilə ( əl yazısı) iş prosesində şagirdlərin düzgün yazı qaydalarına nəzarət etmək mümkün olur. Müəllim hər bir şagirdin fəaliyyətini qiymətləndirə bilir. Çapetmə üzrə iş aşağıdakı qaydada təşkil olunur: 1. “Çapetmə” dəftərdə söz və cümlələrin yazılışını qabaqlayır, uşaqları savadlı yazıya hazırlayır. 2. “Çapetmə” təşkil olunarkən işin müəyyən qaydasına və ardıcıl – lığına riayət olunur. Şagirdlər hərflə tanış olduqdan sonra vərəqdə onun böyük və kiçik şəklini yazır, sonra düzünə və tərsinə hecaları, üçhərfli sözləri, 4-5 hərfli açıq və qapalı hecalı sözləri və nəhayət cümlə yazırlar. 3. “Çapetmə” səhvləri xəbərvermə üçün hazırlıq xidmətini görür. Dəftərdə yazıya başlamazdan əvvəl yazının əsas qaydası işlənir. Şagirdlər “çapetmə” zamanı əsas diqqətlərini heca, söz və cümlələrin düzgün yazılmasına yönəldirlər. 4. “Çapetmə” təlimin müəyyən mərhələsində zəruridir. Qrafik vərdişlər inkişaf etdikdən sonra şagirdlər eyni cəldliklə yazılı və çap şriftlərlə yaza bilərlər. Artıq əlifba təlimi başa çatdıqda birincilər təkcızıq dəftərdə kalliqrafik cəhətdən düzgün yazmağı və orfoqrafiya rejimini gözləməyi bacarırlar. 7 Yazı ilk növbədə orfoqrafik cəhətdən savadlı, sürətli proses olmalı, yazan fikrini rabitəli və eyni zamanda düzgün şəkildə ifadə etməyi bacarmalıdır. Yəni, hərflərin yazılması texnikası əslində savad, elm deyil, savadlanmaq və elm öyrənmək üçün bir vasitədir. Məlumdur ki, yazı prosesində birincilərin diqqəti qrafik cəhətə yönəldiyindən başqa sahələrə, xüsusilə sözlərin düzgün yazılmasına nəzarət edə bilmirlər. Sözün səs-hərf tərkibini təhlil etməyə səy göstərildikdə kalliqrafiya qaydaları gözlənilmir, yazının keyfiyyəti aşağı düşür. Savadlı adam yazarkən diqqətini mətni dolğun verməyə. Cümləni üslubi cəhətədən düzgün qurmağa, orfoqrafiya və duğu işarələri tələblərini gözləməyə yönəldir. Yazı zamanı hərf və söz yazısı o qədər avtomatlaşır ki, qaydalar üzərində düşünməyə ehtiyac qalmır. Orfoqrafik vərdişlərin möhkəmləndirilməsində ən vacib cəhət yazı materiallarının seçilməsidir. Orfoqrafik vərdişlərin mənimsənilməsi zamanı şagirdlər ayrı-ayrı sözlərin yazılışını şüurlu şəkildə mənimsədikləri üçün, öz yazılarının dürüstlüyünü də yoxlaya bilir və səhvlərin sayı minimuma enir. Yazı qaydalarının qanunauyğunluqlarını yaxşı bilən, bu sahədə möhkəm vərdişlərə malik olan şagirdlər orfoqramları müstəqil şəkildə heç bir səhvə yol vermədən işlədə bilirlər. Orfoqrafik təhlil şagirdləri öz yazlarına, işlətdikləri bütün orfoqramlara diqqətli yanaşmağı adət etdirir. Şagirdlər Azərbaycan dili yazı qaydalarını dəqiq öyrənirlər. Təhlil zamanı çalışmaq lazımdır ki, seçilmiş mətnin içərisində öyrədiləcək orfoqramlara aid çoxlu nümunələr olsun. Bu və ya digər söz təhlil edilərkən şagirdlər bu sözün nə üçün bu şəkildə yazılmasını izah edə bilməlidirlər. Həm fonetik təhlil, həm morfoloji təhlil bu işdə mühüm rol oynayır. 8 Yuxarıda deyilənləri nəzərə alaraq deyə bilərik ki, orfoqrafik yazı vərdişlərinin əsası ilk yazı təlimi zamanı qoyulur. 4. Hüsnxət dərslərində əyanilik. Hüsnxət dərslərində əyani vəsaitdən geniş istifadə olunmalıdır. Hüsn-xət dərslərində əyanilik aşağıdakılar vasitəsilə həyata keçirilir:
Yazı taxtasında nümunəvi xəttin gözlənilməsi;
Müəllimin şagirdin dəftərində nümunə verməsi;
İş dəftərində yazı;
Bunların içərisində müəllimin yazı taxtasında nümunəsi birinci yeri tutur. Bu, bütün sinfin eyni vaxtda müşahidə aparmasına imkan verir. V.A.Saqlinə görə müəllimin yazı taxtasında ilkin nümunələri belə olmalıdır: Şəkillərdən göründüyü kimi nazik və şaquli xətlər bir-birindən eyni məsafədə yerləşməlidir. Bu çalışmanın yerinə yetirilməsindən əvvəl yazı taxtası əyani vəsaitə uyğun rənglənməlidir. Daha sonralar başqa cədvəldən istifadə etmək olar. 9 Cədvəldə müxtəlif növlü naxışlar, ovallar və yarımovallar verilmişdir. Şagird onların üzərində müşahidə apararaq baxış dairəsi ilə qavramağı öyrənməlidir. Şagirdlər onları əvvəl sağ, sonra sol tərəfə doğru səlis şəkildə çəkməyi, işi tam sərbəst və dəqiq, inamla yerinə yetirənədək təkrarlamalıdır. Çəp, düzxətli, üfüqi xətlər arasında məsafə dəqiq olmalıdır. Sonrakı nümunələr isə hərflərin yazılmasına yaxınlaşmaq imkanı verən şaquli və üfüqi vəziyyətdə, paralel xətlərin, yarımovalların, ovalların çəkilməsi, onların növbələşdirilməsindən ibarət olur. Müəllim hər dəfə sinfin diqqətini yazı taxtasına cəlb etdikdən sonra təbaşiri harada qoyub haraya tərəf apardığını, hərfin yazılışının harada başa çatdığını izah edir. Böyük hərflər dəftərdəkindən ən azı 10 dəfə böyük olmalıdır. Məktəblərdə hərflərin çap və yazılı şəkillərinin qarşılıqlı verildiyi əlifba cədvəllərindən istifadə olunur. Belə cədvəllərdə hərflərin çap şəkli daha qabarıq verildiyindən yazılı şəkli o qədər də diqqəti cəlb etmir. Ona görə də ayrıca əl yazısı cədvəlinin tərtib olunsa daha yaxşı olar. Günəş Ay Ulduz Bulud 10 Bundan başqa, şəkilli əlifbalardan istifadə olunması da səmərəli üsullardandır. Onları paylama materialı kimi də tərtib etmək olar. H h M m H h M m Həkim Müəllim Həkim Müəllim Belə əlifbada hərfin çap və əlyazısı, böyük və kiçik şəkli, qarşısında adı həmin hərflə başlayan əşya şəkli verilir. Kənd Ağac Çiçək 11 İ. Dov. Pə. Pi. Av. Traktor S. A . K . Yel . Q.. 12 T . . Tə . . . . Qı . . . Kalliqrafiya qaydalarına uyğun olmayan “nümunələrin” şagirdlərə təqdim olunması ziyankarlıqdan başqa bir şey deyil. Bu cədvəl və nümunələr şagirdlərdə yanlış təsəvvürlər yaradır və onların yazısına mənfi təsir göstərir.
Bir yazı dərsinin geniş icmalı və təhlili . Yazı dərsinin müxtəlif formaları var. Hərflərin yazılmasına həsr olunmuş dərslər onlardan biridir. Hərflərin yazılmasına həsr olunmuş dərsin quruluşu aşağıdakı kimidir:
1. Yazıya hazırlıq. Bu mərhələdə şagirdlərin partada düzgün əyləşmələri, dəftəri düzgün qoymaları, qələmi düzgün tutmaları yoxlanılır.
2. Keçmiş dərsin nəticələrinin elan olunması. Ən yaxşı işlər nümayiş etdirilir, xarakterik nöqsanlar göstərilir.
3. Giriş müsahibəsi. Dərsin mövzusu, məqsəd və vəzifələri elan olunur. Şagirdlərdə çalışmaya maraq və onun yerinə yetirilməsinə həvəs oyadılır.
4. Səsin sözdən ayrılması. Yeni səsin sözdən ayrılması üçün səs 13 tələffüz olunur, sözün səs quruluşu təhlil edilir, yeni səs tələffüz olunur. Kəsmə əlifba ilə həmin səsin yazılı şəklini ifadə edən hərfin böyüyü və kiçiyinin çap şəkli, sonra əl yazısı şəkli göstərilir.
5. Hərfin elementlərə ayrılması və elementin yazı taxtasında müəllim tərəfindən göstərilməsi.
6. Hərfin müəllim tərəfindən yazılması.
7. Partada əyləşmə, dəftəri qoyma, qələmi tutma qaydalarının təkrarı, bilək və barmaqların hərəkəti üzrə məşqlər.
8. Hərfin yazılışının möhkəmləndirilməsi. Dərsin bu mərhələsində hərfin yazılışı oxşar hərfin yazılışı ilə müqayisə edilir. Məsələn: S-Ş, BR, T-F, X-C və s.
9. Hərfin şagirdlər tərəfindən yazılması.
10.Tərkibində yeni hərfin olduğu sözlərin yazılması.
11. Yazının nəticələrinin müzakirəsi.
Düzgün yazı vərdişi aşılamağın mərhələləri
I sinifdə yazının mənimsənilməsi prosesi dörd mərhələ üzrə gedir.
Əlifba təlimi dövrü üçün xarakterik olan I mərhələ – yazıya hazırlıq, elementlərlə tanışlıq mərhələsi adlanır (element mərhələsi). Burada diqqət elementlərin düzgün yazılmasına yönəlir.
II mərhələ – hərfi mərhələdir. Burada şagirdlərin şüurunda hərfin bütöv təsəvvür olunması ön plana çəkilir.
III mərhələ – rabitəli yazı mərhələsidir. Bu mərhələdə diqqət hərflərin düzgün yazılma və bitişdirilməsi, onların hündürlüyü, meyli, sətir üzərində yerləşdirilməsi və hərflər arasında düzgün nisbətin gözlənilməsinə yönəlir.
IV mərhələ – Ən yüksək mərhələ – rabitəli və sürətli yazıdır. Bu dövrdə texniki, qrafik, orfoqrafik vəzifələrlə yanaşı, üslubi və məntiqi tələblər meydana çıxır. Bu mərhəlyə daha ciddi hazırlaşmaq tələb olunur.
Şagirdlər yazı təliminin bütün mərhələlərində yazı qaydalarına düzgün əməl etməlidirlər. Bunun üçün müntəzəm və ardıcıl iş aparılmalı, şagirdlər işin məsuliyyətini hiss etməli, düzgün yazmağa diqqət yetirməlidirlər.
«Savad təliminin sonunda şagirdlər dəqiqədə 20-25 sözdən ibarət cümlələri və mətni səhvsiz üzündən köçürməyi, 10-15 sözü, həmin həcmdə mətni diktəyə əsasən yazmağı bacarmalıdırlar» .
Yazı vasitə və ləvazimatları
Yazının keyfiyyətinin yaxşı olmasında yazı ləvazimatının düzgün seçilməsi mühüm rol oynayır. İbtidai təlim sistemi tarixində müxtəlif növ yazı ləvazimatından istifadə edilmiş, zaman keçdikcə bu ləvazimatlar təkmilləşdirilərək dəyişdirilmişdir.
Şagirdlərin təfəkkür fəaliyyətinə əsaslanan və təlim tapşırıqlarının sürətlə yerinə yetirilməsinə xidmət edən təlim sistemi yazı ləvazimatının dəyişdirilməsi vəzifəsini irəli sürdü: I sinifdə ikimil seyrək torlu, II sinifdən etibarən təkcızıq dəftərdən istifadə edilməsi məsləhət görüldü, adi qələmin mürəkkəblə işləyən avtomat şagird qələmi ilə (sonralar diyirçəkli qələmlə) əvəz olunması qərara alındı.
İbtidai siniflərdə, xüsusilə I sinifdə karandaşla yazmağa icazə verilməməlidir. Yazıya birbaşa tünd bənövşəyi rəngi olan qələmlə başlamaq lazımdır. Dəftərin kağızı sarı çalara malik ağ rəngdə olmalıdır.
Savad təlimi dövründə yazı ikimil seyrək torlu dəftərdə aparılmalıdır. Müəllim uşaqları dəftərlə, onun cildi, xətlənməsi, sətir xətti ilə tanış etməlidir. Bununla yanaşı, dəftər və qələmdən istifadə qaydası da başa salınmalı, qələmi düzgün tutmaq qaydası da öyrədilməlidir.
Hazırda yazı vasitə və ləvazimatı aşağıdakılardan ibarətdir: dəftər, qələm, yumşaq qrafitli qara karandaş, rəngli karandaşlar, diyircəkli şagird qələmi, «Hüsnxət», «İş dəftəri», «Yazı nümunələri», dərs vəsaitləri, kalliqrafiya cədvəlləri, şəkilli əlifba, yazılı şriftlərlə kəsmə əlifba.
Yazıya verilən gigiyenik tələblər
İbtidai siniflərdə, xüsusən I sinifdə yazıya verilən gigiyenik tələblərə riayət olunması vacib sayılır. Bu tələbləri Yəhya Kərimov belə adlandırır:
- Uşağın əyləşdiyi parta onun boyuna uyğun olmalıdır ki, qamətin düzgünlüyünü qorumaq mümkün olsun.
- Yazarkən düz əyləşmək, çiyinləri bərabər səviyyədə saxlamaq, sinəni partanın kənarına söykənməmək, sağ əllə yazarkən başı əzca aşağı və sola, sol əllə yazanda isə sağa əymək, dəftərlə göz arasında 25-30 sm məsafə saxlamaq lazımdır.
- Dəftər şagirdin qarşısında elə qoyulmalıdır ki, üzərində iş gedən səhifənin sol küncü döşün ortasına istiqamətlənsin. Dəftərin aşağı kənarı ilə partanın kənarı 25 0 -yə bərabər bucaq əmələ gətirməlidir.
- Yazı zamanı otaq yaxşı işıqlandırılmalı, dəftərə işıq sol tərəfdən (sol əllə yazan üçün sağ tərəfdən) düşməlidir ki, yazan əl işığın qarşısını kəsməsin.
- Qələm üç barmaqla tutulmalıdır: baş, şəhadət və orta barmaqla. Adsız və kiçik barmaq ovucun içinə əyilməlidir. Barmaqlarqələminucundan 1-1,5 smaralıqalmalıdır.
- Hər iki qol partanın üstünə qoyulmalı, dirsəklər partanın kənarından bir qədər çıxmalıdır ki, biləyin rahat hərəkət etməsi mümkün olsun. Sağ əllə yazdıqca, sol əl yavaş-yavaş dəftəri qabağa tərəf itələməlidir.
- Ayaqlar düzbucaq şəklində az bükülməli, pəncələr partanın ayaq altısına və ya döşəməyə qoyulmalıdır. Ayaqların sallanmasına və ya bir-birinin üstündən aşırılmasına yol verilməməlidir.
- Yazı işi uzun müddət davam etməməli, uşaqların yorulmalarına yol verilməməlidir.
Bir yazı dərsinin nümunəsi. Dərsin mövzusu: m hərfi
Dərsin planı: 1) m səsinin təkrarı. 2) Hərfin yazılı və çap şəklinin müqayisə edilməsi. Bu məqsədlə əlifba cədvəlindən, hərfin yazı taxtasında yazılmasından, yazılı kəsmə əlifbadan, nümunələrin uşaqlar tərəfindən plastilindən hazırlanmasından istifadə olunur. m hərfinin elementlərinə ayrılması, iş dəftərində və yazı taxtasında göstərilməsi. 3) Bazuönünün, biləyin, barmaqların inkişafı üçün gimnastik 14 təmrinlər. 4) Hərfin yazılması üzrə məşq; 5) Fiziki mədəniyyət dəqiqəsi; 6) Tərkibində m hərfinin olduğu sözlərin yazılması; 7) Dərsin yekunlaşdırılması. Dərsin gedişi: Müəllim: – Keçən dərsdə hansı yeni səsi öyrəndiniz? – Bu səs hansı hərflə ifadə olunur? ( m hərfi ilə) – Həmin hərfin sözün əvvəlində, ortasında və axırında işlənməsinə dair misallar deyin. – Kəsmə əlifbanın içərisindən m hərfini tapıb göstərin. – Bu m hərfinin çap şəklidir. İndi isə onu yazmağı öyrənək. – Uşaqlar, baxın, m hərfi hansı elementlərdən ibarətdir? – Tabaşiri yuxarı sətir xəttinin üzərində mail xəttin üstünə qoyub, həmin xətt boyu aşağı çəkirəm. Tabaşir aşağı sətir xəttinə çatanda saxlayıram. Sonra çəkdiyimizin xəttin ortasından başlayaraq yuxarıya doğru çəkilən, sonra mail şəklini alan aşağıya doğru yönələn ikinci paralel xətti çəkirik. Üçüncü xətt isə ikincinin təkrarı olaraq çəkilir, aşağıdan sağa doğru istiqamətlənir. Yazmazdan əvvəl yazı zamanı necə əyləşmək, əlləri, ayaqları necə qoymaq, başı, sisəni saxlamaq, dəftəri düzgün qoymaq, qələmi necə tutmaq qaydaları bir də təkrarlanır. Sonra müəllimin komandası altında şagirdlər sağ əlin şəhadət barmağını 6-7 dəfə qaldırıb endirirlər. Müəllim: – Uşaqlar, dəftəri maili qoyun. Elə edin ki, onun sol küncü sinənizin 15 ortasına tuşlansın. Hərfi yazmağa başlayın. Elə yazın ki, dəftərdəki nümunə mənim yazı taxtasındakı yazdığıma oxşasın. Sonra müəllim şagirdlərin yazdıqlarına baxıb, əlavə göstərişlər verir. Hərfdən üç sətir yazıldıqdan sonra ma am hecalarını və mal, mala sözlərini yazırlar. İş başa çatır. Müəllim ən yaxşı yazanların dəftərlərini nümunə kimi nümayiş etdirir.
Mövzu :3. Yazının düzgünlüyünü təmin edən tələblər.
- Yazının düzgünlüyünü təmin edən tələblər.
- Yazıya verilən texniki tələblər
- Yazıda genetik prinsip gözlənilməsi
- Kolliqrafiya haqqında ümumi məlumat
- Kolleqrafiya və hüsnüxət qaydaları
- Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997,2012
- Y.Ş.Kərimov. Savad təliminin metodikası. Bakı, 1996.
- Yazının düzgünlüyünü təmin edən tələblər.
Bu məqsədlə hər bir hərfin konfiqurasiyasının öyrədilməsi böyük əhəmiyyət kəsb edir. Bunun üçün müəllim hər dəfə hərfin yazılma prosesini – haradan başlanıb harada qurtarmasını göstərən cədvəldən istifadə etməlidir. Məs,qeyd edək ki, iş dəftərində bu xüsusi göstərilmişdir. Müəllimə bu işə şagirdlərin diqqətini cəlb etmək qalır.Tədricən şagirdlərə hər bir hərfi necə yazdıqlarını, onları sözdə digər hərflərlə necə birləşdirdiklərini öyrətmək də zəruridir. Bu zaman hər bir hərfin özündən əvvəl və sonra qələm müxtəlif formalı bitişdirilmə qaydaları öyrədilməlidir.
Yazının düzgünlüyünün təmin olunmasında mailliyin gözlənilməsi də öyrədilməlidir. İş dəftərlərindəki ilkin çalışmalar, bu vərdişin yaranmasına xidmət edir. Yazıda diqqəti cəlb edən məsələlərdən biri də yazının rabitəliliyinin gözlənilməsidir.
Şagirdlərin rəvan, sürətli və rabitəli yazmalarını təmin etmək üçün onların əl hərəkətlərinə sərbəstlik vermək lazımdır. Yazıda kalliqrafik vərdişlərə düzgün yiyələnən şagirdlər sonrakı rabitəli yazılarda çətinlik çəkməmələri aydın məsələdir.
- Yazıya verilən texniki tələblər.
- Yazarkən qələmi rahat, boş tutmaq, şəhadət barmağın sərbəst hərəkətinə imkan vermək lazımdır. Qələmi bərk sıxanda barmaqlar tez yorulur, əl əsir, nəticədə hərfin forması təhrif olunur. Qələm dəftərə bərk basıldıqda maneə artığından sürət azalır.
- Hərflərin hündürlüyünün bərabəri gözlənilməlidir.
Əli məktəbə getdi.
- Ayrı-ayrı heca və sözlərdə hərflərin eninə görə bərabərliyi (m hərfi müstəsna olmaqla) təmin edilməlidir.
- Yazının sağa tərəf mailliyinə fikir verilməlidir.
- Hərflərarasında normal məsafə gözlənilməlidir; hərflə- hərfarasında bir hərfin yarısı eninə (təxminən 1,5-2 mm ) məsafə olmalıdır.
- Sözlər arasında normal məsafə gözlənilməlidir.
- Yazarkən sətir xətti gözlənilməlidir. Yəni sətir xəttindən aşağı və ya yuxarı çıxmaq olmaz.
- Hecalar və sözlər imkan daxilində rabitəli yazılmalı, qələm mümkün qədər dəftərdən ayrılmamalıdır.
- Yazıda genetik prinsipin gözlənilməsi.
II – IVsiniflərdə hərflərin yazılışı üzrə iş genetik prinsip üzrə aparılır.
Genetik prinsipə görə hərflərin yazılışı əlifba dərsliyindəki düzülüş sisteminə əsaslanmır. Bu prinsipə görə hərflərin yazılışındakı oxşarlıq və çətinliyin artması əsas götürülür. Belə qruplaşdırma yazı prosesində kolliqrafik qaydaların gözlənilməsində assosiasiyasını təmin edir, hərflər qruplarla öyrədilir. Onlar qruplaşdırılarkən qrafik oxşarlıq elementlərin yazılmasında hərəkətlərin ümumiliyi əsas götürülür.
Genetik prinsipə görə bu hərflər belə təsnif edilir:
- ıi, u, ün,m, v, t, h, p, j, y, f
- U, Ü, V, A, M, N
III. I, İ, J, Y, L, Z
Əvvəlcə hər bir qrupa daxil olan hərflərin bir-biri ilə bitişdirilməsi üzrə iş gedir:
Iqrup: it, min, tum, fit…
IIqrup: od, ad, ağ, baba, qabaq, dağ, bağ, dad…
IIIqrup: keç, çek, cek, el…
IVqrup: əs, səs, əssə, şəxs…
Genetik prinsip üzrə bölgünü daha kiçik qruplara ayırmaq mümkündür.
Təhsil
Kaspi Uşaq Bağçasında məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur.
Proqrama uşaqlarda sosial–emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqında, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışlarının mənimsədilməsi, dinləmə, danışıq, ilkin oxu və yazı bacarıqlarının, rəqəmlər və sadə hesablamanın öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Kaspi Uşaq Bağçasında təhsil orta qruplarda (3-4 yaş), böyük qruplarda (4-5 yaş) və məktəbə hazırlıq qruplarında (5-6) aparılır.
Proqram aşağıdakı məşğələləri əhatə edir:
- Savad təlimi
- Nitq inkişafı
- Sadə riyazi təfəkkürün inkişafı
- Məntiqi təfəkkürün inkişafı
- Ətraf aləmlə tanışlıq
- İntelektual oyunlar
- Uşaq ədəbiyyatı, nağıllar aləmi
- İngilis dili
- Rəsm
- Əmək
- Musiqi
- Fiziki tərbiyə
Ana dili (savad təliminə hazırlıq və nitq inişafı)- Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifad etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir. Ilkin başlanğıcda lazım olan vasitələr: təbaşır, rəngləmələr, karandaşlar, plastilin və s. istifadə etməklə uşaqların barmaq əzələləri möhkəmləndirilir, onlara sərbəst şəkildə qələm tutmağı, müxtəlif ştrixlər, xəttlər, fiqurları çap şəklındə hərflər yazmaq öyrədilir.
Riyaziyyat və məntiq (sadə riyazi təsəvvürlərin və məntiqi təfəkkürün inkişafı)-uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması başlanğıc pillə kimi əsas yer tutur. Riyaziyyat məşğələləri uşaqların məntiqi təfəkkürünü daha yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma, miqdar,rəqəmlər və hesablama kimi biliklərə yiyələnirlər.
Ətraf aləmlə tanışlıq- Bu məşğələdə məqsəd uşaqlarda ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürləri düzgün formalaşdırmaqdır. Uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq məqsədi ilə doğma diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri, dövlətimiz, onun prezidenti, dövlət atributları haqqında ilkin məlumatlar verilir.
Uşaq ədəbiyyatı-uşaqların təlim-tərbiyə işində böyük imkanlara malikdir.Uşaqlarda yaradıcılıq qabiliyyətini üzə çıxardır. Bir-birindən maraqlı nağıl və şeirləri öyrənən uşaqlar kiçik sadə kompozisiyalar qura bilirlər.
İntelektual oyunlar-Didaktik və intellektual oyunlar zamanı uşaqlarda müşahidəçiliyi, diqqətin düzgünlüyünü, onların təsəvvürlərinin yoxlanılması və möhkəmləndirilməsi, təfəkkürün itiliyi, eşitmə diqqəti inkişaf etdirilir.
Rəsm, Əmək (təsviri fəaliyyət) –Estetik inkişafın əsasında uşaq yaradıcılığı, uşaq fantaziyası durur. Bu zaman uşaq fəaliyyətinin müxtəlif növləri-oyun, rəsm, yapma, quraşdırma, applikasiya mühüm əhəmiyyət kəsb etməklə onların təfəkkür və təxəyyülünün inkişafına təkan verir, idrak və yaradıcı fəallığını inkişaf etdirir.
Comments are closed, but trackbacks and pingbacks are open.