Lüm yoxdur, ayrılıq var – İsa Muğanna
İsa müəllim o maraqlı hadisəni təfsilatı ilə xatırlayırdı. O vaxtlar “Azərbaycan gəncləri” qəzetində hekayə müsabiqəsi keçirilirdi . Gənc yazıçı da ” Arx ” adlı hekayəsini o mötəbər sənət müsabiqəsinə göndərir. Həmin zamanlar İsa Hüseynov Azərbaycan Dövlət Tibb İnstitutunun birinci kursunu yarımçıq buraxıb artıq universitetin filologiya fakültəsinə daxil olmuşdu . Münsiflər heyətinin sədri, xalq yazıçısı Əli Vəliyev onun oxuduğu universitetə – ədəbiyyat dərnəyinin rəhbəri professor Cəfər Xəndana zəng açmış, tələbə-yazarı qəzetin redaksiyasına çağırtdırmışdı.
Sevinc muğanna isa hüseynovun snt möcüzsi
İsa Muğanna : ustad
ömrünün ədəbi-əbədi yazısı
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, müxtəlif illərdə keçmiş SSRİ-nin, eləcə də müstəqil respublikamızın “İstiqlal”, “Qırmızı əmək bayrağı” və başqa ordenlərilə təltif olunmuş, yazdığı bədii nəsr nümunələrilə – “Cığırlar”, “Dərd”, “Zəhər”, “Dəfn”, “Arx” və s. hekayələri, “Saz”, “Tütək səsi”, “Teleqram”, “Quru budaq”, “Kollu koxa”, “Şəppəli”, “Başa düşə bilmirəm”, “Ömür karvanı”, “Faciə”, “Hinkir-Minkir”, “Bəşərin taleyi” kimi povestləri, “İdeal”, “Məhşər”, “Ölüm-dirim”, “Qəbiristan”, “İlan dərəsi,” “GürÜn”, “Cəhənnəm”, “İsahəq, Musahəq” romanları, həmçinin çoxsaylı oçerk, məqalə, kinossenari, dram əsərləri ilə ötən əsrin ikinci yarısından milli bədii söz sənətində “yeni nəsr”in başlanğıcını (xalq yazıçısı Anar) qoyan İsa Hüseynov – Muğanna ilə görüşmək mənim çoxdankı arzum idi. Hələ bir neçə il bundan əvvəl iyunun 12-də görkəmli nasirin dünyaya göz açmasının 80-ci yayı tamam olan ərəfədə onunla görüşmək mənə nəsib oldu �
Bir vaxtlar redaksiyanın tapşırığı ilə yubiley materiallarını hazırlamaq üçün getmişdim böyük yazıçının, az qala , qalasına çevirdiyi mənzilinə. Çox qəribə idi ki , yazıçının beşinci mərtəbədə yerləşən mənzilinə qalxanda da , pillələrlə aşağı – həyətə enəndə də bir məşhur zərbi-məsəl beynimdə fırlanırdı: ” Doğma xalqının arasında “Peyğəmbər” olmaq qeyri-mümkündür “�
Muğannayla – xalqımızın bu maraqlı, hələ öyrənilməli, tədqiq edilməli gözəl sənətkarı ilə bizim düz altısaatlıq bir söhbətimiz alındı. Çox mövzulardan danışdıq: millətimizi düşündürən lokal məsələlərdən tutmuş , bəşəriyyətin qar şı laşdığı qlobal problemlərə qədər. F əqət arada mən redaksiya tapşırığını da unutmadım. Ədəbiyyat adamlarımızı, xüsusən də yeni nəsil oxucuları maraqlandıran İsa Hüseynov – Muğanna kimi sənətkarın ədəbi-fəlsəfi görüşləri, xüsusən də milli s ö z sənətimizin çox mürəkkəb, eyni zamanda , zəngin bir dövrü barədə – ötən yüzilliyin ikinci yarısı haqqında olan hissələri diktofonumun lentinə köçürə-köçürə düşünürdüm : biz necə də maraqlı bir zəmanənin övladlarıyıq. Sonralar həmin görüşün məndə oyatdığı təəssüratları iki materialda – elmi məqalə və ədəbi söhbət formasında – “Ədəbiyyat qəzeti”nin 2003-cü il iyun saylarında işıq üzü gördü �
� İsa Hüseynov – Muğanna : nurani bir sima , baxışlarından müdrikliyə işarə olan işıq və əlbəttə, saf insanlara məxsus xəfif təbəssüm, ən əsası isə yaradıcı intellektual düşüncə sahibi kimi 80 illik həyatının çox böyük hissəsini – 60 ilini milli ədəbi-bədii s öz sənətimizə, böyük ədəbiyyata həsr edib . Bir kulturoloq kimi şəxsən mənim üçün çox maraqlıdır ki , ömrünün bahar çağında ədəbiyyatdakı kövrək addımlarını 1949-cu ildə, indiki “Azərbaycan” dərgisində çap olunmuş ” Anadil ötən yerdə” oçerki ilə atan İsa Hüseynov nə üçün ilk öncə realist nəsrə meyl göstərirdi? Hər halda , əlimizin altında olan ədəbiyyata aid sorğu kitablarında məhz belə yazılıb – yazıçı qələmini məhz ilk dəfə bədii nəsrdə sınayıb. İsa müəllimin özünün etiraflarına görə, “�Mən heç təsəvvür etməzdim ki , nə vaxtsa əlimə q ə ləm alıb əsər, hekayə, yaxud roman yazacağam . Ötən əsrin qırxıncı illərinin sonunda vətən haqqında bir şeir yazdım və göndərdim keçmişdə rəsmi mətbu orqanı sayılan ” Kommunist ” qəzetinə. O zamanlar “Kommunist”də Rza Şahvələd adlı bir yazıçı işləyirdi və onun imzası ilə mənə standart cavablı bir məktub gəldi: “Sən yaza bilərsən, çoxlu mütaliə elə�”
Sevincimin həddi-hüdudu olmasa da , bu hadisəni çox tez unutdum . Qazağın Kəsəmənli kəndində yerləşən məktəbin direktoru Səlim Şəndilli adlı ədəbiyyat müəllimi söz sənətinə olan həvəsimi görüb mənimlə yaxından maraqlanmağa başladı. Müharibədən sonrakı illər idi . Aclıq dövrü olduğundan ərzaqdan korluq çəkən kəndimizdə çoxları kimi , Səlim müəllim də həyətyanı sahəsində qarğıdalı əkmişdi. Bir dəfə Səlim müəllim bizim sinif uşaqlarını həyətinə işləməyə apardı. Yeri gəlmişkən, mənim atam İkinci Dünya müharibəsinin iştirakçısı kimi çox tanınmış bir adam idi . Bu fakt isə mənim mütaliəyə olan marağımı şiddətləndirmişdi: belə tanınmış adamın oğlu oxumalı, savadlı olmalı idi . Nə isə, Səlim müəllim bütün uşaqları işlətsə də, mənə heç nə tapşırmadı. Səbəbini soruşanda , əlindəki bir kitabı mənə uzadıb qayıtdı ki , al , bunu diqqətlə oxu . Latın qrafikası ilə nəşr olunmuş qalın bir kitab idi . Stivensonun “Dəfinələr adası” romanını səhər Səlim müəllimə qaytaranda ona qəribə gəldi: “Niyə qaytarırsan?” Cavab verdim ki , oxuyub başa çatdırmışam. O mənə Puşkinin ” Kapitan qızı” adlı nəsr toplusunu bağışladı. Beləliklə, mənim ədəbiyyata olan həvəsim böyük marağa , sonra isə güclü məhəbbətə çevrildi �”
Əslində, bayaq qeyd etdiyimiz ” Anadil ötən yerdə” oçerki yazıçının mətbuatda işıq üzü görmüş ilk əsəri deyildi . Tədqiqatçı, yeri gəlmişkən, həm də Muğannanın qızı Sevinc Muğanna sənətkarın arxivində işləyən zaman maraqlı bir faktı üzə çıxarıb. Sonralar dəqiqləşdirilib ki , İsa Hüseynovun hələ 1947-ci ildə ” Arx ” adlı ilk hekayəsi qəzetdə işıq üzü görüb �
İsa müəllim o maraqlı hadisəni təfsilatı ilə xatırlayırdı. O vaxtlar “Azərbaycan gəncləri” qəzetində hekayə müsabiqəsi keçirilirdi . Gənc yazıçı da ” Arx ” adlı hekayəsini o mötəbər sənət müsabiqəsinə göndərir. Həmin zamanlar İsa Hüseynov Azərbaycan Dövlət Tibb İnstitutunun birinci kursunu yarımçıq buraxıb artıq universitetin filologiya fakültəsinə daxil olmuşdu . Münsiflər heyətinin sədri, xalq yazıçısı Əli Vəliyev onun oxuduğu universitetə – ədəbiyyat dərnəyinin rəhbəri professor Cəfər Xəndana zəng açmış, tələbə-yazarı qəzetin redaksiyasına çağırtdırmışdı.
Tanınmış nasir ona : “Təbrik edirəm, müsabiqəyə yolladığın hekayən bəyənilib. Get kassadan mükafatını al !” – deyəndə İsa Hüseynov həm sevindi , həm də təəccübləndi. Hekayənin ikinci variantını yazmağı ondan tələb etdikdə isə yaman şübhələnmişdi. O vaxtkı ” konfliktsiz ” ədəbiyyatıyla heç düz gəlməyən, ölümlə, bədbinliklə qurtaran hekayənin bəyənilməyinə heyrətlənə-heyrətlənə əlli manatlıq qonorarını alan gənc yazıçı tələbə yoldaşlarına pivə qonaqlığı vermişdi . Daha sonra yonulub , ixtisar olunmuş , əcaib şəklə salınmış – özgələşmiş ” Arx ” hekayəsini bəlkə də buna görə unutmuşdu İsa müəllim�
Öz yerlisi sayılan l dövrün tanınmış yazıçısı Mehdi Hüseynlə tanışlığının isə gənc istedadın sonrakı yaradıcılıq inkişafına xüsusən təsiri oldu . ” Anadil ötən yerdə” oçerki ” İnqilab və mədəniyyət” – indiki “Azərbaycan” jurnalında işıq üzü görəndən sonra baş redaktor Mehdi Hüseyn onu yanına çağırıb heyrətlənmişdi: “Səni tənbeh eləyəcəm. Oçerki niyə öz atandan yazmısan?!”
Dilli-dilavərli cavan kimi o dəqiqə söyləmişdi: ” Mehdi müəllim, çünki atamı yaxşı tanıyıram!” Onun bu sözlərinə Mehdi qağa şaqqanaq çəkmişdi. Sonralar onlar hər dəfə görüşəndə, o söhbəti yada salan tanınmış yazıçı gülərdi. Bu əhvalat isə o vaxtdan dilə-ağıza düşmüşdü �
� İsa Hüseynovun atası müharibədən qayıdandan sonra məşhur Qarayazı meşəsini bərpa etmək, Qazaxdan Gürcüstana – Poylu körpüsündən başlamış düz Tiflisə qədər uzatmaq fikrinə düşmüşdü . O vaxtlar yaradıcı gənc kimi böyük ədəbiyyatla güclü maraqlanır, çoxlu mütaliə edir və qeyri-ixtiyari yazmağa can atırdı.
Universitetin dördüncü kursunda oxuyanda təhslini davam etdirməkdən ötrü İsa Hüseynovu Moskvaya – Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna göndərirlər. O zaman Ədəbiyyat İnstitutunun direktoru Azərbaycan yazıçılarının yaxın dostu , məşhur tənqidçi Pyotr fateyev idi .
Onunla görüşləri zamanı hansı kursda oxumaq istədiyini soruşub köməyini yazıçıdan əsirgəməmişdi. Onlar başqa bir istedadlı şairlə – Nəbi Xəzri ilə bir kursda oxuyurdular . Moskva illərinin onların, xüsusən də ədib kimi İsa Hüseynovun dünyagörüşünün formalaşmasında sənətkar baxışlarının zənginləşməsində xüsusi təsiri, böyük izləri oldu . İsa Hüseynov o illərdə hətta ” Bizim qızlar” adlı özünün indi art ıq bəyənmədiyi – povestini rusca yazıb Moskvada nəşr etdirmişdi . Rus və dünya alimlərinin bəşəriyyətin mədəniyyəti, tarixi , xüsusən də Şərqlə bağlı çox nadir kitablarını oxuyan , fəlsəfəni dərindən öyrənən yazıçının qarşısında belə bir dilemma vardı: sənətkar kimi formalaşmaq üçün Şərq, Azərbaycan-türk ədəbi-estetik d əyərlərini əsas götürməli, yoxsa Avropa-rus kulturoloji ənənələrinin təsirinə düşməklə millilikdən uzaq , ultraçağdaş əsərlər yaratmalı�
Məhz belə bir məqamda “qızıl ortaq ” fəlsəfəsi onun karına gəldi: artıq püxtələşməkdə olan yazıçı hər ikisinin vəhdətindən bəhrələnməyə üstünlük verdi ki , bu da onun sonrakı yaradıcılığında özünün böyük izini buraxmış oldu . Xüsusən də milli ədəbiyyatımız tarixində nisbətən yeni janrlar sayılan avropatipli bədii povest və romanlarında Muğanna dünya söz sənətinin bütün istiqamətlərinin izlərini ustalıqla əks etdirməyi bacardı�
İsa Hüseynov geriyə – Bakıya qayıtdıqdan sonra yenicə bitirdiyi ” Dan ulduzu ” povestini jurnal redaksiyasına təqdim etsə də, baş redaktor Mehdi Hüseyn üç dəfə əsəri geri qaytardı ki , üstündə yenidən işləməli. Səbəbi ilə maraqlananda , ustad ədəbiyyatçı cavab vermişdi : “Əsərin “meydanı” ilə iştirakçıların çoxluğu uzlaşmır”.
Doğrudan da belə idi : hələ də peşəkar ədəbiyyatçı kimi yaxşıca püxtələşməmiş İsa Hüseynovun bu kiçik povestində çoxlu bədii surət yaradılmışdı. Bu , əslində, onun üçün ilk əsl böyük sənət dərsi idi . Söz yox ki , Moskva illəri İsa Hüseynova böyük həyat və ədəbiyyat bilgiləri vermişdi . İndinin özündə də Muğannadan jurnalistlər soruşanda ki , ” Dünya və rus ədəbiyyatından hansı sənətkarları qəbul edirsiz ?” – Ədibin cavabı birmənalı olur : ” Rus ədəbiyyatında Tolstoyu , Dostoyevskini , Turgenevi sevə-sevə mütaliə etmişəm, fransızların “naturalistlər” məktəbindən Balzak , Mopassan , Zolya və başqa yazıçılara əvvəlcə vuruldum . Romanın texnikası və poetikasını onlardan öyrənmişəm. Amma yaradıcılığımın sonrakı – peşəkar dövründə öz fərdi sənət yolumu tapdım və o yolla da irəliləməyə başladım”�
İsa Hüseynov böyük ədəbiyyata gələndə Azərbaycanın da daxil olduğu sabiq SSRİ məkanında çox mürəkkəb, ziddiyyətli proseslər baş verirdi . İkinci Dünya müharibəsindən sonrakı illərdə planetdə iri iqtisadi-siyasi mərkəzləri sayılan böyük dövlətlərin güc nümayiş etdirməsi nəticəsində beynəlxalq geosiyasi məkandakı gərginliyi də buraya əlavə etsək, onun bir yazıçı kimi ədəbiyyat meydanına qədəm qoyması müxtəlif müqavimətlərlə qarşılandı.
Düzdür , ötən əsrin 50-ci illərinin əvvəllərində hələ açıq meydan , siyasi “mülayimləşmə” yox idi . Belə bir mürəkkəb dövrdə ” konfliktsiz ” ədəbiyyata qarşı ilk dəfə çıxan İsa Hüseynov oldu . Məhz ondan sonra ” yeni nəsr” adlanan ədəbi hərəkat başlandı ki , onu da inkişaf etdirənlər “altmışıncılar”ın nümayəndələri sayılan Anar , Əkrəm Əylisli, Elçin , Yusif Səmədoğlu və başqa istedadlı ədiblər oldu . Nasirin o zamanlar çapdan buraxılan kitablarının və əsərlərinin adına nəzər salanda , – ” Yanar ürək”, ” Doğma və yad adamlar “, ” Teleqram “, “Tütək səsi”, ” Kollu koxa “, “Məhşər” – maraqlı bir cəhəti müşahidə etmək mümkündür . Sənətkar sanki çürüməyə başlayan sabiq sovet dövlət sisteminə qarşı özünüzün sənətkar etirazınızı açıq-aşkar bildirməkdən çəkinmirdi�
Bunu da normal hal kimi qarşılamaq lazımdır . O, artıq ayılmışdı və yaxşı bilirdi ki , qəddar kommunistlərdən ibarət dövlət aparatı müxtəlif səbəbləri bəhanə gətirərək doğma əmilərini güllələmişdi . Hətta atasını da güllələyib adını qoymuşdular ki , ” ağır maşın qəzasına düşüb “. Əsl həqiqəti öyrənəndən sonra sovet sisteminə qarşı onda etiraz , hətta nifrət yaranmışdı .
1947-ci ildə sənətkar ən irihəcmli və möhtəşəm romanını – ” Yanar ürək ” əsərini yazmağa başladı . O əsərdən başlayaraq sonrakı romanlarına qədər sistemə qarşı şüurlu yazıçı etirazını ana xətt kimi göstərməyə çalışırdı . Bu əsərlərin demək olar ki , böyük əksəriyyəti həm realist planda yazılmışdı , həm də üsyankar xarakterli idi .
Məhz bu səbəbdən İsa Hüseynov özünün şah əsərinin – ” Yanar ürək ” povestinin üzərində möhkəmcə işləmiş , sonralar onun ədəbi-estetik konsepsiyasını dəyişərək ” İdeal ” romanı şəklinə gətirmişdi . Məsələn , romanın son variantında Soltan Əmirli kimi əsas surətin üstündən tamam xətt çəkilib �
� İsa Hüseynov imzasıyla vaxtilə oxuculara təqdim olunan bir sıra nəsr nümunələrindən imtina edən Muğannanın ” İdeal ” romanının çoxlu sayda variantları var ki , onların da müqayisəli tədqiqata cəlb olunmasına böyük ehtiyac duyulur . Müəllifin bildirdiyinə görə , ” İdeal ” romanının sonuncu kamil variantı əlyazma şəklindədir və zamanını , bəlkə də xeyriyyəçisini gözləyir ki , işıq üzü görsün �
� Muğanna əsas fəlsəfi kredosu olan ” Dünya düzəlməsə , insan düzəlməz ” ideyasını , özünün təbliğ etdiyi ” SafAğ Elmi ” – Kainat həqiqətlərini açıqlayan ” SafAğ ” romalar silsiləsini – ” Ən şər – mən şər “, ” İdeal “, ” Cəhənnəm “, ” GurÜn “, ” İsahəq , Musahəq “, əsərlərində tarixə , zamana , bəşəriyyətin keçdiyi mərhələlərə , dilə özünəxas baxışları , bənzərsiz fikirləri fəlsəfə , kulturologiya , tarix , etnoqrafiya , linqvistika , siyasətşünaslıq , məntiq və s. elm sahələrinin qəribə sintezinə aiddir . İsa Hüseynov – Muğanna ilə bir canlı polemikamız zamanı onun maraqlı fikirləri ilə yazımı bitirmək istəyirəm :
– Ustad , sizcə , çağdaş ədəbiyyatın qarşısında hansı qlobal problem durur ?
– � Nəinki ədəbiyyatın , həm də dünyanın – bəşəriyyətin qarşısında çox mühüm bir vəzifə durur : qloballaşma və dünyanın birləşməsi �
– � Əgər yazıçı olmasaydız �
– � Mümkün deyil . Yazı ilə məşğul olmaq göylərdən gələn əmrdir . Mənsə o göstərişi yerinə yetirirəm – insanlara ali həqiqətin sirlərini çatdırıram �
P.S. Ədibin arxivindən tapılmış və ” Ədəbiyyat qəzeti”ndə çap edilməsi üçün özü tərəfindən mənə ərməğan edilən ” Kor quyu ” adlı kiçik hekayəsi , əslində , bu kulturoloji essenin məntiqi davamı kimi də qəbul oluna bilər .
Aydın Xan ( Əbilov )
Ədəbiyyat qəzeti .- 2014.- 9 may.- S.4-5.
Ölüm yoxdur, ayrılıq var – İsa Muğanna
Anlamaq istədiyim və çox sevdiyim Xalq yazıçısı, ssenarist, kino-redaktor, “Nəsimi” filminin ilk laureatı, Əməkdar İncəsənət xadimi İSA MUĞANNAnın xatirə günüdür.
Rəhmətlə xatırlayaq.
Anar – AYB sədri:
“İsa Hüseynovun vəfatı ədəbiyyatımız üçün çox böyük itkidir. Şəxsən mənim üçün çox böyük itkidir. Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım. O, Azərbaycanda yeni nəsrin yaradıcılarından və öncüllərindən biri idi. Hər kəsin örnək saydığı bir yazıçı idi. İnsan kimi də son dərəcə nəcib, saf və gözütox bir insan idi. Onun xatirəsi mənim üçün hər zaman əziz olacaq.”
Əsas olan öz qəlbindəkilərini yazmaqdır.
Qeyri-adi adamıydı İsa Muğanna. Onunla söhbətdən insan doymazdı. Üz-gözündən nur tökülürdü sanki. Həm bu dünyadaydı, həm də yox. Öz söhbətləri özünə də zövq verirdi. Nə isə. Tək-tək doğulan adamlardandı. Yazıçıydı, şair idi, Allah adamıydı.
İsa Muğanna 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Atası Mustafa Hüseynov məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilən “Ana dil oxuyan yerdə” yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26-lar”, “Nəsimi”, “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nizami”) filmlər çəkilmiş, əsərləri bir çox xarici dillərə tərcümə olunmuşdur. “26-lar” filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır. “Saz”, “Teleqram”, “İdeal”, “Cəhənnəm” və s. əsərləri Azərbaycan nəsrinin incilərindən sayılır.
İSA MUĞANNAnın xatirələrindən:
– Mən əvvəlcə Tibb Universitetinə qəbul oldum, həkim olmaq istəyirdim. Ancaq elə oldu ki, orda müəllimlərdən biri kobud rəftarı ilə məni bezdirdi. Təhsilimi yarımçıq qoydum. Atama məktub yazdım ki, mən bu gün universiteti tərk elədim, burda bir müəllim vardı, onun bizimlə rəftarı xoşuma gəlmədi. Sonralar atam məni qohumumuz Mehdi Hüseynin yanına gətirdi, biz əmi uşağı idik, məni ona tapşırdı. Mehdiyə dedi ki, gör bundan nəsə çıxarsa qalsın burda. Sonra bir qohumum vardı, o mənə məsləhət gördü ki, Filalogiya fakültəsinə sənədlərimi verim. Onun sözünə qulaq asıb sənədlərimi verdim və qəbul olundum, beləcə təhsil almağa başladım.
O vaxt Bakıda qohumumgildə qalırdım, bir gün Mehdi Hüseyni qohumum çağırdı ki, Ay Mehdi, bu bizim başımıza oyun açır, gecə səhərəcən çırağı yandırıb yazır, neft işlədir, gəl gör bu nə yazır? O da gəldi qalın dəftərlərimi götürüb baxdı. Dedi dəftərin istədiyin yerindən bir cümlə oxu mənə. Dəftərin bir yerini açıb oxudum. Belə bir cümlə vardı ki, “yamyaşıl bahar otları onun ayaqları altında soğan kimi xışıldayırdı”. Bu təbiət təsviri M.Hüseynin çox xoşuna gəldi. Dedi yazmağa davam elə. Beləcə kiçik hekayələr yazmağa başladım.
Sonra oçerk yazdım, ilk oçerkimi atam haqqında yazdım. Mehdi mənə dedi ki, səni tənqid edəcəyəm, niyə məhz atan haqqında yazdın, başqa adam yox idimi? Mən də ona belə cavab verdim: “Çünki atamı yaxşı tanıyıram”. Ümumiyyətlə, yazıçı yaxşı bildiyi məsələlər haqda, mövzular, bələd olduğu insanlardan yazsa daha yaxşı olar. Beləcə, ədəbi mühitə atıldım, ilk povestlərim işıq üzü gördü, təqdir olunmağa, gənc yazıçı kimi tanınmağa başladım. Sonralar isə artıq tənqid atəşinə tutanlar tapıldı, sıxışdırılmağa başladım. Qınayırdılar ki, niyə Sovet ideologiyasını, həyatını tərənnüm edən əsərlər yazmırsan. Belə bir vaxtda da, məni müdafiə edənlərdən biri Mehdi Hüseyn oldu.
Bundan başqa, Mehdi müəllim bir dəfə məndən soruşdu ki, rusca bilirsənmi? Mən də cavab verdim ki, pis bilmirəm. Dedi onda səni göndərək Moskvaya get orda oxu, dünya ədəbiyyatını öyrən. Beləliklə, dördüncü kursdan məni göndərdilər Moskvaya Qorki adına Ədəbiyyat İnsitutuna və o mühitin həyatımda böyük rolu oldu. Dünya ədəbiyyatı ilə, qiymətli kitablarla ordakı yataqxananın kitabxanasında tanış oldum. Viktor Hüqodan müasir dünya ədəbiyyatına qədər ən görkəmli yazıçıların kitablarını oxudum və başa düşdüm ki, ədəbiyyat necə də çətin sahədir, bu sahədə təsadüfü adamlara yer yoxdur. Bir sözlə, M.Hüseynin mənim həyatımda çox böyük rolu oldu, o olmasaydı, bəlkə yazıçı kimi ortaya çıxa bilməzdim.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat edib.
Məkanı cənnət olsun.
Xatirələrdən:
Sevinc İsa qızı Hüseynli (Muğanna) – filologiya üzrə fəlsəfə doktoru:
On doqquz il atamla anamın övladı olmayıb. On doqquz ildən sonra mən dünyaya gəlmişəm. Təbii ki, on doqquz il az müddət deyil. Həmin müddət ərzində anamdan ayrılmamaq şərtilə atamı yenidən evləndirmək istəyiblər. Deyirlərmiş ki, evlən, səndən sonra bir nişanə qalsın. Qohumlar kənddə artıq atam üçün qız da tapıblarmış. Onda atam deyib ki, övladın olmamasının səbəbi məndədir, Firuzənin heç bir günahı yoxdur. Halbuki belə bir şey olmayıb. Uşağın olmama səbəbini heç özləri də bilməyiblər. Bundan başqa, atam mənim doğulacağımı yuxusunda görübmüş.
1968-ci ildə ziyalılardan ibarət bir qrup İstanbula səfər edir. Danışdıqlarından yadımda qalanlar görə, Qasım Qasımzadə xanımı ilə, Məsud Əlizadə xanımı ilə, Rəsul Rza xanımı ilə, atam da öz xanımı ilə bu səfərdə iştirak edirmişlər. Atam danışırdı ki, səfər zamanı bir gecə yuxuda gördüm, otağın küncündən bir qız uşağı mənə tərəf gəldi, çarpayının kənarından tutub çarpayıya çıxdı, qucağımda oturdu və üzünü söykədi qoluma. Uşağın hərarətini hiss edib yuxudan ayıldım. Ayılan kimi Firuzə xanımı da oyatdım ki, “oyan, sənin bir qız övladın olacaq və adını Sevinc qoyacağıq”. Bu sözləri eşidən anam pis olub, hətta ağlayaraq deyib ki, sən mənim yaramı niyə təzələyirsən? Mən artıq taleyimlə barışmışam. Bu hadisənin üstündən qısa müddət keçir və bəlli olur ki, anam hamilədir. Mən doğulanda atamın bacanağı, həm də yaxın dostu olan Nəbi Xəzri deyib ki, bu uşaq bizim üçün Allahın möcüzəsidir. Gəlin adını Möcüzə qoyaq. Atam da cavabında deyib ki, Nəbi incimə, ancaq mən bu uşağın adını artıq Sevinc qoymuşam.
Qibləgahım, deyirdin ölüm yoxdur, ayrılıq var, o da yaman olur.
Düz deyirmişsen, 7 ildir səni axtaririq. Umidimiz kəsilende yuxularda görüşürük, dərdləsirik, bölüşürük. Deyəsen, sevgili Firuze xanımınla, oglun kimi sevdiyin Elbrusunla bir yerdesiz.
Yuxularıma da bir yerde gəlirsiz.
Heç oyanmaq istemirem o zaman.Yuxuma qerq olmaq isteyirem, amma Tanrının işine qarişmaq gunah. Məsləhət onundur. Bizə səbr etmək , xatirələrimizdə , yuxularimizda görüşlər qalir ancaq. Buna göre də, çaresiz oldugumu anlayib deyirem: “Ikinci dogulusun, bu fani dunyadan qeybin, cənnətdəki yerin mübarek, səcdəgahım, peygəmbərim!
Comments are closed, but trackbacks and pingbacks are open.