Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Kimisə sevmək sadəcə güclü bir hiss deyil, bu, həm də qərar, hökm, əhd-peymandır. Məhəbbət yalnız hiss olsaydı, onda bir-birini ömür boyu sevməyə dair vədlərə gərək qalmazdı. Hisslər gəldi-gedərdir. Mənim hərəkətlərim düşüncəli qərara əsaslanmasaydı, onların əbədi olacağını necə müəyyən etmək olardı?

ERİX FROMM – “SEVMƏK SƏNƏTİ”

Bizim mədəniyyətimiz bütünlüklə nailolma hərisliyinə və qarşılıqlı mənfəət mübadiləsi ideyasına əsaslanır. Müasir insan üçün xoşbəxtlik mağaza vitrinlərini həyəcanla seyr etmək və maddi şəraitin imkan verdiyi hər şeyi almaqdan ibarətdir, nağd və ya kredit yolu ilə. O (kişi və yaxud qadın) insanlara da eyni gözlə baxır. Kişi üçün cazibəli bir xanım və ya qadın üçün cazibəli bir kişi onların “əldə etmək istədiyi” bir varlıqdır. “Cəlbedicilik” adətən şəxsiyyət bazarlarında tələbatı böyük olan xoş keyfiyyətlərin nəfs toplumu deməkdir. İnsanın həm cismani, həm də mənəvi baxımdan cəlbedici olması dəbin tələbatlarından asılıdır.
Beləliklə, bir birinə aşiqlik o vaxt baş verir ki, hər iki tərəf, özünün mübadilə dəyərini nəzərə almaqla, şəxsiyyət bazarında olan ən yaxşı obyekti tapır.

Qəfil yaxınlıq möcüzəsi, cinsi meyl və cismani yaxınlıqdan irəli gəlirsə, daha da asanlaşır. Lakin belə bir məhəbbət mahiyyətcə heç də möhkəm və davamlı olmur. İki insanın getdikcə bir-birini daha yaxşı tanıması ilə onların yaxınlığı möcüzə olmaqdan çıxır və nəticədə müxtəlif fikir toqquşmaları, məyusluqlar və darıxdırıcılıq ilkin sevincdən və coşqunluqdan qalan hər şeyi məhv etmək iqtidarında olur. Lakin ilk vaxtlarda bu insanlar baş verən dəyişikliklərin heç də fərqinə varmırlar, əslində onlar səhvən düşüncəsiz ehtiras qüvvəsini öz sevgilərinin gücünün sübutu kimi qəbul edirlər. Halbuki bu, sadəcə, “onların əvvəllər nə qədər tənha olduqlarının təsdiqidir”.

Yad bir insanı yaxından tanıdıqdan sonra hansısa maneələri aradan qaldırmağa və ya qəfil yaxınlaşmağa heç bir ehtiyac qalmır. Artıq biz “sevgilimizi” özümüz qədər yaxşı və ya başqa cür ifadə etsək, “özümüz qədər az tanıyırıq”. Başqa adamın şəxsiyyətinin hüdudsuzluğunu hiss etməyimiz daha dərin olsaydı, həmin adam heç zaman bizə belə yaxşı tanış olmazdı və maneələrin aradan qaldırılması möcüzəsi həyatımızda hər gün yenidən təkrarlana bilərdi. “İnsanların əksəriyyəti həm özünü, həm də başqasını çox az müddətə tanıyır və xərcləyir”. Onlar ilk növbədə cinsi əlaqə vasitəsilə yaxınlaşırlar. O adamlar ayrılığı ilk növbədə cismani ayrılıq kimi anladıqları üçün, cismani birləşmə də onlar üçün bu ayrılığın aradan qaldırılması deməkdir.

Cinsi meyl bir anlığına qovuşma xülyasını yaradır, lakin sevgi olmadan birləşən insanlar bir-birlərinə əvvəlki kimi yad qalırlar. Bəzən bu duyğu onlara utanc verir, onlar hətta bir-birinə nifrət belə edirlər, çünki xülya yox olduqdan sonra onlar bir-birlərinə yad olduqlarını daha kəskin bir şəkildə hiss edirlər. “Bu, özlərini bir-birlərinə oxşadan və təkliyi qoşaya çevirməklə, tənhalıq problemini həll edən iki nəfərdir”. Onlar özlərini tənhalığın öhdəsindən gəlmiş hesab edirlər, lakin başqalarından ayrılmış olmaqla, onlar bir-birlərindən də ayrılmış və təcrid olunmuşdurlar. Belə ki, onların qovuşma duyğusu xam xəyaldır.

Məhəbbətlə bağlı cəmiyyətdə yanlış bir təsəvvür var. Bir çoxları məhəbbətdə öyrənməli bir şey yoxdur, deyə düşünürlər. Bu ehtimal ondan ibarətdir ki, məhəbbət problemi sevmək qabiliyyətinin deyil, müəyyən obyektin problemidir. Cəmiyyətdə formalaşmış düşüncə ondan ibarətdir ki, sevmək asandır, sevgiyə və ya sevilməyə layiq olan bir obyekt tapmaq isə çətindir.

Məhəbbəti ilk növbədə, müəyyən bir insana münasibət kimi dəyərləndirmək yanlış olardı. O, fərdin təkcə məhəbbət obyektinə yox, bütün dünyaya olan münasibətini müəyyən edən şəxsiyyət xarakterinin oriyentasiyası və məqsədidir. Bir insan başqalarına tamamilə laqeyd qalaraq yalnız bir adamı sevirsə, onun sevgisi məhəbbət yox, sadəcə simbioz bağlılıq, başqa sözlə desək, geniş yayilmış eqoizmdir.
Onlar sevgilisindən başqa heç kimi sevməməsini hətta məhəbbətlərinin gücünün sübütu hesab edirlər. Bu yanlış fikir yuxarıda qeyd olunanlara yaxınlaşdırılmışdır. İnsanlar məhəbbətin fəaliyyət, daxili qüvvə olduğunu anlamadıqları üçün, ilk növbədə həqiqi bir obyekt tapmağın önəmli olduğunu, yerdə qalan hər şeyin isə öz-özünə yoluna düşəcəyini düşünürlər. Bu yanaşmanı rəsm çəkməyi istəyən, lakin bu sənətə yiyələnmək əvəzinə, uyğun bir naturanın tapılmasını gözləmək lazım olduğunu, natura tapılan kimi onun gözəl bir rəsm əsəri yarada biləcəyini zənn edən bir insanın düşüncəsi ilə müyayisə etmək olar.

Kimisə sevmək sadəcə güclü bir hiss deyil, bu, həm də qərar, hökm, əhd-peymandır. Məhəbbət yalnız hiss olsaydı, onda bir-birini ömür boyu sevməyə dair vədlərə gərək qalmazdı. Hisslər gəldi-gedərdir. Mənim hərəkətlərim düşüncəli qərara əsaslanmasaydı, onların əbədi olacağını necə müəyyən etmək olardı?

Müəllif: Bəhruz Nurməmmədov

Sevmək sənəti

Kitab sevginin nəzəriyyəsi və praktikasından bəhs edir. Əlbəttə ki, düşüncəli insan sevginin çox geniş miqyaslı anlayış olduğunu dərk edir. Belə ki, bir çoxları sadəcə qarşı cinslə münasibətlərdə nə isə öyrənmək üçün bu kitabı alır, amma kitabda xüsusiylə valideyn və tanrı sevgisi üzərində dayanılmışdır. Sevgi haqqında bir çox şeyləri aydınlaştıran və düşündürən kitab.

Oxşar kitablar

Müxtəlif predmetlər haqqında düşüncələr

Arthur Schopenhauer

Cild : Yumşaq

Özümlə təkbətək (düşüncələr)

Mark Avreli

Cild : Yumşaq

Məsnəvidən hekayələr

Süheyl Seçkinoğlu

Cild : Yumşaq

Nikomax Etikası – Aristotel

Aristotel

Cild : Yumşaq

Sofinin dünyası

Jostein Gaarder

Cild : Yumşaq

Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi

Jan Pol Sartr

Cild : Yumşaq

Siyasət

Aristotel

Cild : Yumşaq

Aşma – Ağalar Məmmədov

Ağalar Məmmədov

Cild : Qalın

Stokda yoxdur

Cəhənnət

Elçin Həsənzadə

Cild : Yumşaq

Platonla 90 dəqiqə

Pol Stretern

Cild : Yumşaq

Antixrist

Fridrix Nitsşe

Cild : Yumşaq

Fəlsəfədən diddiklərim

Niyazi Mehdi

Cild : Yumşaq

Stokda yoxdur

Peyğəmbər

Xəlil Cibran

Cild : Yumşaq

Məqalat

Şəms Təbrizi

Cild : Yumşaq

Sokratın apologiyası

Platon

Cild : Yumşaq

Stokda yoxdur

“Məsnəvi”nin bütün hekayələri

Mehmet Zeren

Cild : Yumşaq

Volter Əsərləri – II cild

Volter

Cild : Yumşaq

Psixoanalizlə ilkin tanışlıq

Sigmund Freud

Cild : Yumşaq

Stokda yoxdur

Fəlsəfənin Problemləri

Bertrand Russell

Cild : Yumşaq

Akvinalı Tomas ilə 90 dəqiqə

Pol Stretern

Cild : Yumşaq

Əxlaqi – Nasiri

Nəsirəddin Tusi

Cild : Qalın

Fəlsəfənin qısa tarixi

Nigel Warburton

Cild : Yumşaq

Stokda yoxdur

Fəlsəfə

İlqar Əlfioğlu

Cild : Yumşaq

Musa və təkallahlılıq

Sigmund Freud

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.