Press "Enter" to skip to content

Sidik-cinsiyyət sistemi

Doktor Süleyman Cəbrayılov bir müddət ölkəmizdə ən nüfuzlu elmi-tibbi nəşr kimi tanınan, 80 ilə yaxın bir dövr ərzində Azərbaycan Səhiyyə Nazirliyinin elmi nəşri olan “Azərbaycan Tibb Jurnalı”nın redaktoru, daha sonralar isə məsul redaktoru olmuşdur. Başqa sözlə, S.Cəbrayılovun çağdaş tibb elminin formalaşmasında da əməyi olmuşdur.

Uşaqlarda Sidik Yollarının İnfeksiyası

Uşaqlarda sidik yolu infeksiyası tənəffüs yolu infeksiyalarından sonra ikinci ən çox rastlanan infeksiya səbəbidir. Hər yaşta görülə bilər, xüsusilə həyatın ilk bir ili, sidik yolu infeksiyaları böyrəklərdə qalıcı zədələnmələrə səbəb olabiləciyindən bu yaş ən riskli dövr təşkil edir.

Böyrəklərin zədələnməsi isə gələcəkdə yüksək təzyiqə və xroniki böyrək çatışmazlığına gətirə bilər. Bütün yaş qrupundakı uşaqlar, yüksək hərarət, xəstə halı, ürək bulanması və qusma kimi əlamətlərin varlığında sidik yolu infeksiyası yönündən araşdırılmalıdır.

Uşaqlarda bəzi risk amillərinin mövcudluğu sidik yolu infeksiyanın ehtimalını artırır. Oğlan uşaqlarında, sünnət dərisinin altında çoxalan bakteriyaların yaratdığı münbit şərait, infeksiya ehtimalını təxminən on dəfə artmasına səbəb olur. Bununla yanaşı, qəbizlik, tualet vərdişinin verildiyi 2 – 4 yaş arası dövrdə xüsusilə qız uşaqlarında görülə bilən işəmə pozqunluğu (uşaqların sidiyini saxlayıb tualetə gec gec getməyi) problemlərinin mövcudluğu və bəzi anadangəlmə anomaliyalar də infeksiya ehtimalını artırır.

7 yaşınadək oğlanların 2%-də, qızların isə 8%-də, sidik yollarının infeksiyası görülür. İşəmə ilə bağlı şikayətlərini sözlə ifadə etməyi bacaran uşaqların 8%-də sidik yollarının infeksiyası aşkar edilir.

Həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yollarının infeksiyası görülmə ehtimalı, qızlar və sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 8-qat daha yüksəkdir. 39.0°C-dən yüksək hərarət müşahidə olunan qız uşaqların 30%-də sidik yollarının infeksiyası görülür.

Bir yaşından kiçik körpələrdə; hərarət, narahatlıq, kilo alabilməmə, anoreksiya, qusma və yuxu rejiminin pozulması kimi əlamətlər sidik yolu infeksiyanı ağla gətirməlidir. Xüsusilə işəmə zamanı ortaya çıxan; ağlama, üz turşutma və narahatlıq ilə bərabər sidikdə pis qoxu, bulanıqlıq da diqqət edilməlidir.

Tualet vərdişini almış uşaqlarda isə; sidiyə gedəndə yanma, təcili sidiyəgetmə istəyi, təxirəsalınmazlıq, tez-tez sidiyə getmə, gündüz/gecə sidik qaçırma, böyrək nahiyəsində ağrı əlamətlərin varlığinda sidik yollarının infeksiyası ağla gəlməlidir.

Sidik yolları İnfeksiyası Necə müalicə edilməlidir?

Diaqnostika və müalicə əksər hallarda yanaşı aparılır. Xəstənin klinik vəziyyəti, sidik-cinsiyyət sistemi orqanlarının anomaliyasının varlığı və ailənin müalicəyə uyğunluğu nəzərə alınaraq (yaşayıq uzaqlığı, evdə müalicə alabilmə imkanı və s.), ayaqdan və ya xəstəxanada yatırılaraq müalicə təyin edilir. Sidiyin ümumi analizi və əkilməsi alınır. İnfeksiyanin mü­licəsi məqsədilə veriləcək anti­bakterial preparat uşağın yaşı və kiloqramına uyğun dozada tənzimlənir. Müalicədən üç gün sonra, kontrol sidik anilizi aparılır və müalicənin təsiri nəzərdən keçirilir və lazım gələrsə əkilmə və antibiotik həssaslıq testin nəticəsi nəzərə alınaraq müalicə dəyişdirilir.

Sidik yollarının infeksiyasının ən geniş rast gələn səbəbi bakterial infeksiyalardır. Escherichia coli bunların 85-90%-ni təşkil edir. Proteus mirabilis, Staphylococcus saprophyticus, Staphylococcus aureus, Pseudomonas növləri, Serratia marcescens, Citrobacter növləri, Staphylococcus epidermidis və s. sidik yollarının infeksiyasına səbəb ola biilən digər mikroorqanizmalardır.

Sistit

Sidik kisəsinin selikli qişasının iltihabına sistit deyilir. Sidik kisəsi və sidik kanalı (uretrit) infeksiyanın əlamətləri ilə özünü birüzə verir;

  • Dizuriya,sidiyə gedəndə yanma
  • Tez-tez sidiyəgetmə
  • Təcili sidiyəgetmə istəyi, təxirəsalınmazlıq,
  • Təcililik (urgency)
  • Qasıqüstü nahiyədə ağrı və narahatlıq kimi əlamətlər sistittə görülə bilər.

Pielonefrit

Pielonefrit — böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının iltihabi prosesidir. Uşaqlarda yüksək hərarətli sidik yollarının infeksiyası olduğunda sidik ifrazat sisteminin anatomik/funksional anomaliyası ağla gəlməlidir. Bu səbəblə uşaqlarda infeksiyanın əlamətləri varsa, xüsusilə yüksək hərarət mövcuddursa mütləq müayinədən keçirilməlidir.

Uşaqlarda sidik yolları infeksiyası videonu Youtube kanalımızda baxabilərsiz

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi» есть на Facebook. Войдите, чтобы связаться с Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi.

Страница «Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi» есть на Facebook. Войдите, чтобы связаться с Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi.

Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi

@RealTibbKlinikasi

О пользователе Sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi

Doktor Süleyman Cəbrayılov 30 ilə yaxındır ki, peşəkar həkim kimi fəaliyyət göstərir. Müxtəlif vaxtlarda beynəlxalq və xarici təşkilatlarda səhiyyə eksperti vəzifəsində çalışmışdır. 1990-cı illərdə Səhiyyə Nazirliyinin sifarişilə Ümumdünya Təşkilatına məxsus “Xəstəliklərin Beynəlxalq Təsnifatını (XBT)” (The International Classification of Diseases (ICD) ) ilk dəfə ingilis dilindən azərbaycan dilinə tərcümə etmiş və onun tətbiqinə rəhbərlik etmişdir. Bununla bərabər, 5 il ərzində Bakı və Sumqayıt, habelə Naxçıvan Muxtar Respublikasının rayonları da daxil olmaqla 52 rayonda həkimlərə treyninlər keçmişdir. Bu zaman o, sovet dövründə SSRİ-də – ocümlədən ölkəmizdə də tibbi institutlatının tədris proqramlarına daxil edilməyən və əslində həkimlik fəaliyyəti üçün olduqca qiymətli olan Klinik Epidemiologiya, Bioloji Statistika (başqa sözlə “sübutlara əsaslanan tibb”) kimi elm sahələrinin əsaslarını tədris etmişdir/ Bütün bunlar onun elmi və təcrübi təbabətə baxışlarını kökündən dəyişmiş, həkimlik fəaliyyətində Amerika və Avropanın öncül klinikalarının, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları ilə) təsdiq olunmuş müalicə metodlarını öyrənib mənimsəmişdir.

Doktor Süleyman Cəbrayılov bir müddət ölkəmizdə ən nüfuzlu elmi-tibbi nəşr kimi tanınan, 80 ilə yaxın bir dövr ərzində Azərbaycan Səhiyyə Nazirliyinin elmi nəşri olan “Azərbaycan Tibb Jurnalı”nın redaktoru, daha sonralar isə məsul redaktoru olmuşdur. Başqa sözlə, S.Cəbrayılovun çağdaş tibb elminin formalaşmasında da əməyi olmuşdur.

“Ən yaxşı cərrahi əməliyyat – etmədiyimiz əməliyatdır!” Dünya cərrahlarının korifeylərindən sayılan əfsanəvi cərrah Piraqovun bu hikmətli kəlamını Süleyman Cəbrayılov özü üçün deviz edən doktor S. Cəbrayılov Həkimlik fəaliyyətində urologiyanın ən kritik və aktual sahələrini seçmişdir. Bunlar hansılardır;

1. Kişilərdə sidik cinsiyyət sisteminin ən kritik problemləri;
a) sidik ifrazı pozulmaları,
b) prostat vəzi problemləri,
c) cinsi zəiflik,
d) cinsəl infeksiyalar

2. Qadınlarda sidik ifrazı pozulmaları – (sidk qağırma və əzabverici ağrılar, (interstisial sistit və b.k.)

3. Uşaqlarda və gənclərdə gecə enurezi (yuxuda sidikqaçırma)
Doktor Süleyman Cəbrayılov uroloji xəstəliklərin (o cümlədən androloji və sesopatoloji) cərrahiyyəsiz müalicəsində yalnız Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları) ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutur. Belə müalicə protokollarının hər birinin hazırlanmasında 100-lərlə həkim-professor iştirak edir. Bu zaman dünyanın ən tələbkar elmi – tibbi jurnallarının (The Journal of Urology -The Official Journal of the American Urological Association, British Medical Journal, Cleveland Clinic Journal of Medicine və s.) hesablaşdığı və dərc etdiyi tədqiqatlara üsünlük verir. Dünyanın 10-larla ölkəsində, habelə ABŞ, Avropa, o cümlədən Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır.

Son 20 ildə yaranmış yeni vəziyyət – Avropa və Amerikanın, həmçinin yaxın Türkiyənin tibb sahəsindəki uğurlarını ölkəmizə gətirmək üçün çoxlu imkanlar yaratmışdır. Bu yaranmış vəziyyətdən bəhrələnərək S.Cəbrayılov Avropa və Amerikanın ən nüfuzlu uroloji klinikaları və elmi cəmiyyətləri ilə əlaqə yaratmış, öz ixtisasını təkmilləşdirmişdir. O, uroloji xəstəliklərin cərrahi əməliyyatsız müalicəsində əldə etdiyi uğurlara görə daha çox amerikalı uroloqlara minnətdar olduğu kimi, belə xəstəliklərin kimyəvi dərmanlardan istifadə etmədən və ya minimum istifadə ilə müalicəsində əldə etdiyi uğurlara görə alman müəllimlərinə minnətdardır. S.Cəbrayılov bir çox uroloji elmi cəmiyyətlərin, həmçinin mərkəzi almaniyada yerləşən Antihomotoksikologiya və Antitoksik Terapiya cəmiyyətinin (The Society for Homotoxicology and Anti-Homotoxic Therapy) üzvüdür. O, həmçinin xəstəliklərin qeyri-kimyəvi metodlarla müalicəsində xüsusi uğurlara malik olan İsveçrənin Paraselsus klinikası ilə, həmçinin təbii müalicə metodlarının tətbiqi ilə bağlı 100 ilə yaxın bir dövr ərzində elmi tədqiqatlar təşkil edən Almaniyanın PASCOE pharmazeutische (PASCOE Natural Medicine) şirkəti ilə elmi əməkdaşlıq edir.

Comments are closed, but trackbacks and pingbacks are open.