Press "Enter" to skip to content

Sivilizasiyanin tipləri fəlsəfə

Heç düşünmüsünüzmü ki, kasıb və köhnəlmiş geyimdə olan, ən mədəni insan və inkişaf etmiş bir paltarda olan şəxs olsa da, niyə mədəniyyətsiz sayılır? mədəniyyət?Mədəniyyət insan cəmiyyəti ilə əlaqəli hər şeydir, yəni bir bölgədə yaşayan müəyyən bir insan qrupunun bilik və xüsusiyyətlərinə aiddir.

Mədəniyyət və sivilizasiya arasındakı fərq

Heç düşünmüsünüzmü ki, kasıb və köhnəlmiş geyimdə olan, ən mədəni insan və inkişaf etmiş bir paltarda olan şəxs olsa da, niyə mədəniyyətsiz sayılır? mədəniyyət?Mədəniyyət insan cəmiyyəti ilə əlaqəli hər şeydir, yəni bir bölgədə yaşayan müəyyən bir insan qrupunun bilik və xüsusiyyətlərinə aiddir.

Digər tərəfdən,sivilizasiya insan cəmiyyətinin irəliləməsidir, yəni sosial və bəşəri inkişafın inkişaf etmiş səviyyəsidir.

İnsanlar tez-tez mədəniyyət və sivilizasiya terminlərini qarışdırır və eyni mənada istifadə edirlər. Mədəniyyət və sivilizasiya arasındakı fərqi daha dərindən anlamaq üçün qarşınızda təqdim olunan məqaləni nəzərdən keçirin.

Müqayisə qrafiki

Müqayisə üçün əsas Mədəniyyət Sivilizasiya
Məna Kültür düşüncə, davranış və davranış tərzimizin təzahürünü göstərmək üçün istifadə olunan bir termindir. Sivilizasiya bir bölgənin və ya cəmiyyətin insan inkişafı və təşkilatçılığının inkişaf etmiş bir mərhələsini aşdığı müddətə aiddir.
Bu nədir? Son Vasitə
Təmsil edir Biz kimik Nəyə sahibik?
Əks olundu Din, sənət, rəqs, ədəbiyyat, adətlər, əxlaq, musiqi, fəlsəfə və s. Hüquq, idarəetmə, infrastruktur, memarlıq, sosial tənzimləmə və s.
İfadə Daxili zərifliyin daha yüksək səviyyəsi. Ümumi inkişafın daha yüksək səviyyəsi.
İnkişaf Yox Bəli
Qarşılıqlı asılılıq Mədəniyyət sivilizasiya olmadan böyüyə və mövcud ola bilər. Sivilizasiya mədəniyyət olmadan böyüyüb mövcud ola bilməz.

Mədəniyyət tərifi

“Kültür” termini, bir şeyin heyranlıq və hörmət göstərəcəyi şəkildə becərilməsinə və ya təmizlənməsinə işarə edən dünyanın “cultus” un Latın mənşəlidir. Daha incə ifadə etsək, mədəniyyət insanların yaşam tərzidir, danışdıqları dildə, yedikləri yeməkdə, geyindikləri paltarlarda və təqib etdikləri və ya ibadət etdikləri Diqqətdə əks olunur. İnsanın düşünmək və bir şey etmək tərzini ifadə edir.

Başqa sözlə, mədəniyyət bir qrup insan tərəfindən ümumiyyətlə paylaşılan bilik, təcrübə və davranış məcmusudur. Bir insanın öyrənmə yolu ilə qazandığı bir şeydir.

Mədəniyyət insana cəmiyyətin bir üzvü olaraq miras qoyduğu sənət, bilik, inanc, adət-ənənələr, əxlaq, şənliklər, dəyərlər, münasibətlər, vərdişlər və s. Bu hər şeydir; fərd bir sosial qrupun üzvü olaraq əldə edir. Ədəbiyyatda, musiqidə, rəqs formalarında, dini təcrübələrdə, geyinmə tərzində, yemək vərdişlərində, başqaları ilə salamlaşma yollarında, istirahətdə və ləzzətdə görülə bilər. Bölgələrdən bölgələrə görə fərqli olduğu üçün fərqli yerlərdə fərqli mədəniyyətlərə rast gəlmək olar.

Sivilizasiyanın tərifi

Sivilizasiya, mədəniyyətin, sənayenin, texnologiyanın, hökumətin və s.-in maksimum səviyyəyə çatdığı dərəcədə insan cəmiyyətinin vəziyyətini inkişaf etdirən bir sivilizasiya prosesi olaraq xarakterizə olunur. “Sivilizasiya” termini Latın dilində “bir şəhərdə yaşayan birini” göstərən “civis” terminindən götürülmüşdür.

“Sivilizasiya” termini yalnız şəhər ilə məhdudlaşmır; əksinə daha yaxşı həyat tərzlərinin mənimsənilməsindən və təbiətin sərvətlərindən bir qrup insanın ehtiyaclarını ödəmək üçün ən yaxşı şəkildə istifadə edilməsindən bəhs edir. Bundan əlavə, cəmiyyəti qida, təhsil, geyim, ünsiyyət, nəqliyyat və bu kimi mövzularda həyat keyfiyyətini yaxşılaşdırmaq üçün kollektiv və davamlı çalışan müxtəlif qruplara sistemləşdirməyi vurğulayır.

Mədəniyyət və sivilizasiya arasındakı əsas fərqlər

Mədəniyyət və sivilizasiya arasındakı fərq baxımından aşağıdakı məqamlar diqqət çəkir:

  1. “Kültür” termini düşünmək, davranmaq və davranış tərzinin təcəssümü deməkdir. Əksinə, üzvlərin çoxlu sayda ictimai və siyasi təşkilatlanma və inkişafa sahib olduğu insan cəmiyyətinin inkişaf etmiş mərhələsinə Sivilizasiya deyilir.
  2. Mədəniyyətimiz nə olduğumuzu təsvir edir, ancaq mədəniyyətimiz nəyimizi və nədən istifadə etdiyimizi izah edir.
  3. Mədəniyyət bir sondur; ölçü standartları yoxdur. Buna qarşı olaraq, sivilizasiyanın dəqiq ölçmə standartları var, çünki bir vasitədir.
  4. Müəyyən bir bölgənin mədəniyyəti din, sənət, rəqs, ədəbiyyat, adət, əxlaq, musiqi, fəlsəfə və s. həmin ərazinin və s.
  5. Kültür daxili təmizlənmənin ən yüksək səviyyəsini göstərir və bu da daxilidir. Xarici olan sivilizasiyadan fərqli olaraq, yəni son texnologiya, məhsul, cihazlar, infrastruktur və s.
  6. Mədəniyyət dəyişikliyi zaman keçdikcə itirilən köhnə düşüncə və ənənələrdə olduğu kimi yeni nəsillərdən nəsillərə ötürülən yeniləri əlavə olunduğu kimi zamanla da müşahidə olunur. Digər tərəfdən, sivilizasiya davamlı olaraq inkişaf edir, yəni nəqliyyat, rabitə vasitələri və s. Kimi sivilizasiyanın müxtəlif elementləri gündən-günə inkişaf edir.
  7. Sivilizasiya mövcud olmasa da mədəniyyət inkişaf edə və inkişaf edə bilər. Bunun əksinə olaraq, mədəniyyət olmadan mədəniyyət böyüyüb mövcud ola bilməz.

Nəticə

Buna görə də mədəniyyəti sivilizasiya ilə qarışdırmamaq lazımdır. Ancaq hər ikisi də insanlar tərəfindən yaradılır və həyatımızı necə apardığımızı ifadə edir. Bu ikisi bizə ləyaqətli və təmtəraqlı bir yaşamaq üçün fikirlər, ideallar, dəyərlər və yollar verir.

Sivilizasiyanin tipləri fəlsəfə

İki əsrdir ki, dünyada tərəqqinin nüvəsi kimi Avropa, Qərb mədəniyyəti göstərilir. Hətta, son dönəmlərdə Qərb sivilizasiyası olaraq tanıdılan bu tərəqqinin əsasını iki amil: 1) mədəniyyət-ideologiya; 2) elm-texnologiya təşkil edir. Qərb sivilizasiyasının əsil mahiyyətini aşkar emək üçün mədəniyyət-ideologiya və elm-texnologiya üzərində dayanmayağımız təsadüfi deyildir. Çünki Avropanın Orta Çağ despotik və ruhani dərəbəyliyindən qurtularaq yeni bir dönəmə qədəm qoymasında bu iki amil başlıca rol oynamışdır. Belə ki, uzun sürən gərgin mübarizədən sonra elmin dinlə qarşıdurmasında birincinin üstünlüyünü saxlayan Avropa bir tərəfdən ruhani hakimiyyətlərinə son qoymaq, obiri tərəfdən sülalə hakimiyyətlərini əsasən milli imperatorluqlar, milli dövlətlər (Fransa, Almaniya, Böyük Britaniya vəb.) durumuna gətirməklə dünya çapında yeni, fərqli bir yol tutdular.

Şübhəsiz, Avropanın yeni bir mərhələyə daxil olmasında, Qərb sivilizasiyasının yaranmasında Qərb mütəfəkkirlərinin (N.Makiavelli, T.Hobbs, C.Lokk, Ş.L.Monteskye, İ.Kant, J.J.Russo, F.Volter vəb.) əməyi əvəsizdir. Hər halda, Qərb sivilizasiyasının dayağını təşkil edən hər iki faktor onların əməyinə borcludurlar. İlk əvvəllərdə ruhani və despotik hakimiyyətlərdən olmazın əziyyətlər çəkən Qərb mütəfəkkirlərinin sonrakı dönəmlərdə, bunun tam tərsinə dəstək görmələri də tasadüfi deyildir. Əslində Orta Çağ Avropa ruhani və despotik hakimiyyətlərinin ilk dövrlərdə onlara qarşı savaş açmaları, imkan düşdükcə amansız şəkildə cəzalandırmaları başa düşülən idi. Burada xristianlığın əvəzedilməz rolu ön planda idi. Orta Çağ Avropasında dini-xristianlıq hissləri milli hissləri tamamilə üstələmişdi. Bu anlamda xristianlığın nüfuzunu daima yüksək də saxlamaq üçün çox cüzi şəkildə ola belə, ona qarşı olan hər kəs, o cümlədən cəmiyyətin düşünən beyni olan aydınlar da sözcüs-sorğusuz məhv edilirdi. Beləliklə, Orta Çağ Avropasında bir xristian kimliyi formalaşmışdır. Amma bu çox uzun sürmədi. Bunun uzun sürməməsinin səbələri arasında Avropa daxilindəki iç savaşlar, məzhəb problemləri ilə yanaşı, müsəlman ölkələrinə qarşı aparılan uğursuz Səlib-Xaç yürüşləri mühüm rol oynadı. Bunun da nəticəsində çox keçmədi ki, Avropa xalqları üçün ortaq dəyər kimi çıxış edən xristianlıq öz əhəmiyyətini xeyli dərəcədə itirdi, kilsənin nüfuzu ağaşı düşdü.

Belə bir məqamda qərb mütəfəkkirlərinin sxolastikaya qarşı təzyiqlərnin güclənməsi və ruhanilər üzərində basqısının atması, eyni zamanda dini kimliyə paralel olaraq milli kimliyi önə çəkmələri, milli və hüquqi dövlət tezislərindən çıxş etmələri Avropanın həyatında ciddi dəyişikliklərə səbəb oldu. Artıq fransızlar, ingilislər, almanlar və başqa Avropa xalqları kilsə çevrəsindən və despotizmdən uzaqlaşaraq milli kimlik və milli dövlət ideyaları ətrafında birləşdilər. Dünənə qədər onları daima gərginlik içində saxlayan ruhani və despotik hakimiyyətlərdən üz çevirmək bütün anlamlarda avropalılar üçün zor olsa da, onlar bunu bacardılar; mücərrəd xarakter daşıyan xristanlıqdakı Allahın yer üzərindəki səlahiyyətli nümayandələri kimi tanıdılan ruhanilərin və sülalələrin hakimiyyətini deyil, millətin və xalqın hakimiyyətini seçdilər. Bu seçim heç də asan olmadı. Bir tərəfdən Qərb mütəfəkkirləri (N.Makiavelli, T.Hobbs, C.Lokk, Ş.L.Monteskye, İ.Kant, J.J.Russo, F.Volter vəb.) bunun nəzəri mücadiləsini verdikləri halda, digər tərəfdən xalqın içindən çıxan qəhrəmanlar bu yolda mücadilə apardılar.

Ancaq bütün hallarda önəmli mövqeni Qərb mütəfəkkirləri tutmuşdu. Onlar məhz ruhani hakimiyyətinə son qoyub, sülalə hakimiyyətini isə arxa plana keçirməklə milli və konstitusiyalı dövlətin mövcudluğundan bəhs edirdilər. Özəlliklə, milli dövlətdə hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları ideyasının gündəmə gəlməsi Avropanın yalnız siyasi deyil, mədəni-ideoloji həyatını da dəyişdirdi.

Yeri gəlmişkən, Avropa aydınları (C.Lokk, Monteskye vəb.) hakimiyyət bölgüsündən bəhs edərkən heç bir yeni kəşf etmir, əski Türk, Çin, Şumer hakimiyyətlərini örnək alırdılar. Sadəcə, Avropa aydınları əski Türk, Çin, Şumer dövlətlərindəki hakimiyyət bölgüsünü öz həyatlarına və maraqlarına uyğun şəkildə şərh edirdilər.

Maraqlıdır ki, dini və despotik hakimiyyətlərdə milli hisslər tamamilə arxa planda olduğu halda, milli hakimiyyətlərdə din müəyyən qədər nüfuzun itirsə də, amma ümumilikdə Qərb sivilizasiyasının tərkib hissəsi olaraq qaldı. Məncə, bu amil Qərb sivilizasiyasının formalaşmasında mühüm rol oynamışdr və buna davam da edir. Bu anlamda ruhanilər ilk dönəmlərdə ictimai-siyasi durumun onların əleyhinə dəyişməsindən rahatsız olsalar da, çox keçmədi nəinki mövcud vəziyyətlə barışdılar, hətta “Qərb sivilizsiyası” yaradılması prosesinin bir parçası oldular. Məncə, bunda da özəl bir hal yoxdur. Əgər əvvəllər Avropanın ruhani və despotik hakimiyyətləri dini hisslərlə yanaşı, milli hisslərdən də istifadə edərək müsəlman ölkələrə qarşı Xaç yürüşlərini gerçəkləşdirmişdirsə, Qərbin milli hakimiyyətləri isə bunu bir qədər fərqli formada, ancaq eyni mahiyyətlə, prinsipiallıqla həyata keçirirlər. Yəni Avropada dəyişən hakimiyyətin növləri, tipləri olmuşdur, mahiyyət və məqsəd baxımından heç nə dəyişməmişdir.

Sadəcə, əvəllər ruhanilər bütün işləri üstələnərək xristialıq adı altında Avropanın qalxınmasına çalışırıdısa, sora bu işləri Qərb mütəfəkkirləri öz üzərlərinə aldılar. Avropanın milli aydınları din xadimlərinin, ilahiyyatçıların əsrlərcə bacara bilmədiklərinin qisa müddətdə gerçəkləşdirdilər. Yəni Avropanı dünyanın modeli halına gətirdilər. Bu baxımdan din xadimlərinin yerini tutan milli aydınların Yeni Avropanın, “Qərb sivilizasiyası”nın formalaşmasında yeri danılmazdır. Şübhəsiz, onlar Yeni Avropa kimliyi formalaşdırarkən bir tərəfdən Yunan-Roma mədəniyyətindən, digər tərəfdən xristianlıqdan maksimum istifade etdilər. Əslində Qərb mütəfəkkirlərini bu işləri görərkən ilahiyyatçılardan daha geniş imkanlara malik idilər. Bu da onların uğura çatmasında heç də az əhəmiyyətə malik deyildir. Onlar milli, dini, vətən və başqa anlayılşardan hərtərəfli istifadə etməklə buna nail oldular. Sadəcə, burada diqqət çəkən odur ki, onlar Yeni Avropa kimliyini, Avropa mədəniyyətini yalnız “Qərb”ə, “Qərb sivilizasiyası”na dayaqlı bir kimlik və mədəniyyət kimi formalaşdırdılar.

Fikrimizcə, bununla da Qərb mütəfəkkirləri bilərəkdən bir “Qərb”-“Avropa” anlayışını gündəmə gətirdilər. Onlar bir Qərb-Avropa mədəniyyəti, Qərb fəlsəfəsindən bəhs etməklə, təbii olaraq onu başqa mədəniyyət və fəlsəfəyə qarşı qoymuş oldular. Əlbəttə, bu qarşı qoyma isə sadəcə, özünü böyük və əvəzolunmaz tutmaq üçün lazım idi. Qərb mütəfəkkirləri bunu avropalıların özlərinə inamlarını artırmağa, üstünlük kompleksi yaratmağa hesablamışdılar. Artıq avropalıların şüurunda dünyadakı digər mədəniyyət və sivilizasiyalardan üstün olmaq şüuru özünə yer tutmağa başladı.

Qərb mütəfəkkirləri avropalıları inandırmağa çalışırdılar ki, dünyada mədəniyyət, fəlsəfə, demokratiya və sair nə varsa, hamısı Avropada yaranıb. Bir sözlə, mədəniyyətin, fəlsəfənin, demokratiyanın, insan hüquq və azadlıqlarının ilk beşiyi Avropadır. Çox maraqlıdır ki, Avropa mütəfəkkirlərinin əksəriyyəti bununla paralel olaraq “Qərb sivilizasiyası”ndan kənarda qalanları “Şərq” olaraq tanıdırdı. Onların nəzərdə tutduğu “Şərq”də isə mədəniyyət, fəlsəfə, demokratiya “Qərb”lə müqayisədə çox aşağı idi (G.Hegel vəb.). Burada maraq doğuran əsas məsələ ondan ibarətdir ki, “Qərb”ə qarşı məhz niyə “Şərq” seçilirdi, üstəlik də müqayisəolunmaz bir səviyyədə təqdim olunurdu.

Comments are closed, but trackbacks and pingbacks are open.