Press "Enter" to skip to content

Siyasi münasibətlər

Şəxsiyyətin siyasi fəallığına təsir göstərən partiyalar , ictimai təşkilatlar , nümayiş və mitinqlərdə onun iştirakı qeyd edilir . Şəxsiyyət və siyasətin qarşılıqlı əlaqəsi var və bu özünü hakimiyyət orqanlarına keçirilən seçkilərdə , siyasi partiya , ictimai təşkilat və hərəkatlarda fəaliyyətlərdə , müxtəlif siyasi aksiyalarda iştirak , kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat iş aparmaq və s. şəklində göstərir .

Siyasi münasibətlər

Siyasi münasibətlər sistemi

Vətəndaş cəmiyyətinin inkişafı üçün insan həyatının bütün sahələrində faliyyət sisteminin düzgün qurulması və düzgün tənzimlənməsinin vacib olduğunu bilirik . Bu sahələrin hər birində münasibətlərin inkişafi vətəndaş cəmiyyətinin daha təkmil olmasına xidmət edir .

Ancaq hansısa sahənin inkişafı üçün yalnız bu sahəyə aid şərtlərin təmin edilməsi kifayət deyil . Təcrübə göstərir ki , ümumi münasibətlər sistemi düzgün olmadıqda iqtisadiyyatın, təhsilin, idmanın, yaxud digər sahələrin ayrılıqda inkişafı baş vermir . Bunun üçün vahid sistem üzrə bütün münasibətlər düzgün qurulmalı və hər bir sahə bu münasibətlərdən faydalanmalıdır. Yalnız bu halda vətəndaş cəmiyyətinin inkişafına imkan yaradan mühüt formalaşa bilir .

Böyük inkişaf yolu keçən ölkələrin təcrübəsinə əsasən qeyd etmək olar ki , cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklər əsasən siyasi sahədə mövcud olan vəziyyətdən daha çox asılıdır. Yəni, cəmiyyətin siyasi həyatı təkmil olduqda , burada münsaibətlər sistemi ədalətli olduqda insan həyatının bütün sahələrində inkişaf baş verir və bu inkişafdan ümumi cəmiyyət faydalanır.

Siyasi münasibətlər sistemi elə bir mühitdir ki , o hakimiyyətindən tutmuş şəxsiyyətin problemlərinə qədər ictimai həyatın bütün sferalarına təsir göstərərək insanlar , təşkilatlar arasında əməkdaşlıq və ya düşmənçilik yaradır. Eyni zamanda qeyd edilməlidir ki , siyasət dövlətə, hüquqa , partiyaya , seçki sferalarına, iqtisadiyyatda , öz təsirini göstərir. Siyasi sfera siyasi proseslərin rəngarəngliyi ilə seçilərək yeni məna kəsb edir .

Dar mənada siyasi sistem cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyaları və ictimai təşkilatları, kütləvi informasiya vasitələrini əhatə edir . Geniş mənada siyasi sistem siyasi münasibətləri, siyasi şüuru və cəmiyyətin siyasi təşkilatlarını özündə birləşdirir. Siyasi sistem siyasi hakimiyyətin təşkili, cəmiyyətlə dövlət arasındakı münasibətləri formalaşdırır və ictimai sistemin digər hissələri ilə – sosial , iqtisadi , ideoloji , etik , hüquqi , mədəni sistemlərlə qarşılıqlı əlaqədədir.

Siyasi sistemin elementlərindən danışarkən, siyasi hakimiyyət, siyasi struktur və siyasi təşkilat, siyasi hüquqi normalar , siyasi münasibətlər, siyasi şüur və mədəniyyəti qeyd etmək lazımdır. Dövlət siyasi sisteminin əsas ünsürüdür . Siyasi sistemdə dövlətin mərkəzi yer tutması xüsusi olaraq qeyd olunmalıdır. Bu , hər şeydən əvvəl onunla əlaqədardır ki , dövlət siyasi hakimiyyətin xüsusi təşkilatıdır. Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili , onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının , cəmiyyətdə nizam – intizamın və sabitliyin təmini vasitəsidir.

Dövlətin məcbur etmə, zor tətbiq etmək hüququ , suverenlik , ümumilik , hüquq , əhalidən vergi və mükəlləfiyyətlər toplamaq kimi əlamətləri var . Həmçinin, dövlətin daxili və xarici funksiyaları olur . Dövlətin daxili funksiyasına vətəndaşların və cəmiyyətin təhlükəsizliyi, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi, fərdlərin və sosial qrupların mənafe və tələbatlarının əlaqələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunmas ı və s . təmin edilməsi daxildir . Dövlət cəmiyyətdə birləşdirən, təşkil edən və nizama salan başlıca qüvvədir.

Siyasi münasibətlər sisteminin digər elementi siyasi partiyalardır . Siyasi partiya cəmiyyətin müəyyən bir sosial təbəqəsinin maraqlarını ifadə edən , eyni zamanda mənafeyini müdafiə edən və həmçinin hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır .

Demokratiya yolunu seçmiş müasir çəmiyyətdə siyasi struktur prosesinin inkişafı daha intensiv gedir . Müxtəlif siyasi partiyalar , ittifaqlar , hərəkatlar yaranır və inkişaf edir . Onların arasında siyasi maraqlardan asılı olaraq müəyyən siyasi münasibətlər yaranır , bu da qarşıdurma və ya əməkdaşlıq yollarının axtarışlarında özünü göstərir . Beləliklə , siyasi əlaqələrin forması kimi insanların siyasi birliyi çəmiyyətin siyasi həyatının vaçib bir təzahürü kimi cıxış edir . Siyasi münasibətlərin daha mürəkkəb forması isə çəmiyyətin siyasi sistemidir .

Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri sıx , üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər . Siyasi sistemin bütün ünsürləri cəmiyyətin və dövlətin hüquqi əsasını təşkil edən qanunlar əsasında və çərçivəsində fəaliyyət göstərirlər .

Azərbaycanda siyasi sistem milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir . Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynayıb və oynamaqdadır . Siyasi münasibətlər sisteminin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir . Ümumiyyətlə , Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu . Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik , hüquqi , dünyəvi , unitar respublika kimi müəyyənləşib . Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır . Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur .

Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur . Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycanda müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır : qanunvericilik , icra və məhkəmə hakimiyyəti . Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir .

Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis , icra hakimiyyətini həyata keçirən Prezident , Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir .

Azərbaycanın siyasi sistemində yerli ozunuidarəetmə orqanı olan bələdiyyələr də mühüm yer tutur . Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir .

Siyasi münasibətlər sisteminin demokratik olması vacib şərtlərdəndir . Çünki demokratik recimlərə xas olan xüsusiyyət vətəndaş cəmiyyəti və hüquqi dövlət formalaşdırmaqdır . Demokratiya çoxluğun hakimiyyətinə əsaslanan bir recimdir . Demokratiyanın mənbəyi xalqın hakimiyyətidir , hakimiyyət orqanlarının seçkili olmasıdır , söz və mətbuat azadlığının hökm sürməsidir , cəmiyyət üzvlərinin hər birininin hüquq və azadlıqlarının qorunması , qərarların çoxluq tərəfindən qəbul edilməsi vacib şərtləridir .

Çoxpartiyalı sistemin mövcud olması cəmiyyətdə rəqabətin güclənməsinə təsir göstərir ki , bu da hakimiyyətdə olan partiyanın fəaliyyətinə mühüm təsir edir . Bunun nəticəsi olaraq cəmiyyət də tərəqqiyə doğru inkişaf edir . Demokratik cəmiyyətdə müxalifət mövcud olmalıdır . Sağlam müxalifət hakimiyyətdəki nöqsanları tənqid etməli və konstruktiv davranmalıdır . Demokratiya cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakını həyata keçirmiş olur .

Müasir dövrdə Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur . Onlar cəmiyyətdə müəyyən aktivliyə malikdirlər . Hazırda 100-ə yaxın siyasi partiya fəaliyyət göstərir . Bu partiyalardan 53-ü Ədliyyə Nazirliyinin qeydiyyatından keçib . Bu gün Azərbaycanda siyasi hakimiyyətdə iştirakına görə iqtidar və müxalifət partiyaları vardır . Təşkilatı cəhətdən formalaşan partiyaların sayının az olmasına baxmayaraq , dövlət orqanlarına seçkilərdə partiyalar fəal iştirak edirlər . Həmçinin ölkədə fəaliyyət göstərən partiyaların orqan və təşkilatlarını birləşdirən daxili bazası da bir-birindən fərqlənir .

Demokratik dövlətin idarə olunmasında demokratik prinsiplər olan pluralizm , hakimiyyət bölgüsü , insanların azadlığı və bərabərliyi , ictimai rəyin nəzərə alınması , aşkarlıq , qanunların aliliyinə riayət edilməsinə diqqət yetirlir .

Demokratiyanın birbaşa və nümayəndəli olmaqla 2 forması olur . Birbaşa demokratiya referendum, toplantı və s. şəklindədir . Nümayəndəli demokratiyada vətəndaşlar siyasi qərarların qəbul edilməsində birbaşa deyil , hakimiyyət orqanlarına seçdikləri nümayəndələr vasitəsilə iştirak edirlər . Birbaşa demokratiyanın tətbiq edilməsi müəyyən çətinlik törətdiyindən , nümayəndəli demokratiyaya dünya dövlətləri üstünlük verirlər .

Vacib demokratik prinsiplər vətəndaşların hüquqları və azadlıqlarının qorunmasıdır . Hər bir insan irqindən , milliyyətindən , dinindən , cinsindən mənşəyindən , əmlak vəziyyətindən , qulluq mövqeyindən , əqidəsindən asılı olmayaraq doğulduğu gündən toxunulmaz , pozulmaz hüquqları və azadlıqları vardır . Dövlətində hər kəsin hüquq və azadlıqlarına təminat verilməsi vacib şərtdir . Söz və mətbuat azadlığı vacib demokratik şərtlərdəndir .

Demokratik mühitdə cəmiyyət üzvlərinin sosial-siyasi hadisələrə , müxtəlif sosial qrupların fəaliyyətinə münasibətin ifadə olunması siyasi təsisatların aktivləşməsinə , cəmiyyətin inkişafına müsbət təsir göstərir .

Bütün siyasi münasibətlər sistemində insan mərkəzdə dayanır . İnsan siyasi fəaliyyətin həm obyekti , həm də subyektidir . Müasir dövrdə elm və texnikanın inkişafı insan problemlərini aradan qaldırmaq üçün əhəmiyyətli rol oynayır .

Siyasətin subyekti sosial qruplar , siyasi institutlardır . Siyasətin ən başlıca subyekti isə şəxsiyyət hesab edilir . Nəzərə alınmalıdır ki , şəxsiyyəti siyasət özü yetişdirir və şəxsiyyət siyasətin həm obyekti eyni zamanda subyektidir .

Şəxsiyyətin siyasi fəallığına təsir göstərən partiyalar , ictimai təşkilatlar , nümayiş və mitinqlərdə onun iştirakı qeyd edilir . Şəxsiyyət və siyasətin qarşılıqlı əlaqəsi var və bu özünü hakimiyyət orqanlarına keçirilən seçkilərdə , siyasi partiya , ictimai təşkilat və hərəkatlarda fəaliyyətlərdə , müxtəlif siyasi aksiyalarda iştirak , kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat iş aparmaq və s. şəklində göstərir .

Vasif CƏFƏROV

Ekspress.-2016.-5-7 noyabr.-S.10.

Siyasi münasibətlər

Dünyanın müasir siyasi xəritəsində 230-dan çox ölkə vardır. Ölkələrin sayının çoxluğu onların ətraflı öyrənilməsini bir qədər çətinləşdirir. Bu səbəbdən dünya ölkələrinin müxtəlif xüsusiyyətlərinə görə təsnifatı aparılır.

  • Ölkələri daha hansı əlamətlərinə görə qruplaşdırmaq olar?

Siyasi xəritənin formalaşması bəşəriyyətin inkişafını əks etdirən bir prosesdir. Yüz illər ərzində dövlətlərin yaranması və parçalanması, sərhədlərin dəyişməsi, yeni torpaqların kəşfi və müstəmləkələrə çevrilməsi, dünyanın böyük dövlətlər tərəfindən bölüşdürülməsi siyasi xəritədə öz əksini tapmışdır. Dünyanın müasir siyasi xəritəsi iqtisadi coğrafiyanın qolu olan siyasi coğrafiya tərəfindən öyrənilir.

Dünyanın siyasi xəritəsinin formalaşmasında 4 mərhələ ayrılır: 1. Qədim dövr. 2. Orta əsrlər dövrü. 3. Yeni dövr. 4. Ən yeni dövr.

  • kəmiyyət və keyfiyyət dəyişiklikləri

Qədim dövr eramızın V əsrinə qədər davam etmişdir. Bu dövrdə Avropa və Şərq sivilizasiyalarının ilk quldar dövlətləri – Qədim Misir, Karfagen, Qədim Yunanıstan, Qədim Roma, həmçinin Hindistan, Çin yaranmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.