Sosial iş nzriyysi
ünvanı (şəhər/rayon, küçə)*
Sosial iş nzriyysi
“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-07-2020, Nəşr Nömrəsi: 132), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 974)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202007080244
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 882 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2561; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 4, maddə 781, № 7, maddələr 1318, 1334) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 iyul 2020-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.6-cı maddələrinə əsasən hazırlanmışdır və sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydasını müəyyən edir.
1.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə ortaaylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir. [1]
1.3. Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bu Qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hissəsi 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir.
1.4. Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
1.5. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 (on) faizindən çox fərqlənə bilməz.
1.6. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 (bir) işəgötürən üzrə 10 (on) sosial iş yerindən çox ola bilməz.
1.7. Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə , o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara , şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. [2]
1.8. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi
2.1. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla, son 1 (bir) ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.
2.2. İşəgötürən “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni (bundan sonra – Ərizə) dolduraraq təsdiq edir.
2.3. Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri (bundan sonra – Mərkəz) 10 (on) iş günü ərzində həmin işəgötürənin bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən tələblərə uyğunluğunu araşdırır.
2.4. İşəgötürən bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında Ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əməkhaqlarının bu Qaydanın 1.2-ci bəndində göstərilən hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə” (bundan sonra – Müqavilə) imzalanır.
2.5. Agentliyin Müqavilə imzaladığı işəgötürənlərə sosial iş yerlərinə göndərişin verilməsi və göndərişə münasibətdə işəgötürənin qərarının təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın 4.3-4.5-ci bəndlərinə uyğun həyata keçirilir.
2.6. İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.
2.7. Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmaqla 3 (üç) aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.
2.8. Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.
2.9. Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 (bir) il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.
3. Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi müddəti
3.1. İşçinin əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi sosial iş yerləri üzrə işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, növbəti ayın 5-dək Müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə Agentlik tərəfindən işəgötürənin hesabına köçürülür.
3.2. İşəgötürənlərin sosial iş yerləri üzrə işə qəbul etdikləri işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatlar Agentlik tərəfindən MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən yoxlanılır və məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir.
3.3. İşəgötürən tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, həmin vəsaitin geri qaytarılması işəgötürəndən tələb olunur və bu vəsait geri qaytarılmadıqda həmin işəgötürənlə bağlanılmış Müqaviləyə xitam verilir.
“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na
1 nömrəli əlavə
Sosial iş yerlərində işçilərin əməkhaqqının maliyyələşdirilməsi üçün
İşəgötürən barədə məlumat
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
təşkilati hüquqi forması*
mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*
iqtisadi fəaliyyət növü*
ünvanı (şəhər/rayon, küçə)*
elektron poçt ünvanı (olduğu halda)
Vakansiya üzrə məlumat*
iş yeri, vəzifə (peşə)
iş yerinin faktiki ünvanı
əmək stajı tələbi
əməkhaqqının məbləği (manatla)
tələb olunan təhsil səviyyəsi:
tələb olunan peşə (ixtisas)
iş yeri üzrə əmək funksiyası
peşə (ixtisas) üzrə zəruri bilik, bacarıq və səriştələr
digər bilik, bacarıq və səriştələr
Qeyd. *MEIS-dən əldə edilən məlumatlar.
“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na
2 nömrəli əlavə
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair
M Ü Q A V İ L Ə № _____
“____”____________20 ___- il __________ şəhər (rayon)
(Dövlət Məşğulluq Agentliyi)
aşağıdakılar barədə müqavilə bağladılar:
1. Müqavilənin məqsədi
1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.6-cı maddələrinə müvafiq olaraq sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi.
2. Tərəflərin hüquqları və vəzifələri
2.1. Tərəflərin hüquqları aşağıdakılardır:
2.1.1.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində Agentlik və ya “DOST” mərkəzləri tərəfindən qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərə əməkhaqqının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerlərinə göndəriş verilməsini təşkil etmək;
2.1.1.2. sosial iş yerlərinə göndəriş verilmiş işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatları MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən araşdırmaq;
2.1.1.3. işəgötürən tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, həmin vəsaitin geri qaytarılmasını işəgötürəndən tələb etmək;
2.1.2.1. sosial iş yerləri üzrə maliyyələşmənin vaxtında ödənilməsini Agentlikdən tələb etmək;
2.1.2.2. sosial iş yerləri üzrə işə qəbul olunmuş işçilərə 3 (üç) aydan çox olmayan müddətə sınaq müddəti təyin etmək;
2.1.2.3. sınaq müddəti ərzində özünü doğrultmayan işçinin əmək müqaviləsinə əsaslandırılmış əmrlə xitam vermək.
2.2. Tərəflərin vəzifələri aşağıdakılardır:
2.2.1.1. əməkhaqqının maliyyələşdirilməsi nəzərdə tutulan sosial iş yerləri üzrə hər ayın sonu üçün növbəti ayın 5-dən gec olmayaraq hər ay üzrə hesablanmış vəsaiti işəgötürənin hesabına köçürmək;
2.2.1.2. işəgötürənin müraciəti əsasında sosial iş yerlərinə işə cəlb olunmuş işçilərin peşə və bacarıqlarının artırılmasına kömək göstərmək;
2.2.2.1. sosial iş yerlərinə işə cəlb olunmuş işçilərlə ən azı 2 (iki) il müddətinə əmək müqaviləsi bağlamaq;
2.2.2.2. işçilərə əmək müqaviləsində göstərilən müddətdə və məbləğdə hər ay üçün əməkhaqqı ödəmək;
2.2.2.3. işçilərin sağlamlığının və əməyinin mühafizəsinin təmin olunması üçün onu əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya-gigiyena norma və qaydalarına cavab verən iş yeri və əmək şəraiti ilə təmin etmək;
2.2.2.4. əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqlar, materiallar, alətlər, texnikalar vaxtında təqdim etməklə işçilərin istehsalat/xidmət prosesində yaxından iştirakını təmin etmək;
2.2.2.5. işə cəlb etdikləri işçilərin müvafiq peşə biliklərinə yiyələnməsinə və səriştələrin mənimsənilməsinə şərait yaratmaq, bunun üçün təcrübəli mütəxəssislərdən birini təlim ustası təyin etmək.
2.3. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər nəzərdə tutula bilər.
3. Tərəflərin məsuliyyəti
3.1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.
3.2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.
3.3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə məhkəmə qaydasında həll edilir.
3.4. Bu Müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.
3.5. Müqavilə digər tərəfə yazılı bildiriş verilmədən birtərəfli pozula bilməz.
4. Tərəflərin rekvizitləri və imzaları
4.1. Müqavilə hər Tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə hazırlanır və Tərəflərdə saxlanılır.
4.2. Tərəflər Müqaviləni imzalamaqla onun şərtlərini qəbul edir. Müqavilə imzalandığı gündən qüvvəyə minir və əməkhaqqının maliyyələşdirilməsi dövrü üçün etibarlı sayılır.
(Agentliyin hüquqi ünvanı və VÖEN-i)
(adı, soyadı, atasının adı, vəzifəsi və imzası)
“_____” ___________ 20___ il
(idarənin, müəssisənin, təşkilatın adı,
VÖEN-i və hesab nömrəsi)
(adı, soyadı, atasının adı, vəzifəsi və imzası)
“_____” ___________ 20___ il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)
2. 27 may 2021-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 30 may 2021-ci il, № 110 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 531 )
3. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271 )
4. 21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1 101 )
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.2-ci bəndindən “, lakin minimum aylıq əməkhaqqından az” sözləri çıxarılmışdır.
16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirl ə r Kabinetinin Q ə rar ı (“Xalq” q ə zeti, 18 mart 2022-ci il, № 59 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271 ) il ə “Sosial iş yerl ə rind ə i şç il ə rin ə m ə khaqq ı n ı n bir hiss ə sinin Az ə rbaycan Respublikas ı n ı n Ə m ə k v ə Ə halinin Sosial M ü dafi ə si Nazirliyi t ə r ə find ə n maliyy ə l ə ş dirilm ə si Qaydas ı” n ı n 1.2-ci b ə ndin ə “ i ş sizlikd ə n s ığ orta haqq ı , ” s ö zl ə rind ə n sonra “ icbari tibbi s ığ orta haqqı v ə ” s ö zl ə ri ə lav ə edilmişdir.
[2] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndinə “əlilliyi olan şəxslərə” sözlərindən sonra “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri əlavə edilmişdir.
27 may 2021-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 30 may 2021-ci il, № 110 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 531 ) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndinə “uşaqlara,” sözündən sonra “şəhid ailəsinin üzvlərinə,” sözləri əlavə edilmişdir.
21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı , 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1101 ) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılmışdır.
Sosial iş nzriyysi
Sosial iş təcrübəsinin etik prinsip və dəyərləri
Sosial İşçinin ümumi dəyərləri:
Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan Sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.
İnsan Hüquqları və İnsan Ləyaqət:
Sosial İşçi hər bir klientin ləyaqətinə və şəxsiyyətinə və bunlardan doğan haqqlarına hörmətlə yanaşlamlı, fiziki, psixoloji, mənəvi və ruhi vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur:
Öz müqəddəratını təyin etməyə hüquqa hörmət etmək – Sosial İşçi həyat tərzi və dəyərlərindən asılı olmayaraq hər bir şəxsin seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək – Sosial İşçi klientin güclü xüsusiyyətlərini önə çəkməli və onların inkişaf etdirilməsinə səy göstərməlidir.
Hər bir klientlə tam bir məhfum kimi davranmaq – Sosial İşçi klientə tam bir məhfum kimi yanaşmalı, yəni onun ailəsi, yaşadığı mühit, cəmiyyət ilə yaxından maraqlanmalı və klientin həyatının bütün amillərinə nəzər yetirməlidir.
Hər bir insana şəxsiyyət kimi yanaşmaq – kimliyindən asılı olmayaraq Sosial İşçi klientə şəxsiyyət kimi yanaşmalı və davranmalıdır.
Hər bir klientə fərdi yanaşmaq – Sosial İşçi hər bir klientə fərdi yanaşmalı, eyni problemli klientlərlə onların xüsusiyyətlərinə uyğun davranmalıdır.
Məxfiliyi saxlamaq – Sosial İşçi klientin verdiyi cəmiyyətə və ya ikinci bir şəxsə ziyan vurmayacaq məlumatını gizli saxlamalıdır.
Sosial İşçi cəmiyyətdə klientə qarşı törədilən ədalətsizliyə qarşı mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial Ədalət dedikdə aşağıdakılar nəzərdə tutulur:
Ayrıseçkiliyə qarşı mübarizə – Sosial İşçi risk qrupuna daxil olan klientə qarşı yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, sosial-iqtisadi durumuna, siyasi inam, mədəniyyət və cinsi yönümlüyünə, dini baxışlarına görə ayrıseçkilik etməməli və eyni zamanda, cəmiyyətdə mövcud olan bu cür ayrıseçkiliyə qarşı mübarizə aparmalıdır.
Müxtəlifliyə hörmət etmək – Sosial İşçi cəmiyyətdə mövcud olan etnik və mədəni (etnik qruplara aid adət-ənənələr) müxtəlifliyi tanımalı və hörmət etməlidir.
Resursları ədalətlə (bərabər) bölmək – Sosial İşçi səlahiyyətində olan resursları ehtiyacı olan klientlər arasında ehtiyaca uyğun olaraq ədalətlə bölməlidir.
Ədalətsiz siyasi məsələlərə və hərəkatlara qarşı mübarizə – Sosial İşçi resursların ədalətsiz bölüşdürülməsi, zülümkar, ədalətsiz və məhv edici siyasətlərin, davranışların və hərəkatların mövcudluğu faktını öz müdirinin, siyasətçilərin, siyasi proqram hazırlayanların və ümumi ictimayyətin diqqətinə çatdırmaq vəzifəsi var.
Həmrəy olmaq – Sosial İşçi klientlərin sosial təcridliyinə, damğalanmağına və itaətçiliyinə şərait yaradan sosial şərtlərə qarşı mübarizə aparmalı və inklusiv cəmiyyətin qurulmasına çalışmalıdır.
Sosial işçilərin klientə münasibətdə etik məsuliyyəti:
Klientə qarşı öhdəlik
Sosial İşçi ilk növbədə klientin rifahını önə çəkməli və klientin maraqlarını müdafiə etməlidir.
Öz müqəddəratını təyin etməyə
Sosial İşçi klientin həyat tərzi və dəyərlərindən asılı olmayaraq seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
İnformasiyanın alınmasına əsaslanan razılaşma
İşə başlamamışdan əvvəl Sosial işçi klientlə onun həyat situasiyası ilə bağlı hərtərəfli və dolğun məlumat verməsinə zəmanət verən yazılı razılaşma imzalanmalıdır.
Maraqların toqquşması
Sosial işçilər ədalətli mühakimə və professionallığa mane olan maraqların toqquşmasından qaçmalıdır. Maraqların real və potensial münaqişəsi yarandıqda Sosial işçilər bu haqqda klientə məlumat verməli klientin maraqlarını müdafiə edən rassional addımlar atmalıdırlar.
Seksual münasibətlər və cinsi zorakılıq
Sosial İşçi problemlərinin həlli ilə məşğul olduğu klient ilə cinsi əlaqədə olmamalı və ona münasibətdə cinsi zorakılıq etməməlidir.
Məxfiliyi qorumaq
Klientin verdiyi məxfi məlumatlar özünə, ikinci bir şəxsə və ya cəmiyyətə ziyan vurmayacaq təqdirdə Sosial işçilər tərəfindən gizli saxlamalıdır.
Xidmətlər üçün ödəniş
Ödənişi təyin edərkən Sosial işçilər ödnişin əsaslı, ədalətli və həyata keçirilən xidmətlərə uyğunluğuna əmin olmalıdır. Sosial işçilər professional xidmətin ödənişi müqabilində klientdən xidmət və ya əmtəə almaqdan çəkinməlidir.
Qərar qəbul etmək bacarığı məhdud olan klientin qərar qəbul etməsinə köməklik
Qərar qəbul etmək bacarığı məhdud olan klientin adından çıxış edən Sosial işçilər klientin hüquqlarını və maraqlarını müdafiə etmək üçün əsaslı addımlar atmalıdır.
Xidmətlərin fasiləsi
Sosial işçilər qeyri-müyəssərlik, yerdəyişmə, xəstəlik, əlillik, ölüm və başqa amillər Narahatlıq halları müşahidə olunmur.əticəsində xidmətlərin ara verilməsi hallarında xidmətlərin davam etdirilməsi üçün əsaslı addımlar atmalıdır.
Xidmətlərin istifadəsinin sona çatdırılması
Xidmətlər və Sosial işçilərlə klientlər arasındakı professional münasibətlərə artıq ehtiyac olmadıqda və klientin ehtiyaclarına və maraqlarına xidmət etmədikdə dayandırılmalıdır. Etik standartlar (müraciətçi, cəmiyyət, iş yeri, əməkdaşlar qarşısında) Sosial işçilər klientlərə, əməkdaşlara, cəmiyyətə qarşı bir sıra etik standartları qorumalıdır.
Sosial işçilərin həmkarlarına qarşı etik məsuliyyəti:
Həmkarlarına daim hörmətlə yanaşmalıdır.
Ədalətsiz hərəkətlərə qarşı həmkarları müdafiə etməlidir.
Klientin ən yaxşı maraqları naminə həmkarlarının məsləhət və dəstəyindən yararlanmalıdır.
Həmkarların səriştəlilik və ixtisaslaşmış olduqları sahələr haqqında məlumatlı olmalıdır.
Həmkarları ilə şəxsi məqsədlər və ya hər hansı bir mövqeyin tutulması məqsədi olmadan fikir mübadiləsi aparılmalıdır.
Professional münasibətlər zamanı həmkarları tərəfindən bölünən məxfi informasiyanın konfidensiallığını saxlamalıdır.
Supervayzerlə, əməkdaşlarla, həmkarlarla, tələbələrlə, trenerlərlə seksual münasibətdə olmamalı və ya cinsi təcavüz etməməlidir.
Digər mütəxəssislərlə, klientlərlə ünsiyyət zamanı həmkarlarına münasibətdə əsassız və neqativ tənqiddən yayınmalıdır. Əsasız, neqativ tənqidə həmkarların səriştəlilik dərəcəsi, irq, milli-etnik mənsubiyyət, cinsi orientasiya, yaş, ailə statusu, siyasi mənsubiyyət, din, əqli və ya fiziki əlillik kimi fərdi göstəricilərə alçadıcı şərhlər aid edilə bilinər.
Konsultasiya mövzusu ilə bağlı səriştə və biliyini nümayiş etdirmiş həmkarlar ilə fikir mübadiləsi aparmaq və bu mübadilə zamanı keysin müzakirəsi üçün vacib olan minimum informasiyanı verməlidir.
Əlavə xidmətlər tələb olunduqda, sosial işçi keyslə bağlı əsaslı dəyişikliklər edəcəyinə əmin olmadıqda və yaxud klientin digər mütəxəssislərin ixtisaslaşmış bilik və təcrübəsinə ehtiyac yarandıqda klienti digər mütəxəssisə yönəltməlidir.
Sosial işçilərin cəmiyyətə yönələn öhdəlikləri:
Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir.
Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləməlidir.
Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir.
Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir
Mənbə: Code of Ethics of the National Association of Social Workers
Comments are closed, but trackbacks and pingbacks are open.