Press "Enter" to skip to content

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında.

VERGİLƏR

Qanunvericiliyin tətbiqi ilə bağlı vergi ödəyicilərindən daxil olan bəzi sorğularda işsizlikdən sığorta haqqının hesablanması zamanı işçilərə ödənilən sosial ödənişlərin məbləğlərinin, işçilərə dəymiş zərərin əvəzinin ödənilməsinin, habelə sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsaitin işsizlikdən sığorta haqqına cəlb olunub-olunmaması məsələləri öz əksini tapır. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Əməkhaqqına əlavə əmək – şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan – muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı ilə sığortaolunanın ödədiyi sığorta haqqı məbləğləri fərqli ola bilər.

Misal:
İşçinin aylıq vəzifə maaşı – 800 manat;
İşçinin mükafatı – 200 manat;
İşəgötürənə olan borcun bağışlanmasından gəliri – 150 manat.

Bu halda işsizlikdən sığorta haqqının hesablanması aşağıdakı qaydada həyata keçirilir:

Sığortaolunan (işçi) tərəfindən ödənilən – 1000*0,5% = 5 manat;
Sığortaedən (işəgötürən) tərəfindən ödənilən – 1150*0,5% = 5,75 manat.

Fəxriyyə İKRAMQIZI

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi

Sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.

Sığorta hadisəsi dedikdə nə başa düşülür?

Sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal

Kimlər sığortaolunan hesab edilir?

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər

Kimlər sığortaedən sayılır?

  • Dövlət orqanları
  • Fiziki şəxslər
  • Seçkili orqanların rəhbərləri

Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?

Sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur.

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi dedikdə əmək məcəlləsinin hansı maddələri nəzərdə tutulur?

Müvafiq olaraq 70-ci maddənin a və b bəndləri, şəxsin son işlədiyi yerdə dövlət qulluqçusu kimi işləyibsə “Dövlət qulluğu haqqında” qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələri nəzərdə tutulur.

Müvafiq maddələrlə işdən azad olunmuş şəxs nə etməlidir?

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, sığorta ödənişi təyinatı üzrə qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

Sığorta tarifləri tərəflər üçün necə tənzimlənir?

Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Hansı halda müraciət edənə əsas sığorta ödənişi təyin edilir?

Müraciət edən şəxs Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 30 aydan, Əmək məcəlləsinin 70-ci maddənin a və b bəndlərinə və “Dövlət qulluğu haqqında” qanunun müvafiq olaraq 33.1.2 və 33.1.3 maddələrinə əsasən işdən azad olunursa işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olduğu halda təyin olunur.

Hansı hallarda əsas sığorta ödənişinə 1,2 əmsalı tətbiq edilir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

Əsas sığorta ödənişinə əlavə dedikdə nə başa düşülür?

Sığorta ödənişi alanın himayəsində 18 yaşına çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) onun əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə əlavə edilir.

Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə onların əsas sığorta ödənişinə əlavə necə müəyyən edilir?

Qanunla onlardan yalnız birinin əsas sığorta ödənişinə əlavə almaq hüququ vardır.

İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir?

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

Şəxsiyyət vəsiqəsinin surəti

Əsas sığorta ödənişi təyin edilən şəxs üçün onun orta aylıq əməkhaqqının məbləğinə hansı faiz dərəcəsi tətbiq edilir?

Sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Qeyd: Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının məbləği necə müəyyən edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında.

İlk dəfə təyin olunan sığorta ödənişi hansı faiz dərəcələrinə mütənasib şəkildə ödənilir?

İlk 2 təqvim ayı üçün -100 faiz;

3-4-cü aylar üçün -80 faiz;

5-6-cı aylar üçün-70 faiz.

Təkrar müraciət zamanı hansı məbləğdə sığorta ödənişi təyin edilir?

Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir (hər ay üçün bərabər məbləğdə).

Fərdi Məşğulluq proqramı dedikdə nə başa düşülür?

Fərdi Məşğulluq proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təklifləri özündə əks etdirir. Sığorta ödənişi alan şəxs ayda bir dəfə bu proqramın icrası ilə bağlı hesabatı şəxsən təqdim etməlidir.

Hansı hallarda sığorta ödənişinin verilməsi dayandırıla bilər?

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda işsizlikdən sığorta ödənişi dayandırıla bilər:

  • Sığorta ödənişi alan şəxs işlə təmin olunduqda; Sığorta ödənişi alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə
  • Qanunda sığorta ödənişinin ödənilməsi üçün nəzərdə tutulan müddət başa çatdıqda
  • Sığorta ödənişi alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə
  • Sığorta ödənişi alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda
  • Sığorta ödənişi alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə
  • Sığorta ödənişi alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə
  • Sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda
  • Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda
  • Sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda
  • Sığorta ödənişi alan şəxsə ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda
  • Sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qanuna uyğun olmayan məlumatlar aşkar olunduqda
  • Sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə
  • Sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə

İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu siyasi vəzifə tutan şəxslərə şamil olunmur.

Dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatların ixtisar edilməsi səbəbindən işdən azad olunan sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı, əmək müqaviləsinin müddəti qurtarması səbəbindən işdən azad olunmuş şəxsə isə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün isə 30 ay sığorta stajı tələb olunur.

Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

Sığorta ödənişi almaq üçün sığortaolunanın müraciət etdiyi ərizə forması, ərizəyə əlavə olunan sənədlərin siyahısı, fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir.

Xidmətlər
  • Arayışların verilməsi
  • Əmək münasibətləri
  • Əlillik
  • Məşğulluq
  • Əmək pensiyası və sosial müavinətlər
  • Övladlığagötürmə
  • Ünvanlı dövlət sosial yardımı
  • Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
  • Sosial sığorta
  • Sosial xidmətlər
  • Yardımçı xidmətlər
Bizi izləyin

© 2023 DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi

Comments are closed, but trackbacks and pingbacks are open.