Press "Enter" to skip to content

Stationar tədqiqatlar

Qalib şirkətə 4 300 manat ödəniləcək.

Səkkiz ölkə Ayda tədqiqatlar aparacaq

Səkkiz ölkə Ayda tədqiqatlar aparacaq ABŞ və daha yeddi ölkə – Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri ötən gün NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb.

14 Oktyabr , 2020 14:37

https://static.report.az/photo/1ce077f0-d05e-376b-b8aa-104da1efcaf0.jpeg

ABŞ və daha yeddi ölkə – Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri ötən gün NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, NASA (Milli Aeronavtika və Fəza Administrasiyası) Ay tədqiqatlarını vahid çərçivəyə salmağı hədəfləyən beynəlxalq platform olaraq düşünülən “Artemis müqaviləsi” üzərində çalışmaları barədə hələ may ayında, Dövlət Departamenti və Milli Fəza Şurası ilə Ay tədqiqatlarına dair qaydalar hazırladıqlarından sonra elan etmişdi. Proqram çərçivəsində Aya tədqiqat robotları və astronavtlar, o cümlədən ilk dəfə qadın göndərmək, Aydan torpaq və buz nümunələrini gətirmək də nəzərdə tutulur. Artemis müqaviləsinin yekun sənədində Ayda mədənçilik fəaliyyəti, Ay səthinə dair ziddiyyətlərin aradan qaldırılması yolları kimi məsələlərə dair qaydalar təsbit olunub. İmzalama mərasimindən əvvəl mətbuatla görüşü zamanı NASA rəhbəri Cim Braydenstayn (Jim Bridenstine) başlıca hədəflərinin Ay tədqiqatlarına dair hər kəsi vahid platformda toplamaq, habelə bununla bağlı gələcəkdə anlaşmazlıqların, ziddiyyətlərin qarşısını almaq olduğunu qeyd edib: “Biz hər ölkənin razılaşa biləcəyi müəyyən davranış normalarını bərqərar etməyə çalışırıq”. “Artemis müqaviləsi”nə maraq göstərən daha bir sıra ölkə ilə danışıqlar aparıldığı, bu ölkələr arasında fəza tədqiqatları sahəsində liderlərdən olan Rusiya və Çinin olmadığı da diqqətə çatdırılıb. “Artemis müqaviləsi” üçün rəhbər müddəaların 1967-ci ildə imzalanmış Xarici Fəza Sazişində yer aldığı da bildirilib. Həmin sənəd fəza tədqiqatlarının yalnız dinc məqsədlərə xidmət etməsi, fəzada kütləvi qırğın silahlarının yerləşdirilməməsi, yaxud Ayın ayrı-ayrı dövlətlərin suverenliyinə daxil edilməməsi kimi prinsipləri nəzərdə tutur.

Stationar tədqiqatlar

Tenderin qalibi “İnvest Finance” MMC-dir.

Qalib şirkətə 4 300 manat ödəniləcək.

  • Taglar
  • Aqrar Tədqiqatlar Mərkəzi
  • auditor
  • tender

Son xəbərlər

Şarl Mişel: “Rusiya yanacaqlarından asılılığımıza son qoymaq vacibdir”

NFT bazarı necə qurulub?

Azərbaycan bankları kredit faizlərindən 700 milyon manata yaxın gəlir əldə edib

İtaliya rusiyalıların əmlakına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib

Oxşar xəbərlər

Şarl Mişel: “Rusiya yanacaqlarından asılılığımıza son qoymaq vacibdir”

NFT bazarı necə qurulub?

Azərbaycan bankları kredit faizlərindən 700 milyon manata yaxın gəlir əldə edib

İtaliya rusiyalıların əmlakına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
Dostlarınızla paylaşın
Şərh üçün daxil ol

Daxil ol

Qeydiyyatdan keç

Ən çox oxunanlar

Son şərhlər

Trenddə olanlar

Şikayət et

Azərforuma qoşul!

Azərforum’un Gündəlik Digest’inə üzv olun və sizin üçün uyğunlaşdırılan Mövzunun ən yaxşısını əldə edin.

Comments are closed, but trackbacks and pingbacks are open.