Press "Enter" to skip to content

Strateji planlaşdırmanın 6 mərhələsi və onların xüsusiyyətləri

Bu mərhələnin məqsədi bu kimi suallara cavab vermək üçün diaqnoz mərhələsi adlandıranlar var:

Planlaşdırma

1. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri.
2. Strateji planlaşdırma.
3. Taktiki planlaşdırma.
4. Cari planlaşdırma.

Planlaşdırma funksiyası menecmentin ən zəruri funksiyalarından biridir.
Menecmentin bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma funksiyası xarakterikdir:
1. İstehsalın planlaşdırılması.
2. İşçi qüvvəsinin (kadrların) planlaşdırılması.
3. Maliyyənin planlaşdırılması.
İstehsalın icrası üçün maddi ehtiyatlar elə planlaşdırılmalıdır ki, işi görmək üçün pul vəsaitləri çatdırıla bilsin və işçi qüvvəsi yetərincə olsun. Məhz bu səbəbdən də hər üç funksiyanın yerinə yetirilməsi üçün qabaqcadan planlaşdırma zəruridir. Vaxta görə təsiri nəzərə alınmaqla, planlaşdırmanı 3 mərhələyə ayırmaq olar: a) strateji; b) orta müddətli; v) cari (operativ).
Strateji plan – (strategiya – latınca “sərkərdənin məharəti”, uzaqgörmə deməkdir) görüləcək işin əvvəlcədən uzun müddətli planlaşdırmasıqdır. Bu plan olmasa, orta və cari planların hazırlanması və həyata keçirilməsi mümkün olmaz. O, idarəetmənin təşkili və planlaşdırılmasının əsasıdır. Strateji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı sxemdə verilmişdir (Şəkil 10).

Daxili zəif və güclü tərəflərin təhlili

Şəkil 10. Strateji planlaşdırmada ardıcıllıq

Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının müəyyənləşdirilməsini izah edək:
1.Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: a). İstehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul olmaq.
İstehsal fəaliyyəti üçün xammal, avadanlıq, texnologiya və. s lazımdır. Kommersiya fəaliyyəti üçünsə bunlar yox, digər amillər – bazar, bank, biznes və s. vacibdir.
Missiyanın müəyyən olunmasında aşağıdakı amillər zəruridir:
– Məramın nəzəri əsaslandırılması.
– İqtisadi təhliletmə: işi təşkil etmək üçün iqtisadi mühitin yararlı-yararsız olması və iqtisadi mühitin nəzərə alınmasının vacibliyi.
– Siyasi mühitin nəzərə alınması.
– Sosial vəziyyətin öyrənilməsi.
– Estetik və intelektual mühit.
– Dini və milli xüsusiyyətlər.
2.Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur.
3.Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur. Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə nail olmağa kömək edir.
4.Zəif və güclü amillərin tədqiqi. Öz vəziyyətimizi yoxlayırıq, zəif və üstün cəhətləri araşdırırıq. Zəifi aradan götürmək, üstünü daha da yaxşılaşdırmaq lazımdır.
5.Strateji alternativin təhlili.
Çatışmamazlığı aradan qaldırmaq üçün alternativ variant seçmək. Alternativ – hər hansı bir tədbirdə variantların olmasıdır. Burada seçim imkanı vardır.
6.Strategiyanın seçilməsi.
7.Strategiyanın həyata keçirilməsi
8.Strategiyanın qiymətləndirilməsi.
Strategiyanın həyata keçirilməsi üçün bəzi addımlar vacibdir (Şəkil 11):
Strategiyanın qiymətləndirilməsi görülən işin müzakirə və müqayisə edilməsidir. Əgər qiymətləndirmə müsbətdirsə razılıq əsasında iş davam etdirilir, əks halda isə, ya işin icrası, yaxud da tutulmuş plan dəyişdirilir.

Şəkil 11. Strateji icra mexanizminə daxil olan amillər

Taktika – qısa müddətli və strategiyaya uyğun olaraq tətbiq edilmiş tədbirdir.
Siyasət – taktikanın necə icrası üçün atılan addımdır, seçilən yoldur.
Proses – bilavasitə işin icrasıdır, işin mərhələlərlə, texnologiyaya və vaxta görə ardıcıllıqla yerinə yetirilməsidir.
Qayda – prosesin həlli üçün müəyyən edilmiş normativ və hüquqi aktdır. Qabaqcadan qoyulmuş qaydaları özbaşına dəyişdirmək və ya pozmaq olmaz. Əks halda, həm inzibati, həm də istehsal rejimi pozula bilər və istənilən nəticəni əldə etmək olmaz.
Strateji planlaşdırma adətən qlobal məsələlərin uzunmüddətli həllini nəzərdə tutur. Burada, əsasən maddi ehtiyatların, kadrların, istehsal vəsaitlərinin, texnika və texnologiyanın son məqsədə çatmaq üçün birgə istifadəsinin alqoritmi başa düşülür.
Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş spesifik strategiyanın hazırlanmasına doğru aparan, rəhbərlik tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur. Strateji planlaşdırma idarəetmə qərarların qəbul edilməsində istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o, strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4 əsas növünü özündə əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati – strateji qabağıgörmə.
– Ehtiyatların bölüşdürülməsi – bu proses özündə fond, idarəçilik, kapital, kadrlar və texnoloji təcrübə kimi məhdud ehtiyatları əks etdirir.
– Ətraf mühitə uyğunlaşma. Bu uyğunlaşma geniş mənada izah edilməlidir. Ətraf mühitə uyğunlaşma, təşkilatın ətraf mühitlə münasibətlərini yaxşılaşdıran strateji xarakterli bütün fəaliyyəti özündə əks etdirməlidir. Belə ki, təbiətin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması, əhalinin sağlamlığının mühafizə olunması və digər bu kimi vacib amillər nəzərə alınmalıdırlar.
– Daxili əlaqələndirmə – daxili əməliyyatları effektiv birləşdirməyə nail olmaq məqsədilə firmanın zəif və güclü cəhətlərini ifadə etdirmək üçün strateji fəaliyyətin əlaqələndirilməsini özündə əks etdirir.
– Təşkilati – strateji qabağıgörmənin dərk edilməsi, təşkilatın formalaşması və yaşadılması üçün menecerlər tərəfindən onun müntəzəm və dinamik inkişafının həyata keçirilməsini nəzərdə tutur.
Strategiyanın mahiyyəti. Strategiya, təşkilatın tapşırıqlarının həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərdən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır. Strateji plan, geniş tədqiqatlara və real faktiki verilənlərə (göstəricilərə) əsaslanmalıdır. İndiki biznes dünyasında effektiv rəqabət aparmaq üçün firma müntəzəm olaraq bazar, rəqabət və başqa amillərə görə də çoxlu informasiya toplamaqla və onları təhlil etməklə məşğul olmalıdır. Strateji plan firmaya müəyyənlik (fərdilik) verir ki, bu da işçilərin müəyyən qrupunu cəlb edir və eyni zamanda marağı olmayan işçiləri firmadan uzaqlaşdırır. Nəhayət, strateji planlar elə hazırlanmalıdır ki, uzun müddət ərzində dəyişməz qalmaqla kifayətlənməsinlər, həmçinin lazım gəldikdə firmanın fəaliyyətini təkmilləşdirmək və yenidən istiqamətləndirməklə dinamikliyi və elastikliyi təmin etmiş olsunlar.
Ümumi strateji plana firmanın uzunmüddətli dövr üçün fəaliyyətini istiqamətləndirən kompleks tədbirlər proqram kimi baxmaq lazımdır.
Strategiyanın seçilməsi. Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Strateji seçmə müəyyənləşdirilərkən bu seçim birmənalı olmamalıdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.
Risk – qazanc və yaxud itki verə bilən fəaliyyətdir. Kifayət qədər ölçülüb-biçilməmiş və əsaslandırılmamış yüksək dərəcəli risk təşkilatı müflisləşdirib dağıda bilər.
Əvvəlki strategiyalar haqqında bilik və təcrübənin olması və onların təsirlərinin nəzərə alınması zəruri amildir. Çünki, çox tez-tez rəhbərlik şüurlu və ya şüursuz surətdə keçmiş strateji alternativlərin təsiri altında olur və istər-istəməz onlara istinad etməli olur.
Rəqiblərə və rəqabətə reaksiya. Firmalar çox tez-tez konkret strateji alternativin seçilməsində rəqiblərin münasibətlərini və rəqabət mühitini öyrənməli olurlar. Çünki yalnız belə olduqda rəhbərlik, bazarın tələb-təklif elastikliyinə cavab verə bilən müvafiq addımlar ata bilər.
Vaxt amili. Qərar qəbul edilməsi zamanı vaxt amili müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə səbəb ola bilər. Dar macalda, hətta yaxşı qərarın pis həyata keçirilməsi təşkilatın ziyana düşməsinə, bəzi hallarda isə hətta dağılmasına gətirib çıxara bilər.
Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına görə qurula bilər.
Cari planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və gündəlik işlərin gedişinə mütənasib qurulmalıdır.

Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007

Strateji planlaşdırmanın 6 mərhələsi və onların xüsusiyyətləri

The strateji planlaşdırma mərhələləri Bunlar ətraf mühitin təhlili, məqsədlərin təyin edilməsi, taktika və ya texnikanın qurulması, icrası, nəticələrin bildirilməsi və qiymətləndirilməsidir. Strateji planlaşdırma, məqsədlərin təyin olunduğu, onlara çatmağın yolları və vasitələrinin yanında nəticələrin ölçülməsi və ya qiymətləndirilməsi üsuludur.

İdarəetmə sahəsində strategiya, uzunmüddətli hədəflər təyin etməkdən ibarətdir ki, bu da əsas qərarlar qəbul etmək və lazımi fəaliyyətləri həyata keçirmək üçün təlimatları ehtiva edir.

Strategiyada uzun müddət həlledici rol oynayır. Michael Porter kimi bir mütəxəssis ən azı 10 il üçün planlaşdırmağı məsləhət görür. Strategiya olmadan, təbiətindən asılı olmayaraq, bir təşkilatın öz inkişafı istiqamətində ardıcıl və mütərəqqi şəkildə irəliləməsi çətindir.

Bir təşkilatın idarə edilməsi strategiya tələb edir. Belə bir strategiya davamlı olaraq nəzərdən keçirilməsini və əlaqədar tərəflər arasında sosiallaşmasını tələb edir.Strategiya, bir təşkilatı irəliyə aparmağa və bunu daha yaxşı və daha yaxşı şəkildə necə qurulacağını öyrənməyə və institutlaşdırmağa xidmət edir.

Qloballaşma, bir şirkətin və ya layihənin qarşılaşa biləcəyi rəqiblərin sayını və keyfiyyətini artırması ilə planlaşdırma prosesinə və strateji mahiyyətinə əhəmiyyət verdi.

Əlavə olaraq rəsmi bir strategiya planlaşdırma sisteminə sahib olan şirkətlərin ən yaxşı maliyyə və satış nəticələrinə sahib olduqları və işçilərin məmnuniyyəti də daxil olmaqla iş müvəffəqiyyət göstəricilərini yaxşılaşdırdıqları sübut edilmişdir.

Strateji planlaşdırmanın hansı mərhələləri var?

Strateji planlaşdırma, ölçüsündən, təşkilat yaşından və yerindən asılı olmayaraq hər hansı bir insan təşkilatına aid olduğu üçün prosesin müddəti və sərtliyi dəyişkəndir.

Bununla belə, bütün hallarda daha çox və ya daha az ümumi olan mərhələlər var, yəni:

1. Ətraf mühitin təhlili

Sözügedən təşkilatın vəziyyətinin daxili və ətraf mühitə uyğun olaraq nəzərdən keçirildiyi prosesin ilkin anıdır.

Bu, həm də təşkilatın zəif tərəflərinin, malik olduğu imkanların, faydalana biləcəyi güclü tərəflərin və üzləşəcəyi təhlükələrin dəqiq müəyyən edilməsi olan SWOT matrisinin həyata keçirildiyi mərhələdir. edilir.

Bu mərhələnin məqsədi bu kimi suallara cavab vermək üçün diaqnoz mərhələsi adlandıranlar var:

  • Təşkilat sizin mühitinizdə kimdir və ya nəyi təmsil edir?
  • Haradasan və hara getmək istəyirsən?
  • Oraya hansı hesabla çatmaq olar?
  • Bu yolda hansı maneələr ola bilər?
  • Müsabiqə kimdir?

2. Məqsədləri müəyyənləşdirin

Ətraf mühit şəraiti təhlil edildikdən sonra qarşıya qoyulan məqsədi müəyyən etmək üçün kifayət qədər sübutlar olmalıdır. Bu məqsəd uzunmüddətli perspektivdə görünməlidir. Əvvəlki sətirlərdə deyildiyi kimi, ideal olaraq 10 il.

Əlbəttə ki, tək bir məqsəd olmaq lazım deyil, ancaq ortaya çıxanlara elə bir prioritet verilməlidir ki, onlar bütün taktikaların eyni zamanda bir məqsədə yönəlməsinə imkan versinlər.

Bu mərhələdə o, həmçinin sözügedən təşkilatın idarəetmə fəlsəfəsini diktə edən prinsiplərə (missiya, baxış, dəyərlər, inanclar və normalar) əsaslanan strateji istiqamətdən istifadə etməyə kömək edir.

Bu şəkildə məqsədlər, onlara çatmaq üçün çalışacaqların mədəniyyətinə uyğun olacaq.

Məhz bu mərhələdə strategiya düzgün olaraq, məqsədlər, taktika, hesabat, qiymətləndirmə və alternativ planlar nəzərə alınmaqla formalaşdırılır.

Bu zaman çox vaxt diqqətdən kənarda qalan məqamlardan biri, bu məqsədlərin cəlb olunanlara necə çatdırılacağı və onların könüllü olaraq qəbul edilməsinin necə axtarılacağıdır.

3. Taktika qurulması

Onlar strategiyadan imtina edirlər. Məqsədlərə çatmaq üçün konkret addımlardır.

Əməliyyat planlaşdırmasının detallarıdır. Böyük məqsəd operativ olur və vəzifələr, mövcud resurslar, müddətlər, idarəetmə göstəriciləri və məsul şəxslər müəyyən edilir.

Qeyd etmək lazımdır ki, əvvəlki bölmədə göstərildiyi kimi, məqsədlərin çatdırılması da nəzərə alınmalıdır və bu, bu mərhələyə aiddir; strategiyanın ictimailəşdirilməsi ilə bağlı taktika da nəzərə alınmalıdır.

4. İcra

Burada taktika hərəkətə çevrilir. Bu zaman indiyə qədər qəbul edilmiş qərarlar sınaqdan keçirilir. Planlaşdırılan plan yerinə yetirilir və bunun üçün təxmin edilən mənbələr istehlak olunur.

Məhz bu mərhələdə planlaşdırılan və reallıq arasındakı boşluqlar adətən müşahidə olunur. Bu mərhələdə plandan kənara çıxmaların baş verməsi normaldır, çünki onlar adətən ətraf mühitin tələblərinə cavab verirlər.

İdeal olaraq, təşkilatı təşkil edən insanların əksəriyyəti strategiyanın icrasında iştirak edir, məqsədini başa düşür və qəbul edir.

5. Hesabat

Bu, ümumiyyətlə çox əhəmiyyət verilməyən bir mərhələdir, lakin işlərin necə idarə olunduğuna və buna görə də gələcəkdə necə təkrarlana və ya təkmilləşdirilə biləcəyinə dair qeyd, şahidlik olduğu üçün nəzərə alınmalıdır.

Bu tip qeydlər üçün vahid format yoxdur. Çap edilə bilər və ya çap oluna bilməz. Bu hərfi və ya qrafik ola bilər.

Məsləhət görən odur ki, mümkün qədər təfərrüatlı olsun ki, onun təkrarlanması və ya təkmilləşdirilməsi gözlənilən nəticələri versin.

6. Qiymətləndirmə

Məqsədlərin təyin olunduğu andan etibarən onların yerinə yetirilməsini qiymətləndirməyin yolları və vasitələri nəzərə alınmalıdır. Yəni, bunlara nail olub-olmaması və onların nəzərdə tutduğu xərclər (maddi və qeyri-maddi).

Bu proses strategiyanın həyata keçirilməsi zamanı müxtəlif vaxtlarda aparılmalıdır ki, mümkün səhvlər vaxtında aşkar edilsin və müvafiq düzəlişlər edilsin.

Bu, vaxt, insan və maliyyə resurslarını səmərəli və səmərəli şəkildə sərf etmək üçün bir növ davamlı auditdir.

Burada təqdim olunan mərhələlər, fərqli sahələrdə planlaşdırma üçün ümumi olanların xülasəsidir, çünki bir universitetdə planlaşdırma bir xəstəxanada və ya rəqəmsal marketinq şirkətində planlaşdırmaq üçün lazım olmayan bəzi xüsusiyyətlərə malik olacaqdır.

Eyni şəkildə, mərhələlərin ardıcıllığı və istifadə olunan üsullar, alətlər və üsullar çox fərqli və hər bir təşkilat növünə uyğun olacaq.

İstinadlar

  1. Herrera, Carlos (2017). Strateji planlaşdırma mərhələləri. Slideshare.net saytından bərpa edildi
  2. Cəsarətə Sadiq, D.Y. və başqaları (2011). Strateji Planlaşdırma bir sağlamlıq qrupunun inteqrasiya prosesi olaraq. Qlobal Hemşirelik, 10 (24). Dx.doi.org saytından bərpa edildi
  3. Ogliastri, Enrique (2017). Strateji planlaşdırma təlimatı. Strateji plan hazırlamaq üçün yeddi model. Yenidən əldə edildi: Researchgate.net

Comments are closed, but trackbacks and pingbacks are open.