Press "Enter" to skip to content

Strateji yol xəritəsi sığorta

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Strateji Yol Xəritəsi: Aqrar sığorta fondunun yaradılması imkanları araşdırılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin də iştirakı ilə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə sığorta fondunun yaradılması imkanlarını araşdıracaq.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə qeyd edilir ki, bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və fondun istehsalçıların sığortalanmasına və ümumilikdə aqrar sahənin inkişafına potensial təsirləri təhlil edilməklə hesabatlar hazırlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlarla birlikdə aqrar sahədə sığorta sistemi ilə bağlı beynəlxalq təcrübəyə əsasən mövcud qanunvericilikdə təkmilləşdirmələrin aparılması üzrə təkliflər hazırlanacaq. Belə təkliflərə aqrar sahədə diferensial yanaşmalı sığorta sisteminin tətbiqi (regionlar və məhsullar üzrə), icbari sığortanın tətbiqi (bəzi məhsullar üzrə) və sair aid edilə bilər.

Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə kənd təsərrüfatı sahəsi üzrə sığorta risklərinin effektiv şəkildə qiymətləndirilməsi üçün iqlim məlumatları və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri, habelə məhsuldarlıq göstəriciləri üzrə uzunmüddətli dövr üçün informasiya bazası yaradacaq. Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə bitkiçilikdə karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, oxşar olaraq heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi ilə bağlı icra mexanizmi hazırlayacaq.

Strateji yol xəritəsi sığorta

İqisadi sistemin səmərəliliyi və məhsuldar fəaliyyət göstərməsi bir çox amillərdən bilavasitə asılıdır. Bu sırada əhəmiyyətli rolu olan məsələlərdən biri də sığorta mexanizmidir və sığorta vasitəsilə iqtisadi proseslərin iştirakçıların üzləşdikləri risklərin əhəmiyyətli hissəsinin sığortalanması, ortaya çıxa biləcək itkilərin, hadisələrin nəticəsində yaranacaq zərərlərin kompensasiya edilməsi mümkündür. Bundan başqa, sığortanın olması sahibkarlıq və biznes subyektlərinin, kapital və əmlak sahiblərinin daha etibarlı şəkildə fəaliyyət göstərmələrini təmin edir, istehsal və kommersiya əməliyyatlarının genişləndirilməsinə şərait yaradır, əlavə investisiyaların yatırılmasını mümkünləşdirir və s. Dünya təcrübəsində bu kimi məsələlər daim diqqət mərkəzindədir və iqtisadi fəaliyyətin sığortalanması, sığorta alətlərindən fəal istifadə edilməsi və bu mexanizmə güclü şəkildə önəm göstərilməsi mütləq şərtlərdəndir. Eyni zamanda, sığorta sisteminin səmərəli formada tənzimlənməsi, dövlət və aidiyyətli mərkəzi strukturlar tərəfindən zəruri addımların atılması, sığorta sisteminin dinamik inkişafına və məhsuldar fəaliyyətinə mane olan baryerlərin aradan qaldırılması məsələləri aktuallığı ilə ön plana çıxırlar. Hələ, XX əsrin II yarısından başlayaraq ABŞ və digər aparıcı dünya dövlətlərində sığorta alətlərindən istifadənin genişləndirilməsi, bununla bağlı məsələlərdə ştatlar və federal səviyyədə vəzifələrin və məsuliyyətin bölüşdürülməsi, qanunla müəyyənləşdirilməsi məsələlərinə dövlət səviyyəsində yüksək səviyyədə baxılmışdır. Əsas tənzimləmə məsələləri kimi sığortanın təşkilində, idarə olunmasında və tənzimlənməsində hansı orqanın və inzibati aparatın formalaşdırılması mühüm sual və problem kimi götürülmüşdür. Bundan əlavə, sığorta sisteminin tənzimlənməsinin istehlak bazarlarına və bilavasitə istehlakçılara təsirinin dərindən öyrənilərək nəzərə alınması və sığorta xidmətlərinin formalaşdırılmasında bununla bağlı halların təsirinin daha optimal ölçülməsi və qiymətləndirilməsi vacib hesab edilmişdir. Bunlarla bərabər, sığorta sisteminin tənzimlənməsi siyasətində maliyyə bazarının mühüm seqmentlərindən biri kimi, bu tənzimləmə mexanizmlərinin maliyyə axınlarının hərəkətinə və səmərəliliyinə təsiri də diqqət mərkəzində saxlanılmalıdır [1, s. 182]. Sığorta institutunun işləkliyi və səmərəliliyi, ilk növbədə bu sistemin strukturunun, idarəetmə pillələrinin, mərkəzi və regional bölmələrinin, digər analoji qurumlarla qarşılıqlı fəaliyyət əlaqələrinin hansı səviyyədə formalaşdırılmasından, hüquqi bazanın səviyyəsindən və dövrün tələblərinin, çağırışlarının maksimum düzgün qiymətləndirilməsindən bilavasitə asılı olduğunu da qeyd etmək mümkündür. L.S.Kimballa görə: “Sığorta sisteminin əsas fəaliyyət prinsipləri sığorta şirkətlərinin səmərəli işləmələri üçün təminat verməlidir, bundan başqa, sığorta şirkətlərinin daxili strukturu optimal olmalı, real istehlak bazarının tələblərinə söykənməlidir” [2]. Hər hansı bir sığorta xidmətinin hazırlanması və bazara çıxarılması tədbirləri dərindən öyrənilməli, araşdırılmalı və əsaslandırılmış qərarlar qəbul olunmalıdır. Sığorta şirkətinin xidmətləri diversifikasiyalaşdırılmalı və bu şirkətin maliyyə sabitliyinə təsir edəcək təhlükələrin və risklərin dəyərləndirilməsi vacibdir. Əks halda dövlət tərəfindən reallaşdırılan məqsədli proqramlar, aparılan iqtisadi islahatlar şəraitində sığorta sisteminin ona aid olan mühüm funksiyalarını tam olar reallaşdırmaqda çətinliklərlə üzləşməsi qaçılmaz bir prosesə çevrilə bilər.
Qeyd edəki ki, sığorta şirkətləri əsas etibarı ilə müxtəlif dünya ölkələrində iri investisiya kompaniyaları statusunda fəaliyyət göstərirlər, eyni zamanda, müxtəlif sahələrə və layihələrə investisiyalar yönəldirlər, özlərinin də təşəbbüskarları olduqları bir sıra inkişaf və investisiya layihələrində iştirak edirlər, maliyyə risklərinə məruz qalırlar və bunlara baxmayaraq, bütün hallarda sığorta şirkətləri həm də bu proseslərin digər iştirakçılarının kapital və əmlaklarının sığortalanmasını həyata keçirməklə, onların sabit və güvənli şəkildə fəaliyyətlərinin təminatçısı kimi çıxış edirlər. Başqa sözlə, sığorta iqtisadi inkişaf proseslərində özünün müxtəlif formaları ilə müxtəlif hüquqi və fiziki şəxslərin daha sabit fəaliyyət göstərmək potensialını artırmaqla bərabər, bu subyektlərin müxtəlif risklərdən qorunması təmin edir. Bu amillər əsas götürülməklə, sığorta sisteminin gücləndirilməsi üçün dövlət tərəfindən davamlı tədbirlər görülməli və sistemli tənzimlənmə mexanizmləri işlənib hazırlanmalı, sığorta şirkətlərinin fəaliyyətində səmərəliliyə ciddi önəm verilməli, sığorta şirkətlərinin maliyyə sabitliyi ilə bağlı əlavə dəstəkləyici mexanizmlər müəyyənləşdirilməlidir. Belə ki, sığorta sistemində qeyri-sabitlik, sığorta şirkətlərinin maliyyə bazarlarında passivliyi bütövlükdə ölkədə makroiqtisadi və makromaliyyə sabitliyi üçün arzuolunan hal deyildir [3]. Bazar iqtisadiyyatı proseslərində və xüsusilə maliyyə bazarında baş verən hadisələrin maksimum sığortalanması, dəyən zərərlərin qarşılanması mexanizmlərinin olması, müxtəlif çevik və işlək sığorta xidmətlərinin göstərilməsi, son nəticədə iqtisadi inkişafın dinamikliyinə əsaslı zəmin yaradır və iqtisadi fəallığı əhəmiyyətli səviyyədə artırmağa imkan verir. Dövlət tərəfindən sığorta sisteminin fəaliyyət mexanizmlərinin güclü olmasına imkan verən qanunvericilik bazasının hazırlanması və bu sahəyə konseptual yanaşmaların təmin edilməsi mühüm şərtlər kimi dəyərləndirilməlidir. Bundan əlavə, sığorta sisteminin fəaliyyət mexanizmlərinin və tətbiq olunan praktiki alətlərinin müasir qlobal sığorta çağırışlarına uyğun şəkildə tənizmlənməsi tədbirləri görülməlidir [4].
Son onilliklərdə iqtisadi islahatların dünya səviyyəsində dərinləşməsi, 2008-ci ilin sonlarından başalayaraq dünya maliyyə böhranının mənfi təsirindən yaranan yeni tələblərin və çağırışların ortaya çıxması sığorta bazarına və sığorta sisteminə də ciddi təsir göstərmişdir. Digər tərəfdən isə, cəmiyyətin və iqtisadiyyatın bütün sahələrində sığorta xidmətlərinə, eyni zamanda, qeyd etmək lazımdır ki, müasir və fərqli sığorta xidmətlərinə tələb yüksəlmişdir. Sığorta sisteminin çevikliyi və sığorta xidmətlərinin əlaçtanlığı problemləri qabarmışdır, yəni əvvəlki formada və ənənəvi sığorta xidmətlərinin əhəmiyyətli hissəsinin təkmilləşdirilmələrə və modernləşdirilmələrə ehtiyacı açıq-aydın görünür və tələb olunur. Buna görə də, sığorta bazarı maliyyə bazarının vacib seqmenti kimi daim ciddi nəzarətdə saxlanılmalı və dövlət tərəfindən vacib olan tənzimləmə tədbirləri reallaşdırılmalıdır [5]. Başqa bir məqam son illərdə sığorta xidmətlərinin elektron formada daha çox tələbatın artması və bu kimi sığorta alətlərinin çevikliyi ilə bağlıdır. Sığorta sisteminin şəffaflığının yüksəldilməsi, onun idarəetmə strukturlarının dövrün çağırışlarına uyğun olaraq optimallaşdırılması, ölkənin mərkəzi şəhərləri və hissələri ilə yanaşı, bu xidmətlərin digər regionlarda, uzaq rayonlarda əlçatan olmasına imkan verən müvafiq infrastrukturun yaradılması və bunların hesabına sığorta xidmətlərinin əlçatanlığına imkan verilməsi mühüm əhəmiyyət kəsb edir. Bu proseslərin rəqəmsal texnologiyaların və elektron sığorta xidmətlərin hesabına daha səmərəli təşkilinə, geniş tətbiqnə imkan verər [6, s. 39]. İqtisadi islahatlar prosesində, iqtisadi fəallığın artdığı bir şəraitində sığortanın daha yüksək önəm kəsb etməsi, eyni zamanda yüni sığorta xidmətlərinə zərurətin yaranması məsələlərində rəqəmsal texnologiyalardan və mexanizmlərdən istifadə sayəsində daha yüksək nəticələrin əldə edilməsi mümkündür. Digər tərəfdən, sığorta sistemində və sığorta bazarında rəqəmsal mexanizmlərin və alətlərin fəal tətbiqi şəffaflığın artırılmasına, bu sahəyə daha çox investisiyaların cəlb ediməsi üçün münbir şərsaitin yaradılmasına imkan verər. Sığorta bazarının iştirakçılarının və sığorta siteminin subyektləri rəqəmsallaşmaya keçməklə özlərinin fəaliyyətinin maksimum səmərəli olmasında əlavə potensial əldə etmiş olarlar [7, s. 35].
Azərbaycanda da iqtisadi islahatların sürətləndirilməsi, iqtisadi inkişaf modelinin yeni mərhələyə və səviyyəyə qaldırılması, bunlarla bağlı olaraq strateji hədəflərin qarşıya qoyulması və hazırda onların reallaşdırılması baxımından, maliyyə bazarının sabitliyi, xüsusilə sığorta xidmətlərinin səmərəliliyi və çevikliyi mühüm məsələlər kimi xarakterizə edilirlər. Ölkə iqtisadiyyatının bütün sahələrində islahatlar ildən-ilə daha da dərinləşməkdədir və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, onun sabitliyinin maksimum dayanıqlı olması məsələləri də ön plana çıxmışdır. İ.e.d. V.Qasımlı belə hesab edir ki: “Ən böyük uğurumuz cənab Prezidentin rəhbərliyilə ölkədə yaradılmış ictimai-siyasi sabitlik, makroiqtisadi sabitlik, sosial rifah və dayanıqlı iqtisadi artımdır. Hazırda Azərbaycan dünyanın ən islhatçı və sabit ölkələri sırasındadır. Biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir” [8]. Hesab edirik ki, bu proseslərdə sığorta sistemi və sığorta xidmətləri strateji sabitləşdirici maliyyə seqmentlərindən biri kimi qiymətləndirilməlidir. Qeyri-neft sektoru sahələrinin inkişafının dayanıqlı olmasında, kiçik və orta biznes subyektlərinin güvənli formada fəaliyyət göstərmələrində, əmlak bazarının ölkə əhalisinin iqtisadi fəallığının artırılmasında rolunun gücləndirilməsində, yeni iş yerlərinn yaradılmasında sığortanın əhəmiyyəti kifayət qədər artmaqdadır. Xidmət sektorunun genişlənməsində, ticarət əməliyyatlarının artmasında və müxtəlif fəaliyyat istiqamətləri üzrə fəllığın yüksəlməsində sığorta vacib amillərdən hesab olunur. İlk növbədə, əvvəldə bildirdiyimiz kimi qeyri-neft sektorunda rəqabətqabliyyətli daxili istehsal sahələrinin genişləndirilməsi, eyni zamanda, dövlət tərəfindən bu proseslərin dəstəklənməsi tədbirləri sırasında sığorta sisteminin təkmilləşdirilməsi, bunlarla əlaqəli olaraq vacib tənzimləmə tədbirlərinin görülməsi sürətləndirilməkdədir. Məsələn, aqrar sahədə fəaliyyətin şaxələndirilməsi və stimullaşdıırlması, bu sahənin qeyri-neft sektorunda rolunun artırılması üçün sığorta xidmətlərinin təşkilinin və tənzimlənməsinin yeni qanunvericilik bazası formalaşdırılmışdır [9]. Eyni zamanda, dünya təcrübəsindən yanaşmaqla, sığorta bazarının dinamikliyinin təmin edilməsi bazar iştirakçılarının maraqlarının balanslaşdırılması məsələlərinə diqqət artırlmaqdadır. Belə ki: “Azərbaycanın iqtisadi potensialının reallaşdırılması çoxsaylı risklərlə, – həm təbii və texnogen fəlakətlərlə, həm də cəmiyyətin təsərrüfat və sosial həyatına xas olan risklərlə, habelə riskləri standart idarəetmə sxemlərində nəzərdə tutulmayan digər risklərlə xarakterizə olunan yeni iqtisadi şəraitdə uzunmüddətli milli siyasətin həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Sığorta bazarı alqı-satqı obyekti kimi sığorta müdafiəsinin çıxış etdiyi, buna tələb və təklifin formalaşdığı xüsusi sosial-iqtisadi mühit, iqtisadi münasibətlərin müəyyən bir hissəsidir” [10, s. 31].
Ölkəmizdə maliyyə bazarının sabitləşməsi və dayanıqlılığının artırılması nöqteyi-nəzərindən sığorta xidmətlərinin çeşidinin genişləndirilməsi və əlçatanlığının təmin olunması da mühüm şərtlərdən hesab olunur. Bunlarla bağlı strateji yanaşmalar və hədəflər, ümumilikdə sığorta şirkətlərinin və sığorta fəaliyyətinin rolunun gücləndirilməsi üzrə strateji hədəflər öz əksini strateji yol xəritəsində – ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarix­li Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə tapmışdır [11]. Artıq bu istiqmaətdə görülən tədbirlər müəyyən mənada öz təsirini göstərməkdədir. Belə ki, aparılan tədbirlər və sığorta xidmətlərinin strukturunun genişləndirilməsi nəticəsində ölkənin sığorta sisteminin dayanıqlılığı güclənməkdə və aktivləri yüksəlməkdədir. 2019-cu ilin yekununa görə, ölkə ÜDM-də sığorta sektorunun xüsusi çəkisi 2 %-ə bərabərdir. Sığorta sektorunun aktivləri isə 13,3 % yüksələrək 1,4 mlrd. səviyyəsində qeydə alınmışdır [12]. Bütün bunlar dövlət tərəfindən sığorta sisteminin ardıcıl şəkildə yüksək səviyyədə tənzimlənməsinin və zəruri tədbirlərin görülməsinin nəticəsində reallaşmışdır. “Sığorta bazarlarının dövlət tənizmlənməsi sistemlərinin tətbiqi birmənalı olaraq, bu sistemlərin əsasında məhz maliyyə tənzimlənməsi alətlərindən istifadə edilməsinin durduğunu çox aydın bir şəkildə sübut edir. Davamlı iqtisadi inkişaf şəraitində sığorta sahəsində həyata keçirilən yeni islahatların əsas qayəsi və vəzifələri, hər şeydən öncə milli sığorta sisteminin möhkəmləndirilməsi və onun maliyyə xidmətlərinin inkişaf etdirilməsindən ibarətdir. Yeni şəraitdə sığorta seqmentinin təşkili prinsiplərində əsaslı dəyişkiliklər edilməsi, sığorta bazarının strukturlaşması, sığorta seqmentində inhisarın aradan qaldırılması və s. mühüm əhəmiyyət daşıyır” [13, s. 6]. Belə ki, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi proseslərinin məhsuldarlığının və səmərəliliyinin yüksəldilməsi, bu proseslərdəki risklərin minimuma endirilməsi məqsədilə, sığorta fəaliyyətindən istifadə imkanlarının reallaşdırılması strateji əhəmiyyəti ilə fərqlənir və bu amillər baxımından həmin proseslərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin onların səmərəliliyinin maksimum artırılması tədbirləırinin görülməsi vacib şərtlərdəndir [14]. Eyni zamanda, ölkəmizdə iqtisadi islahatların daha səmərəli olması və bu islahatların sosial-iqtisadi nəticələrinin ölkə və əhalinin gəlirlərinə, yaşayış səviyyəsinə təsirinin artırılması strateji vəzifələr kimi çoxfunksiyalı yanaşmanı tələb edir. Bu sırada mühüm məsələlərdən biri də maliyyə bazarının dinamikliyi və sığorta sisteminin işləkliyidir. “Maliyyə bazarlarının inkişaf etdirilməsi ilə bütövlükdə milli iqtisadiyyatın digər sektorlarının inkişafının sürətləndirilməsi daha da intensivləşir. Bu proseslərdə sığorta sistemi vacib amillərdən və mühüm maliyyə alətlərindən biri kimi diqqət çəkir” [15]. Qeyd olunan amillər, sığorta sisteminin tənzimlənməsi və gücləndirilməsi məsələlərində fəallığın daha da artırılmasını şərtləndirir.
Yaxın perspektivdə Azərbaycanda iqtisadi islahatların maksimum sürətləndirilməsinə tələb artacaqdır. Belə bir şəraitidə sığorta sisteminin tənzimlənməsi və onun nmövcud mexanizmlərinin gücləndirilməsi üçün bir sıra amillərə və problemlərə konseptual yanaşmalar təmin olunmalıdır:
–ilk növbədə, hesab edirik ki, Azərbaycanda sığorta fəaliyyəti və sığorta şirkətlərinin maliyyə sabitliyi ilə bağlı məsələləri tənzimləyən qanunvericilik bazası müasir iqtisadi islahatların şərtlərinə və dünya səviyyəli çağırışlarına uyğun olaraq təkmilləşdirilməlidir;
–ölkənin sığorta sisteminin dayanıqlılığının artırılması və bu sahəyə yönəldilən kapitalın, investisiyaların stimullaşdırılması tədbirləri görülməlidir;
–hazırkı sığorta fəaliyyəti ilə bağlı normativlərin, sığorta haqlarının yığlması və sığorta ödənişlərinin edilməsi ilə bağlı nisbətin obyektiv reallıqlar əsasında baxılması və tənzimlənməsi vacibdir və s.

Açar sözlər: iqtisadi islahatlar şəraiti, sığorta sistemi, sığorta sisteminin tənzimlənməsi, sığorta sisteminin güclənməsi, sığorta bazarı, maliyyə xidmətləri bazarı, sığorta sisteminin gücləndirilməsi tədbirləri.

ƏDƏBİYYAT SİYAHISI
1. Robert, W. Klein Principles for Insurance Regulation: An Evaluation of Current Practices and Potential Reforms // The Geneva Papers on Risk and Insurance – Issues and Practice volume 37, 2012-p.175-199.
2. Kimball, Spencer L., “The Purpose of Insurance Regulation: A Preliminary Inquiry in the Theory of Insurance Law” (1961). Minnesota Law Review. 2324. https://scholarship.law.umn.edu/mlr/2324.
3. Fabiana, Gómez, Jorge Ponce. Systemic Risk and Insurance Regulation // Risks 2018, 6(3), 74; https://doi.org/10.3390/risks6030074.
4. Martin, F. Grace and Robert W. Klein. The Future of Insurance Regulation: An Introduction https://www.brookings.edu/wp-content/uploads/2016/07/futureofinsuranceregulation_chapter.pdf.
5. Баринов Э.А. Страховой рынок как сегмент финансового рынка ЕС // Ученые записки Российской Академии предпринимательства, Т.19, 2020. № 1, – c.111-117.
6. Горулев Д.А. Влияние цифровых трансформаций на экономику, финансовый и страховой рынок // Страховое дело 12 (321), 2019, c.36-48
7. Ахвледиани Ю.Т. Страховая индустрия на финансовом рынке в условиях цифровизации. // Страховое дело, 2019. (315), – c. 33-37.
8. Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”. 14 Yanvar 2020. https://iqtisadiislahat.org/news/vusal_qasimli_azerbaycan_dunyanin_en_islahatci_ve_sabit_olkeleri_sirasindadir-877/.
9. Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. – Bakı, 19 sentyabr 2018-ci il.
10. İbrahimov K.M. Azərbaycanın sığorta bazarı: trendlər və inkişafın yeni çağırışları. // İPƏK YOLU, – 2020. No.2, – s.31-42
11. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016. –59 s.
12. Sığorta sektorunun aktivləri 1,4 milyard manata çatıb. 28 iyun 2019. https://vergiler.az/news/economy/2731.html.
13. Ataşov B.X., Ələkbərov Ə.Ə., Xudiyev N.N. “Sığorta işi”. Ali məktəblər üçün dərslik. Bakı, 2018, “Kooperasiya” nəşriyyatı, 416 s.
14. İbrahimov K.M. Azərbaycanda sığorta sisteminin mövcud vəziyyəti və sığorta şirkətlərində maliyyə sabitliyi problemləri // “Audit” Jurnalı, cild 19, –2018. №2, – s.49-57.
15. Əliyev Ş.T. Azərbaycan iqisadiyyatı. Sumqayıt, 2018, – 376 s.

РЕЗЮМЕ
Вопросы регулирования и усиления системы страхования в Азербайджане в условиях экономических реформ

В статье исследованы вопросы регулирования и усиления системы страхования в Азербайджане в условиях экономических реформ. С этой целью анализирована сущность и основные проблемы системы страхования. Рассмотрено мультипликативное влияние страхования на усиление стабильности проводимых экономических реформ в стране. Отмечена необходимость применения системы страхования в условиях глобальных угроз и нестабильности. Обоснована важность расширения перечня страховых услуг и совершенствования системы страхования в стране. Анализированы основные факторы, влияющие на финансовую стабильность страховых компаний и повышение их активности в ускорении экономических реформ. Подготовлены предложения и рекомендации по вопросам регулирования и усиления системы страхования в Азербайджане в условиях экономических реформ.

Ключевые слова: условия экономических реформ, система страхования, регулирование системы страхования, усиление системы страхования, страховой рынок, рынок финансовых услуг, мероприятия по усилению системы страхования.

SUMMARY
Issues of regulation and strengthening of the insurance system in Azerbaijan in the context of economic reforms

The issues of regulation and strengthening of the insurance system in Azerbaijan in the context of economic reforms are investigated in the article. The essence and main problems of the insurance system are analyzed for this purpose. The multiplier influence of insurance on strengthening the stability of the current economic reforms in the country is considered too. The need to apply the insurance system in the face of global threats and instability is underlined. The importance of expanding the list of insurance services and improving the insurance system in the country is justified. The main factors influencing financial stability of insurance companies and increasing their activity in acceleration of economic reforms are analyzed then. Proposals and recommendations on the regulation and strengthening of the insurance system in Azerbaijan in the context of economic reforms are given in the end of the article.

Key words: conditions of economic reforms, insurance system, regulation of the insurance system, strengthening of the insurance system, insurance market, financial services market, measures to strengthen of insurance system.

Comments are closed, but trackbacks and pingbacks are open.