Press "Enter" to skip to content

Süd vəzinin fibroması

Süd vəzinin fibroadenomasının diaqnostikası mammoloq üçün heç bir çətinlik törətmir. Palpasiya zamanı şiş törəməsi üzə çıxarılır. Süd vəzinin USM-də onun lokalizasiyası, quruluşu (fibroz və ya kistoz), forma və ölçüləri təyin olunur. USM nəzarəti altında biopsiya edilir.

Süd və süd məhsulların xeyri və zərəri

Süd və süd məhsullarının insan orqanizminə çox böyük xeyri var. Belə ki, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.

Qızmar yay günlərində müxtəlif xəstəliklərdən qorunmaq və sərinləmək üçün süd, qatıq, kefir, smetan, yoqurt kimi süd məhsullarından istifadə edirik. İstədiyimiz məhsulları ölkənin istənilən mağazalarından almaq mümkündür. Aldığımız məhsulların üzərində saxlama müddətinin 3-4 ay olduğunu görüb həmin məhsulu ləzzətlə yeyirik. Dədə-baba qaydası ilə evlərdə qoyulan qatığı 3 gün, pendiri 1 aydan artıq saxlamaq mümkün olmadığı halda, bəs bu firmaların məhsullarının son istifadə tarixi necə ola bilər ki, 3-4 ay müddətində olsun?

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, süd və süd məhsullarının uzun müddət saxlanılması istifadəçilərin orqanizminə böyük zərər vura bilər. Qurum rəhbərinin fikrincə, saxlama müddəti uzun olan bütün məhsullar xəstəlik mənbəyidir. “Əvvəllər südü, qatığı 2-3 gündən artıq saxlamaq mümkün olmurdu. İndi müxtəlif firmaların istehsal etdiyi süd və süd məhsullarının üzərində saxlama müddəti 3, bəzən 6 ay yazılır. Təbii ki, bu, insanlar üçün təhlükə mənbəyidir. İstehlakçılar nəzərə almalıdırlar ki, saxlama müddəti uzun olan bütün məhsullar orqanizm üçün zərərlidir”, – deyən həmsöhbətimiz bu gün ölkə mağazalarında belə məhsulların varlığını təəssüflə qeyd edir.

Həkim terapevt Bəsti Əlməmmədova da saxlama müddəti uzun olan məhsulların orqanizm üçün zərərli olduğunu bildirir. “Ümumiyyətlə, qatıq, süd, yoqurt və s. bu kimi qida məhsullarının uzun müddət saxlanılması normal deyil. Bildiyiniz kimi, ağartı məhsullarının tərkibi vitaminlərlə zəngin olduğu üçün, bu məhsullar mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzinin fəaliyyətini tənzimləyir. Ağartı məhsulları qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı orqanizmə böyük müsbət təsir göstərir. Ancaq bu məhsulların təbii formalarından istifadə etmək lazımdır”.

Həkimin ediyinə görə, süni məhsulların, firmalarda istehsal olunmuş qatıq, süd məhsullarının tərkibində süni qarışıqlar olduğundan, onları uzun müddət saxlamaq mümkün olur. “Bu da təbii ki, öz növbəsində orqanizmə ciddi zərər vurur. Süni məhsullar uzun müddət saxlanıldığı halda bağırsaq çöpü, diareya, həzm pozğunluğu, mədə ağrısı kimi fəsadlara səbəb olur”, – deyən Bəsti Əlməmmədova bildirib ki, süd məhsulları alarkən, son saxlama tarixinə fikir verilməlidir: “Ən yaxşısı isə təbii məhsullara üstünlük verilməlidir”.

Onun sözlərinə görə, kefirin qara ciyər, bronxit, hipertoniya və s. bu kimi xəstəliklər zamanı çox xeyirli olmasına baxmayaraq, mədə şirəsinin həddən artıq ifrazı zamanı bu məhsuldan istifadə etmək olmaz. “Daha bir süd məhsulu olan kəsmiyin tərkibində kalsium və fosfordan əlavə D vitamini olduğundan insan orqanizmi üçün önəmli məhsul sayılır. Bu səbəbdən 6 ayından sonra uşaqların qida rasionuna kəsmiyi əlavə etmək mütləqdir. Kəsmiyin müxtəlif növləri mövcuddur. Uşaqlar üçün kəsmik seçərkən az yağlılıqlı məhsula üstünlük vermək lazımdır”, – deyən B.Əlməmmədova hər hansı bir məhsulu alarkən son istifadə tarixinə mütləq diqqət yetirməyin vacibliyini vurğulayır. Onun sözlərinə görə, son istifadə tarixinə az qalmış və istifadə müddəti uzun olan məhsullar da orqanizm üçün təhlükəli ola bilər: “Havaların isti keçməsi qida məhsullarına da öz mənfi təsirini göstərir. Günün altında qalmış məhsullar istinin təsirindən tərkibini dəyişə bilər. Odur ki, məhsulu alarkən diqqətli olmaq lazımdır. Çalışmaq lazımdır ki, yayda qida rasionunda süni qidalara çox da yer verilməsin”.

Həkim yayda zəhərlənmədən qorunmaq üçün qidaya diqqət yetirməyi məsləhət görür: “Yay elə bir fəsildir ki, qəbul edilən istənilən tərkibi dəyişmiş qida məhsulu insanı zəhərləyə bilər. Bu mövsümdə ən çox meyvə-tərəvəzə, təbii qidalara üstünlük verilməlidir. Çox yağlı, turş, acı qidalardan uzaq olmaq lazımdır. Yayda bol maye qəbul etmək orqanizmi gümrah saxlayır”.

Süd vəzinin fibroması

Fibroma – birləşdirici toxumadan inkişaf edən xoşxassəli törəmədir. Ona dəridə, daxili orqanlarda (uşaqlıq, yumurtalıqlar), süd vəzilərində rast gəlinir. Süd vəzinin fibroması sərt konsistensiyalı, girdə formalı ağrısız törəmədir. Bəzən xəstələrdə aybaşıdan əvvəl döşdə kəskin ağrı yaranır. Fibromaya rast gəlindikdə süd vəzi xərçəngi istisna olunmalı və mammoloq tərəfindən müalicə üsulu barədə qərar qəbul olunmalıdır. Bədxassəli şişə çevrilmə ehtimalını minimuma endirmək üçün əksər hallarda fibroma xaric edilir.

  • Süd vəzinin fibromasının səbəbləri və təsnifatı
  • Süd vəzinin fibromasının əlamətləri
  • Ağırlaşmaları
  • Süd vəzinin fibromasının diaqnostikası
  • Müalicəsi
  • Proqnoz

Süd vəzinin fibroması barədə ümumi məlumat

Son illərdə süd vəzinin xoşxassəli şişləri geniş yayılmışdır. Onlar arasında düyünlü fibroadenomatoz və fibroadenoma daha çox qeydə alınır.

Süd vəzinin fibromasının səbəbləri və təsnifatı

Şişin formalaşma mexanizmi hələlik tibb elminə məlum olmasa da, onun yaranma səbəbləri aşkara çıxarılmışdır. Süd vəzinin fibroması həmişə hormonal statusun kəskin dəyişməsi fonunda (yeniyetməlik və klimaks dövründə) yaranır. Mammoloqlar adi fibroadenoma ilə tez-tez qarşılaşırlar. Morfoloji quruluşuna görə bu törəmə perikanakulyar, intrakanakulyar və qarışıq olur. Belə fibroma bədxassələşməyə meylli olmur. Fibroadenomanın ən az rast gəlinən növü – filloid (yarpağabənzər) formadır. Bu şişlər sürətlə böyüyərək, sarkomaya keçir.

Süd vəzinin fibromasının əlamətləri

Vəzi toxumasını palpasiya etdikdə (əllə müayinə) fibroadenoma sərt konsistensiyalı, hamar səthli, girdə formalı, hərəkətli, ağrısız törəmə kimi qiymətləndirilir. Kiçik ölçülü fibroadenoma subyektiv olaraq, heç bir diskomfort törətmir. Diffuz fibroadenomatoz (diffuz mastopatiya) fibroz toxumanın bütün vəzi boyunca böyüməsi ilə xarakterizə olunduğu halda, fibroadenoma lokal xoşxassəli şiş sayılır.

Fibroadenoma düyünlü mastopatiyanın klinik təzahürüdür. Mastopatiyanın bu formasının yaranma və inkişafı hormonal balansın pozulması ilə əlaqəlidir. Fibroadenoma dəri ilə birləşməyən hərəkətli, girdə formalı törəmədir. Düyünün ölçüsü 1 neçə millimetrdən 5-7 sm-ə kimi böyüyə bilir.

Qadınlar fibromadenomanı adətən süd vəzinin daxilində hərəkət edən düyün (bəzən 1 neçə ədəd) şəklində aşkar edirlər. Fibroadenoma ətraf toxumaları zədələmir, qonşu orqanlara yayılmır. Süd vəzidə düyünlü törəmə müəyyən edildikdə xərçəng ehtimalını inkar etmək üçün biopsiya aparılır.

Süd vəzinin fibromasının ağırlaşmaları

Fibroadenoma adətən ləng inkişaf edir. Nadir hallarda şiş sürətlə böyüyərək, süd vəzini deformasiyalaşdırır. Bəzən süd vəzinin ölçülərini böyüdən, onu tamamən bürüyən nəhəng fibroadenomaya rast gəlinir. Süd vəzinin nəhəng şişləri arasında hərdən yarpağabənzər fibroadenoma qeydə alınır. Bu törəmə bədxassələşərək, sarkomaya çevrilə bilir.

Süd vəzinin fibromasının diaqnostikası

Süd vəzinin fibroadenomasının diaqnostikası mammoloq üçün heç bir çətinlik törətmir. Palpasiya zamanı şiş törəməsi üzə çıxarılır. Süd vəzinin USM-də onun lokalizasiyası, quruluşu (fibroz və ya kistoz), forma və ölçüləri təyin olunur. USM nəzarəti altında biopsiya edilir.

Bioptat sitoloji müayinədən keçirilir, orada bədxassəli hüceyrələrin olub-olmamasına diqqət yetirilir. Yekun diaqnoz şiş xaric olunduqdan sonra histoloji müayinənin nəticəsinə əsasən qoyulur.

Mammoqrafiya prosesində fibroadenoma dəqiq sərhədlərə malik, girdə formalı törəmə şəklində izlənilir. Uzunmüddətli düyünlər kalsium duzlarının çökməsi ilə əlaqədar yüksək kontrastlıq əldə edir.

Süd vəzinin fibromasının müalicəsi

Süd vəzinin fibroması əksər hallarda cərrahi yolla xaric edilir. Bəzən düyünün ölçüsü 5-8 mm-dən kiçik olduqda onun sorulması üçün terapevtik müalicə kursu təyin edilir. Konservativ müalicə USM nəzarət ilə 4-6 ay ərzində aparılır. Lakin şişin tam sorulmasına çox az təsadüf olunur.

Terapevtik üsullar müsbət nəticə vermədikdə, eləcə də şişin ölçüləri iri olduqda, törəmə sürətlə böyüdükdə cərrahi müalicə göstəriş sayılır. Həmçinin süd vəzi xərçəngindən şübhələndikdə fibroma mütləq qaydada çıxarılır.

Fibroadenoma zamanı 2 növ cərrahi müdaxilə olunur: süd vəzinin sektoral rezeksiyası və şişin enukleasiyası. Seksion rezeksiya süd vəzi xərçənginə şübhə yarandıqda icra olunur. Enukleasiya isə yalnız şişin xaric edilməsindən ibarətdir. Bu əməliyyat yerli anesteziya altında aparılır, stasionarda uzun müddət qalmağa ehtiyac yaranmır. Şiş çıxarıldıqdan sonra onun toxumaları histoloji müayinəyə göndərilir.

Postoperasion dövr adətən ağrısız keçir. 7-10-cu günlərdə tikişlər sökülür. Plastik cərrahiyyə baxımından peşəkarasına yerinə yetirilmiş əməliyyat dəridə gözəçarpan izlər qoymur.

Süd vəzinin fibromasının proqnozu

Fibromanın cərrahi yolla çıxarılması gələcəkdə qadına heç bir diskomfort törətmir. Lakin yadda saxlamaq lazımdır ki, aparılan müalicə sadəcə simptomatikdir. Bu və ya digər süd vəzidə residiv (yeni şişin formalaşma) ehtimalı hər zaman gözləniləndir.

Comments are closed, but trackbacks and pingbacks are open.