Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib
Ana Səhifə Cəmiyyət Xarici sürücülük vəsiqəsi istifadə edənlərin DİQQƏTİNƏ: Bu halda inzibati məsuliyyətə cəlb oluna bilərsiniz
Sürücülük vsiqsi vsaiti
Ana Səhifə Cəmiyyət Xarici sürücülük vəsiqəsi istifadə edənlərin DİQQƏTİNƏ: Bu halda inzibati məsuliyyətə cəlb oluna bilərsiniz
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyun 24, 2022 – 14:53
!Reklam – Yazi
“Vətəndaş xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, bu halda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir”.
Yenicag.az xəbər verir ki, bunu xarici sürücülük vəsiqələrindən istifadə edənlərlə bağlı vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, xarici sürücülük vəsiqələri ASAN xidmətlərdə heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilməlidir: “Konstitusiya Məhkəməsi xaricdə alınmış sürücülük vəsiqələrinin ölkəmizdə istifadəsi ilə bağlı mübahisəli bir məsələyə aydınlıq gətirdi. “Yol Hərəkəti Haqqında” Qanunun 35-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, bu halda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqda ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir. Qanunun bu tələbini pozan, yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən şəxsin avtomobil idarə edərkən sürücülük hüququnun sayılıb-sayılmaması mübahisəli idi. Konstitusiya Məhkəməsinin 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi. Qərara əsasən, belə şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan, yəni sürücülük hüququ olmayan şəxs hesab edilir. Onlar bu vəziyyətdə aşkar edilərsə, vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Məlumat üçün deyim ki, 1968-ci il Vyana Konvensiyasına uyğun xarici sürücülük vəsiqələri ASAN xidmətlərdə heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə almadıqda, yəni sadəcə turist kimi və başqa məqsədlə ölkəmizə gəldikdə burada qalma müddətindən asılı olmayaraq, vəsiqəsini dəyişməyə borclu deyil. Belə şəxs öz xarici vəsiqəsindən ölkəmizdə olma müddətində aylarla istifadə edə bilər”. Gülşən Şərif
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib
Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
3 Dekabr , 2021 11:52
https://static.report.az/photo/9ab72bce-51ae-31d5-b21c-dcf05bf170b9.jpg
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. “Report”un xəbərinə görə, dəyişikliklə avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır. – Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir. – Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi. Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunur. – avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır. Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün isə 12 manat rüsum müəyyən edilib. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.