Yetkinlər və uşaqlar üçün sürətli oxu texnikası. Sürətli oxu və yaddaş inkişafı: metodlar və məşqlər
ƏNƏNƏVİ OXU METODLARININ XÜSUSİYYƏTLƏRİ
Oxıınu beş əsas xüsusiyyətə ayırmaq olar:
SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi
Biz necə oxuyuruq
OXUNUN DİNAMİKASI
Ola bilər ki, siz artıq bir neçə dəqiqəyə bir qəzeti oxuya bilən və bircə saat ərzində bütün bir kitabı nəzərdən keçirən, eyni zamanda məzmununu da mənimsəyən insanlar tanıyırsnız. Yəqin elə düşünmüsünüz ki, bu insanlar hansısa anadangəlmə qabiliyyətə malikdirlər, sizdə isə bu qabiliyyət yoxdur. Əslində isə sürətli oxu bəzi sadə üsulların tətbiqinin nəticəsidir ki, bu “sirr” və “fokuslara” yiyələnmək üçün lazımi vaxt sərf etmək və cəhd göstərmək istəyən hər kəs bu üsulları mənimsəyə, təkmilləşdirə və onlardan istifadə edə bilər. İndi bunlar artıq məharət deyil, sürətli və keyfiyyətli oxu haqqında olduqca aydın və müyəssər dərsliklərdir.
Sürətli oxu bir çoxları üçün asan və müyəssər bir şeyə çevrilib. Sürətli oxuya keçməzdən əvvəl gəlin oxunun, ümumiyyətlə, nə olduğunu aydınlaşdıraq.
Oxu prosesinin alimlərin təklif etdiyi təriflərindən biri belədir: Oxu müəllifin mətndə qoyduğu hərfi və gizli mənaların başa düşülməsi üçün gözlərimizdən və şüurumuzdan istifadə edilməsi prosesidir.
Bu tərif oxunun bir mürəkkəb psixoloji və əqli proses olaraq hələ bir çox digər tərəflərini əks etdirmir. Qnun öyrənilməsi davam edir və görünür ki, dahi alman şairi Gete ilə razılaşmaq olar. O, öz əsərlərindən birində yazırdı: “Bu xeyirxah insanlar heç təsəvvür edə bilməzlər ki, oxumağı öyrənmək nə qədər zəhmət və vaxt tələb edir. Mən özüm buna 80 ilimi sərf etmişəm və hələ də məqsədimə tam çatdığımı deyə bilmərəm”.
Oxu təlimin əsas vasitəsi, ətraf aləmi dərk etmək alətidir. Yeni kütləvi informasiya vasitələrinin – radio və televiziyanın meydana çıxmasına baxmayaraq, oxunun insanların həyatında əhəmiyyəti hələ də böyükdür.
Şahidi olduğumuz informasiya partlayışını alimlər hələ ötən əsrdə proqnozlaşdırıblar. Bizim dövrdə elmi-texniki inforımasiyanın həcmi böyükdür: o, hər 10-15 ildə ikiqat artır.
İnformasiya partlayışı və bütün bilik sahələrinin mütəxəssisləri tərəfindən həll oluna bilən elmi-texniki problemlərin daim mürəkkəbləşdiyi şəraitdə daha çox oxumaq lazımdır. Məsələn, hcsablama texnikası sahəsində mütəxəssislər hər ay 40-a yaxın yerli xarici jurnal oxumalıdırlar. Tamamilə aydın məsələdir ki, sürətli oxu vərdişi olmadan belə həcmdə çap məhsulunu mənimsəmək sadəcə qeyri-mümkündür. EHM ayrıcı-göstərici qurcuların ekranlarından (displeydən) mətnin oxunmasında da təliminə ehtiyac var. Apanlmış araşdırmalar göstərib ki, sürətli oxu metodunu mənimsəyənlər yeni mətn növlərinə əhəmiyyətli dərəcədə asanlıqla uyğunlaşırlar və bir müddətdən sonra artıq displeylərin ekranlarındakı mətnləri də sürətlə oxuyurlar.
Müasir sivilizasiya şəraitində əksər insanlar artıq informasiya axınının bütün növlərini mənimsəmək iqtidarında deyillər. Bununla yanaşı, bu baxımdan baş beyinin ehtiyatları tükənməmişdir. Məsələn, bir çox şeydə insandan üstün olan hesablayıcı maşınların bəzi parametrlərinə görə insana uduzması faktı bununla izah olunur. Bu, “insanla texnika” qarşıdurmasına imkan verən sistemlərdə xüsusilə aydın aşkar edilib.
Elektron hesablayıcı maşın terminalın – nümayişetdirici televiziya qurğusunun ekranına hesablamanın nəticəsini tez bir zamanda çıxarır, insan-operator isə nəticələrin hesablanmasına həddindən çox vaxt sərf edir. Halbuki bəzən mexanizmlərin və avadanlığın fasiləsiz və qəzasız işləməsi qərarın nə qədər tez qəbul edilməsindən asılı olur. Son 20 ildə EHM qurğularının yaddaş tutumu 1000 dəfədən çox, onların sürətli işi isə 100 dəfədən çox artıb. Bəs insanın? Alimlərin müşahidələri göstərir ki, əksər insanlar 50 və 100 il əvvəl olduğu sürətlə oxuyurlar: dəqiqədə 600-900 işarə. Məhz buna görə də cəmiyyətimizin hər bir üzvünün oxu sürətinin yüksəldilməsi məsələsi kəskin şəkildə ortaya çıxır.
Oxu texnikasının rolu məktəbdə xüsusilə böyükdür.
Xarkov pedoqoji institutunda aparılmış tədqiqatlar göstərib ki, şagirdlərin oxu sürəti ilə müvəffəqiyyəti arasında birbaşa əlaqə mövcuddur. Belə ki, sürətlə oxuyan şagirdlər arasında “yaxşı” və “əla” oxuyanlar 53%, ləng oxuyanların arasında isə yalnız 4% təşkil edir.
Şagirdlərin oxu sürətinin aşağı olması onların ali məktəbdəki təhsilinə də pis təsir edir. “İzvestiya”nın xüsusı müxbiri E.Maksimova və İ.Preslovskaya “Gəmiqayırma institutundan məktublar”da yazırdılar:
“İnstitutdan təxminən hər dörd nəfərdən biri qovulur və bu göstərici artıq neçə ildir dəyişmir. Məktəb uzun müddət eyni bir materialı təkrarlayır, ləng sürət ağlı zəiflədir, ali məktəbdə isə hər dəqiqə yeni informasiyalar ilə doludur . Xüsusilə də ilk iki kursda”. Məlum olduğu kimi, orta təhsilinin mükəmməlləşdirilməsinin uzunmüddətli proqramından ibarət olan məktəb islahatı şagirdlərin işinin fəallaşdırılmasını nəzərdə tutur. “İnformatika və hesablayıcı texnikanın əsasları” adlı yeni kursun tətbiqi bu yolda ilk addımdır.
Moskvanın bir sıra məktəblərində oxuyan sinif şagirdlərinə sürətli oxu metodunun öyrədilməsi onların marağına səbəb oldu və bütövlükdə dərs prosesinin fəallaşdırılmasına yaxşı təsir göstərdi.
SÜRƏTLİ OXUDAN NƏ VAXT VƏ HARADA İSTİFADƏ EDİLİR
“. Kitabı oxuyarkən növbəti fəslə kimi oxumağa tələsmə, kitabda və onun sözlərində nədən bəhs edildiyi barədə düşün və eyni fəslə üç dəfə qayıt” – 1076-cı ildə işıq üzü görmüş “Svyatoslavın məcmuəsi”ndə belə oxumaq tövsiyə olunurdu. Müasirimiz olan ingilis yumoristi D.Mikeş hekayələrindən birində yazırdı: “. biləndə ki, senator S. yazıçı Ç. Dikkensin “İki şəhərin hekayəti” əsərini ötuz dəqiqəyə oxuyub, şoka düşdüm. Sən demə, Dümanın “Üç muşketyor”una senator 16 dəqiqə vaxt sərf edəcək, orta hesabla, hər muşketyora 5 dəqiqə 20 saniyə düşəcək”.
Bu, oxuya iki ifrat baxışdır. Bəzi müəlliflər sürətli oxunun problemlərini müzakirə edərkən oxu prosesinin sürətləndirilməsinin ümumiyyətlə, yolverilməz olması qənaətinə gəlirlər. Sürətli oxunun tətbiqi sahələri məsələsi bəzi tənqidçilərin etdiyi kimi kəskin şəkildə həll edilməməlidir. Bu gün biz hələ oxunun bütün mexanizmlərinin və onun son imkanlarının dərk edilməsindən çox uzağıq. Buna görə də sürətli oxdan istifadənin sərhədlərindən danışarkən, hər şeydən əvvəl onun konkret oxucuların imkanlarına uyğun olaraq tətbiq ctlilməsinin məntiqli hüdudlarını nəzərə almaq lazımdır. Hec bir tədqiqatçı bu üsulu bədii ədəbiyyatın oxunması ücün istifadə etməyi təklif etməyib, hərçənd onu sürətli oxu meto du ilə məhsuldar şəkildə oxumaq olar. A.S. Novikov- Priboyun xatirələrinə görə, M.Qorki jurnalları belə oxuyurdu: “Aleksey Maksimoviç birinci jurnalı götürdü, onu böldü və onu nə oxuyan kimi oxuyur, nə də vərəqləyən kimi vərəqləyirdi. Qorki oxumurdu, sanki nəzərləri ilə səhifələrdə gəzinirdi, yuxarıxdan aşağıya, şaquli xətt boyunca”. Və Novikov-Priboy düşündü ki, Qorki iki dəfəyə oxuyur və hal-hazırda jurnalın ilkin nəzərdən keçirilməsi mərhələsi olan birinci mərhələni icra edir.
Birinci jurnalı bitirdikdən sonra Qorki ikincisinə başladı və hər şey təkrarlandı: o, səhifəni açırdı, pilləkənlər kimi yuxarıdan aşağıya doğru səhifədə nəzərlərini gəzdirirdi və buna onun bir dəqiqədən də az vaxtı gedirdi, sonra təkrar təkrar və sonuncu səhifəyə çatırdı. Jurnalı kənara qoyurdu və yenisini götürürdü”.
Bunu görən Novikov-Priboy jurnallardan birini götürdü, oradan bir hekayə, kiçik povest, şeir silsiləsi, ədəbi-tənqitlı məqalə seçdi və diqqətlə onları oxudu (yeri gəlmişkən, buna onun bir neçə saat vaxtı getdi), növbəti gün isə Qorkini bir balaca yoxlamaq istədi – oxuduqları haqqında təəssüratlarını bölüşdü. Onun gözlədiyi kimi, bir qədər sonra Qorki onunl a mübahisə etməyə başladı. Novikov-Priboyun gözləmədiyi bir şey var idisə, o da Qorkinin ifadələrinin heyrətamiz şəkildə dolğunluğu idi: “Aleksey Maksimoviç təkcə povestin fabulasına, tənqidi məqalənin müəllifinin düşüncə tərzini xatırlamırdı, həm də heyrətamiz şəkildə asanlıqla yadında qalan və müzakirə olunan əsərlərin məzmunundakı metafora, epitet, müqayisə və obrazlardan misal gətirirdi”.
Sürətli oxunun tədrisinə dair xarici dərsliklər sürətli oxu metodundan bədii ədəbiyyat üçün istifadə edilməsinə dair tövsiyələr vermir. Məsələn, Hyuston şəhərində (ABŞ) təhsilin inkişafı laboratoriyasının nəticələri belədir: “Yaxşı oxucu oxudan həzz alır və nə oxumasından asılı olaraq, dəyişkən sürətlə oxuyur. Şair Miltonu sözbəsöz və sətir-sətir, tarixçi Makoleyi cümlə-cümlə, yazıçı Tekkereyi abzas-abzas, Konan Doylun detektivlərini isə səhifə-səhifə oxumaq lazımdır”. Aydındır ki, oxunun seçiciliyi elə məhz sürətli oxunun əsas xüsusiyyətidir ki, bu da həmin metoda yiyələnənlərə müxtəlif janrlarda olan mətnləri müxtəlif sürətlərdə eyni dərəcədə yaxşı mənimsəməyə imkan verəcək.
Əsl oxu incəsənəti oxunun məqsədindən, mətnin vəzifəsindən və xarakterindən asılı olaraq, dəyişkən oxu bacarığını özündə ehtiva edir. Təlim metodikamızın vəzifəsi-belə bir bacarığı formalaşdırmaqdır. Sürətli oxu metodundan qəzetlərin, elmı populyar kitabların, jurnal və digər resursların oxunmağı istifadə edilə bilər. Sizin üçün çətin anlaşılan bədii ədəbiyyatı və bunu kimi istənilən digər mətnləri sürətlə oxumağı tövsiyə etmirik.
SÜRƏTLİ OXU NƏDİR
“Literaturnaya qazeta”nın qeydlərindən birində yazılmışdı: “Dəqiqədə beş min işarə – mühəndis Bloxinin oxu sürəti belədir” Öz metodunun məğzini izah edərkən Bloxin belə dedi: Mənı heç vaxt oxuduqlarımın üzərində düşünmürəm”.
Yuxarıda artıq oxu prosesinin mürəkkəbliyi və müxtəlifliyi barədə danışmışıq. Bu problemə daha bir baxış da mövcuddur.
Insanlar yüzlərlə əsrlərdir ki, oxuyurlar, lakin oxunun sürətinin artırılması yalnız dövrümüzdə bütün kəskinliyi ilə meydana çıxıb. Səbəb nədir? Bu suala cavab vermək üçün elmi və kütləvi kommunikasiya proseslərində, daha doğrusu cap informasiyalarının formalaşdırılması və ötürülməsi proseslərində baş vermiş keyfiyyət dəyişmələrini nəzərdən kecirmək lazımdır.
İnsan cəmiyyətinin inkişaf tarixi, hər şeydən əvvəl, məlumatın yenidən işlənməsi və sıxılması yolu ilə biliklər xəzinəsinin inkişaf tarixidir. Cəmiyyətdə həmişə tərkibində yeni biliklər olmayan böyük əlavə məlumatlar axını dövr edir. Düşünmək lazım deyil ki, məlumatın yenidən istehsal edilməsi müasir inkişafın nəticəsidir. Tarixə nəzər salsaq, keçmişdə də oxşar faktların mövcud olduğunu görərik. Qədim misirlilər papiruslarda rəqəmlər vasitəsilə üçbucaqların xüsusiyyətləri və əməliyyat yerinə yetirmə qaydalarına dair o qədər qeydlər ediblər ki, bu materialların mənimsənilməsi onların müasirləri üçün sadəcə qeyri-mümkün olub. Çıxış yolunu konkret halların biliklərini ümumi və daim təkrarlanan müddəalarla – qanunauyğunluqlarla əvəzləməkdə tapıblar. Beləliklə, riyaziyyatda yeni cərəyan – məsələ həllinin cəbri metodları yarandı.
Buradan belə nəticə çıxarmaq olar ki, məlumat bolluğunun səbəb olduğu müasir informasiya böhranı şəraitində oxu elə təşkil olunmalıdır ki, artıqları seçib ayırarkən yalnız əsaslı dərəcədə yeni olanları, biliklərin əsaslarını seçə bilək, təfəkkür vasitəsindən istifadə edərək yaddaşımıza yeni biliyin əsasını qoya bilək.
Burada izah edilmiş informasiyanın emal edilməsi proseslərinin modeli sürətli oxunun nə demək olduğunu izah etməyə kömək edir.
Beləliklə, sürətli oxu oxunmuşun tam və keyfiyyətli mənimsənilməsini təmin edən və qeyri-ənənəvi metodlarla yerinə yetirilən tam mətnin oxunmasıdır. Bununla da, deyə bilərik ki, sürətli oxu “diaqonal üzrə” səthi oxu deyil, başdansovdu oxu da deyil. O, fəal yaradıcı idrak prosesidir, bu proses zamanı oxucu faktları, hökmləri təhlil edir, ayrı-ayrı məfhumların sintezini aparır, nəticədə də yeni biliyin təməli qoyulur. Məhz buna görə də sürətli oxunun təlimi metodikasının işlənib hazırlanması təkcə analizatorların: nitq, eşitmə, görmənin idarə edilməsi məsələsinin həllini tələb etmir, həm də əqli fəaliyyətin alqoritmlər sisteminin, yəni müəllifin mətndə ifadə etdiyi və oxucu üçün yetərli və vacib olan məlumatın ortaya çıxarılması və emal edilməsi əməliyyatlarının işlənib hazırlanmasını tələb edir.
Məhz buna görə də, çox vaxt məlum olur ki, sürətli oxu, nə qədər paradoksal olsa da, oxunmuşun keyfiyyətli mənimsənilməsini ləng oxudan daha yaxşı təmin edir.
Məşhur Sovet psixoloqu L.S. Vıqotski hələ 1931-ci ildə yazırdı:
“Adətən, hesab edirlər ki, ləng oxu zamanı anlama daha yüksək olur, əslində isə sürətli oxu zamanı anlama daha yaxşı olur, cünki müxtəlif proseslər müxtəlif sürətlə baş verir və anlama sürəti oxunun daha sürətli tempinə cavab verir”.
Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş məfhumu olduqca mühüm əhəmiyyət kəsb edir. Vərdiş nədir? Psixologiyada vərdiş heç bir cəhd olmadan, avtomatikləşmiş hərəkətlər kimi təyin olunur. Insan hələ uşaqlıqdan özündə bu vər dişlər sistemini formalaşdırır. Biz cəhdsiz hərəkət edirik, velosiped sürürük, üzürük və s.
Həmçinin mühüm olan vərdişin bir dəfə formalaşdıqdan və möhkəmləndikdən sonra artıq bütün ömür boyu davam etməsi halıdır. Məsələn, siz üzməyi öyrənmisinizsə, sizin suda qalmaq bacarığınız istənilən situasiyada qorunub saxlanilacaq. Təsadüfən suya düşsəniz, məsələn, dostlarnız sizi körpüdən itələsələr, hətta geyimli və ayaqqabı ilə suyun dibində qalacaqsınız, bu vərdişə malik olmayan insanlardan fərqli olaraq, suda boğulmayacaqsınız, suyun dibinə getməyəcəksiniz.
Buna bənzər hadisə bizim situasiyamızda da baş verir. Sürətli oxu metoduna yiyələnərək, siz həmişə sürətlə oxuyacaqsınz, həmişə informasiya okeanının üzərində qalacaqsıniz, onun sizi batırmasına imkan verməyəcəksiniz. Bununla yanaşı, siz oxunun sürətinin əsirinə çevrilmirsiniz. Hər dəfə mət nin növündən və oxunun məqsədindən asılı olaraq, oxunuzun sürətini tənzimləyirsiniz. Oxunu hansı halda sürətli, hansı halda isə ləng hesab edəc əyimizi müəyyənləşdirmək üçün Cədvəl 1-də göstərilmiş sürət şkalasına əsaslanırıq.
Cədvəl 1. Oxu sürətinin normativləri
Oxunun sürəti | Dəqiqədə səslərin sayı |
Çox ləng | 900 |
Ləng | 1200 |
Orta | 1500 |
Ortadan yuxarı | 1800 |
Sürətli | 3000 |
Çox sürətli | 5000 |
Fövqəlsürətli | 10000 və daha artıq |
Sürətli oxu kursu oxu sürətini ilkin sürətlə müqayisədə orta hesabla 3 dəfə artırmağa imkan verir; bir qayda olaraq, şagirdlər dəqiqədə 3000 və daha çox işarə (3000 işarə – təxminən 500 sözdür) sürətinə çatırlar. Belə sürət bir saata, orta hesabla, 100-ə yaxın eyni formatlı kitab səhifəsini oxumağa imkan verir.
İndi isə oxunun başılanğıc sürətini təyin etməyin vaxtı gəlib çatdı.
OXUNUN BAŞLANĞIC SÜRƏTİNİN TƏYİN EDİLMƏSİ
Oxunun sürəti nədir?
Biz onu zaman vahidi kəsiyində, oxunmuşun mənimsənilmə keyfiyyəti də nəzərə alınmaqla, işarələr kəmiyyəti kimi təyin edirik. Onu bu formula əsasən hesablamaq olar V=(Q/T)*K. Burada V – oxunun sürəti; Q – mətndə olan işarələrin sayı (həcm); T – mətnin oxunmasına sərf edilmiş vaxt ( dəqiqələrlə); K – anlama əmsalıdır.
İşarə dedikdə mətndəki hər bir hərf və rəqəm (durğu işarələrindən başqa) başa düşülür. Bəzi dərsliklərdə oxunun sürəti sözlərlə ölçülür. Bir ölçü vahidindən digərinə keçmək asandır, əsas odur ki, onlar arasındakı qarşılıqlı münasibəti biləsən.
Məlumdur ki, rus dilində sözlər orta hesabla altı hərfdən ibarətdir. Məsələn, əgər oxunun sürəti dəqiqədə 600 işarəyə bərabərdirsə, sözlərlə oxunun sürəti dəqiqədə 100 söz olacaq (600:6). Oxunun müddətini saniyəölçənlə, ya da ən azından saniyə əqrəbi olan saatla ölçmək olar.
Bəs anlama əmsalı nədir? Bizə artıq məlumdur ki, sürətli oxu oxunmuşun dərindən mənimsənilməsi ilə yanaşı, mənalıoxu novüdür. Təlim prosesində daim təkcə oxunun müddətini deyil, həm də mənimsənilmənin keyfiyyətini ölçmək lazımdır. Göstərilmiş formula əsasən oxunun sürəti oxunmuşun başa düşülməsi ilə ayrılmaz şəkildə əlaqəlidir. Anlayış əmsalı oxunmuşun məzmununa dair 10 suala cavabın təhlili yolu ilə müəyyən edilir. 10 sualın hamısına düzgün cavab verildiyi təqdirdə, K 1-ə, 8 suala cavab verildiyi halda – 0,8-ə bərabərdir, və s.
ƏNƏNƏVİ OXU METODLARININ XÜSUSİYYƏTLƏRİ
Oxıınu beş əsas xüsusiyyətə ayırmaq olar:
1. Reqressiyalar oxunmuşu təkrar oxumaq məqsədilə gözlərin geri hərəkətidir. Bu nöqsanların ən geniş yayılmışıdir. Bəzi oxucular özləri də hiss etmədən istənilən mətni iki dəfə oxuyurlar – həm çətin, həm də asan mətni, sanki əmin olmaq istəyirlər. Ləng oxu zamanı həcmi 100 söz olan mətn üçün reqressiyaların sayı 10-15-ə çatır. Aydındır ki, gözlərin bu qədər tez-tez geri hərəkətləri oxunun sürətini azaldır. Əksər insanlar həm çətin, həm də asan mətnləri eyni dərəcədə ləng oxuyurlar. Amerikalı tədqiqatçılar da oxunun məhz bu xüsusiyyətini təhlil edərək yazırdılar: “Əksər insanlar neft-yağ materiallarının sərfinə dair rüb hesabatını da, elmi jurnalda yeni avtomobil mühərriki barədə məqaləni də, bədii mətni A.Heylinin “Çarxlar” romanını da ləng oxuyurlar, halbuki hesabat yekun rəqəmləri görmək üçün müxtəsər nəzər tələb edir, elmi mətn isə bədii kimi başqa bir yanaşma tələb edir”.
- Dəyişkən oxu proqramının olmaması çoxlarına zi yan vurur. Artıq ilk eksperimentlər göstərib ki, çox sadə bir üsuldan–inteqral alqoritmdən istifadə etməklə oxu sürətini iki dəfə artırmaq və oxunmuşların mənimsənilməsini təxminən iki dəfə yaxşılaşdırmaq mümkün olur.
- Artikulyasiya. Oxu zamanı dodaqların, dilin və digər tələffüz orqanlarının hərəkəti özlüyündə oxunun sürətini yalnız zahirən azaldır. Əslində isə onlar daim gizli hərəkətdə olurlar. Artikulyatorların bu mikrohərəkətlərinin intensivliyi, hər şeydən əvvəl, oxunun inkişaf səviyyəsindən v ə mətnin çətinliyindən asılıdır.
4. Dar görüş sahəsi. Görüş sahəsi dedikdə, gözlərin mətnə bircə dəfə nəzər yetirməklə dəqiq qavradığı hissəsi başa düşülür. Ənənəvi oxu zamanı hərf, söz, ən yaxşı halda isə iki-üç və söz qavranıldıqda görüş sahəsi çox dardır. Bunun nəticəsində gözlər çox sıçrayış edir və nəzəri saxlayır. Bu üsulu nəzərin parçalanması ilə oxu üsulu adlandırmaq olar. Görüş sahəsi nə qədər geniş olarsa, göz hər dayandıqda bir o qədər çox informasıya qavranılır, bu dayanmaların da sayı bir o qədər az olur nəticədə isə effektiv oxu alınır. Sürətlə oxuyan adam nəzərini bir dəfə saxlayaraq, iki-üç sözü deyil, bütöv bir sətri, bütöv cümləni, bəzən isə bütöv bir abzası qavraya bilir.
6. Diqqətin təşkil olunma səviyyəsi. Diqqət oxu prosesinin katalizatorudur. Əksər oxucuların oxu sürəti onların anlamaya mənfi təsir etmədən malik ola biləcəklərindən qat qat aşağıdır. Ləng oxuyan adamın diqqəti kənar düşüncələrə predmetlərə yayınır və mətnə maraq azalır. Buna görə də böyük hissələr mexaniki olaraq oxunur və oxunmuşun mənası şüura çatmır. Belə oxucu kənar şeylər haqqında düşündüyünü hiss edən kimi çox vaxt həmin parçanı yenidən oxumağa məcbur olur. Öz diqqətini idarə etmək bacarığı sürətli oxu texnikasının mənimsənilməsi prosesində məşq edilən mühüm xüsusiyyətdir.
SIZ NECƏ OXUYURSUNUZ
Oxu prosesinin əsas xüsusiyyətlərini və onun həyata keçirilməsində öz nöqsanlarınızı öyrəndikdən sonra öz oxunuzun daha əlraflı təhlilini aparmaq faydalı olardı. Bunun üçün sorğuda olan 10 suala cavab verməyinizi təklif edirik. Cavablarınızın qarşısında verilmiş rəqəmləri qeyd edərək toplam rəqəmi hesablayın və sonra sorğunun nəticəsi üçün verilmiş dəyərləndirmə cədvəlinə baxın (Sorğunun aşağısındadır).
1. Oxumağa başlayarkən həmişə dəqiq məqsəd və motiviniz olur?
Həmişə çox dəqiq məqsədim və oxunun motivi olur. 1(1
DÖRDÜNCÜ MÜZAKİRƏ: 42
Cavab verməyə çətinlik çəkirəm.
Çox nadir hallarda .
10. Oxu zamanı gözləriniz necə hərəkət edir?
Səhifənin ortası ilə şaquli, səlis və cəld.
Hər sətirdə dayanaraq .
Hər sözdə dayanaraq .
Sorğu keçirmək təcrübəsi aşağıdakı nəticələri verir: peşəkar oxucu tam 100 bal alır; sürətli oxu vərdişlərinə öyrənmiş oxucu – 70-dən 80-dək; geniş bilik sahibi olan (lakin sürətll oxuya öyrədilməmiş) oxucu – 40-dan 50-dək; əksər oxucular isə 20-dən 30-dək bal qazanır. Bu testi yadda saxlayın. Vaxt aşırı bu testə qayıdacaq və sürətli oxu vərdişlərinə nə qədər yiyələndiyinizi yoxlayacaqsınız.
IKINCI MÜZAKIRƏ
Sürətli oxunun birinci qaydası
OXUNUN BEŞ ÜSULU
Əvvəlki söhbətimizdə ilk tapşırıqları yerinə yetirərkən sız öz oxu nöqsanlarınızı və onun başlanğıc sürətini müəyyənləşdirdiniz. Çox vaxt bizdən soruşurlar: “Sürətli oxunu mənimsəyən insan indi hər şeyi sürətlə oxuyur?” Əlbəttə ki, xeyr.
Sürətli oxunun fiziki tətbiq hüdudları var. Oxunun bütün üsullarını beş qrupa ayırmağı təklif edirik. Hər dəfə oxuya başlamazdan əvvəl məqsədlərə, vəzifələrə və vaxt büdcəsinə müvafiq olaraq, müəyyən rejim seçmək lazımdır. Sürətli oxu heç də mənalı informasiya əldə etməyin universal metodu deyil. Lakin sürətli oxuya yiyələnməyin vacibliyi onunla iza h olunur ki, ümumi vaxt həcmində mənalı informasiya əldə etməyin böyük bir hissəsi onun payına düşür.
- dərinləşdirilmiş;
- sürətli;
- panoram-sürətli;
- ordan-burdan;
- gözdən keçirmə oxu;
- seçmə oxu.
Dərinləşdirilmiş oxu. Belə oxu zamanı bütün təfərrüatlara diqqət yetirilir, onların təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqidi və yaradıcı adlandırırlar. Bu üsul tədris fənlərinin öyrənilməsində ən yaxşısı hesab olunur. Siz sadəcə mətni oxumur və anlaşılmayan yerləri aydınlaşdırmırsınız, həm də öz biliklərinizə tərübənizə əsaslanaraq, məsələni tənqidi, yaradıcı şəkildə nəzərdən keçirirsiniz, izahlarda güclü və zəif yerləri tapırsınız, fikir və qənaətləri müstəqil şəkildə təfsir edirsiniz ki, bu da oxunmuş materialı asanlıqla yadda saxlamağa imkan verir, məşğələlərdə fəallığı yüksəldir. Bu yolla tanış olmayan, həmçinin çətin mövzuda olan dərsliklər, mətnlər oxunur.
Yetkinlər və uşaqlar üçün sürətli oxu texnikası. Sürətli oxu və yaddaş inkişafı: metodlar və məşqlər
Şübhəsiz ki, tez oxuma texnikası kimi bir ifadəni tez-tez eşitmisiniz. Bəs sürətli oxu vərdişlərinizə yiyələnmək üçün bir şey etmisiniz? Və normal oxu sürəti nədir və onu necə ölçmək olar? Gəlin oxu sürətinin nə olduğunu və onu necə dəqiqləşdirə biləcəyiniz barədə danışaq. Bundan əlavə, oxu texnikasını, növlərini yoxlamaq kimi məsələlərə toxunacağıq və mətn məlumatlarının qəbul etmə sürətini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək ən təsirli məşqləri nəzərdən keçirəcəyik.
Oxu texnikası nədir?
Materialı əzbərləyərkən necə tez oxuya biləcəyinizi anlamadan əvvəl, oxu sürətinin nə olduğu və necə ölçülməsi barədə danışaq. Mətnləri kifayət qədər tez və yüksək keyfiyyətlə emal etməyə imkan verən sürətli oxu texnikasına da toxunacağıq. Sürətli oxu və yaddaş inkişafının bir-biri ilə sıx əlaqəli olduğunu da unutmayın.
Oxu sürəti oxunan simvolların oxunduğu müddətə nisbətidir. Bu, mətnin başa düşülməsini, yəni oxucunun onu nə qədər diqqətlə oxuduğunu və xatırladığını nəzərə alır.
Məktəb praktikasında oxu sürəti sözlərlə ölçülür, lakin mütəxəssislər sözlərin uzunluğu fərqli olduğundan simvollarla ölçməyi məsləhət görürlər.
Sürətli oxu, oxu sürətini, mətnin məzmununun qavranılmasını əhəmiyyətli dərəcədə artıra biləcək xüsusi texnika və texnikanın məcmusudur. Sürətli oxuma texnikasına yiyələnmiş, geniş bir görmə sahəsi olan, oxuduğu materialı süzgəcdən keçirə bilən, içindəki əsas şeyi vurğulayan insanlar. Və ən əsası, mətndə lazım olan məlumatları tez bir zamanda tapa bilərlər. Bu səbəbdən sürətli oxu texnikasının nə olduğunu və qısa müddətdə necə mənimsəniləcəyini bilmək olduqca vacibdir.
Oxu növləri
Oxu texnikaları və necə tez oxumağı öyrənmək barədə danışmazdan əvvəl, oxu növləri haqqında bir neçə kəlmə deyək. Yeri gəlmişkən, əksəriyyətinin sürətli oxu metodları olduğunu qeyd edirik.
Psixolinqvistlər və sürətli oxu tədrisi ilə məşğul olan insanlar mətnlə tanışlığın bir neçə növünü fərqləndirirlər. Beləliklə, dərin, sürətli, panoramik, seçməli, eyni zamanda oxu izləmə və oxu taramasını ayırd edə bilərsiniz.
Bu növlərin hər birini qısaca təsvir edək və xüsusiyyətlərini təhlil edək.
- Beləliklə, dərin oxuma zamanı bütün detallar təhlil edilir, oxunanlar tənqid olunur, nəticələr çıxarılır. Ümumiyyətlə elmi ədəbiyyata münasibət belədir.
- Sürətli oxumaq yalnız prosesin yüksək sürətini deyil, həm də əla oxu anlama mənasını verir. Buraya bədii ədəbiyyatla tanışlıq da daxildir.
- Panoramik oxu periferik görmə qabiliyyətini artırma texnikasından istifadə edir. Yəni bu şəkildə oxuyan bir şəxs mətnin kifayət qədər böyük bir hissəsini gözləri ilə əhatə edir ki, bu da sürəti əhəmiyyətli dərəcədə təsir edir. Bu şəkildə demək olar ki, hər hansı bir kitabı öyrənə bilərsiniz.
- Seçmə oxu mətnin yalnız bəzi hissələrini işləyir. Bunlar fərdi fəsillər, hissələr, abzaslar və hətta cümlələr ola bilər. Bu cür oxumaq imtahanlara hazırlaşarkən tələbələr tərəfindən istifadə olunur.
- Oxuma-baxış ümumiyyətlə mütəxəssislər və tələbələr tərəfindən bu və ya digər ədəbiyyatı seçərkən istifadə olunur. Bir kitab – izahat, müqəddimə, məzmunu nəzərdən keçirərək, bir adamın ehtiyacının olub-olmamasına qərar verir.
- Oxu-tarama zamanı fərdi tərifləri, tarixləri, soyadları və adları tapmaq üçün sürətli bir səhifə taraması aparılır.
Bundan sonra, necə tez oxumaq barədə danışacağıq və bunun üçün bizə hansı proqramların kömək edə biləcəyini öyrənəcəyik. Ancaq əvvəlcə oxu sürətinin özü və parametrləri haqqında bir az danışaq.
Oxu sürətinin əsas komponentləri
Sürətli oxu texnikasının nə olduğuna baxmazdan əvvəl bu prosesin sürətinin tərkib hissələrindən danışaq. Oxu sürətini yoxlamaq üçün əvvəlcə bunları bilməlisiniz.
Beləliklə, oxu sürətinin ümumiyyətlə hesablandığı düstur aşağıdakı kimidir:
İndi bu konvensiyaların hər birini deşifr edək.
- Beləliklə, V dəqiqədə simvollarla ölçülən oxu sürətidir.
- Q hərfi, oxu sürətini necə ölçdüyünüzə görə, oxunduğu və ya mətndəki simvolların ümumi sayını əks etdirir. Mətni oxumaq üçün dəqiq bir dəqiqə, iki, üç ölçürsənsə, yalnız göstərilən müddət ərzində oxunan simvol sayını hesablayırsan. Mətnin hamısını oxudunuzsa, tanış olduğunuz vaxtı hesablayırsınızsa, bütün mətndəki simvol sayını hesablamalısınız.
- T mətni oxumaq üçün lazım olan vaxtı göstərir.Artıq qeyd edildiyi kimi ya düzəldilə bilər, ya da tam mətn işlənməsi nəticəsində əldə edilə bilər.
- Və oxuma sürətini hesablamaq olduqca problemli olan son komponent, K, anlama əmsalıdır. Burada adətən istədiyiniz dəyəri yoxlamaq üçün proqramlarda istifadə olunduğunu qeyd edirik. Evdə oxumağınızı yoxlasanız atlaya bilərsiniz. Lakin nəticələr tamamilə dəqiq olmayacaq.
Oxu sürəti standartları
Tez oxumaq barədə danışmazdan əvvəl, bu baxımdan hansı standartların mövcud olduğunu danışaq. Bu məlumatlara əsasən bu bacarığı inkişaf etdirməyiniz lazım olduğunu və ya göstəricilərinizin olduqca yüksək olduğunu müəyyən edə bilərsiniz.
Bir neçə oxu sürəti var. Bu işarələrlə ölçülür, çünki belə bir parametr sözlə ölçmədən daha obyektivdir.
Bu vəziyyətdə dəqiqədə 900 simvol sürəti çox yavaş hesab olunur. Yavaş 1200 cpm-ə bərabərdir. Dəqiqədə 1500 simvol oxuyan insan orta sürətlə oxuyur. 1800 simvol ortalamadan yüksək hesab olunur. Sürətli oxumaq 3000 simvol sürəti nəzərdə tutur, çox sürətli – 5000 və dəqiqədə 10.000 simvoldan çox mənimsəyən insanlar ultra sürətli oxuma sürətinə yiyələnmiş sayılır.
Oxu sürətinin yoxlanılması
Oxu sürətinizi kəskin şəkildə artıracaq məşqlərdən danışmazdan əvvəl onu yoxlamağa dəyər. Bunu etmək üçün ya xüsusi proqramlardan istifadə edə bilərsiniz, ya da özünüz yoxlaya bilərsiniz, baxmayaraq ki, bu tamamilə dəqiq məlumatlar olmaya bilər. İkinci variantdan istifadə etməyə qərar verərsinizsə, mütləq qohumlarınızdan və ya dostlarınızdan birinin köməyinə, mətnə, saniyəölçənə ehtiyacınız olacaq.
Əvvəlcə tanış olmayan bir mətn götürməyə başlayırıq, sonra oxuduğunuz vaxtı qeyd etməyinizi xahiş edirik. Oxumağa başlayırıq. Sonda mətnlə bağlı bir-iki sual verilməlidir. Onlara cavab verdinizsə, bu çox yaxşıdır. Olmasa, daha pisdir. Yeri gəlmişkən qeyd edirik ki, sürətli oxumaq və yaddaş inkişafı iki ayrılmaz şeydir. Çox tez oxuyursanız və oxuduğunuzu xatırlamırsınızsa, heç bir sürətli oxumaqdan söhbət gedə bilməz.
Sonra, mətndə oxunan simvol sayını hesablayırıq (bu, istədiyiniz seqmenti seçərək Word proqramı (Statistika) istifadə etməklə edilə bilər). Daha sonra yuxarıdakı formulları istifadə edirik və oxu sürətimizi hesablayırıq. Burada anlayış əmsalının hesablanmağa dəyər olmadığını qeyd edirik.
Beləliklə, oxu sürətinizi artırıb artırmayacağınızı özünüz müəyyən edə bilərsiniz.
Niyə oxu sürətini inkişaf etdirin
Sürətli oxu vərdişlərinin inkişafının əsas səbəbi məlumat qəbulunu artırmaqdır. Bizi daima müxtəlif mesajlar əhatə edir və onları vaxtında qavrayıb xatırlamağı bacarmağımız olduqca vacibdir. Və səs və vizual məlumatların qavranılması olduqca tez baş verirsə və bu bacarığı inkişaf etdirmək demək olar ki, mümkün deyilsə, mətn mesajlarının qavranılması olduqca zəifdir və birbaşa oxu sürətimizdən asılıdır. Bu səbəbdən sürətli oxuma vərdişləri inkişaf etdirilməli və bu yalnız böyüklər üçün deyil, uşaqlar üçün də edilməlidir. Buna görə uşaqlar üçün sürətli oxumaq olduqca lazımlı bir bacarıqdır.
Bundan əlavə, bu proses yaddaş və diqqəti inkişaf etdirir. İnamlı şəkildə bilinir ki, insan nə qədər çox oxusa, bir o qədər savadlı və inkişaf etdirilir. Və çox oxumaq üçün tez oxumağı bacarmalısan.
İnsanlar həmişə hər kəsə xas olmayan xüsusi bacarıqlara yiyələnməyə çalışdıqlarını da qeyd edirik. Beləliklə, sürətli oxu onlara da aiddir. Bunu mənimsədikdən sonra dostlarınıza və tanışlarınıza nailiyyətlərinizi təmiz bir vicdanla izah edə biləcəksiniz.
Yavaş oxu sürətinin səbəbləri
- Əvvəla, oxu sürəti əsasən bir insanın söz ehtiyatından asılıdır. Nə qədər kiçikdirsə, mətni mənimsəmək o qədər çətindir, çünki hər yeni sözün mahiyyətinə varmaq lazımdır.
- Yavaşca oxumağımızın başqa bir səbəbi də diqqətsizlikdir.Şübhəsiz ki, eyni səhifəni bir neçə dəfə yenidən oxuduğunuzu dəfələrlə yaxaladınız.
- Oxunaqlı mətnin dodaqları ilə tələffüz. Az adam bilir, ancaq bu və ya digər mətni oxuyarkən dodaqlarımızla çətinliklə nəzərə çarpacaq dərəcədə artikulyasiya hərəkətləri istehsal edirik. Bu oxu sürətini əhəmiyyətli dərəcədə yavaşlatır.
- Yavaş oxumağın başqa bir səbəbi artıq oxunmuş bir söz və ya ifadəyə qayıtmaq vərdişidir.
Bunlar və digər bir çox şey sürətli oxu sürətlə mənimsəmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır. Uşaqlar və böyüklər üçün bu problemləri həll etməyə kömək edən xüsusi məşqlər var.
Oxu texnikasının inkişafı metodları
Hər hansı bir sürətli oxuma metoduna yiyələnmək istəyirsinizsə, mütləq məlumat qəbulunu xeyli yaxşılaşdırmağa kömək edəcək müxtəlif texnika və metodlar haqqında bilmək lazımdır.
Prinsipcə, hər bir psixolinqvist və bu sahədəki mütəxəssis bu və ya digər məşqlər qrupuna diqqət yetirərək özünün sürətli oxu öyrətmə metodunu inkişaf etdirir.
Bunlardan ən məşhuru Oleg Andreev və Andrei Spodinin sürətli oxu texnikasıdır.
Hamısı eyni prinsiplərə əsaslanır – bir insanın sahəsini və baxış bucağını genişləndirmək, oxuyarkən geriləmələrdən, artikulyasiya hərəkətlərindən çəkinməyi, yaddaş və düşüncə tərzini inkişaf etdirmək, mətni tənqidi qəbul etmək və əzbərləmək bacarığını.
Kimin metodunu seçməyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, onu öyrənmək sizin üçün asan və maraqlıdır.
Aşağıda, demək olar ki, hər bir sürətli oxu kursunun əsasını təşkil edən məşqləri təqdim edirik.
Oxu Sürəti Məşqləri
Beləliklə, tez oxumağı öyrəniriksə, yaddaş, diqqət və oxu anlama inkişafına kömək edəcək bəzi məşqlər etməliyik.
Sürətli oxu vərdişlərinizi inkişaf etdirmək istəyirsinizsə, bu barədə gündəlik işləməyinizi tövsiyə edirik. Bunu etmək üçün dərslər üçün ən azı bir saat boş vaxt ayırmalı və indi sizə danışacağımız sadə məşqlər etməlisiniz.
- Mətni oxuduqca oxuduğunuz hər sətri boş bir vərəqlə örtün. Bir vərəq əvəzinə əlinizi istifadə edə bilərsiniz. Əsas odur ki, geri dönməyin və oxuduğunuz sətirləri açmayın.
- Schulte masası ilə işləyin, baxış bucağını tədricən genişləndirin. Yeri gəlmişkən, sürətli oxu texnikası da geniş bir baxış bucağı nəzərdə tutur.
- Oxuyarkən göstərici barmağınızı dodaqlarınızda saxladığınızdan əmin olun – bu artikulyasiyanın qarşısını almağa, yəni oxuduğunuz mətni dodaqlarınızla tələffüz etməyə kömək edəcəkdir.
- Yad səslərdən yayındırmayın, səssizcə oxumağa çalışın və diqqətinizi mümkün qədər mətnə cəmləşdirin.
- Oxuduqdan sonra oxuduqlarınızı özünüzə danışın, hər şeyi xatırladığınızı və ya bir şeyin qaçdığını yoxlayın.
Mətnləri tez oxumağınıza kömək edən xüsusi proqramlar quraşdırın. Beləliklə oxu tempini dəyişdirə, tədricən öyrəşə bilərsiniz. Aşağıda sizə bir neçə belə proqram təqdim edəcəyik və uşaqlar üçün hansı sürətli oxu texnikasının mövcud olduğu barədə bir az danışacağıq.
Sürətli oxu proqramları
Oxumağın nə olduğunu, sürətini başa düşdük, fəaliyyətimizi yaxşılaşdırmağa kömək edəcək bir neçə sadə işi xatırladıq. İndi sürətli oxumaq üçün proqramlara baxaq. Budur ən məşhur və istifadə olunan üçü.
- Spritz mətnləri tez oxumağınıza kömək edir. İstədiyiniz hissəni sahəyə daxil edib proqramın oxuduğu sürəti təyin edirsiniz. Yalnız oxu sürətinizi yoxlamaqla deyil, həm də materialı qısa müddətdə mənimsəmək üçün çox yaxşıdır.
- İkinci proqram Psy oyunlarıdır. Bu, görmə sahəsini genişləndirməyə, yaddaşı və diqqəti yaxşılaşdırmağa və reaksiya verməyə kömək edəcək bütün müxtəlif məşqlərin kompleksidir.
- Oxu bacarıqlarını artırmaq üçün daha bir kompleksi də qeyd edirik – Sürətli oxu proqramı. Həm də oxu sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edə bilər.
Uşaqları sürətli oxumağa öyrətmək
Diqqəti çəkən son şey uşaqlara sürətli oxumağı öyrətməkdir.Artıq dediyimiz kimi, bu bacarıq həm yaddaşın inkişafı, həm oğlunuzun, həm də qızınızın diqqəti, həm də məktəbdə və ya universitetdə daha çox təhsil almaq üçün olduqca faydalı olacaqdır.
Bir uşağa tez oxumağı öyrətməyi öyrənmək istəyənlər üçün bir neçə ipucu. Uşaqlara tez oxumağı öyrətmək üçün əvvəlcə bacardıqlarını göstərməlisiniz. Bunun üçün aşağıdakı təcrübəni apara bilərsiniz. Mətn oxunsun, oxu müddəti bir dəqiqə ilə məhdudlaşsın. Sonra oxuduğunuz mətn hissəsindəki sözlərin sayını hesablayın və uşağın yenidən oxumasını istəyin. Eyni zamanda, vaxtı yenidən qeyd edin. İkinci dəfə mətn daha sürətli oxunacaq, yəni uşağınıza nə qədər çox oxudusa oxu sürətinin artdığını sübut edə bilərsiniz.
Mətndən tam olaraq nə öyrəndiyini oxuduqdan sonra uşağa xahiş etdiyinizə əmin olun. Bu sizə nəinki tez, həm də diqqətlə oxumağı öyrətməyə kömək edəcəkdir.
Diqqət yetirin ki, uşaqlar üçün tez oxumaq üçün istənilən üsul yalnız uşağı maraqlandırmağa, onunla istəmədiyini etməyə məcbur etmədən oynaq bir şəkildə məşğul olsanız maraqlı olacaqdır.
nəticələr
Beləliklə, sürətli oxu texnikasının nə olduğunu və onu mənimsəməyin nə qədər vacib olduğunu başa düşdük. Hansı oxu növlərinin olduğunu, tez oxumağımıza nə mane olduğunu və bu maneələrin necə aşılacağını bildik. Bir uşağa oxumağı öyrətmək və bacarıqlarını inkişaf etdirmək barədə də danışdıq.
Ümid edirik ki, məqaləmiz faydalı oldu.
Comments are closed, but trackbacks and pingbacks are open.