Press "Enter" to skip to content

Səbahəddin Ali “Xəz paltolu Madonna”

İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi.

XƏZ PALTOLU MADONNA

Bu kitab həmçinin kitabxanalarında mövcuddur. Eyni anda bir neçə kitabxanada qeydiyyatdan keçin və kitabları daha sürətli əldə edin.

  • Janar:x arici klassika, X X əsr ədəbiyyatıRedaktə etmək

399 AZN qarşılığında bu va daha 2 kitab

Abunə olmaqla siz hər ay kataloqdan AZN-ə qədər bir kitab və şəxsi seçimdən iki kitab götürə bilərsiniz. Ətraflı

Abunəlik üçün ödəniş etməklə, təklifdə göstərilən ödəniş şərtlərini və onun avtomatik yenilənməsini qəbul edirəm

Ödəmək Ləğv etmək
Kitabın təsviri

İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının kö­mə­yi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – hə­ya­tı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrü­nün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün­dəlik güzgü tutur. Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam et­dir­mək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir. Sevilən Türk yazıçısı və şairi Səbahəddin Əli (1097-1948) Al­ma­niyada təhsil almış, geri döndükdən sonra Kon­ya və Ankarada müəllim işləmişdir. Azad fikirlərinə görə daim təqib olunan ədibin “Quyucu Yusif” (1937), “İçi­mizdəki şeytan” (1940) adlı ro­manları, “Dəyirman”, “Səs”, “Yeni dünya”, “Şüşəli köşk” adlı hekayələr kitabı, “Dağlar və Ruzigar”, “Qurbağanın serenadası, başqa şeir­lər” adlı şeirlər kitabı və “Əsirlər” adlı bir dram əsəri vardır. “Xəz mantolu Madonna əsəri”ni isə 1943-cü ildə yazmışdır.

Səbahəddin Ali “Xəz paltolu Madonna”

“Xəz paltolu Madonna” (türkcə “Kürk mantolu Madonna”) – Məşhur türk yazıçısı və şairi Səbahəddin Alinin 1943-cü ildə qələmə aldığı bu romanda Raif əfəndinin məhəbbət hekayəsindən danışılır. İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – həyatı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrünün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün-dəlik güzgü tutur.
Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam etdirmək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır. Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.

Karandaşın izi ilə

Əjdaha girmiş quyuya düşməyə razılıq verəcək bir igid tapmaq, əlbəttə, asan iş deyil. Lakin içindən xəbərsiz olduğumuz quyuya enməyə cürət edə biləcək adam tapmaq bundan qat-qat çətindir.

İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi.

Həyat yollarında bir müddət birlikdə addımladığımız tanış adamların başına bir fəlakət gəldiyini, müəyyən bir çətinliyə düşdüyünü görəndə “yaxşı ki, bu fəlakət bizə toxunmadan sovuşub keçmişdir” – deyə şad olub fərəhlənirik. Belə fikirləşirik ki, bizim də başımıza bədbəxtlik, fəlakət gələ bilərdi, lakin o adamlar bizim payımız da götürmüşlər, ona görə də onlara mərhəmət hissi ilə yanaşmaq istəyirik.

Mühitini yaxşı tanıyan, qarşı-qarşıya gəldiyi şəxsin daxili aləmini bütün çılpaqlığı, qabarıqlığı ilə görən bir adamın həyəcanlanmasına və başqasına əsəbiləşməsinə, əlbəttə, heç bir ehtiyac yoxdur. Belə adam bütün alçaqlığı ilə yüksəlmək istəyən bir nəfərin önündə daş kimi lal-dinməz dayanmaqdan başqa nə etməlidir ki? Biz başımıza gələn hadisələrin anlamadığımız, gözləmədiyimiz cəhətinə görə əsəbiləşir, inciyir, təəccüblənirik. Lakin əgər bir adam hər şeyə dözməyə hazırdısa, kimdən nə gözləmək lazım olduğunu qabaqcadan bilirsə, onu sarsıtmaq, hövsələdən çıxarmaq olarmı?

İnsanlar bir-birilərini tanımağın nə qədər çətin olduğunu bildiklərinə görə, bu zəhmət tələb edən işə girişməyə təşəbbüs etməkdənsə, bir-birilərinə kor-koranə yanaşmağı və yaşayış uğrundakı mübarizədə bir-birilərinin varlığından xəbərsiz olmağı üstün tuturlar.

Mühitin illərcə, həm də aram-aram, yorulmadan yaratdığı saxta sifətlər daha qüvvətli idi, əsl insani keyfiyyətlərin baş qaldırıb meydana çıxmasına imkan vermirdi.

Onun düşündüyü yerdə düşünmək, onun kimi düşünmək demək deyildi.

Dünyada ən adi, ən miskin, hətta ən axmaq adamın da insanı min bir heyrətə salan çox qorxulu və ziddiyyətlərlə dolu ruhu olur…

Bütün sadədil insanlar kimi, o da kədərdən sevincə, həyəcandan sakitliyə tez keçir, bütün qadınlar kimi, hər şeyi yadından çıxarırdı.

İnsan səbir edib, dözə bilməyəcəyini zənn etdiyi çox şeylərə alışır.

Çünki mühitimdən uzaq düşməyimin, qəribəliyimin bir səbəbi də kitablardan tanıyıb öyrəndiyim insanları ətrafımda tapa bilməməyim deyildimi?

Əvvəlcə özümü itirmişdim, lakin bu hal uzun sürmədi. Çünki gördüm ki, bura da şəhərdir… Küçələri bir az geniş, bir qədər təmiz, əhalisi sarışın bir şəhərdir. Burada insanın ağlını başından çıxaran təəccüblü bir şey yox idi. Halbuki xəyalımda Avropanı başqa cür, müxtəlif macəralarla dolu bir yer kimi təsəvvür edirdim. Xəyalımdakı Avropanın necə olduğunu və indi yaşadığım şəhərin ona hansı cəhətlərdən oxşamadığını indi özüm də ayırd edə bilmirdim… Xəyalımızda təsəvvür etdiyimiz xariqüladə şeylərin həyatda olmadığını hələ dərk etməmişdim.

Mənim aləmimdə qadın, mənimliyimi qamçılayan, isti yaz günləri zeytun ağaclarının altında uzandığım zaman xəyalımda qurduğum min bir macərada iştirak edən, maddilikdən daha uzaq bir məxluq idi.

Nəyə görə mən elə nəticəyə gəlmişdim ki, gecənin hansı vaxtındasa bir küçədən keçmiş qadın ertəsi gün axşam yenə də həmin küçədən, həmin saatda keçməlidir?

Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdi.

O tamamilə mənim təsəvvür etdiyim kimi idi… Başqa cür olsaydı, mənə belə tanış gözlərlə baxardımı, salamlayardımı?

Dünyada sizə, bütün kişilərə həddən artıq nifrət bəsləməyimin səbəbi var. Bunu bilmək istəyirsinizsə, eşidin: adamdan hər şey tələb etdiklərinə görə, həm də bunu çox təbii hesab etdiklərinə görə… Məni düzgün başa düşün… Ola bilər, onlar nə istədiklərini sözlə ifadə etməsinlər… Kişilərin elə baxışları, təbəssümləri, xülasə qadınlarla elə rəftarları var ki… onlar özlərinə o qədər güvənirlər ki, bunu ancaq kor adam görməyə bilər… Onların nə qədər qürurlu olduqlarını görmək heç də çətin deyil. Bunun üçün onların tələbləri, istəkləri hər hansı bir şəkildə rədd edildikdə, düşdükləri vəziyyətə baxmaq, özlərini necə itirdiklərini görmək kifayətdir. Onlar özlərini həmişə bir ovçu, biz qadınları isə aciz bir heyvan kimi təsəvvür etməkdən çəkinmirlər. Elə hesab edirlər ki, bizim vəzifəmiz onlara müti şəkildə itaət etməkdən, hər nə istəyirlərsə, onu yerinə yetirməkdən ibarətdir… Öz barələrində isə belə fikirləşirlər: bizdən heç nə tələb etmək olmaz, bir şey istəsələr də vermərik… Mən kişilərin bu axmaq qüruruna etinasız baxa bilmirəm. Başa düşürsünüz? Lakin bununla belə mənə elə gəlir ki, sizinlə dostlaşa bilərəm. Çünki o mənasız kişi qüruru sizdə yoxdur… Lakin bilmək olmaz… Quzuya oxşar bir çox adamların ağzında vəhşi canavar dişlərinin ağardığını görmüşəm…

Elə bilirsiniz istədiyiniz adam həmişə eyni yoldan gəlib getməlidir?

Müəyyən şeylərə möhtac olduğumuzu onları görüb öyrəndikdən sonra kəşf edirik…

Bir kitabın oxunmasına sərf etdiyim iki saatın ömrümün bir çox illərindən daha mənalı, daha əhəmiyyətli olduğunu gördükdə insan həyatının heçliyi haqqında düşünər, qəm-qüssəyə batardım.

Şübhə yoxdur ki, hər kəsin özünəməxsus ruhu var. Lakin çoxları, bütün ömrü boyu bunun fərqinə varmır. Bu ruh ancaq özünə oxşarı ilə rastlaşdıqda meydana çıxıb özünü göstərir. Həm də bizdən, ağlımızdan, istəyib-istəmədiyimizdən asılı olmayaraq meydana çıxır… Biz sözün əsl mənasında, ancaq bu zaman yaşayıb hiss edirik. Bu vaxt hər cür tərəddüd, utancaqlıq kənara atılır, bir-birinə oxşar iki ruh bütün maneələri aradan qaldıraraq, bir-birinə qovuşmağa can atır.

Duyub yaşamaq, təbiətin ən xırda hadisələrini, həyatın sarsılmaz bir məntiqlə axıb getdiyini seyr edərək yaşamaq… Başqalarından daha qüvvətli, daha coşqun hisslərlə yaşadığını duymaq… Keçirdiyin hər anın bir insan ömrü qədər mənalı, dolğun olduğunu bilərək yaşamaq… Bütün bunları şərh etməyə qadir bir adamın mövcud olması barədə fikirləşib, onu gözləyərək yaşamaq… Dünyada bundan fərəhli nə ola bilərdi?

İstehza etdiyim adamlar mənim fikir və mülahizələrimi başa düşməyə qadir olmayanlardır, başa düşənlər isə istehzaya layiq adamlar deyillər.

Ünsiyyət və yaxınlıq zahiri şeylərdir. İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir-birinə yaxınlaşır və bu yaxınlığın gözəlliyini özləri uydururlar.

Müəyyən bir adama qarşı mərhəmətli olmaq o deməkdir ki, sən özünü ondan qüvvətli zənn edirsən. Halbuki, nə özünü bu qədər qüvvətli, nə də başqalarını özündən zavallı, daha miskin hesab etməyə heç kəsin haqqı yoxdur.

Çünki naməlum bir hiss mənə pıçıldayırdı ki, kimin olursa olsun fərqi yoxdur, başqasının bütün yaxşı və pis cəhətlərini aydın görən və gizli saxlamaq istəməyən bir adama çox yaxınlaşmaq mümkün deyil.

Ruhumuz üçün ən vacib, ən qiymətli cəhətləri bir-birimizdə axtarıb tapdıqdan sonra, xırda təfərrüatlara göz yummaq, daha doğrusu, böyük həqiqət naminə xırda həqiqətləri qurban vermək daha düzgün, daha ədalətli olmazdımı?

Nəyə görə? Nəyə görə həmişə biz qaçmalı, siz isə bizi qovmalısınız? Nə üçün sizin yalvarışlarınızda bir əmr, hökm olmalı, bizim rədd cavabımızda belə acizlik duyulmalıdır?

Dünyada heç bir məxluq kişilər kimi asan müvəffəqiyyət ardınca düşmür. Heç bir məxluq kişilər kimi bu dərəcədə özünə vurğun, xudbin, özünə güvənən, lakin eyni zamanda da qorxaq və rahatlıq düşkünü ola bilməz.

Bizim aramızdakı dostluğun təbii yolla inkişaf etməsinə mane olmayın. Ona süni istiqamət verməyə çalışmayaq. Onu qabaqcadan çıxardığımız nəticələrlə məhdud etməyək!

İşləmək heç də qəbahət deyil… Mənə ağır gələn, ürəyimə toxunan odur ki, ruhumuzu alçaltmadan işləmək istəməyimiz başqalarının xoşuna gəlmir…

Müəyyən bir məsələ haqqında eyni şəkildə düşündüyümüz üçün fikirlərimiz də bir-birinə oxşayırdı. Şübhəsiz ki, bir tərəfin fikrini digər tərəfin təqdir edib, onu qəbul etməsi və mənimsəməsi də iki nəfər arasındakı ruhi yaxınlığın nişanəsi idi.

Bu gecə baş verən hadisələr mənim üçün son dərəcə qiymətli idi. Onlara xəyalən də olsa toxunmaq istəmirdim.

Eşq heç də sizin dediyiniz adi bir hüsn-rəğbət hissi və yaxud bəzi hallarda dərinləşən sevi deyil. O tamamilə başqa, bizim təhlil edə bilmədiyimiz elə bir hissdir ki, necə yaranıb meydana gəldiyini bilmədiyimiz kimi, günlərin birində haraya çıxıb getdiyini də bilmirik. Dostluq isə daha dözümlü olur və izah edilib başa düşülür. Onun nə cür başladığını görə bilir, pozulduğu zaman bunun səbəblərini təhlil edə bilirik. Eşq isə izah edilə bilməyən bir təhlildir.

Ən çox sevdiyiniz adamlara həqiqətən, başqalarına isə az da olsa aşiqsiniz!

Sevmək və xoşlamaq başqa, istəmək, bütün ruhunla, bütün vücudunla, varlığınla istəmək isə bambaşqadır… Məncə eşq bu cür bir istəkdir. Müqavimətsiz bir istək!

Sevgi bizim öz qəlbimizdə əmələ gəlir. Onu kənardangəlmə bir şey zənn etmək doğru deyil. O, ürəyimizdə mövcud olan hisslərin bizi heyran edəcək dərəcədə şiddətlənib artmasından ibarətdir.

İnsanlar bir-birlərinə münasibətlərində eyni nöqtədə qala bilməzlər. Lazım olduqda irəliyə atılmayan addım adamı geriyə aparar, məqsədə yaxınlaşdırmayan dəqiqələr, əksinə, adamı məqsəddən uzaqlaşdıra bilər.

– Sizin fikrinizcə yeni ilin heç bir xüsusiyyəti yoxdur? – deyə soruşdum.
– Yoxdur, – dedi. Onun ilin başqa günlərindən nə fərqi var? Təbiət onu başqa günlərdən nə cür fərqləndirmişdir? Ömrümüzdən daha bir ilin keçdiyini göstərsə də bunun o qədər əhəmiyyəti yoxdur. Çünki ömrümüzü illərə bölməyin özü də insanların uydurmasından başqa bir şey deyil… İnsanın ömrü, doğulduğu gündən öldüyü ana qədər uzun bir ildən ibarətdir. Bunun üzərində aparılan hər cür bölgü sünidir…

– Hə, nə deyirsən? Bunlardan əlavə, axı, səninlə heç rəqs etməmişəm, düz demirəm?
– Bəli, rəqs etməmişik.
– Bundan zövq almasam da rəqs etdiyim adamdan bəzən xoşum gəldiyi üçün bu əzaba dözürəm.

Ürəyimdə nəsə bir boşluq olduğunu və mənə əzab verdiyini hiss edirdim. Nəsə bir şey çatmırdı. Bəs çatmayan şey nə idi? Evdən çıxdıqdan sonra nəyisə unutduğunu hiss edib ayaq saxlayan, lakin nəyi unutduğunu heç cür xatırlaya bilməyən, hafizəsini araşdıran, ciblərini axtaran və nəhayət, ümidsiz, nigarançılıq içində yoluna davam etmək istəyən bir adama oxşayırdım.

Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır.

Qadınlar doğrudan da çox qəribə məxluqlardır. Bütün xatirələrimi yada salıb müəyyən bir nəticəyə gəlmək istəyərkən, qadınlarda heç vaxt qəlbdən sevmək qabiliyyəti olmadığını qət elədim. Qadın sevə biləcəyi zaman sevmir, həyata keçməyən arzulara, xəyallara uyur, qırılan mənliyini bərpa etmək istəyir. Sonra isə itirilmiş imkanlara acıyır və bunlar ona bir eşq kimi görünür.

Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda, onun həqiqətdə sənə heç bir şey vermədiyini görmək, bir adamın sənə çox yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!

O, məni bütün ömrüm boyu naməlum, məchul bir şeyi axtarmağa məhkum edirdi – gərək belə etməyəydi…

Həmişə olduğu kimi, yenə də hiss edirdim ki, adamlardan kənar gəzib-dolaşmaq, başqalarından üstünlük əlaməti deyil, şikəstlikdir, xəstəlikdir.

Bu axşam başa düşdüm ki, bəzən bir adam başqasını, həyata bağladığımızdan da qüvvətli tellərlə özünə bağlaya bilər. Bu axşam onu da başa düşdüm ki, mən onu itirsəm, yer üzündə içi boş bir qoza oxşayaram.

Onu xəstəlik, məni öz səadətim uşağa döndərmişdi.

Gərək belə olmayaydı. Harada doğulmaq və kiminsə oğlu olmaq gərək bu qədər əhəmiyyətli olmayaydı.

Onun boşluğunu deyil, yoxluğunu hiss edəcəkdim.

Həyat ancaq bir dəfə oynanılan qumardır. Mən onu uduzmuşam.

Hər şeyi, hər şeyi, xüsusilə ruhumu çox xəlvət bir yerdə gizlətməliyəm…

Tərcümə: B.Nəriman

Comments are closed, but trackbacks and pingbacks are open.