Press "Enter" to skip to content

Rəd” surəsi

26. Rəsulullah (s. a. a): “Oruc tutanın duası rədd edilməz.” (“Biharul-Ənvar”, c.93, s.256)

Ramazan və oruc haqqinda 40 hədis

13. Hz. Peyğəmbər (s) xütbələrinin birində belə buyurmuşdur: “Hər kim Ramazan ayını susaraq oruc tutub, qulağını, gözünü, dilini, şəhvətini və bədən üzvlərini Allahın razılığı üçün yalandan, haramdan və qeybətdən qorusa, uca Allah onu özünə yaxın edər, belə ki, o şəxs Hz. İbrahim Xəlilullaha (onun mövqeyinə) çatar və onunla birlikdə olar.” (“Vəsailuş-Şiə”, c.7, s.117)

14. İmam Baqir (ə): “Ramazan ayının digər aylara üstünlüyü Rəsulullahın digər peyğəmbərlərdən üstünlüyü kimidir.” (“Səfinətul-Bihar”, c.2, s.123)

15. Rəsulullah (s): “Ramazan ayı elə bir aydır ki, başlanğıcı rəhmət, ortası bağışlanma və sonu Cəhənnəm atəşindən xilas olmaqdır.” (“Biharul-Ənvar”, c.93, s.342)

16. İmam Əli (ə): “Oruc, qul ilə Yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz.” (“Qisarul-Cuməl”, c.1, s.394)

17. Rəsulullah (s): “Hər şeyin bir qapısı vardır, ibadətin qapısı da orucdur.” (“Məhəccətul-Bəyza”, c.2, s.122)

18. Rəsulullah (s): “Oruc səbrin yarısıdır.” (“Məhəccətul-Bəyza”, c.2, s.121)

19. Rəsulullah (s) (Səhabələrdən birinə xitab olaraq): “Oruc tut, çünki oruc kimi bir ibadət yoxdur (onun yerini tutacaq bir şey yoxdur).” (“Biharul-Ənvar”, c.93, s.254, “Məhəccətul-Bəyza” c.2, s.121)

20. Rəsulullah (s): “Allah.Təala buyurur: “Adəm övladının orucdan başqa, bütün yaxşı əməlləri özü üçündür; amma oruc mənim üçündür və mən mükafatını verəcəyəm.” (“Ərkani İslam” (Oruc) Salman Ğaveci, s.16)

21. İmam Əli (ə): “İslam beş təməl üzərində qurulmuşdur; namaz, zəkat, həcc, oruc, vilayət.” (“Biharul-Ənvar”, c.93, s.257, “Məhəccətul-Bəyza”, c.2, s.121)

22. Rəsulullah (s): “Oruc, Cəhənnəm atəşindən qoruyan bir sipərdir (qalxandır).” (“Məhəccətul-Bəyza”, c.2, s.123)

23. Rəsulullah (s): “Üç əməl Allahın rəhmətindəndir: Gecə namazı qılmaq, mömin qardaşın halını soruşmaq və oruc tutmaq.” (“Biharul-Ənvar”, c.93, s.257)

24. Rəsulullah (s): “Allah.Təala mələkləri oruc tutanlara dua etməklə vəzifələndirmişdir.” (“Məhəccətul-Bəyza”, c.2, s123, “Biharul-Ənvar” c.93, s.253.255)

25. Rəsulullah (s): “Oruc tutanın yuxusu ibadət, susmağı təsbih, əməli qəbul və duası müstəcəb olar.” (“Məhəccətul-Bəyza”, c.2, s.122, “Biharul-Ənvar”, c.93, s.248.253)

26. Rəsulullah (s. a. a): “Oruc tutanın duası rədd edilməz.” (“Biharul-Ənvar”, c.93, s.256)

27. Rəsulullah (s. a. a): “Cənnətin Rəyyan adlı bir qapısı var; o qapıdan ancaq oruc tutanlar girəcək.” (“Biharul-Ənvar”, c.93, s.252, Məhəccətul-Bəyza”, c.2, s.122)

28. İmam Kazim (ə.s): “Oruc tutanın duası iftar vaxtı qəbul olar.” (“Səfinətul-Bihar”, c.2, s.64)

29. Rəsulullah (s): “Oruc tutan bir şəxs, özünə təhqir edilən zaman “Allahın salamı üzərinə olsun, mən bu gün orucam” desə, Allah.Təala buyurar: “Oruclu qulum mənə sığındı, onu Cəhənnəm atəşindən qoruyub Cənnətimə yerləşdirin.” (“Vəsailuş-Şiə”, c.4, s.121, “Səfinətul-Bihar”, c.2, s.65)

30. İmam Sadiq (ə): “Oruc tutan hər mömin, sahur və iftar vaxtlarında Qədr surəsini oxusa, bu iki vaxt arasında Allah yolunda canını verən kimsə kimidir.” (“Səfinətul-Bihar”, c.2, s.67) 31. Rəsulullah (s): “Oruc tutan kəsin iki xoşbəxtliyi vardır; iftar vaxtı və Qiyamət günü.” (“Biharul-Ənvar”, c.93, s.249)

32. İmam Əli (ə): “Hər şeyin bir zəkatı vardır, bədənin zəkatı da orucdur.” (“Nəhcul.Bəlağə”, hikmətli sözlər 131, “Vəsailuş-Şiə” , c.4, s.3)

33. İmam Sadiq (ə): “Allah, orucu varlı ilə kasıb bərabər olsunlar deyə, vacib etdi.” (“Vəsailuş-Şiə, c.7, s.3, “Məhəccətul-Bəyza” c.2, s.124

34. Xanım Fatimə (s.ə): “Allah, orucu ixlası sağlamlaşdırmaq üçün vacib etmişdir.” (“Biharul-Ənvar”, c.93, s.368)

35. İmam Riza (ə.s): “Əgər soruşulsa ki, niyə Ramazan ayının orucu, bundan az və ya çox vacib edilməyib? Belə cavab verilər: “Çünki bu, zəif və güclünün qüvvətinin çatdığı bir miqdardır.” (“Biharul-Ənvar”, c.93, s.370)

36. Rəsulullah (s): “Bu ay Ramazan deyə adlandırıldı; çünki bu ay günahları təmizləyər.” (“Biharul-Ənvar”, c.93, s.367)

37. Rəsulullah (s): “Canım əlində olan Allaha and olsun ki, oruc tutan şəxsin ağzının qoxusu, Allah yanında müşk qoxusundan daha yaxşıdır.” (“Biharul-Ənvar”. c.93, s.250)

38. Rəsulullah (s): “Oruc tutun ki, sağlam olasınız.” (“Məhəccətul-Bəyza” c.5, s.160)

39. Rəsulullah (s): “Kim Ramazan ayının oruc tutarsa və haramlardan çəkinərsə, Allah onun keçmiş günahlarını bağışlayar.” (“Səvabul-Əmal, sayfa 160)

40. Rəsulullah (s): “Ey gənclər, sizdən kimin gücü çatsa evlənsin; çünki bu, gözün haramdan çəkinməsini və iffətin qorunmasını təmin edir. Kimin evlənməyə gücü çatmazsa; oruc tutsun; çünki oruc, cinsi arzuları nəzarət etməkdə çox faydalıdır.”

“Rəd” surəsi

“Rəd” surəsi Məkkədə nazil olmuş və 43 ayədən ibarətdir. “Rə`d” sözü “göy gurultusu” mənasını ifadə edir və bu surənin 13-cü ayəsində göy gurultusu (“rə’d”) haqqında danışıldığından surə həmin adla adlandırılmışdır. Həmin ayədə buyurulur:

وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلاَئِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَاء وَهُمْ يُجَادِلُونَ فِي اللّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ

“Göy gurultusu (yaradılış dili ilə) Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allah yenilməz qüvvət sahibidir (və məkrlə mübarizədə şiddətli cəza sahibidir).”

Milli.Az maide.az-a istinadən bildirir ki, surənin başlanğıcında Qurani-Kərmin haqq olması, əzəmət və böyüklüyünə işarə olunduqdan sonar, tövhid ayələri, Allahın pak zatının nişanələrini aşılayan yaradılış sirlərindən – sütunsuz göylərin yaradaılışından, günəşlə ayın Allahın əmrinə tabeliyindən, yerin genişliyi, dağ və çayların, ağac və meyvələrin xilqəti, əkin sahələrindəki qəribəliklərdən və müəyyən vaxtda gündüzün aramlıq bəxş edən gecə ilə örtülməsindən danışılır.

Bu mətləblərdən sonar məad və insanın yeni həyatından, böyük Allahın ədalət məhkəməsindən, insanların tövhid və məad məsələləri ilə tanışlığından sonra vəzifə və məsuliyyətlərindən, tale və müqəddəratının dəyişilməsinin öz əllərində olmasından söz açılır.

Yenidən tövhid məsələsinə qayıdılır və göy gurultusunun yaradılış dili ilə Allahın şəninə təriflər deməsi, təsbih və zikr etməsi, insanların göy gurultusu, ildırım və şimşəkdən qorxması, yer və göylərin Allahın əzəməti müqabilində səcdə etməsindən söhbət olunur.

Növbəti ayələr insanların düşüncələrini oyadır, bəşərin əli ilə düzəldilmiş bütlərin xasiyyətsiz olması açıqlanır, insanlar təfəkkür və düşüncəyə dəvət olunur, haqla batilin tanınması üçün canlı və hamının başa düşəcəyi tərzdə misallar göstərilir.

Yaxşı və xeyirxah əməllər tövhid və məada imanın səmərəsi olduğundan, bu bəhslərdən sonar əhdə vafa, “sileyi-rəhm” (yaxınlara yaxşılıq), səbir və güzəşt, müqavimət, gizli və aşkar şəkildə “infaq” (Allah yolunda xərc) və qisas və intiqam hissinin aradan qaldırılması kimi mövzulara yer verilir.

Sonda dünya həyatının müvəqqəti və ötəriliyi, Allaha iman sayəsində həqiqi aramlığın əldə olunması, yağı və zülmkar qövmlərin, haqqı gizlədən və yaxud xalqı haqdan uzaqlaşdıranların acınacaqlı sərgüzəşti, Peyğəmbərə (s) müxalif olanların acı aqibətindən bəhs olunur.

Bir sözlə, “Rə`d” surəsi iman və əqidələrdən başlayıb, tərbiyəvi mövzular və yaxşı əməllərlə sona yetir.

“Rə`d” surəsinin 28-ci ayəsi diqqəti cəlb edir və qəlblərin Allahı zikri ilə aramlıq tapmasından söz açılır. Həmin ayədə buyurulur:

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.