Nitq mədəniyyəti anlaşı. Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi
O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, qrammatik, leksik və s. qayda-qanunlarına əməl olunsun. Nitq mədəniyyətinin birinci şərti odur ki, nitq düzgün olmalidir. Məsələn, qapını vurmaq düzgün deyil, qapını döymək düzgündür.
BDU-nun rektoru deputata yeni vəzifə verdi
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.
O, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.
Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.
Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib.
Bundan başqa, Elmi Şuranın iclasında Filologiya fakültəsi üzrə daha 4 kafedranın müdiri vəzifəsinə seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən, professor Ədibə Paşayeva Rus ədəbiyyatı tarixi kafedrasının müdiri seçilib. O, bundan əvvəl universitetin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri işləyib.
Ali məktəbin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri də dəyişib. Belə ki, bu vəzifə filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyevaya həvalə olunub. İ.Hacıyeva bundan əvvəl Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib.
Əvvəllər Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Abbasova olub.
İclasda filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov yenidən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov isə yenidən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri seçiliblər.(oxu.az)
AzNews.az
Nitq mədəniyyəti anlaşı. Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi.
O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, qrammatik, leksik və s. qayda-qanunlarına əməl olunsun. Nitq mədəniyyətinin birinci şərti odur ki, nitq düzgün olmalidir. Məsələn, qapını vurmaq düzgün deyil, qapını döymək düzgündür.
Nitqin dəqiqliyi fiktin ifadəsi üçün tələb olunan sözü,ifadəni və ya cümləni tapmaqla müəyyən edilir. Məsələn, Qış gəlir düzgündür, ancaq dəqiq deyil. Qış düşür həm düzgün, həm də dəqiqdir.
Nitqin ifadəliliyi ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək deməkdir. Nitqin ifadəliliyini onun dəqiqliyindən fərqləndirmək çox da asan deyil. Məsələn, O, ömrünü boş-boşuna keçirdi cümləsi həm düzgün, həm də dəqiqdir, ancaq ifadəli deyil. O,ömrünü yelə verdi isə daha ifadəli və gözəldir.
Nitqin düzgünlüyü hamıdan tələb olunsa da, nitqin dəqiq olmsına hamı çalışsa da, nitqin ifadəliliyi, ilk növbədə, söz sənətkarlarına aiddir.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.