Press "Enter" to skip to content

Sənaye qəzaları

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Sənaye qəzaları

Bu məqalədə tarix boyu baş vermiş ən qorxunc və dəhşətli qəzalardan bəhs edəcəm. Bu qəzalar məsul şəxslərin səhlənkarlığı ucbatından baş vermiş və minlərlə insanın ölümünə və təbiətdə bir çox canlının yox olmasına səbəb olmuşdur. Qəzaların üzərindən illər keçməsinə baxmayaraq hələdə dünya üçün böyük təhlükə olaraq qalır.

Exxon Valdez fəlakəti

Exxon Valdez qəzası 1989-cu ilin martında baş vermiş bu günə qədər insanlar tərəfindən gerçəkləşmiş ən böyük fəlakətlərdən biridir. Rəsmi məlumatlara görə fəlakətdə Exxon Valdez adlı neft tankeri okeana 10.8 milyon galon nefti dənizə axıtmışdır. Ətraf-mühit bundan ağır təsirlənmişdir. Dəniz quşlarından balinalara qədər bir çox heyvan növü ölmüşdür. Təmizləmə işləri aparılsada əvvəllər belə bir fəlakət olmadığından və fəlakətin çapı geniş olduğundan çox da təsiri olmamışdır.

2. Bhopal fəlakəti

Bhopal fəlakətinə 3 Dekabr 1984-cü ildə ABŞ mərkəzli Union Carbide firmasının Hindistanda qurduğu həşərat dərmənı fabrikində baş vermiş partlayış səbəb olmuşdur. Partlayış zamanı 40 ton metil izosiyanat qazı ətrafa yayılmış 18000 insanın ölümünə, 150000-dən çox insanın zəhərlənməsinə səbəb olmuşdur. Bhopal fəlakətinin təsiri Çernobildən daha qorxunc olmuşdur və 20 ildən sonra 2004-cü ildə aparılan araşdırmalara görə torpaqda hələdə 6 milyondan çox toksit maddə olduğu aşkarlanmışdır. Fəlakətdən sonra şirkət zərərçəkmişlərə yarım milyard təzminat ödəsə də, qəzanın təsirlərini aradan qaldırmaq üçün kifayət etmədi.

3. Sevesso fəlakəti

Milan şəhərindən 20 kilometr uzaqlıqda yerləşən İCMESA kimya fabrikində pestisit və herbisit adlı maddələr istehsal olunurdu.

10 İyul 1976-cı ildə TCP (kimyavi maddə) istehsalından sonra fabrika müvəqqəti olaraq təmirə bağlanır. TCP reaktorunun istiliyi 1250 selsini keçdiyinə görə və avtomatik soyutma sistemi olmadığında görə reaktor yüksük istilik və təziqə görə partlayır.

Partlayış zamanı 3000 kiloqram kimyavi maddə ətrafa yayılır. Reaktorda 20 kq-a qədər dioksin maddəsi olmuşdur. Partlayışdan sonra məsul şəxslərin vaxtında məlumat verməməsinə görə, 736 nəfər dioksinə görə ağır yanıq xəsarəti almışdır, 36000 nəfər zəhərlənmişdir.

4. Çernobil fəlakəti

Çernobıl faciəsi – 26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

5. Love Canal

1978-ci ildə, New Yorkun şəhər ətrafı qalan bölgəsindəki Niagara Şəlaləsi yaxınlarında olan Love Canal, işçi sinifinin yaşadığı yüzlərlə ev və bir məktəbdən ibarət sakit bir qəsəbə idi. Ancaq qəsəbə sakinləri, 1940 və 50-ci illərdə yerli bir şirkətin torpağın dərinliklərinə basdırdığı 21 min ton zəhərli sənaye tullantılarının üzərində dayandıqlarının fərqində deyildi. İllər keçdikcə, tullantılar səthə yaxınlaşaraq insanların zirzəmi və arxa bağçalarına çatdı. 1978-ci ildə isə, problem qarşısı alınmaz ölçüyə gəldi və yüzlərlə ailə evlərini hökumətə sataraq bölgəni tərk etdi. Fəlakət 1980-ci ildə zəhərli tullantıların təmizlənməsini məqsəd qoyan Super fon adlı yardım proqramının yaradılmasına səbəb oldu. (bildirchin.az)

Sənaye qəzaları

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Müasir dövrümüzdə mediada, ictimai təşkilatlarda və eləcə də gündəlik həyatımızda könüllülük haqqında fikirlərə tez-tez rast gəlirik. Qeyd edək ki, Qərb ölkələrində könüllük haqqında müəyyən təsəvvürlər mövcuddur və könüllülük fəaliyyətinin qərarlaşmış ənənələri var. Həmin ölkələrdə könüllü kimi fəaliyyət göstərən insanların sayı miyonlarladır və onların əməyinin dəyəri yüz milyonlarla dollar həcmində ölçülə bilər. Ölkəmiz üçün isə bu anlayış yenidir. Müəyyən dövrlərdə Azərbaycanda könüllülük fəaliyyətinin hər hansı bir cəhətlərinə rast gəlsinsə də, bu fəaliyyətin sistemli şəkildə təşəkkül tapması ölkəmizdə QHT-lərin formalaşması ilə paralel şəkildə baş vermişdir. 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunan və Prezident tərəfindən təsdiq olunan “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahə bir qədər də sistemləşdirilmiş oldu. Bu qanunun hazırlanmasında vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin xidməti də qeyd olunmalıdır.

Bu məqalədə də biz çalışacağıq ki, könüllülük anlayışına qısa bir nəzər yetirməklə Azərbaycan QHT-lərinin bu sahədəki fəaliyyətini izləyək. İlk öncə könüllük fəaliyyətinin mahiyyətini aydınlaşdıraq. Biz tez-tez əksəriyyət tərəfindən səsləndirələn könüllük nədir, insanlar nə üçün könüllü olaraq hər hansı bir işdə çalışırlar kimi sualları ilə mütəmadi olaraq qarşılşadırıq. İctimai fikirdə könüllü anlayışına aşağıdakı ümumi tərif müəyyən edilmişdir. Könüllü – müəyyən səbəblərdən başqalarının xeyri üçün ödənişsiz olaraq işləyən şəxslərdir. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər (məsələn, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək və s.) “Könüllü – sahib olduğu fiziki güc, zaman, bilik, bacarıq və təcrübəsinin qazandırdığı özəlliklərindən birini və ya bir neçəsini QHT-nin fəaliyyətdə olan və ya layihə mərhələsində olan proqramları üçün təqdim edə biləcək durumda olan və bunun qarşılığında birbaşa və ya dolayısıyla xeyir güdməyən fərddir” şəklində ifadə edə bilərik. Könüllülərə əməkdaşlıq sahəsində dünyada fərqli nümunələr mövcuddur. QHT-lərin ilk pillədən təşkilatlanaraq təmsilçilik demokratiyasının önəmli bir ünsürü olmaları və fəaliyyətlərində könüllülərlə təcrübələrini bölüşmələrindən qərar mexanizminə qədər əməkdaşlıq etmələri ilə bərabər xeyriyyə yönümlü könüllülüklərə də ehtiyac duyurlar. Xüsusilə xidmət sahələri üzrə çalışan QHT-lər könüllülərə daha çox ehtiyac duyur. Könüllülük fəaliyyəti, sadəcə işçilərin öz iş həyatlarında bir məna axtarmaqları üçün təsəlli anlamına gəlmir, həm də yüksək icraedici vəzifəsinə hazırlıq prosesi üçün mükəmməl bir vasitə təmin edir. Könüllü olaraq təşkilatların lahiyələrində iştirak etməklə təcrübəli menecerlər öz liderlik və idarəedicilik bacarıqlarına yeniliklər qata bilər, yüksəyə can atan gənc mütəxəssislər isə yeni təcrübələr əldə edə bilər və qazandıqları şəbəkələşmə ilə işlədikləri yerdə daha yüksək mövqelərə iddia edə bilərlər. Azərbaycanda könüllü fəaliyyətin təşkilatçılarının dairəsi qanunvericiliklə aşağıdakı şəkildə müəyyən olunmuşdur: “Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır”. Qanunda könüllü fəaliyyətin əsas istiqamətləri kimi əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı , idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi,cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri öz əksini tapmşıdr. Qanuna görə könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.

Son illərdə Azərbaycanda könüllük fəaliyyətinin təşviqi, vətəndaşlarımızın bu istiqamətdə maarifləndirlməsi mövzusunda olan QHT layihələrin sayında da artım müşahidə olunur. Təqdirəlayiq haldır ki, bu QHT layihələrinin dəstəklənməsində yerli donorların da fəallığı güclənməkdədir. Biz bu layihələrdən bəzilərinə qısa nəzər yetirməklə könüllülük fəaliyyətinin təbliğ olunmasında milli QHT-lərin rolunu aydın görə bilərik. Belə layihələr içərsində bir müddət öncə «Rezonans» Gənclər İctimаi Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “21-ci əsrin gəncliyi: Könüllülük hərəkatının genişləndirilməsi!” layihəsini qeyd edə bilərik. Bu layihə çərçivəsində “Könüllülük fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitabda könüllülük fəaliyyətinin tarixi, mahiyyəti, fəaliyyət istiqamətləri, beynəlxalq təcrübə, ölkəmizdə onun tənzimlənməsi üçün qanunvericilik bazası barədə məlumatlar dərc edilmişdir.

Digər biri isə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən “Beyləqanda və Beyləqan ərazisində salınmış məcburi köçkün qəsəbələrində zəif, unudulmuş qruplardan olan insanlara və ahıllara sosial xidmətlərin göstərilməsi məqsədilə gənc könüllülər şəbəkəsinin yaradılması” layihəsi bu ilin yanvar ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb. Layihənin əsas məqsədi Beyləqan rayonunda, Xocavənd və Füzulidən olan məcburi köçkünlərin məskunlağdığı qəsəbələrdə yaşayan zəif, unudulmuş qrupdan olan insanlara və ahıllara sosial xidmətlərin göstərilməsi sahəsində gənc könüllülər şəbəkəsinin yaradılmasıdır. Layihə çərçivəsində Könüllü Gənclər Şəbəkəsinin üzvləri üçün könüllülük fəaliyyəti və sosial xidmətlərin göstərilməsi mövzusunda təlimlərdə könüllülük nədir, könüllülüyün tarixi, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, könüllülüklə bağlı beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, könüllülüyün gənclərin inkişafında və gələcək karyerada uğuru istiqamətlərində müzakirələr aparılmışdır.

Bu ilin mart ayında isə Oğuz rayonunda “Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Şimal-qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı” layihəsi həyata keçirilib. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Layihəyə uyğun olaraq gənclərə könüllülük, liderlik, təşəbbüs qrupları, layihələrin yazılması və idarə olunması mövzusunda təlimlər keçirilib.

Daha bir layihənin icrasının başlanılması ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Yevlax, Qəbələ, Oğuz və digər bölgələrdə “Gənc könüllülər klubu” yaradılıb. Klubların Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Regionlarda “Gənc könüllülər klubu”nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi-1 mərhələ” adlı layihə çərçivəsində baş tutub. Bu layihənin də məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir. Bundan əlavə layihə regionlarda könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılmasını, icma-könüllü əməkdaşlığının qurulmasını nəzərdə tutur.Layihə çərçivəsində eyni zamanda “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça nəşr etdirilib. Kitabça könüllülərin fəaliyyətinin, onların təşkilatların fəaliyyətinə cəlb edilməsinin həm nəzəri, həm də praktiki metodlarını təklif edir. Bu vəsait hazırlanarkən ABŞ, Böyük Britaniya, Polşa, keçmiş SSRİ ölkələrinin təcrübəsindən və nümunələrindən istifadə edilib. Kitabçada könüllülük anlayışı, könüllülük nədir, könüllü şəxs kim ola bilər, könüllü fəaliyyətə aid qanunvericilik normaları, könüllü hərəkatı nədən başlayır, QHT-lər və gənclər təşkilatları üçün bələdçi, ən məşhur beynəlxalq könüllü təşkilatları və proqramları, Azərbaycanda könüllü olmaq istəyən gənclər hara müraciət edə bilərlər – kimi bölmələr öz əksini tapıb. Bundan əlavə, kitabçada könüllü fəaliyyət haqqında müqavilənin nümunəsi də təqdim olunub.

Ötən ildə Azərbaycan Respublikasının Prezidenti yanaında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xəzər” inkişaf Fondu tərəfindən “Xəzər rayonu məktəbləri arasında könüllük hərəkatının təbliği” layihəsini də qeyd etmək olar. Layihənin məqsədi Xəzər rayonundakı orta ümumitəhsil məktəblərində təhsil alan uşaqlar arasında könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların yayaılması, həmçinin burada könüllük hərəkatının təbliğ olunması olmuşdur.

Bundan başqa qeyd edək ki, bir sıra QHT-lər, ö cümlədən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), İrəli İctimai Birliyi gənclər arasında könüllük fəaliyyətinin təbliği istiqmətində öz ofislərində gənclər üçün müxtəlif vəzifələr üzrə daimi könüllü işçilər cəlb edir. Bununla könüllü olmaq işini praktiki olaraq gənclər aşılanmış olur. Həmçinin könüllülük fəaliyyətinə cəlb olunmuş hər bir gənc üçün könüllü kimi çalışmaq və ilkin iş təcrübəsi, uğurlu karyera qurmaq istiqamətində mühüm amil hesab oluna bilər. Çünki heç bir təcrübəsi olmayan gənc üçün könüllü kimi işləmək iş haqqında, kommandada işləmək, iş zamanı ünsiyyət qaydalarını və s. öyərənmək vacibdir.

Sonda qeyd edək ki, yuxarıda könüllülük fəaliyyəti ilə bağlı sadalanan və sadalanmayan bir çox QHT layihələrinin həyata keçirilməsinə baxmayaraq hələ də əhali arasında bu istiqamətdə müəyyən informasiya çatışmazlığı mövcuddur. Ona görə QHT-lər ölkə vətəndaşları arasında könüllük fəaliyyyəti, onun əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinə daha da diqqəti artırmalıdırlar. Bunun üçün QHT-lər KİV-lə əməkdaşlıq etməli, sosial medianın imkanlarından yaralanmalıdır. Bu vasitələrin istifadəsi ilk növbədə böyük vəsait və insan resursu tələb etmir. Bundan əlavə ölkədə internet istifadəçilərinin, həmçinin sosial şəbəkə saytlarında üzvlərin sayı davamlı olaraq artır. QHT-lər internet əsaslı media vasitələrindən (vebsayt, Facebook, Twitter və s.) daha yaxşı istifadə etməklə könüllük fəaliyyəti ilə bağlı maarifləndirməni əsaslı şəkildə genişləndirilə bilər. Düşünürük ki, bu gün qeyd olunan imkanlardan istifadə etməyən hər bir QHT layihəsinin uğur qazanması, davamlığının təmin olunması şübhə altına düşə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.