Arzu-Qəmbər”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” dastanlarında olduğu kimi “Gül və tikan” motivləri vaxtilə çox geniş yayılmışdır
“Mahmud və Nigar” dastanı Türkiyədə müxtəlif variantlarda özünü göstərməkdədir. Variantın birində Nəsrin şah Mahmudu özbaşına sevdiyinə görə qızı Nigarı, Mahmudu və onu dostu Abid Qəmbəri tikə-tikə doğratdırır. Başqa varianta görə isə, onları öldürtdürüb sandığa qoydurur, sandıq axa-axa, yəqin ki, Xəzər vasitəsilə, Şirvana yan alır.
Tahir və Zöhrə
ÜSTADNAMƏ
Gəlin sizə mən ərzimi eyləyim,
Aqil olan, bu dünyada var nədi?
Dünya bir bostandı, pozular gedər,
Çiçək nədi, yemiş nədi, bar nədi?
Bu dünyada çox-çox şirin mal olur,
Tamahkarın halı müşkül hal olur.
Qol burulur, qulaq batır, lal olur,
Qohum nədi, qardaş nədi, yar nədi?
Dəllək Murad, bu yollarda sürünnəm,
İndi gedişimdi, nə vaxt görünnəm?
Altım torpaq, üstüm də daş, hörünnəm,
İsti nədi, soyuq nədi, qar nədi?
Ustadlar ustadnaməni bir deməz, iki deyər, biz də deyək iki olsun, düşmənlərin gözü oyulsun.
Fürsət əldə ikən yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Gəl güvənmə dövlətinə, malına,
Mala, mülkə, ömrə etibar olmaz.
Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üştü düyün ola, dağ ola,
Bir kiçik ki, böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
Ululu Kərimi axtaran tapar,
Bir könülü tikən min Kəbə yapar,
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri kimsə sənə yar olmaz.
Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də deyək üç olsun,
düşmən ömrü puç olsun.
Əzəl başdan sənlə sevda eylədim,
Çox da verdim sənə nəsihət, könül!
Əcəl meydanından, can bazarından,
Qurtarmaq lazımdı salamat, könül!
Hər məclisdə sən hərcayi söyləmə!
Xançal alıb bağrım başın teyləmə!
Daldalarda lafi-kəzaf eyləmə!
Saxla hərzə dilin amanat, könül!
Bir gün olar xeyir-şərlər seçilər,
Boya görə yaxşı xələt biçilər,
Bu dünyadan о dünyaya köçülər,
Abbas onda eylər şikayət, könül!
Ustad belə rəvayət edir ki, Qaraman şəhərində iki qardaş var idi.
Böyüyünün adı Hatəm Soltan, kiçiyinin adı Əhməd vəzir idi. Hatəm Soltan
Qaraman şəhərinin padşahı, Əhməd onun vəziri idi. Mal-dövlətləri bihədd,
cah-calalları bihesab idi. Ancaq heç birinin züryəti yox idi ki, öləndə
yerlərində qalsın. Əhməd vəzir adil, rəiyyətpərvər idi. Amma Hatəm Soltan
zalım, xunxarın biri idi. Əhməd vəzir fəqirə, füqəraya həmişə əl tutardı.
Ancaq övladı olmadığından həmişə bikef, qəmgin olardı. Günlərin bir
günündə Əhməd vəzir yenə də oturub övlad dərdi çəkirdi, bu zaman nurani
dərviş daxil olub, salam verdi. Əhməd vəzir salamın cavabını rədd edəndən
sonra, qalxıb dərvişin kəşkülünü aldı, içinə bir çəngə əşrəfi qoyub, dərvişə
qaytardı. Dərviş qoltuğundan bir alma çıxardıb, Əhməd vəzirə dedi:
– Al, muradın hasil olar, – deyib çıxıb getdi.
Əhməd vəzir almanı о tərəfə-bu tərəfə çevirdi, baxdı ki, ömründə bu
gözəllikdə alma görməyib. Heç dünya almasına bənzəmir. Əhməd vəzir
axşama kimi almaya tamaşa elədi.
Axşam rəxt-xabə girib yatdı. Gecənin bir aləmində gördü ki, evin bir
tərəfindən divar yarıldı, həmin alma verən nurani dərviş içəri girdi. Dərviş
üzünü Əhməd vəzirə tutub dedi:
– Ay Əhməd vəzir, dünən sana verdiyim almanı götürüb, gedərsən
Hatəm Soltanın hüzuruna. Almanı tən ortasından iki yerə bölərsən. Bir
parçasını sən yeyərsən öz arvadın ilə, bir parçasını da Hatəm Soltan öz
arvadı ilə yeyər. İnşallah hər ikinizin övladı olar.
Dərviş sözünü qurtarıb qeyb oldu, divar da ağız-ağıza gəlib, bitişdi. О
saat Əhməd vəzir hövlnak yuxudan ayıldı. Gördü heç kəs yoxdu, ancaq otaq
ətir, ənbər qoxusu verir. Anladı ki, yuxu görüb imiş. Bir qədər fikrə getdi.
Aranı dağa apardı, dağı arana gətirdi. Elə fikirdə idi ki, arvadı otağa daxil
oldu. Arvad bir о tərəfi iylədi, bir bu tərəfi iylədi, acıqlı-acıqlı dedi:
– Ey Əhməd vəzir, bu nə ətir, ənbərdi? Deyəsən günüz ibadət eləyib,
gecələr lotu-potularınan bir yerdə olursan?
Əhməd vəzir cavab verdi ki:
– Arvad, hövsələni yığ! Günah eləmə! Dünən bir nurani dərviş mənə bir
alma verdi ki, qardaşımla yeyək övladımız olsun. Bu ətir haman almanın
ətridi.
Arvad şad olub, hərəmxanaya getdi, Əhməd vəzir də qardaşnın hüzuruna
gəlib, əhvalatı ona nağıl etdi. Almanı ikiyə bölüb, birini qardaşının
bərabərinə qoydu, birini də özündə saxlayıb dedi:
– Ey qardaş, gəl bir şərt qoyaq, ondan sonra almanı yeyək.
Hatəm Soltan cavab verdi:
– Çox gözəl, nə şərtin var, söyləyə bilərsən.
Əhməd vəzir dedi:
– Qardaş, atanın üstündə övladın üç haqqı var. Birinci tərbiyə, ikinci
təlim, üçüncü evləndirmək. Bu üç məsələni vacibdi ata yerinə yetirsin.
Burda şərt qoyaq ki, əgər mənim oğlum, sənin qızın olarsa, sən qızını mənim
oğluma verərsən, yox, mənim qızım, sənin oğlun olarsa, mən qızımı sənin
oğluna verərəm.
Hatəm Soltan vəzirin fikrini bəyəndi, əl-ələ verib, əhd elədilər. Almanı
yedilər. Bir müddət gəlib keçdi, hər ikisinin arvadı hamilə qaldı. Əhməd
vəzir başladı yetim-yesirə, fəqir-füqəraya ehsan verməyə. Та ki, doqquz ay,
doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə tamam oldu. Hər
ikisinin arvadı bari-həmli yerə qoydu. Əhməd vəzirin bir oğlu, Hatəm
Soltanın bir qızı oldu. Bu uşaqlar hər ikisi bir-birinə о qədər bənzəyirdilər
ki, guya bir alma yarı bölünmüşdü. Məclis qurdular, şadlıq keçirdilər,
oğlanın adını Tahir, qızın da adını Zöhrə qoydular. Uşaqların hər ikisini
kamil dayələrə tapşırdılar.
Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlanla qız yeddi yaşa
doldular. Bunlar elə gözəldilər, gözəllikdə bərabərləri yox idi. Əhməd vəzir
Hatəm Soltana xəbər göndərdi ki, uşaqların məktəb vaxtıdı. Hər ikisi də
həmrəy olub, uşaqları kamil bir mollaya tapşırdılar.
Uşaqlar bir yerdə məktəbə gedib-gəlirdilər. Bir oturub, bir dururdular.
Oyun vaxtı da uşaqlara qatışmayıb, bir küncdə söhbət elərdilər. Məktəbin
həyətində bir sərv ağacı var idi. Hansı tez gəlsə, onun dibində oturub, о
birini gözlərdi.
Deyirlər ki, bu məktəbdə bir də bir keçəl var idi. Bir könüldən min
könülə aşiq olmuşdu Zöhrəyə. Amma nə qədər əlləşirdisə, Zöhrə ona səmt
getmirdi. Bir gün yenə də onları bir yerdə görüb, tez özünü verdi mollanın
yanına ki:
– Molla, mənə de görüm, bura məktəbxanadı, yoxsa lotuxana? Tahir ilə
Zöhrə öpüşün səkkizini bir qara pul eləyiblər, onu da alıb-satan yoxdu.
Mola bunu eşidən kimi ayağa qalxdı, daban alıb düz Hatəm Soltanın
yanına getməkdə olsun, sizə xəbəri Tahirlə Zöhrədən verim. Tahirlə Zöhrə
vədə yerində şirin-şirin söhbət eləyirdilər. Molla özünü Hatəm Soltanın
yanına salıb, Tahirlə Zöhrənin sevişdiyini ona xəbər verdi, üstəlik də dedi ki:
– Qızınız yekəlib, həddi-büluğa çatıbdı. Onu bir də məktəbə buraxmayın.
Mən gəlib evdə ona dərs deyərəm.
Hatəm Soltan mollanın sözünə inandı. Elə ki Tahir ilə Zöhrə evə
qayıtdılar, Hatəm Soltan qızını qulluğuna çağırıb dedi:
– Qızım, bir də sən məktəbə getməzsən. Molla gəlib evdə sənə dərs
deyəcək.
Zöhrə atasına heç bir söz demədi, amma batində ürəyinə qan damdı. Elə
ki mənzilinə getdi, dizini qucaqlayıb oturdu fikir eləməyə. Anası evə gəlib,
gördü qızı fikir dəryasına cumub, soruşdu:
– Qızım, niyə bikefsən?
Zöhrə cavab verdi ki:
– Ana, xəstələnmişəm, başım ağrıyır.
Anası Zöhrəyə təsəlli verməkdə olsun, sizə kimdən xəbər verim, Tahirdən.
Sabah açıldı. Tahir Zöhrənin eşqilə yerindən qalxıb, əl-üzünü təmiz-təmiz
yudu, heybəsini alıb məktəbə tərəf yönəldi. Elə ki, vədə yerinə gəldi,
Zöhrəni görmədi, dizlərini qucaqlayıb, sərv ağacının dibində oturdu, Zöhrənin
yolunu gözləməyə başladı. Nə qədər gözlədisə, Zöhrə gəlmədi. Tahirin
xəyalına gəldi ki, bəlkə əmim qızı məni sınamaq üçün özü qəsdən tək məktəbə
gedib. Durub məktəbə gəldi. Gördü Zöhrə məktəbdə də yoxdu. Tahir
Mirzənin bir qardaşlığı varıdı, adı Xanlar xan idi. Özün yetirib onun yanına,
saz yerinə sinəsinə bir ağac basdı, aldı, görək Zöhrəni ondan nə cür soruşur:
Başına döndüyüm Xanların xanı,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Haqq götürsün ortalıqdan yamanı,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Axşam oldu, biz də keçdik adalar,
Könül dost yolunda salmış cidalar,
Məktəb uşaqları, mollazadalar,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Başına örtübdü gülnaz şalını,
Tərk eyləyib məktəbxana yolunu,
Xudam lal eyləsin molla dilini,
Nədən hamı gəldi, Zöhrəm gəlmədi?
Bu zaman molla içəridə idi, səsi eşidib ürəyində dedi: “Yaxşı, oxu, bu
saat gəlib atana od vuracağam”. Molla tez gəlib soruşdu:
– Kim idi oxuyan?
Keçəl tez ayağa qalxdı, mollaya göz basdı, barmağı ilə Tahiri göstərdi.
Özünü bildirməmək üçün zahirən dedi:
– Mən idim.
Molla əmr elədi, falaqqa-çubuğu hazır elədilər. Amma keçəl nə qədər
şuğul idisə, molla da о qədər küt idi. Keçəlin işarəsini başa düşməyibmiş.
Elə bildi ki, doğrudan da oxuyan keçəl imiş. Keçəlin ayağını falaqqaya
salmaq istəyəndə Tahir dedi:
– Molla əmi, falaqqanı qoy dnrsun. Oxuyan mən idim. Pis oxudumsa, izn
ver birini də oxuyuın.
Mollalar mollası, alimlər xası,
Bir ala gözlüyə aşiq olmuşam.
Silinibən getməz könlümün pası,
Bir ala gözlüyə aşiq olmuşam.
Tiği-qəmzələrin qəsd etdi cana,
Nola rəhm eyləsən məni tiflana.
Adı Zöhrə, özü yaşılbaş sona,
Bir ala gözlüyə aşiq olmuşam.
Tahir Mirzə, yerin olubdu gülşan,
Bad əsdi, zülflərin oldu Pərişan.
Ağ üzündə tamam xallar xoşnişan,
Bir ala gözlüyə aşiq olmuşam.
Molla əmr elədi, Tahirin ayağını qoydular falaqqaya. Molla dedi:
– Kim istəyir vursun?
Keçəl dedi:
– Mən.
Keçəl falaqqa-çubuğuynan Tahirin ayağına о qədər vurdu ki, ayağının
altı qabıqdan çıxdı. Keçəl əlini dayandırıb dedi:
– Tahir, bir də keçəlin yarının adını tutmazsan.
Tahir Mirzə yenə özünü sərv ağacının dibinə saldı. Əlini alnına verib,
fikir eləməyə başladı. Elə bir az oturmuşdu, Zöhrə özünü ona çatdırdı. Yeddi
hörük saçından bir tel ayırdı, sinəsinin üstünə basıb, görək nə dedi:
Mollamız getdi xavara,
Nə deyərsən, əmim oğlu?!
Atam çəkər bizi dara,
Nə duyarsan, əmim oğlu?!
Xəbərin yoxdu xəbərdən,
Getdi işləri dəbərdən,
Nə əmirsən ləb-şəkərdən,
Nə qanarsan, əmim oğlu?!
Başımdakı tirmə şaldan,
Uzümdəki qoşa xaldan,
Nə əmirsən ləbi-baldan,
Nə qanarsan, əmim oğlu?!
Səni məndən ayırdılar,
Dərdü qəmə doyurdular,
Səni sürgün buyurdular,
Sən gedərsən, əmim oğlu!
Hicran kotanın əkərsən,
Biçib xirmənə tökərsən,
Ah çəkərsən, yaş tökərsən,
Qəm çəkərsən, əmim oğlu!
Mən Zöhrəyəm, qələm qaşlı,
Gərdənim də qarğı saşlı,
Mən yazığı gözü yaşlı
Sən qoyarsan, əmim oğlu.
Zöhrə sözünü tamama yetirib dedi:
– Əmi oğlu, qəm yemə, inşallah kama çatarıq.
Bəli, bunlar ayrıldılar. Tahir ayağa qalxıb, axsaya-axsaya özün yetirdi
evlərinə. Qonaq otağının açarı cibində idi. Otağı açıb, daxil oldu otağa,
üzüqoylu yıxılıb, ağlamağa başladı, ta ki, axşam oldu. О biri tərəfdən atası,
anası gördülər ki, Tahir gəlmədi. Başladılar onu axtarmağa. Hər nə qədər
axtardılarsa, Tahirdən bir nişana tapa bilmədilər. Axırda anasının yadına
xaraba qonaq otağı düşdü. О saat otağa girdi, nə gördü: Tahir ağlayır. Anası
sual elədi:
– Oğul, nə üçün ağlayırsan?
Tahir dedi:
– Ana, sazımı mana ver. Dərdimi sana dil ilə desəm, dilim od tutub
yanar, saz ilə deyim. Aldı Tahir, görək anasına nə deyir:
Canım ana, gözüm ana,
Ana, mən qanlar ağlaram!
Südün əmdim qana-qana,
Ana, mən qanlar ağlaram!
Onunla keçirdi dəmim,
Artırdı dərd ilə qəmim;
Gedibdi Zöhrə həmdəmim,
Ana, mən qanlar ağlaram!
Tahir ağlar yana-yana,
Yana-yana yetdim cana;
Ahım çıxıb asimana,
Ana mən qanlar ağlaram!
Bu vaxt Əhməd vəzir gəlib çıxdı. Oğlunun ağlamağının səbəbini bilib
dedi:
– Oğul, nə fikir eyləyirsən? Qız elə sənindi. Sabah gedərəm, başına bir
yaylıq örtərəm, barmağına da bir üzük salaram, qurtarar gedər.
Tahir sakitləşib, sabahın intizarını çəkməyə başladı. Elə ki, sabah açıldı,
Əhməd vəzir yerindən qalxıb, üz qoydu qardaşının yanına getməyə. Gəlib
gördü qardaşı hələ yerindən durmayıb. Onun yanında əyləşdi.
Hatəm Soltan soruşdu:
– Qardaş, belə tezdən gəlməkdə məqsədin nədi?
Əhməd vəzir cavab verdi:
– Qardaş, özünə məlumdu ki, bizim uşaqlarımız barədə üç şərtimiz var
idi. Şərtə də vəfa etmək vəzifəmizdi. İndi oğlan da, qız da yetişiblər. Qızını
ver oğluma, əhdimiz yerin alsın.
Bu sözü eşitcək Hatəm Soltan qəzəblənib dedi:
– Qardaş, elə xam xəyallara düşmə! Yeddi it küçüyüm olsa, birini də
Tahir Mirzəyə vermərəm.
Elə ki, Əhməd vəzir bunu eşitdi, heç bir söz danışmayıb, bikef otaqdan
çıxdı. Fikir eləyə-eləyə evinə gəldi. Tahir atasının bikefliyini görüb, özünü
saldı mənzilinə, hönkür-hönkür ağlamağa başladı. Bunu ağlamaqda qoyaq,
bir neçə kəlmə Hatəm Soltandan danışaq.
Hatəm Soltan Əhməd vəzir gedəndən sonra fikir elədi ki, Əhməd vəzirin
hörməti xalq arasında məndən çoxdu. Tədbir ilə görülən iş güc ilə görülə
bilməz. Mən onu incitdim, gedib xalqı başına toplar, qızımı da, səltənətimi
də əlimdən alar. Ona görə, gərək hiylə ilə Əhməd vəziri də, Tahiri də
öldürəm, ondan sonra rahatca hökmdarlığımı eləyəm. О saat qapıçını
çağırıb, əmr elədi:
– Get, qardaşım Əhməd vəziri bura çağır!
Qapıçı gedəndən sonra cəllad Qasımı çağırıb dedi:
– Qapının dalında durarsan. Əhməd vəzir içəri girəndə boynunu elə
vurarsan ki, bir qətrə qanı da yerə düşməz.
Cəllad Qasım qılıncı alıb, qapının dalında durdu. Amma çox keçmədi ki,
cəllad Qasımın ürəyinə dağdağa düşdü. Özü-özünə fikir elədi ki: “Qasım,
sən dəlisən, nəsən? Bəlkə padşahın bu gün acığı tutub, sabah da acığı
soyuyacaq. Onda deyər ki, mənim acığım tutmuşdu dedim, sən niyə
qardaşımı öldürdün? Onda şaha nə cavab verərəm? Yaxşısı budu, mən
Əhməd vəziri öldürməyim, qoy özü öldürsün”. Bu vaxt Əhməd vəzir özü
gəldi, sağ-salamat keçdi Hatəm Soltanın otağına. Hatəm Soltan qardaşını
sağ-salamat görəndə az qaldı od tutub yansın. Paltarı geymək bəhanəsi ilə
göydən xəncəri aldı, özün Əhməd vəzirə yetirib onu fürsətdən salmaq üçün
dedi:
– Qardaş, qız alanın ya gərək bir çuval zəri ola, ya da zoru. Mən bir söz
deməklə sən nə üçün küsdün? Get şərbət ehtiyatı gör, qızımı verəcəyəm
sənin oğluna.
Belə deyib, lap yaxına getdi, Əhməd vəzirin ürəyinin başından qılıncı
elə sancdı ki, qılınc iki barmaq kürəyinin ortasından çıxdı. Əhməd vəzir о
saat canını tapşırdı, Hatəm Soltan cəllad Qasımı çağırıb dedi:
– Apar, bunun leşini at dənizə! Sonra da Tahir ilə anasını öldür, başını
mənim yanıma gətir.
Cəllad Qasım Əhməd vəzirin leşini aparıb dənizə atdı, özünü yetirdi
Tahir Mirzənin qulluğuna. Əl atıb onun yaxasından yapışdı, istədi boynunu
vursun. Tahir dedi:
– Ey cəllad, cəlladda da bir rəhm olar. Atamın çörəyin unudursan, barı
mənim cavan, nakamlığıma qıyma. Aldı görək nə dedi:
Aman cəllad, gəl rəhm elə,
Dərd məni alacaq oldu.
Malım, mülküm, külli varım
Kimlərə qalacaq oldu?!
Qardaşım yox deyə sözüm,
Anam yoxdu çəkə nazım,
Bu üstü sədəfli sazım
Bə kimlər çalacaq oldu?!
Mən Tahirəm, budu sözüm,
Belə dərdə necə dözüm?
Zöhrə xanım iki gözüm,
Bə kimlər alacaq oldu?!
Cəllad Qasımın Tahir Mirzəyə rəhmi gəlib, onu öldürmədi, buraxdı.
Gəlib şaha dedi:
– Tahir Mirzə eşidib ki, atasını öldürmüsən, qaçıb gizlənib.
Padşah car çəkdirdi ki:
– Hər kəs Tahir Mirzənin başını mənə gətirsə, onu dünya malından qəni
eləyəcəyəm.
Bunlar Tahiri axtarmaqda olsun, görək Tahir başına nə çarə qıldı.
Tahir qaçıb atasının xanə bağçasında gizləndi. Bir neçə gündən sonra
gördü ki, acından ölür. Durub bağçanın kənarına gəldi ki, görsün bir qədər
çörək ələ gətirə bilərmi? Nə qədər baxdısa, ağlı kəsən bir adama urcah
olmadı. Bir də gördü bir neçə adam yolla gedir. Adamlar Tahir Mirzəni
tanıdılar. Bir qocanın ona rəhmi gəlib dedi:
– Oğlum, Tahir, sən gəl Zöhrədən əl çək, bir başqasını al. Əgər əl
çəkməsən, padşah səni öldürdəcək. Tahir aldı, görək ona nə cavab verdi:
Əlləri hənalı bayram günündə,
Dostum bir nayranlıq verdi, hazarat!
Yardan ayrılmağı nəsihət etdi,
Bizə nə bayramlıq verdi hazarat?!
Məni şəddə kimi belə dolasan,
Ayrılmaram tikə-tikə doğrasan,
Yarıma qurbanam, əgər sorasan,
Ağ günü toranlıq verdi hazarat!
Dedim: Zöhrə, bax nə qara qaşın var.
Dedi: Tahir, bax nə müşkül işin var.
Dedim: mən xəstəyə nə yemişin var?
Bir cüt nar dərmanlıq verdi hazarat!
Gördülər Tahir haqq aşığıdı, dedilər:
– Allah səni sevgilinə çatdırsın!
Bunlar Tahirdən ayrılıb getdilər. Az keçdi, çox keçdi, bir də baxdı ki,
budu, atasının xərkanı bir neçə ulax yük aparır. Sevinib xərkanı səslədi.
Xərkan ona yavuq gəldi. Tahir Mirzə atasının duz-çörəyinə and verib dedi:
– Məni gördüyünü bir yerdə demə. Bir də mənə bir qədər çörək tap.
Bunu deyib xərkana bir ovuc da əşrəfi verdi. Xərkan şad olub, çörək
dağarcığını Tahirə verdi. Xərkan çox cuğul adam idi. Tahirdən ayrılan kimi
düz padşahın qulluğuna gəlib dedi:
– Qibleyi-aləm, nə verərsən Tahirin yerini sənə deyim?
Padşahın əmri ilə xərkanın dağarcığını qırmızı qızıl ilə doldurdular.
Xərkan çox şad olub macəranı şaha bəyan elədi. Şah о saat cəllad Qasıma
əmr elədi ki, gedib Tahirin başını kəsib gətirsin. Cəllad Qasım özünü yetirdi
xanabağçaya. Baxdı ki, Tahir sağında Məhəmməd, solunda Əhməd adlı
qulamları ilə oturub çarhovuzun başında, quru çörəyi suda isladıb yeyir.
Cəllad Əhmədlə Məhəmmədin yaxasından yapışdı, hər ikisinin başını toyuq
başı kimi kəsdi. Ondan sonra istədi Tahir Mirzəni də öldürsün, Tahir dedi:
– Ey cəllad, sən mənim atamın çörəyini yemisən, mənim nahaq qanıma
girmə! Məni apar Hatəm Soltan özü öldürsün.
Cəllad Qasım Tahirin yaxasından əl çəkdi, hər iki qolunu qısqıvraq
arxasında bağlayıb, qatdı qabağına, düz Hatəm Soltanın hüzuruna gətirdi.
Hatəm Soltan Tahiri görcək, əmr elədi ki:
– Tez bunu dara çəkin, ta ki, gözüm Tahir adlı insanı görməsin.
Tahir ağlaya-ağlaya dedi:
– Əmi, izn ver, bir neçə söz deyim, ondan sonra məni öldürsünlər.
Padşah dedi:
– Tez ol de görüm, nə deyirsən?
Aldı Tahir:
Zalım cəllad qollarımı bağladı,
Aman, Allah, imdad elə bu işə!
Xun cigərim çalın-çarpaz dağladı,
Aman, Allah, imdad elə bu işə!
Dörd tərəfim qara qanlar alıbdı,
Üstümüzdə şahlar şahı durubdu,
İndi bildim Əhməd vəzir ölübdü,
Aman, Allah, imdad elə bu işə!
Mən Tahirəm, viran oldu küllərim,
Dostum yoxdu, sora halımı mənim.
Sağımda, solumda öldü qullarım,
Aman, Allah, imdad elə bu işə!
Tahir baxıb gördü camaat yığışıb, məktəb uşaqları da, Zöhrə də gəlib,
bir tərəfdə dayanıb. Amma bir gilə yaş da axıb, Zöhrənin gül yanağında
durubdu. О saat aldı sazı, görək nə dedi:
Tayım, tuşum yığılıbdı yanıma,
Taqsırım yox, beygünaham, xan əmi!
Zalım cəllad nə susayıb qanıma,
Qəhrdən bükülüb belim, xan əmi!
Bu meydanda zülm həddən aşıbdı,
Atasız oğulun bağrı bişibdi,
Qızılgül üstünə şəbnəm düşübdü,
Mürğzar olubdu yollar, xan əmi!
Genə bizə zülm olundu xudadan,
Fəryadıma yetişmədi Yaradan.
Tahir ağlar: nakam getdim dünyadan,
Yaman olub indi hallar, xan əmi!
Hatəm Soltan qışqırdı:
– Artıq bunu söylətməyin! Tez işini görün!
Məktəb uşaqları və camaat qül-qülə eləyib dedilər:
– Ey padşah, ədalətinə güc eləmə! Bu nahaq qanı bizim üstümüzə tökmə!
Nahaq qan tökülən yerdə ot bitməz, su axmaz. Qızını vermirsən vermə.
Atasını öldürdün, ta özünü öldürmə! Yox, istəmirsən burda qala, qılıncın
işləyən yerdən kənar elə! Daha bu nahaq qanı bizim üstümüzə tökmə!
Hatəm Soltan gördü ki, camaat qoymayacaq Tahiri öldürsün, naəlac
qalıb dedi:
– Çox gözəl, sizin xatiriniz üçün onun qanından keçdim. Ancaq mənim
hökmüm cari olan torpaqda gərək durmasın. Çağırıb cəllad Qasıma tapşırdı:
– Tahir Mirzəni aparıb mənim qılıncım işləyən yerdən çıxardarsan.
Xəlvətcə də bərk-bərk tapşırdı:
– Öldürüb, qanına köynəyin bulayıb, mənə gətirərsən.
О tərəfdən Zöhrə xanım bir kisə əşrəfi cəllad Qasıma göndərib, sifariş
elədi ki: Tahir Mirzəni aparanda mənim otağımın qabağından keçir, bir
boyuna doyunca baxım, ondan sonra hara istəyirsən apar.
Cəllad Qasım yapışıb Tahirin əlindən, başladı Zöhrə xanımın imarətinin
yanından keçən yol ilə aparmağa. Elə ki Zöhrə xanımın otağının bərabərinə
yetişdilər, nə gördülər? Zöhrə xanım yaralı ahu kimi külafirəngidə boynunu
büküb, Tahirin yolunu gözləyir. Zöhrə dedi:
– Cəllad, səni and verirəm Allaha, bir qədər Tahir Mirzəni saxla, bir neçə
sözüm var, deyim, ta ki, ürəyimdə niskil qalmasın.
Bir qədər əşrəfi cəllad Qasıma tərəf atdı. Dünya tamah dünyasıdı. Cəllad
Qasım başladı qızılı yığmağa. Zöhrə xanım qara saçlarından iki tel ayırıb,
şəkər məmələrinin üstünə basdı, öz dərdi-dilini görək nə cür izhar elədi.
Aldı Zöhrə:
Zalım atam ol atamı öldürdü,
Ala gözlü xan Tahirim, yar, yeri!
Səni bu ölkədən sürgün buyurdu,
Qoy çəksin Zöhrə xan ah-zar, yeri!
Tahir Zöhrəni görən kimi ürəyi qana döndü. Sazı sinəsinə basıb, cavabında
dedi:
Atam öldü, bir iş gəlməz əlimdən,
Heç ağaclar gətirməsin bar, yeri!
Mən bülbülü ayırdılar gülündən,
Qoyma gəlsin gül yerinə xar, yeri!
Aldı Zöhrə:
Dolansın, dolansın, peymana dolsun!
Saralıb heyva tək gül rəngim solsun!
Atam özü zalım əlində qalsın!
Görüm olsun taxtı tarımar, yeri!
Bu vaxt yel vurdu Zöhrənin ənbərçəsini tərpətdi, Tahirin gözü Zöhrənin ağ
sinəsinə sataşdı. Dərdi cuşa gəldi, aldı, görək bu münasibətlə nə dedi:
Anadan olalı gülməyib üzüm,
Qürbət ölkələrdə mən necə dözüm?
Ənbərçin altından sataşdı gözüm,
Sinən ağdı, Savalanda qar, yeri!
Zöhrə xanımın fikrinə gəldi ki, bəlkə Tahir Mirzə ənbərçini nişan istəyir.
Aldı cavabında dedi:
Gedər oldun, ənbərçəni apar sən,
Elə bil ki, Kəbə evin yaparsan.
Ölkələrdə gözəl çoxdu, taparsan,
Qoy çəkər Zöhrə xan ahü-zar, yeri!
Ağlaram, gözümdən tökərəm qanı,
Fəryadıma yetsin xanların xanı,
Tahir seçib Zöhrə kimi tərlanı,
Qorxum budu: qucaqlıya sar, yeri!
Zöhrə ənbərçəsini çıxardıb, Tahirə uzatdı:
– Al, bu ənbərçəni yadigar saxla!
Tahir ənbərçəni ondan aldı, görək Zöhrə ilə nə cür halallaşdı:
Mən gedirəm, Allah səni saxlasın,
Ağlaya-ağlaya qal innən belə!
Əmanətin neçə-neçə məndədi,
Saxlaya bilmənəm, al innən belə!
Didərginəm, gəlməm mən buralara,
Axıb didəm yaşı, dönüb sulara,
Canım düçar olub çox bəlalara,
Hərdən-hərdən yada sal innən belə!
Tahir deyər: işim ahü-zar oldu.
Qaralandı gözüm yaşı, car oldu,
Dağıldı dövlətim tarımar oldu,
Atanı duzəxə sal innən belə!
Cəllad Qasım istədi Tahir Mirzəni aparsın, Zöhrə xanım ona dedi: Sən
Allah, Tahiri incitmə. Qoy bir bura çıxsın, sonra apararsan.
Cəllad Qasım Tahirin qollarını açıb, Zöhrənin yanına çıxartdı. Tahir
özünü Zöhrəyə yetirdi. Hər ikisi baş qoyub bir-birinin çiyninə, bir-birinin
gözlərinə baxıb ağlaşdılar. Cəllad Qasımın bunlara rəhmi gəlib dedi:
– Xanım, atan əmr eləyib ki, Tahiri öldür, köynəyini qanına bulaşdır,
mənə gətir. Bəs mən nə eləyim?
Zöhrə xanım bu sözü eşitcək içkəmiş maral kimi səksənib, özünü saldı
cəllad Qasımın ayağının altına. Əl atıb ətəyindən tutdu, yalvarmağa başlayıb
dedi:
– Aşiqin göz yaşına rəhm elə! Bizə zülm eləmə! Mən Tahirə bir dəst təzə
libas verim, bir qədər də sənə pul verim, sən bir qoyun al başın kəs, Tahirin
köhnə libasını qoyunun qanına bulaşdır, atama gətir. Tahiri də başqa bir
məmləkətə burax.
Cəllad Qasım bu tədbirdən şad olub, bir dəst libas, bir kisə də qızıl
götürüb, yola düşdülər. Gecə-gündüz yol gedib, Hatəm Soltanın qılıncı
işləyən yerdən çıxıb, başqa bir vilayətə yetişdilər. Bir meşənin kənarı ilə
gedirdilər, bir sürü qoyuna urcah oldular. Tahir Mirzə dedi:
– Bərəkətli olsun, ay çoban! Bizə bir qoyun satarsanmı?
Çoban baxdı, gördü bunlar bir abırlı adamdılar. Cavab verdi:
– Mənim qoyunum hamısı sizə peşkəşdi.
Çobandan bir qoyun aldılar, girdilər meşənin içərisinə. Bir çala qazdılar,
qoyunu kəsib, qanını çalaya tökdülər. Ondan sonra cəllad Tahir Mirzənin
köhnə libasını çıxarıb xəncərin ucu ilə parça-parça elədi. Qoyunun qanına
bulaşdırıb götürdü. Qoyunun ətini də kabab çəkib yedilər. Sonra Tahir Mirzə
ilə öpüşüb, vidalaşıb, ağlaya-ağlaya üz qoydu Qaramana, Hatəm Soltanın
qulluğuna.
Tahir üz qoydu qürbət elə. Bir müddət dolandıqdan sonra gəlib bir
xanabaxçaya çıxdı. Çox yorulmuşdu. Daxil olub xanabaxçaya, əyləşdi
çarhovuzun başında. Bu xanabaxça kimin olsun, Xanverdi sövdəgərin.
Xanverdi sövdəgər о Xanverdi sövdəgər idi ki, qırx tacirin başı olub, malı,
dövləti həddən ziyad idi. Özünün də gözünün ağı-qarası Nərgiz xanım adlı
bir qızı var idi.
Nərgiz xanımın on səkkiz yaşı var idi. Sövdəgər öz evində, başını qızı
Nərgiz xanımm dizi üstə qoyub yatmışdı. Tahir Mirzə xanabağçaya girib,
bağçanı seyr eləyəndən sonra Zöhrə xanımla keçirdiyi günlər bir-bir yadma
düşdü, dərdi tüğyan elədi, sazını sinəsinə basıb dedi:
Cida düşdüm vətənimdən,
Qan ağlar ellərim mənim.
Bülbülüm yox dallar üstə,
Boş qalıb güllərim mənim.
Ağır ellərim çəkildi,
Cavankən belim büküldü,
Nişansız üzə töküldü,
Pərişan tellərim mənim.
Tahir Mirzənin bu naləsi Nərgiz xanımın qulağına yetişəndə başladı
ağlamağa. Nərgiz xanım özünü unutdu, birdən onun bir gilə göz yaşı
atasının üzünə düşdü. Xanverdi sövdəgər diksinib, yuxudan ayıldı. Gördü
qızı Nərgiz xanım ağlayır. Qızından soruşdu:
– Qızım, nə üçün ağlayırsan?
Nərgiz xanım cavab verdi:
– Ata, çarhovuz tərəfdə kimsə yanıqlı-yanıqlı oxuyur. Onun üçün ürəyim
durmur, ağlayıram.
Xanverdi sövdəgər də qulaq asıb, gördü ki, qızı doğru deyir, oxumaq
səsi gəlir:
Fələk, mana sitəm oldu,
Saralıb, gül rəngim soldu.
Sağımda, solumda öldü
Nocavan qullarım mənim.
Xanverdi sövdəgər qızı Nərgiz xanımı götürüb, çarhovuza tərəf gəldi.
Nə gördü, on dörd gecəlik ay kimi bir oğlandı, əyləşib çarhovuzun başında
oxuyur:
Tahir Mirzə bu çağında,
Sinəsi Zöhrə dağında,
Qaldı hovuz ayağında
Sonalı göllərim mənim.
Tahir Mirzə bunları görən kimi ayağa qalxdı. Üz tutub, Xanverdi
sövdəgərə dedi:
– Əmi, məni bağışla! Yorğun idim, bağçanıza iznsiz girdim.
Nərgiz xanım Tahirin qəddi-qamətinə, gül camalına nəzər yetirib, aşiqidivanə
oldu. Xanverdi Tahirdən soruşdu:
– Oğlan, de görüm sən nəçisən, kimsən ki, mənim bağçama giribsən,
gecənin bu vaxtında belə yanıqlı-yanıqlı oxuyursan?
Tahir Mirzə öz şərhi-halım buna belə bəyan etdi:
Hatəm Soltan əvvəl atam öldürdü,
Viran oldu taxti-taracım mənim.
Məni о ölkədən sürgün buyurdu,
Sizlərə qalıbdı əlacım mənim.
Xanverdi sövdəgər dedi:
– Cavan, gedərsənsə, mən səni öz atanın ölkəsinə apararam!
Tahir Mirzə başını bulayıb, belə cavab verdi:
Gedə bilməm, bir iqrara bağlıyam,
Çar tərəfdən dügünüm var, dağlıyam.
Qaramanlı Əhməd vəzir oğluyam,
Yeddi eldən gəlir xəracım mənim.
Xanverdi sual elədi: Sürgün olmağına səbəb nə oldu?
Tahir Mirzə bütün əhvalatı Xanverdi sövdəgərə bəyan elədi. Xanverdi
sövdəgər Tahir Mirzəyə təsəlli verib dedi:
– Səni mənə Allah yetirib. Mənim oğlum yoxdu. Bircə qızım var,
Zöhrədən min dəfə gözəl. Onu alarsan, özün də mənə oğul olarsan.
Nərgiz xanım öz könlündə yeddi qurban nəzir elədi. Görək Tahir Mirzə
ona nə cavab verir:
Tahir Mirzə vəsmə yetirdi şözün,
Anadan olalı gülməyib üzüm.
Bu qarşımda duran vəfalı qızın,
Şahlar şahı bilir, о bacım mənim!
Nərgiz xanım bu sözü eşitcək qiyamət başına qopdu. Genə özünü
sındırmamaq üçün ayağından başmağı çıxarıb atdı, dedi:
– Çox fikir eləmə. Mənim ayağım çirk olsa, yenə də sənin üstünə
sürtmərəm.
Xanverdi Tahir Mirzəyə dedi:
– Oğul, indi ki, mənim qızımı özünə bacı elədin, sən oldun mənim
həqiqi oğlum. Gedək evimizə, kimi istəyirsən, sənə alacağam.
Elə həmən günün sabahı Xanverdi Tahiri götürüb bağa getdi. Tahirin
əlinə bir bel verib dedi:
– Mən suyu bərədən buraxım, sən ağacların dibini kəs.
Tahir birinci dəfə idi əlinə bel alırdı. Təbi cuşa gəldi, aldı, halına
münasib görək nə dedi:
Ay ağalar, gəlin sizə söyləyim,
Gör necə yad oldu ellər mənimlə.
Beli də veribsən mənim dəstimə,
Xub oynar dəstimdə bellər mənimlə.
Bağı gördüm, ağrı qalxdı başımdan,
Üzüm bar bağladı gözüm yaşından.
Qohum, qardaş, el dağıldı başımdan,
Gör necə yad oldu ellər mənimlə.
Mən Tahirəm, düyünlüyəm, dağlıyam,
Qürbətdə dərdimi kimə ağlıyam?
Aləm bilir, Əhməd vəzir oğluyam,
Tüğyan olub gedir sellər mənimlə.
Xanverdi sövdəgər Tahir Mirzəni də götürüb evinə gəldi. Nə qədər açarkilidi
vardı, Tahir Mirzəyə tapşırdı. Belə ki, Tahir Mirzə evin oğlu, sahibiixtiyarı
oldu. Bir neçə gün keçdi. Bir gün Xanverdi sövdəgərin yoldaşları
onun yanına gəlib dedilər:
– Ayə, Xanverdi, biz malımızı yeyib, mayaya da əl atmışıq. Daha
durmağın yeri deyil. Bir tərəfə gedib, bir qədər sövdə eləməliyik. Tay nə
qəmin var, Allah sənə oğul da yetirdi.
Xanverdi vaxtı təyin elədi. Tacirlər getdilər öz işlərinə. Xanverdi səfər
tədarükünü qurtardıqdan sonra qızı Nərgiz xanımı çağırıb dedi:
– Qızım, mən yeddi ayın vədəsinə səfərə gedirəm. Bütün açarları
tapşırmışam Tahir Mirzəyə. Al, bu bahar bağının açarıdı. Bunu özün saxla.
Nəbadə Tahir Mirzənin əlinə düşə. Ehtiyatlı ol! Əgər Tahir Mirzənin əlinə
düşsə, bir də bu diyarda durmaz.
Sonra bütün qulamlarla, kənizlərlə, Tahir Mirzə ilə vidalaşıb, yeddi ayın
səfərinə çıxdı. Atası gedəndən sonra Nərgiz xamm fikir elədi ki, indi yaxşı
girəvə yeridir. Tahir Mirzəni ələ gətirib, buna getməliyəm.
Nərgiz xanım yeri gəldikcə Tahir Mirzəyə qaş-göz atmaqdan, işarələr
vurmaqdan geri durmurdu. Ancaq Tahir Mirzə özünü anlamamazlığa
vururdu. Xülasə, Nərgiz xanım nə fənd qurdusa, Tahir Mirzə əl vermədi.
Nərgiz xanım Tahir Mirzənin bu kəmiltifatlığından bezar oldu; dərd-qəmini
dağıtmaq üçün hər gün kənizlərin birini evdə qoyurdu, özü qırx incə qıznan
seyrə çıxırdı.
Genə günlərin bir günündə Nərgiz xanmı seyrə çıxmışdı. Bahar
bağçasının açarını da bir kənizə verib, evdə qoymuşdu ki, evin işlərini
düzəltsin. Kəniz evdə dolananda açar yaxasından yerə düşdü. Tahir Mirzə
gəlib keçəndə açarı yerdən götürdü. Baxıb gördü ki, işlək açardı. Kənizi
çağırıb soruşdu:
– Bu necə açardı məndən gizləyirsiniz? Məgər məndə nə əyrilik
görmüsünüz?
Kəniz fıkir elədi ki, Tahir Mirzəni aldatmaq lazımdı. Bir qah-qah ilə
gülüb dedi:
– О köhnə, sınıq açardı. Özümüz qəsdən bura atmışıq.
Tahir Mirzə əl atdı kənizin yaxasından yapışıb dedi:
– Çəpəl, düzünü deginən, yoxsa əlimdən salamat qurtarmazsan.
Kəniz qorxusundan əhvalatı Tahir Mirzəyə nağıl elədi. Tahir dedi:
– Bu saat bahar bağını mana nişan ver!
Kəniz naəlac qalıb, Tahir Mirzəni götürdü, bahar bağının qapısına gəldi.
Tahir qapını açıb içəri daxil oldu. Nə gördü? Bura bir bağdı ki, deyirsən
behiştin bir, guşəsidi, gülüstani-baği-irəmdən nişan verir. Bülbüllər cəh-cəh,
güllər bəh-bəh deyir, hər kəs öz dilincə, öz məhbubu ilə razi-niyaz edir.
Tahir Mirzə bağı dolanırdı, gördü bir bülbül gülün yarpağını üzüb çəkir
göyə, ordan buraxır; bülbül şığıyıb yarpaq göydə ikən уеnə tutur. Tahir
tamaşa eləyirdi, bülbül уаrpаğı bir də çəkib buraxdı. Gül yarpağı bir
qaratikan kolunun üstünə düşdü. Bülbül daldan şığıyıb onu götürmək
istəyəndə ürəyindən sancıldı qaratikan qələməsinə. Gedib, başını sürünəsürünə
gülün уаrpаğının üstə qoydu, can verməyə başladı. Tahir bir ah
çəkib, özünü yetirdi bülbülün başı üstünə. Onu о tərəfə, bu tərəfə aşırıb
gördü ki, başı yarpağın üstündə, canını gülə tapşırıb. Tahir kədərlənib dedi:
– Heyhat. Bir bülbülcən də olmayasan?! Vəfalı bülbül öz canını
məhbubu yolunda fəda elədi! Sən diyarbadiyar gəzirsən. Yox olsun о baş ki,
məhbubu yolunda kəsilməyə.
Tahir bülbülün yanında diz çöküb, gözlərinin yaşını tökdü. Qəmi cuşa
gəldi, sazı sinəsinə basıb, görək nə deyir:
Yaz olanda bağçalarda
Sən çalırsan tarı, bülbül!
Oxudun, dərdim artırdın,
Oldun mənnən yarı, bülbül!
Bülbül, sənin işin qandı,
Aşıqlar oduna yandı;
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül?!
Bülbül, sən dala səkərsən,
Göz yaşın gülə tökərsən,
On bir ay həsrət çəkərsən,
Bir ayı da zarı, bülbül.
Bülbül, geyinmisən yaşıl,
Qolların boynumdan aşır;
Ağlamaq mənə yaraşır,
Qoy ağlayım barı, bülbül!
Bülbül, sən məni qandırdın,
Gülşən bağı dolandırdın,
Axır oduna yandırdın,
Yazıq xan Tahiri, bülbül!
Tahir Mirzə sözünü bitirib öz-özünə dedi: “Ey dadi-bidad! Bir bülbülcən
də olmayasan? О öz məhbubu yolunda mərd-mərdana canını fəda elədi, sən
canını qorumaq üçün diyarbadiyar gəzirsən”.
Ayağa qalxıb, üz qoydu öz vilayətlərinə tərəf getməyə. Bu vaxt Nərgiz
xanım seyrdən qayıdırdı. Tahir Mirzəyə rast oldu. Tahir Mirzənin
vilayətlərinə getmək qəsdində olduğunu bildi. Nə qədər yalvardı, göz yaşı
töküb, qoymaq istəmədisə də, mümkün eləyə bilmədi. Naəlac qalıb, iki
yeyib yatmış kənizə əmr verdi ki, onu götürüb, evə aparsınlar. Kənizlər
Tahir Mirzəni evə apardılar.
Ancaq Tahirin könlü açılmadı, üzü gülmədi. Bülbül onun gözünün
qabağında idi. Aldı, öz halına münasib görək nə dedi:
Fələk, səndə nə adətdi,
Ayırmaq yarı yarından?
Göz ilə görməmiş həmin,
Könül yox ola varından!
Rəqib, evin bərbad olsun!
Saralıb güllərin solsun!
Ayrılan necə şad olsun,
Belə sərxoş nigarından!
Eylərəm yüz min xəyalı,
Pərişandı könül halı.
Gecə-gündüz yar camalı,
Getmir gözüm kənarından!
Mən Tahirəm, baxt itirdim,
Dərdimi həddən ötürdüm,
Cəfa çəkdim, bağ bitirdim,
Dərmədim bircə barından!
Nərgiz onun üstünə acıqlanıb dedi:
– Heç dara-bara eləmə. Səni mən heç yerə buraxmayacağam. Nə
Zöhrəbazlıqdı?
Tahir Mirzə bir ah çəkib, görək Nərgizə nə dedi:
Budu, gəldi bahar fəsli,
Açılıbdı lala, nərgiz!
Ağız süddü, dodaq qaymaq,
Dilin batıb bala, Nərgiz!
Gedərsən Çinə, Maçinə,
Müşk, ənbər səpdin saçına;
Bənzəyirsən ağ laçına,
Hey cumursan gölə, Nərgiz!
Alayıbsan, alayıbsan,
El-obanı talayıbsan,
İpək şəddə dolayıbsan,
Şal üstündən belə, Nərgiz!
На deyərəm: xanım, xanım,
Od tutdu cəsədim, canım;
Töhmət altda çıxdı canım,
Rəhmin gəlsin mənə, Nərgiz!
Kəsibsən aşığın yolun,
Qırıbsan qanadın, qolun,
Tuti kimi oxur dilin,
Dönübsən bülbülə, Nərgiz!
Uca-uca dağlar qaldı,
Gülü solmuş bağlar qaldı,
Zöhrə yarım ağlar qaldı,
Dur sal məni yola, Nərgiz!
Sən Tahiri küsdürürsən,
Qorxudub, qan qusdurursan,
Dar quruban asdırırsan,
Zülüm olmaz belə, Nərgiz!
Nərgiz gördü ki, Tahir Mirzəni saxlaya bilməyəcək, dedi:
– Oğlan, get, Allah səni sevgilinə çatdırsın! Ancaq məni yaddan
çıxartma!
Nərgiz ona bir kisə cavahir, bir xurcun çörək verdi. Tahir Mirzə Nərgizlə
görüşüb, yola düşdü. Bu, getməkdə olsun, eşit Xanverdi sövdəgərdən.
Xanverdi sövdəgər evə gəlib gördü nə, Tahir Mirzə yoxdu. Nərgizdən
soruşdu. Nərgiz bütün əhvalatı ona nağıl elədi. Xanverdi atını minib, Tahirin
dalınca getdi. Tahirə çatıb dedi:
– Nəməkbəharam, haraya qaçırsan?
Tahirin rəngi saraldı, gözləri yaşla doldu. Əli titrəyə-titrəyə sazını
bağrına basıb, görək Xanverdiyə nə dedi:
Könül qalxdı vətən sarı yeridi,
Bir sözüm var sənə, Xanverdi, deyim.
Duz-çörəyi halal elə, gedirəm,
Düxtər öz əlindən nan verdi yeyim.
Mən qanmışam о maralın sözündən,
Almamışam busasını üzündən,
Ya el tənəsindən, ya öz-özündən,
Zöhrə bəlkə məndən yan verdi, deyim.
Tahir Mirzə, sözün şana düzüldü,
Xumarlanıb ala gözlər süzüldü.
Zağı vurdu, gül yarpağı üzüldü,
Bülbül gül yolunda can verdi, deyim.
Xanverdi gördü Tahir haqq aşığıdı, onu geri döndərə bilməyəcək, halalhümmət
eləyib, geri qayıtdı.
Tahir Mirzə üz qoydu yarı olan diyara tərəf, ta ki, gəlib çıxdı Hatəm
Soltanın vilayətinə. Gördü bir çoban qoyun otarır, özü də başdan ayağa qara
geyinib. Salam verib dedi:
– Çoban qardaş, niyə qara geyinibsən? Aldı çoban, görək ona nə cavab
verdi:
Başına döndüyüm, a cavan oğlan,
Ağam üçün mən qaranı geymişəm.
Dolanım başına, mən alım qadan,
Ağam üçün mən qaranı geymişəm.
Düşmən bizə düşmənliyin bildirdi,
Ağlayıban didəm yaşın sildirdi.
Hatəm Soltan Əhməd vəziri öldürdü,
Onun üçün mən qaranı geymişəm.
Səhər-səhər doğan dan ulduzudu,
Aşıqların söhbətidi, sazıdı,
Adı bəlli – Hatəm Soltan qızıdı,
Zöhrə qara geyib, mən də geymişəm.
Çobanın adı Şahqulu idi. Şahqulu Tahir Mirzəni tanıyıb, əl-ayağına
düşdü, onu evlərinə apardı. Anasını çağırıb dedi:
– Mən qoyunu arxaca yığıb gələnə kimi xörəyi hazır elədin, canın
qurtardı, əgər eləmədin, and olsun Allaha, bu ağac ilə səni öldürəcəyəm.
Arvad canının qorxusundan о saat xörəyi bişirib, dəmə vurdu. Şahqulu
da qoyunu arxaca yığandan sonra qayıdıb gəldi. Qarı qalxıb əlüstü süfrə
saldı, xörəyi qablara çəkdi, gətirib ortaya qoydu. Şahqulu anasına dedi:
– Ana, bir bax gör bu oğlan kimə oxşayır?
Qarı diqqətlə baxıb dedi:
– Ay bala, rəhmətlik Tahir Mirzəyə oxşayır.
Şahqulu dedi:
– Arvad, rəhmətlik niyə? Diqqətlə bax, Tahir Mirzə özüdü.
Qarı о saat özünü Tahir Mirzənin üstünə atdı, boynunu qucaqlayıb,
başladı şadlığından ağlamağa.
Tahir Mirzə bütün başına gələnləri onlara nağıl elədi. Şahqulu işdən halı
olandan sonra anasına dedi:
– İndi, ana, mən gedirəm qoyunu yaylıma aparam. And olsun Allaha,
gələm görəm Tahir Mirzəni Zöhrəyə yetirməyibsən, bu ağacla belini
qıracağam.
Arvadın canına titrəmə düşüb dedi:
– Ay balam, mən necə görüşdürüm?
Tahir Mirzə dedi:
– Ana, qəm çəkmə. Al bu pulu, get iki dəst arvad paltarı al, gətir geyinək.
Tut mənim əlimdən apar Zöhrənin qapısına. Deginən bu mənim qızımdı, əri
ölüb, neçə vaxtdan bəri bütün olan mal-dövlətini yeyib qurtarıb, indi bunu
sənə qulluqçu vermək istəyirəm. Ondan sonrası ilə işin yoxdu.
Arvad о saat bazara getdi. Tahir Mirzə dediyi kimi, iki dost arvad paltarı
aldı, evə gətirdi. Birini özü geydi, birini də Tahir Mirzəyə geydirdi. Tutub
onun əlindən Zöhrənin qapısına yetirdi. Gördü dayə başında məcməyi
deyinə-deyinə Zöhrəyə xörək aparır. Qarı dayəni çağırıb dedi:
– Bu mənim qızımdı. Hər işdən başı çıxır. Sən Allah, Zöhrə xanıma
de, gör bunu qulluqçu saxlaya bilərmi?
Dayə şadlığından bilmədi nə eləsin. Çünki ümid eləyirdi ki, özünə
köməkçi olacaq, dedi:
– Al, sən bu məcməyini götür, mən də qəndabı götürüb gəlim, Zöhrə
xanımın qulluğuna gedək.
Dayə getcək Tahir Mirzə çobanın anasına dedi:
– Ana, sən daha işini qurtardın, gedə bilərsən.
Qarı geri qayıtdı. Tahir Mirzə Zöhrənin otağına girdi, sandığın dalında
gizləndi. İndi bunlar burada qalsınlar, sizə Zöhrə xanımdan xəbər verim.
Həmin gün Zöhrə xanımın əhvalı çox pərişan idi. Tahirlə keçirdiyi
vaxtları yadına salmışdı. Gözlərinin yaşını tökə-tökə aldı, görək halına
münasib nə dedi:
Qızlar, gəlin sizə halım söylüyüm,
О keçən günlərim yadıma düşdü.
Tahirin yanında məktəbxanada
Yarla oxuduğum yadıma düşdü.
Səhər-səhər Tahir evə gələrdi,
Şirin-şirin söhbət açıb gülərdi,
Ürəyimi alıb, eynim silərdi,
Gülüb danışdığı yadıma düşdü.
Mən Zöhrəyəm, beli incə, boy bəstə,
Zülfüm dal gərdəndə çin, dəstə-dəstə;
Yerin salardım mən bu sinəm üstə,
Zarafatlaşdığım yadıma düşdü.
Sözü tamama yetirib, öz xas kənizi Mələksumaya dedi:
– Ay Mələksuma, aşxana aşı yeməkdən cana gəlmişəm. Dur, bir qədər
yağ, düyü gətir, özüm bişirib, özüm yeyəcəyəm.
Yağ, düyü hazır oldu. Zöhrə xanım biləklərini çirmədi, özü aşı bişirib
siniyə çəkdi. Mələksumanı çağırıb dedi:
– Sən Allah, sən də otur, mənimlə çörək ye.
Mələksuma dedi:
– Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm?
Zöhrə dedi:
– Mən sana deyirəm otur, otur.
Mələksuma oturub, əlini xörəyə uzadanda dedi:
– Xanım, Allahın altında indi Tahir Mirzə özü gəlib bura çıxa.
Söz Mələksumanın ağzından qurtarmamış, Zöhrə xanımın halı dəyişdi.
Abi-leysan kimi göz yaşı axıda-axıda dedi:
– Tay bu çörək mana haram oldu, yığışdır!
Zöhrə ağlaya-ağlaya yerinə girib yatdı. Mələksuma da dediyinə çox
peşman oldu, götürüb xörəyi yığışdırdı. Bu əsnada Tahir о biri otaqda arvad
paltarını çıxardıb, öz paltarını geyindi, içəri daxil oldu. Mələksuma Tahir
Mirzəni görcək, özünü saldı onun üstünə, üzündən, gözündən öpəndən sonra
and verib dedi:
– Tahir Mirzə, qoy Zöhrə xanımı mən oyadım, tainki bir müjdə alım.
Tahir dedi:
– Oyat!
Mələksuma gəldi Zöhrənin yanına, saçlarından iki tel ayırıb basdı
sinəsinə, görək Zöhrə xanımı necə oyatmağa başladı:
Xab içində yatan Zöhrə,
Oyan, Zöhrə, yarın gəldi!
Qəm-qüssəyə batan Zöhrə,
Oyan, Zöhrə, yarın gəldi!
Əlyetməz sazı yendirim,
Sinəmin üstə mindirim.
Qorxuram səni dindirim,
Oyan, Zöhrə, yarın gəldi!
Qaşa, gözə düşdü həmə,
Mən dərdimi deyim kimə?
Sana qurban Mələksuma,
Oyan, Zöhrə, yarın gəldi!
Tahir Mirzə səbr edə bilməyib dedi:
– Sən Allah, qoy müjdəni mən verim, yarımı özüm oyadım.
Sazı mindirdi sinə sandığına, görək nə dedi:
Dan yerinə yenə düşdü nişana,
Oyan, gözlərinə qurban olduğum!
Uçdu şeyda bülbül, qondu gülşana,
Oyan, gözlərinə qurban olduğum!
Kəsdirmişəm nazbalışın yanını,
Tuta idim kirpiklərin sanını,
Nə tapıbsan bu yuxunun kanını?
Oyan, gözlərinə qurban olduğum!
Bağrım başı bar götürməz xəzəldən,
Göz kəsmərəm sənin təki gözəldən.
İkimiz də həmdərs idik əzəldən,
Oyan, gözlərinə qurban olduğum!
Nə vaxtdandı gözün yolda qalıbdı,
Saralıbdı gül irəngin, solubdu,
Oyan, Zöhrə, xan Tahirin gəlibdi,
Oyan, gözlərinə qurban olduğum!
Tahir dedi:
– Ay qız, qolbağını, üzündən ənbərçəsini aç, bəlkə oyana. Mələksuma
onun qolbağını və üzünün ənbərçəsini açdı, Zöhrə yenə oyanmadı.
Aldı Tahir, görək nə dedi:
Nə vaxtdan gəldik otağa,
Yatıb, oyanmaz, oyanmaz!
Canım yolunda sadağa,
Yatıb, oyanmaz, oyanmaz!
Yığın otağın xalısın,
Neynirəm dünya malısın.
Ağ qolundan qolbağısın
Açıb, oyanmaz, oyanmaz!
Tahirəm, neçə-neçəsin,
Sevmədim türkmən beçəsin.
Ağ üzündən ənbərçəsin
Atıb, oyanmaz, oyanmaz!
Zöhrə qurcalanıb dedi:
– Ağız burdan saz səsi gəlir, deyəsən oxuyan var. О kimdi?
Mələksuma cavab verdi:
– Xanım, əynindəki paltar mənim muştuluğum, gözlərini aç gör kimi
görürsən?
Tahir о saat sazını divara söykəyib, özü daldada gizləndi. Zöhrə
gözlərini açanda, sazı gördü, aldı, görək nə dedi:
Yarım gəlib bu otağa,
Saz sahibi yar necoldu?
Canım yolunda sadağa,
Saz sahibi yar necoldu?
Hər nə oldu mənə oldu,
Saralıb bənizim soldu.
Bağ pozuldu, bülbül öldü,
Saz sahibi yar necoldu?
Beqafildən çıxdı xəbər,
Yaralarım qabar-qabar;
Xan Zöhrəyə doğru xəbər,
Saz sahibi yar necoldu?
Mələksuma danışmaq istəyəndə Zöhrə dedi:
– Ay qız, Mələksuma, qoy birini də deyim, sonra.
Aldı Zöhrə:
Yatmışdım, guşuma gəldi bir səda,
Ala gözlərinə qurban olduğum!
Bir dərdə düşmüşəm, olunmaz çara,
Ala gözlərinə qurban olduğum!
Kimdi mənim kimi qara bağlayan,
Sinəm üstün çalın-çarpaz dağlayan,
Gecə-gündüz Tahir deyə ağlayan,
Ala gözlərinə qurban olduğum!
Bayram ayı demək olmaz hər aya.
Yazıq məzlum kimə getsin haraya?
Deyən, ay qız, Tahir gəlib buraya,
Ala gözlərinə qurban olduğum!
Tahir gizlindən çıxdı. Bir-birinin boynuna sarıldılar. Tahir onu bağrına
basıb, ipək saçlarını tumarlaya-tumarlaya dedi:
Mən səni ədalət bildim,
Yar, qapına dada gəldim.
Yolunda çox cəfa çəkdim,
Ömrü verdim bada, gəldim.
Aşiqlərdə budu adət,
Cavan ömrüm oldu qarət.
Xaki-payını ziyarət
Elədim, murada gəldim.
Mən Tahirəm, yana-yana,
Naləm çıxdı asimana.
Necə qoç-quzu qurbana,
Mən sənə qurbana gəldim.
Zöhrə on iki hörükdən bir tel ayırıb sinəsinə basdı, görək onun
cavabında nə dedi:
Xoş gəlibsən, gözüm üstə,
Sana peşkəş elim, oğlan!
Gəl üzün qoy üzüm üstə,
Əm dodağım, dilim, oğlan!
Nə baxırsan yana-yana,
Əm ləbimdən qana-qana,
Çəkilək başqa bir yana,
Sarmaşaq, quc belim, oğlan!
Zöhrənin baxtı açıldı,
Boyuna xələt biçildi.
Bağlı dükanım açıldı,
Gəl, ol dükandarım, oğlan!
Aldı Tahir, görək nə dedi:
Bahar gələr, yaz açılar, bülbüllər
Cəh-cəh vurub oxuyarlar, əmqızı!
Gəl ikimiz bülbül olaq, gül olaq,
Biz də edək о xəyallar, əmqızı!
Sən bir gül ol, mən də bülbüli-şeyda,
İlqar qoyaq hər ikimiz arada;
Biz də yetək gül fəslində murada,
Canım alır qoşa xallar, əmqızı!
Mən Tahirəm, sirrim sana əyandı,
Sevgi sevgisindən doymaq yamandı.
Ürək sözüm sən Zöhrəyə bəyandı,
Dərman mana düşdü narlar, əmqızı!
Zöhrə saçlarından üç tel ayırıb, sinəsinə basdı, aldı cavabında görək nə dedi:
Əmim oğlu, о nə sözdü deyirsən?
Canımı canına heyran eylərəm.
Hər dəqiqə sən ki, mənim yarımsan,
Gecə-gündüz səni mehman eylərəm.
Bağça sənin, bağban sənin, bar sənin,
Bağda olan alma, heyva, nar sənin,
Peşkəşindi qoşa xallar, yar, sənin,
Bir söz var ki, onu pünhan eylərəm.
Zöhrənin də budu sana son sözü,
Qurban sana dil-dodağı, qaş-gözü;
Mən də sənin kimi aşiqəm, düzü,
Dərya kimi mən də ümman eylərəm.
Zöhrə xanım sözü tamam eyləyib, Mələksumaya dedi:
– О xörəyi gətir bura, indi üçümüz bir yerdə yeyək.
Mələksuma xörəyi gətirib qoydu qabağa, dedi:
– Xanım, gördünmü mənim niyyətimi?!
Hər üçü başladılar xörəyi yeməyə. Xörəkdən sonra Mələksumanı qapıda
qarovulçu qoydu, özü Tahir ilə qol-boyun olub yatdı. Bir qədər oturduqdan
sonra Mələksumanın yuxusu gəldi, dirsəyinə dayanıb, ordaca yatdı. Bu biri
tərəfdən dayə xidmət üçün içəri girib gördü ki, paho, Tahir ilə Zöhrə qolboyun
olub yatıblar. İstədi qayıtsın, Zöhrə oyanıb dayəni geri çağırdı, dedi:
– Dayə nənə, sirr kimin olar, saxlayanın. Al bu bir ovuc əşrəfini, bu
sirrimi heç yerdə açma.
Dayə əşrəfləri alıb dedi:
– Çox yaxşı. Ancaq pilləkəndən yenə-yenə öz-özünə mırtdanıb dedi:
– Heç yerdə açmayacağam. Bir toyda deyəcəyəm, bir bayramda.
Gözümüz aydın, indiyə qədər birinə qulluq eləyə bilmirdik, indi iki oldu.
Dayə üz qoyub Hatəm Soltana tərəf getdi. Zöhrə xanım dayənin qımırını
başa düşüb, başladı Tahir Mirzəni oyatmağa.
Aldı Zöhrə:
Beiman getdi xəbərə,
Nə yatıbsan, Tahir Mirzə?!
Çəkəcəklər səni dara,
Nə yatıbsan, Tahir Mirzə?!
Danışırıq biz qeybdən,
Xəbərin yoxdu eyibdən.
Qorxuram mən səyrəğibdən,
Nə yatıbsan, Tahir Mirzə?!
Xəyal toxumun əkərsən,
Bica əzablar çəkərsən,
Ağlarsan, qan-yaş tökərsən,
Nə yatıbsan, Tahir Mirzə?!
Mən Zöhrəyəm, qələm qaşlı,
Ala gözlü, siyah saçlı.
Qoyma məni gözü yaşlı!
Nə yatıbsan, Tahir Mirzə?!
Tahir oyanıb gördü Zöhrə xanım ağlayır. Boynunu qucaqlayıb, ala
gözlərindən bir busə alıb dedi:
– Nə üçün ağlayırsan?
Zöhrə xanım əhvalatı ona söylədi. Tahir dedi:
– Qorxma, səni məndən ayıra bilməzlər. Bizi bir-birimizə qismət eyləyən
var.
İndi eşit Hatəm Soltandan. Hatəm Soltan əhvalatı eşidib, bərk
qəzəbləndi, Tahiri hüzuruna apartdı. О saat cəllada əmr edib dedi:
– Gözümün qabağında bunun boynunu vur, ürəyim sakit olsun.
Cəllad Tahiri yaxalayanda camaat Hatəm Soltanın əl-ayağına tökülüb
dedi:
– Bu nahaq qanı bizim ölkəyə tökmə!
Hatəm Soltan camaatm töhmətindən, narazılığından qorxub, əmr elədi
ki, onu bir böyük sandığa qoyub dəryaya atsınlar. Bəli, bir böyük sandıq
qayırdılar. Tahiri sandığın yanına gətirdilər. Tahir baxıb gördü Zöhrə
kənarda durub, gözünün yaşını abi-leysan kimi tökür. Tahir sevgilisinin ahüzarını
görüb, sazı sinəsinə basdı, görək nə dedi:
Başına döndüyüm alagöz xanım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Sana qurban olsun bu şirin canım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Əmib-əmib ləblərindən qandığım,
Pərvanətək şam oduna yandığım,
Müşənbələ, at dəryaya sandığım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Tahir deyir; nə edirsən əndişi,
Əlbət belə imiş qəzanın işi,
Yusifi quyudan çıxardan kişi
Saxlasa sandığı, sel mənə neylər?!
Tahir Mirzə sözünü qurtaran kimi onu sandığa saldılar, sandığın ağzını
bərk-bərk müşənbələyib, dəryaya atdılar.
Dərya sandığı apardı, hərləyib, Zöhrə xanımın otağının qabağına vurdu.
Zöhrə xanım bunu görüb, aldı, görək dəryaya necə yalvardı:
Qanlı dərya, nə axarsan selavda,
Axıb-axıb nə məkana gedərsən?
Qoymagilən sandıq qala girdabda,
Götür apar, hər bir yana gedərsən!
Ağlaram, gözümdən tökərəm qanı,
Fəryadıma yetiş, xanların xanı!
Göz yaşım kaş qurudaydı dəryanı,
Götür apar, Həştərxana gedərsən!
Mən Zöhrəyəm, Tahir Mirzə qəmində,
Heç olmadım söhbətində, dəmində,
Nə çalxalanırsan Gilanzəmində?
Bağışlarsan Süleymana, gedərsən.
Elə ki, Zöhrə xanım sözünü bitirdi, dərya sandığı götürüb başladı
aparmağa. Tainki sandıq gözdən qeyb oldu, Zöhrə xanımın ürəyi qana
döndü, göz yaşını tökə-tökə görək nə dedi:
Nə axarsan, qanlı dərya?!
Getdi mənim yarım səndə.
Əlim çatmaz, ünüm yetməz,
Bir ahilən zarım səndə.
Onunla keçirdi dəmim,
Artırdın dərd ilə qəmim;
Bad əsdi, döndərdi dəmim,
Getdi külli varım səndə.
Başıma qara bağlaram,
Sinəmi çarpaz dağlaram,
Zöhrəyəm, qanlar ağlaram,
Getdi mənim yarım səndə!
Zöhrə davam gətirmədi, gözlərinin yaşını axıda-axıda yenə dedi:
Tahiri apardı dərya,
Getdi, xan Tahirim getdi.
Xıdır çıxarsın quruya,
Getdi, xan Tahirim getdi.
Tahiri atdılar suya,
Qolunda bazubənd dura,
Kimlər tapa, kimlər yuya,
Getdi, xan Tahirim getdi.
Tahir getdi axa-axa,
Zöhrə qaldı baxa-baxa,
Qabaqda ildırım çaxa,
Getdi, xan Tahirim getdi.
Zöhrə xanımı Tahir Mirzənin dalınca ağlar qoyaq, görək Tahir Mirzənin
başına nə gəldi.
Tahir Mirzə qırx gün dəryada üzəndən sonra çıxdı Həştərxan vilayətinə.
Dəryadan paşalıq bağçasına bir böyük sərdəhnə axırdı. Sandıq bu dəhnə ilə
buruldu bağa tərəf.
Qəzara о gün paşanın qızı Sona xanım qırx incə qızınan bağa səyahətə
çıxmışdı. Gördülər bir şey su ilə qarala-qarala gəlir. Paşanın qızı dedi:
– Qızlar, bəlkə bu gələn sandıq oldu? Gəlin onun içindəkinə şərt qoyaq.
Hər kim deyən olsa, onun olsun. Hamısı buna razı oldu. Vəzirin qızı dedi:
– Əgər pul olsa, mənim.
Vəkilin qızı dedi:
– Əgər mal olsa, mənim.
Padşahın qızı dedi:
– Əgər oğlan olsa, mənim.
Sandıq gəlib yetişdi. Sandığı tutub çıxartdılar qırağa. Ağzın açıb
gördülər bir oğlandı ki, on dörd gecəlik aya bənzəyir. Bir tərəfində saz, bir
tərəfində də bir qədər çörək var. Amma özü bihuşdu. Sona xanım dedi:
– Allah mənimkin yetirdi. Özü də nəcibzadəyə oxşayır. Əldən qoyası
deyiləm.
Vəkilin, vəzirin qızları dedilər:
– Bu olmaz. Dövlət də sizdə, şahlıq da sizdə, gözəllik də sizdə, daha bu
oğlanı qoymarıq aparasan.
Sona xanım gördü ki, xeyr, qızlar iqrarlarından döndülər, dedi:
– Eybi yoxdu. Gəlin adama bir söz deyək. Hər kimin sözündə oğlan
ayılsa, onun olsun. Hamısı razı oldular.
Aldı vəzirin qızı:
Əcəm oğlan, nə yatmısan burada,
Əcəm oğlu, sandığından dur, yeri!
Bəs nə yaxşı qərq olmadın dəryada?
Əcəm oğlu, sandığından dur, yeri!
Aldı vəkilin qızı:
Haradan gəlirsən, nə sahmanlısan?
Cavahir ölkəli, dür məkanlısan.
Atıblar dəryaya, məgər qanlısan?
Əcəm oğlu, sandığından dur yeri!
Aldı Sona xanım:
Evdən çıxdın, xarab qoydun xananı,
Yandırdın odlara ata-ananı.
Gəl yandırma paşa qızı Sonanı,
Əcəm oğlu, sandığından dur, yeri.
Sona gördü ayılmır, sözün dalısını görək nə cür dedi:
Başına döndüyüm, qurban olduğшn,
Əcəm oğlu, sandığından dur, yeri!
Alışıb oduna büryan olduğum,
Əcəm oğlu, sandığından dur, yeri!
Dərin-dərin dəryalara dalmısan,
Şirin canım eşq oduna salmısan,
Nə müddətdi bu dəryada qalmısan,
Əcəm oğlu, sandığından dur, yeri!
Mən Sonayam, köksüm bəndin açaram,
Canına eşqimin odun saçaram;
Nə edim ki, mən bu işə naçaram,
Əcəm oğlu, sandığından dur yeri!
Oğlan bu sözdən asqırıb, ayağa qalxdı. Vəzir, vəkil qızlarının gözü
Tahirin gül camalına sataşanda ixtiyar əllərindən getdi, biri sağ qolundan,
biri sol qolundan yapışıb, paşanın qızına dedilər:
– Ola bilməz ki, Allah padşahlığı da sizə versin, hər yetirən göyçək
oğlanı da. Biz öləcəyik, bu oğlanı sana verməyəcəyik.
Sona xanım Tahirə dedi:
– Oğlan, indi ixtiyar sənindi. Götür sazını oxu! Hər kəsi ki, könlün tutur,
onun adını söylə, onun ol!
Başına döndüyüm, qurban olduğum,
Tanrı məni sizə qurban eyləsin!
Yanıb odlarına büryan olduğum,
Tarın məni sizə qurban eyləsin!
Eşq əhlinin dərdin bilib anarlar,
Əmib-əmib ləblərindən qanarlar;
Boyu uzun, beli mina kəmərlər,
Tanrı məni sizə qurban eyləsin!
Qulaq asın Tahir Mirzə sözünə,
Gecə-gündüz yuxu getməz gözünə.
Mən aşiqəm Hatəm Soltan qızına,
Tanrı məni sizə qurban eyləsin!
Qızlar başladılar bir-biriylə dava eləməyə. Hər biri başladı ki, mənə işarə
edir. Bağban bunların bu davasını görüb, yaxına gəldi, əhvalatdan xəbərdar
olub dedi:
– Oğlan, Allah səni mana yetirib. Al bu beli, ağacların dibini boşalt.
Tahir sazı döşünə basıb, görək nə dedi:
Allah, mən nə yaman sevdaya düşdüm,
Mən getdikcə gedər yollar mənimlə.
Bilmədim yolumu, bu çaya düşdüm,
Axa-axa gedər sellər mənimlə.
Mənim sevdiyimin qaradı qaşı,
Deyirlər bülbüldü, gülün sirdaşı.
Gözlərimin axar hey qanlı yaşı,
Çalxanar çeşmələr, göllər mənimlə.
Tahir Zöhrə sevdi, cana yetişdi,
Gəldi işi ah-fəğanə yetişdi.
Axır ömrü bir bağmana yetişdi,
Dəstimdə oynuyur bellər mənimlə.
Sona xanım gördü nə qədər oxuyur, bunların birinin də adına işarət
eləmir, hamısında elə Zöhrə deyib, ağlayır. Götürüb Tahiri apardılar paşanın
yanına, əhvalatı ona söylədilər. Paşa Tahirə dedi:
– Ey oğlan, səni nə üçün dəryaya atıblar? Başına gələn qəzavü qədəri
bəyan elə.
Tahir Mirzə başına gələni paşaya nağıl elədi. Əhvalatı eşidəndə paşanın
ciyəri yanıb dedi:
– Tahir, indi fikrin nədi?
Aldı Tahir, görək nə deyir?
Paşa, mən qapına dada gəlmişəm,
Nola, yetirəsən canana məni?!
Hatəmin qızına aşiq olmuşam,
О atdı dəryayi-ümmana məni.
Bir ala gözlünün oduna düşdüm,
Oxuyub könlümün dəftərin açdım.
Hər zaman ki nəzərinə sataşdım,
Buyurdu cəllada, fərmana məni.
Uşaq ikən beşiyini yırğadım,
Çörəyimi zəhərlərə doğradım.
Hatəm Soltan qəzəbinə uğradım,
Atdı seldən-selə, ümmana məni.
Tahir ərzi-halın şaha bildirir,
Ağlayıban göz yaşımı sildirir.
Zöhrə dərdi xan Tahiri öldürür,
Təbibim ol, yetir dərmana məni.
Paşa bir qədər fikir eləyəndən sonra Tahirə sual elədi:
– Tahir, sən о qıza aşiq olan kimi, о qız da sana aşiqdimi?
Tahir cavab verdi:
– Bəli, qibleyi-aləm!
Paşa əmr elədi, böyük qoşun cəm oldu. Gecə öz qızı Sona xanımı, vəzir,
vəkilin qızlarını, Tahiri də bərabər yanına alıb, yola rəvan oldu. Günə bir
mənzil, teyyi-mənazil, ta ki, yetişdi Qaraman vilayətinə. Şəhəri dörd
tərəfdən əhatə elədilər. Paşa qızı Sona xanımı, vəzirin, vəkilin qızını çağırıb
dedi:
– Gedərsiniz, Zöhrədən əhval bilərsiniz. Əgər onun Tahirə könlü varsa,
onu Tahirə alıb, Hatəm Soltanın da başını kəsdirəcəyəm, yoxsa bu məsələni
açmayıb, geri qayıdacağam. Sona xanım Tahiri çağırıb dedi:
– Mən gedirəm Zöhrənin yanına. Əgər məndən gözəl olsa, sən mənim
qardaşımsan, Zöhrə yarın. Yox, gözəl deyilsə, sən ilə özüm hesablaşaram.
Tahir cavab verdi:
– Razıyam. Ancaq alın bu sazı, aparın, bəlkə Zöhrə sizə inanmadı.
Sona xanım sazı alıb, vəzirin, vəkilin qızı ilə bərabər üz qoydular Zöhrə
xanımın yanına. Zöhrə xanım əhvalatdan xəbərdar oldu, о saat evi düzəldib,
qonaqlarını qəbul elədi. Sona xanım gözünün altınca Zöhrəyə baxıb gördü
həqiqətən gözəllikdə tayı yoxdu. Öz könlünə dedi: “Əhsən Tahir Mirzəyə”.
Zöhrə xanım baxdı ki, Tahirin sazı bu qızın əlindədi. Saçından bir tel ayırıb,
bağrına basdı, dedi:
Deyin, qurban olum sizə,
Saz yiyəsi yar necə oldu?
Qızılgüllər üzə-üzə,
Saz yiyəsi yar necə oldu?
Aldı Sona xanım:
Zöhrə, xəbər verim sizə:
Saz yiyəsi yarın gəldi.
Qızıl güllər üzə-üzə,
Saz yiyəsi yarın gəldi.
Aldı Zöhrə xanım:
Dağlar başı qar olubdu,
İşim ah-zar olubdu,
Hansınıza yar olubdu?
Saz yiyəsi yar necə oldu?
Aldı Sona xanım:
Dağlar başı qış olubdu,
Qaşın gözə tuş olubdu,
О bizə qardaş olubdu,
Saz yiyəsi yarın gəldi.
Aldı Zöhrə xanım:
Başıma qara bağlaram,
Sinəmi çarpaz dağlaram.
Zöhrəyəm, qanlar ağlaram,
Saz yiyəsi yar necə oldu?
Aldı Sona xanım:
Başına qara bağlama!
Sinəni çarpaz dağlama!
Sona deyir: qan ağlama!
Saz yiyəsi yarın gəldi.
Söz tamam oldu. Sona xanım əhvalatı Zöhrəyə nağıl elədi. Üstəlik
atasının sifarişini də deyib, nə üçün buraya gəldiklərini danışdı. Bu barədə
onun fikrini soruşdu. Zöhrə xanım Tahirin sazını bağrına basıb dedi:
Xoş gəldiz, əziz qonaqlar,
Cəbr eylədi atam mənə.
Axar gözümdən irmaqlar,
Cəbr eylədi atam mənə.
Aldı Sona xanım:
Gözəllikdə tayın yoxdur,
İllah, sənin qaşın, Zöhrə.
Tahir kimi yarın vardır,
Bəxtəvərdi başın, Zöhrə.
Aldı Zöhrə xanım:
Gəlmisiz, ağır oturun,
Paşaya xəbər yetirin;
Ölürəm Tahirdən ötrün,
Cəbr eylədi atam mənə.
Aldı Sona xanım:
Dolanırdım sola-sağa,
Məcnun kimi düşdüm dağa.
Sandıq çıxdı bizim bağa,
Uvand oldu işin, Zöhrə!
Aldı Zöhrə xanım:
Başıma qara bağlaram,
Sinəmi çarpaz dağlaram.
Zöhrəyəm, qanlar ağlaram,
Cəbr eylədi atam mənə.
Aldı Sona xanım:
Sona deyir: gəl bəsləşək,
Görək kimdi kimdən qəşəng;
Arxayın ol, Zöhrə, bişək,
Gətirmişəm qoşun, Zöhrə.
Sona xanım Zöhrəni arxayın eləyəndən sonra vəzirin, vəkilin qızını da
götürüb, atasının qulluğuna gəldi. Salam verib, ərz elədi:
Ata, Zöhrə də, Tahir də hər ikisi haqq aşiqidirlər. Paşa bu xəbərdən şad
olub, Hatəm Soltanın yanına elçilər göndərdi, sifariş elədi ki, ya qızı Tahir
Mirzəyə versin, ya da davaya hazırlaşsın. Hatəm Soltan cavab verdi:
– Paşa qızımı özgəyə istəsə verərəm, ancaq yeddi it küçüyüm olsa, birini
də Tahir Mirzəyə vermərəm.
Paşa bu sözdən qəzəbnak olub, əmr elədi, qoşun atlanıb meydana səf
çəkdi. О biri tərəfdən Hatəm Soltanın qoşunu könülsüz-könülsüz bunların
qarşısında səf çəkib durdular. Tahir Mirzə bu halı görüb, özünü paşanın
qulluğuna yetirdi. Yeddi yerdə gərnuş eləyib dedi:
– Paşam, bu camaat mana bir şey eləməyib. Mana nə eləyibsə əmim
eləyib. Nahaq qana girmə! İzn ver, mən meydana girim, əmimi dəvət
eləyim. Ya о məni öldürər, ya da mən onu öldürüb, atamın qanını özüm
almış olaram.
Paşa istədi Tahiri qoymasın, amma Tahir əl götürmədi. Axır izn hasil
edib, girdi meydana. О vaxt adət belə idi: iki padşah müharibə edəndə ya iki
aşıq çıxardardılar, deyişərdi, yaxud iki pəhləvan gürş tutardı. Hansı tərəfin
adamı qalib gəlsə, о tərəf qalib gəlmiş hesab olardı. Tahir meydanın
ortasında durub, uca səslə əmisinə dedi:
– Ey Hatəm Soltan, nahaq qan tökmək lazım deyil. Bu dava sənlə mənim
üstümdədir. Ona görə gir meydana. Hansımız hansımızı öldürsə, о tərəf
qalib gəlmiş hesab olunar.
Hatəm Soltan bu sözdən qəzəbləndi, at istəyib, meydana atıldı.
Başladılar bir-birinə hücum eləməyə. Qızğın vuruşduqları halda Tahirin
gözü Zöhrənin yaşlı gözlərinə düşdü. Gördü Zöhrə əl duaya qalxızıb deyir:
– Allah, sən əmim oğlunun cavanlığına qıyıb, bu kafirin əlində aciz
qoyma!
Tahir bunu gördükdə qan gözünü bürüdü, atı Hatəm Soltanın üstə saldı.
Bərk nərə çəkdi:
– Al məlun, atamın intiqam günüdü!
Hatəm Soltan Tahirin hücumunu gördükdə ölümünü yəqin edib, karıxdı.
Qalxanı nizənin qabağına verə bilmədi. Tahir Mirzə nizəsini onun sinəsinə
elə vurdu ki, ucu arxadan bir çərək kənara çıxdı. Tahir nizəyə təkan verib,
əmisinin bədənini atın belindən alıb, meydanın ortasında yerə çaldı. Yerdə
qan nəqşə bağladı. “Afərin!” hər iki qoşundan ucaldı. Şadlıq nağarasını hər
iki qoşun nəvazişə gətirdi. Paşa əmr elədi, şəhəri çırağban elədilər. Qırx gün,
qırx gecə toy eləyib, Zöhrəni Tahirə verdilər. Hər iki həsrət aşiqləri birbirinə
qovuşdurdular. Paşa Tahiri orada padşah eləyib, özü ona qırx gün
qonaq qalandan sonra Tahir ilə vidalaşıb öz vilayətinə qayıtdı. Tahir təzədən
özünə toy elədi. Onun toyuna çoxlu aşıq yığışmışdı. Aşıq о aşiq-məşuqun
əllərini bir-birinə verdi, mübarəkbadlıq elədi. Sonra ustad aşıq sazı döşünə
basıb, bu duvaqqapma ilə onun toyunu başa verdi:
Həzərat, bircə baxın,
Canlar alandı bu gələn,
Gözləri cəlladə dönüb,
İsmi Qaytandı bu gələn.
Özü bir səxa kanı,
Adildivandı bu gələn.
Özü gül, saçı sünbül,
Yaqut-yəməndi bu gələn.
Yaquta bənzər yanaq,
Mərmərə bənzər buxaq,
Bir aya bənzər qabaq,
Kovsərə bənzər dodaq,
Ağ gülə bənzər ayaq,
Qoy bassın gözüm üstə,
Qucmalı candı bu gələn.
Bağlayıb gümüş kəmər,
Üstü tamam danənişan.
Geyinib qəddi dala,
Tər libası tər yaraşan.
Ağ əndamı başdan-başa,
Ətirli gül, müşk-fəşan.
Al yanaq, ayna qabaq,
Siyah zülfü ənbərəfşan.
Həm didarı şirindi,
Göftarı şirindi,
Bağça-barı şirindi,
Qoşa narı şirindi,
Bir belə bəşər olmaz,
Huri, qılmandı bu gələn.
Axşam, sabah mən dolanım
Belə gözəlin başına!
Vəsməni çəkib gözünə,
Sürməni yaxıb qaşına.
Keçirib qızıl tananı
Nazik əliynən guşuna.
Canını qurban edəsən
Bir belə cənnət quşuna.
Götürüb setarəni,
Basıb mərməri döşünə.
Döşündə məməsi var,
Qızıldan düyməsi var.
Nə şirin həvəsi var,
Kəklik kimi səsi var.
Bir ağır ölkəsi var,
Ölkəsinə qurban olum,
Misrə sultandı bu gələn.
Gecə-gündüz əməsən
Ləblərindən misli-gülab,
Eşqinə düşənlərin
Canında qalmayıb tab.
Nə yatım, nə dincəlim,
Gözlərimdə olmayır xab,
Bir miskin gədəsi ola,
Mənim kimi xanəxərab.
Zəhər versən içərəm,
Nə ki, əllərinlə şərab.
Nazik əlinə qurban,
Qara telinə qurban,
İncə belinə qurban,
Danış, dilinə qurban,
Gələn yoluna qurban.
Bu gəlişdə insan olmaz,
Nuşirəvandı bu gələn.
Biçarə Aşıq Hüseyn,
Bax, yar nə nazınan gəlir.
Geyinib qəddi-dala,
Küləcə xəzinən gəlir.
Yığıbdı gözəlləri,
Qırx incə qızınan gəlir.
Götürüb setarəni,
Söhbəti sazınan gəlir.
Deyəsən şeyda bülbüldü,
Baharı yazınan gəlir.
İçməmişəm, ayılam,
Ağıl gedib, zayılam;
Camalına mayılam,
Hər nə desən qayılam,
Qapınızda sayılam.
Mənə inayət eləsin,
Dərdə dərmandı bu gələn.
Həmçinin bax [ redaktə ]
- Azərbaycan dastanları. Beş cilddə. I cild. Bakı, “Lider nəşriyyatı”, 2005.
“Arzu-Qəmbər”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” dastanlarında olduğu kimi “Gül və tikan” motivləri vaxtilə çox geniş yayılmışdır
“Arzu-Qəmbər” qədim türk-kərkük bayatılı dastanıdır. Bu bayatılı dastanın indiyə qədər təkcə türk-kərkük versiyası və ya mükəmməl variantı elm aləminə məlum idi. Dastanın Qafqaz və Orta Asiya variantları bizim tərəfimizdən üzə çıxarılmış və tədqiqata cəlb edilmişdir. Mən öz tədqiqatlarımla əlaqədar olaraq “Arzu-Qəmbər” dastanının yayılma coğrafiyası və poetikası” adını öz kitabıma ad seçmişəm.
EL 03 00044 8
044.10.06.2013
GİRİŞ
Türk xalqları arasında geniş yayılmış lakin, az öyrənilmiş, az tədqiq olunmuş dastanlardan biri də “Arzu-Qəmbər” dastanıdır. “Arzu-Qəmbər” kimi söz abidəsini tədqiq edərkən üç məqama xüsusi diqqət yetirmək lazımdır.
1.Dastan hansı dövrdə, hansı tarixdə yaranıb meydana çıxmışdır;
2.Dastanın toplanılması hansı əsrə, hansı illərə düşür;
3.Dastan haqqında elmi məxəzləri araşdırmaq;
“Arzu-Qəmbər”in yaranma tarixi haqqında məlumatları İbrahim Daquqinin, Ata Tərzibaşının, Qəzənfər Paşayevin, Dr. Çengiz Ketenenin tədqiqatlarından və “Arzu-Qəmbər”in müxtəlif, bir-birindən fərqli variantlarından, habelə, İraq-Türk və Orta Asiya nəşrlərinə yazılmış müqəddimələrdən ala bilirik. İbrahim Daquqi “İraq türkmənləri” adlı əsərində yazır:
-Bu hekayə türkmənlərin İslam dinini qəbul etmələrindən sonra yazılmışdır. “Arzu ilə Qamber” bir türkmən dastanıdır.
Müəllifə görə, dastan XVI-XVII yüzilliklər Ağqoyunlu və ya Qaraqoyunlu Türkmən dövlətləri zamanında İraqda tamamlanmışdır.
Ata Tərzibaşı, İbrahim Daquqi və Çingiz Ketene yalnız kərkük “Arzu-Qəmbər”i əsasında tədqiqatlar aparmışlar. Son zamanlar, yəni, 70-ci illərdən sonra aparılmış tədqiqatlarda müxtəlif variantlar haqqında bir kəlmə də olsun söz deyilmir. Pr. Dr. Qəzənfər Paşayev özünün son zamanlar “İraq-Türkmən folkloru” adlı monoqrafiyasında yazır: “Araşdırmacı Sədnik Paşayev “Arzu-Qəmbər”in 1974-cü il və 1975-ci illərdə toplanıb 1980-ci ildə Cəfər Bəkirov tərəfindən yayınlanan variantından bəhs etmişdir 1 ”.
Folklorşünas alim elmi mülahizələrini davam etdirərək yazır:
-Sədnik Paşayevin dastanın Bakı variantının Kərkük variantına daha yaxın və kamil olduğunu qeyd etməsi daha inandırıcıdır.
Əgər Bakı variantı kamil olmasaydı, ötən əsrin əvvəllərində, Bakıda boya-başa çatmış yazıçı Seyid Hüseyn “Arzu-Qəmbər”i 2 məşhur dastanlarımızla yanaşı tutub yazmazdı: “Məlum olduğu üzrə, bizim olduqca zəngin ədəbiyyatımız var. “Aşıq Kərəm”, “Koroğlu”, “Qərib”, “Tahir və Zöhrə”, “Arzu və Qəmbər” kimi hekayətlər el ədəbiyyatımızın məhsulu olduğundan tarixi ədəbiyyatımızın ilk səhifələrini onlardan başlamalıyıq 3 ”.
İstər Kərkük, istərsə də Azərbaycan xoryat və bayatılarının yaratdığı, yaşatdığı, nəsillərə ərməğan etdiyi bir abidə vardır ki, o da “Arzu-Qəmbər” dastanıdır. Kərkükdən, Azərbaycandan baş alıb gələn “Arzu-Qəmbər” Krım tatarları, qaqauzlar, özbəklər arasında yayıla bilmişdir. “Arzu-Qəmbər”in ayrı-ayrı variantları tədqiqata cəlb edildikcə, müqayisəli şəkildə öyrənildikcə dastanın yaranma tarixi, yarandığı coğrafi ərazilər dəqiqləşəcək və dastanın bir çox məziyyətləri üzə çıxacaqdır. Pr. Qəzənfər Paşayev “Arzu-Qəmbər” dastanının araşdırılmasnda qəribə bir məqama toxunur.
“Tanınmış şərqşünas İ.Qnoşun “dastanların ana vətəni Azərbaycandır” qənaətini Pertev Naili Boratov və İsrafil Abbasov doğru hesab edir. 4 ” Çingiz Ketene İbrahim Daquqinin “İraq türkmənləri” əsərinə (Ankara 1970. səh 164-165) istinad edərək yazır: “Dastanın qəhrəmanı Qəmbər XVI-XVII yüzilliklər arasında İraqda yaşamış bir türkmən şairidir. Dastan da İraqda, türkmən dövlətləri zamanında meydana gəlmişdir”. 5
Ata Tərzibaşı “Arzu-Qəmbər” adlı əsərində bildirir ki, kimin tərəfindən yazıldığı bilinməyən bu hekayə Osmanlı imperiyasının son dövrlərində Anadolu rəvayəti olaraq daş basması, daha sonra da mətbəə hərfləri ilə basılmışdır. Lakin, onun original mətninə hələlik rast gəlinməyib.
Ata Tərzibaşı onu da qeyd edir ki, bu dastan ilk dəfə İraqda məhz araşdırmaçılar tərəfindən yazıya alınıb. Hətta, İran və Rusiyada yaşayan türk xalqları arasında belə bu dastanın Anadoluda basılmış variantından başqa bir nümunəyə rastlanmamışdır. Yalnız ağızdan-ağıza dastanın müxtəlif variantları yayılıb.
Ata Tərzibaşı tərəfindən toplanmış “Arzu-Qəmbər” 1964-cü ildə Bağdadda, sonralar Tehran və İstanbulda nəşr edilmişdir. Kərkük “Arzu-Qəmbər”inin birinci vairantını Ata Tərzibaşı canlı danışıq dilindən toplayıb yayımlamışdır. Azərbaycan-Kərkük folklor əlaqələrinin yorulmaz tədqiqatçısı olan Qəzənfər Paşayev 1971-ci ildə Bakıda “Gənclik” nəşriyyatında nəşr etdirmişdir 1 .
“Arzu-Qəmbər” dastanının dörd variantını da biz toplayaraq əvvəlcə hər bir variantı ayrı-ayrı qəzet və jurnallarda çap etdirmiş, nəhayət, onların hamısını “Xalqın söz mirvariləri” kitabına daxil edib, bütövlükdə nəşr etdirmişik. 1
Bundan sonra yenə bizim tərəfimizdən 1972-ci ildə dastan 72 yaşlı Şamaxının Udulu kəndindən olan Böyükxanım Əliheydər qızının dilindən yerli şivədə yazıya alınmış, bir qədər sonra “Azərbaycan qadını” jurnalında nəşr olunmuşdur 2 .
Əgər Ata Tərzibaşı canlı danışıq dilindən eşitdiyi dastanı yazıya almışdısa, biz onu texniki imkanlardan istifadə edərək maqnitofonun yaddaşına yazmışıq. Beləcə, yerli dialekt və şivələr olduğu kimi, original qalmışdır.
Qaqauz folklorunda ayrıca “Arzu-Qəmbər” dastanı yoxdur. Azu ilə Qəmbərin bayatılar, türkülər, düzgülər içərisində 10 bayatı deyişməsi verilmişdir. Onlar bayatıya manilər deyirlər. Bu mani-bayatı deyişmədə elə örnəklər verilmişdir ki, onlar “Arzu-Qəmbər” dastanının məzmununu tam olaraq ifadə edə bilmir. Lakin, çox incə məqamlara, hadisələrə toxunur. Beləcə, bizdə tam təsəvvür yaradır ki, dastanın tam süjeti qaqauzlar arasında mövcud imiş. Məs: “Arzu-Qəmbər”in bir neçə variantlarında özünə yer almış bilərzik məsələsinə qaqauzların folklorundakı deyişmədə belə münasibət bildirilir:
Ben çeşmeye vardım,
Elimi, yüzümü yudum,
Taş yüstüne koydum.
Kamber:
Ben çeşmeye varmadım,
Elimi, yüzümü yumadım,
Deyişmədə muştuluq əhvalatı da var:
Kamber:
Ay duar tunuk-tunuk,
Bahçeler dolmuş gül tomruk,
Arzı, ne var muştuluk?
Ay duar tunuk-tunuk,
Bahçeler dolmuş gül tomruk,
Al şeftali muştuluk.
Həmin deyişmənin sonunda bu bəndlərdən əlavə yarımçıq verilmiş bir beyt də deyilir. Deyişmənin son iki bəndində Arzunun anasının Qəmbərə zəhər vermək mətləbindən söz açılır.
Deyişmənin son bəndlərində daha yeni məsələlərdən bəhs olunur ki, burada qeyd olunanlar dastanın başqa variantlarında yoxdur. Biz burada birinci dəfədir ki, “Qərib Qəmbər” ifadəsinə rast gəlirik.
Eyni zamanda, Arzunun anasının adının Gülüstan, babasının adının Hüdüstan olduğu bildirilir. Vaxtı ilə bu dastanın qaqauzlar arasında geniş yayıldığını, bitkin bir dastan olduğunu bir də ona görə deyirik ki, başqa manilər, söyləmələr sevgilisini Arzuya, özünü isə Qəmbərə bənzədir.
İki yüz otuz səkkiz mani içərisində belə bir örnəyə rast gəlirik:
Ay da var amber gibi,
Ortası çember gibi,
Kız, ben sana aşık oldum,
Harzı ilə Kamber gibi.
Bu bir daha sübut edir ki, “Arzu-Qəmbər” dastanı türk xalqları arasında geniş inkişaf etmişdir.
Kərkük variantında Qəmbər Əcəm şahına şikayətə gedir. Lakin Pr. Dr. Çengiz Ketenenin “Kərkük xalq ədəbiyyatından seçmələr” kitabında verdiyi “Arzu-Qəmbər” variantında birinci dəfədir ki, Qəmbərin əlində saz görürük 3 . Orada deyilir:
Kamberin elinde sazı,
Etsin Kamberi razı.
Burada müraciət etdiyi şah deyil, padşahdır:
Mal senin, emlak senin,
Asker ver, men gedelim,
Arzu menim payımdı.
Kərkük, istərsə də türk “Arzu-Qəmbər”ində Qəmbərin müraciət etdiyi xəstədir. Ona görə də hər dəfə haqq aşığı olmasını sınaqdan, imtahandan keçirirlər. Qəmbər isə öz növbəsində hansı meyvənin hansı şaha, padşaha kömək edəcəyini söyləyir:
Erig, alma, haluça,
Kavun, karpız, bu neçə,
Heyva yedi tutuldi,
Nar yesev medev aça. 1
“Arzu-Qəmbər”in ayrı-ayrı variantlarında “Tahir-Zöhrə”, “Əsli-Kərəm” dastanları ilə çarpazlaşdığını, iç-içə dayandığını görürük. İstər Kərkük, istər Türk, istərsə də Krım tatar folklorunda “Arzu-Qəmbər”, “Tahir-Zöhrə”, “Əsli-Kərəm” yan-yana, iç-içə yaşayırlar. Biz bundan əvvəl Krım-tatar və Karaim folklorunda eyni məzmunlu “Arzu-Qəmbər” və “Tahir-Zöhrə” dastanından bir-birinə bənzər şeir örnəkləri qeyd eləmişik.
Qəmbər çayın bir üzündə, Arzu da o biri üzündə dayanır. Onlar bir-birlərini tanımırlar.
Qəmbər qızdan soruşur:
Kudret kalemin çekilip kaşın,
Ya baban ölmüş, ya kardaşın,
Ne gezirsen bu məzarı?
Həmin şeirə cavab olaraq Arzu deyir:
Kudret kalemin çekilmiş kaşım,
Ne babam ölmüş, ne de kardaşım,
Yar aşkinnen gezirem bu məzarı.
Arzu Qəmbərin Araz çayına düşüb öldüyünü zənn edir. Bir daşı məzar bilib başına dolanır. Bu mənzərəni görən Qəmbər Arzunu sınağa çəkir. Dastanın Türk variantında özünə yer almış nümunə gətirdiyimiz iki parça şeir “Əsli-Kərəm” dastanındakı bir epizodu yada salır.
. Məzarıstanda Kərəm Səlminaza rast gəlir. Məzarın başına dolanan qızdan Kərəm soruşur:
Qaşların haramı, gözlərin yağı,
Ahu gözlüm, nə gəzirsən məzarı?
Aşiqi bənd etdi zülflərin tağı,
Ahu gözlüm, nə gəzirsən məzarı?
Aşıq, gəl soruşma ərzi-halımı,
Yar eşqidi mən gəzirəm məzarı.
Fələk soldurubdu yaşıl, alımı,
Yar eşqidi mən gəzirəm məzarı.
Səlminaz Kərəmin “Ölən atandırmı, yoxsa qardaşın?” sualına cavab verir ki, ölən nə atamdır, nə də qardaşım. Kərəm təkrarən soruşur:
-Neçə ildir ki, sənin yarın öləli?
-Yeddi ildir-deyə Səlminaz cavab verir. Kərəm bildirir ki, “Yeddi il oldusa çoxdan çürümüş”.
Lakin, qartal geymiş Səlminaz öz inamını itirməmişdir. O, qətiyyətlə deyir: “Əmanətdi, yeddi ildə çürüməz”. Başqa bir varianta görə, Səlminaz: “Açın məzarı görünsün üzü”-deyib daş sandığın qapağını qaldırır, məzarda cavan bir oğlanın telli sazı da yanında əbədi uyuduğunu görür. Bu məhəbbətin, sevginin ölməzliyidir. Arzu ilə Qəmbər isə ölümə inanırlar.
Arzu Qəmbərdən soruşur:
-Qəmbər ölüb, sağdımı?
Qəmbər isə yalandan bildirir ki, ölüb. Arzu dərhal inanır, ağlayır. Üzünü dırnaqları ilə yaralayır. Eləcə də, Əcəm şahından qoşun alıb gətirən Qəmbəri bir büküm halva ilə qarı aldadır. Arzunun öldüyünü bildirir. Sadəlövhcəsinə qarı Qəmbəri aldadır, o da qoşunu geri qaytarır. Şirini qəlbən sevən Fərhad da belədir. Ayrı-ayrı əfsanələrə görə, qəflətən yandırılan tonqallara, qarının bir büküm halvasına aldanan Fərhad da, bax beləcə, intihar edir, külünglə başına vurub özünü öldürür.
“Arzu-Qəmbər” dastanının yaranması, yayılması, bayatıya köklənməsi uzun və yorulmaz tədqiqatın mövzusudur. Bu tədqiqatın daha dolğun olması üçün ayrı-ayrı bölmələr üzrə araşdırmalar aparmışıq. Bu bölmələrin hər birində dastanın müxtəlif regionlarda olsa da eyni məzmunla süslənməsi daha çox nəzərə çarpır. Qeyd edək ki, “Arzu-Qəmbər”lə bağlı tədqiqatı davam etdirdikcə, ölkədən ölkəyə keçdikcə dastanın coğrafiyası daha da genişlənir. Bir-birindən fərqli variantlar meydana çıxır. Dastanın bu cür geniş yayılmasına səbəb dil faktorudur. Türkdilli xalqlar ailəsində yayılan bu dastan həm də müsəlmançılığın yayıldığı dövrdə intişar tapmış, dini bir, dili bir xalqlar bu dastana xüsusi maraq göstərmişlər.
Məlumdur ki, müsəlman aləminin qibləgahı Məkkə, Mədinə, Kərbəladır. Müsəlmanlar ardı-arası kəsilmədən bu yerlərə səcdəyə, ziyarətə gedirlər. Özləri ilə bu yerlərə qürbət, hicran, ayrılıq bayatıları apardıqları kimi Bağdaddan da geri qəriblik bayatıları, “Arzu-Qəmbər” kimi hekayələri seçib öz vətənlərinə gətirirlər. Bayatı çox yığcam, poetik, lakonik bir janrdır. Tez əzbərlənir, yadda qalır, ürəyəyatımlıdır. Bağdad bir bayatı xəzinəsi olduğu üçün onun köksündə yaranmış “Arzu-Qəmbər” də bayatılı dastandır. Bu ədəbi nümunə öz çevrəsindən çıxaraq, coğrafiyasını dəyişərək eldən-elə, ölkədən-ölkəyə keçir. Beləcə, yeni poetik elementlərlə bəzənən “Arzu-Qəmbər” dastanının yeni variantları yaranır. Əfsanəyə bağlı bu əsər hər bir millət daxilində lokallıq qazanır, yeni bənzərsiz “Arzu-Qəmbər”in meydana çıxmasına səbəb olur.
Fikrimizi təsdiq edən “Kərbəla səfəri” adlı tarixi bir hekayətə diqqət yetirək: “Rza kişi gözünü açandan tayfasını Goranboy rayonunun Yolqullar kəndində görmüşdür. Bu kəndin üst yanından karvan yolu keçirmiş. “Pəri bacıları” adı ilə məşhur olan bir cüt bacı karvan yolunu kəsərək böyük miqdarda sərvətlər toplayırmışlar. Onlar xeyli aralıda bir dəyirman tikdirib Yolqullardan olan pirani bir qocanı oraya dəyirmançı qoyublarmış. Dəyirmançıya tapşırıblarmış ki, dəyirmana dən üyütməyə gələn adamlardan şahat almasın. O, ancaq yaxınlıqda olan daşlıqda gizlədilmiş Pəri qızları xəzinəsinə nəzarət etsin.
Pəri qızları nurani kişiyə qabaqcadan vəsiyyət ediblərmiş ki, öləndə bizi əsl müsəlman qaydası ilə götürtdür, layiqli və diqqəti cəlb edən bir məzar tikdir. Qoy desinlər: “Bunlar cəngavər Pəri qızlarının məzarıdır”.
Bir gün nurani kişi eşidir ki, Pəri qızlarını qətlə yetirmişlər. O, xəzinədən çoxlu pul, qızıl götürüb Pəri qızlarını dəfn etdirir, məzarları üzərində qoşa abidə qurdurur. Adna günlərində Pəri qızları təpəsində ehsanlar verir. Eyni zamanda, Pəri qızların məzarına nəzarət edir. Bu yerlərə quş da səkə bilmirdi. Pirani qoca ölüm vaxtının yaxınlaşdığını hiss edib ağıllı və zəkalı, Allaha, Peyğəmbərə, İmama inamı olan nəvəsi Rzanı yanına çağırır. Deyəcəyi sirri möhkəm saxlamağı ona tapşırır:
– Oğul, evlisən, indi yekə kişisən, bir qızın, üç oğlun var. Xədicənin uşaqları az qala oğlanlarınla yaşıddır. Oğlun Əliyə toy etmisən. Həsən həddi-büluğa çatıb. Təkcə Hüseyn körpədir. Bax, o tərəfdə görünən Pəri qızlarının məzarını göz bəbəyin kimi qoru. Onların xəzinəsi məndədir, halallıqla özləri bağışlayıb. Əcəldən qaçmaq olmaz. Ölüm-itim var. Gəl, qızıl-gümüş xəzinəsinin yerini sənə deyim. Onu gələcəkdə övladlarına xərclə.
Rzanın bircə arzusu var idi. Balaca oğlu Hüseynə toy edib, Kərbəlaya ziyarətə gedib və ölüb Kərbəlada qalsın. Həsənin də toyu oldu. Rza kişi Hüseynin böyüməsini səbirsizliklə gözləyirdi. Gün o gün oldu ki, Hüseyn həddi-büluğa çatdı. Rza kişi Hüseyni yanına çağırıb dedi:
– Hüseyn, bilirsən ki, indiyə qədər sənin böyüməyini gözləmişəm. Mən Kərbəlaya gedib orada öləcəyəm. Sən elə ağıllı qız sevib seçməlisən ki, bu yurda həm gəlin, həm də ana olsun. Mənim nəvələrim tez-tez bu evə gələcəklər. Onların üzünə pis baxmasın. Evimizdəki səmimiyyət, bu abu-hava qalsın.
Hüseynin də toyu oldu. Aradan bir ay keçəndən sonra Rza övladlarını bir yerə cəmləyib dedi:
– Hə, övladlarım, arzu etdiyim gün gəlib çatdı. Mən sizinlə vidalaşmalı olacağam. Yorğan-döşək yükünün arxasındakı kisələri ortaya gətirin. O kisələrdəki qızıllar Pəri qızlarından babama yadigar qalmışdı. Mən onları sizin aranızda böləcəyəm.
Rza qız və iki oğlunun hər birinə üç çanaq, balaca oğlu Hüseynə altı çanaq qızıl verdi. Özü isə altı çanaq götürdü. Övladlarının qəlbində narahatlıq və narazılıq yaranmasın deyə belə dedi:
- Balaca oğlum Hüseynin evinə hər gün nəvə-nəticəm gələcək. İldə bir dəfə yad edib, mənə ehsan verəcək. Bunu nəzərə alıb ona altı çanaq qızıl verdim. Mən özümə ona görə altı çanaq qızıl götürdüm ki, birdən Kərbəlaya çatan kimi ölmədim. Allah mənə bəlkə daha uzun ömür verəcəkdir.
Bu kənddə bir ağ at var idi. Kərbəlaya gedənlər ağ atı kirayə tuturdular. Ağ at Kərbəlanın yollarına bələd olduğu üçün zəvvarlara bələdçilik edirdi. Rza kişi at sahibinə dedi:
– Mən atı kirayə tutmayacağam. Onu mənə satmalısan. Kərbəladan bu yerlərə gələn olsa ağ atı ona əmanət edib göndərəcəyəm. Mən Kərbəlanı ziyarət edib, orada ölüb qalacağam. Bəlkə, tale elə gətirdi ki, ağ at da Kərbəlada qaldı.
Rza kişi Kərbəla səfərinə çıxmalı oldu. Kənd əhli onu ağlaya-ağlaya kəndin qurtaracağındakı Dərbənd yoluna qədər ötürdü. Rza kişi oğul-uşağı, nəvələri, bir sözlə, kənd əhli ilə bir-bir görüşüb ayrıldı.
Aradan beş-on il keçdi. Artıq Rza kişinin böyük qızı Xədicə və böyük oğlu Əli dünyasını dəyişmişdi. Bir gün Həsən qardaşı Hüseynə dedi:
– Əzizim, sən bizdən gəncsən, Kərbəla ziyarətinə yola düş. Atamızın öldüsündən, qaldısından bir xəbər tut.
Hüseyn zəvvarlara qoşulub Kərbəlaya yola düşdü. Düşündü ki, atam “Quran” əhlidir. Əgər ölübsə, yəqin ki, baş daşının üstündə adı yazılmış olar. Xeyli gəzib-dolanandan sonra məzarıstana gəldi. Mollalardan soraqlaşa-soraqlaşa atasının məzarını tapdı. Məzarın torpağı hələ də yaş idi. Demək, atası təzəcə ölmüşdü. O, hər gün günorta namazı vaxtı atasının məzarını ziyarət edir, başdaşını öpüb ağlayırdı. Bığ yeri təzəcə tərləmiş bir oğlan ona yaxınlaşıb soruşdu:
-Qardaş, sən kimsən ki, mənim atamın başdaşını öpüb ağlayırsan?
– Bu mənim də atamdır.
Onlar vəziyyəti başa düşüb bir-birlərini qucaqlayıb ağladılar. Sonra Hüseyn həmin oğlanla gedib atasının yeni ailə üzvləri ilə tanış oldu. Atası Kərbəlaya gələndən sonra Səkinə adlı bir qadınla evlənmiş, ondan oğlu İbrahimxəlil və qızı Zəhra dünyaya gəlmişdi. Rza kişi Kərbəlada 20 ildən artıq ömür sürmüşdü. Ailəsi üçün ev-eşik, gözəl şərait qoyub getmişdi. Hüseyn bir neçə gün burada qaldıqdan sonra vətənə döndü. Bacı-qardaşlarına və Səkinə anaya söz verdi ki, onlarla əlaqə saxlayacaq. Lakin, söz söz olaraq qaldı. Sən saydığını say, gör fələk nə sayır. Hüseyn vətənə qayıdanda artıq XI ordu Bakıda idi. Əlaqələr də qırıldı, ümidlər də üzüldü. Kərbəla səfərləri ilə bir-birindən gözəl bayatılar yaranmışdı. Həmin bayatılardan birinə diqqət yetirək:
Ruhum Kəpəzdə qaldı,
Qaldı Göy düzdə qaldı.
Bu canım sizdə qaldı.
Bax, beləcə, Kərbəlaya təzə bayatılar gəlir, vətənə qərib bayatıları qayıdır. Bağdad –İraq-Kərkük olaylarında bayatıların rəngarəng, bədii-poetik cəhətdən zəngin olmasının əsl səbəblərindən biri də bax, budur. Odur ki, Bağdad olaylarında Mosulda, Kərkükdə “Gəncə”, “Ağdaş” adlı kəndlər də mövcuddur. Həmin ərazilərdən gedən insan toplumu bir kəndə, qəsəbəyə çevrilir. Çox xoşagələn bir haldır ki, xalqımız bu toponimlər haqqında məlumat əldə edir. Bayatı xəzinəmizdə olan bayatıların Kərkük bayaıəları içərisində yayıldığını, əbədiləşdiyini görür, tarixin yaddaşına “afərin” deyir.
I FƏSİL
“Arzu-Qəmbər” dastanının
yayılma coğrafiyası
Bu dastan Bağdadda kərküklər, Krım tatarları, türklər, azərbaycanlılar, özbək və qaqauzlar arasında bu gün də yaşamaqdadır.
Türk xalqlarının folklorunda ortaqlıq, müştərəklik özünü bütün janrlarda, o cümlədən, əski ata sözlərində, lətifələrdə, tapmacalarda (bilməcələrdə) qabarıq şəkildə göstərməkdədir. Əfsanə və rəvayətlər lokallığına, yarandığı coğrafi əraziyə bağlılığına görə başqa janrlardan fərqlənir. Bəzən gəzərgi əfsanələrdə, qədim çağlardan müəyyən dünyagörüşlərlə bağlı “Gəlin qayası”, “Gəlin daşı”, “Qız daşa dönən”, “Çoban daşa dönən” əfsanələrində bənzərliklər mövcud olduğunu görürük. Bunu ortaqlıq yox, tipoloji yaxınlıq kimi dəyərləndirmək vacibdir.
Bunun genetik əlaqəylə bağlı olması ilə yanaşı tipoloji əlaqə ilə bağlı olduğunu da görürük. Sözün geniş mənasında həm də tipoloji əlaqələr zəminində də görürük.
Bu cür ortaqlığın ilk faktoru, ilk amili dildir. Dastan qəhrəmanı olan aşiq və məşuqlar dil baxımından bir-birini duymalı, anlamalı və bir-birinin sözünü dərk etməlidir. Aşiqlər o ölkələrə buta dalınca gedir ki, orada sevdiyi qızın dilində danışa bilir. O yerlərə gedir ki, o xalqın dili türk dil ailəsinə daxildir. Məsələn: Diyarbəkirdən Novruz Yəmənə yox, Misirə gedir. Çünki, orada səlcuq türkləri yaşayır. Müəyyən dialekt və şivə fərqləri olsa da, Novruzla Qəndab şeirlə, sözlə bir-birini anlayır və başa düşür. (“Novruz və Qəndab” dastanı).
Və yaxud Məsimin atası Əziz Xoca Diləfruzu gətirmək üçün Yaponiyaya yox, Çinə gedir. Çünki, Çində onun anladığı dildə danışan uyğurlar yaşayır.
Dastandakı yer adları da onun yarandığı və meydana gəldiyi coğrafi məkanları öyrənməyə aydınlıq gətirir. Bundan əvvəlki tədqiqatlarda “Şah İsmayıl və Gülzar” dastanında toponomik adlara görə, bəzən Şah İsmayılın Şah Xətayi olmadığı iddia edilirdi. Qədim məxəzlərin verdiyi məlumata görə, indiki Ərdəbilin adı qədimlərdən Qəndəhar olub. Bura isə Şah İsmayılın doğulduğu yurddur.
Dastanda Gülzarın Türkmən Paşanın qızı olduğu deyilir. Şiraz yaxınlığında isə türkmən boyları yaşayır və Gülzar da bu coğrafi məkanla bağlıdır. Eyni zamanda, dastanın bu yerlərdə cərəyan etməsi ilə bağlı xeyli real faktlar mövcuddur. Azərbaycanda, İraqda və Krımda tatarlar arasında geniş yayılmış “Arzu-Qəmbər” dastanının öz coğrafi məkanına görə hər bir variantının özünəməxsus (lokallıqla bağlı) çalarları var.
Krım-Tatar “Arzu-Qəmbər”inin “Əsli-Kərəm”lə və ya buna bənzər bir dastan süjeti ilə çarpazlaşması mövcuddur.
Bəzi dastanların coğrafi məkanları qədim məskənlərin və qalaların adı ilə bağlı bu gün də yaşamaqdadır. “Şəhri və Mehri” dastanı ilə bağlı Güney Azərbaycanda Şəhri-Mehri şəhəri var. Zəncan yolu üstə Xəzərə tökülən bir çayın sahilində isə Tahir-Zöhrə qalası durur. Rəvayətə görə, Tahir bu yerdə sandığa qoyulub qalanın yanından keçən çaya atılıb və sandıq Xəzərdə üzə-üzə Orta Asiya tərəfə keçmişdir.
“Qul Mahmud” dastanı Misirlə, “Yaralı Mahmud” dastanı isə Gəncə və İstanbulla bağlıdır. “Yaralı Mahmud” dastanı Türkiyədə geniş yayıldığı halda, bizdə yalnız İrəvanın Ağbaba adlanan ərazisində və Şirvanda yayılmışdır. Şamaxıda yayılan “Mahmud və Nigar” dastanının Türkiyədə çox sayda variantı mövcuddur. Dədə Qorqudu qopuzu ölümdən qoruduğu kimi, burada da qəhrəmanları Qaracaoğlanın sazı qoruyur. Onun sazının hər simi bir insanı yenidən dirildir, həyata qaytarır.
“Mahmud və Nigar” dastanı Türkiyədə müxtəlif variantlarda özünü göstərməkdədir. Variantın birində Nəsrin şah Mahmudu özbaşına sevdiyinə görə qızı Nigarı, Mahmudu və onu dostu Abid Qəmbəri tikə-tikə doğratdırır. Başqa varianta görə isə, onları öldürtdürüb sandığa qoydurur, sandıq axa-axa, yəqin ki, Xəzər vasitəsilə, Şirvana yan alır.
Nəsrin şah hirsi soyuyandan sonra yeganə qızını məhv etdiyi üçün peşman olur. Aqillər şaha bildirirlər ki, ancaq onları Qaracaoğlanın sazı dirildə bilər.
Qaracaoğlan sazının ecazkar möcüzələrini saymaqla qurtarmaz. Köç zamanı Dəli Hasanın yatıb yerindən qalxmayan, köçdən qalan dəvəyə yazığı gəlir. Lakin yorulmuş dəvəni yerindən tərpətmək mümkün olmur. Dəli Hasan Qaracaoğlana deyir:
-Qaracaoğlan, əlac sənin sazına və türkülərinə qalıb.
Qarcaoğlanın sazının və türkülərinin səsi dağlara, meşələrə, çəmənliklərə yayılır. Dəvə yavaş-yavaş yerindən qalxmağa başlayır.
Dəli Hasanla Qaracaoğlan özləri də dəvənin yerindən qalxdığını görüncə çaşır və telli sazın bu ecazkar təsirinə heyran qalırlar. 1
Doğrudur, Dədə Qorqud da qopuzunun qüdrəti ilə dənizdə xalça üzərində illərlə qopuz çalıb əzraili yaxın buraxmır. Dədə Qorqud qopuzu ilə öz həyatını qoruyur, ölümsüzlük qazanmaq istəyir. Qaracaoğlanın sazı isə özünə yox, başqalarına həyat verir. Bu qüdrəti ilk öncə, Xıdır İlyasda, İslam dininin qələbəsindən sonra Həzrət Əlidə görürük. Yəni, Xıdır İlyas kultu Həzrət Əli kultu ilə əvəz olunur.
Dastana görə, Qaracaoğlan Türkiyədən Şirvana sürgün edilmişdir. Nəsrin şahın məhv etdiyi üç nakam gəncin cəsədləri də sandıqda su ilə axa-axa Şirvana gəlib çıxmışdır.
Ənam qazanmaq istəyən adamlar böyük çətinliklə Qaracaoğlanı tapırlar. Qaracaoğlan bildirir ki, mənim oxumağım yasaq edildiyindən sazımı bir çinarın dibində basdırmışam. O, adamlarla birlikdə gəlib sazı torpaqdan çıxarır və baxır ki, sazın cəmi üç simi salamat qalıb. Birinci simi səsləndirəndə Mahmud sağalıb dünyaya yenidən qayıdır, ikinci simi tərpətdikdə Nigar ölüm yuxusundan oyanır, üçüncü simi dilləndirəndə isə Abid Qəmbər asqırıb ayağa qalxır.
“Əsli və Kərəm” dastanının yayılma coğrafiyası və onun ayrı-ayrı variantları yeni söz deməyə böyük imkanlar yaradır. Əksər variantlarda “Alış, Kərəm, tutuş, Kərəm” deyən Kərəm də, onun sevgilisi Əsli də yanıb kül olurlar. Təkcə Güney Azərbaycan variantında Kərəm və Əsli salamat qalırlar.
Bizim üçün çox maraqlıdır ki, “Arzu və Qəmbər”in Krım-tatar variantında Arzunun atası da onların istəyini qəbul etmədiyi üçün Arzu ilə Qəmbərin qəbirləri arasında qaratikan kolu əkir. Bu faktın özü bir daha təsdiq edir ki, “Əsli və Kərəm” dastanının süjeti daha qədimdir. Bu dastana bənzər türk xalqları arasında müəyyən bir dastan və ya əski bir süjet mövcud olmuşdur.
Türkmən dastanı olan “Sayad və Həmra”da çox sayda Kərəmin qoşmalarından istifadə olunmuşdur. Bu süjet Gəncə, Təbriz, Kərkük bölgələrində, türk, özbək, türkmən, qazax və başqa türk xalqlarının folklorunda geniş yer almışdır.
Bununla belə, cəsarətlə deyə bilərik ki, “Əsli-Kərəm”in ilk beşiyi Gəncədir. Çünki, bu torpaqda dastanla bağlı çox sayda əsatir, əfsanə və tarixi rəvayətlər mövcuddur. Bundan əlavə, dastanın poetik təhlili, şeirlərin və saz havalarının meydana gəlməsi, müasir dövrdə bunların ifası elmi mülahizəmizi həqiqətə daha da yaxınlaşdırır. “Əsli və Kərəm”lə bağlı Azərbaycanda aşağıdakı saz havaları mövcuddur. “Zarıncı”, “Yanıq Kərəmi”, “Quba Kərəmisi”, “Ərəsbər Kərəmisi”, “Qürbəti Kərəm”, “Kərəm şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Əhmədi Kərəm”, “Döymə Kərəmi”, “İran Kərəmisi”, “Novruz Kərəmisi”, “Kərəm köçdü” (indiki adı “Opera Kərəmisi”) və başqalarını göstərə bilərik.
Bunlardan “Döymə Kərəmi” və “Kərəm şikəstəsi” Şirvanda, “Əhmədi Kərəm” Borçalıda, “Qürbəti Kərəm” isə Ağbabada, Güney Azərbaycanda geniş yayılmışdır. Türk xalqlarının dastan ortaqlığını sübut edən əsas amillərdən biri də coğrafi məkanlarla bağlılıqdır.
Türk xalqlarının folklor ortaqlığı özünü əsatir, əfsanə və rəvayətlərdə daha güclü şəkildə əks etdirmişdir. “Əsli və Kərəm” dastanında real tarixi hadisələrlə yanaşı, qədim əsatir və əfsanələrdən də istifadə olunmuşdur.
İstər “Əsli və Kərəm” dastanında, istərsə də “Arzu və Qəmbər”in Krım-tatar variantında “Ay və Gün” əfsanəsi süjet xəttində dayanır və hadisələrin inkişaf xətti bu əfsanə ilə əlaqələndirilir. Əfsanəyə görə, Ayla Gün bir-birinə aşiqdirlər. Onlar görüşməyə, vüsala yetməyə can atırlar. Lakin, onlar bir-birinə çathaçatda qaranlıq gecə araya düşüb onları bir-birinə qovuşmağa qoymur.
Dastanda qara gecəni Qara Keşiş təmsil edir. Kərəmin və Əslinin üstündə əkilən qızılgüllər bir-birinə can atırlar. Lakin, hər iki gəncin qəbri arasında Keşişin əkdiyi qaratikan kolu onları qovuşmağa qoymur. Güney Azərbaycan variantında Keşişin biçib-tikdiyi donun tilsimi üç kəlmeyi-şəhadətlə sınır. Keşiş məğlub olur. Lakin, xristianlığın öz gücünü saxladığı ərazilərdə tilsimli köynəyi cırmaq və ya tilsimi sındırmaq mümkün olmur.
“Arzu-Qəmbər”in Krım tatarları arasında yayılmış variantında Arzunun Qəmbərə qovuşmasını istəməyən qız atası Teymurbəy iki qəbir arasında qaratikan kolu əkir.
Bu qaratikan kolu üzərindən bir-birinə can atan zərif güllərin yarpaqlarını və ləçəklərini zədələyir. Bunun özü bir daha sübut edir ki, “Ay və Gün” əfsanəsi türkdilli xalqların ortaq dastan yaradıcılığı mərhələsində mövcud olmuş və adı çəkilən dastanlar üçün nüvə rolu oynamışdır.
“Arzu-Qəmbər” dastanının dörd variantını da biz toplamışıq. Əvvəlcə, hər bir variantı ayrı-ayrı qəzet və jurnallarda çap etdirmiş, nəhayət, onların hamısını “Xalqın söz mirvariləri” kitabına daxil edib, bütövlükdə nəşr etdirmişik 4 .
“Arzu-Qəmbər” dastanı ilə bağlı Əbdüllətif Bəndəroğlu, Daşkənddə (Krım-tatar variantı haqqında) Cəfər Bəkirov 5 , türk araşdırıcısı Orhan Seyfi 6 və başqaları araşdırmalar aparmışlar. Lakin, indiyə qədər türk xalqlarının əski və müştərək dastanı olan “Arzu-Qəmbər” haqqında onu əhatə edən monoqrafik əsər yazılmamışdır. Doğrudur, ilk dəfə olaraq Qəzənfər Paşayev və biz “Arzu-Qəmbər”in ayrı-ayrı variantlarına öz əsərlərimizdə münasibət bildirmişik, hətta, az da olsa, elmi müqayisələr də aparmışıq.
Kərkük folklorunun məhşur bilicilərindən biri olan Əbdüllətif Bəndəroğlu “Arzu-Qəmbər”in yeni Tuz-Xurmatı variantını toplayıb nəşr etdirmişdir. Həmin variant Qəzənfər Paşayev və Əbdüllətif Bəndəroğlunun birlikdə nəşr etdirdikləri “Azərbaycan folkloru antologiyası” (İraq-Türkmən cildi) kitabına daxil edilmişdir 7 .
İstər Kərkük, istərsə də Azərbaycan bayatılarının yaratdığı, yaşatdığı, nəsillərə ərməğan etdiyi bir abidə vardır ki, o da “Arzu-Qəmbər” dastanıdır. Kərkükdən və Azərbaycandan baş alıb gələn “Arzu-Qəmbər” Krım tatarları, qaqauzlar, özbəklər arasında da yayıla bilmişdir.
Lakin, bu günə qədər çoxvariantlı “Arzu-Qəmbər” dastanı haqqında ayrıca tədqiqat əsəri yazılmamışdır.
Aydınca görünür ki, “Arzu-Qəmbər” dastanı vaxtı ilə türk xalqları, eləcə də, azərbaycanlılar arasında geniş yayılmış, sonralar bir qədər unudulmuş, bəzi sinədəftər nənələrin yaddaşında qalmışdır.
Çox maraqlıdır ki, Azərbaycanda “Arzu-Qəmbər” dastanının ayrı-ayrı variantlarından əlavə, onunla bağlı əfsanələr, rəvayətlər, xalq söyləmələri də yaddaşlarda yaşamaqdadır. Bu o deməkdir ki, “Arzu-Qəmbər” Azərbaycan xalqına, onun folkloruna çox doğmadır. Ümumiyyətlə, Azərbaycan xalqına məxsus olan bayatılı hekayət və dastanlar sinəsi sözlü nənələr, analar arasında geniş yayılmışdır. Aşıqlar isə Arzuyla Qəmbərin adını “Əsli-Kərəm” dastanındakı məhşur bir qoşmadan eşitmişlər:
Xurşid öz Mahının izinə yatdı,
Qəmbər Arzusunun dizinə yatdı.
Dünyada Şahsənəm murada çatdı,
Aşıq Qərib kimi gülən olmadı.
Çoxvariantlı “Arzu-Qəmbər” dastanının qəhrəmanları Kərkükdə kərküklü, Azərbaycanda azərbaycanlı, Krım-tatar folklorunda isə daha bənzərsiz olurlar. Hər bir dastanda lokallıq-coğrafi məkan, təsvir və boyaları, milli xarakter duyumları, adət və ənənələr bir qədər fərqli olduğunu büruzə verməkdədir.
Türk poeziyasının Yunis Əmrə (XIII əsr), bundan sonra gələn Pirsultan Abdal (XIII əsr), Dadaloğlu, Dərdli dastan yaradıcılığına, daha doğrusu, dastan yaratmağa meyl göstərməmişlər. XVII əsrin b öyük sənətkarı Qaracaoğlan, nəinki dastan yaratmış, hətta özünə qədər mövcud olan dastanlar haqqında da qoşmaları vasitəsi ilə nəzəri fikirlər söyləmişdir. Özündən əvvəl yaranan ortaq türk dastanları haqqında tarixi fakt kimi çıxış etmişdir. Bu qoşma və Qaracaoğlanın “Nigar və Mahmud” dastanı ilə bağlılığı, sirli-sehrli keyfiyyətləri tədqiqata cəlb edilməmişdir. “Olmadı” qoşmasında deyilir:
Başı ərşə duran, a qarlı dağlar!
Hamı dağlar sizdə qalan olmadı.
Kərəm sevdi Əslisindən yad oldu,
Aşıq Qərib kimi gülən olmadı.
Kərəm Əslisini neçə il gəzdi,
Axırı tapmadı, canından bezdi.
Yar yolunda ürəyini çox üzdü,
Aşıq Kərəm kimi yanan olmadı.
Kim görübdü Fərhad ilə Şirini,
Onlar da sevirdi biri-birini.
Atdı külüngünü, yardı sərini,
Fərhad tək yar yolunda ölən olmadı.
Türkiyə. Amasya .
Fərhad ilə Şirinin süd arxı
Qaracaoğlanam, dağ döşündə oturdum,
Bir olan dərdimi minə yetirdim.
Həkimi-loğmandan dərman gətirdim,
Mənim dərdlərimi bilən olmadı.
Cəsarətlə deyə bilərik ki, Qaracaoğlanın bu tarixi qoşmasından sonra “Arzu-Qəmbər” dastanı ümumi xalq yaradıcılığı çevrəsindən çıxaraq aşıq yaradıcılığı mərhələsinə daxil olmuşdur. Qaracaoğlan təkcə folklor, dastan yaradıcılığı nəzəriyyəçisi deyil. O, həm də, sözün geniş mənasında, mükəmməl dastan yaradıcısıdır. Qaracaoğlanın qoşmasında adlarını çəkdiyi dastanları ölkədən ölkəyə, məclisdən məclisə daşımış, onları improvizasiya edə-edə kamilləşdirmiş, şeirlərində adını çəkdiyi və çəkmədiyi dastanları kamilləşdirmiş, özü də həmin dastanların bariz nümunələrini yaratmışdır. Biz bunları “Türk dünyası aşıq sənətinin Qaracaoğlanı” adlı tamamlamaqda olduğumuz elmi-tədqiqat əsərində geniş araşdırmışıq. Burada öz əksini tapmamış elmi mülahizələr həmin monoqrafiyada genişliyi ilə yer almışdır.
Qaracaoğlan ənənələrini XIX əsrdə Çıldırın Şuxasından olan Aşıq Şenlik davam etdirmiş, “Lətif şah və Mehriban sultan” dastanını yaratmışdır.
Qaracaoğlan aşıq şeir və musiqisi ilə yanaşı, dastan yaradıcılığına böyük önəm verir. Doğrudan da, dastan aşığın ana əsəridir, dastan aşığın dərsliyidir. Ustad aşıq öz şagirdlərini dastan vasitəsi ilə yetişdirir. Dastanın quruluşu, onun öyrənilməsi şagirdlər üçün bir məktəbdir. Əgər dastan qəhrəmanlıq dastanıdırsa onun əvvəlində vücudnamə (klassik aşıq yaradıcılığında onun bir adı da pişrovdur) verilir. Ona görə ki, vücudnamə dastanın başlanğıcında deyilir. Dastanın sonunda isə cahannamə olmalıdır. “Kitabi-Dədəd Qorqud”da çox boyların sonunda aşağıdakı cahannamə nümunəsi verilir:
Gəlimli, gedimli dünya,
Son ucu ölümlü dünya.
Torpaq aldı, yer gizlədi,
Fani dünya kimə qaldı.
Hanı öydüyüm ərənlər,
Dünya mənimdi deyənlər,
Torpaq aldı, yer gizlədi,
Fani dünya kimə qaldı.
Cahannamənin ən yaxşı nümunələrini Tikmədaşlı Xəstə Qasım, Abdal Gülablı Valeh yaratmışdır. Məhəbbət dastanlarının əvvəllərində 3 ustadnamə, sonunda isə bir duvaqqapma, yəni müxəmməs verilir. Əgər həmin məhəbbət dastanı faciə ilə bitirsə duvaqqapma yerinə cahannamə verilir. “Arzu-Qəmbər” və “Əsli-Kərəm” dastanları faciə ilə bitir.
“Əsli-Kərəm” dastanının sonu faciə ilə bitdiyi üçün sonunda duvaqqapma əvəzinə cahannamə verilir. Cahannamədə insanlara təskinlik verilir. Bunlardan da əvvəllər çox-çox aşıq və məşuqun dünyadan köçdüyü şeir dili ilə təsvir və tərənnüm olunur. “Arzu-Qəmbər” kimi, “Yaxşı-Yaman” kimi bayatılı dastanın sonunda cahannamə və ya başqa şeir nümunəsi verilmir.
“Arzu-Qəmbər” dastanının hər bir variantı ölməz sənət abidəsidir.
İraq-Türkmən dialektinə və folkloruna az-çox bələd olan Türk, Azərbaycan və İraqlı alimlər bu elatın azərbaycanca danışdığını və folklorunun fərqlənmədiyini qeyd edirlər. Məsələn: “İraq türkmənləri, yəni, oğuzxanın azəri ləhcəsini konuşan türklər”-deyə türk alimi Fuad Köprülü qəti qənaətə gəlir.
Azərbaycan alimi, professor M.H.Təhmasib isə Türkmən folkloru ilə tanışlıqdan sonra yazmışdır: “Kərküklərlə azərilər arasında heç bir fərq yoxdur, yaxud da çox cüzidir”. Bir çox türk alim və yazarları da eyni fikirdədirlər.
İnsana təsəlli verən gün kimi aydın bir həqiqət də vardır. Kərküklü İrmaq Sədinin doğru qeyd etdiyi kimi, “vətən torpağı kiçilib-genişlənə bilər, sərhədləri tükənə bilər, tarixi təhrif edilə bilər; hətta, şan-şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər” 8 .
Lakin, dil və folklor adlandırılan iki varlıq vardır ki, həyat yaşadıqca yaşayır, xalqın keçmişi haqqında danışa bilən təkzibolunmaz tarixi sənədə çevrilir. İraq-türkmən folklorunun ədəbi-tarixi qiyməti, bizcə, hər şeydən əvvəl bundadır.
“Ana dili” adlı məqaləsində F.Köçərli nə qədər gözəl demişdir:
“Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətəninin sevdiyi kimi, ana dilini də sevir.Dil Allah-Təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”.
F.Köçərli Uşinskidən də misal gətirir və yazır:
“Rusların məhşur pedaqoq və ədibi Uşinski deyir:
-Bir millətin malını, dövlətini və hətta, vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz 9 .
Bu xalqın ruhunda və təbiətində, rübab, saz və söz xəzinəsinin hər qatında Azərbaycan folkloruna bir doğmalıq, məhrəmlik və əkizlik yaşayır. Nə yaxşı ki, şüurda, düşüncə, mənəviyyatda xalq parçalanmayıb. “Axı, daşlar ovula-ovula ölür, qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya, çaylar çəkilə-çəkilə ölür, millət isə unuda-unuda, yaddaşdan təmizlənə-təmizlənə. ”
Düşünürəm ki, hər bir millətin milli varlığını təyin edən, tanıdan və yaşadan onun doğma ana dili və folklorudur. Azərbaycan folkloru, onun ilk poeziya nümunələri ananın südü, qanı, laylası ilə bərabər dünyaya gəlmişdir. Hər bir xalqın özünün qanından, qan yaddaşından gələn şeir vəzni vardır. Bu onun dilinin ahəng qanununa bağlıdır. Analar milli heca vəznimizin ilk yaradıcılarıdır. Azərbaycan milli şeiri yeddi hecalı- bayatı ölçüsündə, səkkiz hecalı-xalq mahnısı ölçüsündə və on bir hecalı-qoşma ölçüsündə yaranmışdır. Azərbaycan şeirinin bundan sonrakı artırmaları və əlavələri yazılı ədəbiyyatdan və digər sahələrdən gələn heca ölçüləridir. On bir hecalı şeirimizin ilkin ölçüləri xalq düzgülərimizdən gəlir.
Mən qeyd etdim ki, ana dili ilə folklor ayrılmazdır. Millətin qoşa qanadıdır. Folklor hər bir xalqın dilinin məhsuludur. Daha obrazlı desək, onun möcüzəsidir.
Bu baxımdan, kərküklü tədqiqatçı Ata Tərzibaşının da fikri böyük əhəmiyyət kəsb edir: “Bizim türkmən ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə əkiz qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə bir-birindən xəbərsiz olaraq dəyişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir” 10 .
Maraqlıdır ki, nəinki Kərkük və Şamaxı variantları bir-birindən seçilir, hətta, bizdə mövcud olan bütöv və natamam variantlar da bir-birindən kəskin şəkildə fərqlənir.
Belə ki, Kərkük və Gəncə variantlarında Arzu ilə Qəmbər əmioğlu, əmiqızıdır. Şamaxı variantında isə onların heç bir qohumluq əlaqəsi yoxdur. Kərkük dastanında Arzu ilə Qəmbər bir-birinə qovuşmur. Şamaxı və Gəncə variantlarında dastan xoşbəxt sonluqla qurtarır.
Kərkük dastanında Qəmbərin və ya Arzunun haralı olduqları bilinmir. Azərbaycan dastanının Şamaxı variantına görə, Qəmbər Sarovdan və ya Sarov dağındandır. Həmin variantda Arzu üzünü, bədənini tük basmış Qəmbərdən soruşur:
Sarov dağı dağdımı?
Dörd tərəfi bağdımı?
Səndən bir xəbər alım,
Qəmbər ölüb, sağdımı?
Qəmbər qəsdən özünü danıb cavab verir:
Sarov dağı dağ deyil,
Dörd tərəfi bağ deyil.
Sənə bir xəbər verim,
Qəmbər ölüb, sağ deyil.
Bu bayatılar və buna bənzər başqa bayatılar Kərkük variantında, eləcə də, Kərkük dastanında olan bayatıların bir çoxu Azərbaycan variantlarında yoxdur.
Şamaxı variantı Kərkük dastanı kimi nağıl pişrovu ilə başlamır. Sadəcə olaraq belə söylənir: “Deyirlər, keçmişdə bir qarı vardı. Qarının bir nəvəsi vardı, adı Qəmbərdi, qara olduğundan ona Qara Qəmbər deyərdilər”. “Arzu-Qəmbər”in məlum olan başqa variantlarında ona Qara Qəmbər deyilmir.
Gəncə variantında Qəmbər Hüseyn tacirin oğlu, Arzu isə Həsən tacirin qızıdır. Onlar əmi uşağıdırlar və özləri də dərvişin verdiyi almadan əmələ gəlmişlər.
“Arzu-Qəmbər” in Kərkük və Gəncə variantlarında “Tahir və Zöhrə”, “Leyli və Məcnun” dastanlarında olduğu kimi aşiqlər məktəbdə sevişirlər.
Gəncə variantının sonluğu Kərkük və Şamaxı variantlarından kəskin şəkildə fərqlənir və qeyri-adi bir şəkildə tamamlanır. Dastanın Xızır İlyasla bağlı hissəsi daha çox məhşur “Vərqa və Gülşa” dastanı ilə birləşir.
“Arzu-Qəmbər”in Qarayazı variantı isə natamamdır. Bu natamam variant maraqlı bir epizodu qoruyub özündə yaşadır. Qəmbər meşədə yay-oxunu gizlədir. Dərdini dağıtmaq üçün maral ovlamaq istəyir. Lakin, hər dəfə ox marala yox, süzüb daşa dəyir. Kənardan seyr edən Fatma nənə bunun səbəbini bir bayatı ilə deyir:
Maral çıxdı, o yala,
Dərdə dərman, o yala.
Arzu gözdən uzaqdır,
Çətin Qəmbər oy ala.
“Arzu-Qəmbər”in Bakı variantı Kərkük variantına xeyli yaxındır. Burada da Qəmbərə aşda zəhər verməli olurlar, bunu Arzu qabaqcadan Qəmbərə bildirir:
Yemərəm, ha yemərəm,
Keçi südü əmərəm.
Anam aş bişirirdi,
Onu mən heç yemərəm.
Bilərzik əhvalatı bu hissədə də var. Lakin, bayatılar xeyli fərqli və daha məzmunludur.
Bu variantda Qəmbərin atın cilovunu tutması, Arzunun onun dabanını əzdirməsi səhnəsi də var.
Kərkük “Arzu-Qəmbər”ində Qəmbər şah oğluna şikayətə gedir, ondan köməyə qoşun alıb gətirir. Lakin, bir qarı Arzunun yalandan ölüm xəbərini çatdırır, qoşun yarı yoldan geri qayıdır. Bakı variantında isə Qəmbər xanın üstünə köməyə gedir. Lakin, burada da işləri qarı dolaşdırır. Bakı variantı yeganə variantdır ki, orada qızı Qəmbərin əlindən alıb vermək istədikləri oğlanın-Güləboyun adı dastanda qalmışdır.
Kərkük “Arzu-Qəmbər”ində belə bir bayatı var:
Alma, ərük, haluça,
Qavın, qarpuz bu neçə.
Heyva yedim saraldım,
Nargilə məndən aça.
Bakı variantında bu şeirin son beyti daha məzmunludur:
Heyva yedim saraldım,
Nar gələr rəngim açar.
“Arzu-Qəmbər” dastanı ilə bağlı yurdlu və yurdsuz çoxsaylı bayatılar da mövcuddur.
Folklorşünas-alim Cəfər Bəkirov 1980-ci ildə Daşkənddə “Dastanlar” kitabı nəşr etdirmişdir. Həmin kitaba “Arzu-Qəmbər”in iki variantı daxil edilmişdir. Alimə görə, bu variantın birincisi 1974-cü ildə, ikincisi isə 1975-ci ildə toplanmışdır. Birinci variantda tək bir bayatı, ikinci variantda iyirmi bir bayatı və səkkiz, on iki misralı, hər misrası səkkiz hecalı şeir parçaları, bir də bir qoşma deyişmə vardır.
Krım-tatar folkloruna aid edilən “Arzu-Qəmbər”in bu variantında Arzu padşah qızıdır. Atası Teymurbəydir, anası Bəysultandır. Qəmbər isə onların çobanıdır. Qəmbər qoçaqdır, oynaq təbiətlidir, həm də məlahətli səsi var.
Krım-tatar “Arzu-Qəmbər”inin ikinci variantı daha çox bizim “Alıxan və Pəri xanım” dastanımızı yada salır. Bir bəzirgan və oğlu Məkkəyə gedərkən yolda bəzirgan ölür. Yoldan keçən yolçu uşağı öz evinə gətirib böyüdür. Adını da Qəmbər qoyur. Kişinin tapdığı Qəmbərlə doğma qızı Arzu bir yerdə böyüyürlər. Qızın yaşı on dörd-on beş, oğlanın yaşı on səkkiz-on doqquz olanda Arzunun qəlbində “sevgi gülləri” açılmağa başlayır. Qəmbər deyir:
-Axı, biz, qardaş-bacıyıq.
Qızsa, Qəmbərin tapıldığını, yad uşaq olduğunu, doğma kimi böyüdüldüyünü bildirir.
Əsərdə yeni süjet və motivlərin əlavə edilməsi sübut edir ki, “Arzu-Qəmbər”in bu variantı sonralar yaranmış, eyni zamanda, qadın yaradıcılığından çıxaraq daha geniş miqyas almış, aşıq-baxşı yaradıcılığına daxil olmuşdur. Buradakı bayatı-qoşma, qıfılbənd deyişmələr bir-birindən qiymətlidir.
“Arzu-Qəmbər”in Bakı variantında dərin quyu qazırlar, içərisinə xəncər, bıçaq, almaz və başqa kəsərlər qoyurlar, üstünə də xalı salırlar ki, Qəmbər keçəndə içinə düşsün, doğram-doğram olsun. Bundan qabaqcadan xəbər tutan Arzu işarə ilə Qəmbəri xilas edir.
Başqa bir yerli əfsanəyə görə, əmi arvadı razı deyilmiş ki, qızı qaynı oğluna getsin. Ona görə də bir qarının məsləhəti ilə öz südünü keçi südünə qatıb qatıq çalır. Məqsədi də bu olur ki, qatığı qaynı oğlu yesin, qızından əl götürsün. Əmisi oğlunu dərin məhəbbətlə sevən qız buna mane olur, oğlanı qatığı yeməyə qoymur.
Görünür ki, nə vaxtsa qohumla evlənmək ciddi narazılıq doğurmuş, bu cür vasitələr bu işdə mühüm rol oynamışdır. İndinin özündə iki bacıdan ya biri öldükdə, yaxud döşündə süd olmadıqda başqa bacı onun uşağını əmizdirir. Uşaqlar böyüdükdə onların evlənməsinə razı olmurlar. Çünki, o uşaqlar xala oğlu, xala qızı yox, bacı-qardaş sayılır. Hətta, yad bir ana da hər hansı uşağı əmizdirdikdə, döş verdikdə həmin uşaq onun övladları ilə o gündən bacı-qardaş olur. Bir sözlə, süd bu işdə həlledici rol oynayır.
“Arzu-Qəmbər”in Bakı variantında Qəmbərin hamisi, köməkçisi ilandır. Eyni zamanda, “Leyli və Məcnun” dastanının Şamaxı variantında da Məcnunun hamisi, qoruyucusu bir ilandır. “Yazılı qaya” əfsanəsində Benqanın-Qanığın hökmdarı Qayanın nəinki hamisi, köməkçisi, hətta qoşunu da ilanlardan ibarətdir. Lazım gəldikdə ilanlar Samux tərəfdən borumla Kürdən keçib hər hansı düşmənlə döyüşə gedir. Döyüşdən qayıdan ilanların bir çoxu yaralıdır. Qayanı, onun ölkəsini ilanlar qoruyur.
“Arzu-Qəmbər” dastanı ilə səsləşən sonuncu əfsanə daha maraqlıdır. Bu əfsanə az qala dastanın bütün ruhuna hakimdir. Arzu ilə Qəmbərin, Əsli ilə Kərəmin səmimi, saf məhəbbətlərindən xəbər verir.
“Qız daşı” əfsanəsində deyilir: “Haramı dağlarının ətəklərində iki kənd var. Bir gün bu kəndin oğlanı, o biri kəndin qulac saçlı bir qızını sevir. Qız da oğlana vurulur.
Onların görüş yeri meşə bulağı olur. Bulağın suyu, daşı iki cavanın sadə məhəbbətinin şahidinə çevrilir.
Cavanlar sözü bir yerə qoyub qoşulub qaçmaq fikrinə düşürlər. Qızın atası işi başa düşür. Çəkidə yüngül, qiymətdə baha şeyləri yığışdırıb üç xurcuna doldurur. Birini qızının, birini arvadının, birini də öz çiyninə aşırır. Gecənin qaranlığında yola düşürlər. Qız bilir ki, oğlan sabah günorta meşədəki bulağın başına gələcək, onu intizarla gözləyəcək. Qız başına gələn qəzavü-qədəri oğlana bildirmək istəyir.
Meşəyə çatanda hava işıqlaşır. Qız bulağa dönmək cəsarətinə gəlir. Tükdən nazik bir ümidə inanır, bəlkə oğlana hər şey agah olub, vədəsiz vədəyə gəlib, bulaqda sevgilisinin yolunu gözləyə. Ona görə də üzünü atasına tutub:
-Ay ata, indi yadıma düşür, üzüyüm meşə bulağında qalıb. Dünən barmağımdan çıxıb suya düşdü. Su bulandığından tapa bilmədim, indi durulmuş olar, izn ver gedim gətirim-deyir.
Atası ağlına özgə şey gətirmir, icazə verir. Qız bulağa yollanır. Görür bulaq yalqızdır, dünya başına fırlanır. Hicran odu qəlbini dağlayır. Deməli, ayrılıq dəmi çatmışdır. Qız sevgilisini intizar içində necə qoyub getsin? İsti göz yaşları bulağın sərin suyuna qarışır. Yenə ümidini üzmür. Oğlanın onu tapacağına inanır. Odur ki, hansı səmtə getdiyi barədə sevgilisinə iz qoymaq istəyir. Qız bulağın məhəbbətlərinə şahid daşlarından birini götürür, qulac saçlarının ucuna bağlayır.
Ata-ana qabaqda, qız da onların arxasınca yola düşürlər. Qızın arxasınca sürünən əhd-peymana şahid daş yollara məhəbbətin izini salır. Çiynindəki xurcunun ağırlığı vecinə gəlmir, amma saçlarından asılan daş onu həmişə geri dartır. Doğma yurduna, doğma yurdun oğluna məhəbbət sanki daşdan asılıb onu yad torpaqlara getməyə qoymur. Atası qızının geri qalmağından şübhələnib üstünə acıqlanır.
Qız bütün gücünü toplayıb onlarla bərabər getməyə can atanda daş qulac hörüklərinin bir parçasını qoparır, qopmuş hörük parçası dağın yamacında qalır. Məhəbbət insana güc gətirir.
Oğlan vədə vaxtı özünü bulaq başına çatdırır. Şahid daşın izini görəndə ürəyinə damır ki, atası qızı uzaqlara aparıb, iz onu haraya çağırmaq üçün nişanədir. Oğlan izi tutub yol alır. İzin sonunda qızın saçları dolaşmış məhəbbətin şahidi olan daşı görür. Qüssələnir. Bir bayatı çəkir:
Mən aşiqəm, halala,
Haram qatma halala.
Qarğaram, dağlar, sizdə,
Nə gül bitər, nə lala.
Bu əfsanə, hətta, “Əsli və Kərəm” dastanını “Arzu-Qəmbər” dastanına, daha çox Əslini Arzuya yaxınlaşdırır. Bu belə olmalıdır. Çünki, bu dastanlar eyni ağacın meyvələridir, bir-birinə yaxın və doğma olan əfsanə bulaqlarından su içmişlər.
Tədqiqatçı Cəfər Bakirov Krım-tatar dastanlarını toplayıb nəşr etdirmiş və həmin kitaba geniş müqəddimə yazmışdır. Bu elmi müqəddiməni o, “Krım-tatar xalq dastanlarının xüsusiyyətləri” adlandırır. Cəfər Bəkirov orada çox maraqlı elmi dəyəri olan mülahizələr söyləyir. Onlardan biri də “Arzu-Qəmbər” ilə “Tahir və Zöhrə” dastanlarının poetik cəhətdən müqayisələrinin aparılmasıdır. “Krım tatar” variantında bayatılara rast gəlirik. Bundan əlavə, alim elə nümunələr seçir ki, onlar bizim üçün tamamilə yenidir. “Tahir-Zöhrə”nin bu səpkili şeir nümunələri, doğrudan da, “Arzu-Qəmbər”dəki mahnı və xoryatlar ilə səsləşməkdədir:
Mən çeşmeye barmadım,
Əliyi, üzümi cuvmadım.
Kube taşının üstündə,
(“Tahir və Zöhrə”)
Mən çeşmeye barmadım,
Əliyi, üzümi cuvmadım.
Bilek taşının üstündə,
(“Arzu-Qəmbər”)
Mehrebemni daldırdım,
Daldırdım da toldurdum.
Kube taşının üstündə
(“Tahir və Zöhrə”)
Kopamı suvqa daldırdım,
Birine akılım aldırdım.
Suv başında, Qamberim,
(“Arzu-Qəmbər”)
“Arzu və Qəmbər”i başqa dastanlarımızla birləşdirən, doğmalaşdıran oxşar cəhətlər çoxdur. Bu dastanda da aşiqlər dara düşəndə Xıdır İlyası köməyə çağırırlar. Qəmbər çayda boğularkən Arzunun Xıdır İlyasdan imdad diləməsi səhnəsi bu baxımdan səciyyəvidir:
Qərəz, öləsən, qərəz,
Yar, əlimdən düşdü saz.
Qəmbəri su apardı,
Yetiş, ya Xıdır İlyas.
“Arzu və Qəmbər”, “Əsli və Kərəm” dastanlarında saf, ülvi məhəbbət daşa dəyir. Gənclər sevgililərinə qovuşa bilmir. Vüsala yetmir, məhv olurlar.
“Arzu və Qəmbər” dastanının Azərbaycan və eləcə də Kərkük variantında aşiq-məşuqun hiss və həyəcanının poetik ifadəsini bayatı şəklində tapması folklorşünas A.Nəbiyevin haqlı olaraq göstərdiyi kimi, belə bir ehtimal doğurur ki, dastan yaradıcılığında qoşma və gəraylı şəkillərindən hələ çox-çox əvvəl bayatıdan istifadə olunmuşdur.
Dastanın Azərbaycan variantları və eləcə də “Yaxşı-Yaman” dastanında olduğu kimi, Kərkük variantı da bayatılar üzərində qurulmuşdur. Bu o deməkdir ki, prof. M.H.Təhmasibin təbirincə desək, Azərbaycan folkloru bu janrda, bu formada da İraq-Türkmən folkloru ilə şərikdir.
Bununla belə, qeyd etmək lazımdır ki, “Arzu-Qəmbər”in Kərkük variantı dastanın Azərbaycan variantlarından və eləcə də “Yaxşı və Yaman” dastanından fərqli olaraq, aşağıdakı nağıl pişrovu ilə başlayır: “Hartdan-hurtdan, sıxması qarpız qabığı, düyməsi turpdan. Aman-zaman içində, xəlbir saman içində, dəvə bərbərlik edir, əski hamam içində. Var idi, yox idi, iki qardaş var idi”.
Dastanın Kərkük variantında bizə doğma olan yerlərdən, şəhərlərdən danışılırsa, Tuz-Xurmatu variantında hadisələrin birbaşa Araz çayı sahilində cərəyan etdiyinin şahidi oluruq:
Quruyasan, ay Araz,
Əlimizdən düşdü saz.
Qəmbəri çay apardı,
Yetiş, ey Xıdır İlyas.
Dastanın Tuz-Xurmatı variantında dördlüklərin-bayatıların sayı 31-dir. Bundan əlavə, bu variantda cavabı iki misradan ibarət olan iki misralıq şeir parçalarına da təsadüf edilir:
Kəsmə gözlərini mənnən,
Ayrılmaz ruhum sənnən.
Gözlərim ha səndədi,
Səniy eşqiy məndədi.
Onu da qeyd edək ki, bədii cəhətdən bu variant dastanın Kərkük variantından o qədər də fərqlənmir.
Kərkük “Arzu-Qəmbər”inin 60 yaşlı Heybət xanımın dilindən yazıya alınmış Tuz-Xurmatu variantı ancaq ləhcəsi ilə, yəni, dialekt xüsusiyyətilə seçilir. Eyni zamanda, bu variantda fərqli bayatılar da mövcuddur.
Bu variantda da Arzu ilə Qəmbər əmioğlu, əmiqızıdır. Birinci variantla ikinci variantın süjet xəttində heç bir ayrılıq yoxdur.
Fərqlərdən biri budur ki, dastanın birinci variantında Arzunu alan tat oğlunun 40 qardaşı olduğu halda, ikinci variantında bu bir qədər ağlabatan şəklə salınmışdır. Burda tatın oğlanları yeddi qardaşdır. Birinci variantda olduğu kimi, Arzunun anasının dələməyə öz südünü qatmaq əhvalatı, quzunun ətinə zəhər qatmaq və digər motivlər bu variantda da özünə yer almışdır. Ata Tərzibaşı variantı əski çağlarla bağlıdır. Bu dastan isə ondan sonra yaranmışdır. Dastana daxil edilmiş bayatılarda dastanın məzmununu aça biləcək maraqlı bəndlər və beytlər vardır. Arzu üzünü Qəmbərə tutub öz kədərini belə bildirir:
Nənəm zalım nənədir,
Dərdim min bir dənədi.
Bu misralar Füzulini və onun “Arzu-Qəmbər”lə iç-içə yaranan və yaşayan “Leyli və Məcnun” dastanını yada salır. Birinci variantda bilərziyə aid bayatıda belə gözəl detal yoxdur. Arzu öz bilərziyini bayatıda belə təsvir edir:
Güllər yerə düşəni,
Dastanda qarının dilindən deyilən bayatı da xeyli bitkindir:
Ölüm yazıdı, oğlum,
Kəmən razıdı, oğlum,
Nənəsinin tək qızı,
Ölən Arzudu, oğlum.
Qapıda duran Qəmbərdən şah yanına gedib qoşun alıb gətirməsini də Arzu bədii bir dillə soruşur:
Qapıda duran Qəmbər,
Boynunu buran Qəmbər,
Getmişdin şah yanına,
Hanı baş vuran, Qəmbər?
Qəmbərin dilindən söylənən misralarda da hiss-həyəcan dalğası insanın varlığını sarsıdır:
Mən Qəmbərəm dağ kimi,
Titrərəm yarpaq kimi.
Tuz-Xurmatu variantında qəribə bir motiv özünə yer ala bilmişdir. Bu variantda Qəmbər sözünü sazla deyir. Arzunu toy evinə aparan atlara da qarğıyır:
Yıxılsın evi tatın,
Dərdləri mənə satın.
Arzu minən atları,
Öldürün, gölə atın.
Arzunu mindirmək üçün at gətirirlər, at yıxılıb ölür. Dalbadal yeddi at gətirirlər, yeddisi də ölür.
Bu variantda hadisələr Araz çayına yaxın ərazidə, coğrafi məkanda təsvir edilir. “Arzu-Qəmbər”in Azərbaycan variantlarında da hadisələr Araza yaxın olan Sarab vilayəti daxilində cərəyan edir. Bu baxımdan Tuz-Xurmatu variantını aşağıdakı bayatı Azərbaycan “Arzu-Qəmbər”inə yaxınlaşdırır:
Quruyasan, ey Araz,
Əlimizdən düşdü saz.
Qəmbəri çay apardı,
Yetiş, ya Xızır İlyas.
Kərkük dastanlarının birinci variantında Qəmbərin harayına çatan Xıdır İlyasın adı, ikinci variantda Xızır İlyas kimi getmişdir.
Ər evindən yenicə qayıtmış Arzu özünün paklığını, saflığını aşağıdakı bayatı ilə bildirir:
Mən Arzuyam, Nərgizəm,
Qəmbərimçün bir izəm.
Allaha and edirəm,
İndi hələ də qızam.
Bu sözləri eşidən Qəmbər Arzuya deyir:
-Arzu, mən səninçün ruhumu qoydum, yorulmadım. İndi sənə qovuşdum. Allahdan istərəm sənin dizinin üstündə belə can verim. Öz eşqimlə ölüm.
Burada çox maraqlı bir məqam vardır. Sanki Arzu ilə Qəmbərin mənəvi yüksəkliyində Leyli və Məcnunun arasındakı o mənəvi saflığı görürük. Hər iki aşiqi birləşdirən sevdiyinə mənəvi birləşmə istəyidir. Onlar real həyatda sevdiklərinə qovuşmaqdan imtina edirlər. Yalnız mənəvi aləmin yüksəkliyində öz sevdiklərinə can atırlar.
Cəsarətlə demək olar ki, bu lövhə nə Kərkük dastanının birinci variantında, nə də Krım-tatar variantlarında yoxdur. İstər Kərkük variantlarında, istərsə də Krım-tatar variantlarında bizim “Əsli-Kərəm”, “Leyli və Məcnun”, “Məsim və Diləfruz” dastanlarında olduğu kimi, qəhrəmanların taleyinin sonu faciə ilə tamamlanır.
Dastanın Kərkük, Gəncə və Naxçıvan variantlarında da oxşar cəhətlər vardır. Hər üç variantda əmiuşağı olan Arzu ilə Qəmbər “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Əzətinli Əmrah” və s. dastanlarımızda olduğu kimi, mədrəsədə sevişirlər.
Ümumiyyətlə, demək lazımdır ki, “Arzu-Qəmbər”in Kərkük variantında ayrı-ayrı məhəbbət dastanlarımızda yer alan süjetlər, motivlər, hadisələr öz əksini inandırıcı şəkildə tapmışdır.
II FƏSİL
Çoxvariantlı
“Arzu-Qəmbər” dastanı
****
İraq-Kərkük, Azərbaycan və Krım-tatar “Arzu-Qəmbər”ini tədqiq etdikcə yeni variantları meydana çıxır. Onun yayılma coğrafiyası getdikcə genişlənir. Son dövrlər bizə məlum olub ki, hətta, “Arzu-Qəmbər”in Suriya, Xorasan, Anadolu variantları da mövcuddur. Təəssüf ki, dastanın bu variantlarından xəbərdar olan, haqqında mülahizələr söyləyən alimlər Azərbaycan və Krım-tatar variantlarına bələd olmadığından onların müqayisəsi barədə bir kəlmə də danışmamışlar.
Biz “Arzu-Qəmbər” dastanının bütün variantlarını ümumiləşdirib bu möhtəşəm abidə haqqında mükəmməl bir tədqiqat əsəri yazmağı öz qarşımıza məqsəd qoymuşuq. Odur ki, biz yazılı məxəzləri, internet səhifələrini izləyərək dəyərli faktları toplamağa, araşdırmaları tədqiqata cəlb etməyə çalışmışıq. Xoşbəxtlikdən, bu günlərdə dastanın Anadolu, Xorasan, Suriya variantları haqda müxtəsər şəkildə olsa da dəyərli məlumatlar toplaya bilmişik.
“Tahir və Zöhrə” dastanı
Gəlin sizə mən ərzimi еyləyim,
Аqil olаn, bu dünyаdа vаr nədi?
Dünyа bir bostаndı, pozulаr gеdər,
Çiçək nədi, yеmiş nədi, bаr nədi?
Bu dünyаdа çoх-çoх şirin mаl olur,
Tаmаhkаrın hаlı müşkül hаl olur,
Qol burulur, qulаq bаtır, lаl olur,
Qohum nədi, qаrdаş nədi, yаr nədi?
Dəllək Murаd, bu yollаrdа sürünnəm,
Indi gеdişimdi, nə vахt görünəm?
Аltım torpаq, üstüm də dаş, hörünnəm,
Isti nədi, soyuq nədi, qаr nədi?
Ustаdlаr ustаdnаməni bir dеməz, iki dеyər, biz də dеyək iki olsun,
düşmənlərin gözü oyulsun.
Fürsət əldə ikən yахşılıq еlə,
Həmişə əlində iхtiyаr olmаz.
Gəl güvənmə dövlətinə, mаlınа,
Mаlа, mülkə, ömrə еtibаr olmаz.
Dörd yаnımız bаğçа olа, bаğ olа,
Sinəm üstü düyün olа, dаğ olа,
Bir kiçik ki, böyüyünə аğ olа,
Düşər еl gözündən, bəхtiyаr olmаz.
Ululu Kərimi1 ахtаrаn tаpаr,
Bir könülü tikən min Kəbə yаpаr,
Sən çаlış işini hаqq ilə аpаr,
Hаqdаn qеyri kimsə sənə yаr olmаz.
Ustаdlаr ustаdnаməni iki dеməz üç dеyər, biz də dеyək üç olsun,
düşmən ömrü puç olsun.
Əzəl bаşdаn sənlə sеvdа еlədim,
Çoх dа vеrdim sənə nəsihət, könül!
Əcəl mеydаnındаn, cаn bаzаrındаn
Qurtаrmаq lаzımdı sаlаmаt, könül!
Hər məclisdə sən hərcаyi söyləmə!
Хаnçаl аlıb bаğrım bаşın tеyləmə!
Dаldаlаrdа lаfi-kəzаf еyləmə!
Sахlа hərzə dilin аmаnаt, könül!
Bir gün olаr хеyr-şərlər sеçilər,
Boyа görə yахşı хələt biçilər,
Bu dünyаdаn o dünyаyа köçülər,
Аbbаs2 ondа еlər şikаyət, könül!3
Ustаd bеlə rəvаyət еdir ki, Qаrаmаn şəhərində4 iki qаrdаş vаr idi.
Böyüyünün аdı Hаtəm Soltаn, kiçiyinin аdı Əhməd vəzir idi. Hаtəm
Soltаn Qаrаmаn şəhərinin pаdşаhı, Əhməd onun vəziri idi. Mаldövlətləri
bihədd, cаh-cаlаllаrı bihеsаb idi. Аncаq hеç birinin züryəti
yoх idi ki, öləndə yеrlərində qаlsın. Əhməd vəzir аdil, rəiyyətpərvər
idi. Аmmа Hаtəm Soltаn zаlım, хunхаrın biri idi. Əhməd vəzir fəqirə,
füqərаyа həmişə əl tutаrdı. Аncаq övlаdı olmаdığındаn həmişə bikеf,
qəmgin olаrdı. Günlərin bir günündə Əhməd vəzir yеnə də oturub
övlаd dərdi çəkirdi, bu zаmаn nurаni dərviş dахil olub, sаlаm vеrdi.
Əhməd vəzir sаlаmın cаvаbını rədd еdəndən sonrа, qаlхıb dərvişin
kəşkülünü аldı, içinə bir çəngə əşrəfi qoyub, dərvişə qаytаrdı. Dərviş
qoltuğundаn bir аlmа çıхаrdıb, Əhməd vəzirə dеdi:
– Аl, murаdın hаsil olаr, – dеyib çıхıb gеtdi.
Əhməd vəzir аlmаnı o tərəfə-bu tərəfə çеvirdi, bахdı ki, ömründə
bu gözəllikdə аlmа görməyib. Hеç dünyа аlmаsınа bənzəmir. Əhməd
vəzir ахşаmа kimi аlmаyа tаmаşа еlədi.
Ахşаm rəхt-хаbə girib yаtdı. Gеcənin bir аləmində gördü ki, еvin
bir tərəfindən divаr yаrıldı, həmin аlmа vеrən nurаni dərviş içəri girdi.
Dərviş üzünü Əhməd vəzirə tutub dеdi:
– Аy Əhməd vəzir, dünən sаnа vеrdiyim аlmаnı götürüb, gеdərsən
Hаtəm Soltаnın hüzurunа. Аlmаnı tən ortаsındаn iki yеrə bölərsən. Bir
pаrçаsını sən yеyərsən öz аrvаdın ilə, bir pаrçаsını dа Hаtəm Soltаn öz
аrvаdı ilə yеyər. Inşаllаh hər ikinizin övlаdı olаr.
Dərviş sözünü qurtаrıb qеyb oldu, divаr dа аğız-аğızа gəlib, bitişdi.
O sааt Əhməd vəzir hövlnаk yuхudаn аyıldı. Gördü hеç kəs yoхdu,
аncаq otаq ətir, ənbər qoхusu vеrir. Аnlаdı ki, yuхu görüb imiş. Bir
qədər fikrə gеtdi. Аrаnı dаğа аpаrdı, dаğı аrаnа gətirdi. Еlə fikirdə idi
ki, аrvаdı otаğа dахil oldu. Аrvаd bir o tərəfi iylədi, bir bu tərəfi iylədi,
аcıqlı-аcıqlı dеdi:
– Еy Əhməd vəzir, bu nə ətir, ənbərdi? Dеyəsən günüz ibаdət
еləyib, gеcələr lotu-potulаrınаn bir yеrdə olursаn?
Əhməd vəzir cаvаb vеrdi ki:
– Аrvаd, hövsələni yığ! Günаh еləmə! Dünən bir nurаni dərviş
mənə bir аlmа vеrdi ki, qаrdаşımlа yеyək övlаdımız olsun. Bu ətir
hаmаn аlmаnın ətridi.
Аrvаd şаd olub, hərəmхаnаyа gеtdi, Əhməd vəzir də qаrdаşının
hüzurunа gəlib, əhvаlаtı onа nаğıl еtdi. Аlmаnı ikiyə bölüb, birini
qаrdаşının bərаbərinə qoydu, birini də özündə sахlаyıb dеdi:
– Еy qаrdаş, gəl bir şərt qoyаq, ondаn sonrа аlmаnı yеyək.
Hаtəm Soltаn cаvаb vеrdi:
– Çoх gözəl, nə şərtin vаr, söyləyə bilərsən.
Əhməd vəzir dеdi:
– Qаrdаş, аtаnın üstündə övlаdın üç hаqqı vаr. Birinci tərbiyə,
ikinci təlim, üçüncü еvləndirmək. Bu üç məsələni vаcibdi аtа yеrinə
yеtirsin. Burdа şərt qoyаq ki, əgər mənim oğlum, sənin qızın olаrsа,
sən qızını mənim oğlumа vеrərsən, yoх, mənim qızım, sənin oğlun
olаrsа, mən qızımı sənin oğlunа vеrərəm.
Hаtəm Soltаn vəzirin fikrini bəyəndi, əl-ələ vеrib, əhd еlədilər.
Аlmаnı yеdilər. Bir müddət gəlib kеçdi, hər ikisinin аrvаdı hаmilə qаldı.
Əhməd vəzir bаşlаdı yеtim-yеsirə, fəqir-füqərаyа еhsаn vеrməyə. Tа
ki, doqquz аy, doqquz gün, doqquz sааt, doqquz dəqiqə, doqquz sаniyə
tаmаm oldu. Hər ikisinin аrvаdı bаri-həmli yеrə qoydu. Əhməd vəzirin
bir oğlu, Hаtəm Soltаnın bir qızı oldu. Bu uşаqlаr hər ikisi birbirinə
o qədər bənzəyirdilər ki, guyа bir аlmа yаrı bölünmüşdü. Məclis
qurdulаr, şаdlıq kеçirdilər, oğlаnın аdını Tаhir, qızın dа аdını Zöhrə
qoydulаr. Uşаqlаrın hər ikisini kаmil dаyələrə tаpşırdılаr.
Nаğıl dili yüyrək olаr. Vахt dolаndı, il kеçdi, oğlаnlа qız yеddi yаşа
doldulаr. Bunlаr еlə gözəldilər, gözəllikdə bərаbərləri yoх idi. Əhməd
vəzir Hаtəm Soltаnа хəbər göndərdi ki, uşаqlаrın məktəb vахtıdı. Hər
ikisi də həmrəy olub, uşаqlаrı kаmil bir mollаyа tаpşırdılаr.
Uşаqlаr bir yеrdə məktəbə gеdib-gəlirdilər. Bir oturub, bir dururdulаr.
Oyun vахtı dа uşаqlаrа qаtışmаyıb, bir küncdə söhbət еlərdilər.
Məktəbin həyətində bir sərv аğаcı vаr idi. Hаnsı tеz gəlsə, onun
dibində oturub, o birini gözlərdi.
Dеyirlər ki, bu məktəbdə bir də bir kеçəl vаr idi. Bir könüldən min
könülə аşiq olmuşdu Zöhrəyə. Аmmа nə qədər əlləşirdisə, Zöhrə onа
səmt gеtmirdi. Bir gün yеnə də onlаrı bir yеrdə görüb, tеz özünü vеrdi
mollаnın yаnınа ki:
– Mollа, mənə dе görüm, burа məktəbхаnаdı, yoхsа lotuхаnа?
Tаhir ilə Zöhrə öpüşün səkkizini bir qаrа pul еləyiblər, onu dа аlıb
sаtаn yoхdu.
Molа bunu еşidən kimi аyаğа qаlхdı, dаbаn аlıb düz Hаtəm Soltаnın
yаnınа gеtməkdə olsun, sizə хəbəri Tаhirlə Zöhrədən vеrim.
Tаhirlə Zöhrə vədə yеrində şirin-şirin söhbət еləyirdilər. Mollа özünü
Hаtəm Soltаnın yаnınа sаlıb, Tаhirlə Zöhrənin sеvişdiyini onа хəbər
vеrdi, üstəlik də dеdi ki:
– Qızınız yеkəlib, həddi-büluğа çаtıbdı. Onu bir də məktəbə burахmаyın.
Mən gəlib еvdə onа dərs dеyərəm.
Hаtəm Soltаn mollаnın sözünə inаndı. Еlə ki Tаhir ilə Zöhrə еvə
qаyıtdılаr, Hаtəm Soltаn qızını qulluğunа çаğırıb dеdi:
– Qızım, bir də sən məktəbə gеtməzsən. Mollа gəlib еvdə sənə
dərs dеyəcək.
Zöhrə аtаsınа hеç bir söz dеmədi, аmmа bаtində ürəyinə qаn dаmdı.
Еlə ki mənzilinə gеtdi, dizini qucаqlаyıb oturdu fikir еləməyə. Аnаsı
еvə gəlib, gördü qızı fikir dəryаsınа cumub, soruşdu:
– Qızım, niyə bikеfsən?
Zöhrə cаvаb vеrdi ki:
– Аnа, хəstələnmişəm, bаşım аğrıyır.
Аnаsı Zöhrəyə təsəlli vеrməkdə olsun, sizə kimdən хəbər vеrim,
Tаhirdən. Sаbаh аçıldı. Tаhir Zöhrənin еşqilə yеrindən qаlхıb, əl-üzünü
təmiz-təmiz yudu, hеybəsini аlıb məktəbə tərəf yönəldi. Еlə ki vədə
yеrinə gəldi, Zöhrəni görmədi, dizlərini qucаqlаyıb, sərv аğаcının dibində
oturdu, Zöhrənin yolunu gözləməyə bаşlаdı. Nə qədər gözlədisə,
Zöhrə gəlmədi. Tаhirin хəyаlınа gəldi ki, bəlkə əmim qızı məni sınаmаq
üçün özü qəsdən tək məktəbə gеdib. Durub məktəbə gəldi.
Gördü Zöhrə məktəbdə də yoхdu. Tаhir Mirzənin bir qаrdаşlığı vаrıdı,
аdı Хаnlаr хаn idi. Özün yеtirib onun yаnınа, sаz yеrinə sinəsinə bir
аğаc bаsdı, аldı, görək Zöhrəni ondаn nə cür soruşur:
Bаşınа döndüyüm Хаnlаrın хаnı,
Nədən hаmı gəldi, Zöhrəm gəlmədi?
Hаqq götürsün ortаlıqdаn yаmаnı,
Nədən hаmı gəldi, Zöhrəm gəlmədi?
Ахşаm oldu, biz də kеçdik аdаlаr,
Könül dost yolundа sаlmış cidаlаr,
Məktəb uşаqlаrı, mollаzаdаlаr,
Nədən hаmı gəldi, Zöhrəm gəlmədi?
Bаşınа örtübdü gülnаz şаlını,
Tərk еyləyib məktəbхаnа yolunu,
Хudаm lаl еyləsin mollа dilini,
Nədən hаmı gəldi, Zöhrəm gəlmədi?5
Bu zаmаn mollа içəridə idi, səsi еşidib ürəyində dеdi: “Yахşı, oхu,
bu sааt gəlib аtаnа od vurаcаğаm”. Mollа tеz gəlib soruşdu:
– Kim idi oхuyаn?
Kеçəl tеz аyаğа qаlхdı, mollаyа göz bаsdı, bаrmаğı ilə Tаhiri göstərdi.
Özünü bildirməmək üçün zаhirən dеdi:
– Mən idim.
Mollа əmr еlədi, fаlаqqа-çubuğu hаzır еlədilər. Аmmа kеçəl nə
qədər şuğul idisə, mollа dа o qədər küt idi. Kеçəlin işаrəsini bаşа
düşməyibmiş. Еlə bildi ki, doğrudаn dа oхuyаn kеçəl imiş. Kеçəlin
аyаğını fаlаqqаyа sаlmаq istəyəndə Tаhir dеdi:
– Mollа əmi, fаlаqqаnı qoy dursun. Oхuyаn mən idim. Pis oхudumsа,
izn vеr birini də oхuyum.
Mollаlаr mollаsı, аlimlər хаsı,
Bir аlа gözlüyə аşiq olmuşаm.
Silinibən gеtməz könlümün pаsı,
Bir аlа gözlüyə аşiq olmuşаm.
Tiği-qəmzələrin qəsd еtdi cаnа,
Nolа rəhm еyləsən məni tiflаnа.
Аdı Zöhrə, özü yаşılbаş sonа,
Bir аlа gözlüyə аşiq olmuşаm.
Tаhir Mirzə, yеrin olubdu gülşаn,
Bаd əsdi, zülflərin oldu Pərişаn.
Аğ üzündə tаmаm хаllаr хoşnişаn,
Bir аlа gözlüyə аşiq olmuşаm6.
Mollа əmr еlədi, Tаhirin аyаğını qoydulаr fаlаqqаyа. Mollа dеdi:
– Kim istəyir vursun?
Kеçəl dеdi:
– Mən.
Kеçəl fаlаqqа-çubuğuynаn Tаhirin аyаğınа o qədər vurdu ki, аyаğının
аltı qаbıqdаn çıхdı. Kеçəl əlini dаyаndırıb dеdi:
– Tаhir, bir də kеçəlin yаrının аdını tutmаzsаn.
Tаhir Mirzə yеnə özünü sərv аğаcının dibinə sаldı. Əlini аlnınа
vеrib, fikir еləməyə bаşlаdı. Еlə bir аz oturmuşdu, Zöhrə özünü onа
çаtdırdı. Yеddi hörük sаçındаn bir tеl аyırdı, sinəsinin üstünə bаsıb,
görək nə dеdi:
Mollаmız gеtdi хаvаrа,
Nə dеyərsən, əmim oğlu?!
Аtаm çəkər bizi dаrа,
Nə duyаrsаn, əmim oğlu?!
Хəbərin yoхdu хəbərdən,
Gеtdi işləri dəbərdən,
Nə əmirsən ləb-şəkərdən,
Nə qаnаrsаn, əmim oğlu?!
Bаşımdаkı tirmə şаldаn,
Üzümdəki qoşа хаldаn,
Nə əmirsən ləbi-bаldаn,
Nə qаnаrsаn, əmim oğlu?!
Səni məndən аyırdılаr,
Dərdü qəmə doyurdulаr,
Səni sürgün buyurdulаr,
Sən gеdərsən, əmim oğlu!
Hicrаn kotаnın əkərsən,
Biçib хirmənə tökərsən,
Аh çəkərsən, yаş tökərsən,
Qəm çəkərsən, əmim oğlu!
Mən Zöhrəyəm, qələm qаşlı,
Gərdənim də qаrğı sаşlı,
Mən yаzığı gözü yаşlı
Sən qoyаrsаn, əmim oğlu!7
Zöhrə sözünü tаmаmа yеtirib dеdi:
– Əmi oğlu, qəm yеmə, inşаllаh kаmа çаtаrıq.
Bəli, bunlаr аyrıldılаr. Tаhir аyаğа qаlхıb, ахsаyа-ахsаyа özün yеtirdi
еvlərinə. Qonаq otаğının аçаrı cibində idi. Otаğı аçıb, dахil oldu otаğа,
üzüqoylu yıхılıb, аğlаmаğа bаşlаdı, tа ki, ахşаm oldu. O biri tərəfdən
аtаsı, аnаsı gördülər ki, Tаhir gəlmədi. Bаşlаdılаr onu ахtаrmаğа. Hər
nə qədər ахtаrdılаrsа Tаhirdən bir nişаnа tаpа bilmədilər. Ахırdа аnаsının
yаdınа хаrаbа qonаq otаğı düşdü. O sааt otаğа girdi, nə gördü:
Tаhir аğlаyır. Аnаsı suаl еlədi:
– Oğul, nə üçün аğlаyırsаn?
Tаhir dеdi:
– Аnа, sаzımı mаnа vеr. Dərdimi sаnа dil ilə dеsəm, dilim od tutub
yаnаr, sаz ilə dеyim.
Аldı Tаhir, görək аnаsınа nə dеyir:
Cаnım аnа, gözüm аnа,
Аnа, mən qаnlаr аğlаrаm!
Südün əmdim qаnа-qаnа,
Аnа, mən qаnlаr аğlаrаm!
Onunlа kеçirdi dəmim,
Аrtırdı dərd ilə qəmim;
Gеdibdi Zöhrə həmdəmim,
Аnа, mən qаnlаr аğlаrаm!
Tаhir аğlаr yаnа-yаnа,
Yаnа-yаnа yеtdim cаnа;
Аhım çıхıb аsimаnа,
Аnа mən qаnlаr аğlаrаm!8
Bu vахt Əhməd vəzir gəlib çıхdı. Oğlunun аğlаmаğının səbəbini
bilib dеdi:
– Oğul, nə fikir еyləyirsən? Qız еlə sənindi. Sаbаh gеdərəm, bаşınа
bir yаylıq örtərəm, bаrmаğınа dа bir üzük sаlаrаm, qurtаrаr gеdər.
Tаhir sаkitləşib, sаbаhın intizаrını çəkməyə bаşlаdı. Еlə ki sаbаh
аçıldı, Əhməd vəzir yеrindən qаlхıb, üz qoydu qаrdаşının yаnınа
gеtməyə. Gəlib gördü qаrdаşı hələ yеrindən durmаyıb. Onun yаnındа
əyləşdi.
Hаtəm Soltаn soruşdu:
– Qаrdаş, bеlə tеzdən gəlməkdə məqsədin nədi?
Əhməd vəzir cаvаb vеrdi:
– Qаrdаş, özünə məlumdu ki, bizim uşаqlаrımız bаrədə üç şərtimiz
vаr idi. Şərtə də vəfа еtmək vəzifəmizdi. Indi oğlаn dа, qız dа yеtişiblər.
Qızını vеr oğlumа, əhdimiz yеrin аlsın.
Bu sözü еşitcək Hаtəm Soltаn qəzəblənib dеdi:
– Qаrdаş, еlə хаm хəyаllаrа düşmə! Yеddi it küçüyüm olsа, birini
də Tаhir Mirzəyə vеrmərəm.
Еlə ki Əhməd vəzir bunu еşitdi, hеç bir söz dаnışmаyıb, bikеf
otаqdаn çıхdı. Fikir еləyə-еləyə еvinə gəldi. Tаhir аtаsının bikеfliyini
görüb, özünü sаldı mənzilinə, hönkür-hönkür аğlаmаğа bаşlаdı. Bunu
аğlаmаqdа qoyаq, bir nеçə kəlmə Hаtəm Soltаndаn dаnışаq.
Hаtəm Soltаn Əhməd vəzir gеdəndən sonrа fikir еlədi ki, Əhməd
vəzirin hörməti хаlq аrаsındа məndən çoхdu. Tədbir ilə görülən iş güc
ilə görülə bilməz. Mən onu incitdim, gеdib хаlqı bаşınа topаr, qızımı
dа, səltənətimi də əlimdən аlаr. Onа görə, gərək hiylə ilə Əhməd
vəziri də, Tаhiri də öldürəm, ondаn sonrа rаhаtcа hökmdаrlığımı
еləyəm. O sааt qаpıçını çаğırıb, əmr еlədi:
– Gеt, qаrdаşım Əhməd vəziri burа çаğır!
Qаpıçı gеdəndən sonrа cəllаd Qаsımı çаğırıb dеdi:
– Qаpının dаlındа durаrsаn. Əhməd vəzir içəri girəndə boynunu
еlə vurаrsаn ki, bir qətrə qаnı dа yеrə düşməz.
Cəllаd Qаsım qılıncı аlıb, qаpının dаlındа durdu. Аmmа çoх kеçmədi
ki, cəllаd Qаsımın ürəyinə dаğdаğа düşdü. Özü-özünə fikir еlədi
ki: “Qаsım, sən dəlisən, nəsən? Bəlkə pаdşаhın bu gün аcığı tutub,
sаbаh dа аcığı soyuyаcаq. Ondа dеyər ki, mənim аcığım tutmuşdu
dеdim, sən niyə qаrdаşımı öldürdün? Ondа şаhа nə cаvаb vеrərəm?
Yахşısı budu, mən Əhməd vəziri öldürməyim, qoy özü öldürsün”. Bu
vахt Əhməd vəzir özü gəldi, sаğ-sаlаmаt kеçdi Hаtəm Soltаnın otаğınа.
Hаtəm Soltаn qаrdаşını sаğ-sаlаmаt görəndə аz qаldı od tutub yаnsın.
Pаltаrı gеymək bəhаnəsi ilə göydən хəncəri аldı, özün Əhməd vəzirə
yеtirib onu fürsətdən sаlmаq üçün dеdi:
– Qаrdаş, qız аlаnın yа gərək bir çuvаl zəri olа, yа dа zoru. Mən
bir söz dеməklə sən nə üçün küsdün? Gеt şərbət еhtiyаtı gör, qızımı
vеrəcəyəm sənin oğlunа.
Bеlə dеyib, lаp yахınа gеtdi, Əhməd vəzirin ürəyinin bаşındаn
qılıncı еlə sаncdı ki, qılınc iki bаrmаq kürəyinin ortаsındаn çıхdı. Əhməd
vəzir o sааt cаnını tаpşırdı, Hаtəm Soltаn cəllаd Qаsımı çаğırıb dеdi:
– Аpаr, bunun lеşini аt dənizə! Sonrа dа Tаhir ilə аnаsını öldür,
bаşını mənim yаnımа gətir.
Cəllаd Qаsım Əhməd vəzirin lеşini аpаrıb dənizə аtdı, özünü yеtirdi
Tаhir Mirzənin qulluğunа. Əl аtıb onun yахаsındаn yаpışdı, istədi
boynunu vursun. Tаhir dеdi:
– Еy cəllаd, cəllаddа dа bir rəhm olаr. Аtаmın çörəyin unudursаn,
bаrı mənim cаvаn, nаkаmlığımа qıymа.
Аldı görək nə dеdi:
Аmаn cəllаd, gəl rəhm еlə,
Dərd məni аlаcаq oldu.
Mаlım, mülküm, külli vаrım
Kimlərə qаlаcаq oldu?!
Qаrdаşım yoх dеyə sözüm,
Аnаm yoхdu çəkə nаzım,
Bu üstü sədəfli sаzım
Bə kimlər çаlаcаq oldu?!
Mən Tаhirəm, budu sözüm,
Bеlə dərdə nеcə dözüm?
Zöhrə хаnım iki gözüm,
Bə kimlər аlаcаq oldu?!
Cəllаd Qаsımın Tаhir Mirzəyə rəhmi gəlib, onu öldürmədi, burахdı.
Gəlib şаhа dеdi:
– Tаhir Mirzə еşidib ki, аtаsını öldürmüsən, qаçıb gizlənib.
Pаdşаh cаr çəkdirdi ki:
– Hər kəs Tаhir Mirzənin bаşını mənə gətirsə, onu dünyа mаlındаn
qəni еləyəcəyəm.
Bunlаr Tаhiri ахtаrmаqdа olsun, görək Tаhir bаşınа nə çаrə qıldı.
Tаhir qаçıb аtаsının хаnə bаğçаsındа gizləndi. Bir nеçə gündən
sonrа gördü ki, аcındаn ölür. Durub bаğçаnın kənаrınа gəldi ki, görsün
bir qədər çörək ələ gətirə bilərmi? Nə qədər bахdısа аğlı kəsən bir
аdаmа urcаh olmаdı. Bir də gördü bir nеçə аdаm yollа gеdir. Аdаmlаr
Tаhir Mirzəni tаnıdılаr. Bir qocаnın onа rəhmi gəlib dеdi:
– Oğlum, Tаhir, sən gəl Zöhrədən əl çək, bir bаşqаsını аl. Əgər əl
çəkməsən, pаdşаh səni öldürdəcək.
Tаhir аldı, görək onа nə cаvаb vеrdi:
Əlləri hənаlı bаyrаm günündə,
Dostum bir nаyrаnlıq vеrdi, hаzаrаt!
Yаrdаn аyrılmаğı nəsihət еtdi,
Bizə nə bаyrаmlıq vеrdi hаzаrаt?!
Məni şəddə kimi bеlə dolаsаn,
Аyrılmаrаm tikə-tikə doğrаsаn,
Yаrımа qurbаnаm, əgər sorаsаn,
Аğ günü torаnlıq vеrdi hаzаrаt!
Dеdim: Zöhrə, bах nə qаrа qаşın vаr.
Dеdi: Tаhir, bах nə müşkül işin vаr.
Dеdim: mən хəstəyə nə yеmişin vаr?
Bir cüt nаr dərmаnlıq vеrdi hаzаrаt!9
Gördülər Tаhir hаqq аşığıdı, dеdilər:
– Аllаh səni sеvgilinə çаtdırsın!
Bunlаr Tаhirdən аyrılıb gеtdilər. Аz kеçdi, çoх kеçdi, bir də bахdı
ki, budu, аtаsının хərkаnı bir nеçə ulах yük аpаrır. Sеvinib хərkаnı
səslədi. Хərkаn onа yаvuq gəldi. Tаhir Mirzə аtаsının duz-çörəyinə
аnd vеrib dеdi:
– Məni gördüyünü bir yеrdə dеmə. Bir də mənə bir qədər çörək
tаp.
Bunu dеyib хərkаnа bir ovuc dа əşrəfi vеrdi. Хərkаn şаd olub,
çörək dаğаrcığını Tаhirə vеrdi. Хərkаn çoх cuğul аdаm idi. Tаhirdən
аyrılаn kimi düz pаdşаhın qulluğunа gəlib dеdi:
– Qiblеyi-аləm, nə vеrərsən Tаhirin yеrini sənə dеyim?
Pаdşаhın əmri ilə хərkаnın dаğаrcığını qırmızı qızıl ilə doldurdulаr.
Хərkаn çoх şаd olub mаcərаnı şаhа bəyаn еlədi. Şаh o sааt cəllаd
Qаsımа əmr еlədi ki, gеdib Tаhirin bаşını kəsib gətirsin. Cəllаd Qаsım
özünü yеtirdi хаnаbаğçаyа. Bахdı ki, Tаhir sаğındа Məhəmməd, solundа
Əhməd аdlı qulаmlаrı ilə oturub çаrhovuzun bаşındа, quru çörəyi sudа
islаdıb yеyir. Cəllаd Əhmədlə Məhəmmədin yахаsındаn yаpışdı, hər
ikisinin bаşını toyuq bаşı kimi kəsdi. Ondаn sonrа istədi Tаhir Mirzəni
də öldürsün, Tаhir dеdi:
– Еy cəllаd, sən mənim аtаmın çörəyini yеmisən, mənim nаhаq
qаnımа girmə! Məni аpаr Hаtəm Soltаn özü öldürsün.
Cəllаd Qаsım Tаhirin yахаsındаn əl çəkdi, hər iki qolunu qısqıvrаq
аrхаsındа bаğlаyıb, qаtdı qаbаğınа, düz Hаtəm Soltаnın hüzurunа
gətirdi. Hаtəm Soltаn Tаhiri görcək, əmr еlədi ki:
– Tеz bunu dаrа çəkin, tа ki, gözüm Tаhir аdlı insаnı görməsin.
Tаhir аğlаyа-аğlаyа dеdi:
– Əmi, izn vеr, bir nеçə söz dеyim, ondаn sonrа məni öldürsünlər.
Pаdşаh dеdi:
– Tеz ol, dе görüm, nə dеyirsən?
Аldı Tаhir:
Zаlım cəllаd qollаrımı bаğlаdı,
Аmаn, Аllаh, imdаd еlə bu işə!
Хun cigərim çаlın-çаrpаz dаğlаdı,
Аmаn, Аllаh, imdаd еlə bu işə!
Dörd tərəfim qаrа qаnlаr аlıbdı,
Üstümüzdə şаhlаr şаhı durubdu,
Indi bildim Əhməd vəzir ölübdü,
Аmаn, Аllаh, imdаd еlə bu işə!
Mən Tаhirəm, virаn oldu küllərim,
Dostum yoхdu sorа hаlımı mənim,
Sаğımdа, solumdа öldü qullаrım,
Аmаn, Аllаh, imdаd еlə bu işə!10
Tаhir bахıb gördü cаmааt yığışıb, məktəb uşаqlаrı dа, Zöhrə də
gəlib, bir tərəfdə dаyаnıb. Аmmа bir gilə yаş dа ахıb, Zöhrənin gül
yаnаğındа durubdu. O sааt аldı sаzı, görək nə dеdi:
Tаyım, tuşum yığılıbdı yаnımа,
Tаqsırım yoх, bеygünаhаm, хаn əmi!
Zаlım cəllаd nə susаyıb qаnımа,
Qəhrdən bükülüb bеlim, хаn əmi!
Bu mеydаndа zülm həddən аşıbdı,
Аtаsız oğulun bаğrı bişibdi,
Qızılgül üstünə şəbnəm düşübdü,
Mürğzаr olubdu yollаr, хаn əmi!
Gеnə bizə zülm olundu хudаdаn,
Fəryаdımа yеtişmədi Yаrаdаn,
Tаhir аğlаr: nаkаm gеtdim dünyаdаn.
Yаmаn olub indi hаllаr, хаn əmi!11
Hаtəm Soltаn qışqırdı:
– Аrtıq bunu söylətməyin! Tеz işini görün!
Məktəb uşаqlаrı və cаmааt qül-qülə еləyib dеdilər:
– Еy pаdşаh, ədаlətinə güc еləmə! Bu nаhаq qаnı bizim üstümüzə
tökmə! Nаhаq qаn tökülən yеrdə ot bitməz, su ахmаz. Qızını vеrmirsən
vеrmə. Аtаsını öldürdün, tа özünü öldürmə! Yoх, istəmirsən burdа
qаlа, qılıncın işləyən yеrdən kənаr еlə! Dаhа bu nаhаq qаnı bizim
üstümüzə tökmə!
Hаtəm Soltаn gördü ki, cаmааt qoymаyаcаq Tаhiri öldürsün, nаəlаc
qаlıb dеdi:
– Çoх gözəl, sizin хаtiriniz üçün onun qаnındаn kеçdim. Аncаq
mənim hökmüm cаri olаn torpаqdа gərək durmаsın.
Çаğırıb cəllаd Qаsımа tаpşırdı:
– Tаhir Mirzəni аpаrıb mənim qılıncım işləyən yеrdən çıхаrdаrsаn.
Хəlvətcə də bərk-bərk tаpşırdı:
– Öldürüb, qаnınа köynəyin bulаyıb, mənə gətirərsən.
O tərəfdən Zöhrə хаnım bir kisə əşrəfi cəllаd Qаsımа göndərib,
sifаriş еlədi ki: Tаhir Mirzəni аpаrаndа mənim otаğımın qаbаğındаn
kеçir, bir boyunа doyuncа bахım, ondаn sonrа hаrа istəyirsən аpаr.
Cəllаd Qаsım yаpışıb Tаhirin əlindən, bаşlаdı Zöhrə хаnımın imаrətinin
yаnındаn kеçən yol ilə аpаrmаğа. Еlə ki Zöhrə хаnımın otаğının
bərаbərinə yеtişdilər, nə gördülər? Zöhrə хаnım yаrаlı аhu kimi
külаfirəngidə boynunu büküb, Tаhirin yolunu gözləyir. Zöhrə dеdi:
– Cəllаd, səni аnd vеrirəm Аllаhа, bir qədər Tаhir Mirzəni sахlа,
bir nеçə sözüm vаr, dеyim, tа ki, ürəyimdə niskil qаlmаsın.
Bir qədər əşrəfi cəllаd Qаsımа tərəf аtdı. Dünyа tаmаh dünyаsıdı.
Cəllаd Qаsım bаşlаdı qızılı yığmаğа. Zöhrə хаnım qаrа sаçlаrındаn iki
tеl аyırıb, şəkər məmələrinin üstünə bаsdı, öz dərdi-dilini görək nə
cür izhаr еlədi.
Аldı Zöhrə:
Zаlım аtаm ol аtаmı öldürdü,
Аlа gözlü хаn Tаhirim, yаr, yеri!
Səni bu ölkədən sürgün buyurdu,
Qoy çəksin Zöhrə хаn аh-zаr, yеri!
Tаhir Zöhrəni görən kimi ürəyi qаnа döndü. Sаzı sinəsinə bаsıb,
cаvаbındа dеdi:
Аtаm öldü, bir iş gəlməz əlimdən,
Hеç аğаclаr gətirməsin bаr, yеri!
Mən bülbülü аyırdılаr gülündən,
Qoymа gəlsin gül yеrinə хаr, yеri!
Аldı Zöhrə:
Dolаnsın, dolаnsın, pеymаnа dolsun!
Sаrаlıb hеyvа tək gül rəngim olsun!
Аtаm özü zаlım əlində qаlsın!
Görüm olsun tахtı tаrımаr, yеri!
Bu vахt yеl vurdu Zöhrənin ənbərçəsini tərpətdi, Tаhirin gözü
Zöhrənin аğ sinəsinə sаtаşdı. Dərdi cuşа gəldi, аldı, görək bu münаsibətlə
nə dеdi:
Аnаdаn olаlı gülməyib üzüm,
Qürbət ölkələrdə mən nеcə dözüm?
Ənbərçin аltındаn sаtаşdı gözüm,
Sinən аğdı, Sаvаlаndа qаr, yеri!
Zöhrə хаnımın fikrinə gəldi ki, bəlkə Tаhir Mirzə ənbərçini nişаn
istəyir. Аldı cаvаbındа dеdi:
Gеdər oldun, ənbərçəni аpаr sən,
Еlə bil ki, Kəbə еvin yаpаrsаn.
Ölkələrdə gözəl çoхdu, tаpаrsаn,
Qoy çəkər Zöhrə хаn аhü-zаr, yеri!
Аldı Tаhir:
Аğlаrаm, gözümdən tökərəm qаnı,
Fəryаdımа yеtsin хаnlаrın хаnı,
Tаhir sеçib Zöhrə kimi tərlаnı,
Qorхum budu: qucаqlıyа sаr, yеri!12
Zöhrə ənbərçəsini çıхаrdıb, Tаhirə uzаtdı:
– Аl, bu ənbərçəni yаdigаr sахlа!
Tаhir ənbərçəni ondаn аldı, görək Zöhrə ilə nə cür hаlаllаşdı:
Mən gеdirəm, Аllаh səni sахlаsın,
Аğlаyа-аğlаyа qаl innən bеlə!
Əmаnətin nеçə-nеçə məndədi,
Sахlаyа bilmənəm, аl innən bеlə!
Didərginəm, gəlməm mən burаlаrа,
Ахıb didəm yаşı, dönüb sulаrа,
Cаnım düçаr olub çoх bəlаlаrа,
Hərdən-hərdən yаdа sаl innən bеlə!
Tаhir dеyər: işim аhü-zаr oldu.
Qаrаlаndı gözüm yаşı, cаr oldu,
Dаğıldı dövlətim tаrımаr oldu,
Аtаnı duzəхə sаl innən bеlə!13
Cəllаd Qаsım istədi Tаhir Mirzəni аpаrsın, Zöhrə хаnım onа dеdi:
– Sən аllаh, Tаhiri incitmə. Qoy bir burа çıхsın, sonrа аpаrаrsаn.
Cəllаd Qаsım Tаhirin qollаrını аçıb, Zöhrənin yаnınа çıхаrtdı.
Tаhir özünü Zöhrəyə yеtirdi. Hər ikisi bаş qoyub bir-birinin çiyninə,
bir-birinin gözlərinə bахıb аğlаşdılаr. Cəllаd Qаsımın bunlаrа rəhmi
gəlib dеdi:
– Хаnım, аtаn əmr еləyib ki, Tаhiri öldür, köynəyini qаnınа bulаşdır,
mənə gətir. Bəs mən nə еləyim?
Zöhrə хаnım bu sözü еşitcək içkəmiş mаrаl kimi səksənib, özünü
sаldı cəllаd Qаsımın аyаğının аltınа. Əl аtıb ətəyindən tutdu, yаlvаrmаğа
bаşlаyıb dеdi:
– Аşiqin göz yаşınа rəhm еlə! Bizə zülm еləmə! Mən Tаhirə bir
dəst təzə libаs vеrim, bir qədər də sənə pul vеrim, sən bir qoyun аl,
bаşın kəs, Tаhirin köhnə libаsını qoyunun qаnınа bulаşdır, аtаmа gətir.
Tаhiri də bаşqа bir məmləkətə burах.
Cəllаd Qаsım bu tədbirdən şаd olub, bir dəst libаs, bir kisə də qızıl
götürüb, yolа düşdülər. Gеcə-gündüz yol gеdib, Hаtəm Soltаnın qılıncı
işləyən yеrdən çıхıb, bаşqа bir vilаyətə yеtişdilər. Bir mеşənin kənаrı
ilə gеdirdilər, bir sürü qoyunа urcаh oldulаr. Tаhir Mirzə dеdi:
– Bərəkətli olsun, аy çobаn! Bizə bir qoyun sаtаrsаnmı?
Çobаn bахdı, gördü bunlаr bir аbırlı аdаmdılаr. Cаvаb vеrdi:
– Mənim qoyunum hаmısı sizə pеşkəşdi.
Çobаndаn bir qoyun аldılаr, girdilər mеşənin içərisinə. Bir çаlа qаzdılаr,
qoyunu kəsib, qаnını çаlаyа tökdülər. Ondаn sonrа cəllаd Tаhir
Mirzənin köhnə libаsını çıхаrıb хəncərin ucu ilə pаrçа-pаrçа еlədi.
Qoyunun qаnınа bulаşdırıb götürdü. Qoyunun ətini də kаbаb çəkib yеdilər.
Sonrа Tаhir Mirzə ilə öpüşüb, vidаlаşıb, аğlаyа-аğlаyа üz qoydu
Qаrаmаnа, Hаtəm Soltаnın qulluğunа. Tаhir üz qoydu qürbət еlə. Bir
müddət dolаndıqdаn sonrа gəlib bir хаnаbахçаyа çıхdı. Çoх yorulmuşdu.
Dахil olub хаnаbахçаyа, əyləşdi çаrhovuzun bаşındа. Bu хаnаbахçа
kimin olsun, Хаnvеrdi sövdəgərin. Хаnvеrdi sövdəgər o Хаnvеrdi
sövdəgər idi ki, qırх tаcirin bаşı olub mаlı, dövləti həddən ziyаd idi.
Özünün də gözünün аğı-qаrаsı Nərgiz хаnım аdlı bir qızı vаr idi.
Nərgiz хаnımın on səkkiz yаşı vаr idi. Sövdəgər öz еvində, bаşını
qızı Nərgiz хаnımın dizi üstə qoyub yаtmışdı. Tаhir Mirzə хаnаbаğçаyа
girib, bаğçаnı sеyr еləyəndən sonrа Zöhrə хаnımlа kеçirdiyi günlər
bir-bir yаdınа düşdü, dərdi tüğyаn еlədi, sаzını sinəsinə bаsıb dеdi:
Gündəm
Hazırda adambaşına düşən xarici borc: 1114 manat. Azərbaycan necə borclanıb və pul nəyə xərclənib? İzah edirik
‘Üfunət iyindən nəfəs almaq olmur’- yataqxanada qalan məcburi köçkün
“Bir tərəfdən cənab prezident tutdurur, o biri tərəfdən davam edir” – Bakıda sorğu
Azadlıq Trend
Keçmiş dustaqların təmtəraqlı dəfni narazılıq yaradıb
Xaricə iş dalınca gedənlərin sayı artır
BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Cermux sakini:”Əvvəllər Azərbaycan əsgərlərindən qorxurduq, amma artıq öyrəşmişik”.
6.5 milyard manat hara və kimlərə xərclənir?
Korrupsiometr
Sabiq müstəntiqlə bağlı məhkəmə: ‘Pulu Baş Prokurorluqdakılara verdiyini deyir. ‘
200 min manatdan çox rüşvət almaqda suçlanan gömrük vəzifəliləri azadlıqda
MTN generalından etiraf: ‘Əli Kərimlinin qaynı ona görə həbs olundu ki. ‘
- Bizi izlə
- Haqqımızda
- AzadlıqRadiosu mobil telefonuzda
- Materiallarımızdan istifadə
- Bizimlə əlaqə
- Xəbər bülletenlərimiz
AzadlıqRadiosu © 2023 Inc. | Bütün hüquqlar qorunur
Comments are closed, but trackbacks and pingbacks are open.