Press "Enter" to skip to content

Tarix fəlsəfəsi anlayışı

“Tarix fəlsəfəsi” kitabında müasir məsələlər təhlil edilir Azərbaycanda tarixin fəlsəfəsindən bəhs olunan yeni kitab çap olunub.

Tarix fəlsəfəsi anlayışı

Sosial fəlsəfədə tarix fəlsəfəsi mühüm yer tutur. Bu da təsadüfi deyildir. Fəlsəfi biliyin xüsusi sahəsi olan tarix fəlsəfəsi dünyanın təkrarolunmaz fenomeni olan bəşər tarixini əks etdirir.
«Tarix fəlsəfəsi» anlayışını ilk dəfə elmi dövriyyəyə Volter gətirmişdir.Onun əsərlərindən biri «Tarix fəlsəfəsi» adlanır. Lakin bu heç də o demək deyildir ki, o, tarix fəlsəfəsinin banisidir. Çünki fəlsəfənin bu sahəsi Volterdən xeyli əvvəl yaranmışdır. Avropa fəlsəfə irsində bu sahədə ənənələrin mövcudluğu onun heç də Qədim Yunanıstanla əlaqədar olmasını sübut etmir. Müəyyən mənada antik fikir tarixi fəlsəfəsi refleksin fundamental predmeti kimi tanımırdı. Tarix sözü yunan mənşəli olmasına baxmayaraq ilk yu¬nan tarixçiləri (filosofları da) bu sözü «tədqiqat», məlumat toplan¬ması, keçmişdə və indi yaşayan adamların əməlləri haqqında heka¬yətlər kimi anlayırdılar. Tarix «çiy faktların» məcmusu və həmin faktların yenidən nəql edilməsi kimi göstərilirdi ki,burada heç bir elm yoxdur. Bu baxımdan tarix nəzəri tərtibata, bütöv bir bilgiyə çevrilə bilmir. Buradan məlum olur ki, indi başa düşdüyümüz mənada tarix fəlsəfəsi (əslində, tarixin özü də) qey-ri– mümkündür. Sonralar, doğrudur yunan tarixçiləri tarixi ağlabatan bir formaya sala bilmişlər. Nəticədə dünya tarixi sxemini yaratmağı mümkün edən konsepsiya-lar yaradıldı. Tarixi prosesi filosofluq etməyin əsas obyekti edən yeni dövr mütəfəkkirləri tarix fəlsəfəsinin yaradılması yolunda irəliyə doğru mühüm addımlar ata bildilər. Bu da əsasən italyan filosofu və tarixçisi c. Vikodan başlanır. Əlbəttə biz inkişaf etmiş ilk tarix konsepsiyalarından birinə– yunan tarixçisi Polibidə (b.er.əv. 2– ci əsr) rast gəlirik. Ümumiyyətlə, həmin dövr tarix konsepsiyalarında başlıca diqqət dövlət quruluşu və formalarına verilirdi. Sonra isə tarix fəlsəfəsinin Xristan, yeni dövr, maarifçi və XX əsr konsepsiyaları yaranıb inkişaf etdirilmişdir.

“Tarix fəlsəfəsi” kitabında müasir məsələlər təhlil edilir

“Tarix fəlsəfəsi” kitabında müasir məsələlər təhlil edilir Azərbaycanda tarixin fəlsəfəsindən bəhs olunan yeni kitab çap olunub.

30 Avqust , 2021 13:23

https://static.report.az/photo/a03a9140-7c6d-3a8f-aacc-7469b2f1aa46.jpg

Azərbaycanda tarixin fəlsəfəsindən bəhs olunan yeni kitab çap olunub. “Report” xəbər verir ki, “Tarix fəlsəfəsi” adlı kitabın müəllifi fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Məhəmməd Paşayevdir. M.Paşayev “Tarix fəlsəfəsi” kitabını həmmüəllifi olduğu qardaşı, mərhum professor Vəli Paşayevin anadan olmasının 80 illiyinə ithaf edib. Kitabda tarix fəlsəfəsinin predmeti, fəlsəfi-tarixi biliyin strukturu, dünyanın əsas aparıcı dövlətləri olan Almaniyada, Fransada, İtaliyada, İngiltərədə və Amerikada, o cümlədən Rusiyada tarix fəlsəfəsinin milli məktəbləri, tarixi proses nəzəriyyələri, tarixi idrak problemləri, tarix fəlsəfəsinin müasir məsələləri sistemli şəkildə öz əksini tapıb. Eyni zamanda, kitabda Azərbaycan fəlsəfi fikrində özünməxsus yeri olan A.A.Bakıxanov, M.F.Axundov və xüsusi ilə də professor Mirzə Kazımbəyin tarixi-fəlsəfi fikirləri geniş şəkildə şərh edilib. Kitab filosoflar, tarixçilər, politoloqlar, fəlsəfə və tarix fakültəsi tələbələri, aspirantlar, o cümlədən tarix fəlsəfəsi problemləri ilə maraqlananlar üçün faydalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.