MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir
-Təlim və tərbiyənin keyfiyyətinə nəzarət edir: ayrı – ayrı siniflər və fənlərdən mənimsəmənin keyfiyyətini aşkara çıxarır, nöqsanları və onların səbəblərini təhlill edib tövsiyələr hazırlayır;
Leyla Bayramova
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
5 Ağustos 2019 Pazartesi
TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
Paylaşıldı on 13:37 by Leyla Bayramova
1)Məktəbin təsərrüfat işlərinə rəhbərlik edir.
2) Təsərrüfat inventarlarının qorunub
saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir.
3)Kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır.
4)Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir.
5) Tədris yardımçı və kiçik xidmətedici işçilərin fəaliyyətinə nəzarət edir.(bu bənd müvafiq qanunda verilməyib )
Bilməlidir:
-“Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
– təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini;
– xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını;
-binanın istismar olunmasının təşkilinin elmi əsaslarını;
– əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.
Aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.
Mənbə:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017- ci il tarixli N18-1 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid -tarif -sorğu ixtisas kitabçası
MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?
Təlim – tərbiyə işləri üzrə direktor müavini (bundan sonra direktr müavini) direktorun təqdimatı üzrə ali pedaqoji təhsilli və 3 ildən çox pedaqoji stajı olan ən yaxşı müəllimlərdın təyin edilir. O, əsasən, tədris işlərinə baxır, təlim – tərbiyə prosesinin düzgün təşkilinə rəhbərlik və nəzarət edir. Zərurət olanda 1 – ci müavin kimi direktoru əvəz edə bilər.
Direktor müavininin işinin istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-Təhsilin məzmununun tam həyata keçirilməsini təmin edir: tədris planı və proqramlarının düzgün yerinə yetirilməsinə nəzarət edir;
– vaxtaşırı olaraq müxtəlif fənlərdən tədris proqramları ilə müəllimlərin təqvim – mövzu planlarını və dərs jurnallarını tutuşdurur, proqramın icrasında kəsirlər olduqda onun aradan qaldırılması üçün tədbirlər görür;
– tədris planı əsasında dərs cədvəlini tərtib edib ona düzgün əməl edilməsinə nəzarəti həyata keçirir;
-Dərslərin təşkilinə nəzarət edir: ayrı – ayrı fənlər üzrə dərslərin planlaşdırılması və planların həyata keçirilməsinə nəzarət edir;
– dərsləri müşahidə edib, onların səmərəli təşkili, pedaqoji tələblərə nə dərəcədə cavab verməsini yoxlayır;
– dərsdə yol verilən nöqsanları üzə çıxarıb müəllimlə birlikdə təhlil edir, müəllimə metodik tövsiyyələr verir;
-Metodik işə rəhbərlik edir: fənlər üzrə metodbirləşmələrin yaradılması, onların işinin planlaşdırılması, metodbirləşmə iclaslarının təşkilinə rəhbərlik edir;
– dərslərdə yeni təlim metodları və texnologiyaların tətbiqi vəziyyətini öyrənib metodbirləşmədə, pedaqoji şurada müzakirəsini təşkil edir;
– açıq dərslərin təşkilinə rəhbərlik edir;
– müəllimlərin metodik hazırlığının yüksəldilməsi, ixtisasartırmanın təşkili, qabaqçıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması məsələlərinə rəhbərlik edir;
– bu və ya digər müəllimin iş sistemini, üslub və metodlarını, dərsdə təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetirilməsini öyrənib müzakirə edilməsi və nəticələr çıxarılmasını təmin edir;
-Təlim və tərbiyənin keyfiyyətinə nəzarət edir: ayrı – ayrı siniflər və fənlərdən mənimsəmənin keyfiyyətini aşkara çıxarır, nöqsanları və onların səbəblərini təhlill edib tövsiyələr hazırlayır;
– şagirdlərin bilik və bacarıq səviyyəsini öyrənib təhlil edir;
– imtahan və yoxlamaların vaxtında və düzgün keçirilməsinə, qiymətlərin obyektiv berilmısinə nəzarət edir.
Direktor müavini hər biri müəllimi yaxşı tanımalı, onun müsbət və nöqsanlı cəhətlərini düzgün qiymətləndirməklə peşəkar müəl-lim kimi inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmalıdır.
Tdris işlri üzr direktor müavininin iş planı
Məkəb direktorunun təlim-tərbiyə işləri üzrə mavini məktəbdə əsas simalardan birdir. Bir çox hallarda məktəbin normal iş ahəngi, pedaqoji prosesin düzgün təşkili məhz onun fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət çoxşaxəlidir və məktəb həyatının bütün sferalarını əhatə edir. Direktorunun təlim-tərbiyə işləri üzrə müavini məktəbdə təlim prosesinin düzgün təşkilinə, tədris proqramlarının yerinə yetirilməsinə, dərslərin tədrisi keyfiyyətinə cavab veirir, təlim-tərbiyə işinin quruluşuna, şagirdlərin davamiyyətinə və proqramı mənimsəmələrinə nəzarət edir, müəllimlərin dərs yükünü tənzimləyir, məktəbdə metodiki işi təşkilini həyata keçirir, dərs məşğələlərinin cədvəlini tərtib edir, təlim-tərbiyə prosesinin vəziyyəti haqqında hesabatlar hazırlayır. Direktor müavinin yuxarıda sadalananları gündəlik olaraq aşağıdakı işlərin görülməsi ilə həyata keçirilir:
1. Siniflərin komplekləşdirlməsini təşkil edilməsi;
2. Məktəb direktoru ilə birlikdə məktəbin yarımillik və illik iş palnlarını tərtibi;
3. Müəllimlərin illik iş planının tərtibinə rəhbərliyi həyata keçirir və onları təsdiqi. Müntəzəm olaraq gündəlik dərs planlarının yazılmasını nəzarətdə saxlayır, bu planların tərtibinə dair göstərişlər verir, tədris prosesinin planlaşdırlmasını müəllimlərə öyrədir;
4. Dərslərin və dərsdənkənar məşğələlərin, həmçinin zəruri hallarda şagirdlər üçün əlavə məşğələlərin cədvəllərini hazırlanması;
5. İşə çıxmayan müəllimlərin dərslərinin əvəz edilməsinin təşkili, “Buraxılan və əvəz edilən dərslərin uçotu” kitabının, müəllimlərin əmək haqqı hesablandığı tabelin aparılması və təsdiqi;
6. Dərsləri dinlənməsi, eləcə də digər tədbirlərə baş çəkilməsi, onların keçirilməsini təhlili, metodiki göstərişlərin verilməsi. Bir qayda olaraq, direktorun təlim-tərbiyə işləri üzrə müavinləri həftə ərzində 10-12 nəzarət tədbiri (dərslərin, jurnalların, fakutativ məşğələlərin və s. yoxlanması) həyata keçirməlidirlər;
7. Dərs zamanı İKT-dən istifadəni təşkili və tətbiqinin nəzarətdə saxlanması;
8. Məktəb direktoru ilə birlikdə məktəbdaxili nəzarətin qrafikinin hazırlanması və buraya şagirdlərin müxtəlif sınaq və monitorinqlərinin, böyük summativ qiymətləndirmənin keçirilmə vaxtının daxil edilməsi;
9. Tədris proqramının həyata keçirilməsinin nəzarətdə saxlanması;
10. Məktəbdə metodiki işin, qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsi və yayılmasının təşkili;
11. Sinif jurnalları və məktəbli kitabçalarının aparılmasının, şagirdlərin dəftərlərinin vaxtaşırı yoxlanması;
12. Təlim-tərbiyə işləri üzrə direktor müavinin iş sferasına aid olan əmr və sərəncam, təlimat və digər normativ aktların tələblərinin yerinə yetirilməsinin nəzarətdə saxlanması;
13. Problemli və təlim göstəriciləri xüsusilə aşağı olan şagirdlərin təhsilinə şəxsən nəzarət edilməsi;
14. Müəllimlərin peşəkar inkişafı, onların ixtisasartırma təhsillərinin diqqətdə saxlanması;
15. Valideynlərin qəbul edilməsi.
Sənədlər
Qeyd edilən bütün bu fəaliyyət öz əksini müxtəlif sənədlərdə tapmalıdır. Çünki sənədlər həmin fəaliyyətin həm hüquqi əsası, həm də güzgüsüdür. Digər bir tərəfdən sənədlərə əsaslanan fəaliyyət daha planlı, sistemli və məqsədyönlü xarakter daşıyır. Bu sənədlər aşağıdakılardır:
1. Planlaşdırma ilə bağlı:
– məktəbin iş planı, o cümlədən məktəbdaxili və tədris prosesinə nəzarətin qrafiki;
– dərs cədvəli;
– fakultativ və dərnək məşğələlərinin cədvəlləri;
– yoxlama yazı işlərinin və summativ qiymətləndirmənin keçirilməs qrafiki;
– məktəb və ya şəhər çərçivəsində keçirlən seminar və ya terninqlərin qrafiki;
– ixtisasartırma kurslarının qrafiki.
2. Qovluqlar:
– məktəbin iş planı;
– direktor müavinin illik, aylıq (həftəlik) iş planı;
– metodbirləşmənin iş planı;
– əmək haqqı tabellərinin surəti;
– əvəzetmələrin qeydiyyatı;
– müxtəlif təlimatlar, əmrlər (onların sistemləşdirilmiş kartotekası);
– məktəbin illər üzrə statistik göstəriciləri (buraxılış və qəbul imtahanlarının nəticələri, ilin sonu üçün müxtəlif təlim-tərbiyənin müxtəlif aspektlərini əhatə edən göstəricilər);
– metodiki iş: planlar, protokollar.
3. Buraxılan və əvəz edilən dərslərin qeydiyyatı kitabı
4. Qeydiyyat jurnalları:
– fəaliyyətin aylıq planlaşdırlması;
– dinlənilən dərslərin qeydiyyatı;
– ixtisasrtırmanın qeydiyyatı;
– müəllimlərlə fərdi söhbətin qeydiyyatı;
– məktəb, şəhər, respublika miqyasında keçirilmiş monitorinq və digər yoxlamalara aid sənədlər, testlər, təhlillər;
– siniflər, dərnəklər üzrə şagird siyahıları;
– sinif jurnallarının yoxlamasının qeydiyyatı;
– proqram materialın yerinə yetirilməsi;
– yoxlama yazı işləri və summativlər;
– yarımillik, illik qiymətlərin düzgün çıxarılması;
– jurnalın təlimata uyğun aparılması.
– şagird hərəkəti, məktəbyaşlı uşaqların ilkin qeydiyyatı.
Comments are closed, but trackbacks and pingbacks are open.