İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı
Gənc nəslin müasir informasiya texnologiyalarından maksimum bəhrələnməklə inkişaf etməsinə , gələcəyin bacarıqlı kadrları kimi yetişməsinə xüsusi qayğı ilə yanaşan ölkə başçısı 10 iyun 2008-ci il tarixdə yeni bir Sərəncamla �2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyala şdırılması üzrə Dövlət Proqramı � nı təsdiq etdi .
Tehsilde informasiya kommunikasiya texnologiyalari
Təhsildə informasiya texnologiyaları
Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bir neçə ildir ki , uğurla davam etdirilir . Bunun üçün ölkəmizdə həm hüquqi baza , həm də texniki-iqtisadi əsaslar yaradılıb . Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş � Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı � ilə bu sahənin dövlət siyasətində prioritet olduğu müəyyənləşmiş və həmin proqramda gənc nəslin informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiy ələnməsini təmin etmək ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur . Son illər bu istiqamətdə görülən işlər , atılan addımlar daha da intensivləşmiş , təhsil sahəsində yeni proqramlar və layihələr həyata keçirilməyə başlamış , uğurlu nəticələr əldə edilmişdir .
Hörmətli prezidentimiz İlham Əliyev cənablarının 21 avqust 2004-cü il tarixli Sərəncamı ilə 2005-2007- ci illər üçün � Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı � təsdiq olundu və Dövlət Proqramı çərçivəsində genişmiqyaslı işlərə başlandı .
Ölkədə yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltmək , təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədi daşıyan bu proqram həyata keçirildikdən sonra təhsil sisteminin vahid informasiya məkanının qurulması,kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi və onun imkanlarından istifadə olunması , ölkənin təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi , elmi-metodiki işlərin səmərəliliyinin artırılması,beynəlxalq informasiya şəbəkələri vasitəsi ilə dünya ölkələrinin təhsil müəssisələri ilə səmərəli əlaqələrin yaradılması təmin olundu , müəllim və şagirdlər müasir informasiya texnologiyalarının imkanlarından bəhrələnməyə başladılar , ümumtəhsil məktəbləri kompyuterlə təchiz edildi , minlərlə yeni iş yeri yaradıldı .
Gənc nəslin müasir informasiya texnologiyalarından maksimum bəhrələnməklə inkişaf etməsinə , gələcəyin bacarıqlı kadrları kimi yetişməsinə xüsusi qayğı ilə yanaşan ölkə başçısı 10 iyun 2008-ci il tarixdə yeni bir Sərəncamla �2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyala şdırılması üzrə Dövlət Proqramı � nı təsdiq etdi .
Proqram müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqini , ilk növbədə , təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur . Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi , habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır .
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri olduğunu nəzərə alsaq , adı çəkilən Dövlət Proqramının tarixi bir sənəd kimi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına , bütövlükdə gələcəkdə inkişaf etmiş Azərbaycanın meydana gəlməsinə hesablandığını başa düşmək çətin olmaz .
Dövlət Proqramı çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş , hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur . Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşürdü .
Ötən müddət ərzində 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə ( İntranet ) və internet şəbəkəsinə qoşulmuş , inzibati , pedaqoji və texniki heyət əhatə olunmaqla 40000 nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmiş , təhsil tariximizdə ilk dəf ə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmişdir .
Görülmüş işlər nəticəsində 20 məktəb � elektron məktəb � layihəsinə qoşulmuş , IX siniflər üçün � İnformatika � dərslikləri hazırlanmış , bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır .
Təhsillə bağlı məlumat və resursların toplanması , onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi , ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris resurslarından istifadəni təmin etmək məqsədilə Milli T əhsil Portalı , təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması məqsədilə Milli Təhsil Məlumat Bazası yaradılmışdır .
Həyata keçirilən məqsədyönlü tədbirlər bir şagirdə bir kompyuter (1:1) konsepsiyasının reallaşdırılmasına imkan yaratmış , bu məqsədlə İntel şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmiş ,� Xalq kompyuteri � layihəsi çərçivəsində 5000 müəllim kompyuterlə təmin olunmuş , kompyuter istehsal edən K ÜR MMC ilə birgə layihələrin icrasına başlanmışdır .
Bu istiqamətdə işlər 2010-cu ildə də davam etdiriləcək . Bu il ərzində İntel şirkəti tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla ümumilikdə 4 000 şagirdə noutbuklar veriləcək .
Dövlət Proqramına əsasən inzibati , pedaqoji və texniki heyət əhatə olunmaqla , 2009-cu ildə 23000 nəfər müvafiq treninqlərdən keçərək , İKT bacarıqlarına yiyələnmişdir . Bakı şəhərinin 20 məktəbində � Elektron məktəb � pilot layihəsi davam etdirilmiş , həmin məktəblər 336 netbuk və CİSCO şəbəkə avadanlığı ilə təmin edilmiş , 290 təhsil müəssisəsi CİSCO şəbəkə avadanlığı ilə təmin edilmiş və şəbəkəyə qoşulmuşdur .
Respublika üzrə təhsil müəssisələri 300 yeni NEXSUS markalı personal kompyuter , 200 noutbuk və 200 LCD proyektorla təchiz olunmuşdur .
Məktəblərə verilmiş kompyuterlər üçün 32 min lisenziyalı proqram təminatı alınmış , 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə ( İntranet ) və İnternet şəbəkəsinə qoşulmuş , təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturu , onun idarəetmə və texniki nəzarət sistemi yaradılmışdır .
�2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı � çərçivəsində görülmüş işlər , əldə edilmiş nailiyyətlər təhsil sahəsində İKT- nin geniş tətbiq olunduğunu , ümumtəhsil məktəblərində gənc nəslin müasir informasiya texnologiyaları üzrə yüksək biliklərə yiyələndiklərini sübut edir . Xüsusilə qeyd etmək lazımdır ki , Braziliyanın Salvador şəhərində dünya üzrə � İnnovativ məktəblər � proqramı çərçivəsində keçirilən müsabiqədə iştirak edən 31 məktəb arasında Bakı şəhəri 7 nömrəli məktəb I yerə layiq görülmüşdür .
Qarşıda isə daha böyük işlər gözləyir . Bu il Azərbaycan Təhsil Şəbəkəsinə ( İntranet ) və İnternet şəbəkəsinə 500 təhsil müəssisəsinin qoşulması və onların yüksək sürətli internetə çıxışının təmin edilməsi , 25000 nəfər ali və orta təhsil müəssisələrinin pedaqoji , 4000 nəfər inzibati-idarəetm ə və 500 nəfər texniki heyətin İKT üzrə treninqlərdən keçirilməsi , � Bir müəllim-bir kompyuter �, � Bir şagird – bir kompyuter � layihəsinin əhatə dairəsinin genişləndirilməsi , ümumtəhsil məktəblərinə əlavə netbukların verilməsi , � Elektron məktəb � layihəsinə əlavə məktəblərin cəlb edilməsi , 2009 / 2010 tədris ili üçün TİMS elektron məlumat bazasının yeniləşdirilməsi , cari tədris ilində IX və XI sinfi bitirəcək şagirdlərə veriləcək şəhadətnamə və attestların seriyaları və nömrələrinin TİMS məlumat bazasına daxil edilməsi , məktəbəqədər , orta ixtisas , ali təhsil pillələri və təhsil şöbələri üzrə TİMS bazasının yaradılması , TİMS serverinin Vahid Təhsil Şəbəkəsinə qoşulması və � Təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı � çərçivəsində intranet şəbəkəsində birləşdirilmiş 500 məktəbdən məlumatların on-line rejimində toplanılmasının təmin edilməsi görüləcək işlər siyahısındadır .
Camaləddin Dostəli
Rabitə dünyası .- 2010.- 12 fevral .- S.4.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı görülən işlər nəticəsində 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə 500-ə yaxın yeni özəl müəssisə yaradılıb. 2010-cu il ərzində isə İKT, poçt və informasiya sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 32,1 faiz artaraq 1 milyard 23,2 milyon manat təşkil edib. 2009-cu illə müqayisədə artım tempi İKT sektorunda 35,5 faiz, o cümlədən telekommunikasiya sektorunda 32,8 faiz, poçt sektorunda isə 29,2 faizə çatıb. İKT və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 80 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.
Bununla yanaşı, 2010-cu ildə ölkəmizdə müasir texnologiyaların tətbiqi daha da genişləndirilib, informasiya cəmiyyətinin inkişafı, internetin liberallaşdırılması davam etdirilib, televiziya və radio proqramların yayım keyfiyyəti yüksəldilib, mobil telefon və kompyuter istifadəçilərinin sayı artıb, xarici əlaqələr genişlənib, qanunvericilik bazası daha da təkmilləşdirilib. Azərbaycan İKT ilə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi ilə də bu sahənin inkişafına önəm verdiyini nümayiş etdirməkdədir.
Məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” fərman gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə elmi-texniki zəmin yaratmışdır. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” isə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir.
Prezident İlham Əliyevin 2008-ci il 11 avqust tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Fərman ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)” həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” təsdiq edilmişdir.
İKT-nin mənası (İnformasiya və Kommunikasiya Texnologiyaları)
Videonuz: Dinləmə mətni: İnformatika və İnformasiya Kommunikasiya Texnologiyaları – DƏRS 1.
MəZmun
- İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) nədir:
- İKT xüsusiyyətləri
- İKT növləri
- İş yerində İKT
- Təhsildə İKT
- İKT-nin üstünlükləri
- İKT-nin dezavantajları
İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) nədir:
İKT hal-hazırda daha səmərəli məlumat və kommunikasiya üçün inkişaf etdirilən bir sıra texnologiyalardırhəm biliklərə, həm də insan münasibətlərinə çıxış yolunu dəyişdirmişlər.
İKT Məlumat və Kommunikasiya Texnologiyalarının kısaltmasıdır.
İKT rabitə texnologiyaları (qəzet, radio və televiziya), İnternetin inkişafı və kompüterlər, planşetlər və kompüterlər kimi yeni texnoloji qurğular vasitəsilə məlumat əldə etmək parametrlərini dəyişdirdi. ağıllı telefon, həmçinin platformalar və proqramlar mövcuddur.
İKT, elm və mühəndisliyin gündəlik problemləri həll edən cihazlar və sistemlər inkişaf etdirmək üçün birlikdə çalışdığı yenilikçi məhsullar kimi tanınır. Sözdə rabitə texnologiyaları və ya TC (radio, mətbuat və TV) elementlərini informasiya texnologiyaları ilə sintez edirlər.
The məlumat bu kontekstdə mətnləri, şəkilləri və səsləri əhatə edən məlumatların yenilikçi bir şəkildə ötürülməsini nəzərdə tutur.
The rabitə göndərənin göndərdiyi mesajın alıcı tərəfindən düzgün şifrəsini açmasına imkan verən vasitələrə aiddir. Məsələn, istifadəçi məlumat platformaları.
Qısaltmaların düzgün yazılması barədə şübhələr var, çünki çoxlu bir ismə istinad edirlər. İnsanlar yazım arasında qalıb TIC, İKT və ya İKT. Cəm rəqəmini göstərmək üçün “las” adlı qadın məqaləsini əlavə etmək kifayətdir. Misal üçün: “İKT təhsil sahəsində inqilab etmişlər. “Buna görə də, doğru olan İKT yazmaqdır, kiçik “s” adətən Anglikizm (TIC’s) kimi qəbul edildiyi üçün “S” hərfi adətən bu terminin başqa bir qısaltması kimi qəbul edilir və bu da qarışıqlıq yaradır.
İKT xüsusiyyətləri
- İnsanın bilik və sosial həyatının bütün sahələrinə nüfuz edirlər: ev, təhsil, əyləncə və iş.
- Bilik əldəetmənin zehni proseslərini dəyişdirirlər;
- Bunlar əhəmiyyətsizdir, çünki məlumatlar virtual şəbəkələrdən qurulur;
- Onlar ani və ya dərhal olurlar, çünki məlumat və ünsiyyət əldə etmək fiziki məsafədən asılı olmayaraq real vaxtda baş verir;
- Tərkibindəki məlumat, istər mətn, istər şəkil, istərsə də səs şəklində rəqəmləşdirilməlidir;
- Çevikdirlər, bu da lazımi dəyişikliklərə görə yenidən qurula biləcəyi deməkdir;
- Bunlar qarşılıqlı əlaqə prinsipi ilə idarə olunur, yəni iki və ya daha çox texnologiyanın birləşməsindən yeni ünsiyyət imkanları yaratmağa imkan verir;
- İnteraktivdirlər ki, bu da istifadəçinin informasiya emalı prosesində iştirakını və mövcud mənbələrin ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutur.
İKT növləri
İKT haqqında danışarkən, bu terminin istifadəsi kontekstindən asılı olaraq fərqli meyarlara müraciət edə bilər. Məhz:
- Şəbəkə. Həm radio, həm televiziya şəbəkələrinə, həm sabit və mobil telefon şəbəkələrinə, həm də bant genişliyinə aiddir.
- Terminallar və avadanlıqlar. Məlumat və kommunikasiya şəbəkələrinin işlədiyi hər növ cihazı əhatə edir. Məsələn: kompüterlər, planşetlər, mobil telefonlar, audio və video cihazlar, televizorlar, oyun konsolları və s.
- Xidmətlər. Yuxarıda göstərilən mənbələr vasitəsilə təklif olunan geniş spektrli xidmətlərə aiddir. Məsələn: e-poçt xidmətləri, bulud saxlama, məsafədən təhsil, elektron bankçılıq, onlayn oyunlar, əyləncə xidmətləri, virtual icmalar və bloglar.
Texnologiyaya da baxın.
İş yerində İKT
İKT bugünkü iş mühitinin vacib hissəsidir. Yerli serverlərdə və ya bulud xidmətlərində kompleks məlumat bazalarının saxlanmasını asanlaşdırırlar.
Eynilə İKT-lər də onlayn ticarətin inkişafı, elektron bankçılıq, mühasibat işi, məlumat axtarışı, inventar nəzarəti, mətn, audio və video kimi məlumatverici materialların istehsalı və əsas etibarilə dərhal və effektiv ünsiyyət üçün əsasdır.
Bütün bunlar əmək məhsuldarlığına və iş rəqabət qabiliyyətinə müsbət təsir göstərə bilər, eyni zamanda işinizi dəyişdirir.
Bununla birlikdə, İKT yayındırma mənbəyi də ola bilər, çünki getdikcə tez-tez, dağınıq və asılılıq yaradan istifadəsi işçilərin vəzifələrini tərk etmələrinə, unutqanlıq və istər-istəməz gecikmələrin dərəcəsini artırmasına səbəb olur.
Təhsildə İKT
Son illərdə İKT-lər biliklərə giriş yolunu təsir etdikləri üçün yeni təhsil siyasətləri və layihələrinin hazırlanmasında əsas rol oynamışdır. Təhsilə şəxsən və ya məsafədən daxil olmağı asanlaşdırmaq üçün bir fürsət oldular, eyni zamanda bir sıra çətinliklər ortaya qoydular.
Bu mənada, təhsil üçün tədris və öyrənmə modellərini yenidən nəzərdən keçirməyə imkan verən İnternet protokol xidmətləri və platformaları hazırlanmışdır. Bunların arasında platformalar e-öyrənmək. Açıq mənbə platformalarının nümunələri əsasən Moodle, Chamilo, Claroline, ATutor və ya Sakai’dir. Reklamlar arasında qeyd edə bilərik: Blackboard, Educativa, Saba, Almagesto və Neo LMS.
Bu platformalarda interaktiv lövhələr, real vaxt rejimində virtual sinif otaqları, müzakirə otaqları, forumlar, anketlər, diaqramlar, audiovizual mənbələr, rəqəmsal ədəbiyyat, onlayn əməkdaşlıq sənədləri, portfellər, təhsil oyunları və s.
WhatsApp və ya Facebook kimi sosial şəbəkələr, bloglar və bulud xidmətləri kimi vasitələr, interaktiv və əməkdaşlıq prinsipləri üzərində bilik inkişaf etdirmək üçün təhsil vasitələridir.
Ayrıca baxın Uzaqdan təhsil.
İKT-nin üstünlükləri
- Məlumat əldə etməyi asanlaşdırırlar;
- İcma anlayışını genişləndirərək müxtəlif təhsil mərkəzlərinin şəbəkə əlaqəsinə üstünlük verir;
- Yeni düşüncə tərzini təbliğ edir;
- Biliklərin birgə qurulması prinsipinə üstünlük verir;
- İstifadəçilərin rəqəmsal savadlılığına imkan verir;
- Təhsil sahəsində tələbələr və müəllimlər arasındakı nəsil fərqini aradan qaldırmağa kömək edirlər;
- Tələbələrin akademik davranışlarını bilmək üçün məlumat bazalarına və statistik məlumatlara dərhal daxil olmağa imkan verdiyi üçün təhsil və inzibati idarəetmə üçün bir vasitədir.
İKT-nin dezavantajları
Ümumiyyətlə, İKT-nin bir sıra mənfi cəhətləri var. Məhz:
- Məlumat çoxdur, lakin mütəşəkkil deyil, dağınıqdır, bu da böyük ola bilər;
- İKT mövzunu məqsədindən yayındıran yayındırma mənbəyi ola bilər;
- Platformalar kimi cihazlar və alətlər daim dəyişir, bu da davamlı yeniləmə səyini nəzərdə tutur;
- Fərdi məlumatların həssaslıq riskini artırır.
Xüsusi təhsil sahəsində bu çatışmazlıqlar aşağıdakılarla qarışdırılır:
- Yoxsulluq və ya dövlət təhsil siyasətinin olmaması kimi amillər səbəbindən texnologiyaya girişdə hələ də böyük bərabərsizlik mövcuddur.
- İstifadəsinin effektivliyi məktəb tədris proqramına inteqrasiyadan asılıdır;
- İKT-nin istifadəsi üçün kifayət qədər yer və avadanlıq təmin edilməsi tələb olunur;
- Dövlət, məktəb və müəllim tərəfindən lazımi hazırlıq və ya yaxşı qurulmuş bir tədris planı olmadan, İKT öyrənmək əvəzinə dağılma yarada bilər.
- Məruz qalma riski kiber zorakılıq xeyli artır.
Comments are closed, but trackbacks and pingbacks are open.