Telekommunikasiya sistemləri
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (14 gün əvvəl)
Dünya iqtisadiyyatının inkişafında müasir meyllər və problemlər
Dünya təsərrüfatı XXI əsrin əvvəllərində öz miqyasına görə qlobaldır, bütünlükdə bazar iqtisadiyyatının prinsiplərinə, beynəlxalq əmək bölgüsünün obyektiv qanunauyğunluqlarına, istehsalın beynəlmiləlləşməsinə əsaslanır və bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan, beynəlxalq iqtisadi münasibətlərdə və beynəlxalq əmək bölgüsündə iştirak edən milli iqtisadiyyatların məcmusunu təşkil edir. Müasir dünya təsərrüfat münasibətlərinin öyrənilməsində dünya iqtisadiyyatının inkişafındakı əsas meyllər və qanunauyğunluqlara diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünya iqtisadiyyatının inkişafında bir sıra meyllər müşahidə edilməkdədir.
Hər şeydən əvvəl təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesi qeyd edilməlidir. Bu proses praktiki olaraq təkrar istehsal prosesinin bütün mərhələlərində milli iqtisadiyyatların yaxınlaşması və qarşılıqlı nüfuz etməsi şəklində təzahür edir. Əgər dünya təsərrüfatının inkişafının ilkin mərhələlərində dünya təsərrüfat əlaqələrinin obyekti kimi yalnız ölkədəki daxili tələbdən artıq istehsal edilmiş, həmçinin ölkədə istehsal edilməyən və ya mövcud olmayan əmtəələr çıxış edirdisə, müasir dövrdə dünya təsərrüfat münasibətlərinə milli istehsalın nəticələri ilə yanaşı istehsal amilləri – kapital, texnologiyalar, işçi qüvvəsi, həmçinin istehsal prosesinin özü də cəlb olunur. Müasir dünya iqtisadiyyatında beynəlxalq ixtisaslaşma və istehsal kooperasiyası, texnologiyaların mübadiləsi intensiv sürətdə artır, kapitalın və işçi qüvvəsinin beynəlxalq hərəkəti fəallaşır. Ölkələr arasındakı kommersiya fəaliyyəti sahəsindəki iqtisadi münasibətlər milli təkrar istehsal prosesini müəyyən edən əsas və vacib şərtə çevrilmişdir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesini dünya iqtisadiyyatı çərçivəsində ölkələr arasında xarici iqtisadi münasibətlərin liberallaşdırılması müşayiət edir. Dünya iqtisadiyyatının inkişaf tendensiyası kimi xarici iqtisadi münasibətlərin liberallaşdırılması dünya təsərrüfat münasibətlərində milli iqtisadiyyatın açıqlıq dərəcəsinin artması ilə ifadə olunur. Dünya iqtisadiyyatında liberallaşma malların beynəlxalq hərəkətində olan maneələrin – gömrük rüsumlarının, kəmiyyət məhdudiyyətlərinin, texniki əngəllərin və s. azaldılması, kapitalın, işçi qüvvəsinin ölkələr arasında daha sərbəst hərəkətinin təmin edilməsi, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması şəklində təzahür edir.
XX əsrin 50-ci illərindən başlayaraq dünya iqtisadiyyatının inkişaf tendensiyası kimi beynəlxalq və regional iqtisadi inteqrasiya prosesi güclənmişdir. Beynəlxalq iqtisadi inteqrasiya milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılaşdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən obyektiv iqtisadi qarşılıqlı təsir prosesidir. İqtisadi inteqrasiyanın əsasında müstəqil fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur. Daha əvvəllər inteqrasiya prosesləri məhdud sayda regionları əhatə edirdisə, hazırda bu hadisə demək olar ki bütün qitələrdə baş verir və çoxsaylı regional və subregional ticarət-iqtisadi qruplar yaranır. Ümumdünya Ticarət Təşkilatının göstəricilərinə görə, hazırda dünya üzrə real olaraq fəaliyyətdə olan 250-dən çox ticarət-iqtisadi saziş mövcuddur və onlardan 130-dan çoxu 1995-ci ildən sonra yaradılıb. Bir çox tədqiqatçılar 1990-cı illərdə “inteqrasiya bumu” yaşandığını qeyd edirlər. İnteqrasiya bumu özünü iki formada göstərir: kəmiyyət (yeni regional sazişlər, mövcud sazişlərin yeni şərtlər əlavə edilməklə yenidən imzalanması və s.) və keyfiyyət (qarşılqılı regional təsərrüfat fəaliyyətinin dərinləşməsi, inteqrasiyanın daha inkişaf etmiş kompleks formalarından istifadə və s.).
Müasir dünya iqtisadiyyatının daha mühüm inteqrasiya birlikləri kimi 25 Avropa ölkəsini birləşdirən Avropa Birliyi (AB); Kanada, ABŞ və Meksikanın daxil olduğu Şimali Amerika Azad Ticarət Zonası (NAFTA); Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası (ASEAN) və s. çıxış edir. Qeyd edilməlidir ki, regional inteqrasiya proseslərinin BİM-in inkişafına təsiri baxımından ziddiyyət təşkil edir. Belə ki, bir tərəfdən BİM inteqrasiya birliyi daxilində dərinləşir və fəallaşır, digər tərəfdən isə üçüncü ölkələrə münasibətdə dünya təsərrüfat münasibətlərinin inkişafı məhdudlaşdırılır.
Dünya iqtisadiyyatının inkişafında növbəti meyl istehsalın və kapitalın transmilliləşməsi prosesidir. Dünyanın inkişaf təcrübəsi göstərir ki, istehsalın beynəlmiləlləşməsi prosesi beynəlxalq şirkətlərin yaranmasına təkan verən əsas amil olmuşdur. Bu prosesin əsasında ardıcıl beynəlmiləlləşmə modeli dayanır. Xaricdə satışın genişləndirilməsinə və istehsalın təşkilinə yönəlmiş bu model beynəlmiləlləşmənin tarixən və məntiqi olaraq birinci forması – əmtəə ixracının beynəlxalq sahibkarlıq fəaliyyətinin yeni formaları – lisenziyaların, ticarət markasının ixracı, birbaşa xarici investisiyalar ilə ardıcıl tamamlanmasını əks etdirir. Dünya təsərrüfatında istehsalın transmilliləşməsi beynəlxalq bank, maliyyə, sığorta, informasiya xidmətlərinin beynəlmiləlləşməsi prosesi ilə eyni zamanda baş verir və nəticədə transmilli biznes təkcə istehsalı deyil, həmçinin xidmətlər sferasını da əhatə edir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi, milli iqtisadiyyatların qarşılıqlı yaxınlaşması dünya iqtisadiyyatında qaydaların unifikasiyası və BİM-in dövlətlərarası tənzimlənməsi sisteminin yaradılması meyllərini şərtləndirir. Müasir dünyada iqtisadi qaydalar beynəlxalq valyuta, hesablaşma, kredit, ticarət münasibətlərinin tənzimlənməsini əhatə edir və belə qaydaların yaradılmasında Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi beynəlxalq təşkilatlar mühüm rol oynayır.
XX əsrin 80-90-cı illərində dünya iqtisadiyyatının inkişafında elmi ədəbiyyatda “qloballaşma” termini ilə ifadə edililən yeni tendensiya meydana gəldi. Dünya iqtisadiyyatının qloballaşması müasir inkişafı şərtləndirən və səciyyələndirən ən mühüm meyl hesab edilir. Müxtəlif mənbələrdə onun izahına fərqli yanaşmalar mövcuddur. Lakin ümumilikdə qloballaşma dünya təsərrüfatının formalaşmasının müasir mərhələsini xarakterizə edir. Dünya iqtisadiyyatında qloballaşma prosesi istehsalın və kapitalın beynəlmiləlləşməsinin qanunauyğun nəticəsi kimi çıxış edir. Qloballaşma müəyyən dərəcədə dünya təsərrüfat əlaqələrinin çərçivəsinin genişlənməsi, onun artımının kəmiyyət prosesi kimi çıxış etməklə yanaşı, müasir dünya iqtisadiyyatına yeni keyfiyyət verir, onun konsolidasiyası və inteqrasiyası prosesini gücləndirir.
Qloballaşma prosesinə iki tərəfdən yanaşmaq olar. Makroiqtisadi səviyyədə qloballaşma ölkələrin və ayrı-ayrı regionların öz sərhədlərindən kənarda iqtisadi fəaliyyətə səy göstərmələridir. Bu cür səylərə təkan verən amillər kimi isə liberallaşmanı, ticarət və investisiya maneələrinin aradan qaldırılmasını, azad iqtisadi zonaların yaradılmasını və s. göstərmək olar.
Mikroiqtisadi səviyyədə qloballaşma dedikdə, müəssisənin fəaliyyətinin daxili bazar çərçivəsindən kənara genişlənməsi başa düşülür. Sahibkarlıq fəaliyyətinin çoxmilli istiqamətlənməsindən fərqli olaraq qloballaşma dünya bazarının mənimsənilməsinə vahid yanaşma tələb edir.
Qloballaşmanın ən sürətli inkişaf dairəsi maliyyə sferası hesab olunur. Maliyyə bazarlarında kapitalın sərbəst hərəkəti üçün maneələrin aradan qaldırılması və tənzimləmə qaydalarının unifikasiyası daha sürətlə gedir. Maliyyə sektorunun dünya iqtisadiyyatının qloballaşmasında rolunu qiymətləndirərkən qeyd etmək lazımdır ki, müasir dövrdə maliyyə sirkulyasiyaları əmtəə dövriyyəsini 20-30 dəfə üstələyir. Ekspertlərin qiymətləndirməsinə görə dünya iqtisadiyyatının real sektorunda 1 dollar gəlir gətirən kapital maliyyə sektorunda 50 dollar gəlir gətirir.
Dünya iqtisadiyyatının qloballaşması prosesi heç də problemsiz ötüşmür. Qloballaşma ilk növbədə sənayecə inkişaf etmiş ölkələrin mövqelərini gücləndirir, onlara əlavə üstünlüklər verir. Əlbəttə ki, qloballaşma geridə qalmış ölkələrə də öz iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur.
Qlobal problemlərin həlli üçün ölkələrin səylərinin birləşdirilməsi müxtəlif yollarla baş verə bilər: ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq təşkilatların yaradılması və fəaliyyəti, iqtisadiyyatın və texnologiyanın müxtəlif sahələrində layihələrin birgə maliyyələşdirilməsi və həyata keçirilməsi, beynəlxalq xeyriyyəçilik və s.
Qloballaşma dövlətlər tərəfindən düşünülmüş iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Bu cür iqtisadi siyasət daxili və xarici iqtisadi siyasətin dialektik vəhdətini və qarşılıqlı əlaqəsini nəzərə almalıdır. Səmərəli dövlət siyasəti iqtisadi çiçəklənmə, təhsilin və səhiyyənin inkişafı, sosial qeyri-bərabərliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir. Dövlət ətraf mühitin mühafizəsinin, siyasi və makroiqtisadi sabitliyin, qanunçuluğun əsaslarının, sosial təminatın və təhsilin qarantı kimi çıxış etməlidir.
Müasir dünya təsərrüfat əlaqələrinin coğrafi quruluşunda da müəyyən dəyişikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri olan sənayecə inkişaf etmiş ölkələr bir-birləri iqtisadi əlaqələri daha da dərinləşdirirlər və bu proses özünü inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir.
İnkişaf etməkdə olan ölkələrin dünya mal, xidmət, kapital və işçi qüvvəsi bazarlarında mövqeləri getdikcə güclənir. Müasir mərhələdə dünya iqtisadiyyatında yuxarıda göstərilən meyllərlə yanaşı bir sıra problemlər də müşahidə edilir.
Dünya iqtisadiyyatının inkişafında müşahidə edilən əsas problemlərdən biri inkişaf etmiş qərb ölkələri tərəfindən qapalı iqtisadi sistemin formalaşdırılmasıdır. Bu gün sənayecə inkişaf etmiş ölkələrin qarşılıqlı ticarəti dünya ticarətinin 75%-dən çoxunu təşkil edir. Dünyada BXİ qoyuluşlarının 60%-i İEÖ-in payına düşür. Dünyadakı bütün qeydiyyatdan keçmiş patentlərin 87%-i İEÖ-də cəmləşmişdir. Dünyada ticarət axınlarının yalnız 5%-i İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində başlayır və ya bitir.
Bu gün planetin sənaye ölkələrində yaşayan 20% əhalisinə dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 86%-i düşdüyü halda, İEOÖ-də yaşayan 20% əhaliyə cəmi 1%-i düşür. Bu isə dünya təsərrüfatının qloballaşmasından əldə olunan qazancların ölkələr arasında qeyri-bərabər bölünməsi ilə müəyyən olunur.
Bunlardan başqa, hazırda dünyada əsas oyun qaydalarının müəyyənləşməsində beynəlxalq təşkilatların, transmilli şirkətlərin rolunun artması ölkələrin iqtisadi müstəqilliyi zəifləməsinə və dünya təsərrüfat əlaqələrinin inkişafında milli iqtisadi təhlükəsizlik probleminin meydana çıxmasına səbəb olur.
Beləliklə, dünya təsərrüfatına aid olan ümumilik və vahidliklə yanaşı, onda həmçinin daxili ziddiyyətlər də mövcuddur. Bu ziddiyyətlər özünü əsasən ayrı-ayrı ölkə qrupları üzrə göstərir.
Ziddiyyətlərin birinci qrupu dünya iqtisadi inkişafının 3 mərkəzi – NAFTA (ABŞ başda olmaqla), Avropa Birliyi və Asiya-Sakit okean regionu (Yaponiya başda olmaqla) arasında mövcuddur. Bu ölkələr arasında ziddiyyətlərin əsas mahiyyəti kimi dünya bazarlarında onlar arasında mövcud olan ciddi rəqabət çıxış edir. Bu zaman tərəflərin məqsədi adətən rəqibi dünya bazarının hər hansı bir seqmentindən çıxarmaq və ya bu seqmenti rəqibdən qorumaq olur.
İkinci qrup ziddiyyətlər “Şimal” – “Cənub” ölkələri arasında olan ziddiyyətlərdir. Burada “Şimal” sənayecə inkişaf etmiş ölkələr, “Cənub” isə inkişaf etməkdə olan ölkələrdir. Bu ziddiyyətlərin mahiyyəti ondan ibarətdir ki, bir çox inkişaf etməkdə olan ölkələr (ilk növbədə yeni sənaye ölkələri) bir çox iqtisadi göstəricilər üzrə faktik olaraq inkişaf etmiş ölkələrin səviyyəsinə çatıblar və buna görə də dünya təsərrüfatında uyğun yer tutmağa çalışırlar.
Üçüncü qrup ziddiyyətlər “Şərq” – “Qərb” ölkələri arasında mövcuddur. Burada “Qərb” dedikdə sənayecə inkişaf etmiş ölkələr, “Şərq” dedikdə isə keçmiş sosialist düşərgəsi ölkələri, başqa sözlə keçid iqtisadiyyatlı ölkələr nəzərdə tutulur. Bu ölkə blokları arasında ziddiyyətlər özünü onda göstərir ki, dünya sosialist sisteminin süqutuna qədər keçmiş sosialist düşərgəsi ölkələri avtarkiya rejimində fəaliyyət göstərirdilərsə, hazırda onların məqsədi kimi dünya bazarına aktiv surətdə daxil olma istəyi çıxış edir. Onlar istehsal etdikləri məhsullarla dünya bazarında layiqli yer tutmağa çalışırlar. Lakin sənayecə inkişaf etmiş ölkələr dünya iqtisadiyyatı meydanında yeni rəqib ölkələrin meydana gəlməsində maraqlı deyillər və buna hər vəchlə mane olmağa çalışırlar.
İstifadə olunmuş ədəbiyyat
1. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 2001
2. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. – Москва: ЮНИТИ, 2003
3. Пузакова Е.П. Международные экономические отношения. – Ростов-на-Дону: ИЦ «МарТ», 2000
4. Киреев А. Международная экономика. – Москва: Международные отношения, 1997, Ч. 1.
5. Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I
- Teqlər:
- dünya iqtisadiyyatı
- , beynəlxalq iqtisadi münasibətlər
- , iqtisadiyyat
telekommunikasiya sistemləri
Salam.”Telekommunikasiya sistemləri” ixtisası ilə bağlı ətraflı öyrənmək istərdim. Bu sahə üzrə özümü necə inkşaf etdirə bilərəm? hansı kurslar və ya təlimlər məsləhət görülür?
Sualı verdi: aytan193 ( 25/07/2017 )
Kateqoriya: Sual . Telekommunikasiya sistemləri. Qısa keçid.
Bu suala hələ ki cavab yoxdur
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
byshako cavab verdi – Saytda aylıq ödəniş sistemi qurmaq (1 gün əvvəl)
Tamerlan Mammadov cavab verdi – Məqalə yazarı lazımdır (7 gün əvvəl)
Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (8 gün əvvəl)
tonws cavab verdi – Modemi router etmək (11 gün əvvəl)
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (13 gün əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (13 gün əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (14 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (14 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (14 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (14 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (14 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (14 gün əvvəl)
Çoxkanallı telekommunikasiya sistemləri: ixtisas xüsusiyyətləri
insan fəaliyyətinin mühüm sahəsi bununla çox əsas sahələri inkişaf informasiya infrastrukturu var. İlk teleqraf şəbəkəsi üçün istifadə və sonra telefon, radio, televiziya, kompüter görünür başladı. elektron formada yaradılmış hər hansı bir məlumat, bir mütəxəssis olmadan təyinat gəlmək olar.
Us ölkə şəxslər, multi-channel kommunikasiya sistemləri əsasında beynəlxalq rabitə işləri. Bu məqsədlə analoq və digital cihazlar üçün. Onların köməyi, ötürülən audio, video, multimedia ilə. Buna görə də, insanlar İnternet, mobil rabitə, və bir çox digər xidmətlər daxil. Bu məqsədlə bu sahədə iş üçün mütəxəssislərin hazırlamaq lazımdır.
peşə Features
məzunu Çoxkanallı telekommunikasiya sistemləri “ixtisası üzrə təlim başa çatıb» kim varsa? Siz şirkəti “texnik” bir iş əldə edə bilərsiniz. işçinin vəzifələri müəyyən sahə rabitə, televiziya, radio təmin etməkdir.
texnik ötürülməsi sistemlərinin istismarı üçün tələb olunur rabitə kanalı ilə işləyir. Həyata keçirilən xətlərinin yenidən qurulması və müasir avadanlıqların quraşdırılması. Foremost texniki avadanlıq, optik lif texnologiya olan ötürülməsi dərəcəsi artım, şəbəkə keyfiyyət vasitəsilə.
işçi təlim
gələcək mütəxəssislər üçün Peşə “Çoxkanallı telekommunikasiya sistemləri” tətbiqi elmlərin köməyi ilə hazırlanır. Onlar kabel və rəqəmsal ötürülməsi sistemlərinin quraşdırılması və əməliyyat anlamaq lazımdır.
mühazirələr məlumatların qorunması üçün texnologiya hardware ve proqram Veri şifreleme alıb. artan təlim profili ilə təşkilatın tədris upravlenskoy fəaliyyətinin inkişafı və idarə tələb olunur. Specialty “Çoxkanallı telekommunikasiya Systems ‘kollec və Rusiyanın müxtəlif şəhərlərində institutları öyrətdi.
məzunları edə bilərlər ki?
Specialists telekommunikasiya sistemlərinin multi-channel əməliyyat edilməlidir. informasiya şəbəkə təhlükəsizliyi məcburi iş. Mühüm fəaliyyət təşkilatın istehsal iştirak edir.
İşçilər əməkdaşları bir neçə vəzifələrin iş yerinə. Onlar texnologiyaları və telekommunikasiya sistemlərinin xidmətlərin yaxınlaşması istehsal edir. əsas istiqamətlərindən biri şəbəkə xidmətləri təşviqi edir. məzunu və harada fəaliyyət “Çoxkanallı telekommunikasiya sistemləri” ixtisası təlim məzun bilər? Texniki hökumət və kommersiya müəssisələrində tələb olunur.
vəzifələri
Technology quraşdırılması və rabitə kabelləri saxlanılması etmək. Məcburi monitorinq və diaqnostika sistemləri. İşçi, qəza və avadanlıqların qüsurları nəticələrinin aradan qaldırılması həyata keçirilir funksiyası bərpa yollarını müəyyən edilir.
texnologiya müəssisələrində avadanlıq performans ölçmələr etmək. Onlar kompüter şəbəkələrinin bir professional və təmir quraşdırırıq. işçi şəbəkə avadanlığı, quraşdırılması, giriş parametrləri istehsal idarə məsuliyyət daşıyır.
texnik şəbəkə protokolları ilə qarşılıqlı. Bu şəbəkə avadanlığı fəaliyyətinin nəzarət edir. professional fəaliyyət onlar məlumat qorumaq üçün sübut alətləri tətbiq edilir. digər vəzifələri daxildir:
- çatışmazlıqlar aşkar etmək üçün sistemlərinin təhlili;
- təhlükəsiz idarə təmin edilməsi;
- iş planlaşdırma iştirak;
- yeni sistemlərin monitorinqi;
- marketing araşdırma.
Professionals avtomatik məntəqələrində fəaliyyət göstərən məlumatların ötürülməsi sistemi qurmaq və fəaliyyət göstərir. ixtisası məzunları “Çoxkanallı telekommunikasiya sistemləri” məşğul xətti avadanlıq mağazaları, mikrodalğalı şöbələri, rabitə mərkəzləri. Technician lazımi bacarıqları olur.
Əmək haqqı və perspektivlər
məzunu ixtisası “Çoxkanallı telekommunikasiya sistemləri ilk maaşını alıb, o, təxminən 20 000 rubl olardı. Bu halda, işçi bilirik quraşdırılması və telefon avadanlıqların əlaqəsi həyata keçirmək mümkün olacaq, PBX, İnternet konfiqurasiya lazımdır.
İşçilərin daim bilik və bacarıqlarının səviyyəsinin artırılması ilə təkmilləşdirilməlidir. Belə bir əməkdaşı hər zaman şəxsi gəlir artırmaq ki, tələbat olacaq. böyük pul üçün, rabitə sistemləri, avadanlığın quraşdırılması, sənədlərin formalaşması saxlanılması geniş təcrübəsi olmalıdır. Siz müvafiq dövlət və kommersiya müəssisələrində işləyə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.