Press "Enter" to skip to content

Dünyanın ən xoşbəxt ölkəsində uşaqlar necə böyüdülür? Təhsil sisteminin inanılmaz qaydaları

əvvəlki mərhələdəki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o

Coğrafi diferensiyanın əsas qanunauyğunluqları

Coğrafi təbəqənin quruluşu və onun komponentləri üçün maddə və enerji dövranı ritmlik mütərəqqi dəyişiliklər xarakterikdir. Bütün bunlar ərazi üzrə dəyişməyə məruz qalır daha doğrusu müxtəlif dərəcəli mürəkkəb landşaftların yaranmasına səbəb oıan təbii ərazi diferensiasiyası iə nəticələnir. Coğrafi differensiasiya anlayışı bütövlükdə coğrafi təbıqı və hər hansı landşaft və onun hissələrini əhatə etməklə ayrı-ayrı komponentlərdən və komplekslərdən təşkil olunmaqla hədə bütövdür.
Coğrafi təbəqə daxilində ərazi diferensiasiyanin yaranmasının əsas səbəbi onan ayrı-ayrı hissələrində inkişaf şəraitinin rəngbə-rəngliyidir. İnkişafın qeyri bərabərliyi coğrafi təbəqədə fiziki-coğrafi diferensiyasının iki növünü Regional və Lokal ayırmağa imkan verir. Regional diferensiosiya coğrafi prosesləri şərtləndirən iki əsas enerji mənbəyindən və onların münasibətindən asılıdır.
1.Günəşin şüa enerjisi.
2.Yerin daxili enerjisi. Hər iki amil məkan və zaman etibarilə özünü qeyri-bərabər göstərir ki bunun nəticəsində coğrafi təbəqənin landşaft sferasında iki böyük (ümumi) differensiasiya qanunauyğunluğu zonallıq və azadlıq yaranır.
Enlik zonallığı dedikdə bütün proseslərin və təbii komplekslərin ekvatordan qütblərə doğru dəyişməsi başa düşülür. B.B. Dokuçayev xüsusi təbii qanun kimi coğrafi enlik zonallığı qanununu əaslandırdıqdan sonra landşaft zonaları haqqında təlim bütün tədqiqatçılar tərəfindən qəbul edildi və bu coğrafi elmi nəzəriyyəsinə daxil oldu.
Zonallığın yaranmasının əsas və ilkin səbəbləri aşağıdakılardan ibarətdir.
a) Yerin kürə şəklində olması daha doğrusu Yerin sxeması və böyüklüyü ilə əlaqədar olaraq günəş Radiasiyasının enliklər üzrə qeyri-bərabər paylanması və günəş şüalarının yer səthinə müxtəlif bucaqlar altında düşməsidir.
b) Yer oxunun ekliptika müstəvisinə mailli (65,5) olması ilə əlaqədar günəş radiasiyasının onun səthində fasilələr üzrə qeyri-bərabər daxil olması. Bu istiliyin və rütubətin zonal paylanmasını mürəkkəbləşdiri və təbii zonallığın təzadlığını artırır. Əgər yerin oxu ekliptika müstəvisinə perpendikulyar yerləşsəydi onda bütün coğrafi enliklər ilboyu təxminən eyni miqdarda günəş istiliyi alardı. Yer səthində təbii hadisələrin fəsillər üzrə əvəz olunması mümkün olmazdı.
v) Yerin öz oxu ətrafında fırlanması (sutkalıq hərəkəti) cisimlərin hadisələrin o cümlədən hava kütlələri hərəkətinin şimal yarımkürədə sağa cənubda sola meyl etməsinə səbəb olur ki bu da öz növbəsində zonallıq sxemində əlaqə mürəkkəbliklərinin yaranması ilə nəticələnir.
Göstərilən amillərin təhlilindən aydın olur ki yer səthində bütün fiziki kimyəvi və bioloji proseslərin yeganə mənbəyi günəş enerjisidir. Elə ona görə də bütün bu proseslər və onların yayılması sözsüz zonal xarakterə malik olmalıdır. Lakin coğrafi zonallıq çox mürəkkəb mexanizm olduğundan o müxtəlif şəraitlərdə müxtəlif komponentlərdə proseslərdə və coğrafi təbəqənin müxtəlif sahələrində özünü eyni şəkildə deyil müxtəlif formalarda aparır.
A.A Qriqoryen zonallıq və qurşaq anlayışlarını fərqləndirməyi və bununla əlaqədar olaraq radiasiya və istilik qurşaqları ayırmağı təklif edir. Radiasiya qurşaqları coğrafi təbəqəyə daxil olan və alçaq enliklərdən yüksək enliklərə doğru qanunauyğun şəkildə azalan günəş radiasiyasının miqdarı ilə ölçülür. Radiasiyanın daxil olmasına yerin forması təsir etdiyi halda yer səthinin xarakteri ona təsir göstərə bilmir. Elə ona görə də radiasiya qurşaqlarının sərhədləri paralellərə müvafiq gəlir.İstili qurşaqlarının əmələ gəlməsinə isə günəş radiasiyası ilə yanaşı atmosferin xüsusiyyətləri (udma əks etdirmə şüa enerjisinin dağılması) Yer səthinin albedosu istiliyin dəniz və hava axınları ilə aparılması böyük təsir göstərir və nəticədə istilik qurşaqlarının sərhədləri paralellərə uyğun gəlmir. Coğrafi zonallrın əmələ gəlməsi isə əsasən istiliyin və rütubətin münasibətilə bağlıdır. Bu münasibətin özü radiasiyanın miqdarından enliklərlə əlaqədar olan təbii amillərin xarakterindən (aduektiv istiliyin miqdarından yağıntı şəkildə olan rütubətin və axının miqdarından) asılıdır. Elə ona görə də zonallar hər yerdə fasiləsiz bütöv zolaq yaratmır vəonların sərhəsləri ümumi radiasiya qanunları ilə müqayisədə paralellərə müvafiq uzanmır. Q.D Rixter yazır ki enlik zonalları əvəzinə üfiqi zonallıq terminini işlətmək daha yaxşıdır çünki bu termini ilk dəfə 1898-cil ildə Dokuçayev tətbiq etmişdir. Rixterin bu təklifilə bir sıra coğraflar o cümlədən Quozdetski razılaşır və göstərir ki üfiqi zonallıq anlayışı enlik zonallığından daha geniş və dərin mənalıdır.Üfiqi zonallığa enlik zonallığından əlavə digər növ zonallıqlar dağ arası çökəkliklərdə müşahidə edilən konsentirik zonallar dağətəyi düzənliklərdə yayılmış humid və arid landşaft zonalları da daxildir. Məsələn ön qafqazda dağlar enliyə yaxın istiqamətdə uzandığından burada humid dağətəyi zonallıq enlik zonallığına tamamilə uyğun gəlir və ya kür-Araz ovalığı daxilində yarımsəhra komplekslərin dağlara doğru yaxınlaşdıqca konsentrik şəkildə quru çöl landşaftları ilə əvəz olunur. Belə hallarda bir landşaft tipi və yarımtipindən başqasına keçdikcə bəzən tam horizontal səth deyil hətta böyük mailliyi ilə seçilən düzənlik və təpəli düzənlik sthlər müşahidə olunur. Dağlıq ölkələrdə okeana yaxın və uzaqlıqla əlaqədar adueksiya proseslərinin dəyişməsilə bağlı olaraq hündürlük landşaftı sturukturu tiplərinin yaranması özüdə üfüqi zonallıq anlayışını əks etdirir. Məsələn Böyük Qafqaz cənub yamacının qərb hissəsində ( Suram dağlarınadək) huündürlük landşaft qurşaqları əsasən rütubət keçən komplekslərdən təşkil olunduğu halda şərq hissəsində quraqlığa dvamlı komplekslər üstünlük təşkil edir.
Beləliklə üfiqi zonallıq anlayışı əsasən düzən və dağlıq ölkələrdəki zonal qanunlarını birləşdirirsə enlik zonallığı konsentrik zonallıq terminlərində məkan daxilində zonalların bir-birini əvəz etməsini onların yekləşmə xüsusiyyətlərini əks etdirir.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

Aprel 23, 2012

2 thoughts on “ Coğrafi diferensiyanın əsas qanunauyğunluqları ”

Add yours

nata dedi ki:

Mehi Suleymanovun kitabini kocurmusuz ki bura Bəyən Bəyən

minfakt dedi ki:

Bəlkədə ola bilər. Burdakı bütün yazılar hansısa mənbədən götürülərək yazılıb Bəyən Bəyən

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

  • AMİ Zaqatala filialı
  • Ana dili
  • Ümumi
  • Bürclər
  • Cebr
  • Coğrafiya
    • Azərbaycan coğrafiyası
    • Coğrafiyanın tədrisi metodikası
    • Landşaftşünaslıq
    • Materiklər coğrafiyası
    • Meteorologiya
    • Okeanların fiziki coğrafiyası
    • Regionların soial-iqtisadi coğrafiyası
    • Toponimika
    • Yerşünaslıq
    • İqtisadi coğrafiya
    • Artistlər
    • Bilirsinizmi .
    • Mahnı sözləri
    • Şəxsiyyətlər
    • Arxeologiya
    • Asiya tarixi
    • Azərbaycan tarixi
    • Konstitusiya
    • Mənbəşünaslıq
    • Qafqaz xalqlarının tarixi
    • Türk xalqlarının tarixi

    Dünyanın ən xoşbəxt ölkəsində uşaqlar necə böyüdülür? – Təhsil sisteminin inanılmaz qaydaları

    Finlandiya dünyada insanların yaşadığı ən xoşbəxt ölkələrdən biridir, eyni zamanda təhsil səviyyəsi qat-qat yüksəkdir. Sözsüz ki, xoşbəxt yaşam təhsil sisteminin nəticəsidir. Bəs finlərin təhsilinin sirri nədir?

    Milli.Az oxucuları Finlandiyanın təhsil sisteminin əsas qayda-qanunları ilə tanış edir.

    Finlər uşaqları ailə mühitində böyütməyə çox diqqət yetirirlər. Finlandiyada əhali inanır ki, milli ənənələrin qorunması güclü və isti münasibətlərin açarıdır. Həftədə bir dəfə mütləq ailə ilə şam yeməyini edirlər. Peşə də nəsildən-nəslə ötürülür – uşaqlar çox vaxt valideynlərinin yolu ilə gedirlər.

    Digər bir fin ənənəsi azərbaycanlılar üçün qeyri-adi görünə bilər: uşağın atası da atalıq məzuniyyəti ala bilir. Ancaq o halda ki, ana karyerasını davam etdirmək və ailəni təmin etmək məcburriyyətindədir.

    Uşağa qışqırmağa icazə verilmir

    Bu ölkədə valideynlər üçün yüksək standartlar var. Finlər üçün uşağa şillə vurmaq və ya qışqırmaq tabudur. Birincisi, bu, qeyri-pedaqoji və təsirsizdir, ikincisi, bu cür cəzalar qanunla qadağandır.

    Əgər Finlandiyanın sosial xidmətləri valideynlərin uşağa qarşı sərt davrandığını aşkar edərsə, o zaman ailəyə dərhal xəbərdarlıq olunur. Qayda pozuntusu təkrarlanarsa, xidmətlər uşağı müvəqqəti olaraq başqa bir ailənin himayəsinə verə bilər.

    Uşağın fikrinə hörmət edilir

    Uşağınız səhər yeməyində sıyıq yeməkdən imtina edərsə, nə edərsiniz? Ya şıltaqdırsa və yuxu saatlarında cizgi filmlərinə baxmaq istəyirsə? Finlandiyalı valideynlər əksər hallarda uşağın fikrini dinləyirlər. Sıyıq əvəzinə pendir və ya pankeyk ilə omlet təklif edəcəklər və yuxu saatlarından kəsib uşaqla birlikdə cizgi filminə baxacaqlar. Finlandiyada uşaqlara kiçik yaşlarından öz fikirlərini ifadə etməyə təşviq edilir və onları müdafiə etməyi öyrədirlər.

    İlham mənbəyi məktəbdə və elm sayəsində əldə olunur

    * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Pedaqoji prosesin qanunauyğunluqları

    bir elm kimi pedaqogikanın tədqiqat obyekti ilə bağlıdır.

    Pedaqoqların bir qismi pedaqoji qanunauyğunluqları insanın

    mühitlə qarşılıqlı münasibətlərində axtarır. Onlar fikirlərini belə

    əsaslandırmağa çalışırlar ki, uşaq yaşlı adamların həyat təcrübəsini

    müşahidə edir, ətraf mühitlə müxtəlif münasibətlərdə olur və

    beləliklə, müvafiq dəyişikliklərə uğrayır.

    Bu mövqedə duran hər kəs pedaqoji qanunauyğunluqları

    nəinki təlim-tərbiyə prosesində, yəni mütəşəkkil, məqsədyönlü və

    planlı təsirlər sistemində, həm də mühit amillərinin təsiri prosesin-

    də, yəni qeyri-mütəşəkkil, qeyri-planlı, qeyri-məqsədyönlü təsirlər

    sistemində öyrənməli olar. Belə olduqda pedaqogika öz hüdudla-

    rından çox kənara çıxar, digər elmlərin, o cümlədən sosiologiyanın

    funksiyalarını da öz üzərinə götürər . Bir çox pedaqoqlar uşağın

    münasibətlərini pedaqoji prosesin daxili, müəllimin və təcrübəçinin

    fəaliyyətini isə onun xarici cəhəti adlandırırlar. Vahid pedaqoji

    prosesi mexaniki şəkildə iki hissəyə ayırdıqda, birini xarici, digərini

    isə daxili cəhət adlandırdıqda pedaqoji prosesin həqiqi qanunauy-

    ğunluqlarını aşkara çıxarmaq işi çətinləşir.

    Pedaqoji qanunauyğunluqları yalnız pedaqoji prosesdə, yəni

    milyonlarla tərbiyəçi və tərbiyə olunanların, müəllim və şagirdlərin

    birgə fəaliyyətində, təlim, tərbiyə, təhsil və inkişaf proseslərində

    axtarmaq lazımdır. Bu zaman əlbəttə, pedaqoji qanunauyğunluq-

    ların cərəyan etdiyi şərait unudulmamalıdır.

    Pedaqoji mənbələrdə vurğulanır ki, pedaqoji prosesin həm

    təlim üçün, həm də tərbiyə üçün ümumi qanunauyğunluqları vardır.

    1. Pedaqoji prosesin dinamikasının prosesdə baş verən dəyi-

    şikliklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərh

    verirlər ki, (qanunauyğunluq müvafiq ifadə tərzində təqdim olunma-

    dığından) pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiyyəti

    əvvəlki mərhələdəki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o

    deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf

    edən qarşılıqlı təsir kimi tədrici, “pilləli” xarakter daşıyır, pillələr

    arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son nəticə

    bir o qədər sanballı olar. Deməli, pillələr arasında yüksək nəticələri

    olan şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər.

    2. Pedaqoji prosesdə şəxsiyyətin inkişafının ona təsir edən

    amillərdən asılılığı. Şəxsiyyətin inkişaf sürəti və çatdığı inkişaf sə-

    viyyəsi 1) irsiyyətdən, 2) təhsil-tərbiyə və təlim mühitindən, 3) tə-

Comments are closed, but trackbacks and pingbacks are open.