Press "Enter" to skip to content

Terminoloji lüğət

1) Saytımızda hər həftənin 6-cı günü Təməl və Klinik fənlər üzrə Rezidentura Ümumi sınaq imtahanı keçirilməkdədir. Məlumat aşağıdakı linkdə:

Tibbi Paylaşım Portalı

Ad blocker detected: Our website is made possible by displaying online advertisements to our visitors. Please consider supporting us by disabling your ad blocker on our website.

1) Saytımızda hər həftənin 6-cı günü Təməl və Klinik fənlər üzrə Rezidentura Ümumi sınaq imtahanı keçirilməkdədir. Məlumat aşağıdakı linkdə:

Növbəti sınaq tarixi: 25.03.2023

2) Sınaq saytımızda təməl və klinik fənlər üzrə aylıq limitsiz sınaqlar da mövcuddur. Ətraflı məlumat aşağıdakı linkdə:

3) Bilavasitə ödəniş qaydası linki:

Diqqət, Dəyərli Üzvlər !

Saytdakı materialların özünü yükləyib paylaşmaq və ya birbaşa yandex, google drive linklərini paylaşmaq qəti qadağandır.

Saytdakı materialları tibbforum saytının sırf öz linklərini paylaşaraq və ya ekranınızda çıxan Whatsapp və ya Facebook düymələrinə basaraq paylaşa bilərsiniz.

Əməyimizə hörmət etdiyiniz üçün təşəkkürlər.

–> Dəyərli istifadəçilər, saytımızda hər həftənin 6-cı günü Rezidentura Təməl fənlər, Klinik fənlər və Tıpdil Ümumi sınaqları keçirilməkdədir.

Növbəti sınaq günü : 28.11.2020

Sınaqlar barədə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

Ödənişi necə edəcəyinizi bilavasitə aşağıdakı linkdən öyrənə bilərsiniz:

Qrup Klinik fənlər imtahanını tam əhatə edərək, sizə bu önəmli yolda maksimum dəstək olacaqdır.

Qrupun linkini dostlarınızla paylaşa bilərsiniz:

24 saatlıq endirim paketi (350 azn 190 azn)

Aşağıdakı fənlər üzrə ev şəraitində rezidentura hazırlığı:

1) Qastroenterologiya
2) Pulmonologiya
3) Hemotologiya
4) Nefrologiya
5) Kardiologiya
6) Endokrinologiya

Qoşulmaq üçün ödəniş: 190 azn (Sadəcə 24 saatlıq)

Dərsə qeyd olmaq üçün klikləyin:
https://wa.link/zvnn11
Whatsappla əlaqə: 050-334-11-82

Kampaniyanın bitiş tarixi: 07.07.2022 18:00

Saytdakı materiallar yalnız fərdi istifadəniz üçündür. Materialları istisnasız heç bir qrupda və sosial şəbəkədə paylaşmaq olmaz və qəti qadağandır! Forum qaydaları ilə mütləq tanış olun:

11 dekabr, 2021 tarixində keçiriləcək sınaqlar:

�� Rez Təməl Ümumi

�� Rez Klinik Ümumi

�� Qeydiyyat linki: ⬇️

Ganongun Tibbi Fiziologiyası – İmtahana hazırlıq və təkrar dərsliyi:

Super endirim �� 48 yox, 35 AZN

�� Endirim üçün son: 47 saat 35 dəqiqə

�� Guyton kimi böyük kitabları deyil də, qısa konkret kitabları seçmək istəyənlər üçün əvəz olunmaz seçim

�� 501 səhifəlik dərslikdə, 7 bölmə, 39 başlıq şəklində normal insan fiziologiyası möhtəşəm illüstrasiyalar ilə əhatə olunmuşdur.

�� İmtahana hazırlıq və USMLE üçün əvəzsiz dərslik eyni zamanda nümunə testlər və onların izahları ilə zənginləşdirilmiş olaraq əzbərə yox məntiqə əsaslanan qavramanı təşviq edir.

�� Original, holoqramlı dərsliyi indi sifariş etmək üçün bu linkə klikləyin: SİFARİŞ ET

1) Saytımızda hər həftənin 6-cı günü olmaqla ümumi sınaqlar və limitsiz sınaqlar (təməl, klinik fənlər və tıpdil üzrə) mövcuddur. Məlumat:

Növbəti sınaq günü: 06.11.2021

2) Saytımız sizə kitabların ən rahat və ucuz şəkildə çatdırılmasını təmin edir. Məlumat:

3) Saytımız siz yanımızda olduqca, davam edəcəkdir. Dəstək üçün səhifədəki reklamlara klikləyə və donation edə bilərsiniz:

4) Mütləq sayt qaydalarını oxuyun:

Tibbforum olaraq online ingilis dili dərslərinə start veririk �� . Məlumat aşağıdakı keçiddə:

TƏTBİQİ YÜKLƏ

Sınaq saytımızda 5 təməl fənn üzrə aylıq limitsiz sınaqlar mövcuddur.

Sınaqları istədiyiniz qədər və istədiyiniz vaxt işləyə bilərsiniz. Ətraflı məlumat aşağıdakı linkdə:

Tibbi Paylaşım Portalı olaraq maarifləndirici məqalələr paylaşaraq tibbi təhsilin formalaşmasında iştirak etməkdən qürur duyuruq.

Problem həll olunana qədər saytdan giriş etmədən də problemsiz istifadə edə biləcəksiniz.

Əziz üzvlər, saytdan faydalanırsınızsa, zəhmət olmasa, saytın qaydalarına hörmət edin, bu saytdakı heç bir materialı heç bir qrupda (nə Whatsapp, nə telegram, nə də facebook) paylaşmaq olmaz !

TUS yolunda ilk imtahanlardan biri Tıpdil imtahanıdır. Saytımızda aylıq limitsiz tıpdil sınaqları mövucddur.

Ətraflı məlumat aşağıdakı linkdə:

Terminoloji lüğət

Bu günlərdə pedaqoq-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Heydər Cəfərovun “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” kitabı işıq üzü görüb.

Heydər Cəfərov Azərbaycan pedaqoji təfəkkürü sahəsində yetərincə tanınmış mütəxəssisdir. Onun pedaqoji elmin müxtəlif məsələlərinə həsr etdiyi məqalə və materialları, dərs vəsaitləri və proqramları, təhsildə sağlam həyat tərzi, onların asudə vaxtının səmərəli təşkili və digər problemlərə aid tədqiqatları bir qayda olaraq fərdi baxış bucağı ilə seçilməsi ilə yanaşı, problemin daim ontoloji qatına enməklə digər mütəxəssislərin yanaşmasından seçilir.

AzEdu.az AZƏRTAC-a istinadən filologiya elmləri doktoru, professor Nizami Tağısoyun kitab haqqında qələmə aldığı “Pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi” yazısını təqdim edir.

Pedaqoji-psixoloji terminlər lüğəti bu sahədə çalışan mütəxəssislərin, müəllimlərin, tələbələrin tədris zamanı və tədqiqat apardıqları vaxtlarda istifadə edəcəkləri mühüm elmi-nəzəri-praktik vəsaitdir. Bu kitabın çoxsaylı terminlərin nəyi özündə ehtiva etməsində, tələbələrin və tədqiqatçıların yeni anlayışlarla tanış olmasında, yaxud yaddan çıxarılmış pedaqoji-psixoloji terminlərin yenidən yaddaşda bərpa edilməsində və s. rolu danılmazdır.

Heydər Cəfərovun ortaya qoyduğu pedaqoji-psixoloji terminlər lüğətində yer almış anlayışlar pedaqoji-psixoloji nəzəriyyə və praktikada daha çox ehtiyac duyulan anlayış və terminlərdir. Bu lüğətlə yaxından tanış olarkən müəyyənləşdirmək olur ki, müəllif müxtəlif pedaqoji-psixoloji məktəb və cərəyanlara münasibətdə neytrallıq nümayiş etdirməyə can atmaqla onlardan hər birinin fərqli izahının təsiri altına düşmür, eyni zamanda, müasir nəzəriyyə və praktikada olan anlayışların mühüm tendensiyasının izahını verməyə çalışır.

Məlum olduğu kimi, hər bir lüğət öz epoxasının məhsuludur. Hər hansı müəyyən dövrün leksik-terminoloji xüsusiyyətini əks etdirməklə lüğət, həm də dövrün fəlsəfəsini, ideologiyasını əks etdirir. Hər bir yeni epoxa mühüm ictimai, siyasi, iqtisadi, mədəni, kulturoloji dəyişiklikləri əks etdirməklə öz dövrünün lüğətini tələb edir. Çünki əvvəl yaradılıb ortaya qoyulmuş nümunələr dövrün leksik, terminoloji sisteminə, müasir vəziyyətinə uyğun gəlmir. XXI əsrin əvvəllərində, yəni bu günümüzdə ortaya çıxan Azərbaycan leksikoqrafiyası müxtəlif sferaları əhatə edən ən çeşidli və rəngarəng lüğət informasiyasının ortaya gəlməsini diktə edir. Müasir dövrdə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, elmdə və təhsildə gedən dəyişikliklər dil situasiyası və terminologiyada da dəyişikliklərin baş verməsini dinamikləşdirir. Odur ki, lüğətlərin tərtib edilməsi son dərəcə əzablı və üzücü bir prosesdir. Lüğətçilik daim yenilənən bir sahə olduğundan, heç şübhəsiz ki, bir lüğət daxilində konkret sahədə baş verən yeniliklərlə bağlı informasiyanın toplanması da nə mümkün deyil, nə də onun bütün cəmiyyətin tələblərini ödəməsi real görünmür. Heydər Cəfərovun tərtib etdiyi lüğət sahə lüğətçilik terminologiyasını əhatə etsə də, bu lüğət məhz iki (Azərbaycan və rus) dildə tərtib edilməsi ilə əlamətdardır. İşin çətinliyi ondan ibarətdir ki, müəllif burada hər bir konkret halda hər bir söz, anlayış və terminlərin tərcüməsini verir, buna görə də lüğət struktur və forma baxımından da fərqli təsir bağışlayır. Azərbaycanca-rusca tərtib edilən bu lüğət rusdilli istifadəçilər üçün də kifayət qədər izahlar verir.

Kitabın həm də üstün cəhəti ondan ibarətdir ki, birinci, müəllif hər iki elm sahəsinin (pedaqogika və psixologiya) nəzəri, praktik və metodoloji problemlərini dərindən bilir, ikinci, o, Azərbaycan və rus dillərinin qrammatikasını kamil mənimsəmiş mütəxəssisdir, üçüncü, tərcümə sahəsində respublikamızda fəaliyyət göstərən ən səriştəli tərcümə praktiklərindən, mütərcimlərdəndir. Eyni zamanda, tərcümə nəzəriyyəsinin, praktikasının əsas meyar və ölçülərini hər iki dildən bir-birinə mükəmməl tərcümə etməyi bacaran nadir təfəkkür sahiblərindəndir.

Müasir dövrün inkişafı və qloballaşma şəraiti həm konkret dillərdə, həm də konkret elm sahələrində gedən çeşidli informasiya axını ilə əlamətdardır. Odur ki, həm konkret elm sahəsində, həm də beynəlxalq kommunikasiya şəraitində tərcümə olunan anlayış və terminoloji vahidlərin başqa dilə necə çevrilməsi sahəsində dərin biliklərə malik olmadan dar sahələrdə konkret ixtisas üzrə zəngin elmi biliklər olmadan lüğətçilik sahəsində də uğur qazanmaq inandırıcı görünmür.

Terminoloji ikidilli bu lüğət konkret pedaqoji-psixoloji terminologiyanın xüsusiyyətini özündə birləşdirir. Eyni zamanda, bu lüğətdə elə anlayış və ifadələr də vardır ki, onlar istər-istəməz etnologiya, etika, estetika, fəlsəfə, psixogenetika, valeologiya, struktural və posmodernist cərəyanlarla əlaqəli şəkildə lüğətdə yer alır. Heydər Cəfərovun tərtib etdiyi bu ikidilli terminoloji lüğət həm də özündə bir sıra vəzifələrin həllini nəzərdə tutur: a) lüğətə daxil edilən terminlərin əsas vəzifələri ortaya qoyulur, b) terminoloji lüğətin layihələndirilmə prinsipi müəllif tərəfindən düzgün müəyyənləşdirilir, c) lüğətdə yer almış terminoloji vahidlərin təşkil olunma xüsusiyyətləri nəzərə alınır. Eyni zamanda, burada ixtisas üzrə konkret terminin işlənmə tezliyi, pedaqoji-psixoloji sahədə bu terminologiyanın dəyəri, terminin hər bir (Azərbaycan və rus) dildə işlənmə zəruriliyi diqqət mərkəzində dayanır.

Terminoloji ikidilli lüğətlərin tərtibi zamanı sistemlilik, kommunikativ dəyər və komplektləşdirmə prinsiplərinin də gözlənilməsi vacibdir. Bu mühüm vəzifənin də öhdəsindən Heydər müəllimin layiqincə gəldiyini görə bilirik.

Kitab sübut edir ki, müasir tərcüməçilik fəaliyyəti nəinki lüğətlərdən və soraq kitablarından uğurla istifadə etməni, həm də onların layihələndirilməsi və aparılmasında müvəffəqiyyət qazanmağa şərait yaradır. Heydər müəllimin ikidilli pedaqoji-psixoloji terminlər lüğətində təqdim olunmuş sözyaradıcılığı yuvalarındakı semantik əlaqələrin araşdırılıb ortaya çıxarılmasında oradakı söz, ifadə, anlayış və terminlərin özünəməxsus prinsiplərinin izahını görməyə, törəmə sözlərin yuva daxilində necə oturulduğunu başa düşməyə imkan verir.

Terminoloji söz yaradıcılığı heç də kortəbii proses deyildir. Hər bir terminologiyada termin yaradıcılığı ilə bağlı müəyyən modellər mövcuddur. Odur ki, termin yaradıcılığını milli və beynəlxalq söz yaradıcılığı elementlərinin sintezi kimi nəzərdən keçirmək olar ki, burada onların özü terminoloji informasiyasının özünü aktiv təchiz edən element kimi dəyərləndirmək olar. Heydər Cəfərov bu terminlər lüğətinin tərtibində söz yaradıcılığının yuva şəklində istifadəsinə və kompleks adların yaranmasına xüsusi diqqət yetirmişdir.

Heydər Cəfərovun “Azərbaycan-rusca pedaqoji-psixoloji terminlər lüğəti” kitabında yer almış söz, anlayış və terminlərin linqvistik kompleksi müəllifin öz qarşısına qoyduğu əsas universal tələblərə cavab verməklə bu üslubdakı dəqiqliyi, mükəmməlliyi, mücərrədliyi, məntiqliliyi və obyektivliyi özündə əks etdirir. Müəllif seçdiyi leksik vahidlərə diqqət yetirməklə terminləri müəyyənləşdirir, tərcümə zamanı ana dilində olduğu kimi rus dilində də hər bir söz və anlayışın linqvistik xüsusiyyətlərini bütün tərəfləri ilə təqdim etməyə müvəffəq olur.

Beləliklə, Heydər Cəfərovun bu kitabı, hər şeydən əvvəl öz geniş tətbiqi xarakteri ilə seçilir. Bu lüğətin tətbiq və istifadə sferası son dərəcə genişdir. Belə ki, ondan təhsilin bütün pillələrində çalışan tərbiyəçilər, müəllimlər, pedaqoqlar, psixoloqlar, tələbələr və magistrlər, dissertantlar və doktorantlar, ali məktəb müəllimləri – professorlar, pedaqoji-psixoloji müəssisələrdə çalışanlar, ailələr, pedaqoji-psixoloji mərkəzlərdə məşğul olanlar, elmi tədqiqat işləri aparanlar və başqaları geniş istifadə edə bilərlər. Terminoloji lüğət sahəsində çalışanlar öz dili ilə yanaşı, tərcümə etdiyi dilin də sirlərinə dərindən bələd olmalıdırlar. Fikrimizcə, bu terminoloji lüğətin ən başlıca uğuru, ilk növbədə, onun müəllifinin hər iki dilin fonetik, leksik, frazeoloji, söz yaradıcılığı, morfoloji, qrammatik strukturuna bələd olması, sintaksisini və üslubiyyatını mükəmməl bilməsi ilə birbaşa bağlıdır. Odur ki, Heydər Cəfərovun ilk “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” Azərbaycan lüğətçiliyinin pedaqoji-psixoloji sahələrdə son illərdə qazandığı nəzərəçarpacaq uğurlardan biri kimi dəyərləndirilməlidir. Lüğətdə pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi ortaya qoyulmuşdur.

Lüğət

Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. [1]

Avstriyanın Qrats Universitetinin çoxcildli lüğəti

Mündəricat

  • 1 Tarixçəsi
  • 2 İzahlı lüğətlər
    • 2.1 Filoloji lüğətlər
    • 2.2 Dialektoloji lüğətlər
    • 2.3 Tarixi, etnoqrafik lüğətlər
    • 2.4 Terminologiya lüğətləri
      • 2.4.1 İncəsənət terminləri lüğətləri
      • 2.4.2 Riyaziyyat, fizika, kimya, informatika terminləri lüğətləri
      • 2.4.3 Biotibbi, aqrar terminləri lüğətləri
      • 2.4.4 Coğrafiya, geologiya lüğətləri
      • 2.4.5 Mühasibat, ticarət, təsərrüfat lüğətləri
      • 2.4.6 Hüquqşünaslıq lüğətləri
      • 2.4.7 Hərbi lüğətlər
      • 2.4.8 İdman lüğətləri
      • 5.1 İkidilli lüğətlər
        • 5.1.1 İngilis dili və Azərbaycan dili
        • 5.1.2 Rus dili və Azərbaycan dili
        • 5.1.3 Rus dili və ləzgi dili
        • 5.1.4 Alman dili və Azərbaycan dili
        • 5.1.5 Fransız dili və Azərbaycan dili
        • 5.2.1 Çoxdilli terminoloji lüğətlər

        Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar.

        Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır. Yeni lüğət və ensiklopediyalar terminləri yeni ideologiyaya uyğun yozaraq şərh edirdi.

        Sovet dövründə ədəbiyyata dair marksist nöqteyi-nəzəri əks edən ədəbi və ensiklopedik lüğətlərin hazırlanması böyük miqyas almışdı.

        İlk türk dilli lüğət Mahmud Kaşğarinin yazdığı “Divanü Lüğat-it-Türk”dür.

        Lüğətlər iki cür olur:

        1. Ensiklopedik lüğətlər (başqa sözlə Ensiklopediya)
        2. Filoloji lüğətlər: izahlı, terminoloji, ikidilli, orfoqrafik, orfoepik, etimoloji lüğətləri filoloji lüğətlər adlanır.

        İzahlı lüğətlər Redaktə

        Filoloji lüğətlər Redaktə

        • Behbudov Sefi. Azərbaycan dili şivələrinin omonimlər lüğəti. AMEA, Nəsimi adına Dilçilik İnstitutu. Bakı: “Nurlan”, 2003.
        • Həsənov Həsrət. Azərbaycan dilinin antonimlər lüğəti. Bakı, “Şərq-Qərb”, 2007.
        • Həsənov Həsrət. Azərbaycan dilinin omonimlər lüğəti. Bakı, “Şərq-Qərb”, 2007.
        • Manafoğlu Rafiq, Tağısoy Nizami, Rüstəm Kamal. İzahlı tərcüməşünaslıq terminləri lüğətiArxivləşdirilib 2014-12-22 at the Wayback Machine. – Bakı, Mütərcim, 2010.
        • Məmmədli N.. Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü (1995).
        • Məmmədli N.. Adını mən verdim, yaşını Allah versin (türk şəxs adları lüğəti) (1995).
        • Orucov Ə., Axundov A., Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Azərbaycan dilinin izahlı lüğəti: endirmə: I cild, II cild, III cild, IV cild. – Bakı: Şərq-Qərb, 2006.
        • Paşayev A., Bəşirova A.Azərbaycan şəxs adlarının izahlı lüğəti.Azərbaycan dilinin izahlı lüğəti:
        • Paşayev A.“Xəmsə”də işlənən xüsusi adların izahlı lüğəti. Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2013.
        • Seyidəliyev N.. Səməd Vurğunun bədii dilinin izahlı lüğəti. Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2011.
        • Seyidəliyev N.. Dini terminlər lüğəti. Bakı, 1996. —
        • Seyidəliyev N., Qurbanova T. Sinonimlər lüğəti. Bakı, 2003. — 328 səh.
        • Seyidəliyev N.. Frazeologiya lüğəti. Bakı, “Çıraq”, 2004. — 272 səh.
        • Seyidəliyev N., Məşədiyev Q. İzahlı onomastik terminlər lüğəti. Bakı, 2005. — 120 səh.
        • Seyidəliyev N., Abdullayev S., Əhmədov B. İxtisarlar lüğəti. Bakı, 2005. — 204 s.
        • Seyidəliyev N.. Azərbaycan dilinin sinonimlər lüğəti. Bakı, “Şərq-qərb”, 2007. —477 səh.
        • Türk Dil Kurumu. Büyük Türkce Sözlük (online)Arxivləşdirilib 2013-03-28 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Kaşgarlı Mahmut – Dîvânu Lugâti’t-Türk Veri Tabanı (online)Arxivləşdirilib 2013-04-17 at the Wayback Machine.
        • Türk Dil Kurumu. XIII yüzyıldan beri Türkiye Türkçesiyle yazılmış kitaplardan toplanan tanıklarıyla tarama Sözlüğü (online)Arxivləşdirilib 2013-05-02 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Güncel Türkce Sözlük (online)Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Sesli Türkce Sözlük (online)Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Kişi Adları Sözlüğü (online)Arxivləşdirilib 2013-05-02 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Türk Dilleri Sözlüğü (online)Arxivləşdirilib 2013-05-03 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Türkçede Batı Kökenli Kelimeler Sözlüğü (online)Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Türkiye Türkçesi Ağızları Sözlüğü’nde Söz Arama (online)Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Atasözleri ve Deyimler Sözlüğü (online)Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Zıt Anlamlı Kelimeler Sözlüğü (online)Arxivləşdirilib 2013-05-03 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Türk İşaret Dili Sözlüğü (online)Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine.
        • Türk Dil Kurumu. Büyük Türkce Sözlük (online)Arxivləşdirilib 2013-03-28 at the Wayback Machine.
        • Veysəlli F.. Dilçilik ensiklopediyası: I cildArxivləşdirilib 2016-02-10 at the Wayback Machine. Bakı: Mütərcim, 2006: I cildArxivləşdirilib 2016-02-10 at the Wayback Machine, II cild.

        Dialektoloji lüğətlər Redaktə

        • Nəsimi adına Dilçilik İnstitutu və Türk Dil Kurumu. Behbudov S. Azərbaycan dialektoloji lüğəti: A-L, M-Z. – Ankara, 1999.
        • Nəsimi adına Dilçilik İnstitutu və Türk Dil Kurumu. Axundov A., Kazımov Q., Behbudov S.Azərbaycan dilinin dialektoloji lüğəti. – Bakı: “Şərq-Qərb”, 2007. online (Obastan.com)

        Tarixi, etnoqrafik lüğətlər Redaktə

        • Borçalı Müşviq. Borçalı ensiklopediyası 4 cilddə. «Azərbaycan» nəşriyyatı, 2002-ci il.
        • Budaqov B., Qeybullayev Q.. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti: I hissəArxivləşdirilib 2012-05-26 at the Wayback Machine, II hissəArxivləşdirilib 2014-09-01 at the Wayback Machine, III hissəArxivləşdirilib 2014-09-01 at the Wayback Machine, IV hissəArxivləşdirilib 2015-06-10 at the Wayback Machine. – 1998.
        • Budaqov B., Məmmədov N.. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti, 2007, 140 səh. Kitabxana.net E-nəşr, 2012.
        • Budaqov B., Qeybullayev Q.. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğətiArxivləşdirilib 2012-05-26 at the Wayback Machine. – 2008.
        • Bünyadov Z.Dinlər, təriqətlər, məzhəblər (ensiklopedik soraq kitabı). Bakı: “Şərq-Qərb”, 2007.
        • Əliyeva Rübabə, Meşədiyev Qara, İnanc Etibar, Baxşıyeva Tünzalə, Qocayeva Şəms, Məmmədov İsmayıl, Xalıqov Fikrət. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2 cilddə: I cildArxivləşdirilib 2012-05-06 at the Wayback Machine, II cild. – Bakı: “Şərq-Qərb”, 2007.
        • Qocayev Əkbər, Quliyeva Şəhla, Əliyeva Sevda. Tarixi anlayış və terminlərin lüğəti (orta məktəb şagirdləri və abituriyentlər üçün vəsait). – Bakı: “Maarif” nəşriyyatı, 2003.
        • Məlikov Rauf, İbrahimov Nizami. Məktəblinin tarixi lüğəti. – Bakı: Ayna Mətbu Evi, 2004.
        • Zeynalov İ.. İzahlı tarix terminləri lüğətiArxivləşdirilib 2013-06-16 at the Wayback Machine. Bakı, “Azərnəşr”, 2006, 284 səh.
        • Tapdıqoğlu N.. Laçın rayonu və onun toponomiyası: qısa ensiklopedik lüğət. Bakı: “Araz”, 2005.
        • Tapdıqoğlu N.. Şəmkir rayonu və onun toponimiyası: qısa ensiklopedik dərgi. Bakı: “Adiloğlu”, 2005.
        • Tapdıqoğlu N.. Zərdab ensiklopediyası. Bakı: “Gənclik”, 2009.

        Terminologiya lüğətləri Redaktə

        İncəsənət terminləri lüğətləri Redaktə

        • Bədəlbəyli Ə.. İzahlı monoqrafik musiqi lüğəti (online, 3 dildə).
        • Əliqızı Sevda. Hekayəli musiqi lüğəti A hərfi; B hərfi; C, Ç hərfləri; Ə, F, H, X hərfləri; İ, K hərfləri. “Musiqi Dünyası” jurnalı.
        • Əzimli F. Azərbaycan xalq musiqisinin qısa lüğəti. Bakı: “Hərbi nəşriyyat”, 2000.
        • Э. М. Эльдарова. Музыкально-поэтический словарь азербайджанских ашыгов. — В сб.: Искусство Азербайджана. XII. Б., 1968, с. 94—110.
        • Məhərrəmli Q.. Kino, televiziya, radio terminləri. İzahlı lüğət.Arxivləşdirilib 2013-06-16 at the Wayback Machine”Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı, 2002, 352 səh., ISBN 89600-337-4
        • Məhərrəmli Q.. Mediada işlənən alınma sözlər. İzahlı lüğət [ölü keçid] . Bakı, “Elm”, 2008, 256 səh., ISBN 5-8066-1757-2.
        • Nəcəfzadə A.. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. «Min bir mahnı» nəşr., 2004.
        • Türk Dil Kurumu. Bilim ve Sanat Terimleri Ana Sözlüğü (online)Arxivləşdirilib 2013-05-02 at the Wayback Machine.
        • Vəliyev Ədalət. Azərbaycan teatr ensiklopediyasıArxivləşdirilib 2013-12-08 at the Wayback Machine. – 2012.
        • Xaliqzadə Fəttah. “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyü. Azərbaycan Respublikası Elmlər Akademiyası. “Dədə Qorqud” məqalələr məcmuəsi.

        Riyaziyyat, fizika, kimya, informatika terminləri lüğətləri Redaktə

        • Azərbaycan maarif komissarlığı. Kimya istilahları. – B.: Azərnəşr, 1927.- 34 s.
        • Azərbaycan dilinin virtual qatları – müxtəsər kompüter – İKT terminləri e-sözlüyü
        • Baxşəliyev Valeh. Mexanikadan izahlı lüğət terminlər, teoremlər, qanunlar Azərbaycan, rus, ingilis və alman dillərində. Bakı: “Elmin İnkişaf Fondu”, 2012.
        • Əliyev Həmid . Qaynaq istehsalına aid izahlı terminlər lüğətiArxivləşdirilib 2013-08-10 at the Wayback Machine, Bakı, 2004, 110 səh.
        • Əliquliyev R., Şükürlü S., Kazımova S.Elmi fəaliyyətdə istifadə olunan əsas terminlərArxivləşdirilib 2013-06-16 at the Wayback Machine. Bakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 səh., ISBN 978-9952-434-12-5
        • Quliyev Təhmasib. Neft terminlərinin izahlı lüğəti. – Bakı: Himayədar Humanitar Təşkilatı, 2005.
        • Sadıqov O. M., Musayev Z. S. Elektronika (ingilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət: I cild (A-L)II cild (M-S). Bakı: “Elm”, 2013.
        • Salahov M. S., Əfəndiyev A. A., Məhərrəmov A. M., Salahova R. S. İzahlı fəzavi kimya terminləri: I kitab.- Bakı: Elm, 2006.- 164 s.
        • Sadıqova S.. Azərbaycan dilində izahlı fizika-riyaziyyat terminləri lüğətiArxivləşdirilib 2013-08-10 at the Wayback Machine. Bakı, “Elm”, 1998, 116 səh., ISBN 5-8066-0995-2.
        • Şərifov A. R., Rəsulov T. C., Nurəliyev M. V.Ensiklopedik texniki lüğət. Bakı, 2009.
        • Türk Dil Kurumu. Bilim ve Mühendislik Terimleri Sözlüğü (online)Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine.
        • Rezo Əliyev. Maşınqayırma leksikonu. I və II hissələr, Bakı: Appostrof nəşriyyatı, 2012.

        Biotibbi, aqrar terminləri lüğətləri Redaktə

        • Abdullayev M.. Beş dildə tibb terminləri lüğəti. «Nurlan» nəşr., 2004.
        • Azərbaycan Maarif komissarlığı yanında istilah komisyonu. Gistoloji istilahları. – Bakı: Azərnəşr, 1926.- 30 s.
        • Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu Dil, Ədəbiyyat və Sənət İstilah Komitəsi. Balakişiyev K. Ə. Anatomiya istilahları latınca- türkcə- rusca. Bakı: Azərnəşr, 1931.
        • Azərbaycan Maarif Komissarlığı yanında İstilah komissiyası. Nəbatat istilahları. – Bakı: Azərnəşr, 1926.- 35 s.
        • Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı: MBM, 2005.
        • Azərbaycan Milli Elmlər Akademiyası. Azərbaycanca- rusca- ingiliscə bitki fiziologiyası terminlərinin və anlayışlarının izahlı lüğəti. – Bakı: Elm, 2005.- 408 s.
        • Barxalov Ş. Ə. Botanika terminləri lüğəti. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, 1963.
        • Əhmədov C. (h. e. n.). Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyüArxivləşdirilib 2013-08-10 at the Wayback Machine, Bakı, 2008, 84 səh., ISBN 5-86106-014-2
        • Torpaqşünaslıq və aqrokimya terminlərinin izahlı lüğətiArxivləşdirilib 2013-08-10 at the Wayback Machine, Bakı, “Elm”, 2008, 252 səh., ISBN 5-8066-1765-3
        • Sultanlı Hacı Qulamhüseyn. Rusca-Azərbaycanca arıçılıq terminləri lüğəti, 2010.
        • Məhərrəmov M. C. İzahlı psixoloji lüğət. Bakı Universiteti nəşriyyatı, B.: 1960.- 85 s.
        • Məmmədov N.. Rusca-Azərbaycanca fövqəladə hallarla bağlı işlənən terminlərin izahlı lüğətiArxivləşdirilib 2013-08-10 at the Wayback Machine, Bakı, 2003.
        • Mərdanov Ə., Şirvani T. və b. Bitki fiziologiyası terminlərinin və anlayışlarının izahlı lüğəti (Azərbaycanca-rusca-ingiliscə) / AMEA Botanika İnstitutu. Bakı: “Elm”, 2005.- 408 s.
        • Cəfərov O., Hidayətov H., Yaqubov Q. Ş., Xudaverdiyeva A. Q.. Torpaqların səhralaşması üzrə izahlı lüğətArxivləşdirilib 2012-06-02 at the Wayback Machine. – Bakı, 2008.
        • İbadlı O.. Nəbatat terminlərinin izahlı lüğəti (onlayn)Arxivləşdirilib 2012-04-26 at the Wayback Machine. – Bakı, 2011.

        Coğrafiya, geologiya lüğətləri Redaktə

        • Ş.G. Həsənov, Q.Ş.Məmmədov, S.B.Məmmədov və b. Altıdilli izahlı ensiklopedik coğrafiya terminləri lüğəti: Azərbaycan-Rus-İngilis-Alman-Fransız-Türk dilləri. / Azərbaycan Respublikası “Təhsil” Mərkəzi.- Bakı: Təhsil, 2005.- 235 s.
        • Məmmədov Q. Ş., Xəlilov M. Y.Ekoloqların məlumat kitabı. Ekoloji lüğət. Bakı: Elm, 2003.
        • Fuad Məmmədov, Ülviyyə Səmədova, Qafar Hüseynov. Günəş energetikası terminləri lüğəti, 7 dildə. – Bakı, 2009.
        • Əhməd qızı Nəsibə. Hidrometeoroloji lüğət [ölü keçid] . – Bakı, “Nafta Press” nəşriyyatı, 2005.

        Mühasibat, ticarət, təsərrüfat lüğətləri Redaktə

        • Ağayev A. Q.. Maliyyə terminlərinin izahlı və tərcümə lüğəti. Bakı: Ziya, 2005.- 422 s.
        • Məhərrəmov M. Sığorta işi haqqında qısa məlumat və terminlərin lüğəti. – B.: “Vektor” Nəşrlər Evi, 2003.- 261 s.
        • Rüstəmov V., Camalov F., Dayıyev R.Ümumdünya Ticarət Təşkilatı terminlərinin lüğətiArxivləşdirilib 2015-09-25 at the Wayback Machine. Bakı-2008.
        • Əhmədov İ., Aslanlı K., Əhmədov Ş.Dövlət Maliyyəsi terminləri lüğəti [ölü keçid] . Bakı-2008.
        • Türk Dil Kurumu. Ekonometri Terimleri Sözlüğü (online)Arxivləşdirilib 2013-05-02 at the Wayback Machine.

        Hüquqşünaslıq lüğətləri Redaktə

        • Atakişiyev Bəxtiyar.İnzibati hüquq və terminlər. Bakı, 2008.

        Hərbi lüğətlər Redaktə

        • Məhərrəmov Mustafa. Rusca-azərbaycanca qısa hərbi lüğət.-Bakı: Gənclik, 1975.- 127, [1] s.

        İdman lüğətləri Redaktə

        • Ellada Tağıyeva, Fərhad Hüseynov. Rusca-Azərbaycanca basketbol terminləri lüğəti. «Mütərcim» nəşr., 2004.

        Orfoqrafik lüğətlər Redaktə

        • Axundov A.. Azərbaycan dilinin orfoqrafiya lüğəti: online, endirməArxivləşdirilib 2012-09-03 at the Wayback Machine. – Bakı: Lider, 2004.

Comments are closed, but trackbacks and pingbacks are open.