Tibbi biliklərin əsasları
1. Elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn
Sınıqlar və çıxıqlar zamanı ilk yardım
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr nəticəsində bədənin müxtəlif sümükləri sına bilər. Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir. Sınmış sümük hissələri yerini dəyişən və ya dəyişməyən olur. Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən sınmışsa, buna sadə sınıq deyilir. Güllə və ya qəlpə təsirindən də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.
Sınıqların əsas əlamətləri: ağrı, şişkinlik, normal hərəkətin pozulması, ətrafların sınığı zamanı onun qısalması və s. Kəllədaxili sümüklər sındıqda qulaqdan və ya burundan qanaxma, qabırğaların, döş sümüyünün sınığında tənəffüsün pozulması müşahidə edilir, çanaq sümüklərinin sınığında sidik ifrazı və aşağı ətraflarda hərəkət pozulur.
Ağır sınıqlar zamanı şok halı ola bilər. Bəzən sınıqlar arterial qanaxma ilə müşayiət olunur. Bu daha qorxuludur. İlk tibbi yardım göstərərkən birinci növbədə qanaxma kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət etməlidir. Sınıqlar zamanı yardımın düzgün göstərilməməsi xəstənin vəziyyətini bir qədər də ağırlaşdıra bilər, şok əmələ gələr, qapalı sınıq açıq sınığa çevrilər və s.
Sınıq zamanı yardım göstərərkən, ilk əvvəl sınığın növünü, dərəcəsini müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da steril sarğı qoyub, şina ilə bərkidilməlidir.
Şina qoyularkən, mümkünsə, hazır şinalardan istifadə edilməlidir. Bu, çox rahatdır. Lakin şina olmadıqda müxtəlif vasitələrdən – taxta parçası, karton hissəsi, metal lövhə və s. istifadə edilir. Bunların heç biri olmadıqda isə, sınıq ətraflardadırsa, yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə digər ətrafa bağlamaq lazımdır. Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə işlənir, steril sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə ağrıkəsici dərman verilir və ya inyeksiya edilir. Tənəffüs pozulmuşsa, süni tənəffüsdən istifadə edilir. Şok törənmişsə, ona qarşı tədbirlər görülür. Bütün hallarda xəstənin tez həkimə çatdırılması diqqət mərkəzində olmalıdır.
Çıxıq yıxılma və zərbə nəticəsində oynaqlarda sümüklərin yerini dəyişməsinə deyilir. Çıxıqlar iki cür – tam və natamam (burxulma) olur. Çıxıqlar zamanı oynaqlarda sümüklər yerini dəyişdikdə bağlar, vətərlər gərilir, oynaq pərdəsi yırtılır, bəzən də damar və sinirlər zədələnir.
Çıxıqların əlamətləri aşağıdakılardır: ətrafın müəyyən vəziyyət alması, görünüşünün dəyişilməsi, hərəkətin azalması, uzunluğunun dəyişilməsi, hərəkət zamanı oynaqda ağrı, şişmə, qızartı və s.
İlk yardım zədələnmiş ətrafın bir vəziyyətdə bərkidilməsi, şina ilə bağlanmasıdır. Müalicə xəstənin uzanmış vəziyyətində aparılır. Xəstəni narahat edən əlamətlərin aradan qaldırılması istiqamətində ilk yardım göstərilir və tez həkimə çatdırılır.
Müalicədə sınmış sümüklər və oynaq sümükləri düzəldilir və gips sarğısı qoyulur. 2-3 həftəyə patoloji sahə və sarğı açılır.
Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları
DoktorAZ.com
Saytdan tam şəkildə istifadə etmək üçün hesabınıza daxil olun..
DoktorAZ.com’un 6 illik qurucusu olan Dr. Ramil Həsənlinin acı vəfatından sonra onun xatirəsinə həsr etdiyimiz yenilənmiş DoktorAZ.com saytı əvvəlki – ödənişsiz informasiya mübadiləsi missiyasını davam etdirəcək.
Forum şablonu ilə hazırlanmış yeni DoktorAZ.com saytının tam ödənişsiz olacağı və könüllü şəxslər tərəfindən idarə olunacağı üçün texniki məsələlərin həllində gecikmələrin ola biləcəyinin fərqindəyik və bunları anlayışla qarşılamanızı diləyirik.
Pərakəndəlik olmaması baxımından ATU-AMU.net və Fayllar.com saytları da ləğv edilir və zəruri fayllar burada yerləşdirilir. Saytda kateqoriyalaşdırma tam hazır olana və qaydalar izah olunana qədər istifadəçilərin yeni başlıqlar yaratması limitlənib.
Tibbi Biliklərin Əsasları (dərslik)
324 dəfə baxılıb
1 post • 1. səhifə (Cəmi 1 səhifə)
MalikShukurlu Server Administrator Postlar: 218 Qeydiyyat: 03 Okt 2021, 14:58 Ad: Malik Soyad: Şükürlü
Fayl haqqında məlumat:
Kitab adı: Tibbi Biliklərin Əsasları (dərslik)
Müəllif: Sabir C. Əliyev, H.M.Hacıyeva, N.C.Mikayılzadə
İl: 2004
Səhifə sayı: 483
Format: pdf
Ölçüsü: 200 MB
Əlavə məlumat: Skan olunmuş versiya.
[ Linkləri görmək üçün qeydiyyatdan keçin və ya hesabınıza daxil olun ]
[ Linkləri görmək üçün qeydiyyatdan keçin və ya hesabınıza daxil olun ]
KİTABLAR
İndi kitab almaq ya da satmaq üçün mağaza-mağaza gəzmək ehtiyac yoxdur! Bizim sayt vasitəsilə siz tez və rahat kitab satışı elanları yerləşdirib istədiyiniz effekti əldə edə bilərsiz. Hər gün müxtəlif mövzularda o cümlədən Kİtabların alqı satqısı elanları bizim sayta əlavə olunur. Istədiyinizi rahat tap az vaxt sərf et – sabaha saxlamayın, elə indi başlayın!
KİTABLAR BÖLMƏSİNDƏ UĞURLU ELANIN SİRRİ
Kitab satışı elanı yerləşdirib tez bir zamanda effekt əldə etmək üçün nə etmək lazımdır? Bunun üçün sadə qaydalara riayət etməlisiniz:
– elana uyğun kateqoriya seçin
– bütün sahələri lazımi məlumatlarla doldurun
– “Təsvir” sahəsindəki alqı-satqı obyektini mümkün qədər ətraflı təsvir edin
– “Videoya keçid”-də videosunu göstərin
– alqı-satqı obyektinə aid olan mümkün qədər çox keyfiyyətli şəkillər yükləyin.
– düzgün əlaqə məlumatlarını daxil edin
Kitabların satışı elandan effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:
1. Elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn
2. Elanı saytın ana səhifəsində xüsusi ayrılmış blokda digər elanlarla yanaşı və eyni zamanda VIP blokun içərisinidə təsadüfi qaydada aktivlik müddətlərinin sonunadək görsədin
3. Elanlarınızı baku.ws , oxu.az , azxeber.com , media.az , olke.az kimi populyar xəbər saytlarında 5 gün müddətinə yerləşdirin.
Hər hansı bir sualınız var? Müştəri Dəstək Xidməti 24/7 onlayn çat və (012) 525-83-08 Telefon Qaynar Xətt vasitəsilə xidmətinizdədir.
Comments are closed, but trackbacks and pingbacks are open.