Press "Enter" to skip to content

Süni tənəffüs

İlham Mustafayev, Sputnik Azərbaycan

Şəhidlərin ruhuna ehtiramın Tovuz nümunəsi – Maraqlı təşəbbüs

“Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edərək övladlarının sanki yenidən doğulduğunu deyirlər”.

Şubat 8, 2021 – 01:14

Şəhidlərin ruhuna ehtiramın Tovuz nümunəsi – Maraqlı təşəbbüs

Sputnik / Ilham Mustafa

“Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edərək övladlarının sanki yenidən doğulduğunu deyirlər”.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Tovuzda maraqlı bir ənənə formalaşıb. Belə ki, bir qrup gənc tərəfindən şəhərin küçələrində vətən torpaqlarının müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsinə bulaq tikilir və lövhələri yerləşdirilir. Bu ideyanın müəllifləri təkcə hərbi şəhidləri deyil, mülki şəhidləri də yaddan çıxarmayıblar. Hazırda iki yerdə yerləşdirilən bu lövhələrin birində Tovuz rayonundan I Qarabağ müharibəsi zamanı şəhid olan 300-dən yuxarı, digərində isə II Qarabağ müharibəsində şəhid olan 60-dan artıq şəhidə aid fotolar və məlumatlar yerləşdirilib. Mülki şəhidlərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşələri gecə saatlarında da işıqlandırılma qurulduğundan rahatlıqla görmək olur. Lövhənin yaradılmasının təşəbbüskarlarından olan Elmar Musayev bu kompozisiyaların əsasən şəhid adını daşıyan küçələrdə qurmağa çalışdıqlarını bildirib:

© SPUTNİK / ILHAM MUSTAFA
Tovuzda şəhidlər üçün lövhənin yaradılmasının təşəbbüskarı Elmar Musayev

“Məqsəd şəhidlərimizin hər birini tanıtmaq gənc nəslə onlar haqqında bilgi verməkdir. Birinci Qarabağ müharibəsi şəhidləri demək olar unudulmaq üzrə idi. Onları yalnız ailə üzvlri, yaxın qohumları, döyüş yoldaşları yad edirdi. Ona görə lövhələrin birini ancaq I Qarabağ müharibəsi şəhidlərinə həsr etdik. Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edirlər. Onların arasında övladlarının sanki yenidən doğulduğunu deyib təşəkkür edənlər var”.

© SPUTNİK / ILHAM MUSTAFA
Tovuzda şəhidlərin lövhəsi

Bu işləri iyul ayının 12-də Tovuz döyüşləri zamanı yaratdığı “Tovuz Turan Birliyi” təşkilatının adından edildiyini deyən E.Musayev fotoların, məlumatların toplanmasında, eləcə də digər işlərin görülməsində rayon sakinlərinin hər cür dəstək göstərdiklərini bildirib. O ilk işi şəhid olan qardaşı İsə Musayevin adını daşıyan küçədən başladıqlarını söyləyib:

© SPUTNİK / ILHAM MUSTAFA
Tovuzda şəhid Əliyev Raminin məzarı

“Bütün rayon camaatı bu işdə yaxından köməklik göstərdi. Fotoların, məlumatların yığılmasında hər kəs canla-başla yardım etdi. Fiziki mənəvi dəstək göstərdilər. Bu işdə köməklik edən hər kəsin arzusu o olub ki, şəhidləri yaşadaq, onlar unudulmasın. Vətən uğrunda canından keçən insanlar yaddan çıxmasınlar” – deyə E.Musayev bildirib.

Tovuz sakinləridə öz növbəsində şəhidlər kompleksi adlandırdıqları bu məkanı göz bəbəyi kimi qoruyur, abad, təmiz və hər kəs üçün əziz bir yer kimi saxlayırlar.

Süni tənəffüs

Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir.

Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır. Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır!

Süni tənəffüs hərəkətlərini yerinə yetirmək üçün:

1. Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyurlar.

2. Zərərçəkənin başı xeyli dərəcədə arxaya qatlanmalıdır, əks halda süni şəkildə verilən hava kütləsi mədəyə keçə bilər. Bunu qarının yuxarı hissəsinin şişməsi ilə müəyyən etmək olar. Sonra zərərçəkənin başını yana çevirərək onun ağzını açın və ağzında torpaq, qum, qusuntu kütlələri, yad cismin olub-olmadığını yoxlayın. Lazım olduğu halda barmağa sarınmış tənzif və ya burun dəsmalı ilə zərərçəkənin ağız boşluğunu təmizləmək lazımdır.

3. Süni tənəffüs verərkən maneçilik törətməməsi üçün bədəni sıxan paltarları çıxarmaq və ya cırmaq lazımdır. Əgər bədbəxt hadisə qapalı otaqda baş vermişsə, pəncərə və ya nəfəsliyi açmaqla otağa təmiz hava axını gəlməsini təmin etmək lazımdır. Bütün bunları dəqiqliklə və sürətlə icra edın – zərərçəkənin həyatı bundan asılıdır!

4. Daha sonra xilasedici zərərçəkənin başının yan tərəfində (yaxşı olar ki, sol) dayanır. Əgər zərərçəkən yerdə uzanmışsa, xilasedici dizləri üstə dayanmalıdır. Xilasedici özünün baş və şəhadət barmaqları ilə xəstənin burun pərlərini sıxmalıdır. Sonra xilasedici şəxs dərindən nəfəs alıb, nəfəs verməsini azca saxlayıb, zərərçəkənə tərəf əyilərək, ağzını tənzifin və ya ortasında deşik açılmış burun dəsmalının üstündən sıx şəkildə zərərçəkənin ağzına dirəyib, cəld şəkildə ona nəfəs verir.

Zərərçəkənə nəfəs verdiyiniz zaman onun döş qəfəsinin qalxıb-qalxmamasına diqqət yetirin. Nəfəsvermə ağ ciyər toxumasının və döş qəfəsinin elastikliyi səbəbindən passiv şəkildə öz-özünə baş verir. Zərərçəkənin döş qəfəsi aşağı endikdən sonra xilasedici təkrarən onun ağzına nəfəs verir. Bu proses yardım göstərən şəxsdən (xilasedicidən) xeyli dərəcədə fiziki güc tələb edir.

Bəzi hallarda elə olur ki, zərərçəkənin ağzını açmaq mümkün olmur və ya ağız nahiyəsinin travması olur. Bu zaman süni tənəffüsü “ağızdan-ağıza” deyil, “ağızdan-buruna” olmaqla verirlər. Süni tənəffüs verməzdən əvvəl xilasedici əlin biri ilə xəstənin başını arxaya qatlayaraq bu vəziyyətdə saxlayır, digər əl ilə onun ağzını sıxır. Sonra xilasedici dərindən nəfəs alaraq dodaqları ilə xəstənin burnunu sıx şəkildə əhatə etməklə tez və güclü nəfəs verir. Daha sonra xəstənin ağız və burnunu sərbəst buraxaraq onun “nəfəs verməsinə” imkan vermək lazımdır.

Xəstəyə verilən nəfəsin xeyli hissəsinin ağ ciyərlərə deyil, mədəyə dolması, mədənin köpməsinə və zərərçəkənin xilas edilməsinin çətinləşməsinə səbəb olur. Buna görə də mədədən havanı xaric etmək üçün, vaxtaşırı olaraq epiqastral (qarınüstü) nahiyəyə bir qədər təzyiq etmək lazımdır.

Süni tənəffüs verilməsini 3-4 saniyədən artıq fasilə vermədən xəstənin müstəqil tənəffüsü tam bərpa edilənə qədər və ya həkim gələnə qədər etmək lazımdır. Verilən süni tənəffüsün effektivliyini (xəstənin döş qəfəsinin qalxıb-enməsini, qarında kopün olub-olmamasını, üz dərisinin tədricən qızarmasını) daim yoxlamaq lazımdır. Daim ağızda və burun-udlaqda qusuntu kütlələrinin olub-olmamasını yoxlamaq və lazım olduqda növbəti süni tənəffüs verilməsindən əvvəl zərərçəkənin ağzını dəsmala bürünmüş barmaqla təmizləmək lazımdır. Süni tənəffüs verilməsi prosesi zamanı xilasedicinin qanında karbon qazının azalması səbəbindən onda başgicəllənmə baş verə bilər. Ona görə də yaxşı olar ki, zərərçəkənə süni tənəffüs verilməsini hər 2-3 dəqiqədən bir bir-birini əvəz etməklə iki xilasedici yerinə yetirsin.

Hər 30 saniyədən bir mütləq ürək döyünməsini – kiçik yaşlı uşaqlarda qulağınızı onun döş qəfəsinə qoymaqla, nisbətən iri yaşlı uşaqlarda və böyüklərdə isə nəbzi əlləməklə yoxlayın! Qan dövranı və ürək fəaliyyətinin pozğunluqlarında nəbzi bilək nahiyəsində əlləməyə çalışmayın, onu burada əlləmək mümkün olmayacaq! Belə hallarda nəbzi yuxu arteriyasının üzərində əlləmək olar. Bunun üçün barmaqlarınızın uclarını şəkildə göstərilən qaydada boyun nahiyəsinə qoymaq lazımdır. Əgər ürək döyünməsi olmazsa, dərhal ürəyin xarici (qapalı) masajını da icra etməyə başlayın!

Əgər xilasedici ürək fəaliyyətinin dayanmasını nəzərdən qaçıraraq, 1-2 dəqiqə ərzində ürəyin masajı icra edilmədən yalnız süni tənəffüs verilməsini davam edərsə, zərərçəkəni xilas etmək mümkün olmayacaq!

Tənəffüs bərpa olunan kimi, qusma başladığı halda zərərçəkənin boğulmaması üçün onu mütləq yanı üstə çevirmək lazımdır.

Uşaqlarda reanimasiyanın həyata keçirilməsinin öz xüsusiyyətləri vardır. Belə ki, uşaqlara, xüsusən də kiçik yaşında olanlara süni tənəffüs zamanı verilən havanın həcmini çox etmək olmaz! Çünki bu, onların ağ ciyərlərinin zədələnməsinə səbəb ola bilər! Buna görə də kiçik yaşlı uşaqlara süni tənəffüs verərkən, xilasedici hər dəfə öz yanaqlarını hava ilə dolduraraq yalnız bu həcmdə nəfəs verir. Kiçik yaşlı uşaqlarda başı arxaya tərəf çox əymək olmaz. 1 yaşınadək olan uşaqlarda xilasedici nəfəs verərkən öz ağzı ilə uşağın həm ağzını, həm də burnunu əhatə edir.

Əgər ürək döyünməsi varsa, süni tənəffüsü kiçik yaşlı uşaqlarda hər 3 saniyədən sonra bir dəfə, bir qədər iri yaşlı uşaqlarda və böyüklərdə isə hər 5 saniyədən sonra bir dəfə nəfəs vermək tezliyində olmaqla, zərərçəkənin özü sərbəst şəkildə nəfəs alanadək və ya “təcili yardım” gələnədək davam etdirmək lazımdır.

Saglamolun.Az

Qurban kəsib, şənlik etdilər, evə qayıdanda isə ailəsi ilə birgə. – Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Publika.az xəbər verir ki, Ağcabədi rayon sakini Mikayıl Məhhərrəmovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla Elmir Kərimovun sürdüyü “KamAZ”ın toqquşması nəticəsində vəfat edən 1975-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlu ailə üzvlri ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndindən Bakıya qayıdırmış.

Belə ki, 3 gün əvvəl Rövşən Qardaşxanov ailə üzvləri ilə birlikdə uzun müddətdən sonra ata olan qaynının yeni doğulmuş körpəsini görmək üçün rayona gedib. Rayonda qurban kəsib şənlik keçirdikdən sonra o, Bakıda təhsil alan övladlarını 18 fevral tarixində dərsə vaxtında çatdırmaq üçün maşın tutub. Lakin gecə saatlarında yola çıxan ailə dəhşətli qəzaya düşüb.

Qəza nəticəsində R.Qardaşxanov hadisə yerində ölüb. Onun 2007-ci il təvəllüdlü oğlu Elçin ilə 2004-cü ildə anadan olmuş qızı isə xəstəxanaya yerləşdirilib. 13 yaşlı Elçin daha sonra Gəncədəki xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Muxtar

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.