Press "Enter" to skip to content

Tofiq Haciyev Akademik – Wikipedia

Müəllif ümumiyyətlə, türk orfoqrafiyasının dəqiqləşdirilməsi üçün türk dillərinin nəzərə alınmalı xüsusiyyətlərini müəyyənləşdirib, qurultay nümayəndələrinin nəzərinə çatdırmışdır. Lakin onun çıxış və təkliflərində əlifbada latınizasiya əleyhinə heç bir işarə olmamışdır. Ancaq hələ Birinci Bakı Türkoloji qurultayından iki il əvvəl, yəni 1924-cü ilin fevralında tatar-başqırd müəllimlərinin Moskvada keçirilən Ümumittifaq qurultayında Q.İbrahimovun məruzəsi dinlənilib qərara alınmışdı ki, “Хотя. принятие латинского шрифта взамен арабского принципиально является желательным и целесообразным, хотя блогодаря этому мы еще на шаг приблизились бы к всеобщему братству народов, съезд не находит возможным спешное проведение в жизни такой меры. Не будучи принципиально против принятия латинского шрифта и счи­тая желательной пропаганду в этом направлении, съезд находит нужным немедленно принять меры к усовершен­ствованию (облегчению) существующего арабского шриф­та”. M.X.Xasanova görə tatar-başqırd ümumittifaq müəllimlər qurultayı belə bir qərar çıxartmaq üçün ona əsaslamr ki, guya tatarlar ölkədəki digər türk xalqlarına nisbətən daha yüksək savada malikdirlər. Bunun üçün hələ rəqəmlər də göstərilir. Misal üçün M.X.Xasanov göstərir ki, 1926-cı il statistikasına görə doqquz yaşdan başlayaraq daha çox yaşlılar da daxil olmaqla Azərbaycanda savadlı əhali 25,2 faiz, Qırğızıstanda 15,1, Türkmənistanda 12,5 faiz, Özbəkistanda 10,6 faiz, Tatarıstanda isə 40 faizdir. Bu rəqəmlər, olsun ki, say-kəmiyyət baxımından reallığı əks etdirirdi. Lakin akademik Bartoldun fikirləri və Birinci Bakı Türkoloji qurultayının çağırılmasının təşəbbüskarlarının Azərbaycan ziyalıları olması, həmçinin qurultayın Bakıda keçirilməsi faktı savadlılığın, intellektuallığın və şüurlu milli heysiyyətin yüksəkliyi baxımından hər şey Azərbaycanın xeyrinə idi və Bartoldun daha doğru bir mövqedə olduğunu göstərirdi. Akad. Bartoldun belə bir rəy söyləməsi üçün o vaxtlar kifayət qədər əsas vardı. Azər Turanın yazdığı kimi, “1922-ci ildə N.Nərimanovun sədrliyi ilə Bakıda “latın əlifbasına keçid” komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər”. Azər Turanın məqaləsində bu barədə bir sıra maraqlı fakta toxunulmuşdur. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev “Birinci Türkoloji qurultay-80” rubrikası ilə “Ədəbiyyat qəzeti”ndə (16 dekabr 2005) çap olunmuş “Birinci Türkoloji qurultayda ədəbi dil məsələsi” adlı məqaləsində yazır: “. türk xalqlarının tarixi, mədəniyyəti, maarifi ilə bağlı zəngin problemlər proqramı olan Birinci Türkoloji qurultay adətən ən çox dil məsələləri ilə xatırlanır”. Professor Tofiq Hacıyev haqlı olaraq yazır ki, “Qurultayda ədəbi dil məsələsi geniş yer tutmuşdu. Qurultayda ədəbi dil ilə bağlı müzakirələr orfoqrafik normadan başlamışdı. Tofiq müəllim məqaləsində diqqəti dünya fonetik nəzəriyyəsinin görkəmli nümayəndələrindən biri olan Lev Vladimiroviç Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial mənası” adlı məruzəsinə yönəldib. Qeyd edir ki, görkəmli alimə görə mövcud olan 4 orfoqrafiya prinsipindən türk dilləri üçün ən münasibi fonetik prinsipdir və etimoloji-morfoloji prinsip onu tamamlamalıdır. “Fonetik prinsipin ölçüsü budur ki, necə deyirsən, elə də yaz”. Bəzi sözlərin yazılışında isə başqa prinsiplərdən də istifadə edilir. Bu məruzənin tematikası və problematikası ilə bağlı Fərhad Ağazadə (Azərbaycan), Qalimcan İbrahimov (Qazax-tatar), Şakircan Rahimi (özbək), Əhməd Baytursun (qazax) da çıxış etmişlər. Qurultayda terminoloji məsələlər barədə bəhs yeni müzakirə edilmişdi. Bu məsələnin şərhi üçün çıxış edənlər tez-tez ədəbi – bədii nümunələrə müraciət etməli, məsələni ədəbiyyatla əlaqələndirməli olmuşlar, ədəbiyyatla əlaqəli şərh etməyə çalışmışlar. Professor Tofiq Hacıyev professor Bəkir Çobanzadədən belə bir misal gətirir (bu misal ədəbi dil məsələsini klassik ədəbi nümunələr vasitəsilə izah etmək imkanı yaratmışdır): “Çuvaş və yaqutları çıxmaqla ərəb-fars mənimsəmələri zəminində bizim başqa ümumi bazamız var, məsələn, götürək Əlişir Nəvainin dilini, XV-XVI əsrin istənilən osmanlı klassikinin – Baki, Nəbi və ya Nadimin dilini götürək, onlar həm də ərəb-fars leksik terminoloji mənimsəmələri ilə yaxın və anlaşılandırlar”. Məsələyə belə müqayisəli yanaşmaq qarşıya çıxan suala ən düzgün cavab verməyə imkan yaradır, ədəbi dil faktını ədəbiyyatın özü ilə şərh etmək mümkün olur. Ədəbi dil ilə bağlı qazax aliminin “Molla Nəsrəddin” jurnalı ilə Bakıda çıxan “Kommunist” qəzetinin dilini müqayisə edib, gəldiyi nəticə ilə Azərbaycan aliminin eyni məsələdə nəticəsi arasındakı fərq də professor Tofiq Hacıyevin nəzərindən qaçmamış və o buna da eyhamlı, iymalı münasibətini bildirmişdir.

Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir

Vətənini ürəkdən sevən, yurduna qəlbən bağlı olan onun yüksəlişini, ölkələr arasında dürüst sözünü belə səfərbər edən şəxsiyyətlər tarixdə öz yaradıcılıqları və özlərindən sonra qoyub getdikləri ilə seçilir, fərqlənirlər və yaşayırlar.

Onlar öz fərdi istəklərindən uzaqlaşıb, Tanrının ona yurd seçdiyi Vətənin, el-obanın, dərd-sərini özlərinin dərdinə çevirib bu dərdlərin aradan qaldırılması yolunda mücahidə çevrilirlər.

Bu cür insanlar cəmiyyətin hansı təbəqəsində yaşamasından asılı olmayaraq, çalışıb-vuruşur və son anda bu yolda tarixlərdən heç bir zaman silinməyən tarix yazırlar, onların ömrü əsərlərinin xalq arasında yaşaması ilə ölçülür. Müqəddəs Qarabağ torpağının azadlığı uğrunda döyüşüb qələbə sədaları altında ona həyat verən, öz qoynunda böyüdən torpağına qovuşan Qarabağ qəhrəmanları kimi.

Öz danışdığı ana dilinin, bu dildə yazılan ədəbiyyatının, bu ədəbiyyatı yaradan şəxsiyyətlərin özlərindən sonra gələnlərə tanıdılması üçün ömürlərini şama çevirənlər çox olub. Onlardan biri də bütün həyatını öz ana dilinin və ədəbiyyatının tədqiqinə, öyrənilməsinə, qaranlıq qalan səhifələrin işıqlandırılmasına həsr edən, may ayının birində 85 illiyi qeyd olunacaq qədim Qarabağ torpağının yetişdirdiyi görkəmli şəxsiyyət akademik, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı”, “Türk dünyasına xidmət” medalları ilə onları təltif olunmuş Tofiq İsmayıl oğlu Hacıyevdir. Çox təəssüf hissi keçirirəm ki, böyük insan, görkəmli türkoloq bizim yaşadığımız bu günü, Qarabağın, o cümlədən doğma yurdu Cəbrayılın azad olunması xəbərini eşitmədi. Azad olunan torpaqlarda qürur, fərəh hissi ilə gəzib dolanmadı.

O, Qarabağ torpaqlarının azad oluncağına öz varlığına inandığı qədər inanırdı və oğlu Azər Hacıyevi də inandırmışdı. Əgər inandırmasaydı, onda oğlu atasından bəhs edərkən hələ 2016-cı ildə yazmazdı: “O, həyatdan böyük bir nisgillə getdi-düşmən tapdağı altında qalmış kiçik vətəni, doğma Cəbrayılı son dəfə görə bitmədi.

İndi ruhunun o torpaqlarda olduğunu düşünür, təsəlli axtarırıq. Amma bu cür təsəlli Tofiq Haciyevin Türkün əvəzsiz dilinə, qələbə dolu tarixinə həsr etdiyi yaradıcılığına uyuşmur. Biz tariximizdəki bu ləkəni çox yaxın bir zamanda yox etməli, yerinə yeni zəfər bayrağı sancmalıyıq!»

Qarabağ uğrunda gedən döyüşlərdən əldə etdiyimiz bugünkü parlaq qələbəmiz əvəzolunmaz türkoloqun qəlbində yaşatdığı pozulmaz inamı və özündən sonra gələnlərdə yaşatdığı təlqini idi ki, biz o xoşbəxt günü bu gün yaşamaqdayıq.

Akademiki təkcə yaşadığı ölkənin bu günü deyil, dünəni və gələcəyi daha çox maraqlandırırdı. Buna görə də o, xalqın, vətənin, yaşadığı mühitin dərdlərini öz dərdinə çevirən Azərbaycanın bütün dəyərli şəxsiyyətlərinin yaradıcılığına müraciət edib, onları dəyərləndirib, xalqın düçar olduğu bəlalardan qurtarmağın yollarını onların öz əsərlərindən gətirdiyi nümunələrlə təsdiq etməyə çalışırdı.

Böyük alim Azərbaycan xalqının işıqlı gələcəyi, inkişafı və maariflənməsi yolunda qorxmadan, çəkinmədən mübarizə aparan M.F.Axundov, C.Məmmədquluzadə, H.B.Zərdabi, M.Ə.Sabir və. s kmi mütəfəkkirlər haqqında onlarla sanballı məqalə, monoqrafiya və əsər yazib cap etdirmisdır.

Bu yanaşma akademik Tofiq Hacıyevin M.Ə.Sabirin yaradıcılığına münasibətində daha qabarıq şəkildə görünür. O hələ aspiranturada oxuduğu illərdən bu məsələlərə yaxından diqqət göstərmiş, öz xalqının savadlanması və imzasının imzalar içində olmasına çalışan M.Ə.Sabir haqqında yeddi jurnal, 6 qəzet məqaləsi və iki kitab yazıb çap etdirmişdir.

O hələ gənc yaşlarından (1961-ci ildən) M. Ələkbər Sabirin yaradıcılığı ilə yaxından maraqlanmış, şairin anadan olmasının 100 illiyinə həsr etdiyi “Sairin fırçası” adlı məqaləsi ilə “Azərbaycan” jurnalında çıxış etmişdir. Bu məqalədən sonra Akademik Tofiq Hacıyevın bir neçə məqaləsi müxtəlif məcmuə və elmi jurnallarda işıq üzü görmüşdür. Akademikin satirik əsərlərlə bağlı yazdığı əksər məqalələrdə M. Ə. Sabirin yaradıcılığına müraciət olunur. Bu məqalələrdə Sabirin özündən əvvəl yazıb yaradan şairlərlə ideya bağlılığı, haqsızlığa nifrət, zəhmətkeş insanlara məhəbbət kimi əxlaqi fikirlər öz əksini tapmışdır.

İlk məqalədən sonra Tofiq Hacıyevin “Füzuli və Sabir” seriyası, “M. Ə. Sabir üslubunda “Molla Nəsrəddin” formaları, “Satirik nitqdə jarqonun xüsusiyyətləri” , “Dilimin satirik gücü”, “İnqilabi-satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri” məqalələrini jurnal səhifələrində dərc etdirmiş, yenə də M. Ə. Sabir yaradıcılığına həsr edilmiş, “Sabir satiraları dini xürufatla mübarizədə”, “Sabirin uşaq şeirləri haqqında”, “Sabirin elmi düşüncələri” (M. Ə. Sabir) adlı məqalələri qəzet səhifələrində işiq üzü görmüşdür.

Bu jurnal və qəzet məqalələrindən başqa professor Tofiq Hacıyev M. Ə. Sabirin həyat və yaradıcılığı ilə bağlı kitab da nəşr etdirmişdir. Kitablardan biri 1975-ci ildə ADU nəşriyyatında çap edilən “Satira dili” əsəri, digəri isə 1980-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş “Sabir: qaynaqlar və sələflər” əsəridir. “Satira dili” əsəri bütünlüklə M.Ə.Sabirə həsr olunmasa da, “Sabir: qaynaqlar və sələflər” əsəri tamamilə M.Ə.Sabirin yaradıcılığına həsr edilmişdir. Kitabda Sabirin Füzuli yaradıcılığından bəhrələnməsi, onun yaradıcılığına şifahi xalq ədəbiyyatı nümunələrinin təsiri, Sabir yaradıcılığının Mirzə Fətəli Axundov yaradıcılığı ilə bağlılığı, Sabir yaradıcılığında “Molla Nəsrəddin”in rolu və Sabir yaradıcılığında C.Məmmədquluzadənin bir şəxsiyyət kimi rolu və sair məsələlər öz əksini tapmışdır. Bundan əlavə, Sabir yaradıcılığının C. Cabbarlı yaradıcılığına təsiri və sair məsələlər qələmə alınmış, bu böyük şəxsiyyətlərin hər birinin yaradıcılığının bir məktəb vəzifəsini yerinə yetirdiyi müqayisəli faktlarla konkretləşdirilmişdir.

Akademik Tofiq Hacıyev “Sabir: qaynaqlar və sələflər” kitabının müqəddiməsi hesab olunan “Daha dərin köklər” bölməsində yazır: “Azərbaycan dilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala çatır: zarafatdan, məzhəkədən yüksəlib, masqaradan, həcvçilikdən çıxıb, mükəmməl ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici gülüşdən sarsıdıcı gülüşə, yumşaq yumordan sərt satiraya keçir”.

Satirik əsərlərin, o cümlədən bu sahədə öz quruluş və axıçılığı ilə seçilən Sabir satiralarının bu qədər diqqətçəkən, təsirli və qaynar olması həmin dövrün eybəcərliklərinin çoxluğunun təsirindən ortaya çıxmışdır. Əgər həyatda baş verən haqsızlıqlar, eybəcərliklər, mənəm-mənəmliklər, başqalarının qismətinə göz dikmək, zavallıları əzmək, mənfiliklər kütləvi hal olmasaydı, onda bu satirik əsərlər hansı səbəbdən yarana bilməzdi?! Yəqin ki, onda heç satirik şeir növü də inkişaf edə bilməzdi.

Elə bu səbəbdən də kitab müəllifi yazır: “Xalq ən qədim dövrlərdən haqsızlığa, qəbahətə, mənfiliklərə nifrət bəsləmiş, qəzəblənmiş və bu satirik janrlarda nifrətini, qəzəbini ifadə etmişdir”.

Kitabın ikinci, eyni zamanda ən geniş bölməsi “M. Füzuli və M. Ə. Sabir” adlanır. Kitab müəllifi hansı məqsədlə bir-birindən 350 illik bir məsafədə yaşayıb – yaratmış bu iki söz cəngavərinin yaradıcılıqlarını müqayisə edir?! Kitabı oxuduqca bir-birindən 350 illik məsafədə yaşayan bu insanların eyni dərdlə yaşadıqları, eyni ağrıları yaşadıqları gecə qaranlığında parıldyan şimşək kimi göz qamaşdırır.

Bu iki həmdərdi tarixlərin uzaq keşməkeşləri ayırsa da, onları eyni dərd, eyni əqidə, eyni məslək birləşdirir. Bu birlik, bu eynilik haradan və nədən qaynaqlanmışdır?!

Mən fikirləşmədən deyərdim ki, böyük satirikin dahi türk oğlu, qələmini bir çox sahələrdə sınayan, öz “Leyli və Məcnun” ilə türk dilinə əbədi və möhtəşəm abidə ucaldan Füzuliyə, onun yaradıcılığına tükənməz sevgisindən irəli gəlmişdir.

Kitabda akademik Füzuli yaradıcılığı ilə Sabir yaradıcılığı arasında çoxlu paralellər aparır və bu qənaətə gəlir ki, Sabir uzun müddət Füzuli yaradıcılığından bəhrələnsə də ilk əvvəllər şairin Füzuli şeirlərinin təsiri ilə yaratdığı şeirlər çox sönük görünür və Füzuli səviyyəsinə qalxa bilmir. Bunu nəzərə alan Tofiq Hacıyev yazır: “Sabir yaradıcılığı Fizuli yaradıcılığından qidalansa da, onların yaradıcılıqları arasındakı fərq aradan qaldırılmamış, Sabir bu xətti heç zaman keçib gedə bilməmişdir”. Tofiq Haciyev göstərir ki, Füzuli zirvəsinə nəinki Sabir, heç onun müəllimi S.Ə.Şirvani də ucala bilməmişdir.

Bunu nəzərdə tutaraq T.Hacıyev yazır: “Sabir görürdü ki, Füzuli məktəbimin ən istedadlı nümayəndəsi olan öz müəllimi Seyid Əzim belə onun bərabərinə çata bilməmiş və Füzuli üslubunda təxminən yeni heç bir şey deməmişdir.”

Kitab müəllifi nümunələrlə göstərir ki, Sabir uzun müddət Füzulinin cazibə qüvvəsində qalsa da, sonradan o bu tilsimindən çətin də olsa, uzaqlaşa bilir, özünü poeziya üfüqlərində daimi yaşadan yeni bir yola qədəm qoyur və bu yol onu Füzuliyə pərəstişkarlığından kənarlaşmağa kömək edir.

Sabirin Füzuli yardıcılığından ayrılıb özü üçün yeni bir bənzərsiz cığır açması və bu cığırdan keçdikdən sonra əlçatmaz uğurlar əldə etməsi kitabın dördüncü, “Müstəqil üslub yollarında” bölməsin də öz əksini tapmışdır.

Verilən nümunə və aparılan təhlillərdən belə məlum olur ki, Sabir təkcə Füzuli yaradıcılığından deyil, öz dünyagörüşünə, ideyalarına uyğun gələn digər mütəfəkkirlərin də yaradıcılığından qidalanmışdır. Bu yaxınlıq təkcə insan sənətkarlığına olan vurğunluqdan, sənətkarlıq xüsusiyyətlərini hesabıa deyil, sənətkarlığı ilə də digərlərindən kəskin surətdə fərqlənməklə, onların qarşılarına qoyduqları məqsəddən, amaldan da asılı idi.

Sabirin şəxsiyyətinə və tutduğu poetik yola hörmət bəslədiyi görkəmli sənətkarlardan biri də Azərbaycan dramaturgiyasının banisi, hamının savadlanması üçün yeni əlifba uğrunda mübarizə aparan şair, publisist, dövlət adamı, eyni zamanda yurddaşlarının savadlanması üçün əlindən gələni əsirgəməyən M. F. Axundov idi.

Müəllif qeyd edir ki, Sabir təkcə Füzuli yaradıcılığını sevib, ondan qidalanmır, bu vurğunluq onun M.F.Axundov yaradıcılığına olan münasibətində də özünü göstərir.

Kitabın “Eyni səviyyə” bölməsində müəllif Sabirin M. F. Axundova, onun yaradıcılığına, yazdığı əsərlərdəki personajlara olan vurğunluğunu nəzərə alaraq yazır:”Müəllim seçmək məsələsi qarşısında dursa idi, Sabir bunu heç də problemə çevirmədən bütün sələflərindən öyrənməkdən imtina etmədən, şübhəsiz, M.F.Axundovu, həmişəlik özünə müəllim seçərdi. Yeganə müəllimdən dərs almağı heç kəs qanun zoruna qəbul etdirə bilməz. Sabir də həm Axundovdan, həm də Füzulidən dərs alırdı”.

Kitabda Sabirin Axundova olan münasibətindən bəhs edən bölmələri oxuyanda duyursan ki, insan kamilliyi birtərəfli, kiminsə əsərləri-yaradıcılığı ilə tanış olmaqla başa gəlmir. Kamil, yaradıcı insan tarixdə qalmaq, yaddaşlara yazılmaq, tarixdən silinməmək üçün mütləq geniş elmi dünyagörüşə, fasiləsiz mütaliəyə sahib olmalıdır. Elə bunu nəzərə alaraq kitabda yazılır:”Sabir Axunov ideyalarını məhz Füzulidən öyrəndiyi, mənimsədiyi sənətkarlığın gücü ilə öz yaradıcılığındakı məlum zirvəyə qaldırır”.

Müəllif Sabirin M.F.Axundov irsi ilə tanışlığı haqqında əldə heç bir rəsmi sənədin olmadığını qeyd edir. Lakin tutduğu yol, gördüyü işlər, qarşısına qoyduğu həlli tələb olunan məsələlər isə Sabirin Axundov yaradıcılığından qidanlandığını göstərən faktlar kimi ortaya qoyulur.
Bununla bağlı Tofiq Hacıyev yazır: “Böyük satirikin M. F Axundov irsi ilə bilavasitə tanışlığı haqqında hələlik heç bir tarixi sənəd yoxdur. Lakin bu sənədsizlik iki sənətkarın üslub yaxınlığı kimi böyük faktın qarşısnda gücsüzləşir”.

Tofiq Hacıyev Sabirlə Axundovu müqayisə edəndə onların hər ikisinin yaradıcılığının xalq mənafeyinə xidmət etdiyini, xalqın dərdinin öz dərdi hesab edib, onu aradan qaldırmağın yollarını axtardıqlarını xüsusi olaraq qeyd edir. Bunu nəzərə alaraq kitab müəllifi yazır:

“Ədəbiyyatımızın tarixindəki inqilabi çevriliş cəsarətinə görə M. Ə. Sabiri nə Q. B. Zakirlə, nə S. Ə. Şirvani ilə yox, məhz və yalnız M.F.Axundovla müqayisə etmək olar, ona bərabər tutmaq olar”. Tofiq Hacıyevin Sabiri Axundovla müqayisə etməsi onların yaşadıqları dövrlərin ictimai-siyasi atmosferinin müqayisəsindən irəli gəlir. Onların yaradacılığında öz əksini tapan inqilabi çevriliş ideyalrını dilə gətirib qələmə almaq müxtəlif formalarda qarşılanırdı ki, bu cür fikirləri irəi sürmək Axundov zamanında çox çətin və məsuliyyətli idi.

Professor Tofiq Hacıyev yazır: “Sabir də ədəbi formalara Mirzə Fətəli tələbləri ilə yanaşırdı. O dövrün tələbinə, “millətin işinə yarayan” formaya müraciət etdi, inqilabi satıranın bünövrəsini qoydu. Axundovla Sabirin yaxınlığı təkcə ideya, məslək birliyində, estetik baxış uyğunluğunda deyildir. M.F.Axundovun komediyaları ilə M. Ə. Sabir satiraları arasında cidd üslübi təmas vardır”.

Müəllif Axundov və Sabir yaradıcılığında qarşıya qoyulan məqsəd, tənqid hədəfləri, həyata baxış və həlli vacib olan məsələlərdə bir yaxınlıq görür və bu yaxınlığı belə ifadə edir: “Həm M.F.Axundovun, həm də M. Ə. Sabirin üslubunda tənqid başlıca yer tuturdu: onlar ictimai qüsurları amansızcasına ifşa edirdilər. Axundov da, Sabir də mənəvi eybəcərliyin, əxlaqi şikəstliyin, ictimai xəstəliklərin səbəbini mövcüd ictimai quruluşda görürdülər”.

M. Ə. Sabirin “Molla Nəsrəddin” jurnalında ilk dəfə çıxan şeiri haqqında müxtəlif fikirlər söylənilir. Bu məsələ ilə bağlı C.Məmmədquluzadə haqqında nəşr olunan məqalələr toplusunda geniş məlumat verilmişdir.

Müəllif “Molla Nəsrəddin” və M. Ə. Sabir haqqında danışmağa başlayanda yazır: “Molla Nəsrəddin” və M.Ə.Sabir. Bir qədər qəribə səslənir: məgər “Molla Nəsrəddin”lə M.Ə.Sabiri ayrılıqda təsəvvür etmək mümükündür”?!

“Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə və onun dostu Mirzə Ələkbər Sabir bu ədəbi məktəbin iki ən böyük feilidir. “Molla Nəsrəddin”i yığcamlaşdırıb şərti olaraq bir cümlə şəklində təsəvvür etsək, bu isim və bu feil onun baş üzvləridir”.
M.Ə.Sabir ilk şeiri “Molla Nəsrəddin” də nəşr olunandan başlayaraq sona qədər jurnalla əməkdaşlıq etmiş, digər qəzet və jurnallarda çap olunmaqla yanaşı, ömrünün sonuna qədər dost olduğu Cəlil Məmmədquluzadə ilə əlaqəsini kəsməmişdir. Ömrünün sonuna yaxın xəstəliyinin ağır çağlarında dostunun evində qalmış və C. Məmmədquluzadənin sayəsində həkim müayinəsindən keşmişdir.

Bütün bunlar Sabirin Mirzə Cəlillə dostluğunun son dövlərində baş vermişdi. Sabirin Mirzə Cəlillə ilk tanışlığı “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapı ilə başlamışdı. Şamaxıda jurnalın ilk nömrəsini alıb oxuyan Sabir sanki yeni bir aləmlə qarşılaşır. Jurnalın “Sizi deyib gəlmişəm” sərlövhəli məqaləsi ilə tanış olub “Gər qeyriləri cəmdəyinə vursala, dinmə” misrası ilə başlanan şeiri oxuyandan sonra sanki yeni bir aləmə düşür. “Molla Nəsrəddin”in köməyinə çatmağa çalışır. Jurnalın tutduğu yolu, qarşısına qoyduğu məqsədi və üslubunu nəzərə alıb. “Millət necə tarac olur, olsun, nə işim var?!” şeirini yazıb redaksiyaya çatdırır. Bu andan da başlayaraq Sabirin jurnalla sıx əlaqələri başlayır.

Sabirin jurnalla əlaqəsinin yaranmasına işarə edən professor Tofiq Hacıyev yazır: “Beləliklə də, “Molla Nəsrəddin” nadir istedad sahibi olan öz Sabirini tapmışdı. Həm də gözlədiyindən də tez, gözlədiyindən də yaxşı”.

Müəllif “Molla Nəsrəddin” də nəşr olunan Sabir şeirlərinin adi şeirlər olmadığını söyləyir və qeyd edir ki, “Sabirin məqsədi bu sözlərlə döymək, zərbə vurmaqdır. Bunun üçün də onun satiralarında heç bir söz orta çəkidə çıxış etmir; onda hər söz öz ağırlığının ən yüksək dərəcəsindədir. Sabir şeiri üçün sözü maksimum ağırlığı səciyyəvidir.”

Kitabda əvvəldən axıra qədər Sabir yaradıcılığının qidanlandığı mənbələr, lap sonra isə Sabir yaradıcılığından qidalanan C.Cabbarlının böyük satirikə olan məhəbbət və vurğunluğundan ola söhbət açılır.

Konkret faktlarla qeyd olunur ki, Sabir özündən əvvəl yaşayıb-yaratmış Füzuli, Axundov, “Molla Nəsrəddin” dən necə qidalanmışdırsa, C.Cabbarlıda Sabir yaradıcılığından o dərəcədə qidalanmışdır. Sabir yaradıcılığının C.Cabbarlıya təsiri C.Cabbarlı əsərlərində Sabir tiplərinin izləri ayrıca bir tədqiqat əsərinin mövzusudur. Biz ona görə də bu məsələdən geniş şəkildə danışmadıq və yazmadıq.

Akademik Tofiq Hacıyev bu kitabda təkcə satiraya, bu janrda yazan görkəmli sənətkarlara diqqət göstərməmiş, eyni zamanda, bi kitabda diqqət mərkəzinə gətirilən məsələlərin hərtərəfi tədqiqata ehtiyacı olan məsələlər olduğunu göstərmişdir.

Bu kitabda akademik dörd elmi iş mövzusnun, o cümlədən “Sabir və Füzuli”, “Sabir və Axundov”, “Sabir və C.Məmmədquluzadə” və nəhayət “C.Cabbarlı və Sabir” mövzularının işlənməsi vacibliyini diqqətə çatdırmış, bu məsələlərin həllini özündən sonra gələn elm adamlarının öhdəsinə buraxmışdır.

“Son söz yerinə” başlıqlı bölmədə akademik Tofiq Hacıyev Sabir haqqında olan fikirlərinə sanki yekun vururaraq yazır: “Poeziyamızın tarixində, nəhayət, Füzuli “tilsimi” tamam qırıldı. Onu Sabir dağıtdı. Lakin o özü poeziyada yeni bir tilsim yaratdı, Sabir tilsimi!”

Akademik Tofiq Hacıyevin əsərlərində bu və bu kimi, cəsarətli, yeni, yalnız onun özünə məxsus dərin siqlətli fikirlər, əbədi-bədii müzakirələr çoxdur. Yəqin ki, gələcək nəsillər Tofiq müəllimin zəngin irsindən həmişə bəhrələnəcəklər.

Sərdar Zeynal,
Filologiya üzrə elmlər doktoru
Demokrat.az

Tofiq Haciyev Akademik – Wikipedia

Tofiq İsmayıl oğlu Hacıyev ( 1 may 1936 , Soltanlı , Cəbrayıl rayonu – 27 noyabr 2015 , Bakı ) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014) [1] , Azərbaycan Respublikasının maarif naziri (1993) [2] .

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Əsas əsərləri və tərcümələri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir [3] .

27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. [4] İkinci Fəxri Xiyabanda dəfn olunub. [5]

Elmi fəaliyyəti

Tofiq Hacıyevin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb. “Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb.

“Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda “Azərbaycan ədəbi dili tarixi” (2-ci hissə, 1987) dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi” (1977), “Azərbaycan dili tarixi” (1983, Kamil Vəliyevlə birgə), “Azərbaycan dili” (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, “Satira dili” (1975), “Yazıçı dili və ideya-bədii təhlil” (1979), “Molla Nəsrəddin”in dili və üslubu” (1983), “Füzuli: dil sənətkarlığı” (1994) kitabları çap olunub. Orta məktəblər üçün “Türk dili” (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), “Türk dili” (X–XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib. O, mərhum professor Hadı Mirzəzadənin “Tarixi Qrammatika” dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan “Zərf” və “Ədat” bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.

Onun elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri “Dədə Qorqud” seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun “Elmi əsərləri”nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun “Dədə Qorqud”la bağlı gələcək axtarışlarında ilk addımı idi. “Azərbaycan ədəbi dili tarixi” (1976) kitabında “Kitabi-Dədə Qorqud”dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.

Əsas əsərləri və tərcümələri

  • 1975, Satira dili. B.: ADU nəşri, 178 s
  • 1976, Azərbaycan ədəbi dili tarixi. B.: ADU nəşri, 155 s
  • 1977, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. B.: Maarif, 188 s
  • 1979, Yazıçı dili və ideya-bədii təhlil. B.: Maarif, 130 s
  • 1980, Sabir: qaynaqlar və sələflər. B.: Yazıçı, 175 s
  • 1983, Azərbaycan dili tarixi. B.: Maarif, 188 s. (K. Vəliyevlə şərikli)
  • 1983, “Molla Nəsrəddin”in dili və üslubu. B.: Yazıçı, 267 s
  • 1987, Azərbaycan ədəbi dili tarixi, 2-ci hissə. B.: Maarif, 293 s
  • 1990, Şe’rimiz, nəsrimiz, ədəbi dilimiz. B., 360 s
  • 1992, Azərbaycan dili. B.: Elm, 199 s. (Z. Budaqova ilə şərikli)
  • 1994, Füzuli: dil sənətkarlığı. B.: Gənclik, 70 s
  • 1997, Murad Adci. Qıpçaq çölünün yovşanı. B, 194 s
  • 1999, Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı, Yeni nəşrlər evi, 213 s
  • 2002, B. A. Serebrennikov və N. Z. Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası” kitabının tərcüməsi. Bakı, 380 s
  • 2004, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), I cild, Bakı: Elm, (şərikli)
  • 2005, Azərbaycan dili. 10 sinif dərsliyi. 143 s. (şərikli)
  • 2005, Azərbaycan dili. 11 sinif dərsliyi. 162 s. (şərikli)
  • 2005, Mikayıl Baştunun “Şan qızı dastanı” və poetikası. Bakı: Təhsil, 310 s
  • 2005, M. Adcı. Türklər və dünya: gizli tarix (Ruscadan tərcümə, 250 s. Bakı,
  • 2007, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), II cild, Bakı: Elm, (şərikli)
  • 2008, Seyid Əhməd Cəmaləddin ibn Mühənna. Hilyətül-insan və həlbətül-lisan. Bakı, 143 s.
  • 2012, Azərbaycan ədəbi dilinin tarixi. İki cilddə. Bakı. “Elm”, 2012.

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.

  1. ↑”Arxivlənmiş surət”. 2015-03-16 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-07-03 .
  2. ↑”T.İ. Hacıyevin Azərbaycan Respublikasının maarif naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. 2021-02-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-03-29 .
  3. ↑”Bakı Dövlət Universitetinin əməkdaşlarının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI”. http://e-qanun.az (azərb.) . 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 27 fevral 2016 .
  4. ↑”Azərbaycanda institut direktoru qazdan boğulub öldü”. 2015-11-28 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2015-11-27 .
  5. ↑Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn edildi

Milli dirçəliş, I Türkoloji qurultay və ədəbiyyat məsələləri – Tofiq HÜSEYNOĞLU

Təsadüfi deyildi ki, böyük Hüseyn Cavid 1915-ci ildə “Açıq söz” qəzetində çap etdirdiyi “Müharibə və ədəbiyyat” adlı məqaləsində yazırdı: “Rus-yapon müharibəsində kiçik Yaponiyanın hərbi nəzəriyyə və təcrübə, hərbi sursat təchizatı, döyüşən qüvvələrin çoxluğu baxımından və ümumiyyətlə, hər cəhətdən özlərindən üstün olan Rusiyaya qalib gəlməsinin səbəbkarı yapon ibtidai məktəb müəllimləridir. Məhz yapon ibtidai məktəb müəllimləri dərs dedikləri siniflərdə oxuyan yapon uşaqlarının hər birini əsl yapon vətənpərvəri, yapon vətəndaşı kimi tərbiyə etməyi bacarmışlar.” Yaxud yenə Hüseyn Cavid həmin məqalədən bir qədər əvvəl yazdığı “Həsbi-hal” adlı yazısında qeyd edirdi ki, bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, sabah millətimiz elə olacaq. Millətini, mədəniyyətini, məktəbini və mədəniyyətini sevən hər bir Azərbaycan ziyalısı XX əsrin ilk onilliklərində belə düşünür və çalışırdı. Ona görə də ölkə milli dirçəliş dövrünü yaşayır və gələcəyə böyük mənəvi qüvvə ilə gedir, inamla, ümidlə baxır və qürurla, vüqarla addımlayırdı. Lakin AXC-nin yaşadığı 23 aydan sonra dövlət çevrilişi baş verdi. Dövlət milli süquta uğradıldı, bolşeviklər hakimiyyəti ələ keçirdilər, hökumət də, siyasət də dəyişdi. Azərbaycan sovetləşdirildi. AXC liderləri yeni hakimiyyət, yeni hökumət tərəfindən təqib edildi; həbslər, qətllər müqabilində Azərbaycandan xarici ölkələrə köçlər, qaçışlar, ümumiyyətlə, yeni mühacirət dalğası başlandı. Lakin yarım müstəqil ölkədə əsrin əvvəllərindəki ilk iki onilliklərdəki milli-mədəni və mənəvi dirçəliş dalğası tamamilə sönmədi. “Bir dəfə yüksələn bayrağın bir daha enməyəcəyinə” olan inam da həmçinin. Bu yeni – üçüncü onillikdə bolşeviklərin yeni şüarlarına, masoncasına bu şüarların çoxuna əməlləri ilə cavab verməmələrinə və verə bilməmələrinə rəğmən, aldananlar, uyanlar da oldu, həqiqətin gözünə dik baxanlar da, repressiyalar da, hətta dirçəlişin, müstəqilliyin, milli-mədəni, mənəvi yüksəlişin davam edəcəyinə inananlar və yaxud bunun üçün özündə güc, dəyanət tapıb dözənlər və açıq, yaxud gizli mübarizə aparanlar da. Bəli, XX əsrin üçüncü onilliyində ölkədə bu cür ziddiyyətli tərzdə ziqzaqlı bir yol ilə irəliləyiş davam etməkdə idi. Lakin mərkəzi hakimiyyət zor, güc və siyasətlə (oxu: hiylə ilə) sovetləşdirdiyi milli respublikaları nəzarətdən heç cür buraxmaq fikrində deyildi. Odur ki, yerlərə, regionlara, millətlərə bəzən hücumlar edilsə də, bəzən də güzəşt kimi görünən hərəkətlərə də yol verirdi. Yerlərdə başlanan hər hansı hərəkətdə müşahidə etdiyi zəiflikləri tutub, ondan istifadə etməyə çalışırdı. Yaxud baş verməkdə olan hərəkatlardan öz siyasəti xeyrinə istifadə etmək üçün məqamlar axtarır və fürsət düşdükdə ondan istifadə edirdi. Belə bir vaxtda, konkret olaraq qeyd etmək lazım gəlsə, 1926-cı ilin 26 fevralında Azərbaycanın paytaxtı Bakı şəhərində Birinci Türkoloji qurultay öz işinə başladı. Tanınmış tatar alimi, görkəmli tatar yazıçısı Qalimcan İbrahimov (Səməd Vurğun onu ancaq tatar xalqının yox, bütün Şərq xalqlarının böyük yazıçısı adlandırmışdı).

Həm “Azərbaycan sovet ədəbiyyatı tarixi” kitabının birinci cildinin yuxarıda qeyd edilən səhifəsində, həm də M.X.Xasanovun adı çəkilən monoqrafiyasından gətirdiyimiz iqtibasda tam aydınlığı ilə qeyd edilir ki, Birinci Türkoloji qurultayda məqsəd “ərəb əlifbasından latın əlifbasına keçmək” idi və qurultayda bu barədə qərar qəbul etmişdi. Bu doğru idi ki, qurultayda latın əlifbasına keçmək məsələsi müzakirə edilmişdi və bu barədə qərar da çıxarılmışdı. Lakin Birinci Türkoloji qurultayda başqa məsələlər də müzakirə edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının I Bakı Türkoloji qurultayının 80 illik yubileyinin keçirilməsi münasibətilə verdiyi 9 noyabr 2009-cu il tarixli sərəncamından sonra ölkədə ciddi hazırlıq işləri görülməyə, tədbirlər həyata keçirilməyə başlandı. Görülən işlərdən ən mühümlərindən biri də “1926-cı il Birinci Bakı Türkoloji qurultayı (stenoqram materialları, biblioqrafiya və fotosənədlər)” kitabının çap edilməsi oldu. Kitaba yazılmış “1926-cı il I Bakı Türkoloji qurultayı haqqında söz”də deyilir: “1926-cı il Birinci Bakı Türkoloji qurultayı, hər şeydən öncə, bir siyasi tarixdir. Yeni qurulmuş (cəmi 9 il) imperiyanın – Sovetlər İttifaqının, imperiyanın yerində yeni qurulmuş Cümhuriyyətin – Türkiyə Cümhuriyyətinin (cəmi 2 il), eləcə də Avropanın ideoloji savaşının önəmli bir parçası I Türkoloji qurultaydır. Sovet imperiyasında slavyanlardan sonra kəmiyyətcə ikinci olan türklərə qarşı yönəlmiş dil, əlifba, mədəniyyət pərdəli manqurtlaşdırma, soyqırım və emiqrasiya siyasəti, Türkiyə Cümhuriyyətinin türk xalqları ilə birgə türk xalqlarının birliyinin konsepsiyası olacaq dil, əlifba, mədəniyyət siyasəti və Avropanın (konkret olaraq Fransa, Almaniya və İngiltərənin) Şərqə və Sovetlərə qarşı strategiyasının müəyyənləşməsində Birinci Türkoloji qurultayın müstəsna rolu və əhəmiyyəti var”. Bundan başqa yenə həmin “Söz”də yazılır ki, “Birinci Bakı Türkoloji qurultayı türkologiya elmi tarixinin XX əsrdə yeni başlanğıcıdır. . Çağdaş türkologiya elminin prelüdü olan Birinci Türkoloji qurultay türk ədəbi dil, əlifba, termin məsələlərində, eləcə də tarix, ədəbiyyat istiqamətlərində çox önəmli və ibrət dolu bir başlanğıc kimi tarixləşmişdir”.

“”Söz”də qeyd olunan üçüncü bir məsələ də Birinci Bakı Türkoloji qurultayının iştirakçılarının qurultaydan sonra sovetlər ölkəsində başına gətirilən faciələrin xatırladılması ilə əlaqədardır. Bu, “Söz”də kədərli, hüznlü bir tarix, insan dramı kimi dəyərləndirilən faciədir. 100-dən artıq iştirakçının, seçmə alim və mütəfəkkirin əksəriyyətinin həbsi və fiziki (həmçinin mənəvi – T.H.) məhvi ilə bitən (nəticələnən – T.H.) bu qurultay yaxın tarixin ən böyük ziyalı – alim (yazıçı – T.H.) soyqırım sənədidir”.

Birinci Bakı Türkoloji qurultayında türk xalqları ilə əlaqədar yeddi böyük problem müzakirə olunmuşdu. Lakin bu qurultayla əlaqədar xof o qədər güclü idi ki, tatar alimi M.X.Xasanov 1987-ci ildə Moskvanın “Nauka” nəşriyyatının Şərq ədəbiyyatı baş redaksiyasında çap etdirdiyi “Писатель, ученый, революционер” monoqrafiyasında bu yeddi problemin ancaq birini xatırlayır və haqqında ötəri bir bəhs açır.

Ədəbiyyatşünas-alim Azər Turan 1926-cı il Birinci Bakı Türkoloji qurultayının çağırılmasının 80 illik yubileyi münasibətilə yazır ki, “həmin qurultay barədə düşünəndə ən əvvəl, Bartoldun mülahizələrini xatırlayıram”. Bundan sonra görkəmli şərqşünas alimin aşağıdakı sözləri xatırlanır, vaxtı ilə Bartold deyirdi: “Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır. Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan Cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur. Digər tərəfdən coğrafi mövqeyinə görə də Bakı istər Moskvadan, Leninqraddan, istərsə də Krım, Tatarıstan, Türkmənistan və sair respublikalardan gələnlər üçün eyni dərəcədə əlverişlidir”.

Eyni məsələyə, qəribədir ki, M.X.Xasanov tamam başqa bir mövqedən yanaşıb, fərqli bir münasibət bildirir. M.X.Xasanovun yazdığına görə Tatarıstandan Birinci Bakı Türkoloji qurultayında iştirak edən altı nəfərdən ibarət nümayəndənin başçısı, görkəmli yazıçı və ədəbiyyatşünas Q.İbrahimov ərəb qrafikası əsasında yeni əlifbaya keçməyə prinsipcə etiraz etməsə də, “bu məsələdə tələsmək olmaz” fikrini irəli sürmüş və qurultayda bu barədə məruzə etmişdir. Ancaq əslində Q.İbrahimov qurultayda orfoqrafiya məsələsi barədə məruzə etmiş, buna dair təkliflərini vermişdir. Onun məruzəsi üç hissədən ibarət olmuşdur. Birinci hissə XIX əsrin II yarısına qədər mövcud olmuş köhnə orfoqrafiyaların tənqidi təhlilinə, həmçinin uyğur, Orhun və köhnə ərəb əlifbalarının təhlilinə həsr edilmişdir. İkinci hissədə ərəb əlifbasının islahatına və nəhayət, türk xalqlarının orfoqrafiyasının islahatına yönəldilən hərəkətlər təsvir olunmuşdur.

Müəllif ümumiyyətlə, türk orfoqrafiyasının dəqiqləşdirilməsi üçün türk dillərinin nəzərə alınmalı xüsusiyyətlərini müəyyənləşdirib, qurultay nümayəndələrinin nəzərinə çatdırmışdır. Lakin onun çıxış və təkliflərində əlifbada latınizasiya əleyhinə heç bir işarə olmamışdır. Ancaq hələ Birinci Bakı Türkoloji qurultayından iki il əvvəl, yəni 1924-cü ilin fevralında tatar-başqırd müəllimlərinin Moskvada keçirilən Ümumittifaq qurultayında Q.İbrahimovun məruzəsi dinlənilib qərara alınmışdı ki, “Хотя. принятие латинского шрифта взамен арабского принципиально является желательным и целесообразным, хотя блогодаря этому мы еще на шаг приблизились бы к всеобщему братству народов, съезд не находит возможным спешное проведение в жизни такой меры. Не будучи принципиально против принятия латинского шрифта и счи­тая желательной пропаганду в этом направлении, съезд находит нужным немедленно принять меры к усовершен­ствованию (облегчению) существующего арабского шриф­та”. M.X.Xasanova görə tatar-başqırd ümumittifaq müəllimlər qurultayı belə bir qərar çıxartmaq üçün ona əsaslamr ki, guya tatarlar ölkədəki digər türk xalqlarına nisbətən daha yüksək savada malikdirlər. Bunun üçün hələ rəqəmlər də göstərilir. Misal üçün M.X.Xasanov göstərir ki, 1926-cı il statistikasına görə doqquz yaşdan başlayaraq daha çox yaşlılar da daxil olmaqla Azərbaycanda savadlı əhali 25,2 faiz, Qırğızıstanda 15,1, Türkmənistanda 12,5 faiz, Özbəkistanda 10,6 faiz, Tatarıstanda isə 40 faizdir. Bu rəqəmlər, olsun ki, say-kəmiyyət baxımından reallığı əks etdirirdi. Lakin akademik Bartoldun fikirləri və Birinci Bakı Türkoloji qurultayının çağırılmasının təşəbbüskarlarının Azərbaycan ziyalıları olması, həmçinin qurultayın Bakıda keçirilməsi faktı savadlılığın, intellektuallığın və şüurlu milli heysiyyətin yüksəkliyi baxımından hər şey Azərbaycanın xeyrinə idi və Bartoldun daha doğru bir mövqedə olduğunu göstərirdi. Akad. Bartoldun belə bir rəy söyləməsi üçün o vaxtlar kifayət qədər əsas vardı. Azər Turanın yazdığı kimi, “1922-ci ildə N.Nərimanovun sədrliyi ilə Bakıda “latın əlifbasına keçid” komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər”. Azər Turanın məqaləsində bu barədə bir sıra maraqlı fakta toxunulmuşdur. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev “Birinci Türkoloji qurultay-80” rubrikası ilə “Ədəbiyyat qəzeti”ndə (16 dekabr 2005) çap olunmuş “Birinci Türkoloji qurultayda ədəbi dil məsələsi” adlı məqaləsində yazır: “. türk xalqlarının tarixi, mədəniyyəti, maarifi ilə bağlı zəngin problemlər proqramı olan Birinci Türkoloji qurultay adətən ən çox dil məsələləri ilə xatırlanır”. Professor Tofiq Hacıyev haqlı olaraq yazır ki, “Qurultayda ədəbi dil məsələsi geniş yer tutmuşdu. Qurultayda ədəbi dil ilə bağlı müzakirələr orfoqrafik normadan başlamışdı. Tofiq müəllim məqaləsində diqqəti dünya fonetik nəzəriyyəsinin görkəmli nümayəndələrindən biri olan Lev Vladimiroviç Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial mənası” adlı məruzəsinə yönəldib. Qeyd edir ki, görkəmli alimə görə mövcud olan 4 orfoqrafiya prinsipindən türk dilləri üçün ən münasibi fonetik prinsipdir və etimoloji-morfoloji prinsip onu tamamlamalıdır. “Fonetik prinsipin ölçüsü budur ki, necə deyirsən, elə də yaz”. Bəzi sözlərin yazılışında isə başqa prinsiplərdən də istifadə edilir. Bu məruzənin tematikası və problematikası ilə bağlı Fərhad Ağazadə (Azərbaycan), Qalimcan İbrahimov (Qazax-tatar), Şakircan Rahimi (özbək), Əhməd Baytursun (qazax) da çıxış etmişlər. Qurultayda terminoloji məsələlər barədə bəhs yeni müzakirə edilmişdi. Bu məsələnin şərhi üçün çıxış edənlər tez-tez ədəbi – bədii nümunələrə müraciət etməli, məsələni ədəbiyyatla əlaqələndirməli olmuşlar, ədəbiyyatla əlaqəli şərh etməyə çalışmışlar. Professor Tofiq Hacıyev professor Bəkir Çobanzadədən belə bir misal gətirir (bu misal ədəbi dil məsələsini klassik ədəbi nümunələr vasitəsilə izah etmək imkanı yaratmışdır): “Çuvaş və yaqutları çıxmaqla ərəb-fars mənimsəmələri zəminində bizim başqa ümumi bazamız var, məsələn, götürək Əlişir Nəvainin dilini, XV-XVI əsrin istənilən osmanlı klassikinin – Baki, Nəbi və ya Nadimin dilini götürək, onlar həm də ərəb-fars leksik terminoloji mənimsəmələri ilə yaxın və anlaşılandırlar”. Məsələyə belə müqayisəli yanaşmaq qarşıya çıxan suala ən düzgün cavab verməyə imkan yaradır, ədəbi dil faktını ədəbiyyatın özü ilə şərh etmək mümkün olur. Ədəbi dil ilə bağlı qazax aliminin “Molla Nəsrəddin” jurnalı ilə Bakıda çıxan “Kommunist” qəzetinin dilini müqayisə edib, gəldiyi nəticə ilə Azərbaycan aliminin eyni məsələdə nəticəsi arasındakı fərq də professor Tofiq Hacıyevin nəzərindən qaçmamış və o buna da eyhamlı, iymalı münasibətini bildirmişdir.

Türkoloji qurultayda keçirilən 17 iclasda ədəbiyyat məsələlərinə də diqqət yetirilmişdir.

Qurultayda oxunmuş məruzələrdə, misal üçün professor Bəkir Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu” adlı məruzədə akademik Bəkir Nəbiyevin yazdığı kimi, Orxon-Yenisey, “Qudatqu-bilik”, “Divani-hikmət”, “Divani-luğat it-türk” kimi yazılı abidələr əsasında türk dillərinin yaxınlığı, doğmalığı məsələsi şərh olunmuşdur. Bu yaxınlıq və doğmalıq isə türk xalqlarında ədəbi-estetik düşüncənin, bədii zövqünün yaxınlığını, doğmalığını doğurmuşdur. Yuxarıda adını çəkdiyimiz abidələr ki, professor Bəkir Çobanzadənin tədqiq obyektinə çevrilmiş və onun məruzəsinin çox mühüm hissəsini təşkil etmişdi, həm dil baxımından, həm də bədii-estetik sərvət olması baxımından, ümum-türk yazılı abidələridir. Odur ki, bu günün özündə də həmin yazılı abidələr türk xalqlarının müştərək abidələri olaraq həm dilçilərin, həm də ədəbiyyatşünasların maraq dairələrindən kənarda qalmır. Bu iş isə Birinci Bakı Türkoloji qurultayının başladığı işin indi də davam etdirildiyini göstərir.

Tofiq Hüseynoğlu
filologiya elmləri doktoru, professor

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.