Press "Enter" to skip to content

Klassikimiz və müasirimiz Hüseyn Cavid – Tofiq Hüseynoğlu

Yaddaşımda dərin və ağrılı, göynəkli izi qalmış bir hadisə neçə gün idi beynimdə qığılcımlanıb öləziyirdi. Tələbə yoldaşım və əziz dostum Məhərrəm Qasımlının bir televiziya çıxışı həmin hadisənin bütün detallarını bu gün bir daha gözümün qabağına sərdi.
Məhərrəm Bəxtiyar Vahabzadənin bir müəllim kimi onun taleyində oynadığı roldan danışırdı: ikinci kursda bizə “Müasir ədəbi proses” kursunu Bəxtiyar Vahabzadə keçmişdi. Həqiqətən də fərqli bir müəllim idi: ondan ötrü proqram, mövzu məcburiyyəti və məhdudiyyəti yox idi. Sinfə girəndə ürəyi nə istəsə, necə istəsə, hansı mövzunu aktual hesab etsə, ondan danışırdı. Dərsliklərdə, kitablarda yazılmayan, rəsmi sovet ideologiyasının yasaq elədiyi məsələlərə toxunurdu. Mühazirələrinə hamı maraqla qulaq asır, bəzən də tələbələri polemikaya cəlb edirdi. Həmin polemikalara qoşulanlardan biri də mən idim və bir dəfə onun dərsində Hüseyn Arifin şeirlərini əzbərdən oxumuşdum (və indi, aradan böyük zaman keçəndən sonra, tam əminliklə olmasa da, belə düşünürəm ki, başıma gələn hadisə də bu şeirlərin yaratdığı qısqanclıqdan oldu).
Elə olurdu başqa fakültələrin tələbələri, xüsusilə xəyalpərəst qızlar Bəxtiyar müəllimin mühazirəsini dinləməyə gəlirdilər. Belə mühazirələrin birində, dərsin şirin yerində Bəxtiyar müəllim əlini mənə uzatdı:
– Alim olmaq istəyən oğlan, – dedi, – sən Süleyman Rüstəmin şeirlərini oxumusanmı?
Müraciətin köntöylüyü, sualın qoyuluşunun “krutoyluğu” ilk anda məni çaşdırsa da, ayağa durub qətiyyətlə:
– Bəli, – dedim.
– Bəs Əli Kərimi necə? Belə bir şair tanıyırsanmı?
– Tanıyıram, – dedim.
Bəxtiyar müəllimi od götürdü, qəzəblə:
– Otur aşağı, səndən elm adamı olmayacaq, oğul! Səndən yaxşı vəzifə adamı çıxa bilər! Sən yolun qaçağını yaxşı bilirsən, vəziyyətdən çıxmağı gözəl bacarırsan.
Bəxtiyar müəllimin sözündən belə çıxırdı ki, Süleyman Rüstəmi oxuyan adam Əli Kərimi oxuya bilməz, oxusa, ağır günüha batar. Auditoriyada özümü qəfil zərbə almış kimi hiss edirdim. Qeyri-ixtiyari Süleyman Rüstəmin “fanatına” – müdafiəçisinə çevrilməli olmuşdum: bir qədər rabitəsiz, dağınıq şəkildə Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı şeirlərdən danışdım, “Duz-çörək” qoşmasını xatırlatdım. (Lap indinin özündə də belə hesab edirəm ki, Süleyman Rüstəmin bu əsərləri Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə yanaşı qoyulmağa layiqdir).
Bəxtiyar müəllim məndən sonra Məhərrəm Qasımlıya üz tutdu. Məhərrəm Bəxtiyar müəllimin öz cümlələri ilə vəziyyəti dəyişməyə çalışdı: ədəbi prosesin orkestrə bənzədiyini dedi, orkestrdə hər alətin öz yeri olduğu kimi, ədəbi prosesdə də hər şairin öz səsi olduğunu xatırlatdı (bu cümlələri əvvəlki mühazirəsində Bəxtiyar müəllim demişdi). Ancaq bütün bunlar mənasız cəhdlər idi və ox yaydan çıxmışdı, mən auditoriyada, Bəxtiyar Vahabzadəyə canlı büt kimi baxan, onun dediklərini ehkam kimi qəbul edən tələbə yoldaşlarımın yanında biabır olmuşdum (düzünü deyim ki, həmin yaranın ağrısını elə bu gün bu sətirləri yazanda da hiss edirəm). Hey universitetdən çıxmaq barədə götür-qoy edir, özləri yetimliklə böyüyüb, ümidlərini mənə bağlayan ata-anamı düşünəndə dünya gözlərimdə qaralırdı.
Ondan sonra Bəxtiyar Vahabzadənin əksər mühazirələrinə girmədim. Seminar müəllimimiz professor Tofiq Hüseynoğlu idi və onunla müasir ədədbi proseslə bağlı maraqlı müzakirələr aparır, təzə nəşr olunan bütün əsərləri izləyirdik.
İmtahanda Bəxtiyar müəllim mən bilet çəkmək istəyəndə: – “Ehtiyac yoxdu”, – deyib imtahan vərəqinə “əla” yazdı. Məndən heç nə soruşmadı.
Maraqlıdır ki, bu söhbət olandan sonra dörd ilə yaxın vaxt ərzində tələbə yoldaşlarımdan heç biri bunu mənim üzümə vurmadı, ümimiyyətlə, bu söhbəti məndən xoşu gələn-gəlməyən bir kimsə mənim yanımda müzakirə eləmədi. Təkcə həmin gün Dildar Vəkilova (Allah rəhmət eləsin – son dərəcə savadlı qız idi, orta məktəbi qızıl medalla bitirmişdi. Atası Tibb İnstitutunun dosenti olsa da, həkimliyi deyil, universitetin filologiya fakültəsini seçmişdi və tələbə yoldaşlarımız arasında alimlik dərəcəsini də ilk dəfə Dildar aldı) məni kənara çəkib:
– Qətiyyən ürəyinə salma, – demişdi. – Mən onun dediklərinin heç birini ciddi qəbul etmirəm. Səməd Vurğun haqqında ikicildlik monoqrafiya müəllifidir, namizədliyini də, doktorluğunu da Səməd Vurğundan yazıb, ancaq dərsdə bir dəfə Səməd Vurğun haqqında bir xoş sözünü eşitmisənmi? Elə hey qarasına daş atır.
Həqiqətən də Bəxtiyar müəllim Səməd Vurğunu yeri düşdü-düşmədi həmişə Stalinin şəxsiyyətinə pərəstişdə ittham edirdi. Bu da taleyin bir istehzasıdır ki, elə həmin illərdə onun özü “Leninlə söhbət” adlı irihəcmli bir poema yazmışdı. Heç birimiz bunu onun üzünə deyə bilmədik: görünür, bizdə də Bəxtiyar Vahabzadənin şəxsiyyətinə pərəstiş var idi və həmin pərəstişi mən Məhərrəm Qasımlının bugünkü televiziya çıxışında çox aydın gördüm.
Bəxtiyar müəllimlə daha bir ünsiyyətimiz beşinci kursun sonunda oldu. “Danabaş kəndinin əhvalatları”nda bədii detal və təfərrüat” mövzusunda diplom işi müdafiə edirdim. Təqdimatım uğurlu alınmışdı: mənə çoxlu suallar verdilər. Cavablarım, deyəsən, Bəxtiyar müəllimi də razı salmışdı. O, komissiyanın üzvü kimi çıxış edib, mənim universitetdə müəllim saxlanılmağım barədə təklif irəli sürdü. Ancaq bu, ürəyimdəki Süleyman Rüstəm dağının yanğısına heç su səpmədi.
Aradan illər keçdi. 1986-cı ildə “Ulduz” jurnalının redaksiyasında işləyirdim. İşin axırı idi. Jurnalın baş redaktoru rəhmətlik Yusif Səmədoğlu xahiş elədi ki, gözləyim, axşam Bəxtiyar Vahabzadə Süleyman Rüstəmin 80 illik yubileyi ilə bağlı məqalə gətirəcək. Məqaləni ondan alıb oxuyum, səhər tezdən mətbəəyə göndərək – artıq jurnal çapa verilmək ərəfəsində idi.
O vaxt Süleyman Rüstəm xalq şairi, Sosialist Əməyi Qəhrəmanı olmaqdan əlavə, həm də dövlət adamı – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi və belə yüksək vəzifə sahibinin yubileyini jurnal hökmən qeyd etməli idi.
Yusif müəllimə heç nə deməsəm də, heyrət içində qalmışdım: Bəxtiyar müəllim Süleyman Rüstəmin yubileyi münasibətilə nə yazmış ola bilərdi ki. Bir yandan da Allahın mənə verdiyi bu fürsətə görə çox sevinirdim, ürəyimdə keçmiş müəllimimə deyəcəyim sözləri götür-qoy eləyirdim.
Bəxtiyar müəllim gələndə bizim mərtəbədə heç kəs qalmamışdı (O vaxt Yazıçılar İttifaqının, ermənicə çıxan “Qrakan Aderbecan” da qarışıq, bütün jurnalları, Ədəbiyyat Fondu və Ədəbiyyatı Təbliğ Bürosu Kommunist (indiki İstiqlaliyyət) küçəsi 31 ünvanlı binanın beşinci mərtəbəsində yerləşirdi). Onu dəhlizdə, liftin qarşısında qarşıladım. İçəri keçdik.
– Öz məqalənizdir? – Bəxtiyar müəllimdən eyhamla soruşdum.
– Əlbəttə, oğlum. Siz gənclər Süleyman Rüstəm haqqında kökündən səhv düşünürsünüz, ifrata varırsınız. Onları yaşadıqları dövrə görə ədalətlə qiymətləndirmək lazımdır. Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var. Hər kəsin qiyməti düzgün verilməlidir.
Bəxtiyar müəllim Süleyman Rüstəmin yaradıcılığı haqqında böyük bir monoloq söylədi.
Onu diqqətlə dinləyəndən sonra gözlərinin içinə baxıb mən ikinci kursda oxuyanda aramızda baş vermiş həmin uğursuz dialoqu xatırlatdım:
– Siz Süleyman Rüstəmə görə 17-18 yaşlarında kənddən gəlmiş cavan bir oğlanı tələbə qızların qarşısında rüsvay elədiniz. İndi bu məqaləni həmin qızlar oxuyanda sizin haqqınızda nə düşünəcəklər? – dedim.
Bəxtiyar müəllim mənimlə mübahisə eləmədi. Rəngi dümağ olmuşdu. Məqaləni də götürüb, redaksiyanı tərk elədi. Mən həyəcanımdan uzun müddət özümə yer tapa bilmədim. Ancaq içimdə qəribə bir rahatlıq yaranmışdı.
Sabah Yusif müəllim məni otağına çağırdı. Rəhmətlik Sabir Azəri də yanında idi (Sabir müəllim baş redaktorun müaviniydi).
– Sən canın, dünən axşam Bəxtiyar Vahabzadə ilə aranızda nə söhbət olub? – dedi. – Bizdən bərk küsüb.
Əhvalatı bütün təfərrüatı ilə danışdım. Yusif müəllim də, Sabir müəllim də qəhqəhə çəkib güldülər. Demə, Bəxtiyar müəllim Sabir Azəriyə zəng vurub, yazını çapa verməyəcəyini bildiribmiş. Sonra bilmirəm necə oldu, nə baş verdi – Bəxtiyar Vahabzadənin Süleyman Rüstəm barədə yubiley məqaləsi “Ulduz” jurnalının 1986-cı il 3-cü (4-cü də ola bilər) nömrəsində çap edildi. Məqalə başdan-başa Süleyman Rüstəm haqqında bəlağətli tərif üzərində qurulmuşdu, oradakı pafosu Səməd Vurğunun Stalin haqqında şeirlərinin pafosu ilə müqayisə etmək olardı.
Daha bir sürpriz bu hadisədən azca sonra baş verdi: məlum oldu ki, Bəxtiyar müəllimin oğlu İsfəndiyar Süleyman Rüstəmin yaradıcılığından dissertasiya yazır. Onun da Süleyman Rüstəmin yaradıcılığı haqqında məqaləsini “Ulduz” jurnalında çap elədik: insafən, səviyyəli yazı idi, hiss olunurdu ki, Bəxtiyar müəllimin təsiri və məsləhəti ilə yazılıb. Redaksiyaya Bəxtiyar müəllimin şəxsən təqdim etdiyi həmin yazı Süleyman Rüstəmin Cənub mövzulu şeirlərinə həsr olunmuşdu. /axar.az/

Tofiq Mirsiyab oğlu Hüseynov

Azərbaycanın Milli qəhrəmanı. 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə onuncu sinfi bitirmişdir. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1976-cı ildə hərbi xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurmuşdur. Sonra, Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Məktəbdə işlədiyi müddətdə kapitan rütbəsinəcən yüksəlmişdir. 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi o, taborun komandiri təyin edilmişdir. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olmuşdu. O, rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı. Ermənilər Naraguğ kəndindən tez-tez Xocalını top atəşinə tuturdu. O, düşmənin bu strateji top-batareya nöqtəsini susdurdu. Onun dönməz səyi nəticəsində Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu sıradan çıxarılmış, ferma darmadağın edilmişdi. Bununla yanaşı, on nəfər erməni yaraqlısı əsir götürülmüşdü. Bu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verildi. 26 fevral 1992-ci il… O, döyüş dostları ilə ürək-ürəyə, kürək-kürəyə verərək Xocalının müdafiəsinə qalxmışdı. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşurdular.

O, canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə axırıncı gülləsinə qədər vuruşaraq, əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv etdi.
Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

  • Milli qəhrəman Vəzir Orucovun ailəsi ilə görüş
  • Tərtər rayonu Qarabağ əlilləri, veteranları və şəhid ailələri təşkilatının Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifovun xatirələri
  • Eldar Əsgər oğlu Ağayev
  • Çingiz Salman oğlu Qurbanov
  • Şükür Nəriman oğlu Həmidov
  • Samid Gülağa oğlu İmanov
  • Murad Telman oğlu Mirzəyev
  • Mübariz Ağakərim oğlu İbrahimov
  • Elton Xaləddin oğlu İsgəndərov
  • Mixail Aleksandroviç Slesaryov
  • Rövşən Abdulla oğlu Rzayev
  • Mövsüm Şahin oğlu Məmmədov
  • “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır”
  • 100 yaşlı Azərbaycan ordusu
  • Çingiz Adil oğlu Babayev
  • Elşən İbrahim oğlu Hüseynov
  • Arif Maasif oğlu Qədiməliyev
  • Yalçın Canhəsən oğlu Nəsirov
  • Namiq Vahid oğlu Abdullayev
  • Eldar Tofiq oğlu Məcidov
  • Rafael Şərafət oğlu Həbibov
  • Elbrus Hacı oğlu Allahverdiyev
  • Sergey Murtuzəliyeviç Murtuzəliyev
  • Rəfael Əvəz oğlu Əsədov
  • Yelmar Şahmar oğlu Edilov
  • Rövşən Telman oğlu Əkbərov
  • İbrahim İsmayıl oğlu Məmmədov
  • Etibar Bəylər oğlu İsmayılov
  • Gültəkin Məlik qızı Əsgərova
  • Soltanağa Nəhmət oğlu Bayramov
  • Paşa Qurban oğlu Təhməzov
  • Etibar Böyükağa oğlu Əliyev
  • İsgəndər Söhrab oğlu Aznaurov
  • Vasili Əhməd oğlu Əliyev
  • Oqtay Güləli oğlu Güləliyev
  • Kərəm Ərşad oğlu Mirzəyev
  • Yusif Vəli oğlu Mirzəyev
  • Allahverdi Teymur oğlu Bağırov
  • Zakir Tofiq oğlu Yusifov
  • Tahir Əminağa oğlu Bağırov
  • Şövqiyar Cəmil oğlu Abdullayev
  • Qasım Qara oğlu Rzayev
  • Niyazi Şərəfxan oğlu Aslanov
  • Muxtar Cahid oğlu Qasımov
  • Məzahir İzzət oğlu Rüstəmov
  • Kamil Balədə oğlu Nəsibov
  • Əsəd Cəlal oğlu Əhmədov
  • Aqil Səməd oğlu Məmmədov
  • Mirəsgər Mirabdulla oğlu Seyidov
  • Vəzir Surxay oğlu Orucov
  • Yunis İsa oğlu Nəcəfov
  • Rövşən Nəriman oğlu Əliyev
  • İxtiyar Qasım oğlu Qasımov
  • Ələkbər Həsən oğlu Əliyev
  • Baxşeyiş Xanəhməd oğlu Paşayev
  • Bəylər Tapdıq oğlu Ağayev
  • Aslan Qabil oğlu Atakişiyev
  • Asif Yusif oğlu Məhərrəmov
  • Fəxrəddin İbrahim oğlu Şahbazov
  • Viktor Vasili oğlu Seryogin
  • Səfa Fətulla oğlu Axundov
  • Hikmət Oqtay oğlu Muradov
  • Əsəd Soltan oğlu Əsədov
  • Ərəstun İsfəndi oğlu Mahmudov
  • Əliyar Yusif oğlu Əliyev
  • Çingiz Fuad oğlu Musatafayev
  • Alı Mustafa oğlu Mustafayev
  • Salatın Əziz qızı Əsgərova
  • “Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” layihəsinin heyəti Tərtər rayonunda oldu
  • Milli qəhrəmanlar haqqında veb resursun yaradılması layihəsi davam edir
  • Sağ qalan Milli qəhrəmanlar
  • Səxavət Ələmdar oğlu Məhərrəmov
  • Ruslan Həmid oğlu Muradov
  • Mətləb Kamran oğlu Quliyev
  • İqor Vladimir oğlu Makeyev
  • Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov
  • Ənvər Talış oğlu Arazov
  • Tahir Tofiq oğlu Həsənov
  • İlqar Sədi oğlu İsmayılov
  • Əli Hüseyn oğlu Məmmədov
  • Zakir Nüsrət oğlu Məcidov
  • Yavər Yaqub oğlu Əliyev
  • Sergey Aleksandroviç Senyuşkin
  • Ruslan Aleksandroviç Polovinko
  • Cavanşir İzzət oğlu Rəhimov
  • Hikmət Baba oğlu Nəzərli
  • Əlabbas Qara oğlu İsgəndərov
  • Seymur Qəhrəman oğlu Məmmədov
  • Səyavuş Həsən oğlu Həsənov
  • Anatoli Nikolayeviç Davidoviç
  • Şikar Şükür oğlu Şikarov
  • Şahin Talıb oğlu Tağıyev
  • Məhəmməd Ələsgər oğlu Həsənov
  • Maşallah Babakişi oğlu Abdullayev
  • Kazımağa Mövsüm oğlu Kərimov
  • Etibar Firudin oğlu Hacıyev
  • Yunis Əskər oğlu Əliyev
  • Tofiq Mirsiyab oğlu Hüseynov
  • Şahlar İsa oğlu Hüseynov
  • Sərxan Surxay oğlu Ocaqverdiyev

Klassikimiz və müasirimiz Hüseyn Cavid – Tofiq Hüseynoğlu

Xalq şairi Səməd Vurğunun böyük həqiqət ifadə edən maraqlı bir aforizmi var:
Böyük təbiətlər yaranır az-az,
Hər yerdə, hər zaman inci tapılmaz!

Zaman keçdikcə daha çox inanırsan ki, Hüseyn Cavid dünya ədəbiyyatı tarixində misilsiz xidmətlər göstərən böyük ədiblərdən biridir; onun əsərləri təkcə mənsub olduğu xalqa, millətə yox, yer üzünün bütün insanlarına məhəbbətlə, dünyanın özünə işıqla dolu bədii söz sənəti inciləridir – “hər yerdə hər zaman tapılmayan inciləri!”
Adını unutduğum bir çex müəllifinin çoxdan oxuduğum bir yazısında şair çalğıçıya bənzədilir; elə bir çalğıçıya ki, nədə çaldığını, nə çaldığını və kim üçün çaldığını yaxşı bilir.
Hüseyn Cavid belə bir sənətkardır. O, bədii sözün böyük ustası – şair, dramaturq, publisist və ədəbiyyat-sənət nəzəriyyəçisi kimi əlinə qələm aldığı ilk vaxtlardan yaradıcılığının bütün mərhələlərində nə yazdığının, niyə yazdığının və kim üçün yazdığının fərqində olmuşdur. Böyük sənətkar xalqına, millətinə və qövmünə qırılmaz məhəbbət və inam telləri ilə bağlı böyük bir türkçü idi. Türk dünyasının tarixi şücaətlərinə və mədəniyyətinə dərindən bələd idi; onun bu günü və gələcəyi naminə yazırdı. Hüseyn Cavid yaradıcılığında ardıcıl olaraq öz bədii-poetik ifadəsini tapmış olan türkçülük bir məfkurəvi əsas olaraq heç bir halda məhdudiyyətdən doğmadığı kimi məhdudiyyət də doğurmurdu və insan sevgisi, insanda insanlıq axtarışları, yüksək humanizm və ümumbəşəriliklə bağlı idi. Böyük şair-dramaturq yazanda da nəhayət etibarı ilə dinindən və irqindən asılı olmayaraq, bütün insanlar üçün yazırdı, məhəbbəti də, sevgisi də bütün insanlara aid idi. Şairin gözəl şeirlərindən birində məktəbli qız Gülbahara: “Sənin ən çox sevdiklərin kimdir?” – sualına qızcığazın verdiyi cavaba, ümumiyyətlə, bununla əlaqədar şeirdə diqqəti cəlb edən kiçik bir parçaya nəzər salaq:
Ən çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq eylər!
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər!
– Başqa sevdiklərin yoxmu?
– Kimdir onlar?
– Anam, babam, müəlliməm. Bir də bütün
İnsanlar.

Bu parçada şairin bütün parlaqlığı ilə ifadə etdiyi fikir, insana yüksək sevgi, yüksək insan sevgisi sadəcə şairin lirik qəhrəmanı kiçik qızcığaza məxsus deyil, böyük şairin özünə də aiddir. Hüseyn Cavid ilk qələm təcrübələrindən başlayaraq bütün yaradıcılığı boyu insanda insanlıq axtarırdı. Bu axtarışı ilə böyük sənətkar insanlara daim insanlıqla, doğmalıqla yanaşmağın tərənnümçüsü idi. Cavidə görə insanlıqdan uzaq insan şər, fəsad yuvası idi – sözün əsl mənasında iblis idi – cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan iblis. ”
Hüseyn Cavid insana inanaraq yazırdı, bədii və ya publisist olsun, sözün kəsərinə və gücünə, insanda insanlığın varlığına inanaraq yazırdı; həmçinin insana inamla və məhəbbətlə yazırdı. Məhəbbət Hüseyn Cavid üçün ən böyük din idi – insanlar arasında keçilməz uçurumlar yaradan, ayrılıqlar, hicranlar, ələmlər törədən din yox! – birliklər törədən, insanları birləşdirən din! Hüseyn Cavid müasiri olan böyük türkçü İsmayıl bəy Qaspıralının dildə, fikirdə və işdə birlik çağırışına qoşulan ən böyük şair idi və yazırdı:
Səni qurtararsa, qurtarar birlik,
Çünki birlikdədir fəqət dirilik.

Və ya:
İdeal arxasınca qoş, çırpın.
İdealsız nicat ümidi mahal,
İttihad iştə ən böyük ideal!

Nəhayət:
İştə birlik, dildə, fikirdə birlik!
İş, fikir, dil birliyi olmayınca, əvət pək çətindir cahanda dirilik!

Hüseyn Cavid məhəbbət və gözəllik şairidir. “İdiot” romanında Fyodor Dostoyevskinin qəhrəmanı: “Dünyanı gözəllik xilas edəcək,” -deyir. Hüseyn Cavid və onun işıqlı ideallarla yaşayan qəhrəmanları dünyanın nicatını məhəbbət və gözəllikdə görürlər. Bu fikir şair-dramaturqun “Afət” pyesində personajların birinin dili ilə belə verilir: “Bütün cahanı xilas edə biləcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da gözəllik və məhəbbətdən ibarətdir”. Sevgi və gözəllik filosof şairin Tanrısı səviyyəsində bir mövqedə yüksək bir zirvədə qərar tutmuşdur. Odur ki, şair bütün səmimiyyəti ilə insana məhəbbətdən yazır və sənətə dair baxışlarını bir sənətkar kimi belə ifadə edirdi: “Mənim Tanrım gözəllikdir, sevgidir”. “Şeyx Sənan” şeirində oxuyuruq: “Sən əhli eşq üçün bir Kəbə yapdırdın məhəbbətdən – “Şeyx Sənan” pyesi isə məhəbbətdən ucaldılmış möhtəşəm bir abidədir.
İnsana məhəbbətin zəiflədiyi və ya insanda məhəbbətin yoxa çıxdığı məqamlarda şairə görə “sevdasız başlarda əqrəblər gəzər”, “Məhəbbətsiz bütün mənayi-xilqət heçdir. Məhəbbətdir, əvət, məqsəd bu pürəfsanə xilqətdən!”
Məhəbbət Hüseyn Cavidin sevərək qələmə aldığı mövzu, janr və üslubca müxtəlif olan bütün əsərlərində aydın ifadəsini tapmış mühüm bir məsələdir. Məhəbbət böyük şairin görüş və baxışlarında olduqca geniş bir məna və anlam kəsb edir. Hüseyn Cavid müəllim və publisist kimi hələ 1910-cu ildə qələmə aldığı “Naxçıvana nə lazımdır?” məqaləsində doğma ana dilinə olan məhəbbətini belə ifadə edirdi: “Hər gün üç dərs rusca, bir dərs türkcə oxunsa, o yarım-yanlış türkcədən heç bir fayda olmaz… Dilsiz bir millət yaşamaz, çapıq və münqəzir olur. Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır”. Hüseyn Cavidə görə bu gün millətin məktəbi və ədəbiyyatı necədirsə, gələcəyi də elə olacaqdır. Hüseyn Cavid böyük şair, dramaturq olduğu kimi, həm də böyük müəllim idi. O, böyük müəllim kimi məktəbin və ədəbiyyatın böyük məsuliyyət daşımalı olduğunu dönə-dönə xatırladırdı. Yazırdı ki, “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün bu tərəqqiyyati-ciddiyyətləri həp ibtidai məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol kimi qiymətləndirən şair rus-yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini, bəzi mütəfəkkirlərin müddəalarını xatırladaraq, yapon ibtidai məktəb müəllimlərinin yapon vətənpərvərləri yetişdirmə bacarığında görürdü; bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. “Həsbi-hal” adlı məqalələr silsiləsinin ikincisində “filosofi-şəhir Herbert Spenser”dən nümunə gətirərək göstərirdi ki: “Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır”. Hüseyn Cavid bu sözləri qələmə aldığı illərdə yaxşı bilirdi ki, təlim-tərbiyə prosesində müəllim mühüm rola malikdir. O, eyni zamanda yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə kifayətlənməməli, mümkün qədər “öz nüfuzunu -sözlərinin əhəmiyyətini təmim və tövsiyəyə çalışmalıdır”. Çünki şairə görə indiki halda “bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır”. Cavidə görə, “bu yolla söyləyənə baxma, söylədiyinə bax” düsturuna uyanlar yanılırlar. Çünki hər söz sahibinin sözü ilk öncə onun ruhu ilə, vicdanı ilə uzlaşmalıdır. Mütəfəkkir qələm sahibi bir ərəb ədibindən misal gətirib yazır ki, “qəlbdən çıxan sözlər daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər dinləyənin bu qulağından girib, o birindən çıxıb gedir.
Demək ki, sözün “təsirbəxş olması üçün söz söyləyənin eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab edir. Tərbiyə, məktəb millətin gələcəyinə gedən yolu aydınlaşdırır, ovqatını qaydaya salır. Bu işdə fəlsəfə və ədəbiyyatın da rolu vardır. Böyük mütəfəkkir və qüdrətli sənətkar kimi Hüseyn Cavid bu gün də mövzu və problematikasının aktuallığına görə xüsusi əhəmiyyət kəsb edən, sovet dönəmində isə ideoloji cəhətdən qüsurlu hesab edilərək haqqında bəhs açmağa və çap olunmağa qadağa qoyulan “Müharibə və ədəbiyyat” məqaləsində böyük Lev Tolstoyun belə yarımdəli deyə tənqid etdiyi Fridrix Nitsşenin almanların əhval-ruhiyyəsinə təsirindən söz açır. Nəzərə çatdırmağa müvəffəq olur ki, Nitsşe fəlsəfəsinin daxili mənası zahirinə bənzəmir; bu fəlsəfə daxilən daha səmimi bir mərhəmət və məhəbbət ifadə edir ki, məhz bu cəhətinə görə Nitsşeni nəinki almanlar, hətta ruslar, o cümlədən “mətin üsluba, dərin düşüncəyə malik olan Dostoyevski” – o böyük dahi və ruhşünas da xüsusi olaraq qiymətləndirir.
Hüseyn Cavid ədəbiyyata da millətin əhval- ruhiyyəsinin inikası kimi baxırdı. Yazırdı ki, bu günün ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir. Bundan heç cür sərf-nəzər etmək olmaz. Ədəbiyyat ruhları əzə də bilər, “gevşəliklər”, “səfalət” doğura da bilər. Eyni zamanda ədəbiyyat – məsələn, türk ədəbiyyatında Namiq Kamal, Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kimi qələm və söz sahibləri milli ənənələrə, milli duyğulara əsaslanaraq “köhnəlikdən, müqəllikdən sıyrılmağa” xalqına kömək edə bilər.
Hüseyn Cavid Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində “sənətkaranə bir dirilik, mahiranə bir incəlik” görür və bu cəhətinə görə “Ölülər”i yüksək qiymətləndirirdi. Ədəbiyyat ölü bir sükutu yaymaqdan uzaq olmalıdır. Dirilik, oyadıcılıq ədəbiyyatın görə biləcəyi ən mühüm işlərdəndir. Hüseyn Cavid irsi bu vəzifəni bu gün də yerinə yetirməkdədir.
Şair “Qüruba qarşı” şeirində yazırdı:
Könüllər qan, çiçəklər qan,
Bütün çöllər, çəmənlər qan,
Dənizlər qan, buludlar qan,
Hava qan, iştə hər yer qan.
Dünya qanlı vuruş meydanıdır.

“Dəniz tamaşası” şeirində isə fırtınada gəmi sərnişinlərinin vahimədən çırpındıqları halda, gəmidəkilər arasında hamıdan öz qorxmazlığı ilə fərqlənən qoca türkü diqqət mərkəzinə çəkir. Çöhrəsində Turanın şanlı tarixi və keçmiş ənənəsindən izlər əks olunan qoca türk öz son duasını edir:
Ey böyük Tanrı! Ey böyük Yaradan!
Hər bəladan əsirgə yurdumuzu!
Kamran eylə şanlı ordumuzu!

Görkəmli cavidşünasların yazdıqları kimi həyat mübarizəsi və dirilik Cavidin bütün əsərlərində əksini tapan məsələlərdəndir.
Şair 1916-cı ildə “Hərb və fəlakət” adlı şeirini yazıb çap etdirmişdir. “Anadolu hərbzadələrinə yardım münasibətilə” yazılmış bu irihəcmli şeir 1916-1917-ci illərdə müxtəlif toplularda və dövri mətbuat orqanlarında bir neçə dəfə çap olunmuşdur. Əsər 1918-ci ildə “Bakı ətrafı fəhlə, qırmızı əsgər, kəndli və matros şurasının “Əxbar” qəzetinin 17 iyun nömrəsində “Haqqını sən mübarizə ilə alarsan, yaxud həqiqi bir insanpərvərin ümumi zəiflərə xitabı” (Q.Məmmədli) qeydi ilə çap olunmuşdur. Bu qeydin verilməsi təsadüfi deyil, əsərin ifadə etdiyi mübarizə ruhunun inam doğura biləcək gücü ilə əlaqədardır. Üç hissədən ibarət olan şeirin bundan əvvəlki nəşrlərdən fərqli olaraq ikinci hissəsinin tamamilə ixtisar edilməsi, şairin sovet dövrü nəşrində də belə naqis verilməsi təəccüblü görünmür, lakin təəssüf doğurur. Çünki haqqında söz gedən hissədə “türklərin anlı-şanlı tarixindən” bəhs olunur. Sovet dönəmində hakim kommunist ideologiyasının hökm sürdüyü bir şəraitdə türkün şanlı keçmişindən söz açmaq olmazdı. Hüseyn Cavidə isə bir sənətkar kimi belə bir söz açmağa oxucunu öz keçmişinə qürurla baxmağa və həyat mübarizəsinə çağırışla əlaqədar müharibənin törətdiyi fəlakətlərdən milli ruhun düşgünləşməsinə yol verməmək üçün söz demək lazım idi. Böyük sənətkar şair -dramaturq kimi, həmçinin təfəkkür adamı-filosof, publisist kimi, yəni yaradıcılığının bütün sahələrində, həmçinin bütün yardıcılığı boyu sözünü bütün kəskinliyi və dolğunluğu ilə cəsarətlə demişdir:
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. –

Və ya:
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Mədəniyyət, mədəniyyət, mədəniyyət! –
inamı ilə daim haqq və həqiqət, gözəllik axtarışında olmuş, insanda insanlıq eşqi ilə yazıb-yaratmışdır.
Hüseyn Caviddə işıqsız, hərarətsiz, enerjisiz söz yoxdur. Onun yaratdığı obrazlar da bədiilik baxımından güclü və zəif deyə iki yerə bölünə bilməz. Böyük şairin qüvvətli aforizmləri, dərin mənalı sözləri əsas aparıcı obrazları kimi, bəzən epizodik obrazların da dilindən deyilir. Misal üçün, “Peyğəmbər” pyesində verilmiş dillər əzbəri olan:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü. – misraları baş rəisin dilindən verilmişdir.
Böyük sənətkarların mövqeyi cəmiyyətin fövqündə, insanlar arasında və ya insanın daxilində, içində ola bilər.
Çap olunmuş on beş pyesin, “Telli saz”, “Şəhla”, “Attila”, “Koroğlu” kimi hələ də tapılmamış dörd dramın, onlarla şeir və poemanın, olduqca dəyərli nəzəri və publisist məqalələrin müəllifi kimi şöhrət qazanmış Hüseyn Cavidin sənətkar mövqeyi həmişə həm cəmiyyətin fövqündə, həm insanlar arasında, həm də hər birimizin daxilində – içində olmuşdur. Bu böyük şairin yazıb-yaratdığı illərlə də belə olmuşdur, indi də belədir. Böyük Cavid bizim həm klassikimiz, həm də müasirimizdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Tofiq hüseynoğlu əsərləri

Məti Osmanoğlu

Yaddaşımda dərin və ağrılı, göynəkli izi qalmış bir hadisə neçə gün idi beynimdə qığılcımlanıb öləziyirdi. Tələbə yoldaşım və əziz dostum Məhərrəm Qasımlının bir televiziya çıxışı həmin hadisənin bütün detallarını bu gün bir daha gözümün qabağına sərdi.
Məhərrəm Bəxtiyar Vahabzadənin bir müəllim kimi onun taleyində oynadığı roldan danışırdı: ikinci kursda bizə “Müasir ədəbi proses” kursunu Bəxtiyar Vahabzadə keçmişdi. Həqiqətən də fərqli bir müəllim idi: ondan ötrü proqram, mövzu məcburiyyəti və məhdudiyyəti yox idi. Sinfə girəndə ürəyi nə istəsə, necə istəsə, hansı mövzunu aktual hesab etsə, ondan danışırdı. Dərsliklərdə, kitablarda yazılmayan, rəsmi sovet ideologiyasının yasaq elədiyi məsələlərə toxunurdu. Mühazirələrinə hamı maraqla qulaq asır, bəzən də tələbələri polemikaya cəlb edirdi. Həmin polemikalara qoşulanlardan biri də mən idim və bir dəfə onun dərsində Hüseyn Arifin şeirlərini əzbərdən oxumuşdum (və indi, aradan böyük zaman keçəndən sonra, tam əminliklə olmasa da, belə düşünürəm ki, başıma gələn hadisə də bu şeirlərin yaratdığı qısqanclıqdan oldu).
Elə olurdu başqa fakültələrin tələbələri, xüsusilə xəyalpərəst qızlar Bəxtiyar müəllimin mühazirəsini dinləməyə gəlirdilər. Belə mühazirələrin birində, dərsin şirin yerində Bəxtiyar müəllim əlini mənə uzatdı:
– Alim olmaq istəyən oğlan, – dedi, – sən Süleyman Rüstəmin şeirlərini oxumusanmı?
Müraciətin köntöylüyü, sualın qoyuluşunun “krutoyluğu” ilk anda məni çaşdırsa da, ayağa durub qətiyyətlə:
– Bəli, – dedim.
– Bəs Əli Kərimi necə? Belə bir şair tanıyırsanmı?
– Tanıyıram, – dedim.
Bəxtiyar müəllimi od götürdü, qəzəblə:
– Otur aşağı, səndən elm adamı olmayacaq, oğul! Səndən yaxşı vəzifə adamı çıxa bilər! Sən yolun qaçağını yaxşı bilirsən, vəziyyətdən çıxmağı gözəl bacarırsan.
Bəxtiyar müəllimin sözündən belə çıxırdı ki, Süleyman Rüstəmi oxuyan adam Əli Kərimi oxuya bilməz, oxusa, ağır günüha batar. Auditoriyada özümü qəfil zərbə almış kimi hiss edirdim. Qeyri-ixtiyari Süleyman Rüstəmin “fanatına” – müdafiəçisinə çevrilməli olmuşdum: bir qədər rabitəsiz, dağınıq şəkildə Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı şeirlərdən danışdım, “Duz-çörək” qoşmasını xatırlatdım. (Lap indinin özündə də belə hesab edirəm ki, Süleyman Rüstəmin bu əsərləri Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə yanaşı qoyulmağa layiqdir).
Bəxtiyar müəllim məndən sonra Məhərrəm Qasımlıya üz tutdu. Məhərrəm Bəxtiyar müəllimin öz cümlələri ilə vəziyyəti dəyişməyə çalışdı: ədəbi prosesin orkestrə bənzədiyini dedi, orkestrdə hər alətin öz yeri olduğu kimi, ədəbi prosesdə də hər şairin öz səsi olduğunu xatırlatdı (bu cümlələri əvvəlki mühazirəsində Bəxtiyar müəllim demişdi). Ancaq bütün bunlar mənasız cəhdlər idi və ox yaydan çıxmışdı, mən auditoriyada, Bəxtiyar Vahabzadəyə canlı büt kimi baxan, onun dediklərini ehkam kimi qəbul edən tələbə yoldaşlarımın yanında biabır olmuşdum (düzünü deyim ki, həmin yaranın ağrısını elə bu gün bu sətirləri yazanda da hiss edirəm). Hey universitetdən çıxmaq barədə götür-qoy edir, özləri yetimliklə böyüyüb, ümidlərini mənə bağlayan ata-anamı düşünəndə dünya gözlərimdə qaralırdı.
Ondan sonra Bəxtiyar Vahabzadənin əksər mühazirələrinə girmədim. Seminar müəllimimiz professor Tofiq Hüseynoğlu idi və onunla müasir ədədbi proseslə bağlı maraqlı müzakirələr aparır, təzə nəşr olunan bütün əsərləri izləyirdik.
İmtahanda Bəxtiyar müəllim mən bilet çəkmək istəyəndə: – “Ehtiyac yoxdu”, – deyib imtahan vərəqinə “əla” yazdı. Məndən heç nə soruşmadı.
Maraqlıdır ki, bu söhbət olandan sonra dörd ilə yaxın vaxt ərzində tələbə yoldaşlarımdan heç biri bunu mənim üzümə vurmadı, ümimiyyətlə, bu söhbəti məndən xoşu gələn-gəlməyən bir kimsə mənim yanımda müzakirə eləmədi. Təkcə həmin gün Dildar Vəkilova (Allah rəhmət eləsin – son dərəcə savadlı qız idi, orta məktəbi qızıl medalla bitirmişdi. Atası Tibb İnstitutunun dosenti olsa da, həkimliyi deyil, universitetin filologiya fakültəsini seçmişdi və tələbə yoldaşlarımız arasında alimlik dərəcəsini də ilk dəfə Dildar aldı) məni kənara çəkib:
– Qətiyyən ürəyinə salma, – demişdi. – Mən onun dediklərinin heç birini ciddi qəbul etmirəm. Səməd Vurğun haqqında ikicildlik monoqrafiya müəllifidir, namizədliyini də, doktorluğunu da Səməd Vurğundan yazıb, ancaq dərsdə bir dəfə Səməd Vurğun haqqında bir xoş sözünü eşitmisənmi? Elə hey qarasına daş atır.
Həqiqətən də Bəxtiyar müəllim Səməd Vurğunu yeri düşdü-düşmədi həmişə Stalinin şəxsiyyətinə pərəstişdə ittham edirdi. Bu da taleyin bir istehzasıdır ki, elə həmin illərdə onun özü “Leninlə söhbət” adlı irihəcmli bir poema yazmışdı. Heç birimiz bunu onun üzünə deyə bilmədik: görünür, bizdə də Bəxtiyar Vahabzadənin şəxsiyyətinə pərəstiş var idi və həmin pərəstişi mən Məhərrəm Qasımlının bugünkü televiziya çıxışında çox aydın gördüm.
Bəxtiyar müəllimlə daha bir ünsiyyətimiz beşinci kursun sonunda oldu. “Danabaş kəndinin əhvalatları”nda bədii detal və təfərrüat” mövzusunda diplom işi müdafiə edirdim. Təqdimatım uğurlu alınmışdı: mənə çoxlu suallar verdilər. Cavablarım, deyəsən, Bəxtiyar müəllimi də razı salmışdı. O, komissiyanın üzvü kimi çıxış edib, mənim universitetdə müəllim saxlanılmağım barədə təklif irəli sürdü. Ancaq bu, ürəyimdəki Süleyman Rüstəm dağının yanğısına heç su səpmədi.
Aradan illər keçdi. 1986-cı ildə “Ulduz” jurnalının redaksiyasında işləyirdim. İşin axırı idi. Jurnalın baş redaktoru rəhmətlik Yusif Səmədoğlu xahiş elədi ki, gözləyim, axşam Bəxtiyar Vahabzadə Süleyman Rüstəmin 80 illik yubileyi ilə bağlı məqalə gətirəcək. Məqaləni ondan alıb oxuyum, səhər tezdən mətbəəyə göndərək – artıq jurnal çapa verilmək ərəfəsində idi.
O vaxt Süleyman Rüstəm xalq şairi, Sosialist Əməyi Qəhrəmanı olmaqdan əlavə, həm də dövlət adamı – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi və belə yüksək vəzifə sahibinin yubileyini jurnal hökmən qeyd etməli idi.
Yusif müəllimə heç nə deməsəm də, heyrət içində qalmışdım: Bəxtiyar müəllim Süleyman Rüstəmin yubileyi münasibətilə nə yazmış ola bilərdi ki. Bir yandan da Allahın mənə verdiyi bu fürsətə görə çox sevinirdim, ürəyimdə keçmiş müəllimimə deyəcəyim sözləri götür-qoy eləyirdim.
Bəxtiyar müəllim gələndə bizim mərtəbədə heç kəs qalmamışdı (O vaxt Yazıçılar İttifaqının, ermənicə çıxan “Qrakan Aderbecan” da qarışıq, bütün jurnalları, Ədəbiyyat Fondu və Ədəbiyyatı Təbliğ Bürosu Kommunist (indiki İstiqlaliyyət) küçəsi 31 ünvanlı binanın beşinci mərtəbəsində yerləşirdi). Onu dəhlizdə, liftin qarşısında qarşıladım. İçəri keçdik.
– Öz məqalənizdir? – Bəxtiyar müəllimdən eyhamla soruşdum.
– Əlbəttə, oğlum. Siz gənclər Süleyman Rüstəm haqqında kökündən səhv düşünürsünüz, ifrata varırsınız. Onları yaşadıqları dövrə görə ədalətlə qiymətləndirmək lazımdır. Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var. Hər kəsin qiyməti düzgün verilməlidir.
Bəxtiyar müəllim Süleyman Rüstəmin yaradıcılığı haqqında böyük bir monoloq söylədi.
Onu diqqətlə dinləyəndən sonra gözlərinin içinə baxıb mən ikinci kursda oxuyanda aramızda baş vermiş həmin uğursuz dialoqu xatırlatdım:
– Siz Süleyman Rüstəmə görə 17-18 yaşlarında kənddən gəlmiş cavan bir oğlanı tələbə qızların qarşısında rüsvay elədiniz. İndi bu məqaləni həmin qızlar oxuyanda sizin haqqınızda nə düşünəcəklər? – dedim.
Bəxtiyar müəllim mənimlə mübahisə eləmədi. Rəngi dümağ olmuşdu. Məqaləni də götürüb, redaksiyanı tərk elədi. Mən həyəcanımdan uzun müddət özümə yer tapa bilmədim. Ancaq içimdə qəribə bir rahatlıq yaranmışdı.
Sabah Yusif müəllim məni otağına çağırdı. Rəhmətlik Sabir Azəri də yanında idi (Sabir müəllim baş redaktorun müaviniydi).
– Sən canın, dünən axşam Bəxtiyar Vahabzadə ilə aranızda nə söhbət olub? – dedi. – Bizdən bərk küsüb.
Əhvalatı bütün təfərrüatı ilə danışdım. Yusif müəllim də, Sabir müəllim də qəhqəhə çəkib güldülər. Demə, Bəxtiyar müəllim Sabir Azəriyə zəng vurub, yazını çapa verməyəcəyini bildiribmiş. Sonra bilmirəm necə oldu, nə baş verdi – Bəxtiyar Vahabzadənin Süleyman Rüstəm barədə yubiley məqaləsi “Ulduz” jurnalının 1986-cı il 3-cü (4-cü də ola bilər) nömrəsində çap edildi. Məqalə başdan-başa Süleyman Rüstəm haqqında bəlağətli tərif üzərində qurulmuşdu, oradakı pafosu Səməd Vurğunun Stalin haqqında şeirlərinin pafosu ilə müqayisə etmək olardı.
Daha bir sürpriz bu hadisədən azca sonra baş verdi: məlum oldu ki, Bəxtiyar müəllimin oğlu İsfəndiyar Süleyman Rüstəmin yaradıcılığından dissertasiya yazır. Onun da Süleyman Rüstəmin yaradıcılığı haqqında məqaləsini “Ulduz” jurnalında çap elədik: insafən, səviyyəli yazı idi, hiss olunurdu ki, Bəxtiyar müəllimin təsiri və məsləhəti ilə yazılıb. Redaksiyaya Bəxtiyar müəllimin şəxsən təqdim etdiyi həmin yazı Süleyman Rüstəmin Cənub mövzulu şeirlərinə həsr olunmuşdu. /axar.az/

30-08-2015 11:51 Baxılıb: 1 6880

  • Baş səhifə
  • Xəbərlər
  • Gündəm
  • Publisistika
  • Müsahibə
  • Mədəniyyət və incəsənət
  • Litparad
  • Kriminal
  • Musiqi
  • Gülüş çələngi
  • Maraq dünyamız
  • Facebook statusları
  • Araşdırmalar
  • Pərdəarxası
  • Ən yeni tarix
  • Vahhabilik nədir?
  • Nurçuluq
  • Сирия выстоит и победит!
  • Kahr olsun İsrail!
  • Avrasiya mahnıları
  • Mənəviyyat aləmi
  • Azərbaycan şeir antologiyası
  • Şəkil

Comments are closed, but trackbacks and pingbacks are open.