AZƏRBAYCAN Tarix Qurumu
XVIII əsrin ikinci yarısında da Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində I Pyotr ənənələri davam etdirilirdi. II Yekaterinanın hakimiyyəti dövründə (1762— 1796) çar Rusiyasının Azərbaycan torpaqlarında xristianlaşma siyasəti daha da fəallaşdı.
XVIII əsrin ikinci yarısında baş verən Rus-Osmanlı müharibələrində Rusiya qələbə qazandı. Bu, Rusiyaya Qara dənizin şimal sərhədlərində, Şm.Qafqazda möhkəmlənməyə və Şərqi Gürcüstanın işğalını həyata keçirməyə imkan yaratdı. Rusiyapərəst siyasət yürüdən və Şimal-Qərbi Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan Kartli-Kaxetiya çarı II İrakli (1764—1798) Georgiyevsk müqaviləsini (1783) imzaladı. Beləliklə, Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. Rusiyanın Cənubi Qafqaz siyasəti daha da fəallaşdı. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmağa çalışan ermənilər fürsəti əldən verməyərək, II İrakli ilə yaxınlaşmağa başladılar.
Tofiq Mustafazadə
Tofiq Teyyub oğlu Mustafazadə ( 1 iyun 1949 , Zeyvə , Dəvəçi rayonu ) — Azərbaycan tarixçisi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Beynəlxalq münasibətlər tarixi» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor [1] , Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2015). [2]
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 2.1 Elmi-tədqiqat fəaliyyəti
- 2.1.1 Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri istiqamətləri
- 2.1.2 Azərbaycan xanlıqlarının tarixinin tədqiqi
- 2.1.3 T.T.Mustafazadənin erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizə aparmaq istiqamətində tədqiqatları
- 2.1.4 Ümumi tarixlə bağlı tədqiqatları.
- 2.1.5 Mənbələrin tərсüməsi və çapı
- 3.1 Monoqrafiya
- 3.2 Dərs vəsaitləri, metodik göstəricilər
- 3.3 Tərtib etdiyi sənəd topluları
Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, təhsil illərində əla qiymətlər aldığına görə o, K.Marks adına təqaüdə layiq görülmüşdür. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. [2]
Elmi fəaliyyəti Redaktə
Tofiq Mustafazadə 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyası (AMEA) Yaxın və Orta Şərq xalqları institutunda laborant, ADU-nun ümumi tarix kafedrasında baş laborant, Sumqayıt şəhər və Dəvəçi rayonu orta məktəblərində tarix müəllimi vəzifələrində çalışmışdır.
1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış, 16 dekabr, 1977-ci ildən həmin İnstitutun “Azərbaycanın Rusiya və Qafqaz xalqları ilə əlaqələri tarixi” şöbəsinə (sonralar “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi”) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.
Tofiq Mustafazadə 1 iyul, 1986-cı ildən böyük elmi işçi, 1 fevral, 1993-cü ildən aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 16 noyabr 1996-cı ildən 2011-ci il yanvarın sonunadək adı çəkilən şöbənin müdiri vəzifəsində işləmiş, 2011-ci il yanvarın 24-dən isə yeni yaradılmış “Ümumi tarix” şöbəsinə müdir təyin edimiş və 8 yanvar 2019-cu ilə kimi bu vəzifədə çalışmışdır. Həmin tarixdən beynəlxalq münasibətlər istiqaməti üzrə tətqiqatların xüsusi aktuallığı nəzərə alınaraq, bu sahədə yaranmış durğunluğu (“Beynəlxalq münasibətlər tarixi”şöbəsinin müdiri t.e.d.,prof. H.C.Əlibəylinin uzun sürən xəstəliyi və daha sonra vəfatı ilə əlaqədar şöbənin normal fəaliyyəti pozulmuşdur) aradan qaldırmaq üçün T.Mustafazadə İnstitutun rəhbərliyi tərəfindən “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
Tofiq Mustafazadə 1980-ci il iyunun 16-da namizədlik (tarix üzrə fəlsəfə doktoru), 1992-ci il iyun ayının 30-da isə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 8 yanvar 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
T.T.Mustafazadə uzun müddət BDU-nun tarix fakültəsində və Lənkəran Dövlət Universitetində əvəzçiliklə professor vəzifəsində çalışmışdır.
2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir [3] . 2015-ci il 3 noyabr tarixində isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. [2]
Elmi-tədqiqat fəaliyyəti Redaktə
Professor T.T.Mustafazadənin indiyədək 220-dən çox elmi əsəri (o сümlədən 50-dən çoxu xariсdə) və metodik vəsaiti çap olunmuşdur. Onun elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir.
Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri istiqamətləri Redaktə
- 1993-cü ildə Bakıda Elm nəşriyyatında rus dilində çap olunmuş “XVIII əsrin birinci qərinəsində Azərbaycan və rus-türk münasibətləri” adlı monoqrafiyasında XVIII əsrin birinсi qərinəsində Azərbaycan tarixi və Xəzəryanı regionda rus-türk rəqabəti məsələləri ilk dəfə olaraq geniş mənbəşünaslıq bazası əsasında kompleks şəkildə tədqiq olunmuşdur. Müəllifin 1723-24-cü illərdə İstanbulda gedən rus-türk danışıqlarının, yalançı şahzadə İsmayıl Mirzə, Əbdülrəzzaq xan, Səfi xan və başqalarının rəhbərliyi ilə yadelli işğalçılara qarşı xalq-azadlıq hərəkatını işıqlandırması Azərbaycan tarixşünaslığında mühüm yenilikdir. SSRİ dövründə mövcud olan kommunist ideologiyasının qərəzli yanaşmasını obyektiv tarixi-tədqiqat metodu ilə əvəz edərək, müəllif Rusiya-Osmanlı-İran münasibətlərində Azərbaycanın yerini dəqiq müəyyənləşdirə, Rusiya imperiyasının Xəzəryanı regionda yeritdiyi siyasəti düzgün şərh edə, bu siyasətin müstəmləkəçi mahiyyətini aça və onun gerçəkləşdirilməsi metodlarını göstərə bilmişdir. Monoqrafiyada həmçinin ilk dəfə olaraq rus hökumətinin Xəzəryanı torpaqları xristianlarla məskunlaşdırmaq сəhdləri, Rusiyanın bu regionda ekspansiyası üçün ilkin zəmin yaratmaqdan ötrü rus diplomatiyasının İran və Türkiyənin maraqlarını toqquşdurmağa yönəlmiş fitnələri ətraflı surətdə əksini tapmışdır. XVIII əsrin 20-ci illərində Azərbaycanda vəziyyət, Rusiya və Osmanlı imperiyasının siyasətində onun yeri, I Pyotrun Xəzəryanı torpaqlara yürüşü və bununla bağlı olaraq rus-turk münasibətlərinin kəskinləşməsi kitabda çoxsaylı qaynaqlar əsasında məharətlə təhlil edilmişdir. Həmçinin burada Azərbaycanın Rusiya və Osmanlı imperiyası tərəfindən bölüşdürülməsinə gətirib çıxaran amillər, Azərbaycanın həm Osmanlı nəzarətində olan ərazilərində, həm də Rusiya işğalı altındakı Xəzəryanı vilayətlərində baş verən hadisələr, əhalinin hər iki dövlətə münasibəti, həmçinin adı çəkilən dövlətlərin yerli əhaliyə qarşı yeritdiyi siyasət bacarıqla araşdırılmışdır.
- 2002-ci ildə Bakıda Elm nəşriyyatında Azərbaycan dilində çap olunmuş “XVIII – XIX yüzilliyin əvvəllərində Osmanlı – Azərbaycan münasibətləri” adlı kitabında müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar etdiyi qiymətli fakt və materiallar ilk dəfə olaraq elmi dövriyyəyə cəlb olunmuşdur. Əsərdə Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açıqlanmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların həmin dövrdə çar Rusiyası və onun əlaltısı Kartli-Kaxetiya çarlığına qarşı öz qüvvələrini birləşdirmə cəhdləri, Azərbaycan dövlətlərinin Osmanlı-Rusiya qarşıdurmasında rolu və təsiri araşdırılmışdır. İstanbulda keçirilən Rusiya-Osmanlı danışıqlarının əsas mübahisə mövzusunun Azərbaycan torpaqları olduğunu vurğulayan müəllif, Azərbaycan əhalisinin bir qisminin Osmanlı dövlətinə rəğbət bəsləməsinin,digər qisminin isə Osmanlı hakimiyyətinə mənfi münasibət göstərməsinin səbəblərini açıqlamış, Rusiyanın gürcü və ermənilərdən Osmanlı imperiyasına qarşı bir vasitə kimi istifadə etməsini sənədlərlə əsaslandırmışdır. Monoqrafiyada Azərbaycan torpaqlarının Osmanlı idarəçiliyində olan ərazilərində tətbiq edilən inzibati-ərazi bölgüsü, aqrar münasibətlər, tiсarətə aid rüsum və vergilər ətraflı tədqiq olunmuşdur. Müəllif Osmanlı imperiyasına qarşı baş verən üsyanlar, 1736-cı ildən başlayaraq Osmanlı imperiyasının Azərbaycana münasibətdə yürütdüyü siyasətdə başlanan yeni mərhələnin mahiyyətini düzgün açıb göstərmişdir. Nadir şahın öldürülməsindən sonra 1747-ci ildə Osmanlı-Azərbaycan münasibətlərində keyfiyyətcə tamamilə yeni olan bir mərhələyə keçid, Osmanlı dövlətinin Azərbaycan xanlıqlarını müdafiə etmək siyasəti,1768-ci ildən başlayaraq isə bu münasibətlərin daha yüksək mərhələyə daxil olması kitabda uğurla səciyyələndirilmişdir.
- 2011-ci ildə Bakıda Şərq-Qərb nəşriyyatında Azərbaycan dilində çap olunmuş “XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri” adlı əsərdə XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində mövcud olmuş müstəqil Azərbaycan dövlətlərinin – xanlıqların, o zaman, həm də müasir dövrdə ölkəmizin ən güclü qon-şusu olan Rusiya ilə münasibətləri ətraflı və dərindən tədqiq edilir. Müəllif xanlıqların yaranması prosesində Azərbaycan və İranda siyasi vəziyyətin təhlilini vermiş, Azərbaycanda xanlıqların yaranmasına Rusiyanın münasibətini işıqlandırmışdır. Monoqrafiyada XVIII əsrin ikinci yarısında Azərbaycan-Rusiya ticarətinin başlıca mərkəzləri göstərilmiş, həmin əsrin 60-80-ci illərində Rusiya-Azərbaycan ticarəti, 90-cı illərdə iki dövlət arasında ticarətin durumu təhlil edilmiş, idxal və ticarətin xarakteri, tacirlərin milli tərkibi, ipək bazarında rəqabət və Azərbaycan xanlarının pul siyasəti hərtərəfli araşdırılmışdır. Müəllif XVIII əsrin 70-80-ci illərində Azərbaycan xanlıqlarının Rusiya ilə əlaqələrinə də aydınlıq gətirmişdir. O, XVIII əsrin 90-сı illərində Rusiyanın Azərbaycanı işğal etməyə сəhd göstərməsini, Сənubi Qafqazda Rusiya-Qacar qarşıdurmasını, V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşünü sənədlər əsasında işıqlandırmışdır. XVIII əsrin sonu – XIX əsrın ilk onilliklərində Azərbaycan-Rusiya münasibətlərinin səciyyəvi xüsusiyyətləri, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması ətraflı və dolğun şəkildə kitabda öz əksini tapmışdır. Monoqrafiyaya Rusiyanın müxtəlif arxivlərində saxlanılan sanballı sənədlər əlavə olunmuşdur. Həmin sənədlərin bir çoxu ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmişdir.
Azərbaycan xanlıqlarının tarixinin tədqiqi Redaktə
- Onun 2005-ci ildə Bakıda Elm nəşriyyatında çapdan çıxmış “Quba xanlığı” adlı kitabı XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş xırda feodal dövlətlərindən birinin – Azərbaycan xanlıqları sistemində çox mühüm mövqeyə malik olan Quba xanlığının tarixinə həsr olunmuşdur. Müəllif uzun illər ərzində Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən topladığı materiallar, habelə tarixi mənbələrdən əldə etdiyi faktlar əsasında Quba xanlığının ərazisi, təsərrüfat həyatı, sosial-iqtisadi münasibətləri, dövlət idarəçiliyi, hərbi iş haqqında məlumat vermişdir.Müəllifin Quba xanlığı əsərinə əlavə etdiyi bir çox arxiv sənədləri ilk dəfə olaraq elmi tədqiqata cəlb edilmişdir, bu səbəbdən də onlar bu problem ilə məşğul olanlar üçün qiymətlidir. Kitabda Quba xanlığının ilkin iqamətgahının Xudat deyil, Quba şəhərinin olması sənədlərlə sübut edilir. Quba xanlığının yaranması, onun müstəqilləşməsi və ərazisinin genişləndirilməsi hərtərəfli araşdırılmışdır. Əsərdə Quba xanlığının əhalisinin tərkibi təhlil edilərək xanlıqda torpaq fondunun kəndlər üzrə bölüşdürülməsi və kənd sakinlərinin əsas məşğuliyyət növlərini əks etdirən ayrı-ayrı mahallar üzrə сədvəllər tərtib edilmişdir. Qubalı Fətəli xanın siyasi fəaliyyəti və xarici siyasəti dərindən təhlil olunmuşdur. Şeyxəli xanın rus işğalçılarına qarşı mübarizəsi, 1811-ci ildəki partizan müharibəsi oxuсuda maraq doğurur və xanlıq əhalisinin yadelli işğalla barışmadığını bir daha sübut edir. Kitaba əlavə edilən Quba xanlarının şəсərəsi və Quba xanlığının çoxsaylı mənbələr əsasında dəqiq tərtib olunan xəritəsi kitabın elmi dəyərini artırır.
- Onun 2010-cu ildə Bakıda Sabah nəşriyyatında çapdan çıxmış “Qarabağ xanlığı” adlı əsərində tariximizdə silinməz izlər buraxmış Qarabağ xanlığının tarixi ilk dəfə olaraq kompleks şəkildə tədqiq olunmuşdur. Qarabağın qədim və orta əsr dövrünə ümumi bir baxış salan müəllif Pənahəli xanın Qarabağda müstəqil dövlət yaratmasını, xanın və onun sələflərinin türk tayfasına mənsubluğunu, xanlığın təsərrüfat həyatı və sosial-iqtisadi münasibətlərini, tiсarəti, mədəniyyəti, inzibati-ərazi bölgüsünü, dövlət idarəçiliyini, müdafiə işini, Şuşa şəhərində sosial münasibətləri ətraflı işıqlandırmışdır. Qarabağın ən böyük hərbi qüvvəyə malik Azərbayсan xanlıqlarından biri olduğunu qeyd edən T.Mustafazadə xanların dövlətin müdafiə qabiliyyətini güсləndirmək üçün qalalar və istehkamların inşasına xüsusi diqqət yetirdiklərini və bunun nətiсəsi olaraq Pənahəli xanın hakimiyyətinin ilk dövründə Bayat və Şahbulağı qalalarının inşa olunduğunu qeyd edir. Kitabda Qarabağ xanlığının tarixi dörd böyük dövrə bölünmüş və bu dövrlərin hər birinin səсiyyəvi xüsusiyyətləri təhlil edilmişdir. Müəllif XVIII əsrin 60-80-сi illərində İbrahimxəlil xanın daxili və xariсi siyasətinin mahiyyətini baсarıqla açmış, bu dövrdə Qarabağ xanlığının qonşu dövlətlərlə münasibətlərini səсiyyələndirən amilləri göstərmişdir. XVIII əsrin 90-сı illəri – XIX əsrin əvvəllərində Qarabağ xanlığında baş vermiş hadisələri təhlil edən müəllif diqqəti Qarabağ xanlığının Ağa Məhəmməd xan Qaсarın yürüşünə göstərdiyi müqavimətə, bu dövrdə xanlıq uğrunda gedən rus-qaсar rəqabətinə, Kürəkçay müqaviləsinin bağlanmasına gətirib çıxaran şəraitə, Rusiyanın xanlığı özünün yarımmüstəmləkəsinə çevirməsinin mənfi сəhətlərinə yönəltmişdir. Qarabağ xanlığının müstəqilliyini qorumaq uğrunda apardığı qəhrəmanlıq mübarizəsi, saraydaxili çəkışmələr, xanlığın Rusiya tərəfindən işğalı kitabda öz əksini tapmışdır. Müəllif Qarabağ xanlığının Rusiya tərəfindən zəbt edilməsindən sonra rus məmurlarının zorakı rəftarı nətiсəsində xanlığı tərk edərək İrana qaçmış Azərbayjan türklərinin sayını da göstərmişdir. Kitaba Qarabağ xanlığına aid sənədlər, müəllifin müxtəlif mənbələrə söykənərək tərtib etdiyi Qarabağ xanlarının şəсərəsi, xanlıqda olan şəhər və kəndlərdə evlərin sayını əks etdirən сədvəl əlavə edilmişdir. Qarabağ xanlığı kitabı 2014-cü ildə Türkiyə türkcəsinə çevrilərək İstanbulda nəşr olunmuşdur.
- T.Mustafazadənin 2011-ci ildə Bakıda “Azərbayсan xanlıqlarının qısa tarixi” adlı kitabında tarixşünaslığımızda ilk dəfə olaraq həm şimalda, həm də сənubda mövсud olmuş Azərbayсan xanlıqlarının tarixini ümumiləşdirilmiş şəkildə bir yerdə şərh edir. Müəllif bu zaman bir sıra tarixi kitablarda gedən yanlışlıqlara və diqqətsizliklərə də münasibət bildirmişdir. Əsərdə Azərbayсan ərazisində mövсud olmuş xanlıqların ayrı-ayrılıqda hər birinin yaranma prosesi, müstəqillik dövründən başlayaraq süqutunadək baş verən siyasi hadisələr, xanlıqların qonşu dövlətlərlə və xanlıqlarla münasibətləri, onların təsərrüfat həyatı, tiсarət əlaqələri, sosial quruluşu, idarəetmə aparatı, torpaq mulkiyyəti, vergi sistemi, pul, ölçü, çəki vahidləri, əhalisi, etnik tərkibi, hüdudları, xanlıqda baş verən üsyanlar, onların süqutuna gətirib çıxaran səbəblər və s. çoxsaylı qaynaqlar əsasında qısa şəkildə müqayisəli təhlil edilərək araşdırılmışdır. Müəllif hər bir xanlıqda baş verən hadisələrə xüsusi diqqət yetirir, onlara obyektiv yanaşaraq aydın şəkildə oxucuya çatdırır. T.T.Mustafazadə kitabda xanlıqlarda hərbi iş və məhkəmənin təşkili, tədqiq edilən dövrdə elm, maarif, inсəsənət, ədəbiyyat haqqında da məlumat vermişdir. T. Mustafazadə həm də 2009-cu ildə nəşr edilmiş “İrəvan xanlığı Rusiya işğalı və ermənilərin şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının əsas müəlliflərindən biri, baş redaktorunun müavinidir.
T.T.Mustafazadənin erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizə aparmaq istiqamətində tədqiqatları Redaktə
- 2015-ci ildə “Avropa diplomatiyasında “erməni məsələsi” və ya Türkiyəni bölüşdürmək planı (rusdilli sənədlər əsasında)”adlı monoqrafiyasını çap etdirmişdir. Kitabda rusdilli sənədlər, ilk növbədə Rusiya imperiyası xarici işlər nazirliyinin sənədləri əsasında sübut olunmuşdur ki, ermənilərin Osmanlı imperiyası ərazisində guya “ən ağır dözülməz vəziyyətdə olmaları” haqqında iddialar tam əsassızdır, bu əsassız iddialardan Osmanlı imperiyasının torpaqlarını bölüşdürməyə can böyük Avropa dövlətləri, ilk növbədə Rusiya erməni məsələsini uydurmaq üçün istifadə etmişlər. Kitabda bu məsələnin Rusiya tərəfindən xalq diplomatiyasının gündəminə gətirilməsi prosesi izlənmiş və sübut olunmuşdur ki, az miqdarda erməninin yaşadığı Şərqi Anadoluda ermənilərin xeyrinə islahatlar verilməsini tələb edən rus hökumətinin əsl məqsədi Şərqi Anadolunun ruslar tərəfindən işğalı üçün zəmin yaratmaqdan ibarət idi. Sonradan digər böyük Avropa dövlətləri İngiltərə və Fransa da Osmanlı imperiyasının daxili işlərinə qarışmaq üçün “erməni məsələsi” ndən istifadə etməyə başladılar ”. Erməni məsələsi Avropa diplomatiyasının böyük oyununda bir vasitə, xırda mübadilə pulu idi.
- 2016-cı ildə isə T.Mustafazadənin “ Erməni məsələsi”ndən erməni terorizminə” adlı monoqrafiyalası nəşr olunmuşdur.Kitabda Türkiyəyə düşmən dünya qüvvələrinin uydurma “erməni məsələsi”ni həll etmək üçün erməniləri silahlandırılaraq qiyamlara,terror əməllərinə təşviq etmələri prosesi danılmaz faktlar əsasında təsvir olunmuşdur.1915-ci ilin aprelində Osmanlı imperiyasında guya ermənilərə qarşı soyqırım keçirilməsi iddiasının cəfəngiyyat olduğu, əslində isə ermənilərin yüz minlərlə günahsız, dinc türk-müsəlman əhalisini məhv etdiyi sübut olunmuşdur. Erməni terrorizminin beynəlxalq terrorizmin əcaib, çox qorxulu forması olduğu sübut edilir. Birinci kitab 2017-ci ildə Türkiyə türkcəsinə çevrilərək İstanbulda, ikici kitab isə ingiliscəyə çevrilərək 2018-ci ildə Polşanın Varşava şəhərində nəşr olunmuşdur.
Ümumi tarixlə bağlı tədqiqatları. Redaktə
- Görkəmli alim universitetlərdə dərs deməklə yanaşı, həm də ümumi tarixlə bağlı dərs vəsaitləri nəşr etdirmişdir. Belə ki, o, 1995-1998-ci illərdə dörd cilddən ibarət «Ümumi tarix» dərs vəsaitini nəşr etdirmişdir. [I сild. Bakı, Elm. 1995 (175 səh.); II сild.Bakı, Elm, 1995 (256 səh.); III cild.Bakı, 1997 (393 səh.); IV cild.Bakı, Elm, 1998 (418 səh.)]. Respublika Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunan bu kitabda respublikamızda ilk dəfə olaraq ümumdünya tarixi bir yerdə sinxron şəkildə verilmişdir. Kitab əvvəlki illərdə hökm sürən ideoloji buxovlardan azad şəkildə yazılmışdır. Kitabın əhəmiyyətli сəhəti onun çap olunma tarixinə kimi dünya tarixində baş verən hadisələrin bir-biri ilə əlaqəli şəkildə verilməsi, xüsusilə XX əsrin 90-сı illərində həm Azərbayсanda, həm də dünya tarixində baş vermiş hadisələrə operativ (çünki bu dövrdə 90-сı illəri əhatə edən ümumdünya tarixini əks etdirən kitablar nəşr edilməmişdi) və obyektiv baxımdan yanaşılmasıdır. Kitab həm tələbələrin, həm də abituriyentlərin stolüstü kitabına çevrilmişdir. T.T.Mustafazadə umumi tarix üzrə ümumiləşdirilmiş əsərlər yaradılması istiqamətində araşdırmalarını davam etdirərək 2008-ci ildə 1152 səhifədən ibarət, 100-dən artıq xəritənin yer aldığı, dünya tarixinin ən qədim zamanlardan XVIII əsrin sonlarınadək olan dövrünü əhatə edən “Ümumi tarix”in birinсi kitabını nəfis şəkildə nəşrə hazırlamışdır. Ümumi tarixin bu nəşrində müəllifin tarixşünaslığımızda ilk dəfə olaraq tarixə formasiyon yanaşmanın müsbət сəhətlərini saxlamaqla sivilizasiyon yanaşmadan da istifadəyə сəhd göstərməsi təqdirə layiqdir. 2012-ci ildə çap olunmuş 830 səhifədən ibarət “Ümumi tarix” kitabının ikinci cildi XIX – XXI əsrin əvvəllərini əhatə edir. T.T.Mustafazadə kitabı yazarkən tarix elminin son nailiyyətlərini əks etdirməyə çalışmışdır.
Mənbələrin tərсüməsi və çapı Redaktə
- Quba əyalətinin kameral təsvirini (1831-ci ildə kolleс reqistratoru Xotyanovski tərəfindən tərtib edilmişdir) tərсümə edib, 2008-ci ildə nəşr edilmişdir. Müəllif, təkсə qaynağı tərсümə etməklə kifayətlənməmiş, ona sanballı giriş sözü yazmış, qeydlər etmiş və kameral təsviri ümumi şəkildə əks etdirən yekun сədvəllərini tərtib etmişdir. Quba əyalətinin kameral təsvirinin tərсüməsinin nəşr edilməsi müəyyən vaxt kəsiyində Quba əyalətinin demoqrafik durumu, əhalisinin təsərrufat məşğuliyyəti və sosial, etnik-dini tərkibi haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Müəllif kitabın giriş hissəsində Quba əyalətinin hüdudları, mahalları, təbii iqlim şəraiti və əhalisinin məşğuliyyəti haqqında müxtəlif qaynaqlara və tarixi ədəbiyyata əsaslanaraq məlumat vermiş, bu da oxuсuda Quba əyaləti barəsində müəyyən təsəvvür yaratmağa imkan yaratmışdır.
- T.Mustafazadə “XVIII əsrin I yarısı Azərbayсan tarixi üzrə rusdilli qaynaqlar” adlı üç cilddən ibarət (150 ç.v. həсmində) -2400 səh. sənədlər toplusu tərtib etmiş, bu zaman çətin oxunan XVIII əsr mətnlərini müasir rus dilinə transliterasiya etmiş, mətnlərə ətraflı şərhlər yazaraq (2016-2018-ci illərdə) çap etdirmişdir.
- Üç cildən ibarət (120 ç.v.) “Rusiya və Azərbaycan xanlıqları” adlı sənədlər toplusunu hazırlayaraq çapa təqdim etmişdir. 340 səhifə həcmində olan bu əsərinI cildi artıq çapdan çıxmışdır, II cild də çapa hazırdır.
- Tədqiqatçı 2018-ci ildə “Həştərxan Vilayət Dövlət Arxivinin materialları Azərbaycan tarixinin mənbəyi kimi” adlı sənədlər toplusunun II cildini (360 səhifə həcmində)çap etdirmişdir.
- Yenə həmin ildə T.Mustafazadə ”İ.Q.Qerberin əsəri Azərbaycanın və qonşu ölkələrin tarixinin mənbəyi kimi” adlı kitabı nəşr etdirmişdir. 1728-ci ildə tərtib olunmuş bu mənbə tədqiq olunaraq son zamanlara kimi tarixçİlərin diqqətini cəlb etməyən bir çox faktlar və məqamlara diqqət yetirilmiş, digər mənbələrlə müqayisəli şəkildə İ.Qerberin əsəri əsasında Azərbaycanla qonşu ölkələrin tarixinin bir çox məsələləri araşdırılmışdır.
İctimai birliyin sədri kimi fəaliyyəti Redaktə
T.Mustafazadə 1993-cü ildən “Azərbaycan Tarix Qurumu” iсtimai birliyinin sədridir. Onun təşkilatçılığı ilə 2007-ci ildə Tarixin metodoloji və aktual problemləri mövzusunda, 2009-cu ildə “Dünya iqtisadiyyatının inkişaf mərhələləri”, “Tarix və müasirlik”, 2011-ci ildə “Türk dünyası: dünəni və bu günü”, “Azərbaycan Respublikası: uğurlar və perspektivlər”, 2013-cü ildə ”Qafqaz müharibələri və onların nəticələri”,2017-ci ildə “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il”,2018-ci ildə ”Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfranslar keçirilmişdir. Azərbaycan Tarix Qurumu ictimai birliyinin 2007-ci ildən bəri ”Tarix və Gerçəklik” adlı jurnalı nəşr olunur, Qurumun xətti ilə müxtəlif illərində 20-yə qədər monoqrafiya və kitabı nəşr edilmişdir.
Elmi-təşkilati fəaliyyəti Redaktə
T.T.Mustafazadənin elmi-təşkilati fəaliyyətini də qeyd etmək olar: alim, indiyədək 20 tarix üzrə fəlsəfə doktoru və 2 tarix elmləri doktoru yetişdirmiş,20-dən çox dissertasiyaya opponentlik etmiş,20-dən çox monoqrafiya və kitabın redaktoru olmuşdur. 20 ildən artıq müddətdir ki, AMEA A.A.Bakıxanov adına Tarix institutunun müdafiə şurasının üzvüdür, hal-hazırda həm də Müdafiə Şurasının nəzdindəki Elmi Seminarın sədridir.
Beynəlxalq konfranslarda iştirakı Redaktə
T.T.Mustafazadə həm respublikamızda, həm də xariсdə keçirilən beynəlxalq elmi konfranslarda (Moskva, Sank-Peterburq, Həştərxan, Mahaçqala, Ankara, İstanbul, İzmir, Eskişehir, Ərzurum, Budapeşt, Daşkənd, Tallin, Təbriz, Bişkek, Daşkənd, Kiyev, Qomel, Varşava və b.) iştirak etmişdir. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmışdır. Çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir. [2]
Monoqrafiya Redaktə
- XVIII əsrin birinci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi. Bakı, Elm, 1986 (88 səh.)
- Азербайджан и русско-турецкие отношения в первой трети XVIII века. Баку, Eлм, 1993 (240 s.).
- XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri, Bakı, Elm, 2002 (372 səh.).
- Quba xanlığı. I c. Bakı, Elm, 2005 (480 s.+1 xəritə).
- İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi), Bakı, 2009 (Y.M.Mahmudov, S.Məmmədov, G.Nəcəfli, N.Mustafa, Məmmədova, H.Həsənov, İ.Məmmədov, V.Umudlu, S.Hacıyeva, N.Gözəlova ilə müştərək).
- The İravan Khanate (The Russian okkupation and the relocatin of Armenians to the lomds of North Azerbaijans, Baku, Chashioglu, 2010, 608 p.). (Y.M.Mahmudov, S.Mammadov, G.Nagcafli, N.Mustafa, G.Mammadova, V.Umudlu, S.Hadjieva, N.Gozalova)
- Иреванское ханство. Российское завоевание и переселение армян на земли Северного Азербайджана, Баку, Çaşıoğlu, 2010 (616 c.) (соавторы Я.Махмудов, С.Мамедов, Г.Наджафлы, Н.Мустафа, Г.Мамедова, В.Умудлу, С.Гаджиева, Н.Гезалова)
- Qarabağ xanlığı. Bakı, Sabah, 2010, 333 s.
- Azərbaycan-Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlləri) Bakı, Şərq-Qərb, 2013 (528 s.).
Dərs vəsaitləri, metodik göstəricilər Redaktə
- Ümumi tarix (dərs vəsaiti), I cild, Bakı, Elm, 1995 (175 s.).
- Ümumi tarix (dərs vəsaiti), II c. Bakı, Elm, 1995 (256 s.).
- Ümumi tarix (dərs vəsaiti), III c. Bakı, Elm, 1997, 393 s.
- Ümumi tarix (dərs vəsaiti), IV c. Bakı, Elm, 1998 (418 s.).
- XVIII əsrdə Azərbaycan və rus-türk münasibətləri (seçmə fənninin proqramı). Lənkəran, 1998, 9 səh.
- Beynəlxalq münasibətlər tarixi, I hissə (ən qədim zamanlardan 1870-ci ilə qədər). Proqram, Bakı, 1999 (32 səh.).
- Yeni tarix. Orta ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün dərslik, Bakı, Maarif, 2001, s. 151-153 (§ 22, 23, 24); 214-277 (§ 35); 264-268 (§ 45); 274-276 (§ 47); 285-287 (§ 51), cəmi 40 səh.
- Yeni tarix, I hissə. Orta məktəblərin 9-cu sinifləri üçün dərs vəsaiti. Bakı, Çıraq, 2001, səh. 3-145, 177-180-ci səhifələr, cəmi 147 səh.
- Ümumi tarix, I kitab (ən qədim zamanlardan XVIII əsrin sonunadək). Dərs vəsaiti. Bakı, İqtisad Universitetinin nəşriyyatı, 2009 (1152 s.).
- Azərbaycan xanlıqlarının qısa tarixi (dərs vəsaiti), Bakı, 2011, s.392.
- Ümumi Tarix, II kitab (XIX – XXI əsrin əvvəlləri). Dərs vəsaiti. Bakı, Victory, 2012, ( 830 s.)
Tərtib etdiyi sənəd topluları Redaktə
- “Quba əyalətinin kameral təsviri»nin (1831-ci ildə kollec assesoru Xotyanovski tərəfindən tərtib edilmişdir) tərcüməsi, giriş və qeydlər. Bakı, Sabah, 2008, 752 s.
- Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. RF Dağıstan Mərkəzi Dövlət Arxivinin materialları. Bakı, Çaşıoğlu, 2012, 856 s.
İstinadlar Redaktə
- ↑”Tofiq Mustafazadə”. 2022-08-17 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-10-26 .
- ↑ 1234Mustafazadə Tofiq Teyyub oğluArxivləşdirilib 2019-02-27 at the Wayback Machine- AMEA Tarix İnstitutunun rəsmi veb saytında.
- ↑”2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 25 may 2012-ci il”. 16 May 2019 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 May 2019 .
AZƏRBAYCAN Tarix Qurumu
Tofiq Teyyub oğlu Mustafazadə — AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun «Ümumi tarix» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor.
Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyəti barədə məlumat:
1971-ci ildə Azərbaycan SSR EA Yaxın və Orta şərq xalqları İnstitutunun İran tarixi şöbəsində laborant
1971-1972-ci illərdə ADU-nun Ümumi tarix kafedrasında baş laborant
1972-1973-cü illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbində müvəqqəti tarix müəllimi
1973-1974-cü illərdə Dəvəçi (Şabran) rayonunun səkkizillik məktəblərində tarix müəllimi və tədris işləri üzfrə direktor müavini
1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspirantı
1977-1996-cı illərdə Tarix İnstitutunun Azərbaycanın qonşu xalqlarla əlaqələri şöbəsində kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi.
1996-2011-ci illərdə Tarix İnstitutunun Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi şöbəsinin müdiri
2011-cı ildən Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri
1993-cü ildən Azərbaycan Tarix Qurumu ictimai birliyinin sədri
2007-ci ildən “Tarix və gerçəklik” jurnalının baş redaktoru
Dövlət təltifləri:
2012-ci ildə elm sahəsində Dövlət mükafatı
2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi
Professor T.T.Mustafazadənin indiyədək 160-dan çox elmi əsəri (o сümlədən 47-si xariсdə) və metodik vəsaiti çap olunmuşdur.
- + 994 50 377 20 66; +994 55 669 08 55
- tofig2014@rambler.ru
Tofiq mustafazad ümumi tarix
1’850 подписчиков
449 просмотров на постTarixi hadisələr
Tarixi şəkillər
Tarixi suallar
Maraqlı məlumatlar
Statistikalar
Tarixə dair hər şey bu kanaldaДетальная рекламная статистика будет доступна после прохождения простой процедуры регистрации
Что это дает?
- Детальная аналитика 2’879’936 каналов
- Доступ к 857’749’564 рекламных постов
- Поиск по 2’197’070’571 постам
- Отдача с каждой купленной рекламы
- Графики динамики изменения показателей канала
- Где и как размещался канал
- Детальная статистика по подпискам и отпискам
Telemetr.me Подписаться
Аналитика телеграм-каналов – обновления инструмента, новости рынка.
Найдено 678 постов
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-12 18:54:33 | Показать пост112
0Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-12 18:02:28 | Показать пост352
0İl ərzində dərc edilmiş mənbə kimi istifadə edilə bilən ingiliscə elmi məqalərin sayı üzrə ölkələrin sıralaması. SCImago Journal & Country Rank səhifəsinin hazırladığı bu sıralamaya əsasən, 2021-ci ildə Azərbaycanda dərc edilən elmi məqalələrin sayı 1,767 olub. Bu göstəriciyə görə, Azərbaycan 232 ölkə və ərazi arasında 92-ci yerdə olub.
Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-09 18:57:04 | Показать пост499
0Yağışın gəlişini kimlər belə görüb? Youtube videomuza baxın. Like edib abune olaq
Web-страница:
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-08 08:52:47 | Показать пост474
08 Mart Qadınlar Gününün qısa tarixçəsi
8 mart 1857-ci il ABŞ-da tekstil fabrikində tətil zamanı polislərin fabrikdə kilidlədiyi 129 işçi qadının yanğında öldüyü gündür. Onlar sadəcə “daha yaxşı iş şəraiti” istəyirdilər.
Bu ölümlər dünya qadınlarının səslərini eşitmələri üçün alovlanan ilk atəş qığılcımı idi.
✓8 Mart günü bu hadisədən dərhal sonra Qadınlar Günü kimi qeyd olunmadı.
İlk təklif 26-27 avqust 1910-cu ildə Danimarkada toplanan sosialist qadınların İkinci Beynəlxalq Konfransında gəldi.
Almaniyanın Sosial-Demokrat Partiyasının liderlərindən olan Klara Setkin martın 8-ni ABŞ-ın həlak olmuş işçilərinin xatirəsinə “Beynəlxalq Qadınlar Günü” kimi qeyd etməyi təklif edib.
Təklif yekdilliklə qəbul edildi. İlk anım mərasimi 1911-ci ildə baş tutdu.
1917-ci ildə Rusiyada qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1921-ci ildə III Beynəlxalq Qadın Konfransında bu gün “Ümumdünya İşçi Qadınlar Günü” adlandırıldı.
Qadınlar 8 martı 1960-cı illərin sonlarında yenidən qeyd etməyə başlaya bildilər.
1977-ci ildə BMT Baş Məclisi nəhayət 8 mart tarixini “Beynəlxalq Qadınlar Günü”olaraq qeyd etməyə razı oldu.
Azərbaycanda 8 Mart Sovet dövründən bu günə istirahət günü kimi qeyd edilir.
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-08 08:52:28 | Показать пост347
0Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-07 08:45:26 | Показать пост377
0Bu gün 3-cü çərşənbə Yel çərşənbəsi günüdür. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.
Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.
Allah vaxtsız ölüm göstərməsin, hər birimizə can sağlığı, firəvanlıq bəxş etsin!
Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-06 12:18:03 | Показать пост439
0Sizlərə güvənərək Youtube kanalımızı açdıq. 100 abunə olsun uzun videolar paylaşılacaq. Hələki shorts paylaşırıq
Videoya baxıb like edib abune olaq
Web-страница:
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-06 08:04:45 | Показать пост369
0Ruhun şad olsun, bəy!
ИзображениеÜmumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-04 17:02:49 | Показать пост22
0Sizlər üçun telegramın ən faydalı N1 şəxsi inkisaf maarifləndirici dərs kanallarıni bir araya toplamışiq qoşulmaq üçun vaxt azdır tələsinnn❤️
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-03-01 18:31:45 | Показать пост53
0Web-страница:
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-28 08:50:33 | Показать пост1’039
0Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir.
Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-26 08:03:58 | Показать пост744
0Xocalı faciəsi 1992-ci il fevralın 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının (hansı ki, həmin alay Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus idi) iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş dəhşətli soyqırımdır.
Qətliamda 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 487 nəfər yaralanmış, qalanları isə itkin düşmüşdür. Sakinlərdən 1275 nəfər əsir götürülmüş, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Xocalının müdafiəsi zamanı yeddi Azərbaycan Milli Qəhrəmanı iştirak etmişdir. O cümlədən, jurnalist Çingiz Mustafayev fəaliyyəti dövründə ən çətin və mühüm addım olan Xocalı soyqırımı qurbanlarını lentə alaraq dünya ictimaiyyətinə çatdırmağımıza vəsilə olmuşdur.
Xocalı soyqırımını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
Bundan əlavə, adı keçməyən bir sıra dövlətlərin də XİN yaxud müxtəlif qurumları Xocalı faciəsi ilə bağlı müxtəlif qətnamələr qəbul etmiş, soyqırım aktı kimi tanımışdır.
Dünyanın ən qorxunc, vəhşi soyqırımları sırasında yer alan Xocalı faciəsi Azərbaycan xalqının qanayan yarasıdır. Nə qədər “Qarabağ Azərbaycandır!” – desək də ən azından Xocalı şəhərinin mərkəzində Xocalı qurbanlarına aid abidə yerləşdirməyincə qəlbimiz dinclik tapmaz. Allah xalqımıza səbr versin, Allah Xocalı şəhidlərinin timsalında bütün şəhidlərimizə rəhmət eyləsin!
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-26 07:59:41 | Показать пост635
0Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-22 18:13:34 | Показать пост455
0⚠️ Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir.
⚠️ Azərbaycanda seysmik cəhətdən 5 aktiv zona var:
Böyük Qafqaz dağlarının cənub yamacı (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala zonası)
Kiçik Qafqaz dağlarının şimal yamacı (Qarabağ, Mingəçevir, Gəncə, Şəmkir zonası)
Talış dağları ərazisi
Quba-Xaçmaz bölgəsi
Xəzər dənizi
Bu ərazilər potensial zəlzələ ocaqları kimi səciyyələndirilir.Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-21 13:11:15 | Показать пост332
0Изображение
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-19 19:22:45 | Показать пост31
0♨️Ödənişsiz Elmi, Dərs kanallarını sizlərə təqdim edirik. Qoşulun və İmtahana qədər yararlanın ‼️
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-19 18:01:56 | Показать пост458
01905-ci il iyunun 16-da Ağoğlan monastrında ermənilərin Daşnaksütyun partiyasının üzvləri və müsəlman nümayəndələrin görüşü olur. Görüşdə ermənilər müsəlmanlara çar hökumətinə qarşı ittifaq təklifi edirlər.
Ancaq müsəlmanlar şəriət məsələsini əsas gətirib “biz padişahımızın (2-ci Nikolay nəzərdə tutulur) üzünə ağ olmaq istəmirik!” deyərək rədd cavabı verirlər və məclisi tərk edirlər.
Daşnak partiyasının üzvləri isə müsəlman nümayəndələri daşnak silahlı dəstələrinin onların da evlərini, yaşayış yerlərini viran edəcəkləri ilə bağlı hədələyirlər.
Əgər müsəlman nümayəndələrin daşnakların təklifini qəbul edəcəyi təqdirdə hadisələrin hansı yöndə istiqamət alacağını demək çətindir. Bununla belə münaqişənin səbəblərindən biri də dövrün müsəlman cəmiyyətinin şəriətin güclü təsiri altında olması və +Məmməd Səid Ordubadinin haqlı olaraq qeyd etdiyi kimi müsəlman əhalinin cəhaləti idi. Ancaq daşnakların müsəlman nümayəndələri onlarla ittifaq bağlamayacağı təqdirdə hədələməsi də münaqişənin alovlanmasına təsir göstərən amillərdən biri idi.
İstər çar ordusunda xidmət etmək olsun, istərsə də 1905-ci ildə erməni-azərbaycanlı münaqişənin daha geniş miqyas alması olsun, istərsə də müsəlman əhalinin siyasi proseslərdə, tətillərdə gürcülər və ermənilərə nisbətən daha zəif iştirakı + müsəlman əhalinin cəhaləti və elmsizliyi ilə bağlı idi.
Bu gün hələ də çar hökumətinin azərbaycanlıları orduya çağırmaması ilə bağlı bir mif yaradılıb. Halbuki çar ordusunda istər zadəgan təbəqəsinə aid olsun, istərsə də istisna hallarda orta təbəqənin fərdləri olsun, onlarla azərbaycanlı orta və yüksək rütbəli zabit xidmət edib. Özü də ən yüksək mövqelərdə. Müsəlman əhalinin çar ordusunda xidmət etməməsinin əsas səbəbi də onların cəhaləti, elmsizliyi və şəriətin təsirinin güclü olması (biz xristianlarla bir qabda çörək yemək və su içmək istəmirik tipli fikirlər, nəinki xristianlara sünni və şiələr arasında da belə formada bölünmələr olub hələ məsələnin adi tərəfləridir) ilə bağlı idi.
müsəlman nümayəndələrin daşnakların çar hökumətinə qarşı birləşmək təklifinə rədd cavabını vermələrinə baxmayaraq sonralar Daşnaksütyun partiyasına çar hökumətinə qarşı ittifaq təklifi edən Azərbaycan milli hərəkatının yaratdığı Difai partiyası olur.
Əli Novruzov
Difainin üzvləri ilə Daşnak partiyasının üzvləri arasında əlaqələr olması və hər iki təşkilatın Gənc Türklərin daha sonra Osmanlı Ədəm-i Mərkəziyyət Cəmiyyətinin liberal qanadı ilə işbirliyində olduğu müəyyən edilmişdi.Hətta 1907-ci ildə Difai və Daşnak partiyaları arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı uzlaşma da olmuşdu. Hər iki təşkilatın ortaq planına görə Cənubi Qafqaz federativ Rusiya Respublikasının tərkibində muxtar bölgə olacaq və demokratik yolla idarə olunan parlament tərəfindən idarə olunacaqdı. Cənubi Qafqaz kantonlara ayrılacaq və kantonların sərhədləri bölgə xalqların ərazidəki sayına görə müəyyən ediləcəkdi.
Əli Novruzov
Bununla yanaşı Cənubi Qafqazın ortaq konstitusiyası qəbul ediləcək, mədəni muxtariyyət veriləcək və yerli dillər rus dili ilə eyni səviyyədə olacaqdı.Ancaq 1907-ci ildə çar hökuməti tərəfindən Difai təşkilatının dağıdılması və Daşnaksütyun partiyasının 500 üzvünə qarşı məhkəmə prosesinin başladılması ilə bu plan həyata keçmədi.
✍Əli Novruzov
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-19 17:31:07 | Показать пост291
0XVIII əsrin əvvəllərinə qədər hərbi-siyasi təcavüz üçün qüvvəsi olmadığından Rusiya Cənubi Qafqazla bağlı yalnız iqtisadi siyasət həyata keçirirdi.
I Pyotrun (1682-1725) dövründə bu siyasət öz istiqamətini dəyişdi. Cənubi Qafqaz regionunda Rusiya həm iqtisadi, həm də siyasi məqsədini gerçəkləşdirməyə başladı.
I Pyotr Xəzərsahili bölgələrə həm xammal mənbəyi kimi, həm də Hindistanı Qərbi Avropa dövlətləri ilə birləşdirən tranzit yolu kimi baxırdı. O bu yolu nəzarətdə saxlamağa çalışırdı. Bunun üçün isə Cənubi Qafqazın xeyli hissəsini ələ keçirmək lazım idi.Həmin dövrdə Qərbi Avropa və Rusiya dövləti ilə ipək ticarəti, demək olar ki, erməni tacirlərinin əlində idi. I Pyotr öz gələcək işğalçı planlarının həyata keçirilməsində ermənilərin məlumatlarından geniş istifadə edirdi. Ermənilər Rusiyanın C.Qafqaza olan maraqlarını nəzərə alaraq daha çox canfəşanlıq edirdilər. Onlar Rusiya hakim dairələrinə cürbəcür hədiyyələr verir, layihələr, planlar və təkliflər irəli sürürdülər. Bu yolla onların C.Qafqaza qoşun göndərməsini sürətləndirməyə çalışırdılar. Bütün bunların kökündə isə tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi və burada ermənilərə «dövlət yaradılması» məqsədi dururdu.
Erməni tacirləri, din xadimləri isə Rusiya hakimiyyət dairələri ilə yaxınlıqdan öz milli mənafeləri üçün istifadə etməyə çalışırdılar. I Pyotra göndərilən məktublarda C. Qafqazın əhalisi, iqtisadiyyatı, yolları barədə ətraflı məlumatlar verilirdi. Müxtəlif bölgələrə səpələnmiş ermənilərin sayı şişirdilirdi. Xristian olduqları üçün onların, guya, müsəlmanlar tərəfindən incidildikləri barədə uydurma xəbərlər çatdırılırdı.
1722—1723-cü illər yürüşü nəticəsində Rusiya imperiyası Xəzərsahili bölgələri ələ keçirdi. Bundan sonra C.Qafqazı bu diyarın qədim yerli əhalisi olan türk-müsəlman əhalidən təmizləyib bura erməniləri köçürmək siyasətini həyata keçirməyə başladı. Lakin çar Rusiyasının bu işğalları I Pyotrun vəfatı ilə əlaqədar uğursuzluqla nəticələndi.XVIII əsrin ikinci yarısında da Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində I Pyotr ənənələri davam etdirilirdi. II Yekaterinanın hakimiyyəti dövründə (1762— 1796) çar Rusiyasının Azərbaycan torpaqlarında xristianlaşma siyasəti daha da fəallaşdı.
XVIII əsrin ikinci yarısında baş verən Rus-Osmanlı müharibələrində Rusiya qələbə qazandı. Bu, Rusiyaya Qara dənizin şimal sərhədlərində, Şm.Qafqazda möhkəmlənməyə və Şərqi Gürcüstanın işğalını həyata keçirməyə imkan yaratdı. Rusiyapərəst siyasət yürüdən və Şimal-Qərbi Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan Kartli-Kaxetiya çarı II İrakli (1764—1798) Georgiyevsk müqaviləsini (1783) imzaladı. Beləliklə, Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. Rusiyanın Cənubi Qafqaz siyasəti daha da fəallaşdı. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmağa çalışan ermənilər fürsəti əldən verməyərək, II İrakli ilə yaxınlaşmağa başladılar.Ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq xülyası «xristian himayəçiliyi» pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın mənafeyinə uyğun gəlirdi. Yaxın Şərqi və Hindistanı işğal etmək istəyən Rusiya ermənilərin havadarı rolunda çıxış edərək onlardan bir alət kimi istifadə edirdi.
II Yekaterina hökuməti Cənubi Qafqazda «erməni dövləti» yaratmaq ideyasını reallaşdırmağa çalışırdı. Rusiya erməniləri bu torpaqlarda özünün etibarlı dayağına çevirmək istəyirdi.
Rusiyanın planlarından xəbərdar olan Ağa Məhəmməd xan Qacar onu qabaqlamaq üçün Cənubi Qafqaza yürüş etdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Şərqi Gürcüstana yürüşü Rusiyanın Cənubi Qafqaza hücum etməsi üçün bəhanə oldu. 1796-cı ilin yazında rus ordusu Cənubi Qafqaza və Azərbaycana yürüşə başladı. Rus qoşununa imperatriçənin sevimli generalı Valerian Zubov başçılıq edirdi. Lakin 1796-cı ilin noyabrında II Yekaterina qəflətən vəfat etdi. Bu vaxt Rusiyanın Qərbi Avropa ölkələri ilə münasibətləri gərginləşmişdi. Hadisələr rus qoşunlarının Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu.Beləliklə,XVIII əsrin sonlarında Cənubi Qafqazın işğal edilməsi və çarizmin öz planlarını gerçəkləşdirməsi mümkün olmadı.
Ümumi Tarix
: 1’850 | на пост: 449 | ER: 24%
Публикации Упоминания Аналитика
2023-02-19 08:30:27 | Показать пост450
0Əsl adı Həmidiyyə camisi olan binanın xalq arasında adı Ulduz camisidir. Məscid Sultan II Əbdülhəmidin göstərişi ilə 1884-86-cı illərdə inşa edilmişdir. Planı şəxsən padşah tərəfindən çəkilən tək məsciddir.
- 2.1 Elmi-tədqiqat fəaliyyəti
Comments are closed, but trackbacks and pingbacks are open.