Press "Enter" to skip to content

Topraqşünaslıq

KepezTV Player

Topraqşünaslıq

KepezTV Player

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetini bitirən 13 tələbə işlə təmin olunacaq, eləcə də bu il ali məktəbə qəbulda yüksək nəticə göstərən 17 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bilik günü münasibətilə tələbə-müəlimlərin yanında olan kənd təsərrüfatı naziri İnam Kərimov maddi-texniki bazası möhkəmlənən universitetin ölkəni ixtisaslı kadrlarla təminatı baxımından görüləcək işlərdən də danışıb. Bu il aqrar Universitetin bakalavr pilləsini fərqlənmə ilə bitirən 10 nəfər, magistr pilləsini bitirən 3 nəfər tələbə Gəncə və ətraf bölgələrin Dövlət Aqrar İnkişaf Mərkəzlərində işlə təmin olunacaq. Samirə Musayeva – məzun: ADAU-nun ekologiya Mühəndisliyi ixtisasını bu il fərqlənmə ilə bitirmişəm. İxtisasımı sevirəm. Ətraf mühitin çirklənməsinin qarşısının alınmasında ekoloji tarazlığın pozulmasının qarşısının alınması burada əsas vəzifə sayılır. Universiteti mütəxəssis olaraq bitirdim. Bu gün sevincliyəm ki, işlə təmin olunmuşam. Məhəmməd Zeynalov – məzun: ADAU-nun topraqşünaslıq və aqrokimya ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Tədris ili müddətində Türkiyədə təcrübədə olmuşam. Hazırda universitetimiz bizi işlə təmin edir. Bu onun sayəsindədir ki, cənab prezidentin qeyri neft sektoruna olan qayğısı nəticəsində biz işlə təmin olunmuşuq. Ali məktəbi bitirdikdən sonra işlə təminat gənclərin aqrar sektora olan marağını artırır. Bunun bariz nümunəsidir ki, bu il universitetin qəbul göstəricisi 98% olub. Ali məktəbin azərbaycan, rus və ingilis dili bölmələrinin bakalavriat səviyyəsinə 29 ixtisas üzrə 1292, magistratura səviyyəsinə 30 ixtisas üzrə 127 tələbə qəbul olub. 6 tələbə 600-dən yuxarı bal toplayıb. Zaur Salaov – tələbə: 640 balla aqrar universitetə qəbul oldum. İxtisasım mühasibat uçotu və auditdir. Uşaqlıqdan da hesab sahəsinə marağım vardı. Aydan Osmanova – tələbə: Bakı şəhərindən gəlmişəm. 561 bal toplayaraq aqrar universitetin baytarlıq ixtisasına daxil olmuşam. Daxil olduqdan sonra öyrəndim ki, yüksək bal toplayan uşaqlara əlavə təqaüd verirlər. Bu da məni ayrıca ruhlandırdı. İnam Kərimov kənd təsərrüfatı və digər ixtisaslar üzrə yüksək bal toplayan tələblərlə görüşdə Aqrar İnkişaf Könüllüləri hərəkatında innovativ fikirili gənclər üçün hər cür şərait yuaradıldığına diqqət çəkib. Universitetin fakültələri, laboratoriya və tədris mərkəzləri, yataqxanaları ilə tanış olan kənd təsərrüfatı naziri akademik Cəlal Əliyevin adına auditoriyanın da açılışında iştirak edib. Sonda yüksək bal toplayan tələbələr mükafatlandırılıb. Xaliq Qurbanlı

  • Baxış: 1501

Topraqşünaslıq

2018-12-09 11:24:40

“Yaşıl məktəb” pilot təhsil müəssisəsi layihəsinin icrası yekunlaşıb – FOTO

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Yaşıl məktəb – ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” layihəsi çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə yekun konfrans keçirilib. Azedu.az xəbər verir ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultanzadə və məktəbin direktor müavini Zafta Şirinova Bakıda müasir ekoloji tələblərə cavab verən, alternativ enerji mənbələri ilə tam təmin olunmuş nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılmasının əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, sentyabrdan start verilən layihənin məqsədi belə bir təhsil müəssisəsinin yaradılması, alternativ enerji meydançasının təşkili, müasir texnologiyaların tətbiqi, davamlı inkişaf naminə fasiləsiz ekoloji təhsilin həyata keçirilməsidir. Layihə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat bağının ağac və kol bitkiləri laboratoriyasının müdiri Elman Əsgərov “Fitodizayn və yaşıllaşdırma”, “Eco Solutions” MMC-nin kommersiya meneceri Süleyman Əliyev “Tullantıların utilizə edilməsi və təkrar istehsalı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nərmin Hacıyeva “Suyun qənaətlə istifadəsi”, “Provitaz” MMC-nin mühəndisi Emin Məmmədov ”Səmərəli enerji təsərrüfatı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Elnur Muxtarov “Ekoloji təmiz məhsulların yetişdirilməsi”, AMEA Topraqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Leyla Qasımova “Sağlam qidalanma”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri, Pərvin Əzizli “Ağıllı ev və ekoloji məktəb” mövzularında məruzələrlə çıxış ediblər. Konfrans qrup işləri ilə davam etdirib. Məktəblilər beş istiqamət üzrə müzakirələr apararaq, işçi qruplarda bacarıqlarını sərgiləyiblər.

Bu bölməyə aid digər xəbərlər

İngilis dili Olimpiadasının ilk mərhələsi keçirilib

2023-03-19 11:41:00

Talış kəndində 78 şagird yerlik məktəb binası tikilib

2023-03-19 10:25:00

Prezident və birinci xanım Suqovuşan məktəbində.

2023-03-19 10:12:00

100 yaşlı məktəbin yubiley tədbiri keçirilib

2023-03-17 16:57:00

Azərbaycan Linqvistika Olimpiadası keçiriləcək

2023-03-17 13:47:00

Paytaxt məktəblərində bayram şənlikləri.

2023-03-17 13:30:34

Pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər keçirilib

2023-03-16 17:23:00

Məktəblərdə bu müsabiqəyə start verilib

2023-03-16 14:52:59

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb

2023-03-16 12:01:00

Əməkdar jurnalist məktəblilərlə görüşüb

“Yaşıl məktəb – ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi”

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Yaşıl məktəb – ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi” adlı layihə ilə bağlı məktəblilər üçün yekun konfrans keçirilib.

Sentyabr ayından etibarən start verilən layihənin əsas məqsədi nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılması, alternativ enerji meydançasının təşkili, müasir texnologiyaların tətbiqi, davamlı inkişaf naminə fasiləsiz ekoloji təhsilin həyata keçirilməsi, məktəblilərin gələcəkdə cəmiyyətə inteqrasiyası və müstəqil fəaliyyətə cəlb olunması üçün zəmin yaradılması, onlarda ekoloji, sosial və iqtisadi cəhətdən dayanıqlı təsərrüfatçılıq səriştələrinin inkişaf etdirilməsindən ibarət olub. Bu layihə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Bakı şəhəri üzrə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı üzrə 40 ümumtəhsil məktəbində fəaliyyət göstərən ekoklub dərnəklərinin lider və köməkçiləri iştirak ediblər.

Konfransı giriş nitqi ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultan-zadə və məktəbin direktor müavini Zafta Şirinova açıq elan ediblər. Onlar Bakı şəhərində müasir ekoloji tələblərə cavab verən alternativ enerji mənbələri ilə tam təmin olunmuş nümunəvi ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsinin yaradılmasının əhəmiyyəti haqqında danışıblar.

Daha sonra müxtəlif dövlət və özəl qurumlardan konfransa dəvət olunmuş ekspertlər, öz təqdimatları ilə çıxış ediblər. AMEA mərkəzi Nəbatət bağı “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri Elman Əsgərov “Fitodizayn və yaşıllaşdırma”, “Eco Solutions” MMC-nin kommersiya meneceri Süleyman Əliyev “Tullantıların utilizə edilməsi və təkrar istehsalı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nərmin Hacıyeva ”Suyun qənaətlə istifadəsi”, “Provitaz” MMC-nin mühəndisi Emin Məmmədov ”Səmərəli enerji təsərrüfatı”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Elnur Muxtarov “Ekoloji təmiz məhsulların yetişdirilməsi”, AMEA Topraqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Leyla Qasımova “Sağlam qidalanma”, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri, Pərvin Əzizli “Ağıllı ev və ekoloji məktəb” mövzularında geniş məruzə ediblər.

Konfrans öz işini enerjiyə qənaət, suya qənaət, yaşıl dizayn, yaşıl bufet, tullantılar bölmələri üzrə qrup işləri ilə davam etdirib. Məktəblilər beş istiqamət üzrə müzakirələr apararaq, işçi qruplar ilə hazırladıqları təqdimatlarla çıxış ediblər. Yeni təkliflərlə çıxış edən ekoklub liderləri və köməkçiləri iştirakçılar tərəfindən böyük maraqla dinlənilib.

Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub. Ümumilikdə konfransda 100 nəfər şagird iştirak edib.

Comments are closed, but trackbacks and pingbacks are open.