Press "Enter" to skip to content

Torpaq: xüsusiyyətləri, əmələ gəlməsi, tərkibi, təbəqələri, növləri

Salam.Ev tikmək üçün torpaq aldım.Yaşayış evləri arasənda, dörd tərəfdən hasarlanmış bu torpaq sahəsi sahibkarlıq təyinatlıdır.Mən həyətyanı təyinatlı etmək üçün ilk növbədə hara müraciət etməliyəm.

§ 86.Torpaqların iqtisadi qiymətləndirilməsi

§ 86.Torpaqların iqtisadi qiymətləndirilməsi

Dövlət torpaq kadastrının ən əhəmiyyətli tərkib hissəsi torpaqların (torpaq yerinin) iqtisadi
qiymətləndirilməsidir. Torpaqların iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatında əsas istehsal vasitəsi olan
torpaq yerinin münbitliyinin iqtisadi göstəricilər əsasında səciyyələndirilməsidir.
Torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsi arasında çox sıx əlaqə mövcuddur; hər
iki tədbir torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına, torpaqların kəmiyyət və keyfiyyətcə uçotuna,
torpaq tədqiqat materiallarına və torpaqların istehsal göstəricilərinə dair statistik məlumatlara istinad edir.
Torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsi torpaq yerinin istehsal qabiliyyətinin
müəyyən edilməsinin vahid prosesi kimi çıxış edir. Belə ki, torpağın təbii və qazanılmış xassələri, torpaq yerinin
məkanı və texnoloji xüsusiyyətləri, həmçinin istehsalın intensivliyi əkinçi əməyinin məhsuldarlığına həm eyni
vaxtda və həm də qarşılıqlı surətdə təsir göstərir.
Torpaqların iqtisadi qiymətləndirilməsinin torpaqların bonitirovkasından əsas fərqi odur ki, torpaqların
bonitirovkası torpağı təbiət cismi kimi, kənd təsərrüfatı istehsalının iqtisadi şəraitini nəzərə almadan öyrənir.
Torpaqların iqtisadi qiymətləndirilməsi zamanı isə torpaq yeri kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi
götürülür. Ona görə də torpaqların iqtisadi qiymətləndirilməsi torpaq yerlərinin keyfiyyətindəki fərqləri, iqtisadi
münbitlik nöqteyi-nəzərindən əkinçilikdə əldə edilmiş intensivliyin səviyyəsinə uyğun olaraq kifayət qədər

255
dəqiqliklə əks etdirilməlidir. Bu cür qiymətləndirmə yerli təbii və istehsal şəraiti, sahənin yeri, kənd təsərrüfatı
məhsullarını əldə etməkdən ötrü sərf edilmiş əmək və vəsaitlər nəzərə alınmaqla aparılır. Lakin bununla
torpaqların iqtisadi qiymətləndirilməsinin vəzifəsi bitmir. Torpaqların iqtisadi qiymətləndirilməsi təkcə kənd
təsərrüfatı təyinatlı torpaqların deyil, bütün vahid torpaq fondundan səmərəli istifadənin vacibliyini nəzərə
almalıdır.
Torpaqların bonitirovkasında torpağın bonitet balı torpağın sırf təbii və qazanılmış xassə və tərkibləri
əsasında tapılırsa, torpağın iqtisadi qiymət göstəricilərinin formalaşmasına onun istehlak bazarına, sənaye
mərkəzlərinə və nəqliyyat qovşaqlarına yaxınlığı və digər amillər də təsir göstərir. Torpaqların iqtisadi
qiymətləndirilməsinin obyekti, dövlət torpaq kadastrında olduğu kimi, müxtəlif kateqoriyalardan olan torpaqlar
və kənd təsərrüfatı yerləri (uqodiyalarla) ilə təmsil olunmuş, vahid torpaq fondudur. Torpağın iqtisadi
qiymətləndirilməsinin predmeti isə torpağın iqtisadi münbitliyidir. Münbitlik nöqteyi-nəzərindən torpaq yeri və
torpaq anlayışları eynidir. Fərq yalnız, qeyd edildiyi kimi, torpaqla müqayisədə torpaq yerinin daha geniş
anlayış olmasıdır.
Torpaq kadastrında torpağa vahid məfhum – torpaq münbitliyinin daşıyıcısı və qiymətləndirmənin predmeti
kimi baxılır. Çünki torpaqların bonitirovkası mərhələsində təbii münbitliyin qiymətləndirilməsi həyata keçirilir,
sonra torpaqların iqtisadi qiymətləndirilməsi mərhələsində obyektiv iqtisadi amillər (təsərrüfatın səviyyəsi və
ixtisaslaşması, kənd təsərrüfatı yerlərinin strukturu və s.) nəzərə alınmaqla iqtisadi münbitliyin səviyyəsi
müəyyən edilir. Bununla da torpaq-qiymətləndirmə məlumatlarının ardıcıllığı təmin edilir.
Torpaq-qiymətləndirmə işləri zamanı torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin eyni
taksonomik vahidlər üzrə aparılması vacibdir. Respublikamızda torpaqların bonitirovkası (yekun bonitet şkalası
qurularkən) torpaq növmüxtəliflikləri, torpaqların iqtisadi qiymətləndirilməsi isə torpaqların aqroistehsalat
keyfiyyət qrupları üzrə aparılır. Lazımi məlumatların kifayət qədər olduğu hallarda torpaqların iqtisadi
qiymətləndirilməsində taksonomik vahid kimi torpaq növmüxtəliflikləri götürülə bilər.
Torpaqların iqtisadi qiymətləndirilməsində qiymət göstəricilərinin düzgün seçilməsinin böyük əhəmiyyəti
vardır. Onlar obyektiv olmalı və müəyyən praktiki əhəmiyyət kəsb etməlidir. Yalnız bu halda torpaqların
iqtisadi qiymətləndirilməsi istehsalatda özünün geniş tətbiqini tapa bilər. Qiymət göstəricilərinin hesablanması
suvarılan və suvarılmayan torpaqlar üçün ayrı-ayrılıqda hesablanır.
Torpaqların iqtisadi qiymətləndirilməsi fərdi və ümumi olur. Torpaqların fərdi iqtisadi qiymətləndirilməsi
müxtəlif torpaqlarda konkret kənd təsərrüfatı bitkilərinin becərilməsinin səmərəliliyini təyin edir. Ona görə də
torpaqların fərdi iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına, məsarif ödənişinə və
differensial gəlirə görə aparılır.
Torpaqların ümumi iqtisadi qiymətləndirilməsi münbitliyin obyektiv göstəricilərini və torpaqdan istifadənin
effektivliyini xarakterizə edən göstəriciləri təyin edir. Torpaqların ümumi iqtisadi qiymətləndirilməsi ümumi
məhsulun dəyərinə, məsarif ödənişinə və differensial gəlirə görə aparılır.
İqtisadi nöqteyi-nəzərdən torpaq yerinin keyfiyyəti torpağın münbitliyinə görə müəyyən edilir. Torpaqların
münbitliyindəki fərqlər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında fərqlərin yaranmasına səbəb olur. Bununla
da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı torpaqların iqtisadi qiymətləndirilməsində əsas göstərici kimi çıxış
edir. Bu göstərici əsasında torpaq yerlərinin keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək mümkündür.
Torpaqların iqtisadi qiymətləndirilməsi üçün seçilmiş kənd təsərrüfatı bitkilərinin tərkibi torpaq-kadastr rayonu
üçün səciyyəvi olmalıdır.
Torpağın qiymət göstəricisi kimi məhsuldarlığın kənd təsərrüfatı istehsalının bir sıra məsələlərinin həllində
böyük əhəmiyyəti vardır. Lakin o yalnız müxtəlif keyfiyyətli torpaqlara eyni miqdarda xərc qoyulduğu şəraitdə
torpaqların keyfiyyətini əks etdirir.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı əsasında torpaq yerlərinin iqtisadi qiymətləndirilməsinin çətinliyi
ayrı-ayrı bitkilərin və bitki qruplarının məhsuldarlığının torpağın keyfiyyəti haqqında məlumat verə bilməməsi
ilə əlaqədardır. Bəzən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yem vahidləri (örüş yerlərini çıxmaqla) ilə
əvəz etmək cəhdləri də müəyyən çətinliklər yaradır. Məhsuldarlığın obyektiv göstəriciləri olan ümumi məhsulun
dəyəri və differensial gəlir artıq praktikada öz üstünlüklərini göstərmişdir.
Ümumi məhsulun dəyəri əkinlərin sahəsi, məhsuldarlığı və qiyməti nəzərə alınmaqla bütün bitkilər üzrə
müəyyən edilir. Torpaq yerlərinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsulun dəyəri
vasitəsilə ifadə edilmiş göstəricisi eyni miqdar məsariflər şəraitində torpağın iqtisadi münbitliyinin mütləq
səviyyəsini xarakterizə edir.
Torpaqların iqtisadi qiymətləndirilməsi zamanı müxtəlif keyfiyyətli torpaq yerlərindən əldə edilmiş
məhsuldarlığın və ümumi məhsulun dəyərinin istehsal məsariflərinin öyrənilməsi zəruridir. Nəzərə almaq
lazımdır ki, yalnız eyni miqdar istehsal məsarifləri şəraitində formalaşmış məhsuldarlıq və ümumi məhsulun
dəyər göstəriciləri torpağın keyfiyyətini düzgün əks etdirə bilər.
Ümumi məhsulun dəyəri aşağıdakı düstur əsasında tapılır:

D = (M
1
A
1
P
1
+ . M
2
A
2
P
2
+. M
n
A
n
P
n
): P
1
+P
2
+. P
3

Burada: D – ümumi məhsulun dəyəri; M
1
, M
2
, . M
n
– kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; A
1
, A
2,
. A
n
– məhsulun dövlət satınalma qiyməti (keçmiş metodikalarda kadastr qiyməti); P
1
, P
2
. P
n
– kənd təsərrüfatı
bitkilərinin sahəsi
Məsarif ödənişi torpaqların iqtisadi qiymətləndirilməsi zamanı təsərrüfatçılığın bərabər iqtisadi şəraitində,
torpaq yerinin münbitliyinin çox əhəmiyyətli göstəricisidir. O, eyni keyfiyyətli torpaq yerlərində əkinçiliyin
intensivliyindən asılı olaraq iqtisadi münbitliyin səviyyəsini səciyyələndirmək üçün olduqca əlverişlidir. Məsarif
ödənişi aşağıdakı düstur vasitəsilə təyin edilir:
MÖ = D / M
f

Burada: MÖ – məsarif ödənişi; D – ümumi məhsulun dəyəri; M
f
– ümumi xərclər.
Yaxşı və pis torpaqlarda kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyi özünü təmiz gəlir formasında
göstərir. Torpaq yerlərinin təmiz gəliri həmin sahələrdən alınan ümumi məhsulun dəyərindən onun
alınmasından ötrü sərf olunmuş istehsal xərclərini çıxmaqla tapılır. Differensial gəlir təmiz gəlirin əlavə
hissəsidir. Əslində differensial gəlir pis torpaq yerləri ilə müqayisədə yaxşı keyfiyyətli torpaq yerlərində daha
məhsuldar əmək hesabına yaradılmış təmiz gəlirdir. O, nisbi münbitliyin kəmiyyət səciyyəsi olub,
qiymətləndirilən torpaqlarda az məhsuldar torpaqlarla müqayisədə məsariflərə qənaətin həcmini ifadə edir.
Torpaq yerlərinin iqtisadi qiymətləndirilməsində meyar kimi götürülən differensial gəlir aşağıdakı düstur
vasitəsilə tapılır:

DG = (AQ – FQ) x U

Burada: DG – differensial gəlir, man/ha; AQ – məhsulun alış qiyməti, man/ha; FQ – məhsulun fərdi
qiyməti, man /ha; U – bazis məhsuldarlıq, sen/ha.
Differensial gəlirin tapılması üçün çox əhəmiyyətli göstərici olan məhsulun fərdi qiyməti (FQ) aşağıdakı
düstur əsasında tapılır:

FQ = M x (Rn + 100):100

Burada, FQ – məhsulun fərdi qiyməti, man/sent; M – məhsulun maya dəyəri; Rn – rentabelliyin normativ
səviyyəsi.
Məhsulun fərdi qiyməti hesablanarkən istifadə edilən rentabelliyin normativ səviyyəsi 45% -dən az
olmamaq şərtilə bütün kənd təsərrüfatı bitkiləri üçün eyni qəbul edilir. Bu göstəriciyə görə əldə edilmiş
differensial gəlir ən təmiz gəlir hesab olunur.
Beləliklə, torpaq yerlərinin iqtisadi qiymətləndirilməsində ilkin məlumat kimi 1 hektar sahədən alınan
məhsulun miqdarı və bu məhsulun istehsalına sərf olunmuş məsariflər götürülür. Bu göstəricilər əsasında
istehsalın səmərəliyini xarakterizə edən göstəricilər – ümumi məhsulun dəyəri, məsarif ödənişi, təmiz və
differensial gəlir hesablanır.
Əldə edilmiş göstəricilər əsasında torpaq kadastr (qiymət) rayonlarının torpaq yerlərinin iqtisadi qiymət
şkalaları tərtib edilir. Şkala torpağın keyfiyyətini səciyyələndirən müxtəlif göstəricilər üzrə qurulur. Şkalada
əkinçilikdə intensivliyin səviyyəsi istehsal məsariflərinin ölçüsünə görə, istehsalın səmərəliliyi – məsarif
ödənişi, gəlirli olması – differensial gəlirin həcminə görə müəyyən edilir.
Hesablamalar torpaq (keyfiyyət) qrupları üzrə əkin üçün ümumi, kənd təsərrüfatı bitkiləri (taxıl, üzüm,
kartof və s.) üçün fərdi qiymətləndirmə şkalaları qurulmaqla aparılır.
Torpaqların normativ (pulla) qiymətinin müəyyən edilməsi həm torpaq istifadəçilərini, həm də dövləti
maraqlandıran məsələdir. Respublikamızda torpaq islahatından sonra təşəkkül tapmaqda olan yeni torpaq-
mülkiyyət münasibətləri bu məsələni daha vacib etmişdir. Belə ki, torpaqların alqı-satqısı, girov qoyulması,
bağışlanması, vərəsəlik yolu ilə verilməsi və digər hallarda onun normativ qiymətləndirilməsinə ehtiyac
yaratmışdır.
Torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsindən fərqli olaraq respublikamız da daxil olmaqla
keçmiş Sovetlər İttifaqında torpaqların normativ qiymətləndirilməsi sahəsində kifayət qədər təcrübə olmamışdır.
Keçən əsrin 20-30-cu illərində torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinə qoyulmuş qadağalar
50-60-cı illərdə onların geniş öyrənilməsi və tətbiqi ilə əvəz edilsə də, torpaqların normativ (pulla)
qiymətləndirilməsi problemi yalnız keçən əsrin 70-80-ci illərində mütəxəssisləri narahat etməyə başladı və bu
sahədə konkret addımlar atmağa təhrik etdi. Bununla belə o dövrdə bu istiqamətdə aparılan araşdırmalar dövrün
siyasi-iqtisadi və ictimai mühitindən doğan məhdudiyyətlər çərçivəsində aparılır, bəzi mütəxəssislər tərəfindən
sosializm cəmiyyətində torpağın ümumxalq mülkiyyətində olması səbəbindən dəyərsizliyi və onun alqı-satqı
obyekti olmaması fikri irəli sürülür. Bununla belə, 70-90-cı illərdə bəzi tədqiqatçılar öz araşdırmalarında dəyərli
nəticələr əldə edə bilirdilər.

257
Rus tədqiqatçısı V.İ.Andropovun (1989) nəzərincə, torpaq kadastr tədbiri kimi torpaq istifadəçilərinin
qeydiyyatı, torpaqların kəmiyyət uçotu, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin ardınca onun
pulla qiymətləndirilməsi tədbiri həyata keçirilməlidir.
Torpaqların pulla qiymətləndirilməsi məsələsi ilk dəfə S.D.Çeryomuşkin (1967) tərəfindən tədqiq
edilmişdir. O, bir hektar əkinəyararlı torpağın qiymətini müəyyən etməkdən ötrü iki mərhələli qiymətləndirmə
qaydası təklif etmişdir: birinci mərhələdə, müəllif 1 hektar kənd təsərrüfatı yerinin (uqodiyanın) qiymətini (P)
tapmağı və bundan ötrü aşağıdakı düsturdan istifadə etməyi təklif edir:
P = TG x Ə
Burada, P – 1 hektar kənd təsərrüfatı yerinin (uqodiyanın) qiyməti, rubl; TG – 1 hektar kənd təsərrüfatı
yerindən əldə edilmiş təmiz gəlir, rubl/ha; Ə – təmiz gəlirin “kapitallaşma” əmsalı (əsas istehsal vasitələrinin
kənd təsərrüfatında işlədilmə müddəti orta hesabla 20 ilə bərabər götürüldüyü üçün Ə = 20).
Bu mərhələdə həmçinin təmiz gəlirin balla ifadə edilmiş nisbi qiyməti (B) və respublika üzrə kənd
təsərrüfatı yerinin (uqodiyanın) təmiz gəlirə görə ümumi qiymət balı (B
or
) tapıldıqdan sonra II mərhələdə
müəllif bilavasitə 1 hektar torpaq sahəsinin qiymətini tapmaqdan ötrü aşağıdakı düsturdan istifadə etməyi təklif
edir:

T = (P x B): B
or

Burada: T – 1 hektar torpağın qiyməti, rubl/ha; P – 1 hektar kənd təsərrüfatı yerinin (uqodiyanın) qiyməti,
rubl/ha; B – təmiz gəlirin balla ifadə edilmiş nisbi qiyməti; B
or
– təmiz gəlirə görə ümumi qiymət balı.
Torpağın pulla ifadə edilmiş qiymətini tapmaqdan ötrü tədqiqatçılar tərəfindən müxtəlif göstəricilər təklif
edilmişdir: torpaqların aqroistehsalat (keyfiyyət) qruplarından əldə edilən təmiz gəlir (rubl/ha) və kapitallaşma
(%) norması (A.Y.Boruk,1972), differensial gəlir (E.S.Kornouxova, 1977), differensial gəlir və bank kredit
norması (V.M.Qabov, 1966), orta gəlir norması (M.Q.Rotqauz, 1967).
Lakin keşən əsrin 90-cı illərinin əvvələrində torpağın pulla ifadə edilmiş qiyməti tapılarkən torpağın
keyfiyyətinin nəzərə alınması fikri daha tez-tez səslənirdi. Bu sahədə İ.İ.Karmanov (1990) və
Q.Ş.Məmmədovun (1990) tədqiqatları diqqəti daha çox cəlb edir. İ.İ.Karmanovun nəzərincə, torpağın pulla
ifadə edilmiş qiyməti iki göstərici əsasında formalaşmalıdır: 1) ərazinin konkret ekoloji şəraiti nəzərə alınmaqla
torpağın potensial münbitliyinin göstəricisi olan bonitet balı (TEi) və 2) bitkiçilikdən əldə edilən orta illik təmiz
gəlir əsasında alınmış torpağın tarif kateqoriyası.
Bu metodla torpağın qiyməti aşağıdakı düsturdan istifadə edilməklə tapılırdı:
T
q
= TEi x K
t

Burada, T
q
– 1 hektar torpağın pulla qiyməti; Tei – torpaq-ekoloji indeks (balla); K
t
– 1 hektar torpağın tarif
kateqoriyası.
İ.İ.Karmanovun hazırladığı torpaq-ekoloji indeksi (Tei) təkcə torpağın potensial göstəricilərini deyil,
ərazinin digər ekoloji amillərini də özündə əks etdirir:
_10_0__(RƏ_–_0,02)_:_(RƏ_+_100)’>TEİ = 12,5 · (2-p) ·n·∑ T > 10
0
(RƏ – 0,02) : (RƏ + 100)

Burada, TEİ – torpaq-ekoloji indeksi; p – torpağın bir metrlik qatdakı sıxlığı, qr/sm
2
; “2” – torpağın
maksimal saxlığı; n – bir metrlik qatdakı torpağın “faydalı həcmi”; RƏ – rütubətlənmə əmsalı; KƏ –
kontinentallıq əmsalı; ∑ T > 10
0
– 10
0
C –dən yuxarı temperaturların cəmi;
Torpaqların pulla qiymətləndirilməsinə dair İ.İ.Karmanov metoduna yaxın qiymətləndirmə qaydaları
V.N.Li (1990) tərəfindən irəli sürülmüşdür. O, suvarılan pambıqaltı torpaqları qiymətləndirməkdən ötrü
aşağıdakı düsturu təklif etmişdir:

P = B x (40:100) x K x D x A

Burada, P – 1 hektar pambıqaltı torpağın qiyməti; B – torpağın bonitet balı; 40 – etalon torpaqdan (100 bal)
alınan orta maksimal məhsuldarlıq (sen/ha); K – əla keyfiyyətli 1 ton pambığın alış qiyməti; D – pambıq-yonca
əkin dövriyyəsinin müddəti (il); A – icarə müddəti.
Qeyd etmək lazımdır ki, istər İ.İ.Karmanov, istərsə də digər mütəxəssislərin tədqiqatlarında torpaq alğı-
satqı obyekti kimi götürülmür və ona konkret bazar qiyməti olan istehsal vasitəsi kimi baxılmırdı. Bununla belə,
bu müəlliflərin torpaqların normativ (pulla) qiymətləndirilməsi üçün təklif etdikləri metodlar bütövlükdə müsbət
dəyərləndirilməlidir. Bu mövqedən çıxış edərək Q.Ş.Məmmədov (1990) Azərbaycan torpaqlarının qiymət
şkalasını tərtib etmişdir.
Lakin keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən respublikamızda torpaq islahatlarının həyata
keçirilməsi nəticəsində torpaq-mülkiyyət münasibətlərinin dəyişməsi torpaqların normativ qiymətləndirilməsini
aktuallaşdırmışdır. Hazırda respublikamızda torpaqların normativ qiymətinin müəyyən edilməsinin vahid
sistemi işlənmişdir. Bu sistemə uyğun olaraq 1hektar torpağın normativ qiyməti torpaqların (əkin, dincə

258
qoyulmuş və çoxillik əkmələr üçün) aqroistehsalat (keyfiyyət) qrupları üzrə tapılmış differensial gəlirləri
(man/ha) bir insan nəslinin orta ömür müddətinə (100 il) vurulmaqla tapılır:

N = Dr x 100

Burada, N – torpağın normativ qiyməti; Dr – aqroistehsalat (keyfiyyət) qrupundan alınan differensial gəlir;
100 – bir insan nəslinin orta ömrü.

Əkin, dincə qoyulmuş və çoxillik əkmələraltı torpaqlardan fərqli olaraq biçənəklərin, kəndətrafı örüşlərin,
yay və qış otlaqlarının normativ qiyməti həmin torpaqlarda aparılmış geobotaniki tədqiqatların nəticələri
əsasında bitki formasiyaları üzrə müəyyən edilmiş məhsuldarlığa görə hesablanır.
Respublikamızda torpaqların normativ qiymətinin müəyyən edilməsinin bu qaydası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qərarda
torpaqların normativ qiymətinin ərazi-əhatə vahidləri – 25 kadastr qiymət rayonu və 3 kadastr qiymət
yarımrayonu da göstərilmişdir.
Azərbaycanın torpaq-kadastr (qiymət) rayonlarının fərqli relyef-iqlim, torpaq və təsərrüfat şəraiti ilə
əlaqədar torpaqların normativ qiymətində konkret ərazilər üçün düzəlişlərin edilməsi tələb olunur. Bundan ötrü
kadastr (qiymət) rayonları və yarımrayonlarına daxil olan inzibati rayonların torpaqlarının normativ qiymətini
hesablamaq üçün təshih əmsalları hazırlanmışdır.

§ 87. Respublika ərazisinin təbii-kənd təsərrüfatı və torpaq-kadastr rayonlaşdırılması

Torpaqların obyektiv qiymətləndirilməsinin vacib şərti təbii və iqtisadi amillərin dəqiq uçotunun
aparılmasıdır. Respublikamızın hüdudlarında, xüsusən də dağlıq ərazilərdə torpaq-iqlim, relyef və digər
amillərin dəyişkənliyi kənd təsərrüfatı istehsalına, o cümlədən təsərrüfat yerlərinin məhsuldarlığına və torpaq
örtüyünün münbitlik göstəricilərinə güclü təsir göstərir.
Böyük ərazilərdə (respublika miqyasında, təbii-coğrafi vilayətlərdə) kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığına və istehsalın səmərəliliyinə təsir göstərən ən böyük təbii amil iqlimdir. İqlim torpaq örtüyünün
zonallığına, onun münbitlik göstəricilərinin ərazi daxilində dəyişkənliyinə təsir göstərir. Bununla belə, torpağın
münbitlik göstəriciləri aqrotexniki, meliorativ və digər tədbirlər vasitəsilə dəyişdirildiyi, yaxşılaşdırıldığı halda,
iqlim göstəriciləri idarəolunmazdır.
İqlim şəraitinin uçota alınmasının ən mükəmməl forması ərazinin təbii-iqlim rayonlaşdırılmasıdır. Ərazinin
təbii iqlim rayonlaşdırılmasında aşağıdakı iqlim göstəriciləri ucota alınır: ərazinin istiliklə təmin olunması (5
0
,
10
0
, 15
0
-dən yuxarı temperaturların cəmi), yağıntılar (orta illik, vegetasiya dövründə), iqlimin kontinentallıq
dərəcəsi (KƏ), bitkinin qışlama şəraiti, təbii bitki örtüyünün xüsusiyyətləri, ərazinin relyefi, əlverişsiz iqlim
təzahürlərinin (leysan yağışları, dolu və s.) təkrarlığı və s.
Tədqiq edilən ərazi kiçildikcə və rayonlaşdırılan ərazidə müxtəliflik azaldıqca, torpaq örtüyünün uçotu daha
çox əhəmiyyət kəsb edir. Respublikamızın ərazisinin sahəcə kiçikliyinə baxmayaraq, qeyd edildiyi kimi, zəngin
torpaq-iqlim şəraiti və mürəkkəb relyef quruluşu burada həm iri, həm də kiçik ərazi vahidləri daxilində
rayonlaşdırma aparmağa imkan verir.
Kənd təsərrüfatı bitkilərinin tələbi baxımından təbii amillərin uçota alınmasının ən çox sınaqdan çıxmış
forması ərazinin təbii-kənd təsərrüfatı rayonlaşdırılmasıdır. Respublika ərazisinin təbii-kənd təsərrüfatı və
torpaq-kadasr rayonlaşdırılması sahəsində tədqiqatlara keçən əsrin 80-ci illərində başlanmışdır. Bu sahədə ilk
tədqiqat işi H.Ə.Əliyev və B.T.Nəzərovaya (1980) məxsus olmuşdur. Müəlliflər Azərbaycan Respublikası
daxilində təbii-kənd təsərrüfatı rayonlaşdırılmasının aşağıdakı taksonomik vahidlərini ayırmışlar:

təbii – kənd təsərrüfatı qurşağı;

təbii – kənd təsərrüfatı zonası;

təbii – kənd təsərrüfatı əyaləti;

təbii – kənd təsərrüfatı dairəsi;

təbii – kənd təsərrüfatı rayonu;
Təbii-kənd təsərrüfatı qurşağı təbii-kənd təsərrrüfatı rayonlaşdırılmasının ən yüksək vahidi olub, kənd
təsərrüfatı istehsalına münasibətdə kompleks təbii şəraiti səciyyələndirir. Təbii-kənd təsərrüfatı qurşağında
başlıca göstərici torpaq və bitki örtüyünün zonal tiplərinə uyğun olaraq ərazinin istilik və nəmliklə təminatıdır.
Qurşaq kənd təsərrüfatı istehsalının tipini müəyyən edən kompleks şəraitlərə görə yarımqurşaqlara da bölünə
bilər.
Təbii-kənd təsərrüfatı zonası – təbii-kənd təsərrüfatı rayonlaşdırılmasının əsas vahididir. O, bitkilərin
vegetasiya dövründə istilik və nəmliyin müəyyən balansı ilə səciyyələnir. Burada torpaqəmələgəlmənin və
bitkilərin mineral qidalanmasının xüsusiyyətləri, həmçinin aqrotexniki və meliorativ tədbirlərin müəyyən
strukturu da nəzərə alınır. Zonanın kompleks təbii şəraiti kənd təsərrüfatının zonal tipini müəyyən edir.

259
Təbii-kənd təsərrüfatı əyaləti – təbii-kənd təsərrüfatı daxilində ayrılır. Bu taksonomik vahid əsasən
aqroiqlim və torpaq-bioloji göstəriciləri ilə səciyyələnir.
Təbii-kənd təsərrüfatı dairəsi – ərazinin geomorfoloji xüsusiyyətlərinə, müxtəlif qranulometrik, şorlaşma,
şorakətləşmə tərkibli torpaqların nisbətinə, makro- və mikroiqlim xüsusiyyətlərinə görə ayrılır. Təbii-kənd təsər-
rüfatı dairəsinin kənd təsərrüfatı üçün müəyyən tərkibli kənd təsərrüfatı bitkilərinin becərilməsi, aqrotexnikanın
tipi, kənd təsərrüfatı yerlərinin nisbəti və mənimsənilməsi, həmçinin meliorasiyanın müəyyən növü və s.
səciyyəvidir.
Təbii-kənd təsərrüfatı rayonu – dairənin bir hissəsi olub, kənd təsərrüfatı istehsalının yerləşdirilməsini təyin
edən müəyyən kompleks təbii və iqtisadi şəraitlərlə səciyyələnir. Rayonun xüsusiyyətləri becərilən bitkilərin
növ tərkibini, ixtisaslaşmanın dar çərçivəsini müəyyən edir.
Yuxarıda deyilənləri nəzərə alaraq, müəlliflər Azərbaycan Respublikası daxilində iki təbii-kənd təsərrüfatı
qurşağını ayırmışlar: isti-subtropikisti.
İsti-subtropik qurşaq 3 zonanı, 3 əyaləti, 5 dairəni və 13 təbii-kənd təsərrüfatı rayonunu əhatə etməklə
Azərbaycan Respublikası ərazisinin 54,5%-ni və ya 4705,6 min hektar sahəni tutur.
İsti-subtropik qurşaq 3 zonaya – Subtropik dağətəyi-yarımsəhra, Kolluqlu-bozqır-quru meşə və Rütubətli
subtropik meşə zonasına ayrılmışdır. Bu zonaların hər biri Azərbaycan şəraitində müəyyən təbii-kənd təsərrüfatı
əyalətlərinin sərhədləri ilə üst –üstə düşür:
Subtropik dağətəyi-yarımsəhra zonası Kür-Araz əyaləti
Kolluqlu-bozqır-quru meşə zonası Şərqi Zaqafqaziya əyaləti
Rütubətli subtropik meşə zonası Cənubi Azərbaycan əyaləti
Əyalətlər öz növbəsində 5 dairəyə bölünmüşdür: Şirak-Muğan, Yevlax-Bakı, İori-Alazan, Şirak və
Lənkəran.
Cədvəl 77
Azərbaycanın təbii-kənd təsərrüfatı rayonlaşdırılması
(H.Əliyev, B.Nəzirova, 1980)
Zona
Əyalət Dairə Rayon

1 2 3 4
İsti subtropik qurşaq
Subtropik
dağətəyi-
yarımsəhra
Kür-Araz
Şirak -Muğan
Şirvan
Mil-Qarabağ
Muğan -Salyan
Yevlax-Bakı Abşeron-Qobustan
Mingəçevir-Ağsu
Yevlax-Ağdam
Təzəkənd-Cəlilabad
Zəngilan-Füzuli
Kolluqlu-bozqır-
quru meşə
Şərqi
Zaqafqaziya
İori-Alazan Alazan-Həftəran
Acınohur
Şirak Ceyrançöl
Qazax-Naftalan
Rütubətli
subtropik meşə
Cənubi
Azərbaycan
Lənkəran Lənkəran-Astara
İsti qurşaq
Talış dağlıq və
dağətəyi
Talış dağ-
rütubətli meşə
Talış-Diabar Zuvand-Diabar
Lerik -Yardımlı
Qafqaz-Krım
dağlıq və
dağətəyi
Böyük Qafqaz
dağ-çəmən-meşə
Yüksək dağlıq Babadağ-
Tipovrovskiy
Babadağ-Şahdağ
Dağ quru-meşə
cənub
Balakən –Lahıc
Dağ quru-meşə
şimal-şərq
Qusar-Xaltan
Xaçmaz-Dəvəçi
Şamaxı-Altıağac
Kiçik Qafqaz
dağ-çəmən-meşə-
bozqır
Yüksək dağlıq Gamış-Şahdağ
Dəlidağ-Böyük Kirs
Zəngəzur-Qapıcıq

260
1 2 3 4
Quru-meşə
şimal-şərq
Daşkəsən-Gədəbəy
Qarabağ
Bozqır cənub-
qərb
Laçın-Qubadlı
Naxçıvan dağ-
vadi
Şahbuz-Paraqaçay
Şərur-Ordubad

Şirak-Muğan dairəsi daxilində 3 rayon: Şirvan, Mil-Qarabağ, Muğan-Salyan; Yevlax-Bakı dairəsi daxilində
5 rayon: Abşeron-Qobustan, Mingəçevir-Ağsu, Yevlax-Ağdam, Zəngilan-Füzuli, Təzəkənd-Cəlilabad; İori-
Alazan dairəsi daxilində 2 rayon: Alazan-Həftəran, Acınohur; Şirak dairəsi daxilində 2 rayon: Ceyrançöl,
Qazax-Naftalan; Lənkəran dairəsi daxilində 1 rayon: Lənkəran-Astara
İsti qurşaq 2 zonanı, 3 əyaləti, 8 dairəni və 16 təbii-kənd təsərrüfatı rayonunu əhatə etməklə Azərbaycan
Respublikası ərazisinin 45,4 %-ni və ya 3928,6 min hektar sahəsini tutur. Müəlliflər isti qurşaq daxilində Talış
və Qafqaz-Krım dağ vilayətlərini, 3 əyaləti – Talış dağ-rütubətli meşə, Böyük Qafqaz dağ-çəmən-meşə, Kiçik
Qafqaz dağ-çəmən-meşə-bozqır ayırmışlar. Talış əyaləti daxilində yalnız bir dairə – Talış-Diabar dairəsi
müəyyən edilmişdir.
Böyük Qafqaz əyaləti daxilində 3 dairə – yüksək dağlıq, dağ-quru-meşə cənub, dağ quru-meşə şimal-şərq
dairəsi ayrılmışdır. Eynilə Kiçik Qafqaz əyaləti daxilində yüksək dağlıq, quru meşə şimal-şərq, bozqır cənub-
qərb və Naxçıvan dağ-vadi dairələri müəyyən edilmişdir.
Dairələr daxilində rayonlar ayrılmışdır. Talış-Diabar dairəsində 2 rayon ayrılmışdır – Zuvand-Diabar və
Lerik-Yardımlı.
Böyük Qafqazın yüksək dağlığında iki rayon ayrılmışdır: Babadağ-Tipovrossovskiy və Babadağ-Şahdağ.
Digər dairələrdə də bölgü aşağıdakı kimi getmişdir: dağ-quru meşə cənub dairəsində Balakən-Lahıc; dağ
quru meşə şimal-şərq dairəsində 3 rayon – Qusar-Xaltan, Xaçmaz – Dəvəçi, Şamaxı – Altıağac; Kiçik Qafqaz
əyalətinin yüksək dağlıq dairəsində 3 rayon – Qamış-Şahdağ, Dəlidağ-Böyük Kirs, Zəngəzur-Qapıcıq; quru
meşə şimal-şərq dairəsində iki rayon – Daşkəsən, Qarabağ; bozqır cənub-qərb dairəsində Laçın-Qubadlı;
Naxçıvan dairəsində iki rayon – Şahbuz- Paraqaçay və Şərur-Ordubad rayonları ayrılmışdır.
Müəlliflər respublika ərazisinin təbii-kənd təsərrüfatı rayonlaşdırılması əsasında torpaq-kadastr rayonlarını
ayırmış, həmin ərazilərin torpaq, iqlim, relyef səciyyəsini vermişlər. Sonrakı dövrlərdə bu sahədə tədqiqatlar
torpaq-kadastr rayonlarının sərhədlərinin dəqiqləşdirilməsi, bonitirovkası və iqtisadi qiymətləndirilməsi
istiqamətində olmuşdur.
Son zamanlar aqrar və torpaq islahatları ilə bağlı torpaq-mülkiyyət münasibətlərində baş vermiş
dəyişikliklər, kolxoz və sovxoz torpaqlarının xırda torpaq mülkiyyətçiləri arasında bölünməsi torpaq-kadastr
işlərinin və onunla bağlı rayonlaşdırmanın rolunu nəiki azaltmamış, əksinə qarşısına daha böyük vəzifələr
qoymuşdur. Qeyd etmək lazımdır ki, əgər torpaq islahatının ilk mərhələlərində ön planda torpaq xəritələrinin və
bonitirovka kartoqramlarının dəqiqliyinə yüksək tələbkarlıq qoyulurdusa, islahatlar dərinləşdikcə, torpaq
sahələri alqı-satqı predmetinə çevrildikcə, onlar girov qoyulduqca və icarəyə verildikcə, torpaq vergiləri
müəyyən edildikcə, təbii kənd təsərrüfatı rayonları əsasında kartoqrafik materiallardan istifadə ilə torpaq-kadastr
rayonlaşdırılması xüsusi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda təbii-kənd təsərrüfatı rayonlaşdırılması əsasında torpaq-kadastr rayonlaşdırılması sahəsində
kifayət qədər təcrübə toplanmışdır (H.Ə.Əliyev, B.T.Nəzirova, 1982 və b.). Keçmiş sovet dövründə bu tədbirlər
SSRİ-nin təbii-kənd təsərrüfatı rayonlaşdırılması çərçivəsində keçirildiyi və ictimai mülkiyyətə söykənən kənd
təsərrüfatının regional ixtisaslaşmasına və yerləşdirilməsinə xidmət etdiyi üçün təbiidir ki, bu zaman
Azərbaycana məxsus bir sıra özəlliklər nəzərdən qaçırılmışdı. Ən böyük çatışmazlıq isə torpaq-kadastr
rayonlaşdırılması zamanı əsas istehsal vasitəsi olan torpağın nəzərə alınmaması idi. Bu çatışmazlıqlar təbii-kənd
təsərrüfatı rayonlaşdırılmasına həsr olunmuş elmi hesabatlarda (1991-1994) da özünü göstərmişdir.
80-90-cı illərdə Azərbaycanda xəritəçəkmə üzrə müntəzəm işlərin aparılması və ölkə ərazisinin böyük
hissəsində aqroekoloji və torpaq-bonitirovka işlərinin həyata keçirilməsi əvvəlki illərdə aparılmış kənd
təsərrüfatı rayonlaşdırılmasına bir sıra dəqiqləşdirmələrin əlavə edilməsi üçün şərait yaratdı. Digər tərəfdən,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunda kadastr rayonlarındakı torpaq
yerlərinin iqtisadi qiymətləndirilməsi üzrə həyata keçirilən işlər kadastr rayonlarının və yarımrayonlarının
sərhədlərini dəqiqləşdirməyə və əsaslandırmağa imkan yaratdı.
Ötən illərin tədqiqat materiallarının müqayisəli analizi və yeni torpaq-bonitirovka tədqiqatları nəzərə
alınmaqla onların müqayisəli səciyyəsi

261

Şəkil 39. Torpaq-kadastr rayonları

263
Azərbaycanın torpaq-kadastr rayonlaşdırılmasına müfəssəl dəqiqləşdirmələr etməkdə yardımçı olmuşdur.
Yuxarıda deyilənlərin hamısını nəzərə almaqla, respublikanın sərhədləri daxilindəki 5 təbii-kənd təsərrüfatı
vilayəti hüdudlarında 28 kadastr vahidi (25 torpaq-kadastr rayonu və 3 torpaq-kadastr yarımrayonu) ayrılmışdır.
Bu kadastr vahidlərindən 22-si əkinçilik rayonu və yarımrayonu, 6-sı isə yay və qış otlaqları rayonlarından
ibarətdir. Torpaq-kadastr rayonlarının sərhədləri çəkilərkən ərazinin relyefi, iqlimi, geomorfoloji, torpaq-
landşaft şəraiti əsas götürülməklə yanaşı, onların kənd təsərrüfatı ixtisaslaşması və iqtisadi göstəriciləri də
nəzərə alınmışdır. Bu prinsiplər əsasında Qusar-Qonaqkənd, Cəlilabad, Dağlıq Şirvan kadastr rayonları və
Xaldan-Xınalıq, Təzəkənd -Üçtəpə, Mərəzə -Hilmilli kadastr yarımrayonları ayrılmışdır.
Beləliklə, aparılmış dəqiqləşdirilmələrin nəticəsində Azərbaycan ərazisi aşağıdakı rayonlara və
yarımrayonlara bölünmüşdür (şəkil 26):
1. Abşeron-Qobustan; 2. Dəvəçi-Xaçmaz; 3.Qanıx-Türyançay; 4.Acınohur; 5. Şəki-Zaqatala; Qusar-
Qonaqkənd (daxilində Xınalıq-Xaldan yarımrayonu); 7.Dağlıq Şirvan (daxilində Mərəzə-Hilmilli yarımrayonu);
8.Babadağ-Qutan; 9. Gəncə-Qazax; 10.Mil-Qarabağ; 11. Arazboyu; 12. Ceyrançöl; 13. Daşkəsən-
Gədəbəy; 14. Laçın-Qubadlı; 15. Dağlıq Qarabağ; 16. Dəlidağ-Şahdağ; 17. Muğan-Salyan; 18. Aran Şirvan; 19.
Lənkəran-Astara; 20. Cəliliabad (daxilində Üçtəpə-Təzəkənd yarımrayonu); 21. Lerik-Yardımlı; 22. Peştəsər-
Burovar; 23. Şərur-Ordubad; 24. Şahbuz-Parağaçay; 25. Biçənək-Qapıçıq.
Hazırda Azərbaycanın kənd təsərrüfatında baş verən dəyişikliklər, bazis göstəricilərinin dinamikası, yeni
ixtisaslaşmaların (şəkər çuğunduru istehsalı, çəltikçilik və s.) meydana gəlməsi, torpaq islahatları və onunla
bağlı başqa dəyişikliklər, şübhəsiz ki, təbii-kənd təsərrüfatı rayonları əsasında torpaq-kadastr
rayonlaşdırılmasının yeni təkmilləşdirilməsi zərurətini doğurmuşdır.

264
YEDDİNCİ HİSSƏ

DÜNYA TORPAQLARININ COĞRAFİYASI

XXVI FƏSİL. RUSİYA, MƏRKƏZİ ASİYA VƏ CƏNUBİ QAFQAZ ƏRAZİSİNİN TORPAQ-
COĞRAFİ VƏ TƏBİİ-KƏND TƏSƏRRÜFATI RAYONLAŞDIRILMASI

Torpaq: xüsusiyyətləri, əmələ gəlməsi, tərkibi, təbəqələri, növləri

The torpaq Litosferin iqlim və bioloji varlıqların təsiri nəticəsində qaya daşlarının aşınmasına səbəb olan üst təbəqəsidir. Müəyyən edilmiş bir quruluş və toxuma ilə konsolidasiya edilməmiş bir material meydana gətirən qayanın parçalanmasını aşınaraq başa düşmək.

Torpağı təşkil edən qatı hissəciklərin cəmlənməsi onun quruluşunu və 2 mm-dən kiçik hissəciklərin nisbi nisbətini toxumasını təyin edir. Bu hissəciklər daha böyükdən kiçik diametrə qədər olan üç ümumi sinifə bölünür: qum, lil və gil.

Yağış və temperatur kimi iqlim faktorlarının təsiri və canlı orqanizmlər torpağın əmələ gəlməsindən məsuldur. Bu amillər ana materiala və ya əsas qayaya təsir edərək onu uzun müddət parçalayır.

Bu proses müxtəlif minerallardan, sudan, havadan və üzvi maddələrdən ibarət kompleks bir məsaməli quruluşa səbəb olur. Bu quruluş xarakterik rəngi, tərkibi, toxuması və quruluşu ilə az və ya çox müəyyən üfüqdə və ya qatlarda meydana gəlir.

Müxtəlif təsnifat sistemlərinə görə təsvir olunan və təsnif edilən geniş bir torpaq növü var. Torpaq, ekosistemin əsas elementi olan bitki örtüyünün həm təbii, həm də əkin sahəsinin dayağıdır.

Bununla birlikdə, iqlim faktorları və insan fəaliyyətinin nəticəsi olan torpaq eroziya səbəbindən zədələnir və itirilir. Çirklənmə torpağa zəhərli və ya fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini təsir edən maddələr daxil edərək zəiflədir.

Torpaq xüsusiyyətləri

Torpaq minerallar, su və hava kimi abiyotik elementlərin biotik amillərlə, müəyyən iqlim və relyef şəraitində yaratdığı matrisdir. Bu matris müəyyən bir toxuma, quruluş, sıxlıq və gözeneklilik var və xarakterik biota ilə bir ekosistem təşkil edir.

– Doku

Torpağın toxuması, tərkibindəki qum, lil və gilin nisbi nisbəti ilə müəyyən edilir. Bu, qumun daha böyük hissəciklərə sahib olduğu, diametri 2 ilə 0,08 mm arasında olan torpağın incə hissəsini (incə torpaq) təşkil edir. Diametrdə ikinci komponent 0,08 – 0,02 mm lil və nəhayət 0,02 mm-dən az olan gildir,

Bu kompozisiya torpağa səbəb olan ana materialdan və ya qaynaq daşından, həmçinin əmələ gəlməsində iştirak edən amillərdən asılıdır. Diametri 2 mm-dən çox olan hər hansı bir parça artıq torpağın və ya çınqılın qaba bir hissəsi hesab olunur.

Qum

Qumun tərkibi əsasən silisdir, çünki bu, Yer üzündə süxurlarda ən çox olan mineraldır. Bununla birlikdə, mercanların aşınmasından və ya vulkanik qayalardan vulkanik qumdan çıxan əhəngli qumlar da var.

Limuzin

Həm qeyri-üzvi, həm də üzvi elementlərdən ibarət olan ara fraksiyaların heterojen bir çöküntüdür.

Gil

Gillər nəmləndirilmiş alüminium silikatlardır və torpaqda kimyəvi cəhətdən aktiv hesab olunurlar. Elektriklə yüklənmiş və nəm və mineral elementlərin saxlanmasında vacib olan koloidal bir davranışa sahibdirlər.

– Struktur

Torpağın quruluşu, toprak əmələ gətirən qatı hissəciklərin və ya struktur vahidlərinin birləşməsi ilə verilir yataqlar. Bu strukturların əmələ gəlməsi fiziki-kimyəvi hadisələrin yaratdığı flokulyasiya və ya aqreqasiya prosesinin məhsuludur.

Bu, su, humus və alüminium və dəmir oksidləri əhatə edən hissəciklər arasında əks elektrik yüklərinin cazibəsi səbəbindən baş verir.

Humic kompleksləri

Humus, çürüyən bakteriya və göbələklərin təsiri nəticəsində üzvi maddələrin parçalanmasından qaynaqlanan koloidal bir maddədir. Humusun aqreqatları torpaq hissəciklərini aqlutinasiya edən komplekslər əmələ gətirir yataqlar.

Torpaq əlavə edən canlı orqanizmlər

Bitkilərin kökləri və çıxardıqları maddələr, torpaqdakı quruluş yaradan aqlütinat hissəciklərinə də kömək edir. Eyni şəkildə torpaq qurdu kimi orqanizmlər torpağın işlənməsində və quruluşunun tərifində əsasdır.

– Sıxlıq və məsamə

Torpağın toxuması və quruluşu, dəyişkən diametrli məsamələrin mövcudluğunu müəyyənləşdirir. Torpağın tərkibi və məsaməliyi də dəyişkən bir sıxlığı müəyyənləşdirir, çünki məsaməlik nə qədər aşağı olsa, torpağın sıxlığı o qədər yüksək olur.

Torpaq məsamələri vacibdir, çünki su və havanın torpaqda dolaşdığı boşluqlar sistemini təşkil edirlər. Torpaqdakı həm su, həm də hava, içindəki və içindəki həyatın inkişafı üçün vacibdir.

– İnterfeys və ekosistem

Torpaqda litosferin mineral elementləri, hidrosferin suyu, atmosfer havası və biosferin canlıları qarşılıqlı əlaqə qurur. Torpaq su ilə kimyəvi elementlərin, eləcə də atmosferlə O2 və CO2 kimi qazların mübadiləsini təmin edir.

Digər tərəfdən, torpaqdan canlılar qida və su əldə edərək üzvi maddələr və minerallar təmin edirlər. Bu baxımdan torpaq abiotik və abiotik amillərin bir-birinə bağlı olduğu bir ekosistemdir.

Rhosfer

Torpaqdakı bitkilərin köklərini əhatə edən və torpaqda müəyyən bir vəziyyət yaradan mühitdir. Bu mühitdə köklər torpaqdan su və mineral qidalar alır və simbiotik əlaqələr qurmaqla yanaşı müxtəlif ekssudatlar təmin edir.

Torpağın ömrünün çox hissəsinin yaşandığı rizosferdədir, çünki burada daha çox karbon mövcuddur.

– Məhsuldarlıq

Torpağın əsas xüsusiyyəti onun məhsuldarlığıdır, çünki yer üzündə bitki inkişaf etdirmək üçün zəruri mineral elementləri ehtiva edir. Bu minerallar arasında azot, fosfor və kalium kimi makroelementlər və mikroelementlər (dəmir, bor, sink, manqan, nikel, molibden və digərləri) var.

– Su

Su, quruluşunun məsaməli hissəsində dolaşır, kolloid hissəciklərə (gillərə) yapışır və torpaq quruluşunun formalaşmasında əsas rol oynayır. Bitki örtüyü üçün əsas su mənbəyi torpaqdır və bitkilər üçün vacib minerallar orada həll olunur.

Torpaq əmələ gəlməsi

Torpaq əmələ gəlməsi və ya pedogenez prosesi, bir neçə faktorun təsirinin məhsuludur. Bunlar onu əmələ gətirən qayadan tutmuş onu pozan amillərə qədərdir.

– Valideyn materialı

Litosferi əmələ gətirən ana qaya təbiətindən asılı olaraq müxtəlif mineralogik tərkibli fasiləsiz bir təbəqədir. Fərqli proseslər nəticəsində əmələ gələn çökmə, metamorfik və ya magmatik süxurlar ola bilər.

Regolith

İqlim və bioloji amillərin təsiri altında qayalar tədricən parçalanır və ya parçalanaraq regolit adlanan dəyişkən bir qalın material qatını meydana gətirir. İqlim və canlılar torpaq əmələ gətirənə qədər bu material üzərində hərəkət etməyə davam edirlər.

– Hava

Yer səthi müxtəlif iqlim şəraitinə məruz qalır, istilik və rütubət qradenti yaradır. Hər bölgədə gün və il ərzində dəyişən yağış, külək və temperatur rejimi var.

Bu şərtlər ana materiala təsir göstərir, onu alçaldır və ona müəyyən bir quruluş verir, müxtəlif növ torpaqlar yaradır.

Yağış

Su həm qaya üzərində fiziki aşındırıcı təsir, həm də su təchizatı tərəfindən torpaq əmələ gəlməsinə təsir göstərir. Su, universal bir həlledici olaraq, torpağın əmələ gəlməsində baş verən kimyəvi reaksiyaların əsas elementidir.

Bundan əlavə, artıq nəmlik və yaş və quru dövrlər arasındakı növbə əmələ gələn torpaq növünə təsir göstərir.

İstilik

Yüksək temperatur torpağın əmələ gəlməsinə kömək edən müxtəlif kimyəvi proseslərə üstünlük verir. İstiliklərdəki həddindən artıq dəyişikliklər qaya içindəki struktur gərginliklərini təşviq edərkən qırıqlar meydana gətirir.

– Biotik amillər

Torpağın və onun üzərində yaşayan canlıların fəaliyyəti torpağın əmələ gəlməsində həlledicidir.

Bitki örtüyü

Bitki örtüyünün olması substratın dayanıqlığında rol oynayır və torpaq əmələ gəlməsi üçün əlverişli bir mühit təmin edir. Bitki örtüyü olmadan, eroziya artır və nəticədə meydana gələn torpaq itkisi.

Digər tərəfdən, bitkilərin kökləri və onların eksudatları, ana materialın parçalanmasına kömək edir və torpaq bağlayıcıdır.

Digər orqanizmlər

Torpaqda yaşayan mikroorqanizmlər və makroorqanizmlər onun əmələ gəlməsinə əhəmiyyətli dərəcədə kömək edir. Bakteriya, arxey, göbələk və protozoa kimi parçalananlar üzvi maddələri işləyir və humus əmələ gətirir.

Qurdlar tunel qazır və torpağı udur, üzvi maddələri torpaqdakı quruluşa kömək edəcək şəkildə emal edirlər. Bu, torpağın gözenekliliğini və buna görə su və hava axını artırır.

Həm də torpaq əmələ gəlməsinə qatqı təmin edən çox sayda daha böyük qazma heyvanı var, məsələn, mol, qələm və başqaları.

– relyef

Torpağın əmələ gəlməsində çox vacibdir, çünki dik bir yamac torpağın əmələ gəlməsində qalıcı olmasına mane olur. Digər tərəfdən, dağlıq əraziyə yaxın bir düzənlik və ya çökəklik yuyulmuş torpaq materialını alacaq.

– Hava

Torpaq əmələ gəlməsi uzun müddətli süxurların aşınması və regolit işlənməsi tələb olunur. Bu səbəbdən zaman amili torpağın zirvəsinə çatana qədər təkamülü üçün əsasdır.

– zirvə mərtəbəsi

Formalaşma prosesində ətraf mühit şərtləri ilə əlaqəli bir tarazlıq əldə edildikdən sonra zirvə mərtəbəsi meydana gəldi. Bu nöqtədə sözügedən torpaq ən yüksək təkamül səviyyəsinə çatmış sayılır.

Torpaq tərkibi

Torpağın tərkibi onu əmələ gətirən mənbə süxuruna və iştirak edən torpaq əmələ gətirən proseslərə görə dəyişir.

Minerallar

Torpaqda bilinən demək olar ki, bütün minerallara rast gəlinir, ən çox qrup silikatlar, oksidlər, hidroksidlər, karbonatlar, sulfatlar, sulfidlər və fosfatlardır.

Üzvi material

İnkişaf etdiyi biyomdan asılı olaraq, bir torpaq daha yüksək və ya daha az üzvi maddəyə sahib olacaqdır. Beləliklə, tropik yağış meşəsində üzvi maddələrin çoxu səthi zibildə (üfüqdə 0) və altındakı torpaq humusda zəifdir.

Mülayim yarpaqlı meşədə çürümüş üzvi maddələrin toplanması daha yüksəkdir və səhra ərazilərində bu üzvi maddələrin yığılması çox azdır.

Su

Torpağın gözenekli matrisində su həm maye şəklində, həm də su buxarı kimi dövr edir. Suyun bir hissəsi koloidal torpaq hissəciklərinə möhkəm bağlanır.

Hava

Gözenekli matrisdə hava və buna görə oksigen, karbon qazı və atmosfer azotu var. Torpaqdakı hava radikal tənəffüs də daxil olmaqla torpaqdakı həyatı qorumaq üçün vacibdir.

Laylar (üfüqlər)

Torpaq əmələ gəlməsində cazibə qüvvəsi, suyun sızması, hissəcik ölçüsü və digər amillər qatlı bir quruluş yaradır. Bu üfüqi təbəqələr şaquli bir qradiyentdə düzülmüşdür və birlikdə torpaq profilini təşkil edən torpaq üfüqləri adlanır.

Ənənəvi olaraq, A, B və C hərfləri ilə yuxarıdan aşağıya müəyyən edilmiş bir torpaqda 3 əsas üfüq müəyyən edilir Torpaq Tədqiqat Bölməsi işçiləri Amerika Birləşmiş Ştatları 5 əsas üfüqi və 2 mümkün təbəqəni təyin edir.

Üfüq 0

Həcmi% 50-dən az olan mineral tərkibi olan səthi üzvi maddə qatının olmasıdır. Bu vəziyyətdə mövcud olan üzvi maddənin parçalanma səviyyəsi vacib deyil.

Üfüq A

Mineral komponentlə qarışmış humusun tərkibi ilə səciyyələnən üfüq səthində və ya üfüqdə 0 altındadır. Tünd rəngdədir və kökləri var, həmçinin bioloji aktivliyə görə dəyişikliklər var.

Üfüq E

Gillərin itirilməsi səbəbindən açıq rəng göstərən qum və lilin üstünlük təşkil edir.

Üfüq B

Geçirməz gil bloklar və ya təbəqələr yarada bilən gillər və digər maddələrin yığılması ilə minerallarla zəngin bir üfüqdür.

Üfüq C

Əsas qayaya ən yaxın üfüqdür və bu səbəbdən pedogenez proseslərinə daha az məruz qalır. Digər maddələr arasında qayaların qırıqlarından, gips və ya həll olunan duzların yığılmasından ibarətdir.

Layer R

Qazma üçün ağır texnikanın istifadəsini tələb edən sərt qaya qatlarını müəyyənləşdirin.

Layer W

Bu təbəqə, istənilən səviyyədə bir su və ya buz qatının olmasına istinad etmək üçün bu yaxınlarda əlavə edilmişdir. Yəni bu təbəqə yuxarıda göstərilən üfüqlərdən hər hansı birinin arasında yerləşə bilər.

Torpaq növləri

Torpaqları təsnif etmək üçün toxuma və ya iqlimə əsaslanan çox sadə sxemlərdən tutmuş kompleks sistemlərə qədər müxtəlif meyarlar mövcuddur. Sonuncular arasında USDA (Dövlətlərin Kənd Təsərrüfatı Departamentini birləşdirir) və FAO-UNESCO-ya aiddir.

– Dokuya görə

Qum, lil və gil nisbətinə görə torpağın toxumasına əsaslanır. Bunu tərif etmək üçün torpaq toxumalı üçbucaqdan (FAO və ya ABŞ Kənd Təsərrüfatı Departamenti) istifadə olunur.

Beləliklə, qumlu, gil və ya lilli torpaqları və gil-qumlu torpaq kimi müxtəlif birləşmələri təqdim edən doku sinifləri qurulur.

– Hava şəraitinə görə

Bu təsnifat əsas elementi iqlim olan və zona torpaqları deyilən torpaqlara səbəb olan torpaqlara aiddir.

Rütubətli iqlim torpaqları

Yüksək rütubət torpaq əmələ gəlməsi prosesini sürətləndirir, eyni zamanda kalsium karbonatı həll edir və silikat və feldispatları pozur. Tropik yağış meşələrinin laterit növləri kimi aşağı məhsuldarlığı və üzvi maddələrin yüksək tərkibi olan dəmir və alüminium üstünlük təşkil edir.

Quru iqlim torpaqları

Aşağı rütubət torpaq əmələ gətirmə prosesini ləngidir, buna görə incədir və azca aşınmış ana material var. Dəstək etdikləri az bitki örtüyü və aridizollar kimi bol kalsium karbonat nəzərə alaraq az üzvi maddələr təqdim edirlər.

Mülayim iqlim torpaqları

Rütubət və temperatur şəraiti mülayimdir və dərin və münbit torpaqlar zamanla əmələ gəlir. Alfisollarda olduğu kimi əhəmiyyətli miqdarda üzvi maddələr və dəmir və alüminium kimi həll olunmayan minerallar təqdim edirlər.

– USDA

12 əmri üstün bir kateqoriya kimi tanıyan Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyinin torpaq taksonomiyası sistemidir. 64 sinifli suborder kateqoriyasını, 300-dən çox sinifli qrupları və 2400-dən çox sinifli alt qrupları izləyir.

Diaqnostik xüsusiyyətləri

Bu sistem torpağı bir sinifə, torpaq nəminin növünə və eyni zamanda temperatur rejiminə təyin etmək üçün diaqnostik elementlərdən istifadə edir. Eyni şəkildə həm səthdə (epipedonlar), həm də torpaq daxilində (endopedonlar) müəyyən üfüqlərin olması.

FAO-UNESCO

USDA sistemindəki sifarişə bərabər olan bu sistemin ən yüksək kateqoriyası Major Torpaq Qrupudur və 28 sinfi əhatə edir. Hiyerarşidəki növbəti səviyyə Torpaq bölməsidir və 152 sinfi əhatə edir.

Rolları və əhəmiyyəti

Torpaq quru ekosistemlərinin əsas tərkib hissəsidir və insanların əksəriyyətinin fəaliyyətinin əsasını təşkil edir.

Quru bitki örtüyünün dəstəklənməsi və qidalanması

Torpaq, quru bitkilərinin kök sistemi ilə qurulduğu dəstəyi təmin edir. Əlavə olaraq bitkilərin inkişafı üçün tələb olunan mineral qidaları və suyu təmin edir.

Əkinçilik və damazlığın əsasları

Hidroponika kimi ondan imtina edən müasir texnika olmasına baxmayaraq kənd təsərrüfatında vacib bir istehsal faktorudur. Bununla birlikdə, əksər məhsulların kütləvi istehsalı yalnız geniş torpaq sahələrində mümkündür.

Karbon dövrü və sekvestr

Atmosferlə qaz mübadiləsində torpaq CO2 verir və udur. Bu mənada torpaq istixana təsirinin azaldılmasına və bu səbəbdən qlobal istiləşməyə kömək edir.

Permafrost

Torpaqda əhəmiyyətli bir CO2 ehtiyatı təşkil edən dairesel genişliklərdə dondurulmuş üzvi torpaq qatıdır.

Tikinti təməli

Torpaq bir çox başqaları arasında yollar, kanallar, binalar kimi insan konstruksiyalarına dəstək bazasıdır.

Torpaq eroziyası

Eroziya, iqlim faktorlarının təsiri və ya insan fəaliyyəti nəticəsində torpağın itirilməsidir. Həddindən artıq torpaq eroziyası səhralaşmaya səbəb olur və kənd təsərrüfatı torpaqları üçün ən böyük təhlükələrdən biridir.

Su eroziyası

Yağış su damcılarının aqreqatlara təsiri və sonrakı səth axınları nəticəsində torpaq itkisinə səbəb olur. Zəmin nə qədər açıq və yamac nə qədər yüksək olsa, axın nəticəsində yaranan sürüşmə bir o qədər artır.

Eolik eroziya

Külək, xüsusilə quru və az yapışqan olduğu quru iqlim şəraitində torpaq hissəciklərini daşıyır. Bitki örtüyü bir külək maneəsi rolunu oynayır, buna görə də olmaması külək eroziyasının təsirlərini artırmağa kömək edir.

Antropik eroziya

Ən aşındırıcı fəaliyyətlər arasında meşələrin qırılması və intensiv bitkilər var, xüsusən də kənd təsərrüfatının mexanizasiyası səbəbindən. Madencilik, xüsusən açıq mədənlər və infrastrukturun inşası.

Torpağın çirklənməsi

Torpaqlar həm təbii, həm də texnogen səbəblərdən çirklənə bilər, lakin ən ciddi hallar insan fəaliyyətindən qaynaqlanır.

Aqrokimyəvi maddələr

Kimyəvi pestisidlərin və gübrələrin tətbiqi torpağın çirklənməsinin əsas səbəblərindən biridir. Bu məhsulların çoxu qalıqdır, bioloji parçalanma üçün uzun müddət tələb olunur.

Atıksular və axıntı suları

Zəif kanallı və təmizlənməmiş kanalizasiya suları, eləcə də şəhər və sənaye sahələrindən axıntı çirklənməyə səbəb olur. Axar sular, sürtkü yağları, motor yağları və torpağı çirkləndirən boya qalıqları kimi tullantıları daşıyır.

Mədənçilik

Bu fəaliyyət təkcə torpağı fiziki cəhətdən pozur, həm də çirkləndirici kimyəvi maddələrin mənbəyidir. Qızıl kimi metalların çıxarılmasında istifadə edilən civə və arsenik məsələsidir.

Eyni şəkildə, metal axtararkən torpağı aşındırmaq üçün yüksək güclü hidropnömatik nasosların istifadəsi, çirkləndirici ağır metalları buraxır.

Neft sənayesi

Qazma qurğularında yağ tökülməsi və palçıq saxlama bəndlərindən sızmalar yer üzünü çirkləndirir.

Turşu yağışı

Atmosferdə su buxarı ilə reaksiya verərkən sənaye qazlarının yaratdığı turşu yağışı, torpaqların turşulmasına səbəb olur.

Zibil

Qatı tullantıların, xüsusən plastik və elektron tullantıların yığılması torpaq çirklənməsi mənbəyidir. Digər şeylərdən başqa, plastiklər dioksinlər buraxır və elektron tullantılar torpağa ağır metal qatqısı verir.

İstinadlar

  1. FAO (2009). Torpaqların təsviri üçün bələdçi. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı.
  2. INIA (2015). Elm və Texnologiya Həftəsi Açıq Günü. Milli Kənd Təsərrüfatı İnstitutu, Tacuarembó.
  3. Jaramillo, D.F. (2002). Torpaqşünaslığa giriş. Kolumbiya Milli Universiteti Elmlər Fakültəsi.
  4. Lal, R. (2001). Torpağın eroziya ilə parçalanması. Torpağın deqradasiyası və inkişafı.
  5. Morgan, R.P.C. (2005). Torpaq eroziyası və qorunması. Blackwell Nəşriyyat.

Torpağın təyinatının dəyişdirilməsi qaydaları.

Azərbaycan respublikasinin torpaq məcəlləsinin 9.2-ci maddəsində əsasən məqsədli təyinatina və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasinin torpaqlari aşağidaki (7) kateqoriyalara bölünür:

  • kənd təsərrüfatı təyinatlı torpaqlar;
  • yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
  • sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
  • xüsusi qorunan ərazilərin torpaqları;
  • meşə fondu torpaqları;
  • su fondu torpaqları;
  • ehtiyat fondu torpaqları.

Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.

Torpaqların təyinatının hansı hallarda dəyişdiriləcəyi isə, konkret amillərlə əsaslandırılmalıdır. Belə ki, torpaqların təyinatını dəyişmək ehtiyacı hər hansı dövlət əhəmiyyətli layihələr və ya sifarişlər həyata keçirilərkən, torpağın təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda, subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə yarana bilər.

Bu halda torpağın qanuni istifadəçisi olan fiziki və hüquqi şəxslər, yerli icra hakimiyyəti orqanları həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə vəsatət qaldıra bilər. Rəsmi qaydada müraciət daxil olduqdan sonra yuxarıda göstərilən tələblər əsasında torpağın təyinatının dəyişdirilməsi posesinə başlanıla bilər. Yəni bütün hallarda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yarandıqda torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının məsələyə rəyi verildikdən sonra, sifarişçi tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əgər sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı sərəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökumətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Şərhlər

Murtuz 2022-06-01 00:55:12

Salam, əgər torpaq sahəsi yaşayış təyinatlıdır, mən orada sahibkarlıq üçün dükan aça bilərəm? Yoxsa bunun üçündə nazirlər kabinetinə müraciət etmək lazımdır?

Salam Murtuz müllim.Yaşayış məntəqələri təyinatlı torpağın üzərində sənayə və ya ictimai-iaşə təyinatlı obyekt tikmək qadağandır. Torpaq sahəsinin üzərində obyekt tikmək üçün onun təyinatı dəyişdirilməlidir. Vəkil Qulam İsmayılzadə

Svetlana 2022-06-26 22:16:12

Salam kənd təsərrüfatı torpağımız 4 tərəfində ev tikilib. Biz tikmək istəyəndə icra icazə vermədi, həddindən çox pul istədi. Hər tərəfində ev olmağı təyinatın dəyişməsi üçün əsas ola bilər? Yaxud məhkəmə bu işi həll edə bilər?.

Təssüf ki bu çox tez-tez rast gələn haldır. Bunun üçün siz ilk növbədə məqalədə nəzərdə tutulmuş qaydada müvafiq orqanlara müraciət edəsiniz. Təbii ki, qanunvericilik birbaşa məhkəməyə də müraciət etməyə heç bir məhdudiyyət qoymur, lakin praktikada bu məsələnin məhkəmə müstəvisində həll edilməsinə çox nadir halda rast gəlinir. Vəkil Qulam İsmayılzadə

Malik Məmmədov 2022-07-12 10:03:36

Salam, kənd təsərrüfatı torpaq sahəsində hansı obyektlər tikilə bilər? Təyinatın dəyişdirilməsi təcrübəyə görə nə gedər vaxt alır?

1) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yəni söhbət yalnız müvəqqəti tikililərdən gedir, daş və kərpiclə hörmək olmaz.2) Təssüf ki, torpağın təyinatının dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulsa da praktikada çox çətin həll olunan məsələdir. Yani bunun üçün siz Yerli icra hakimiyyətindən, Kənd-Təsərüfat Nazirliyindən, Ekologiya Nazirliyindən və s. müvafiq razılıqlar almalısınız həmin razılıqların da alınması çox mürəkkəb məsələdir. Vəkil Qulam İsmayılzadə

YAGUT MAMMADOVA 2022-08-14 12:27:34

Salam.Ev tikmək üçün torpaq aldım.Yaşayış evləri arasənda, dörd tərəfdən hasarlanmış bu torpaq sahəsi sahibkarlıq təyinatlıdır.Mən həyətyanı təyinatlı etmək üçün ilk növbədə hara müraciət etməliyəm.

Salam. Sahibkarlıq təyinatlı torpaq olmur, yagin sənaye təyinatlı demək istəmisiniz. Torpaq sahəsinin təyinatının dəyişməsi çox müşkül məsələdir. Onun üçün siz ilk növbədə yerli icra hakimiyyətinə yazılı ərizə verəsiniz sonra ordan rəy alıb bir neçə digər qurumlara müraciət edəsiniz. Yekunda da bu barədə Nazirlər Kabineti qərar verməlidir. Vəkil Qulam İsmayılzadə

ELMƏDDİN 2022-08-17 16:08:03

salam men saray qesebesinde serancamla ev tikmisem kend teserufatli torpaqda kupca ala bilmire icra hakimyeti serancam verib 2mertebeli evi tikmek ucun her terefde evlerdi tyinati nece deyismek olar

Bunun üçün siz ilk növbədə yerli icra hakimiyyətinə yazılı ərizə verməlisiniz sonra ordan rəy alıb bir neçə digər qurumlara müraciət etməlisiniz. Yekunda torpağın təyinatının dəyişdirilməsi haqqında = Nazirlər Kabineti verir. Vəkil Qulam İsmayılzadə

Gülay 2022-08-18 02:38:25

Salam Sovyet döneminde mene bağçılıq üçün torpaq sahesi verilmişdi. Hemin torpaqda 1997-1998de ev tiktik ve yaşayırıq. Elimizde sadece bağçılıq üçün verilmiş sened var. bütün komunikasiyalar var ve her il torpağ vergisi ödeyirik. Bu torpaq üçün senedleştirme işlerini başlatmaq üçün ne etmeliyik? Hansı instansiyalara müraciet etmeliyik? Dövlet bu cür tikililerin qanunşaştıracağını söylemişdi iller önce, ama helede bir ilerleyiş olmadı. Birde bu gün xeber çıxdı ki kend teserrüfatı teyinatlı ev tikenlerin cerimelenmesi başlatıldı, bunun menim kimi bağçılıq toprağında ev tikib yaşayanlara aidiyatı var mı , varsa cerimeden sonra ne tebliq edilecek ? Bu cür Torpağın kategoriyasının değiştirilmesi ile elaqeli bir bilgi var mı Önceden teşekkür edirem cavabınız üçün.

Salam. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ilk öncə torpaq sahəsini özəlləşdirməlisiniz. Daha sonra torpağın üzərində mövcud tikilinin özəlləşdirilməsi ilə bağlı eyni quruma müraciət edə bilərsiniz. Müraciət edən zaman təqdim olunmalı sənədlərin siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin saytında göstərilmişdir. Sizin torpağın təyinatı kənd təsərrüfatı deyil bağçılıq üçün ayrılmış torpaqdır hansı ki yaşayış məntəqələrinin torpaqlarına aid edilir. Vəkil Qulam İsmayılzadə

Vuqar Sariyev 2022-08-23 12:43:20

Salam. Menim torpagim ferdi yasayis sahesi ucun. Orda obyekt tikmek isteyirem. Teyinati deyisme ne qeder vaxt alir. Siz komek ede bilersiniz mi ?

Bunun üçün siz ilk növbədə yerli icra hakimiyyətinə yazılı ərizə verməlisiniz sonra ordan rəy alıb bir neçə digər qurumlara müraciət etməlisiniz. Yekunda torpağın təyinatının dəyişdirilməsi haqqında Nazirlər Kabineti verir. Vəkil Qulam İsmayılzadə

Sevinc İmaməliyeva 2022-08-25 02:04:25

Salam. İsmayıllının kəndində təyinatı əkin yazılmış sənədli torpagımda nə cür ev tikə bilərəm.Mənə ancaq taxta ev tikmək olar deyildi.Bu düzdürmü?Dəmir karkas ev tikmək olar?Təyinatı dəyişmək olar? Öncədən təşəkkürlər.

Salam. Kənd təsərüffatı təyinatlı torpaqlarda ev tikmək olmaz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsində qeyd edilir : Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Vəkil Qulam İsmayılzadə

Zaki 2022-08-30 10:46:06

Salam. Örüş torpağa buğda, arpa əkmək olar?

Salam.Örüş torpaqları mal-qara otarılması üçün nəzərdə tutulmuşdur. Vəkil Qulam İsmayılzadə

Cavid 2022-08-30 18:54:56

Salam, çıxarış verilib torpağa təyinatı digər, xüsusi mülkiyyət və üzərində yarım tikiliyə qeyri yaşayış. İndi yarım tikili sökülüb torpağı almaq istəyirəm. Bu halda yeni alınacaq çıxarışda torpağın təyinatı digər qalacaq ? Və Təyinatı digər göstərilən torpaq sahəsi nə üçün istifadə oluna bilər ? Öncədən təşəkkürlər !

Salam. Torpağın alqı-satqısı onun təyinatının dəyişdirilməsi üçün əsas deyil. Qanunvericilikdə “digər təyinatlı” dedikdə digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi üçün torpaqlar nəzərdə tutulur. Belə ki, “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndindıə qeyd edilir: Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Vəkil Qulam İsmayılzadə

Müşviq Novruzov 2022-09-03 17:54:51

Salam zəhmət olmasa cavab yazarsız mənim adıma 30 sot pay torpağım var inkşaf fonduna pitşikdi yani sahəmə bitşik evlər var qaz çəklib işğ və su var sadəcə bilmək isdəyrəm mən orda necə ev tikə bilərəm qanunən ?

Salam. Torpağın təyinatın nədir? Vəkil Qulam İsmayılzadə

Samir Bayramov. 2022-09-10 20:47:04

Salam. Torpağın sənədi “sənaye təyinatlı” çıxarışdır. Mən ev tikə bilərəm?

Salam. Torpaq Məcəlləsi maddə 22 : Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddədən göründüyü kimi sənayə təyinatlı torpaqda yalnız sənayə obyektlərinin tikintisi nəzərdə tutulur. Qanunla tikə bilmərsiniz, amma fikrimcə praktikada tikənlər olur. Vəkil Qulam İsmayılzadə

Müşviq 2022-09-12 21:04:02

Torpağın təynatı əkin üçündür sahədi ancağ ətrafında evlər var kəndyerdi təynat dəyişmək mümkündü zəhmət olmasa

Salam. Teoretik olaraq dəyişmək mümkündür, lakin praktikada torpağın təyinatını dəyişmək qəliz məsələdir. Məqalə və şərhlərə baxsanız ətraflı izahı tapacaqsınız. Vəkil Qulam İsmayılzadə

Altay Rzayev 2022-09-15 16:36:34

Salam. Gəncə şəhərində mənə məxsus evin uzərində zəbt torpaq sahəsi var. O torpaq sahəsini sənədləşdirmək istəyəndə deyirləki həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatıdır. Mənim köhnə şəhədatnaməmdə her yer yaşayış məntəqəsi kimi verilib və bu torpağın dörd tərəfi yaşayış məntəqəsi kimi çıxarış verilib. Bu nə dərəcədə düzgündür? Bu barədə nə edək məlumat verərdiz zəhmət olmasa

Salam. Bilmək lazımdır zəbt etdiyniz torpaq sahəsinin kənd təsərrüfat təyinatlı olması hansı sənəddə qeyd edilib. Əgər həqiqətəndə 4 tərəfi yaşayış məntəqələrinit torpaqıdırsa onda ehtimal çox azdır ki sizin torpağınızın təyinatı başqa olsun. Vəkil Qulam İsmayılzadə

Vusal Ahmedov 2022-09-27 18:55:02

Salam.men teyinatı ehtiyat fond torpaqları olan yerde ev tikmişem qeydıyata duşe bilmirem nece etmeliyem.

Salam. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Yani müvafiq normaya əsasən siz ilk öncə torpağın təyinatını “yaşayış məntəqələrinin torpaqları” təyinatında dəyişdirməli, daha sonra həmin torpaq sahəsinin üzərində tiktiyiniz daşınmaz əmlakı özəlləşdirməlisiniz. Vəkil Qulam İsmayılzadə

Elməddin 2022-10-10 01:50:34

Salam Qulam müəllim .Mən 1997 ci ildə əmlak komitəsindəm obyekt almışam yəni özələşdirmişəm həmin obyektin 20 sot torpağı var dövıət aktıda var vəobyektin ətrafında22 sot əlavə torpaqda var oəlavə torpağı dəfələrlə mən bələfiyyədən soruşmuşam deyoblər bizim torpaq deyil məndə 2003 cü ildə həmin torpaqda tikini tikdirdim indi məlum olurki həmin torpaq bələdiyyə torpağıdır özüdə əkinə yararlı indi mən nə edom

Salam. İndiki halda, müvafiq bələdiyyə orqanı ilə sizin aranızda müqavilə və digər hüquq münasibəti olmadığı üçün sizin bələdiyyəyə məxsus torpaqda etdiyiniz tikinti işləri qanunsuzdur. Bələdiyyənin aidiyyatı şəxslərinə müraciət edib həmin əraziyə dair razılığa gəlməyiniz məsləhətlidir. Vəkil Qulam İsmayılzadə

Elməddin 2022-10-11 00:36:11

Hörmətli Qulam müəllim deyəsən mən sizə düzgün izah edə bilməmişəm mən demək istəyirəmki əvvəlcə bilməmişəm ki bələdiyənin yeridir indi bilmişik özüdə təyinatını dəyişmişik yəni əkinə yararlı yerin üstündə əsaslı tikinti aparmışam orada cinayət əməli varmı tikinti 2003 də aparılıb əvvəlcədən təşəkkür edirəm

RamilZeynalov 2022-10-11 14:26:50

Salam sizi nerahat eden Zerdab rayon sakini Zeynalov Ramil İsmayil oğludur.Hal hazırda icaremde olan 40 hekdar dovlet fond torpagini heyvandarliqdan ekin teyinati ala bilmirem Xais edirem bu haqda melumat yazardiz.

Salam. Bunun üçün siz ilk növbədə yerli icra hakimiyyətinə yazılı ərizə verməlisiniz sonra ordan rəy alıb bir neçə digər qurumlara müraciət etməlisiniz. Yekunda torpağın təyinatının dəyişdirilməsi haqqında Nazirlər Kabineti verir. Vəkil Qulam İsmayılzadə

Abışov Bədirxan 2022-11-22 20:31:10

Salam qardaş Mən Beyləqan rayonu Qaralılar kəndindənəm Şəhid Anasıyam..yol kənarında 120 kvm torpaq verilib icra hakimiyyəti tərəfindən. mən də orda ehsan bulağı. 120kvmetirin 80 kvm də isə obyekt tikdirmişəm..sora məlum oldu ki torpaq..kənd təsərrüfatı təyinatlıdır. Nə etməliyəm zəhmət olmasa yazardız

Vəfa Bədəlova 2022-12-12 22:21:48

Salam.Həyət evimizin qarşısında torpaq sahəmiz var və həmin sahədə sex tikdirmək istəyirik. ( Maşın təmiri sexi ) . Torpağın bütün sənədləri var və heç bir problemi yoxdur.obyektin tikilməsi üçün kimdense və ya hansısa qurumdan hərhansı bir senedi almalıyıq. Xahiş edirəm cavablandirarsiniz

Salam. İlk növbədə torpağın təyinatı sex tikintisinə uyğun olmalıdır. Vəkil Qulam İsmayılzadə

Kenan zeynalov 2022-12-20 23:48:45

Salam men icra hakimyetinin serancam lahiyeei ile torpag almisam ve ev tikmisem indi ise hemen torpaga cixaris almaq isdeyirem deyirler ora kend tesarufati teyinatli torpagdi 4 yanim yasayis evlerdi.kend teserufati teyinatli torpaga hemen eraziye baxan belediyye menim adima.cixaris vere biler ? Xais cavab yazin

Salam. Xeyr, kənd təsərrüfat təyinatlı torpaqda tikdiyiniz evə görə çıxarış ala bilmirsiniz. Vəkil Qulam İsmayılzadə

Ramin 2022-12-28 13:56:52

Salam yaşayiş təyinatlı torpaq sahəsində ev tikmək üçün icazə varmı ?

Salam. Xeyr, sadəcə yazılı qaydada icra hakimiyyətini bu barədə məlumatlandırmalısınız. Vəkil Qulam İsmayılzadə

elnur 2023-01-01 14:57:52

Salam. Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikilibdi. Təbii ki, evin mülkiyyət sənədi yoxdur. Belə evə qeydiyyata necə düşmək olar?

Rəsul 2023-01-09 21:56:03

Salam mən bilmək istəyirəm ki,vətəndaşa pay torpağı kimi istifadəyə verilmiş torpağı başqa bir şəxs tərəfindən satın alınaraq ondan kərpic hazırlanması üçün yeddi metr dərinliyində qazıb aparmaq nə dərəcədə məqsədəuyğun hesab olunur

Eldəniz Qədimov 2023-01-10 15:51:14

Salam Fatmayı kənd ərazisində torpaq almışam təyinatı kənd təsərrüfatı təyinatlıdı təyinatın dəyişməy üçün hara müraciət etməliyəm

Eldəniz Qədimov 2023-01-10 15:54:50

Tikinti tikməyi üçün hara müraciət etməliyəm təyinatı kənd təsərrüfatı təyinatlıdı

Salam. Kənd təsərüffat təyinatlı torpaqlarda tikinti tikmək olmaz. Vəkil Qulam İsmayılzadə

Ayaz 2023-01-12 01:00:44

Salam bilmek isdeyiremki 25 sot pay verilen torpaginda ev tikmek olarmi

Salam. Torpağın təyinatından asılıdır. Vəkil Qulam İsmayılzadə

Senan Beydullayev 2023-01-17 00:25:48

Salam əleyküm Qulam müəllim zəhmət olmasa ətraflı məlumat verərdiniz aldığım torpağın təyinatı ehtiyyat fondu torpağıdır. Orda qismət olsa ev tikmək istiyirəm qanuni olaraq bu mümkündürmü? Mümkündürsə ardıcıllığı qeyd edə bilərsiniz?

Salam. Xeyr tikmək üçün torpağın təyinatı yaşayış sahəsinin torpaqları olmalıdır. Vəkil Qulam İsmayılzadə

Senan Beydullayev 2023-01-18 00:11:04

Onu başa düşdüm. Yəni təyinatı dəyişdirmək mümkün olan iş deyil?

Salam. Mümkündür lakin çox qəliz məsələdir. Vəkil Qulam İsmayılzadə

Senan Beydullayev 2023-01-18 23:34:07

Təşəkkür məlumat üçün

Soltan Əzimzadə 2023-01-19 16:42:03

Salam. Məndə dövlət aktı ilə kənd təs. Təy. Torpaq idi, ona çıxaeış aldım. Torpağın təyinatını dəyişmək üçün, yəni ev tikmək üçün mütləq torpağ subasma şoranlaşma yararsız oldiğu halda dəyişmək olar? Yoxsa şəxsi məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanları qeyd etdiyim fomada icazə verirler?

Salam. Torpağın təyinatının dəyişdirilməsinin məqsədəmüvafiqliyi ərizənizdə göstərilməlidir. Digər şərtlərə görə də təyinat dəyişə bilər. Vəkil Qulam İsmayılzadə

Fariz 2023-01-25 19:20:04

Salam. Adıma olam torpaq aahəsi xüsusi mülkiyyət olsa da mıqsədli təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Baxmayaraq ki, bütün ətrafımdakı torpaq sahələrində evlər tikilib və tikilir. Hamı torpağı eyni mənbədən alıb. Bu torpaq sahəsinin mıqsədli təyinatının yaşayış məntəqələrinin torpaqlarına dəyişdirilməsi mümkündürmü? Mümkündürsə nə qədır vaxt və xərc tələb edir? Öncədən təşəkkürümü bildirirəm.

Salam. Yuxarıdakı məqalə və şərhləri olsanız daha ətraflı cavab alacaqsınız. Qısa olaraqsa deyim ki, teoretik olaraq mümkündür praktik olaraq yox. Vəkil Qulam İsmayılzadə

Seymur Paşayev 2023-01-26 03:12:41

Salam. Sənaye təyinatlı torpaq üzərində 2 mərtəbəli obyekt var. Obyektin sahibi nəzərdə tutulan bütün növ qurumlardan icazələr alaraq obyekti (obyekt – ticarət obyekti nəzərdə tutulur) 2014cü ildə inşa edib, 1-ci mərtəbəsini market olaraq istifadə edib, gəlir vergisi odəyib. Qəflət insult diaqnozu ilə rəhmətə gedib, işləri yarım qalıb. Vərəsə kimi övladı tanınaraq, adına icra hakimiyyəti memarlıq idarəsindən 2022ci ildə obyektin kitabça şəklində eskizi verilib. Yerli bələdiyyə orqanından torpağın sənədləşdirilməsi üçün isə müəyyən şişirdilmiş məbləğ istənilib. Təbii ki, 1. O məbləğ rüsum deyil və əldən istənilib. 2. Sənədləşmə işi mümkündür ki, bu işə razılıq verilib. Bilmək istərdim, torpağın qanuni sənədləşmə və dövlət rüsumunun ödəməklə çıxarışın alınması üçün müraciət etməli olduğum qurum haradır? Əvvəlcədən təşəkkürümü bildirirəm. Cavabı ətraflı olaraq qeyd etdiyim email-ə göndərsəniz məmnun qalaram.

Salam. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinı müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

İsa Nəsibzadə 2023-02-07 15:46:24

Salam. Mən boş torpaqda, obyek tikmək istəyirəm. Lakin bilmirəm hara müraciət edim və sənədləşməyə nəqədər pulum çıxar onu bilmək istəyirəm 3 sot torpaqdır

Salam. İlk öncə tikintintiyə icazə alınması üçün yerli icra hakimiyyətinə müraciət etməlisiniz. Vəkil Qulam İsmayılzadə

YASİN ƏLƏSGƏROV 2023-02-08 20:55:40

SALAM MƏNİM MEŞƏ FONDU OLAN YERDƏ YERLİ BƏLƏDYƏ TƏRƏFİNDƏN 1 SOT TORPAQ SAHƏSİ SATLIB KANUSTİRİKTİF TİKLİ OLUB BUTUN SƏNƏDLƏR VAR TİKLİ ÜÇÜN AMMA ÇIXARIŞ ALA BİLMİRİK . EYNI TORPAQDA 5 ABYEKTIN ÇIXARŞI VAR .DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.

Alim Huseynov 2023-02-08 21:22:51

Salam Qulam bəy! Torpaq sahəsinin kateqoriyası Yaşayış sahələrinin torpaqlarıdır, amma məqsədli istifadə növündə bağ-bostan yazılıb. Bu torpaq sahəsində ev tikmək olarmı?

Salam. Yagin sizdə ki çıxarış köhnə çıxarışdı, indi belə bölgü olmamalıdır. Çıxarışı təzələsəniz təyinatı olmayacaq üzərində onda tikə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Kahay Qarakiwiyeva 2023-02-17 16:28:33

Salam. Pay torpaqda ev tikmeye icaze varmi?

Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə

Pərviz Vəliyev 2023-02-20 19:13:06

Salam Mənim Torpaq Sahəmin cıxarışında Sənaye Nəqliyyat mudafiə və digər təyinatlı yazılıb yalnız ərazi olaraq bunların hec birinə uygun deyil yalnız ev tikmək olar ətrafda Hamıda evdir Necə koməy edə bilərsiniz Təyinatı dəyisməkdə ?

Salam. Məqallədə və yuxarıda ki şərhlərdə bu barədə məlumat verilibdir. Vəkil Qulam İsmayılzadə

Azər 2023-02-24 03:06:26

Salam.12 sot kənd təsərrüfatı təyinatlı torpağın təyinatını dəyişmək üçün sadaladığınız hər yerdən müsbət rəy alınarsa Nazirlər kabinetindən mənfi rəy verilmə ehtimalı varmı?sənədlər ora verildikdən sonra nə qədər müddətə cavab gəlməlidir?

Salam. Hamısını yığılsa hesab edirəm ki veriləcək. Müddət haqqında məlumat yoxdur. Vəkil Qulam İsmayılzadə

Turqut Hacizadə 2023-02-25 21:43:05

Salam. bizim adımıza kənd təsərrüfatı təyinatlı torpaq istəməyiblər necə olubdursa yazmasınlar..bütün torpaqlar kənd təsərrüfatı təyinatlı gedir. necə edə bilərik həyətyanı torpaq sahəmiz olsun . ev tikmək istəyirik.

Salam. Məqallədəki və şərhlərdəki məlumata diqqət yetirin. Vəkil Qulam İsmayılzadə

YASİN ƏLƏSGƏROV 2023-02-27 16:24:12

SALAM MƏNİM MEŞƏ FONDU OLAN YERDƏ YERLİ BƏLƏDYƏ TƏRƏFİNDƏN 1 SOT TORPAQ SAHƏSİ ALMIŞAM KANUSTİRİKTİF TİKLİ OLUB BUTUN SƏNƏDLƏR VAR TİKLİ ÜÇÜN AMMA ÇIXARIŞ ALA BİLMİRİK . EYNI TORPAQDA 5 ABYEKTIN ÇIXARŞI VAR .DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.

Salam. Müraciət edin məhkəməyə. Vəkil Qulam İsmayılzadə

Ramin Vəliyev 2023-03-02 21:12:38

Salam,zəhmət olmasa,mənə məsləhət verin 1 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi almaq istəyirəm. Sadəcə bilmək istəyirəm ki, yaşayış təyinatlı torpaq sahəsində nə etmək olar(məsələn ev tikmək olarmı?)

Salam. Bəli olar. Vəkil Qulam İsmayılzadə

Sübhan 2023-03-03 18:41:56

Salam mulkiyetimde tikinti tikmey isdeyirem halbuki icaze vermirler torpaqin teyinati tikinti ücundür halbuki her bir senetimde yerindedir bu halda biz kime müraciyet elemeliyiy?

Salam. İcra hakimiyyətini yazılı qaydada məlumatlandırıb tikintiyə başlaya bilərsiniz, yox əgər tikintiyə başladıqdan sonra yenə də maneəçilik törədilsə onda ərizə ilə rayon prokurorluğuna və inzibati məhkəməyə müraciət edin. Vəkil Qulam İsmayılzadə

Kamil 2023-03-04 22:02:33

Salam. Torpağın təyinatı “yaşayış məntəqəsinin torpaqları (sahibkarlıq)” yəni çıxarışda belə yazılıb. Həmin sahədə ev tikmək olarmı?

ağabəy tağıyev 2023-03-07 08:35:48

salam bizim ev və həəyətin sənədi köhnə rus ev kitabçasıdır mən istiyirəm çıxarış alım mən hara müraciət etməliyəm

Salam. Əgər sənədlərdə bir problem yxodursa onda Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələrinə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Şükürov Zaur 2023-03-09 18:18:42

Salam 4sot torpaq almisam yiyəsi satanda demiyibki kənt təsərrüfati təyinatlidi . Sənədləri alanda bilmisəmki kənt təsərrüfatı təinatlidi . Həmin ərazidə evlər tikilib. İndi men hənim torbpaqda ev tikməyə icazə ala bilərəmmi bele bir seyi qanun cərcivəsində həlli varmi

Comments are closed, but trackbacks and pingbacks are open.