Torpaq tikili və avadanlıqların uçotu
Bu və digər suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib. Onun sözlərinə görə, mühasibat uçotu baxımından aktivlər balansda torpaq, tikili və avadanlıqlar adı altında uçota alınmalıdır:
Torpaq tikili və avadanlıqların uçotu
Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
Valyuta.Az xəbər verir ki, torpaqların icarədə və ya mülkiyyətə olmasından asılı olaraq onun sahiblərinin vergi öhdəlikləri yaranır. Eyni zamanda torpaq satılarkən vergiyə cəlb olunur.
Bəs bu məsələlər ayrı-ayrılıqda necə tənzimlənir?
Torpaqlar vergi uçotuna necə alınır?
Bu və digər suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib. Onun sözlərinə görə, mühasibat uçotu baxımından aktivlər balansda torpaq, tikili və avadanlıqlar adı altında uçota alınmalıdır:
“Tutaq ki, “AA” MMC-nin balansında 100 000 manatlıq binası vardır və bu binanın yerləşdiyi torpaq sahəsinin də dəyəri 11 000 manat təşkil edir. MMC mühasibat və vergi uçotu baxımından aktivləri aşağıdakı kimi uçota almalıdır:
Hər iki aktiv balansda torpaq, tikili və avadanlıqlar altında uçota alınacaq. Yəni, 100 000 manatlıq bina tikili olaraq və 11 000 manatlıq torpaq sahəsi isə torpaq olaraq uçota alınacaq. Binaya amortizasiya hesablanacaq, amma torpaq sahəsinə amortizasiya hesablanmır”.
Bəs vergi uçotu baxımından məsələ necədir?
Bunun üçün Vergi Məcəlləsinə müraciət etməliyik. Məcəllədə torpaq, tikili və avadanlıqlar altında olan bir açılışa, tərifə və ya bölməyə rast gəlinmir. Ancaq Vergi Məcəlləsinin 13.2.17.-ci maddəsində əsas vəsaitlərin açılışı verilib. Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Maddəyə əsasən, yuxarıdakı misalda olan binanın əsas vəsait kimi qəbul olunduğunu deyən A.Cəfərov bunu həmin tikilinin dəyərinin 500 manatdan yuxarı olması və istifadə müddətinin 1 ildən çox olması ilə izah edib. Həmçinin, ona amortizasiya hesablanmadığını bildirib: “Amma torpaq sahəsinin istifadə müddəti müddətsiz, dəyəri 500 manatdan yuxarı olmasına baxmayaraq, onu əsas vəsait kimi vergi uçotunda qəbul etmək olmur. Çünki amortizasiya olunmur. Vergi Məcəlləsinin 114.2.-ci maddəsində göstərilib ki, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Odur ki, torpaq sahəsini vergi uçotunda digər maddi aktivlər kimi uçota almaq lazımdır”.
Bu məlumatların illik bəyannamələrdə əks olunmasına gəlincə, A.Cəfərov bildirib ki, illik mənfəət, gəlir, sadələşdirilmiş vergi bəyannamələrində torpaq sahəsi digər aktivlər sətrində qeyd edilməlidir. Yəni, ilin əvvəllinə qalığı, daxil olması, silinməsi, təqdim edilməsi və ləğv edilməsi bu sərtində yazılmalıdır.
“Tutaq ki, “AA” MMC mənfəət vergisi ödəyicisidir və 11 000 manat dəyəri olan torpaq sahəsini 20 000 manata satıb. Bu zaman həmin əməliyyat mənfəət vergisi bəyannaməsində necə qeyd edilməlidir?
Göründüyü kimi torpaq sahəsi əsas vəsait sayılmasa da digər amortizasiya olunmayan aktivlər kimi qəbul olunur. Ona görə də torpaq satışından əldə edilmiş 20 000 manat mənfəət vergisi bəyannaməsinin 202-ci sətrində “Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir” yazılmalıdır.Və torpaq sahəsinin balans dəyəri olan 11 000 manat isə bəyannamənin 219.2.-ci sətrində “Təqdim olunmuş (amortizasiya edilməyən) aktivlərin qalıq dəyəri” sətrində yazılmalıdır”.
Artıq 1 yanvar 2021-ci ildən torpaq sahələrini satan hüquqi şəxslər bu əməliyyatda sadələşdirilmiş vergi ödəyiciləri sayılmırlar. Onların bu əməliyyatları artıq mənfəət vergisinə cəlb olunan əməliyyat sayılır. Odur ki, satış zamanı bəyannamədə yazılışlar yuxarıdakı kimi olmalıdır.
Zeynəb Vəkil
Valyuta.az
Məlumat bazaları üzrə axtarış
Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotunun əsas məqsədləri: effektiv sənəd dövriyyəsinin təşkili, təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması, müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi, vergi uçotunun aparılması, təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.
Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, Mühasibat uçotunun tənzimləyən AR Qanunları, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. qanunvericilik aktlarını misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.
Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir. Qeydiyyat Daxil ol
Torpaq tikili və avadanlıqların uçotu
Respublika Dəri-Zöhrəvi Mərkəzi sair torpaq, tikili və avadanlıqlar ın satınalma üzrə tender elan edir.
FED.az tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 08.07.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Əsgərli Raciv
Alınacaq malların siyahısı:
Başlıq
Açıqlama
Miqdar
Ölçü vahidi
Setka,kürəyi və qolları tənzimlənən, başlıqlı və başlıq tənzimlənən, təkərli,xrom ayaqlı.
(Dəri )Xrom karkas ,qolları hündür,dəri.
(180x100x40) MDF şpon,petlələr keyfiyyətli, ayaqlar kvadrat xrom,tutacaqlar kvadrat xrom,üst hissə 36 mm ,qalan hissələr 18 mm.
Ofis üçün üç siyirməli/ MDF şpon,üst lay 36 mm,qalan hissələr 18 mm,altdan keçmə ray,tutacaqlar kvadrat xrom.
Karkas metal, üstü süni dəri
Dərman üçün (şüşə) 185x80x40 Alminium profil ilə, hər tərəfi şüşəli.
Təkərli,avtomobilə rahat qaldırılması üçün qatlana bilən karkas ilə,iki tərəfi bağlanıb açıla bilən. Ən azı 250 kq yük götürə qabiliyyəti.
Qan alma kreslosu. Metal karkas və dəri ilə hazırlanmış.
255smx300sm . Zebra və keyfiyyətli materialla hazırlanmış
Üçlü . Xrom karkaslı və dəri ilə hazırlanmış
Kürəyi,qolları və hündürlüyü tənzimlənən, təkərli,qollar və ayaq hissə mebel örtüklü, təbii dəri ilə,başlıqlı və paxlava tikişli,oturacaq isə irəli və geriyə hərəkət edən mexanizmlə təchiz olunmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.