Torpaqşünaslıq və aqrokimya
AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI. Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı. AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARI GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ. P L A N : 1. Aqrokimya elminin mahiyyəti. 2. Aqrokimya elminin üsulları.
AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI
AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI. Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı. AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARI GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ. P L A N : 1. Aqrokimya elminin mahiyyəti. 2. Aqrokimya elminin üsulları.
Uploaded on Sep 21, 2014
- Tiger Greene
- + Follow
Download Presentation
AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI
Presentation Transcript
- AQROKİMYA VƏ TORPAQŞÜNASLIĞIN ƏSASLARI Mühazirəçi: baş müəllim ABDULLAYEVA SEVİL FİRUDİN qızı
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ P L A N : 1. Aqrokimya elminin mahiyyəti. 2. Aqrokimya elminin üsulları. 3. Gübrələmə sisteminin düzgün təşkil edilməsi. 4. Növbəli əkin təşkilində gübrələmə sisteminin tərtibi. 5. Gübrələmə sistemini tərtib edərkən yerli gübrələrdən istifadə. 6. Torpaq – iqlim şəraiti. 7. Təsərrüfatda peyin və başqa üzvi gübrələrin hesablanması. 8. Kompostlar.
- Bitki Aqrokimya Torpaq Gübrə AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ • Aqrokimya torpaq, bitki və gübrə arasında qarşılıqlı əlaqələri öyrənən elmdir. Aqrokimya elminin banisi D.N.Pryanişnikov bu elmin mahiyyətini sadə və aydın şərh etmişdir. O, bu elmi üçbucağın mərkəzində göstərmişdir. • Bu üçbucağın təpələrində aqrokimyanın öyrəndiyi məsələlər – torpaq, gübrə və bitki dayanmışdır. Bu üçbucağın təpələrinin hər biri, bir-birinə əks istiqamətdə yönəlmiş oxlarla o biri iki təpə ilə birləşir. Oxlar qarşılıqlı surətdə təsir göstərir. Bitki, torpaq və gübrə ilə, torpaq, bitki və gübrə ilə, gübrə, torpaq və bitki ilə qarşılıqlı təsirdə olur. Aqrokimya, nəticəsi məhsul olan bu üç sistemin qarşılıqlı təsir gedişini öyrənir. Aqrokimya elminin vəzifəsi bu şəraiti mümkün olduqca idarə etmək, torpaq və bitkinin xüsusiyyətlərini nəzərə alaraq, təcrübədən ötrü müvafiq tövsiyələr verməkdən ibarətdir.
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ • Aqrokimya elmi əlbəttə, hazır reseptlər vermir. Lakin onun qarşısında duran əsas vəzifə qanunauyğunluqları bilən mütəxəssis hər bir konkret şəraitdə aqrokimyaya aid məsələni düzgün həll edə bilər. Aqrokimya elminin tədqiqat üsulu aşağıdakılardan ibarətdir: • Laboratoriya; • Vegetasiya; • Tarla; • İstehsalat təcrübələri. Axırıncı üç üsul bioloji tədqiqat üsulu hesab edilir.
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ Aqrokimya elmi bu dörd tədqiqat üsulunun köməyi ilə öz qarşısında duran aşağıdakı beş məsələni öyrənir: 1) Bitkilərin qidalanması. 2) Torpağın münbitliyi. 3) Əkinçilikdə qida maddələrinin dövriyyəsi. 4) Gübrələrin səmərəli tətbiqi. 5)Bitkilərin kimyəvi yolla mühafizəsi (bu məsələ eyni zamanda bitki mühafizəsi mütəxəssisləri tərəfindən öyrənilir).
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sistemi – bütün əkin dövriyyəsi müddətinə hesablanmış çoxillik gübrələmə planıdır və ya kənd təsərrüfatı bitkilərinə veriləcək üzvi və mineral gübrələrin norması, verilmə vaxtı və verilmə üsulunun planıdır. • Gübrələmə sisteminin vəzifəsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasını, onun keyfiyyətinin yaxşılaşdırılmasını, əmək məhsuldarlığının və torpağın münbitliyinin yüksəldilməsi məsələlərini düzgün həll etməkdən ibarətdir.
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ • Bu elmin əsas məqsədi gübrələri düzgün tətbiq etməklə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və onun keyfiyyətini yüksəltməkdən ibarətdir. Aparılan tədqiqatlara görə əlverişli aqrotexnika tətbiq edildiyi şəraitdə azot, fosfor və kalium gübrəsinin təsiredici maddəsinin bir tonu kənd təsərrüfatı bitkilərinin tonlarla məhsulunu artırır. • Kənd təsərrüfatı bitkilərinin məhsulunu sürətlə artırmaq üçün gübrələrin torpağa verilmə üsullarının öyrənilməsi əsas məsələdir.
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ Gübrənin təsiredici maddənin 1 kq-nın bitkilərin kq-la məhsuluna təsiri
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ • Bitkilərə veriləcək gübrələrin miqdarının müəyyənləşdirilməsində bitkinin bioloji xüsusiyyəti ilə yanaşı, torpaqda olan qida maddələrinin ehtiyatı və formalarının öyrənilməsi də çox vacibdir. Torpaqda olan qida maddələrinin ehtiyatını müəyyənləşdirmək üçün torpaq analiz edilir və müvafiq kartoqram tərtib olunur. Bu məqsədlə ölkəmizdə aqrokimyəvi xidmət təşkil edilmişdir. Onun 200-ə yaxın zona aqrokimya laboratoriyası mövcuddur. Azərbaycanda beş zona aqrokimya laboratoriyası fəaliyyət göstərir. Həmin laboratoriyalar hər 4 – 5 ildən bir torpağın aqrokimyəvi kartoqramını yenidən tərtib edirlər.
- AQROKİMYA FƏNNİ VƏ ONUN ÜSULLARIGÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ Ədəbiyyat: 1. H.Xəlilov, T.Əliyev – “Aqrokimya” – Bakı 1975 2. M.İ.Cəfərov – “Torpağın xassələri və gübrələrin tətbiqi” – Bakı 2006 3. T.Ə.Əliyev, M.S.Hüseynov – “Aqrokimyanın əsasları” – Gəncə 2001
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sistemi – bütün əkin dövriyyəsi müddətinə hesablanmış çoxillik gübrələmə planıdır və ya kənd təsərrüfatı bitkilərinə veriləcək üzvi və mineral gübrələrin norması, verilmə vaxtı və verilmə üsulunun planıdır. • Gübrələmə sisteminin vəzifəsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasını, onun keyfiyyətinin yaxşılaşdırılmasını, əmək məhsuldarlığının və torpağın münbitliyinin yüksəldilməsi məsələlərini düzgün həll etməkdən ibarətdir.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Düzgün təşkil edilmiş gübrələnmə sistemi təsərrüfatda üzvi və mineral gübrələrdən istifadə olunmasına dair kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır. Bu tədbirlər sisteminə üzvi gübrələrin toplanması və onun düzgün saxlanması, mineral gübrələr üçün anbarlar tikilməsi, gübrələrin daşınması və onların verilməsi üçün nəqliyyatın, k/t maşın və alətlərindən, gübrə səpən maşın və işçi qüvvəsinin təşkili daxildir. Gübrələnmə sisteminin son məqsədi, torpaqların münbitliyini müntəzəm olaraq yüksəltmək və k/t bitkilərindən yüksək və sabit məhsul götürüb, bu işə əmək və pul məsarifini azaltmaqdır.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sistemini əsaslandırarkən gübrələrin effektliyinə təsir edən faktorları nəzərə almaq lazımdır. Bu faktorlardan ən əsasları gübrələrin verilmə üsulları, ayrı-ayrı bitkilərin qidalanma xüsusiyyətləri, torpaq – iqlim şəraiti, bitkilərin növbələşmə xüsusiyyətləri, gübrələrin xassələri, bitkilərin aqrotexnikası və təsərrüfatın iqtisadi şəraiti.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Növbəli əkinlərdə gübrələmə sistemi tərtib edəndə ayrı-ayrı bitkilərin inkişafının bioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, müxtəlif bitkilərin qida elementlərinə olan tələbatları da müxtəlifdir. İnkişaflarının ilk dövrlərində, bitkilər, sonrakı dövrlərinə nisbətən xeyli az qida elementləri sərf edirlər. Bitkilər inkişaf etdikcə qida elementlərini sərf etməsi artır və müxtəlif bitkilərdə inkişafının müxtəlif mərhələlərində maksimuma çatır. • Növbəli əkində gübrələmə sistemi – bütün növbəli əkin tarlaları və bitkilərinə gübrələrin bölüşdürülmə planıdır ki, bunda növbəli əkin rotasiyası nəzərə alınaraq veriləcək gübrələrin dozaları, vaxtı və verilmə üsulları göstərilir. Təsərrüfatda müəyyən edilmiş növbəli əkinlər olmadıqda – hər il əvvəlcədən bütün bitkilər üzrə gübrələri tətbiq etməyə dair səmərəli və ətraflı plan tərtib edilməlidir.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sisteminin tərtib edilməsi aqrokimyaçı aqronomlarının ən mühüm işlərindən biridir. Gübrələmə sistemi tərtib edəndə təşkilatı – iqtisadi və torpaq – iqlim şəraiti, gübrələrin özünün xassələrini, onların torpağa verilmə üsulları və dozaları, müxtəlif bitkilərin qida elementlərinə tələbatı və onların becərilmə aqrotexnikası, növbəli əkinlərin xüsusiyyəti və s. nəzərə alınmalıdır. Bütün bu şəraiti düşüncəli surətdə hesaba alaraq təsərrüfatda gübrələrin hazırlanması və istifadə olunması planları tərtib olunur və praktikada həyata keçirilir.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Azərbaycan Respublikasının təsərrüfatlarının təbii – iqtisadi şəraiti son dərəcə müxtəlifdir. Belə ki, dünyada olan 11 iqlimdən 9-na respublikamızın ərazisində rast gəlinir. Respublikanın ərazisi müxtəlif zonalara ayrılır ki, hər zonanın özünəməxsus torpaq – iqlim şəraiti, bitkiləri və onların becərilmə aqrotexnikası vardır. Bununla əlaqədar olaraq, gübrələmə sistemi tərtib edəndə birinci növbədə yerli şərait nəzərə alınır, təsərrüfatın özündə gübrələrin effektliyi, qabaqcıl qonşu təsərrüfatların təcrübəsi və yaxınlıqlardakı aqrokimya laboratoriyaların, təcrübə stansiyalarının və kənd təsərrüfatı elmi-tədqiqat müəssisələrinin tərtib etdikləri gübrələrin tətbiq edilməsinə dair məsləhətlərindən istifadə olunmalıdır. Bütün bu materiallardan tənqidi surətdə gübrələmə sistemi tərtib olunan təsərrüfatların konkret şəraitinə münasib şəkildə istifadə olunmalıdır.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Təşkilati – iqtisadi şərait. Növbəli əkinlərdə gübrələmə sistemlərini tərtib edəndə təşkilatı – iqtisadi şəraitə: yerli gübrələri maksimum dərəcədə toplamaq və saxlamaq, lazım olan mineral gübrələr əldə etmək, onları tarlalara daşımaq, təsərrüfatı işçi qüvvəsi ilə, gübrələri səpən maşınlarla və s. ilə təmin olunma imkanlarını qiymətləndirmək daxil edilir.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sistemi tərtib edərkən, əvvəlcədən təsərrüfatın kompostlar hazırlamaq cəhətdən real imkanlarını, peyin miqdar və keyfiyyətini, peyin şirəsini saxlaya bilmək, həmçinin yaşıl gübrə üçün paxlalı bitkilərin toxumunu əldə etmək imkanlarını, eləcə də mineral gübrə almaq üçün təsərrüfatın maliyyə imkanlarını müəyyən etmək lazımdır. Bundan başqa gübrələri daşımaq və sahəyə vermək üçün nə qədər işçi qüvvəsi və nəqliyyat tələb olunduğu hesablanır. Gübrələri daşımaq və torpağa vermək işlərinin bütünlüklə mexanikləşdirilməsi imkanı nəzərdə tutulmalıdır.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Təşkilati – iqtisadi şəraitin hesaba almağın əsas mənası tərtib edilmiş növbəli əkində gübrələmə sistemi həqiqətdə icra edilə bilsin və iqtisadi cəhətdən məqsədə uyğun olsun. • Nəzəri olaraq elə gübrələmə sistemi tərtib etmək olar ki, bitkilərin qida elementlərinə olan tələbatı nəzərə alınmış olsun, torpaq – iqlim şəraitinə və başqa şəraitə uyğun gəlsin. Lakin əməli olaraq konkret şəraitdə həyata keçirilə bilməsin və ya iqtisadi cəhətdən əlverişli olmasın. Təşkilati – iqtisadi şəraiti hesaba almağın əsas vəzifəsi belə səhvlərə yol verməməkdir.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Torpaq – iqlim şəraiti. Tətbiq olunan gübrələrin növləri və miqdarı xeyli dərəcədə torpağın xarakterindən asılıdır. Üzvi və mineral qida maddələri az olan, strukturu zəif və davamsız olan podzol torpaqlara əhəng, üzvi və bütün mineral gübrə növlərinin böyük dozaları verilməlidir. Bundan başqa podzol torpaqların çoxunda faydalı mikroflora az olur, buna görə də üzvi gübrələrlə yanaşı, bakterial gübrələr də verilməlidir. • Torpaqların turşuluğu yüksək olanda birinci növbədə fizioloji qələvi (Na NO3, KNO3, Ca (NO3)2) gübrələrin verilməsini tələb edir. Fosforlu gübrələrin çətin həll olan formalarından (Teomofosfat – (CaO)3 NaO P2 O5 CaO SiO2), vivianit – (Fe3(PO4)2 8H2O), sümük unu – (Ca3 (PO 412), fosforit unu – (Ca (HCO3)2) və s. istifadə oluna bilər.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Növbəli əkində çoxillik otların olması gübrələrin effektliyini daha da artırır. Çoxillik otlar torpaq strukturunu, torpağın su və hava rejimini yaxşılaşdırır və bununla da gübrələrin effektliyi daha da artır. • Gübrələrin effektli olması üçün torpaqbecərmənin, səpinin, vegetasiya dövründə bitkiyə qulluq işlərinin öz vaxtında və yüksək keyfiyyətlə aparılmasının böyük əhəmiyyəti vardır. Başqa aqrotexniki tədbirlərin effektliyini artırmaq üçün gübrələrin düzgün verilməsi də vacibdir.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Müxtəlif bitkilərin qida maddələrinə olan tələbatları da müxtəlifdir. Bundan başqa, eyni bitki inkişafının müxtəlif dövrlərində qida maddələrinə müxtəlif dərəcədə tələbkar olur. Bitkilər inkişafının birinci mərhələsində adətən qida maddələrinə az, inkişafının sürətli mərhələsində isə daha çox tələbkar olur. • İnkişafının əvvəlində qida maddələrinə az tələbkar olmasına baxmayaraq, həmin mərhələdə qidanın çatışmamağı bitkilərin boy atmasına, inkişafına və nəhayət məhsuluna mənfi təsir göstərir. İnkişafının axırına yaxın bitki kifayət qədər qida maddəsi ilə təmin olunsa da inkişafının ilk dövründə çatışmayan qida maddəsinin görəcəyi işi əvəz edə bilməz.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sistemində müxtəlif bitkilərin inkişaf mərhələsində qida maddələrinə olan tələblərini ödəmək üçün gübrələrin miqdarının, verilmə vaxtlarının və verilmə üsullarının təyin edilməsinin də böyük əhəmiyyəti vardır. Bu məsələlərin öyrənilməsi bitkilərin kök sistemlərinin inkişafı ilə mütləq əlaqələndirilməlidir. • Növbəli əkində gübrələmə sistemini hazırlayarkən gübrənin verildiyi bitkinin məhsulundan başqa, bu bitkidən sonra əkiləcək bitkinin məhsulunun artmasına ikinci və üçüncü ildə təsirini də nəzərə almaq lazımdır.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Gübrələmə sistemi hazırlanarkən gübrələrin sonrakı təsirindən başqa sələf bitkisinin gübrənin effektliyinə olan təsiri də nəzərə alınmalıdır. • Gübrələrin verilmə vaxtları, üsulları, onların formaları və verilmə dərinlikləri torpağın xassəsi ilə əlaqələndirilməlidir. • Torpağın tipi, mexaniki və kimyəvi tərkibi, reaksiyası və başqa xassələri gübrələrin səmərəliliyinə də təsir edə bilər. Müxtəlif tipli torpaqlarda ayrı-ayrı gübrələr müxtəlif əhəmiyyətə malik ola bilər.
- GÜBRƏLƏMƏ SİSTEMİ, ONUN VƏZİFƏSİ, ƏHƏMİYYƏTİ, TƏŞKİLİ VƏ BİTKİLƏRİN QİDALANMA XÜSUSİYYƏTLƏRİNDƏN ASILI OLARAQ GÜBRƏLƏNMƏSİ • Torpağın mexaniki tərkibi, torpaqda qida maddələrinin hərəkətinə və onların udulmasına çox böyük təsir edir ki, bu da öz növbəsində verilmiş gübrələrdən bitkinin az və ya çox istifadə etməsinə təsir edir. Gübrələrin normasını və verilmə vaxtlarını təyin edərkən torpaqların mexaniki tərkibi mütləq nəzərə alınmalıdır.
- TƏSƏRRÜFATDA PEYİN VƏ BAŞQA ÜZVİ GÜBRƏLƏRİN HESABLANMASI ÜSULLARI Peyin və başqa üzvi gübrələrə olan tələbatı hesabladıqda təsərrüfatda toplanan peyinin və başqa yerli gübrələrin miqdarı nəzərə alınmalıdır. Bununla yanaşı növbəli əkinlərin sahələrində mövcud olan üzvi gübrələrin miqdarı və bu baxımdan bir hektar əkin sahəsinə düşən üzvi gübrələrin miqdarı təyin edilməlidir. Üzvi gübrələrin toplanması və onun növbəli əkinlər arasında paylaşdırma miqdarı imkan daxilində çox olmalı, habelə yerli şəraitə uyğun gəlməlidir.
- TƏSƏRRÜFATDA PEYİN VƏ BAŞQA ÜZVİ GÜBRƏLƏRİN HESABLANMASI ÜSULLARI • Təsərrüfatda yaşıl gübrələrdən istifadə etmək nəzərdə tutulduqda, bu zaman həmin məqsədlə becərilən bitkilərdən alınan yaşıl kütlə məhsulu üzvi gübrələrin ümumi miqdarına daxil edilir. • Təsərrüfatda üzvi gübrələrin balansı təyin edilərkən planlaşdırılmış miqdarda peyin, kompost və sideratların yaşıl kütlə məhsulu, habelə peyinin saxlanmasını yaxşılaşdırmaq tədbirləri planın tutulması olduqca vacibdir. Təsərrüfatda peyin çıxımı aşağıdakı üsullarla təyin edilir.
- TƏSƏRRÜFATDA PEYİN VƏ BAŞQA ÜZVİ GÜBRƏLƏRİN HESABLANMASI ÜSULLARI • Birinci üsul: heyvanların hər başına görə peyin çıxımın hesablanması. • İkinci üsul: Peyin çıxımı aşağıdakı düstur vasitəsilə hesablanır:
- TƏSƏRRÜFATDA PEYİN VƏ BAŞQA ÜZVİ GÜBRƏLƏRİN HESABLANMASI ÜSULLARI • Burada: X – təsərrüfatda olan peyinin miqdarı (tonla). • j – sərf olunan yemin miqdarı, tonla (burada yemin yarısının peyinlə ifraz olunmasının, yarısının isə heyvan orqanizmi tərəfindən mənimsənilməsini göstərir. • D – sərf olunan döşənəyin miqdarı. • 4 – quru maddəni yaş peyinə hesablamaq üçün əmsaldır (belə ki, peyinin tərkibinin -ni quru maddə, hissəsini isə su təşkil edir). • Heyvanlardan alınan təzə və yaş peyin çıxımını aşağıda göstərilən məlumatlardan istifadə edilir.
- TƏSƏRRÜFATDA PEYİN VƏ BAŞQA ÜZVİ GÜBRƏLƏRİN HESABLANMASI ÜSULLARI • Sutka ərzində heyvanların ifraz etdiyi yaş peyinin miqdarı • Heyvanların növü: • Bir başdan alınan ümumi ifrazat (nəcis, sidik, su) kq-la • Sağılan qaramal 55 • Cavan iri buynuzlu mal-qara 25
- TƏSƏRRÜFATDA PEYİN VƏ BAŞQA ÜZVİ GÜBRƏLƏRİN HESABLANMASI ÜSULLARI Heyvanların növünü, sayını, bir başdan alınan sutkalıq yaş peyin çıxımını və bordaq dövrünün müddətini bildikdən sonra yaş peyin çıxımını aşağıdakı düstur vasitəsilə hesablamaq olar:
- KOMPOSTLAR Kompostlama üzvi gübrələrin miqdarını artırmağın və onların keyfiyyətini yaxşılaşdırmağın mühüm üsuludur. Bu üsulun vasitəsi ilə bu və ya digər üzvi gübrənin çürüməsi zamanı tərkibindəki qida maddələrinin saxlanmasına və eləcə də ona qarışdırılmış digər üzvi gübrənin qida maddələrinin daha yaxşı mənimsənilən hala düşməsinə kömək edilir.
- KOMPOSTLAR • Əksər hallarda kompostlamaq üçün çürüməyə davamlılığı eyni dərəcədə olmayan iki komponenti qarışdırırlar. Bu komponentlərdən birincisi (küləş və şax kimi bitki qalıqları, torf • və s.) zəif, ikincisi isə mikroflora ilə zəngin olub, tez çürüyən (peyin, peyin şirəsi, fekali və s.) üzvi maddələrdir. • Kompostlama zamanı zəif çürüyən birinci komponent 85 – 90%, ikinci komponent isə 10 – 15% miqdarında götürülür.
- KOMPOSTLAR • İkinci komponenti işlətməkdə məqsəd üzvi maddələrin mikrobioloji çürüməsini tezləşdirməkdir. Bəzən bu cür kompostlamaya bioloji kompostlama da deyilir. • Ümumiyyətlə, kompostlamada məqsəd gübrə kimi az əhəmiyyətli olan qiymətsiz inert materialları gübrə halına salmaqla üzvi gübrə çıxımını artırmaqdır. • Azərbaycanda heyvanların yeminə yararlı olmayan küləş, xarab olmuş quru ot qalıqlarının, tərəvəz bitkilərinin şax və bəliminin peyinlə kompostlaşdırılması geniş tətbiq edilir. kompostların çürüməsini sürətləndirmək məqsədilə onlara bəzən bakterial gübrələr də qatırlar.
- KOMPOSTLAR • Üzvi gübrələrin mineral gübrələrlə kompostlaşdırılması da tətbiq edilir. Belə kompostlamada məqsəd üzvi gübrədən qida itkisini azaltmaq, eləcə də onun tərkibində az olan bu və ya digər qida maddəsinin miqdarını artırmaqla yanaşı, xassələrini yaxşılaşdırmaqdır. • Respublikamızda peyinin superfosfatla və ya fosforit unu ilə (1 – 4%) kompostlaşdırılması geniş tətbiq edilir. Torf olan yerlərdə peyini torfla, torfu duru ammonyakla, fosforit unu ilə, əhənglə və s. kompostlayırlar.
- KOMPOSTLAR • Peyinin torpaqla kompostlaşdırılması da tətbiq edilir. Bu məqsədlə peyinə çürüntülü torpağı, peyinin çəkisinin 20 – 30%-dən artıq olmamaq şərti ilə qat-qat əlavə edirlər. Bir qayda olaraq kompostlamada hər iki komponent bir-birinə qat-qat əlavə edilir. Kompostlar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını xeyli artırır. Kompostların bitkinin məhsuldarlığına təsiri peyinin təsirinə bərabərdir. Onun hər tonunun təsirilə dənə çevirdikdə bir hektardan orta hesabla 0,5 – 1 sentner məhsul artımı əldə edilir.
- KOMPOSTLAR Ə D Ə B İ Y Y A T • 1. R.Q.Hüseynov – Azərbaycanda gübrələmə sisteminin aqrokimyəvi əsasları – Bakı – 1961 • 2. H.Xəlilov, T.Əliyev – Aqrokimya – “Maarif” – Bakı – 1975 3. B.İ.Bayramov, Z.İ.Süleymanov – Gübrələmə sistemi – Kirovabad – 1987 4. M.İ.Cəfərov – Torpağın xassələri və gübrələrin tətbiqi. “Elm” – 2006
© 2023 SlideServe | Powered By DigitalOfficePro
Torpaqşünaslıq və aqrokimya
Torpaqşünaslıq və aqrokimya ixtisası bir – birinə yaxın olan 2 ixtisasın birləşməsidir. II kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq :
- ➝ Torpaqşünaslıq – Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Tоrpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (tоrpаq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.
- ➝ Aqrokimya – Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir. Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayevic Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişdirmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur. Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.
İxtisasın tarixi
Torpaqşünaslıq bir elm (təlim) kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində Rusiyada yaranmışdır. 1836-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin, gübrələrin aqrokimyəvi analizini aparmışdır. İlk dəfə ölkəmizdə tədrisi isə 1919 – cu ildən başlamışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Torpaqşünaslıq :
- ➝ Torpağın parametrlərinin dəyərləndirilməsi;
- ➝ Torpaqda gedən proseslərə bələd olmaq;
- ➝ Torpağın münbitliyinin formalaşması;
- ➝ Torpağın məhsuldarlığının artırılması;
- ➝ Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək;
- ➝ Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.
Aqrokimya :
- ➝ Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəkdilməsi;
- ➝ Məhsulun keyfiyətinin artırılması;
- ➝ Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması;
- ➝ Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi;
- ➝ Torpaq münbitliyinin kimyasının analizi;
- ➝ Əkinçilikdə qida maddələrinin dövriyyəsi;
- ➝ Gübrələrin səmərəli tətbiq edilməsi;
- ➝ Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
Torpaqşünaslıq :
- ➝ Torpaq analizi laboratoriyaları
- ➝ Əmlak Məsələləri Dövlət Komitəsi
- ➝ Kənd Bələdiyyələri
- ➝ Daşınmaz əmlak müəssisələri
- ➝ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
- ➝ Xəritəçəkmə üzrə
Aqrokimya :
- ➝ Aqronomluq üzrə
- ➝ Aqrokimya laboratoriyası
- ➝ Əkinçilik Elmi Tədqiqat İnstitutu
Hər iki sahəyə aid iş yerləri :
- ➝ Kənd Təsərrüfatı Nazirliyi
- ➝ Qida Təhlükəsizliyi İnstitutu
- ➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
Bu ixtisas üzrə xüsusi bacarıqlara ehtiyac yoxdur. Zəruri təməl kompetensiyalar isə bunlardır :
- ➝ Məsuliyyətli olmaq;
- ➝ Analitik düşüncə;
- ➝ Məntiqi təfəkkür;
- ➝ Komanda ilə işləmə bacarığı;
- ➝ Təşkilatçılıq bacarıqları;
- ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
- ➝ Detallara diqqət yetirməyi bacarmaq;
- ➝ Daim öyrənmək bacarığı;
- ➝ Müşahidə bacarığı;
- ➝ Fiziki dözümlülük;
- ➝ Stressə dözümlülük;
- ➝ Punktuallıq;
- ➝ Dəqiqlik;
İxtisasın gələcəyi
Torpaq tükənməyən resursdur. Bu baxımdan onun öyrənilməsi və dəyişikliklərin tədqiq edilməsi zəruridir. Qeyri – neft sənayesinin bütün sahələrinin əsas resurslarından olan torpaq bütün dövrlər üçün aktual və əhəmiyyətli məsələdir.
Əmək haqqı
Torpaqşünaslıq :
- ➝ Dövlət müəssisələrində – 350 – 600 AZN
- ➝ Özəl müəssisələrdə – 500 – 1500 AZN
Aqrokimya :
- ➝ Dövlət müəssisələrində – 300 – 500 AZN
- ➝ Özəl müəssisələrdə – 300 – 2500 AZ
Torpaqşünaslıq və aqrokimya
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu
- Haqqımızda
- İnstitutun tarixi
- Rəhbərlik
- Struktur
- Şöbələr
- Laboratoriyalar
- Regional elmi təcrübi dayaq məntəqələri
- Regional Təcrübə və Resurs Mərkəzi
- Şamaxı dayaq məntəqəsi
- Ucar dayaq məntəqəsi
- Əsas elmi istiqamətlər
- Hesabatlar
- Avtoreferatlar
- Patentlər
- Həqiqi üzvlər
- Müxbir üzvlər
- Elmlər doktorları
- Fəlsəfə doktorları
- Elmi şura
- Elmi seminar
- Disertasiya şurası
- Qadınlar şurası
- Gənc alim və Mütəxəssislər şurası
Kateqoriyalar
- İmtahan
- Görüşlər
- Konfranslar, iclaslar
- Elmi seminarlar
- Ekspedisiya xəbərləri
- Yeni nəşrlər
- Maraqlı məlumatlar
- Yubileylər
- Müsahibələr,çıxışlar
Son xəbərlər
Ən çox oxunanlar
- Konfranslar, iclaslar
- 2022-01-13
- Konfranslar, iclaslar
- 2022-02-02
- Konfranslar, iclaslar
- 2021-12-16
Cümə axşamı, Mart 23, 2023
Son xəbərlər
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı iləəlaqədar tədbir keçirilib
- Maraqlı məlumatlar
- 2023-03-17
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı iləəlaqədar tədbir keçirilib
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu Xaçmazda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib
- Maraqlı məlumatlar
- 2023-03-16
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu Xaçmazda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
- Maraqlı məlumatlar
- 2023-03-07
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda olublar
- Maraqlı məlumatlar
- 2023-03-06
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Şərqi Z
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Ağdam rayonunda olublar
- Maraqlı məlumatlar
- 2023-03-03
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Ağdam
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Füzuli rayonunda olublar
- Maraqlı məlumatlar
- 2023-02-27
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Füzul
“Xocalı soyqırımı”nın 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
- Maraqlı məlumatlar
- 2023-02-24
“Xocalı soyqırımı”nın 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
- Elmi seminarlar
- 2023-02-16
“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “İşğaldan azad edilmiş ərazilərdə torpaqların tədqiqi və bərpası” mövzusunda təlim keçib
- Maraqlı məlumatlar
- 2023-02-15
AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “İşğaldan azad edilmiş ərazilərdə torpaqların tədqiqi və bərpası” mövzusunda təlim keçib
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Maraqlı məlumatlar
- 2023-02-02
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Struktur
Comments are closed, but trackbacks and pingbacks are open.