Press "Enter" to skip to content

MÜƏSSİSƏNİN İQTİSADİYYATI

Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan iqtisadiyyatı

Azərbaycan uzun müddət Rusiyanın müstəmləkəsində olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin ölkənin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı.

Lakin 1918-1920-ci illərdə də Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqeyə sahib olub. Azərbaycan Demokratik Respublikasının (ADR) fəaliyyətdə olduğu 23 aylıq dövrə aid olan geniş araşdırma mövzuları arasında təəssüf ki, bu cümhuriyyətin iqtisadi tarixi, xarici-ticarət əlaqələri, büdcə siyasəti haqqında yığcam, dərin araşdırılmış materiallara rast gəlmək olmur. Bununla belə, respublikanın sahib olduğu iqtisadi imkanlar, fəaliyyəti ilə bağlı bəzi materiallar toplamaq mümkündür. Həmin materiallar ADR-in iqtisadi fəaliyyəti ilə bağlı az da olsa təsəvvür yaratmağa imkan verir.

ADR hökumətinin Azərbaycanda həyata keçirdiyi iqtisadi fəaliyyət əsasən 1919-cu ildə daha əhəmiyyətli olmuşdur. Həm bu ilin bütünlüklə cümhuriyyət dövrünə daxil olması, həm də hökumətin strukturlarının tam formalaşdırılması bir sıra islahatların həyata keçirilməsinə imkan yaratmışdır. 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manata bərabər olmuşdur. Bunun böyük hissəsi neft satışından əldə edilən gəlirlərdən və tutulan mənfəət vergisindən daxil olmalar təşkil etmişdir. Büdcəni formalaşdırmaq üçün əsas mənbə gəlir vergisi idi. 1919-cu ildə ölkədə mənfəət vergisinin dərəcəsi 30 faizə bərabər olmuşdur. Büdcə daxilolmalarında ikinci mühüm mənbə şərab, tütün və xüsusən neft məhsullarından alınan aksiz vergisindən ibarət idi. Bunlarla bərabər, büdcənin 100 milyon manatlıq hissəsini gömrükdən, 15 milyon manatını isə azad ticarət, yük, sərnişin daşınmasından toplanan rüsum təşkil edib. Məhdud imkanları olan büdcənin çox hissəsi əmək haqlarının verilməsinə yönəldilirdi. Hökumət az da olsa büdcədən təhsil üçün 30 milyon, hərbi xərclər üçün 80 milyon manat vəsait ayıra bilmişdi. ADR qurulana qədər baş verən münaqişələr səbəbindən çoxlu yaşayış məntəqələri dağıdılmışdı. Büdcədən təxminən 130 milyon manat məhz bu çatışmazlıqların aradan qaldırılması üçün istifadə edildi. Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə Azərbaycan daha çox aqrar ölkə olub. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, dəvələrin sayı 12 min baş, qoyunların və keçilərin sayı 1,5 milyon başa çatıb.

Hər bir dövlətin əsas iqtisadi atributlarından biri təbii ki, onun milli valyutasıdır. Azərbaycanın milli valyutası olan manat məhz 1919-cu ilin əvvəllərində tədavülə buraxılıb. İlk əskinazlar 25, 50, 100 və 250 manatlıq olmuşdur. Bir qədər sonra manatın daha böyük 500-lük əskinası emissiya edilib. Azərbaycan birjalarında pulların məzənnələrinə diqqət yetirdikdə görünür ki, manatın kursu aparıcı valyutalara nisbətən çox aşağı olub. Məsələn, 1919-cu ildə 100 rublluq “Romanovlar” 350 manat, 1 ingilis funt-sterlinqi 315 manat, 1 Amerika dolları 280 manat, Fransa frankı 10 manat, İtaliya lirəsi 7 manat, İran tüməni 125-230 manat, rus onluq qızıl valyutası 420 rubl manat və s. təşkil edib.

Maliyyə-pul siyasətini daha da gücləndirmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda Azərbaycan Dövlət Bankı təsis olunub. 1919-cu ilin oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başlamışdır.

Azərbaycan həmin illərdə aqrar ölkə olsa da, strateji məhsulların çox hissəsini idxal hesabına təmin edib. Taxıla olan ehtiyacını qarşılamaq üçün xaricdən 7 milyon pud (112 min ton) buğda alıb. Təxminən 16 min ton şəkər idxal edib.

ADR xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrində barter üsulundan geniş istifadə edirdi, alınan malların və təbii sərvətlərin müqabilində daha çox neft verilirdi.

Azərbaycan Amerikadan, Fransadan, İtaliyadan və digər xarici ölkələrdən gətirdiyi hərbi sursatın, telefon aparatlarının, minik avtomobillərinin, yüz ədəd paravozun, iki min sisternin, beş yüz bağlı vaqonun, ərzaq məhsullarının dəyərini əsasən neftlə, pambıqla, yunla, ipəklə, gön və dəri ilə ödəyirdi.

Azərbaycanda həmin illərdə iqtisadi əlaqələri qaydaya salmaq üçün gömrük xidməti də yaradıldı, Bakı-Batum neft kəməri bərpa edildi, Kür çayı üzərində körpü tikildi, Bakı-Ceyhan dəmir yolu inşa edildi, Xəzər dəniz gəmiçiliyi yenidən quruldu.

Cümhuriyyət illərində Azərbaycanda 1918-ci ildə 3287 quyudan 185, 6 milyon pud (2,96 milyon ton), 1919-cu ildə 2066 quyu 225,1 milyon pud (3,6 milyon ton), 1920-ci ildə 2037 quyudan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.

Azərbaycan neftinin əsas alıcısı ilk vaxtlar Rusiya, daha sonra isə görülən tədbərlər nəticəsində Avropa ölkələri olub. Rusiyada inqilabla əlaqədar Azərbaycandan neftin ixracı 1919-cu ildə ciddi dərəcədə azaldı. Bu amil Azərbaycan iqtisadiyyatında ciddi böhranın yaranmasına səbəb olmuşdur. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə respublikada hasil olunan 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdir.

Avropaya neft ixracı 1919-cu ilin mart ayında uzunluğu 500 km, nəql etmək gücü 3 milyon ton olan Bakı-Batumi neft kəməri bərpa edildikdən sonra mümkün oldu. Neft ixracının güclənməsi ölkəmizin bütün istehsal sahələrinin inkişafına təkan verdi.

Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdı ki, bunun da 56 min kVt-ı “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşürdü.

Nəhayət, həmin illərdə qısa müddətdə Azərbaycan iqtisadiyyatını idarə edən strukturlar tam formalaşdırıldı.

23 ay ərzində hökumətdə bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli bəy Əmircanov, İ.Protasov, Ə.Həsənov (maliyyə və xalq maarifi naziri), Məmməd Yusif Cəfərov, A.Əminov (ticarət və sənaye naziri), Əkbər ağa Şeyxulislamov, Xosrov bəy Sultanov, A.Qardaşov, Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski (yollar, poçt və teleqraf naziri), Cəmo bəy Hacınski, Məmməd Həsən Hacınski, Nərimanbəy Nərimanbəyli, Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi), A.Aşurov, Mirzə Əsədullayev (ticarət və sənaye naziri), (maliyyə naziri), G.Lizqarın (ərzaq naziri).

1918-1920-ci illərdə ADR höküməti tərəfindən iqtisadiyyatın bərpası üçün xeyli iş görülüb. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilmiş, maliyyə işi qaydaya salınmışdır. Bunlardan başqa Baki-Batum neft kəməri bərpa olunur, Bakı-Culfa dəmiryolunun çəkilişi işi sürətləndirilir.

Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq islahatı haqqında qanun layihəsi hazırlanaraq 1920-ci il fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olunmuşdur. Həmin qanun layihəsinə görə torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla torpaqları onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları almaq üçün güzəştli şərtlərlə kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum səbəblərə görə, bu qanunun qəbul edilməsinə vaxt çatmadı.

1920-1939-cu illərdə Azərbaycanda iqtisadi şəbəkənin formalaşması prosesi ləng də olsa davam etdirilirdi. Bu dövrü xarakterizə edən ən böyük kompaniya kənd təsərrüfatının kollektivləşdirilməsi idi.

İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə iqtisadiyyatın başqa sahələri kimi sənaye də dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırıldı və tədricən inkişaf etməyə başladı. 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni üstələyən məhsul buraxılışına nail olmuş, Azərbaycan sənayesi müharibədən sonrakı beş il yeddi ay ərzində tamamilə dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırılmış və xeyli irəliləyib inkişaf etdirilmişdi. 1950-ci ildə Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdı.

XX əsrin 50-60-cı illərində Azərbaycan sənayesinin inkişafı, sahə və ərazi quruluşunun təkmilləşməsi sahəsində mühüm irəliləyişlər baş vermişdi. Respublika sənayesində məhsul buraxılışı 1940-cı ilə nisbətən 5,5 dəfə artmış, 1941 – 1970-ci illərdə isə 146 və ya bütün 1920 – 1970-ci illərdə tikilmiş sənaye obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Gəncə Alüminium Zavodu, Daşkəsən Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi. Bununla da həmin illərdə ağır sənayenin energetika, kimya və neft-kimya, neft emalı, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi sahələrinin geniş inkişafının əsası qoyuldu.

Həmin illərdə sənaye sahələri və obyektlərinin respublika daxilində nisbətən daha səmərəli yerləşdirilməsi, keçmişdə inkişaf səviyyəsi aşağı olan rayonların daha da sürətlə inkişafı, xırda və orta şəhərlərin əmək ehtiyatlarından istifadə səviyyəsinin yüksəldilməsi sahəsində də nəzərə çarpacaq işlər görülmüşdü. Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu. Nəticədə məhsuldar qüvvələrin respublika ərazisində yerləşməsi xeyli təkmilləşmişdi. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü. 1960-cı illərin axırına qədər Azərbaycan iqtisadiyyatında bir sıra çatışmazlıqlar və mənfi meyllər də təzahür etmişdi. Belə ki, 1950-ci illərin ortalarına qədər Azərbaycan Sovet İttifaqının karbohidrogen xammalı istehsal edən əsas regionu olaraq qalırdı və o özünün bu mövqeyini Qərbi Sibirin zəngin neft sərvətlərinin 50-ci illərin axırlarında geniş miqyasda mənimsənilməsinə başlanması dövrünə kimi saxlamışdı. Bütün ölkənin böyük tələbatını ödəmək vəzifəsinə uyğun olaraq, Azərbaycanda neft sənayesinin inkişafı uzun müddət onun iqtisadi durumunun təşəkkül istiqamətləri və xarakterlərinə öz təsirini göstərmişdi. Neft sənayesi bir tərəfdən istər çıxarılan xammalın ildən-ilə artımı, istərsə onun emalının genişlənməsi (neftayırma, neft-kimya, kimya) və istərsə də sahənin inkişafına bilavasitə xidmət edən əlaqəli müxtəlif istehsal növlərinin (neft maşınqayırması, cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular istehsalı), elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü sənaye kompleksinin meydana gəlməsini təmin etdi. Azərbaycan iqtisadiyyatında uzun müddət aparıcı sahə olan neft-qaz sənayesinin onun ümumi inkişaf səviyyəsinin inkişafına təsiri bir qədər fərqli olmuşdu. 50-60-cı illərdə Sovet İttifaqının başqa regionlarında zəngin neft ehtiyatlarının aşkara çıxarılması və istifadəsi ilə əlaqədar olaraq, Azərbaycan neftinə maraq xeyli azaldı. Respublikada neft sənayesinə və onunla əlaqədar sahələrin inkişafına göstərilən səylər də səngidi və bu sahələrin inkişafının zəifləməsi bütövlükdə iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərməyə başladı. Doğrudur, neft hasilatını artırmaq üçün 50 – 60-cı illərdə Kür-Araz ovalığındakı yeni neft yataqları istismara verildi. Lakin bütün bunlar Azərbaycanda neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdıra bilmədi. Respublikanın zəngin təbii mineral xammalı, energetika, filiz ehtiyatlarının istehsal dövriyyəsinə cəlb edilməsi, qara metallurgiya, neft kimyası, kimya, elektrotexnika və cihazqayırma kimi bir çox mühüm sənaye sahələrinin yaradılması sahəsində bir sıra tədbirlər həyata keçirildi. Lakin bu işlər də çox ləng aparılır, respublikanın kənd təsərrüfatının, əlverişli kurort və turizm imkanlarından çox az istifadə olunurdu. Qeyd etmək lazımdır ki, Azərbaycan sənayesinin tarixən formalaşmış sahə quruluşu üçün əsasən çox kapital tələb edən, lakin nisbətən az məhsul tutumlu sahələrin (misal üçün yanacaq-energetika və i.a.) inkişafı səciyyəvi idi. 1970-ci ildə Azərbaycan SSR-də sənayenin əsas istehsal fondlarının 70%-i, istehsal olunan məhsulun isə cəmi 40%-ə qədəri yanacaq, energetika, metallurgiya və kimya sənayesi sahələrinin hesabına əldə edilirdi. Sənaye məhsulunun cəmi 22%-ni verən yanacaq sənayesinin payına o zaman sənayedə qoyulan bütün kapitalın 50%-dən çoxu düşürdü. Məhsuldar qüvvələrin yerləşdirilməsində baş vermiş irəliləyişlər də kifayətləndirici deyildi, başlıcası isə bütövlükdə məhsuldar qüvvələrin yerləşdirilməsi sahəsində kobud yanlışlıqlara yol verilmişdi. İri obyekt və müəssisələrin əksəriyyəti bir qayda olaraq Bakı və Sumqayıt şəhərlərində tikilirdi, digər şəhər və rayonlarda onların tikintisi məhdudlaşdırılırdı ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta axmasına səbəb olurdu. Təsadüfi deyil ki, sovet hakimiyyətinin 70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə respublikada olan 60 şəhərin dördündə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir) bütün şəhər əhalisinin 63%-i, qalanlarında isə 37%-i yaşayırdı. Bu da Bakı şəhərində mənzil sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki çətinlikləri daha da ağırlaşdırırdı.

70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda həm bütövlükdə respublika iqtisadiyyatının, həm də regionların gələcək sürətli inkişafını təmin edə bilən istehsal, elmi-texniki və kadr potensialı yaranmışdı. Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970 – 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i və i.a. Azərbaycanın payına düşürdü. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu. Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu.

Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil ölkənin tələblərinə cavab verən və müasir dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında qurulmuş milli iqtisadiyyatı formalaşdırmaq idi.

Zəngin karbohidrogen ehtiyatlarına və bunların hasilatı və emalı sahəsində uzunmüddətli təcrübəyə malik olması ölkədə neft hasilatı və emalı sənayesinin, habelə neft-kimya sənayesinin inkişafına, əlverişli təbii-iqlim və torpaq resurslarının mövcudluğu kənd təsərrüfatı və turizm sahələrinin inkişafına, əlverişli coğrafi mövqe isə ölkənin beynəlxalq tranzit nəqliyyat sisteminə qoşulmasına əlverişli zəmin təşkil edirdi. Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı məhz bu zəminlər üzərində dəyişməyə və formalaşmağa başladı.

1990-cı illərdə iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması məqsədilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi. Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sistemi ləğv edildi, xarici ticarət fəaliyyəti, qiymətlər tamamilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdudiyyətlər aradan qaldırıldı, sərt maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib hüquqi şərait yaradıldı. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 1995-ci ildə respublikada artıq 10 min kiçik müəssisə, 80 minə yaxın fərdi kommersiya strukturları, 100-dən çox kommersiya bankı, 3,5 min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə müəssisə fəaliyyət göstərirdi.

Bu dövrdə, ilk növbədə, xarici investorlar üçün yüksək dərəcədə cəlbedici olan ölkənin zəngin neft ehtiyatları diqqətə gətirildi: 1994-cü ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi – “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş (hasilatın pay bölgüsü sazişləri) imzalandı. Həmin sazişlərin əhəmiyyətli bir hissəsi üzrə kəşfiyyat və qazma işləri bu gün də davam edir, bir neçə saziş üzrə neft və qaz hasilatı və ixracı həyata keçirilməkdədir. Xüsusilə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” sazişləri üzrə neft və qaz hasilatı və ixracı həcmləri ildən-ilə artmaqdadır.

Hazırda ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2010-cu ildə ölkədə 50,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2003-cü ildə (15,4 milyon ton) olduğundan 3,3 dəfə çoxdur. Neftin 8,5 milyon tonu (16,7 faizi) milli neft şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, qalanı isə neft sazişləri (əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu) çərçivəsində hasil edilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda neft və qaz hasilatı məhz neft-qaz sazişləri çərçivəsində fəaliyyət göstərən konsorsiumların hasilatı hesabına artmaqdadır. Hazırda Azərbaycan nefti 22 ölkəyə ixrac olunur. Ölkənin ixracının 86,5 faizi xam neftin, 6,0 faizi isə neft məhsullarının payına düşür. 2010-cu ildə konsorsiumlar tərəfindən çıxarılan neftin 71 faizi Azərbaycan dövlətinin payına çatmışdır.

2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qalan 19,2 milyard kub metri isə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” konsorsiumları tərəfindən hasil edilmişdir.

Ölkədə beynəlxalq neft sazişləri çərçivəsində neft-qaz hasilatı və ixracı həcmlərinin daha da artması və neftin dünya bazar qiymətlərinin yüksəlməsi hesabına ölkənin böyük neft gəlirləri əldə etməsi Azərbaycanı 2005-2007-ci illərdə illik ÜDM-in artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə 34,5 faizlik, 2007-ci ildə isə 25,0 faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrana rəğmən Azərbaycanda ÜDM-in kifayət qədər yüksək illik artım tempi qeydə alındı – 10,8 faizlik real artım. Həmin ildə ölkənin ÜDM-i 48,85 milyard ABŞ dolları təşkil etdi ki, bu da 2004-cü ildə olduğundan 5,6 dəfə çox idi. 2008-ci ildə adambaşına düşən ÜDM 5600 ABŞ dolları səviyyəsinə çatıb. Rəsmi məlumatlara əsasən, 2005-2008-ci illərdə ölkədə yaradılan ÜDM-nin 55-60 faizi neft-qaz sektorunun payına düşüb. 2009-2010-cu illərdə neft sektorunun payının azalması, qeyri-neft sektorunun payının isə bir qədər artması müşahidə edilmidir.

Hazırda ölkə iqtisadiyyatında 4 milyondan çox insan məşğuldur. Məşğul əhalinin 1 milyon 560 mindən bir qədər çoxu, yaxud 38,4 faizi kənd təsərrüfatı və meşə təsərrüfatında çalışır, lakin bu sahədə ölkənin illik ÜDM-nin cəmi 5 faizinə qədəri yaradılır. Ölkədə həm bitkiçilik (meyvə-tərəvəz istehsalı, üzümçülük, bostan məhsulları, texniki bitkilər və s.), həm də heyvandarlıq (südlük və ətlik-südlük iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq və s.) sahələri fəaliyyət göstərir.

Son illər ölkədə yeni yaradılan emal sənayesi müəssisələrinin sayı artdıqca burada çalışanların sayı da artmaqdadır: belə ki, əgər 2000-ci ildə bu sahənin müəssisələrində 170 minədək işçi məşğul idisə, 2009-cu ildə onların sayı 200 minə yaxınlaşıb ki, bu da bütün məşğul əhalinin 5,0 faizi qədərdir. Ölkədə tikinti işlərinin geniş vüsət alması bu sektorda çalışanların sayında da özünü göstərir: məşğul əhalinin 5,5 faizi yaxud təqribən 225 min nəfəri burada çalışır ki, bu sektorun ÜDM-də payı son illər təqribən 6-8 faiz aralığında dəyişir. Məşğul əhalinin təqribən 1,0 faizi (40,5 min nəfər) elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi işlərində çalışır. Beləliklə, ölkə iqtisadiyyatının bütün istehsal sahələrində hazırda təqribən 2,0 milyondan bir qədər çox insan (məşğul əhalinin təqribən yarısı) çalışır.

Məşğul əhalinin qalan hissəsi xidmət sektorlarında fəaliyyət göstərir. Bunlardan 660 mindən bir qədər çoxu (bütün məşğul əhalinin təqribən 16-17 faizi topdan və pərakəndə ticarətlə, habelə avtomobillərin və məişət texnikasının təmiri ilə məşğul olmaqdadır. Məşğul əhalinin 347 min nəfəri (8,5 faizi) təhsildə, 280 min nəfərə qədəri (7 faizədək) dövlət idarəetməsi və müdafiədə, habelə sosial təminatda, 210 mini (5 faizi) nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində, 180 mindən bir qədər çoxu (4,5 faizi) səhiyyə və digər sosial xidmətlər sferasında, 140 minə qədəri (3-4 faizi) daşınmaz əmlak üzrə əməliyyatlar və icarə işlərində, 135 minə qədəri (3 faizi) kommunal və şəxsi xidmətlər göstərilməsində, 18-19 min nəfəri isə maliyyə fəaliyyəti sahəsində xidmət göstərir.

2010-cu ildə ölkədə yaradılan ÜDM-in 52,6 faizi sənayedə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda, 7,5 faizi tikintidə, 7,6 faizi ticarət və pullu xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və yük daşınmasında, 1,9 faizi rabitə və informasiya xidməti sahəsində. 11,9 faizi isə sosial xidmətlər sektorunda formalaşmışdır. ÜDM-in 7,1 faizi məhsula və idxala vergilər hesabınadır.

2010-cu ildə ölkədə istehsal olunan sənaye məhsulunun 75,7 faizi mədənçıxarma (neft-qaz, və digər mineral sərvətlərin hasilatı), 19,2 faizi emal, 4,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində yaradılıb. Ölkənin sənaye sahələrində işləyənlərin sayı 165,4 min nəfər təşkil edib ki, onların 21,1 faizi mədənçıxarma, 48,2 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 13,2 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinə aid müəssisələrdə çalışıb.

2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə 9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%, pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009-cu ilin eyni dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır.

Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır.

Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.

2010-cu il üzrə orta illik inflyasiya 5,7% təşkil etmişdir.

“Yaşayış minimumu haqqında” və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial yardım 110,6 min ailə və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. 2011-ci ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 78,9%-i götürülməklə 75 manat müəyyənləşdirilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən konkret tədbirlərdən biridir.

2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346,3 min nəfər olmuş, onlardan 4088 min nəfərini (94,1%) iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin etmişdir. Belə ki, 2010-cu ildə ölkə əhalisinin nominal pul gəlirləri 13,3% artaraq 25,6 mlrd. manata çatmış, onun adambaşına həcmi 2866 manat və ya ayda orta hesabla 238,8 manat təşkil etmişdir. Hesabat dövründə işləyənlərin orta aylıq əmək haqqı orta hesabla 9,1% artaraq 325 manata çatmışdır.

Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.

Müstəqilliyi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar:

MÜƏSSİSƏNİN İQTİSADİYYATI

Dərslikdə milli iqtisadiyyatın əsası, ölkənin sosial-iqtisadi inkişafında təsiredici və müəyyənedici deyil, həlledici rolu olan müəssisənin iqtisadi məsələləri şərh olunmuşdur. Bununla əlaqədar, bazar münasibətlərinin müəssisə iqtisadiyyatına aid olan anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqlara istinadən müəssisənin istehsal resursları və onların səmərəliliyi, maddi-texniki təminatı və marketinqi, investisiyafəaliyyəti, iıınovasiya və qiymət siyasəti, müəssisədə istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, maliyyəsi və xarici iqtisadi əlaqələri və s. bu kimi məsələlər öyrənilmişdir.

Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan müəssisə ilə makroiq-tisadiyyatın analoq təşkil edən məsələlərinə – zərurət yarandığı hallarda -birgə baxdmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir.

Müəssisənin iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı – mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır.

Dərslik iqtisad profilli ali məktəblərin bakalavr təhsil mərhələsinin tələbələri üçün yazılmışdır.
Dərslikdən sənaye müəssisələrinin işçiləri də istifadə edə bilərlər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Menecment İqtisadiyyatı

• “Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək;
• “Menecment iqtisadiyyatı”nın məşğul olduğu məsələlərin çərçivəsini
müəyyən etmək;
• Pozitiv və normativ iqtisadiyyat arasındakı fərqi izah etmək;
• “Menecment iqtisadiyyatı”, iqtisadi nəzəriyyə və qərar elmləri arasındakı
münasibətləri izah etmək;
• Marketinq və maliyyə kimi biznes sahələrində “Menecment
iqtisadiyyatı”nın digər fənnlərlə necə əlaqəyə girdiyini şərh etmək;
• “Menecment iqtisadiyyatı”nın əsas öyrənmə sahələrini müəyyən etmək,
onların bir-birilə necə əlaqədə olduğunu izah etmək və onların mətndə
necə təşkil və təqdim olunmasını təsvir etmək;
• Elmi nəzəriyyələrin inkişafı çərçivəsində istifadə olunan metodları şərh
etmək və onların “menecment iqtisadiyyatı” ilə əlaqəsini göstərmək;
• İqtisadi nəzəriyyənin pedaqoji baxımdan necə təqdim edilməsini və
bunun mətndə materialın təşkili və təqdimi ilə necə əlaqəli olduğunu
şərh etmək.
Copyright © 2004 South-Western/Thomson Learning

4. GİRİŞ

• Əsas başlanğıc suallar:
• “Menecment iqtisadiyyatı” nəyi öyrənir?
• “Menecment iqtisadiyyatı” hansı problemlərlə
məşğuldur?
• “Menecment iqtisadiyyatı” biznesdə və ya başqa
sahələrdə daha yaxşı qərarlar qəbul etməyimiz üçün
bizə necə kömək edə bilər?
Copyright © 2004 South-Western/Thomson Learning

5. “MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ

• “Menecment iqtisadiyyatı” – iqitsadi nəzəriyyə və
metodların biznesin qərar qəbulu prosesinə tətbiq
edilməsidir.
• Sual: Menecerlər iqtisadi nəzəriyyə və metodları
biznesin qərar qəbulu prosesinə nə üçün tətbiq edərlər?
• Cavab: Qarşılarına qoyduqları hədəflərə çatmaq üçün öz
məhdud resurslarını ən səmərəli şəkildə bölüşdürmənin
yolunu tapmaq məqsədilə…
• Tərifdəki “biznes” ifadəsini daha geniş mənada da
işlətmək mümkündür: iki və daha çox tərəflər
arasında transaksiyanın (əqd, əməliyyat, sövdələşmə)
baş verdiyi istənilən situasiya.
Copyright © 2004 South-Western/Thomson Learning

6. “MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR

Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı məsələləri:
1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
Həll edilməli problem varmı?
Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından
problemin həlli və ya həlləri varmı?
Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar?
Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər
mövcuddur?
Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik?
Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri
zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik?
Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır?
Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik?
Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin
öhdəsindən necə gələ bilərik?
Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri
problemlərinə necə yanaşa bilərik?
Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün
hansı kriteriyadan istifadə edə bilərik?
Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?
Copyright © 2004 South-Western/Thomson Learning

7. “MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ

• Qərar qəbuluna yanaşma kimi “Menecment
iqtisadiyyatı” aşağıdakılarla əlaqəlidir:
• İqtisadi nəzəriyyə
• Qərar elmləri
• Biznes funksiyaları
Copyright © 2004 South-Western/Thomson Learning

8. “MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ

• “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas
qollarından olan mikroiqtisadiyyatla əlaqəlidir.
• “Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin
əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır:
Firma nəzəriyyəsi;
İstehlakçı davranışı nəzəriyyəsi (tələb);
İstehsal və xərc nəzəriyyəsi (təklif);
Qiymət nəzəriyyəsi;
Bazarın strukturu və rəqabət nəzəriyyəsi.
• İki fənn arasında bir başlıca fərq vardır:
Mikroiqtisadiyyat deskriptiv, “menecment
iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır.
Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ
iqtisadiyyatdır.
Copyright © 2004 South-Western/Thomson Learning

9. “MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ

• Qərar elmləri “Menecment iqtisadiyyatı”nı
təhlilin üsul və vasitələri ilə təchiz edir.
Bununla bağlı ən mühüm aspektlər
aşağıdakılardır:
Rəqəmli və cəbri təhlil;
Optimallaşdırma;
Statistik qiymətləndirmə və proqnozlaşdırma;
Risq və qeyri-müəyyənliyin təhlili;
Diskontlaşdırma və zaman-dəyər-pul üsulları
Copyright © 2004 South-Western/Thomson Learning

10. “MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ

• Hər bir firma fəaliyyət funksiyalarına uyğun
olaraq aşağıdakı bölmələrdən ibarət olur:
İstehsal və əməliyyat;
Marketinq;
Maliyyə və mühasibat;
İnsan resursları
• Qeyd olunan hər bir funksional sahənin
özünəməxsus nəzəriyyə və metodları vardır.
“Menecment iqtisadiyyatı” müvafiq funksional
sahə üzrə qərarların qəbulunda həmin nəzəriyyə
və metodlardan da istifadə edir.
Copyright © 2004 South-Western/Thomson Learning

11. “MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ

Copyright © 2004 South-Western/Thomson Learning

12. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI

• Metodların iki əsas aspekti vardır:
• Profesionalların fənni inkişaf etdirmək üçün istifadə
etdiyi metodlar;
• Tələbələrə fənni öyrətmək üçün materialların
təqdim edilməsində istifadə edilən metodlar.
Copyright © 2004 South-Western/Thomson Learning

13. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

• Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı
yerinə yetirir:
• Bizim müşahidə etdiyimiz fenomenlər arasında
əlaqələri təsvir və ya şərh etmək;
• Test edilə bilən mühakimə və proqnozlar vermək.
• Elmi nəzəriyyənin formalaşma mərhələləri:
• 1. Hipotezlərin irəli sürülməsi;
• 2. Hipotezlərin empirik tədqiqatlarla test edilməsi
(eksperiment və ya müşahidə yolu ilə);
• 3. Testlərin statistik təhlillərlə davam etdirilməsi
(ekonometrika).
Copyright © 2004 South-Western/Thomson Learning

14. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

Nəzəriyyənin inkişaf etdirilməsi prosesi
Hipotez
Qəbul / İnkar
Empirik tədqiqat
Dəyişdirmə / Düzəltmə
Statistik təhlil
Copyright © 2004 South-Western/Thomson Learning

15. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

• Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq,
onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün
daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək
mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı
xüsusiyətləri daşımalıdır:
• Mövcud müşahidələri yaxşı izah edir;
• Düzgün proqnozlar formalaşdırır;
• Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir;
• Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna
bilir;
• Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.
Copyright © 2004 South-Western/Thomson Learning

16. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ

• İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir
sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki
mövcud münasibətləri sadə modellərlə təqdim etməyə
çalışır.
• Bəs model nədir? Model öyrənilən sistemin əsas
xüsusiyyətlərini və münasibətlərini özündə
birləşdirməklə onun təmsilçisi rolunu oynayan nəzəri
konstruksiyadır.
• İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya
düsturlarla ifadə olunur.
• İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük
verilməsi də bu yanaşmanın məhz belə modellərə
əsaslanması ilə əlaqədardır.
Copyright © 2004 South-Western/Thomson Learning

17. “MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF

• Tələb və təklif anlayışları bütün iqtisadi
anlayışlar arasında ən mühüm olanlardır.
• Tələb və təklif təkcə iqtisadçının silah
deposunda olan təhlil vasitələri deyil, eyni
zamanda onlar müxtəlif iqtisadi situasiyaların
təhlilində müvafiq faktorları
müəyyənləşdirməyə və izah etməyə imkan
verirlər.
Copyright © 2004 South-Western/Thomson Learning

18. Xülasə

• “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların
biznesin qərar qəbulu prosesinə tətbiqini öyrənir.
• Bu tərifdə biznes termini iki və daha çox tərəflər arasında
istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə
bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq
dairəsi olduğunu göstərir.
• Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin
dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin
şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların
qiymətləndirilməsi və strategiyalar arasından seçimin
kriteriyasının müəyyənləşdirilməsi.
• “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və
biznes funksiyaları ilə əlaqəlidir.
• İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır:
firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və
xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.
Copyright © 2004 South-Western/Thomson Learning

19. Xülasə

• Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və
firmaları ölçülə bilən hədəflərini optimallaşdıran
rasional subyektlər kimi qəbul edir.
• Pozitiv açıqlamalar elə açıqlamalardır ki, onlar
empirik və məntiqi yollarla test edilə bilir. Normativ
açıqlamalar dəyər mühakimələrini ifadə edir.
• İqtisadi prinsiplərin tətbiqi yuxarıda göstərilən hər iki
açıqlama tipinin formalaşdırılmasında faydalıdır.
• Nəzəriyyə müşahidə etdiyimiz fenomenlər arasındakı
əlaqələri təsvir və ya şərh edən açıqlamadır və test
edilə bilən mühakimə və proqnozlar yaradırlar.
Copyright © 2004 South-Western/Thomson Learning

20. Xülasə

• İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və
ekonometrik metodlardan istifadə etməklə test
edilə bilinməlidir.
• İqtisadiyyat fənni sadə modellər qurmaqdan
ötürü ilk növbədə çoxlu fərziyyələr irəli sürür,
sonra isə daha real şeylər əldə etmək və daha
yaxşı nəzəriyyələr təmin etmək məqsədilə
mərhələli olaraq bu fərziyyələri yüngülləşdirir.
• Təhlil edilən situasiyalar çox mürəkkəb
olduğundan daha əhatəli və inkişaf etmiş təhlil
metodlarına ehtiyac duyulur.
Copyright © 2004 South-Western/Thomson Learning

21. Özünü yoxlama sualları

1. Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox
müxtəlif problemlərin həllində istifadə etmək olar?
2. Qərar qəbulu prosesi necə izah oluna bilər?
3. Normal olaraq biznes transaksiyası kimi qəbul
edilməyən bir neçə transaksiya nümunəsi göstərin.
4. “Yaxşı” nəzəriyyə nə deməkdir?
5. “Yaxşı” nəzəriyyələrin menecerlər üçün hansı
səbəbdən əhəmiyyətli olduğunu misallarla izah edin.
6. Nə üçün biz iqtisadiyyatı öyrənən zaman başlanğıcda
daha yaxşı nəzəriyyələri öyrənməyə meyl etmirik?
Copyright © 2004 South-Western/Thomson Learning

22. TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR

Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”,
Cambridge University Press, 2005
Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning,
2011
Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A ProblemSolving Approach”, Thomson South-Western, 2008
Michael R. Baye, “Managerial Economics and Business Strategy”,
McGraw-Hill/Irwin, 2010
İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları,
2009
Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Copyright © 2004 South-Western/Thomson Learning

Comments are closed, but trackbacks and pingbacks are open.