Press "Enter" to skip to content

Turizm fəaliyyətinin tənzimlənməsi kitab

2. Müqavilənin vacib şərtləri aşağıdakılardır:

Turizm fəaliyyətinin tənzimlənməsi kitab

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1999, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 394)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

turizm – Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri);

turist – istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxs;

tur – konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan forması;

turizm yollayışı – ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd;

turizm vauçeri – xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd;

turoperator – turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı;

turaqent – turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs;

turaqentlik – turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm – ekskursiya fəaliyyətinin təşkili üzrə (informasiya, reklam, marketinq və s.) digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat;

turizm məhsulu – turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər);

turizm fəaliyyəti – turoperator və turaqent fəaliyyəti, habelə səyahətlərin təşkili üzrə digər fəaliyyət;

ekskursiya fəaliyyəti – turoperatorun müddəti 24 saatdan çox olmayan və turistlərin yerləşdirilməsi (gecələməsi) xidmətini nəzərdə tutmayan turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı üzrə fəaliyyəti;

daxili turizm – Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;

xarici turizm – Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə səyahətləri;

gəlmə turizm – Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri;

sosial turizm – sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət;

öz fəaliyyət turizmi – yerdəyişmənin aktiv üsullarından istifadə olunmaqla, turistlər tərəfindən sərbəst təşkil edilən səyahətlər;

turizm ehtiyatları – səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusu;

turizm infrastrukturu – turizm məhsulu istehsalı təşkilinin kompleksli sistemi və yaxud mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri və vasitələrinin, tanış olma, idraki, iş-peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, turoperator və turaqent fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəssisə və təşkilatların, həmçinin ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusu;

turizm məhsulunun hərəkətə gətirilməsi – turizm məhsulunun satışına yönəldilmiş tədbirlər kompleksi (reklam, ixtisaslaşdırılmış sərgilər, yarmarkalarda iştirak, turizm məhsulunun satışı üzrə turizm informasiya mərkəzlərinin təşkili, kataloqların, bukletlərin və s. nəşri);

turizm və rekreasiya zonaları – xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komponentlərinin yerləşdiyi, təbiəti mühafizə, milli və mədəni irsi qoruma, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, qanunvericiliyin tələbləri nəzərə alınmaqla turizmin təşkili və inkişafı məqsədilə ayrılan əlverişli turizm potensialına və müvafiq turizm infrastrukturuna malik olan ərazilər. [2]

Maddə 2. Turizm haqqında qanunvericilik

Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasına əsaslanır və bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Turizm fəaliyyətinin dövlət tənzimlənməsi

1. Dövlət turizm sahəsində:

1.1. Turizm fəaliyyətinə kömək edir və onun inkişafı üçün əlverişli şərait yaradır;

1.2. turizm fəaliyyətinin üstün istiqamətlərini müəyyən edir və onun həyata keçirilməsinə kömək edir;

1.3. Azərbaycan Respublikası haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırır.

2. Turizm fəaliyyətinin tənzimlənməsinin əsas məqsədləri aşağıdakılardır:

2.1. turistlərin səyahətləri zamanı istirahət, yerdəyişmə azadlığı və digər hüquqlarını təmin etmək;

2.2. ətraf mühiti (təbiəti) qorumaq;

2.3. turistlərin səyahətləri zamanı onların tələbatlarını təmin edən turizmin infrastrukturunu inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, dövlətin və onun vətəndaşlarının gəlirlərini artırmaq;

2.4. beynəlxalq əlaqələri inkişaf etdirmək, turizm baxış obyektlərini qoruyub saxlamaq, təbii, tarixi və mədəni irsdən səmərəli surətdə istifadə etmək.

3. Turizm fəaliyyətinin dövlət tənzimlənməsinin üsulları aşağıdakılardır:

3.1. turizm infrastrukturu sahəsində münasibətlərin təkmilləşməsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi;

3.2. daxili və dünya turizm bazarlarında turizm məhsulunun hərəkətə gətirilməsinə kömək göstərilməsi;

3.3. turistlərin hüquq və maraqlarını müdafiə etmək, onların təhlükəsizliyinin təmin edilməsi;

3.4. turizm infrastrukturu sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılmasının təşkili ; [3]

3.5. turizmin inkişaf etdirilməsi üzrə məqsədli dövlət proqramlarının işlənib hazırlanması;

3.6. turizm infrastrukturuna investisiya qoyuluşu, o cümlədən xarici investorların cəlb olunması üçün əlverişli şərait yaradılması;

3.7. turizm fəaliyyəti sahəsinin kadr təminatına kömək edilməsi;

3.8. turizm infrastrukturu sahəsində elmi tədqiqatların inkişaf etdirilməsi;

3.9. Azərbaycan turistlərinin, turoperatorlarının, turaqentlərinin və onların birliklərinin beynəlxalq turizm proqramında iştirakına şərait yaradılması;

3.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər üsullar.

Maddə 4. Turizm sahəsində dövlətin vəzifələri

1. Turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

1.1. turizm sahəsində dövlət siyasətinin əsaslarını və bu sahənin əsas istiqamətlərini müəyyənləşdirmək;

1.2. turizmin inkişafına dair dövlət proqramını işləyib hazırlamaq;

1.3. turizmin normativ bazasını işləyib hazırlamaq;

1.4. turizmdə sahələrarası və regionlararası fəaliyyəti əlaqələndirmək;

1.5. Azərbaycan Respublikasını xaricdə əhəmiyyətli turizm ölkəsi kimi tanıtmaq məqsədilə informasiya şəbəkəsi yaratmaq;

1.6. beynəlxalq turizm təşkilatlarında Azərbaycan Respublikasının nümayəndəliyini təşkil etmək, turizmin inkişafına dair beynəlxalq proqramın işlənib hazırlanmasında iştirak etmək, turizm sahəsində əməkdaşlıq üzrə müqavilələr bağlamaq və onların həyata keçirilməsi mexanizmini işləyib hazırlamaq;

1.7. ərazi-turizm ehtiyatları kimi qəbul edilmiş obyektlərin qorunmasını və fəaliyyətini təşkil etmək;

1.8. turizm sahəsində peşə-ixtisas təhsili üzrə istiqamətləri və ixtisasların siyahısını müəyyən etmək;

1.9. turizm qanunvericiliyinin icrasına nəzarət etmək;

1.10. turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma qaydalarını hazırlamaq;

1.11. turizm təşkilatlarının reyestrini aparmaq;

1.12. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, turizm fəaliyyəti ilə məşğul olan və turistlərə xidmət göstərən bütün müəssisələrdə xidmətlərin dövlət standartlarına riayət olunmasına nəzarət etmək.

2. Bu maddənin 1-ci hissəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır. [4]

Maddə 4-1. Turizm və rekreasiya zonaları [5]

4-1.1. Turizm fəaliyyətinin dövlət tənzimlənməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən turizm və rekreasiya zonaları yaradıla bilər.

4-1.2. Turizm və rekreasiya zonaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.

4-1.3. Turizm və rekreasiya zonaları haqqında nümunəvi əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

4-1.4. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [6]

4-1.5. Bu Qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir.

4-1.6. Bu Qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

4-1.7. Bu Qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

Maddə 5. Turizm sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılması

1. Turizm fəaliyyəti sahəsində standartlaşdırmaya aşağıdakılar aiddir:

1.1 turizm müəssisələrinin və turizm məhsullarının təsnifatı;

1.2. turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi;

1.3. turizm məhsullarının turist tələbatına uyğunluq parametrlərinin müəyyənləşdirilməsi;

1.4. turizm müəssisələrinin işçilərinə verilən ixtisas tələbləri;

1.5. turizm müəssisələrinin ofislərinə verilən tələblər.

2. Turizm fəaliyyəti sahəsində standartlaşdırma obyektləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3. Turizm fəaliyyəti sahəsində sertifikatlaşdırma turizm məhsulunun turistlərin tələbatını təmin edən, onların əmlakını qoruyan, ətraf mühiti mühafizə edən qanunlara və digər normativ aktlara uyğunluğunu müəyyən etməkdir.

4. Turoperatorun və ya turaqentin turizm məhsulunun məcburi sertifikatlaşdırılmasından imtina etməsi, turizm məhsulunun sertifikatlaşdırılmasının mənfi nəticəsi, habelə sertifikatın ləğv olunması turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın qüvvəsinin dayandırılması və ya ləğvi ilə nəticələnir.

5. Turizm sahəsində xüsusi rzılığın verilməsi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq həyata keçirilir. [7]

6. Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [8]

7. Bu maddənin altıncı hissəsində nəzərdə tutulmuş uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. [9]

Maddə 6. Turistin hüquqları

1. Turist səyahətə hazırlaşarkən, habelə tranzit də daxil olmaqla, bütün səyahət müddətində aşağıdakı hüquqlara malikdir:

1.1. nəzərdə tutulan proqrama müvafiq getdiyi ölkəyə (yerə) daxil olma, orada qalma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizədə olan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə zəruri və dürüst informasiya almaq;

1.2. getdiyi ölkədə (yerdə), mövcud olan məhdudiyyət tələbləri nəzərə alınmaqla, hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından sərbəst istifadə etmək;

1.3. həyatının və sağlamlığının qorunması üçün təxirəsalınmaz tibbi yardım alınması hüququna malik olmaq;

1.4. turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turaqent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək;

1.5. getdiyi ölkənin (yerin) hakimiyyət və yerli özünüidarə orqanlarından hüquqi və digər təxirəsalınmaz yardım növləri göstərilməsində kömək almaq.

Maddə 7. Turistin vəzifələri

1. Azərbaycan Respublikasından xarici ölkəyə gedən turistin tranzit də daxil olmaqla, səyahət vaxtı aşağıdakı vəzifələri var:

1.1. getdiyi ölkənin (yerin) qanunlarına riayət etmək, onun sosial quruluşuna, adətlərinə, ənənələrinə, dini etiqadlarına hörmət etmək;

1.2. müvəqqəti olduğu ölkədə (yerdə) ətraf mühitin mühafizə qaydalarına riayət etmək, təbiət, tarix və mədəniyyət abidələrinə qayğı ilə yanaşmaq;

1.3. müvəqqəti getdiyi ölkədə (yerdə), habelə yolboyu keçdiyi ölkələrdə gəlmə, getmə qaydalarına riayət etmək;

1.4. səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayət etmək.

2. Azərbaycan Respublikasına gəlmiş turist yuxarıdakı müddəalara əməl etməklə bərabər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkəyə (müvəqqəti olduğu yerə) gəlmə və ölkədən (müvəqqəti olduğu yerdən) getmə, habelə orada qalma qaydalarına riayət etməlidir.

Maddə 7-1. Turizm vizası və turistlərə verilən elektron vizalar [10]

7-1.1. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.

7-1.2. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

7-1.3. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

7-1.4. Azərbaycan Respublikasına gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. [11]

7-1.5. Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. [12]

7-1.6. Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. [13]

Maddə 8. Turizm məhsulunun formalaşdırılması və hərəkətə gətirilməsi

Turizm məhsulu turizm bazarının vəziyyəti ilə əlaqədar olaraq və yaxud da turistin konkret sifarişi üzrə formalaşdırılır.

Turoperator ayrı-ayrı xidmətlər göstərən və yaxud tura daxil olan bütün xidmət növlərini təmin edən turist qəbulu üzrə turoperatorla müqavilələr əsasında tura daxil olan xidmətlər üzərində hüquqlara malik olur.

Turoperator turizm məhsulunu formalaşdırır (hazırlıyır), göndərir və onun satışını birbaşa və ya turaqent vasitəsilə həyata keçirir.

Turizm məhsulu haqqında yazılı informasiyada müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsində, həmçinin bu Qanunda nəzərdə tutulmuş bütün vacib şərtləri varsa və turoperatorun və ya turaqentin təklifdə göstərilmiş şərtlərlə müqavilə bağlamaq iradəsi ifadə olunarsa, belə təklif müqavilə təklifi kimi qəbul olunur.

Maddə 9. Turizm məhsulu satışının təşkili qaydaları

1. Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır.

2. Müqavilənin vacib şərtləri aşağıdakılardır:

2.1. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya barədə məlumatlar göstərilməklə turoperator haqqında informasiya, onun hüquqi ünvanı və bank rekvizitləri;

2.2. turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;

2.3. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq barədə məlumatlar göstərilməklə turaqent (satıcı) haqqında informasiya, onun hüquqi ünvanı və bank rekvizitləri;

2.4. səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

2.5. səyahətin başlanmasının və qurtarmasının tarixi və vaxtı, onun müddəti;

2.6. turistlərin qarşılanması, yola salınması və müşayiət olunması qaydası;

2.7. tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

2.8. turizm məhsulunun pərakəndə qiyməti və onun ödəniş qaydası;

2.9. qrupda turistlərin minimal sayı, qrup üzvlərinin çatışmazlığı üzündən səyahətin olmayacağı barədə turistin məlumatlandırılması müddəti;

2.10. müqavilənin dəyişdirilməsi və pozulması şərtləri, bununla əlaqədar əmələ gəlmiş mübahisələrin tənzimlənməsi və tərəflərə dəymiş ziyanların ödənilməsi qaydası.

3. Müqavilənin digər şərtləri tərəflərin razılığı ilə müəyyən edilir. Turistin turoperatordan və ya turaqentdən tura daxil olan bütün xidmətlərin göstərilməsini tələb etmək hüququ var.

4. Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.

5. Şəraitin əsaslı dəyişikliyinə aşağıdakılar aiddir:

5.1. səyahətin şərtlərinin pisləşməsi, səyahətin müddətində dəyişiklik;

5.2. səyahətin baş tutması üçün müqavilədə göstərilmiş qrupda turistlərin minimal sayının natamamlığı;

5.3. nəqliyyat tariflərinin gözlənilmədən artması;

5.4. turoperatorun və ya turaqentin maliyyə vəziyyətini kəskin pisləşdirən yeni vergi və vergitutma qaydalarının tətbiqi və ya mövcud olanların artırılması;

5.5. milli valyuta kursunun kəskin dəyişilməsi.

6. Müqavilə pozulduqda, zərərin ödənilməsi tərəflərin çəkdikləri faktiki xərclərə uyğun surətdə həyata keçirilir. Zərərin əvəzi kimi ödənilən məbləğ turizm məhsulunun dəyərinin iki mislindən artıq ola bilməz.

7. Səyahətin konkret şərtləri, turizm məhsulunun pərakəndə qiyməti turistə turoperator və ya turaqent tərəfindən verilən turizm yollayışında göstərilir.

8. Turizm yollayışı müqavilənin ayrılmaz hissəsi olmaqla, turoperatorun və ya turaqentin turizm məhsulunun satışına yazılı razılıq və onun satıldığı faktını təsdiqləyən ilkin hesabat sənədidir.

9. Turist göndərən turoperatorla və ya turaqentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.

10. Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir. [14]

Maddə 10. Turoperatorların, turaqentlərin və turistlərin birlikləri

1. Turoperatorlar və turaqentlər özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ümumi əmlak maraqlarının təmsili və müdafiəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada birliklər yarada bilərlər. 2. Turizm birliklərinə turizm sahəsinə aid olan təşkilatlar və müəssisələr daxil ola bilərlər.

3. Turistlər, səyahət vaxtı istirahət, hərəkət-yerdəyişmə azadlığı hüquqlarını və başqa hüquqlarını həyata keçirmək məqsədilə maraq birliyi əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.

4. Turistlərin birliyinin fəaliyyəti turizmin və özfəaliyyət turizminin təşkilinə və inkişafına, əhalinin turizm sahəsində maarifləndirilməsi, turistlərin huquq və marağının müdafiəsi, turizmin infrastrukturu sahəsində təşkilatların fəaliyyəti barədə ictimai rəyin formalaşdırılması və digər vəzifələrin həllinə kömək etməyə yönəldilə bilər.

Maddə 11. Azərbaycan Respublikasının turizm ehtiyatları

Azərbaycan Respublikasının turizm ehtiyatlarının təsnifatı və qiymətləndirilməsi, onların mühafizəsi rejimi, Azərbaycan Respublikasının turizm ehtiyatlarının bütövlüyünün saxlanılması və onların bərpası üzrə tədbirlər, ətraf mühitə yol verilə bilən təsirin həddi nəzərə alınmaqla, turizm ehtiyatlarından istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilir.

Maddə 12. Turistlərin təhlükəsizliyinin təmin edilməsi

Turistlərin təhlükəsizliyi – səyahət müddətində turistlərin şəxsi təhlükəsizliyi və onların əmlakının qorunmasıdır.

Turistlərin sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Turizm sahəsində müvafiq icra hakimiyyəti orqanı turistlərin getdikləri ölkədə (müvəqqəti olacaqları yerdə) onların həyatını təhlükə altında qoya biləcək hər bir amil haqqında turoperatorlara, turaqentlərə və turistlərə məlumat və təlimat verir.

Təsisçilər dövlət orqanları olan kütləvi informasiya vasitələri turizm sahəsində müvafiq icra hakimiyyəti orqanına turistlərin həyatı üçün təhlükə qorxusu barədə təcili məlumat verməyə imkan yaradırlar.

Turoperatorlar və turaqentlər turistlərə səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların rast gələ biləcəkləri təhlükələr barədə müfəssəl məlumat verməyə qabaqcadan turistlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər görməyə borcludurlar.

Turoperatorlar və turaqentlər səyahət zamanı turistlərin qatlaşdığı (üzləşdiyi) fövqəladə hadisələr, həmçinin səyahətdən qayıtmamış turistlər barədə müvafiq icra hakimiyyəti orqanına və turizm fəaliyyəti ilə bilavasitə bağlı olan şəxslərə təxirə salmadan məlumat verməlidirlər.

Yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar.

Turist qruplarını müşayiət edən şəxslərin proqram əsasında minimum tibbi hazırlığı, tibbi ləvazimatı və ilkin yardım üçün tibb çantası olmalıdır. Sayı 100 nəfərdən artıq olan turist qrupları ixtisaslaşdırılmış həkim tərəfindən müşayiət olunmalıdır.

Maddə 13. Turistlərin sığortalanması

Turistlərin getdiyi, müvəqqəti olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslərə göstərilən tibbi yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi tələbi müəyyən edilmişdirsə, turoperator (turaqent) belə zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması belə zəmanətlərin əsas formasıdır. Sığorta şəhadətnaməsində turistlərin getdiyi, müvəqqəti olacağı ölkədə (yerdə) sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərclərinin və bu hadisə ilə bağlı digər xərclərin ödənilməsi nəzərdə tutulmalıdır.

Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur.

Turistlərin tələbi ilə turoperator (turaqent) səyahətin keçirilməsi ilə bağlı digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi əmlakın itirilməsi, izafi xərclər və s.) üzrə sığorta xidmətləri göstərilməsinə kömək edir.

Maddə 14. Turistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşdırılmış xidmətlər

Azərbaycan Respublikasının ərazisində bədbəxt hadisələrə uğramış turistlərə axtarış-xilasetmə xidməti lazımi yardım göstərir və onların təhlükəsizliyini təmin edir. Axtarış-xilasetmə xidməti yerli icra hakimiyyəti, rabit ə , daxili i ş l ə r orqanlar ı , tibb m ü ə ssis ə l ə ri , meşə təsərrüfatı, hidrometeorologiya, mülki aviasiya və s. xidmət idarələri ilə müvafiq qaydada qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. [15]

Maddə 15. Azərbaycan Respublikasının hüdudlarından kənarda fövqəladə vəziyyət yarandığı hallarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi

Fövqəladə vəziyyət yarandığı hallarda dövlət Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan turistlərinin maraqlarının müdafiəsi üzrə, o cümlədən onların müvəqqəti olduqları ölkədən köçürülməsi üzrə tədbirlər görür.

Maddə 16. Azərbaycan Respublikasının hüdudlarından kənarda turizm nümayəndəliyi

Azərbaycan Respublikasının turizm sahəsində müvafiq icra hakimiyyəti orqanı dünya bazarında turizm məhsulunun hərəkətə gətirilməsi, yayılması, satışı məqsədilə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə müəyyən edilmiş qaydada turizm nümayəndəlikləri yaradır.

Maddə 17. Turizm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Turizm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətlə nəticələnir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 4 iyun 1999-cu il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 19 mart 2004-cü il tarixli 607-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cu il, № 4, maddə 203)

2. 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 6, maddə 396)

3. 5 iyun 2007-ci il tarixli 374-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 751)

4. 17 oktyabr 2014-cü il tarixli 1061-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 30 noyabr 2014-cü il, № 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1341 )

5. 29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 17 dekabr 2016-cı il, № 280 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2035 )

6. 14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, № 132 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1030)

7. 13 iyun 2017-ci il tarixli 717-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,№ 7, maddə 1276)

8. 29 dekabr 2017-ci il tarixli 964-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 31 )

9. 3 may 2019-cu il tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 20 iyun 2019-cu il, № 131 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 991 )

10. 19 may 2020-ci il tarixli 101-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 677 )

11. 23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 27 dekabr 2021-ci il tarixli 448-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2022-ci il, № 38 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 88 ) ilə ləğv edilmişdir.

[2] 5 iyun 2007-ci il tarixli 374-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 751) ilə 1-ci maddənin iyirminci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə yeni məzmunda iyirmi birinci abzas əlavə edilmişdir.

[3] 14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, № 132 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1030 ) ilə 3.4-cü maddədə “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilmişdir.

[4] 3 may 2019-cu il tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 20 iyun 2019-cu il, № 131 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 991 ) ilə 4-cü maddəyə yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

[5] 5 iyun 2007-ci il tarixli 374-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 751) ilə Qanuna yeni məzmunda 4-1-ci maddə əlavə edilmişdir.

[6] 3 may 2019-cu il tarixli 1582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 20 iyun 2019-cu il, № 131 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 991 ) ilə yeni məzmunda 4-1.4 – 4-1.7-ci maddələr əlavə edilmişdir.

[7] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 6, maddə 396) ilə 5-ci maddənin 3-cü, 4-cü və 5-ci bəndləri çıxarılmışdır.

[8] 19 mart 2004-cü il tarixli 607-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cu il, № 4, maddə 203) ilə 5-ci maddəyə 6-cı bənd əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, № 132 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1030 ) ilə 5-ci maddənin altıncı hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir.

[9] 14 aprel 2017-ci il tarixli 617-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyun 2017-ci il, № 132 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1030 ) ilə 5-ci maddəyə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir.

[10] 17 oktyabr 2014-cü il tarixli 1061-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 30 noyabr 2014-cü il, № 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1341 ) ilə 7-1-ci maddə əlavə edilmişdir.

29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 17 dekabr 2016-cı il, № 280 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2035 ) ilə adından “və turistlərə verilən elektron vizalar” sözləri çıxarılmışdır.

19 may 2020-ci il tarixli 101-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 677 ) ilə 7-1-ci maddənin adına “Turizm vizası” sözlərindən sonra “və turistlərə verilən elektron vizalar” sözləri əlavə edilmişdir.

[11] 29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 17 dekabr 2016-cı il, № 280 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2035 ) ilə 7-1.4-cü maddədə “turizm şirkətləri” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilmişdir.

[12] 29 noyabr 2016-cı il tarixli 441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 17 dekabr 2016-cı il, № 280 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2035 ) ilə 7-1.5-ci və 7-1.6-cı maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7-1.5. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.

7-1.6. Turistlərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

[13] 29 dekabr 2017-ci il tarixli 964-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 31 ) ilə 7-1.6-cı maddəyə “günü” sözündən sonra “, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” sözləri əlavə edilmişdir.

19 may 2020-ci il tarixli 101-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 20 iyun 2020-ci il, № 117 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 677 ) ilə 7-1.6-cı maddənin birinci cümləsi yeni redaksiyada veril mişdir.

əvvəlki redaksiyada deyilirdi:

Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü , elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir.

[14] 13 iyun 2017-ci il tarixli 717-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,№ 7, maddə 1276) ilə 9-cu maddəsinə yeni məzmunda 10-cu hissə əlavə edilmişdir.

[15] 23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543 ) ilə 14-cü maddəsinin ikinci c ü mləsində “ səhiyyə, rabitə, daxili i ş lər orqanlar ı ” sözləri “ rabitə, daxili i ş lər orqanlar ı , tibb m ü əssisələri ” s ö zləri ilə əvəz edilmişdir..

Turizm fəaliyyətinin tənzimlənməsi kitab

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Turizm fəaliyyətinin tənzimlənməsi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Turizmin idarəedilməsinin əsas xüsusiyyətləri

Turizm – sirli, sehrli bir aləm yox, bu sahədə çalışan insanların məsuliyyət tələb edən, işguzar fəaliyyətinin məhsuludur. Bu, bir daha sübut edir ki, turizm özünəməxsus spesifikaya malikdir. O, fəal istirahət və əyləncənin əlverişli və səmərəli formalarından biri olub insanların fiziki cəhətdən kamil və hərtərəfli inkişafında, mədəni asudə vaxtının mənalı təşkilində ən effektli vasitələrindən biridir. Məhz elə buna görə də turizm özünəməxsus xüsusiyyətlərə malikdir. Turizm təkcə təbiəti seyr etmək, ondan mənəvi həzz almaqla bitmir. O eyni zamanda sosial hadisə kimi çox aktual və hərtərəfli sahə hesab edilir.
Turizm qurumlarının əksəriyyəti kiçik müəssisələrdir. İri turist müəssisələri isə sıx əhalisi olan rayonlarda təşkil edilir ki, bunlar da turizm sənayesinin formalaşmasına əlverişli şərait yaradır. Turizm sənayesinin tərkibinə çoxlu sayda turist müəssisə, idarə və təşkilatları daxil edilir ki, onlar da vahid regional idarəetmə sistemi ilə qarşılıqlı fəaliyyət göstərirlər. İdarəetmə obyekti kimi turizmin ikinci xüsusiyyəti vacib ola bilən məqsədlər kimi təsəvvür edilə bilər. Belə ki, özəl turist müəssisələrinin menecment fəaliyyətinin əsas məqsədləriniн əldə olunması, artırılması təşkil etsə də, regional səviyyədə bu məqsədlər mövcud deyil. Ona görə də, gəlir göturməyi qarşısında məqsəd qoymayan turist təşkilatlarının fəaliyyət məhsuldarlığını və müvəffəqiyyətini obyektiv şəkildə qiymətləndirmək qeyri-mümkündür. Söhbət turist sənayesində baş verən proseslərin məzmun və xarakterindən gedir. Bu, o deməkdir ki, turizmdə baş verən hadisə və prosesləri əvvəlcədən dəqiq şəkildə planlaşdırilması çətinliklər yaradır. Bir çox sosial, təbii, fövqəladə hadisə (ictimai şəraitin qəflətən dəyişməsi, iqlim dəyişmələri və s.) belə proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir.
Turizmin digər xüsusiyyəti bu işə marağı olan müştərilərin maraqlarının nəzərə alınması ilə əlaqədardır. Hər bir turist müəssisəsi fəaliyyətini əhalinin müxtəlif qruplarından olan və bu sahəyə maraq göstərən müştərilərlə qurur. Bütün bunlarla yanaşı ayrılıqda götürülmüş müştəri qruplarının da özünün maraq və istəkləri vardır. Lakin bir məqamı da nəzərdən qaçırtmaq lazım deyil ki, turist təşkilatları turistlərə öz tələblərini diktə etməkdən məhrumdur. Odur ki, təşkilatın üzvləri maraq dairəsinə görə də üç-dörd qrupa ayrıla bilərlər. Məsələn, mehmanxana nümayəndələri birgünlük turizmin ixtisarını tələb edə bilər, qaldırıcı liftlərin sahibləri turist axınlarının genişləndirilməsi tələbi ilə çıxış edə bilərlər. Hətta eyni qrupun daxilində də (məsələn, mehmanxana komplekslərinin nümayəndələri arasında) müxtəlif maraqların olduğunu izləmək olar.
İri mehmanxanalar çox vaxt kurort servisi təklifi ilə az maraqlanırlar. Çünki qonaqları qəbul edən bu müəssisələr (iri mehmanxanalar) onların yerləşdirilməsi, istirahəti üçün bütün zəruri imkanlara malikdir. Gələn turistlərin hesabına yaşayan kiçik mehmanxanalar isə turist təşkilatlarının, kurort təkliflərinin çoxaldılması, yaxşılaşdırılması, müvafiq tədbirlərin keçirilməsi məsələsində çox maraqlıdır. Dünyanın bir neçə turist regionlarında yerli əhali ilə istirahət edən turistlər arasında bəzən anlaşılmazlıq yaranır. Yaşlı turistlər sakit, rahat istirahət arzusunda olur. Onların dincəldiyi regiona digər turistlərin gəlməsini arzu etməyən bu insanların maraqları pozulduqda onlar güclü bir qrupda birləşərək, həmin ərazidə turizmin bu və ya digər növünə qarşı etiraz edə bilərlər.
Turizmin inkişafına maraq göstərən, onun fəaliyyətində yaxından iştirak edən əhali qrupu ilə yanaşı turist təşkilatı kreditorlarla, siyasi strukturlarla, şəhər idarəetmə orqanları ilə əməkdaşlıq edir. Öz fəaliyyətində qəbul olunmuş ümumi normaları, prioritetləri, regionun gələcək inkişafı üçün geniş miqyaslı məqsədləri rəhbər tutan turist təşkilatı xidmət sahəsində bütün vəzifələrin yerinə yetirilməsinə nail ola bilər. Məhz ona görə də turizm sahəsi menecmentində normativ sənədlərdəki tələblərin gözlənilməsi (turist təşkilatı səviyyəsində müəssisənin siyasəti, region səviyyəsində – fəaliyyətin planlaşdırılması və əlaqələndirilməsi) mühüm əhəmiyyət kəsb edir. İdarəetmə obyekti kimi turizmin digər vacib xüsusiyyəti turist məhsulunun spesifikası, onun formalaşma mənbəyindən ayrılmazlığı təşkil edir. Maddi formadakı məhsul (qida, geyim və s.) onu istehsal edəndən asılı olmadan mövcuddur.

Turist xidməti isə (bu da özünəməxsus məhsuldur) onu yaradan mənbədən ayrılmazdır. Məsələn, əgər turist məhsulunun istehlakçısı aprel ayında iyun ayı üçün hansısa yeyinti məhsul növünü sifariş versə, may ayında isə turist firması fəaliyyətini dayandırsa, bu o deməkdir ki, istehlakçının tələbi mənbə olmadığına görə təmin olunmamış qalır. Turist məhsulu xidmət növündə təzahür tapır, bu xidmətin poçt vasitəsilə reallaşması düzgün hesab edilmir. Bununla əlaqədar turist məhsulunun reallaşması zamanı şəxsi amil üstünlük təşkil edir. Turist xidmətlərinin yerinə yetirilməsi prosesinin çox az səviyyədə avtomatlaşdırılması məqbul hesab edilir. Turistin davranışını əvvəlcədən proqnozlaşdırmaq düzgün deyil, çünku bu obyektiv şəraitdən əlavə subyektiv amillərlə də bağlıdır. Məhz bu səbəbdən turizm menecmentində personalın idarəedilməsinə və şəxsiyyətlərarası münasibətlərin nizamlanmasına diqqəti artırmaq zəruri şərtdir. Turist məhsulunun zahiri effektləri də turist sənayesinin xüsusiyyəti kimi dərk olunur. Bu mənada turistin onu əhatə edən insanlarla ünsiyyətinə sərbəst, azad münasibətlər kompleksi kimi baxmaq lazımdır.
Turizm iqtisadiyyat, ekologiya, siyasət, kulturologiya kimi sahələrə də çox böyük təsir göstərir. Eyni zamanda turist regionu qonaqlardan gəlir əldə edir. Xidmət nəticəsində əldə olunan gəlir ilkin mənfəət kimi daha əhəmiyyətlidir. Turizmdən əldə olunan gəlir yeni axınla yerli iqtisadi dövriyyəyə cəlb olunaraq artırılma səmərəsi verir. Məsələn, mehmanxana baqqaldan çörək alır, hər ikisi turistdən qazandığı vəsaiti yenidən dövriyyəyə buraxmaq imkanı əldə edir. Xidmətin bilavasitə yerlərdə satılması hesabına həmin ərazidə qalan pulun miqdarı artır. Turizmin region üçün əhəmiyyəti ekoloji cəhətdən də əlverişlidir. Turizmdən daxil olan vəsaitin bir hissəsi landşaftın saxlanılması, qorunmasına da sərf edilə bilər. Çox vaxt turizmin inkişafının ilkin mərhələsində əldə olunan vəsait hesabına müxtəlif tikintilər həyata keçirilir. Eyni zamanda turizm avtonəqliyyat yollarında iş rejiminin gərginləşməsinə, tullantıların çoxalmasına, ekolоji tarazlığın pozulmasına səbəb olur. Cəmiyyət turizmdən mənfəət əldə etsə də, bu çox vaxt yerli əhalinin narazılığı ilə müşayət olunur. Ona görə də yerlərdə turizmin planlaşdırılması və formalaşdırılmasındа ictimai rəy nəzərə alınmalıdır. Bu prosesdə bütün maraqlı qrupların (iqtisad-çılar, ekoloqlar və s.) iştirakı zəruridir. Bununla yanaşı turist fəaliyyəti üzrə müxtəlif tərəflər arasında vasitəçi rolunu oynayan təşkilat da mövcud olmalıdır.
Turist məhsulunun xüsusiyyəti turist tələbatının əlamətləri ilə bağlıdır. Müxtəlif kateqoriyalı turistlər səfərlərin məqsədinə, şəxsi maraqların və tələblərin müxtəlifliyinə və digər xüsusiyyətlərə görə bir-birindən fərqlənirlər. Hər bir turist tipinə turist bazarının müvafiq tipi uyğun olmalıdır. İstirahət edənlərin müxtəlif kateqoriyalarını (dağ sanatoriyalarında və ixtisaslaşdırılmış klinikalarda müalicə kursu keçənlər, yaxud istirahət ocaqlarında dincələnlər) nəzərə alsaq, bu mənzərə müxtəlif planlı görünə bilər. Turizm bazarının ən yeni metodlardan biri istirahət etmək istəyənlərin yeni qrupunun həyat tərzinə, üslubuna görə (məsələn, «elit», «gənclər» və s.) müəyyən edilməsidir. Turist xidmətləri üzrə istehsalçılar istirahət edənlərin tipinin dəqiq müəyyənləşdirilməsinə mühüm yer verirlər. İstehsalatçılar onların tələbatlarını çox yaxşı bilir və bu tələblərin təmin edilməsi onlara böyük xeyir gətirir. Gəlir, mənfəət, ailənin strukturu, onun üzvlərinin yaşı, təhsili və peşəsi və s. amillər turist tələbatına güclü təsir göstərir.
Gəlir – turist tələbatına təsir göstərən vacib amillərdən biridir. Yalnız maddi durumu imkan verən insanlar səyahət edə bilərlər. Başqa sözlə desək, turist tələbatının təmini üçün maddi vəsaitin olması zəruridir. Elmi tədqiqatlarda turist xidmətlərinə görə gəlir və tələbatın qarşılıqlı əlaqəsi iki mühüm komponent (1.Həyat tələbatlarını ödəyə bilən gəlir; 2. Yüksək kateqoriyadan olan məhsulların alınmasına imkan verən gəlir) kimi müəyyən edilir. Birinci gəlir növü təəccüb oyatmamalıdır – tamamilə aydındır ki, yalnız ailənin güzəranını təmin edə biləcək gəlir turist xidmətlərinə ehtiyac mənbəyi ola bilməz. Ailənin say tərkibi də turist tələblərinin həcm və növünə təsir göstərə bilər.
Tədqiqatların nəticələri göstərir ki, tənha insanlar və ya iki nəfərdən ibarət olan ailələr daha çox səyahət edirlər. Az saylı imkanlı ailələrdən ibarət olan cəmiyyətlərdə (tənha, uşaqsız ailə, qoca ər-arvad, müstəqil uşaqlar və s.) turist xidmətlərinə tələbat daha yüksəkdir. Çünki bu halda insanlar istənilən səviyyədə səyahət edə bilirlər. Onlar üçün xidmətin qiyməti ikinci dərəcəli rol oynayır. Belələri istirahət və xidmətin keyfiyyətinə yüksək tələbkarlıqla yanaşırlar. Yaş həddi – turist xidmətləri tələbatlarına təsir edən üçüncü amildir. Təqaüd yaşlı insanların bir çoxu, xüsusilə, aktiv əmək fəaliyyətindən uzaqlaşmış insanlar turist xidmətlərinə yüksək tələblərlə yanaşırlar. Turist xidmətlərinin tələblərini müəyyən edən amillərdən biri də insanın təhsili və peşəsidir.

Səyahətlərin müntəzəmliyi insanın öz peşəsinə və sənətinə bağlılığı ilə bilavasitə əlaqədardır. Kiçik müəssisə sahibkarları və onların ailələri digərlərinə nisbətən azlıq təşkil edirlər. Qulluqçu və məmur ailələri isə səyahətə müntəzəm getməyə daha çox üstцnlük verirlər. Təhsilin səviyyəsi və peşə dərəcəsi ediləcək səyahətlərin məzmununa və sayına, turist xidmətlərinin növünə və keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Turist xidmətlərinə tələbatın digər səbəblərindən biri də ölkənin iqtisadi şəraiti, ekologiyası və digər sosial amilləri əhatə edən ictimai faktorların yüksək olmasıdır. Cəmiyyətin hər bir üzvünün iqtisadi vəziyyəti ölkədəki ümumi iqtisadi, şəraitlə bağlıdır. İqtisadiyyatın ümumi vəziyyəti nə qədər yüksək olsa, turist xidmətlərinə tələbat bir o qədər də artar. Aydındır ki, regionun ekologiyası insanların dincəlmək və əylənmək üçün yer seçimində ilkin rol oynayan amillərdən biridir. Eyni zamanda turizmin özü də ətraf mühit üçün müəyyən təhlükə yaradır. Ekoloji meyarlar cəmiyyətin şüur səviyyəsindən asılı olaraq turist tələbatına ikili təsir göstərir. Ətraf mühitə vurulmuş ziyan turistləri maraqlandırmır,halbuki ətraf mühitin korlanması turistləri müvafiq xidmətlərdən imtina etməyə sövq edir. Turist xidmətlərinin tələbatına təsir göstərən amillərdən biri də sosial problemlərdir.
Turizmə həyat və əmək şəraiti, təhsilin səviyyəsi, asudə vaxtın olması kimi daha üç mühüm sosial amil də təsir güstərir. İqtisadiyyatı bazar münasibətləri təməlində qurulmuş demokratik cəmiyyətdə turizmin inkişafı üçün daha əlverişli şərait yaranır. Bu cür cəmiyyətləri istehlakçılar cəmiyyəti, azad, müstəqil cəmiyyət kimi də qiymətləndirmək olar. Bu tip cəmiyyətlərdə, məhz turizmə tələbat daha yüksəkdir. Cəmiyyətdə təhsilin orta səviyyəsi yüksək olduqda onun üzvlərinin istirahətə, yeni-yeni bilik və informasiyaların əldə edilməsinə tələb və marağı da güclənir. Asudə vaxtın həcmi isə, turizm subyektlərinin turist xidmətlərinin seçiminə əhəmiyyətli dərəcədə təsir göstərir. Asudə vaxtın mövcudluğu-səyahət üçün başlıca amildir. İdarəetmə obyekti kimi turizmin digər mühüm xüsusiyyəti turist xidmətlərinin kompleksliyindədir. Turist xidməti dedikdə, səyahət prosesində istirahət edənin istifadəsinə verilən xidmətlər sistemi nəzərdə tutulur. Ona görə də maddi və qeyri-maddi xidmətlərin kompleksi bu sistemə daxil edilir.
Turizmin digər mühüm xüsusiyyəti onun mövsümi xarakter daşıması ilə izah olunur. Bu isə bilavasitə təbiiiqlim şəraiti ilə bağlıdır. Yuxarıda deyilənləri Azərbaycan şəraitinə şamil etsək, ilk növbədə qeyd etməliyik ki, вətənimizdə həmişə gəzmək, istirahət etmək üçün gözəl şərait olmuşdur. Bunu görkəmli fransız yazıçısı Aleksandr Dümanın (1802-1870) fikirləri də bir daha təsdiqləyir. Tarixən Azərbaycana səyahət etmiş şəxsiyyətlər bu ölkənin mədəniyyəti və incəsənəti, ədəbiyyatı, coğrafiyası, habelə Azərbaycan xalqının qonaqpərvərliyi haqqında çox maraqlı və dəyərli fikirlər söyləmişlər. Yeni tarixi dövrünü yaşayan Azərbaycanda beynəlxalq turizmin, turizm xidmət sahəsinin hərtərəfli inkişafı günün aktual tələbinə çevrilmişdir. Bu gün turizm sahəsində atılan mühüm addımlar eyni zamanda bir çox problemlər də törədir. Bu problemlərin həll edilməsi turist təşkilatçısından şəxsi məsuliyyət tələb edir.

Hazırda Azərbaycan Respublikasında ölkədaxili və beynəlxalq turizmin inkişaf dinamikasının sürətləndirilməsinə yönəlmiş Dövlət Proqramı işlənib hazırlanmışdır. Respublikada turizmin bir elm sahəsi kimi təşəkkülü və formalaşmasında xüsusi xidmətləri olan bir çox tədqiqatçılar – S.Rəhimov, A.Salmanov, C.Məmmədov, Ə.Əliрzayev, İ.Ağakərimov, B.Bilalov, S.Aslanova və başqaları bu perspektiv sahə üzrə normativ sənədlərin təhlili, gələcəkdə reallaşması imkanlarını elmi-nəzəri və təcrübi cəhətdən araşdırmışlar. Turizm sahəsində böyük həyati təcrübəyə malik olan bu tədqiqatçıların proqnoz və fikirləri hazırkı işimizin əsas istinad mənbələrindəndir. Həmin tədqiqatçıların fikrincə Azərbaycanda yoxsulluğun aradan qaldırılmasında daxili turizmin mühüm rolu ola bilər. Bunun üçün BMT-nin İnkişaf Proqramında Mədəniyyət və Turizm Nazirliyinə maddi, texniki və metodoloji yardımın göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə hazırlanmış xüsusi layihə 2004-cü il ərzində həyata keçirilib. Bakı şəhərində turizm informasiya mərkəzinin və ölkəmizin turizm potensialı yüksək olan 7 bölgəsində (Şəki, Şamaxı, Quba, Xaçmaz, Naxçıvan, Lənkəran və Gəncə) onun nümayəndəliklərinin açılması üzrə ilk addımlar atılmışdır. Azərbaycan Respublikasında mövcud olan turizm ehtiyatlarından səmərəli istifadə dövlət büdcəsinə xarici valyuta axınlarının güclənməsinə səbəb olmalıdır. Xarici, ilk növbədə turizm sahəsində nəhəng təcrübəyə malik ölkələrin təcrübədən və müasir xidmət texnologiyasından istifadə olunması, müasir tələblərə cavab verən turizm-rekreasiya kompleksinin yaradılması artıq bu günün zərurətidir.

Turizm sahəsinə aid normativ-hüquqi bazanın zəifliyi, turistlərin təщlükəsizliyi və hüquqlarının qorunması istiqamətində təminatın olmaması, daxili və gəlmə turizmin inkişafı üçün stimulun cazibəli olmaması, müvafiq infrastrukturun ləng inkişaf etməsi turizmin inkişafına mənfi təsir göstərən əsas amillərdir. Turizmin inkişaf istiqamətlərini təyin etmək və onun əsas iqtisadi göstəricilərini hazırlamaq məqsədilə yaxın gələcəkdə bu sahənin inkişafı üzrə ümumrespublika səviyyəli Məqsəd Proqramının həyata keçirilməsi reallaşır. Kompleks yeniləşmə xarakteri daşıyacaq bu proqram turizm sahəsinə müasir bazar münasibətlərinin və onlara müvafiq dövlət tənzimlənməsi mexanizmlərinin daxil edilməsi prosesini stimullaşdırmalıdır. Proqramın həyata keçirilməsi büdcə və büdcədənkənar maliyyələşdirmə mənbələrinə istinad edilməsini nəzərdə tutur. Proqramın tədbirlər sistemi indeksasiya, illik vəsait ayırmaları çərçivəsində respublika büdcəsindən maliyyə ayırmalarından ibarətdir. Büdcədənkənar mənbələrdən vəsaitin əldə edilməsi üçün də geniş imkanlar açılır. Proqramın həyata keçirilməsinin əsas nəticəsi Azərbaycan Respublikasında müasir, texniki cəhətdən hərtərəfli şəkildə təşkil edilmiş, həm yerli, həm də xarici vətəndaşların ehtiyaclarını ödəyən turist xidmətlərinin olmasıdır. Proqramda göstərilmiş tədbirlərin həyata keçirilməsi turizmin maddi bazasının möhkəmlənməsinə, turist marşrutlarının rəngarəngliyinin və coğrafiyasının genişlənməsinə gətirib çıxara bilər. Turizm kompleksinin yaradılması isə öz növbəsində iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verib, xalq təsərrüfatının yeni strukturunun təşkilinə yardım göstərməlidir.
Səmərəli və rəqabətə davamlı turizm kompleksinin yaradılması, bazar iqtisadiyyatı şəraitinə uyğun olan tənzimlənmə və təsərrüfat vasitələrinin turizm biznesi sahəsinə daxil edilməsi təşkilati yenidənqurma nəticəsində mümkün ola bilər. Özündə müxtəlif mülkiyyət formalarını və yüksək rentabelli müəssisələri birləşdirən turizm kompleksi dövlət büdcəsinə valyuta axını vasitəsilə yüksək gəlir gətirməlidir. Təbii ki, proqramın həyata keçirilməsi məşğulluq probleminin həllində mühüm amilə çevriləcəkdir. Proqramda göstərilən tədbirlər Azərbaycan Respublikasına xarici turist axınını nəzərə çarpacaq şəkildə artırmalıdır. Bu proqramın həyata keçirilməsi təbii və tarixi mədəni irs obyektlərinin qoruyub saxlamaq və bərpa etmək imkanı verəcək. Proqramın əsas sosial səmərəsi isə əhalinin istirahət və sağlamlığının möhkəmləndirilməsi, mədəni dəyərlərlə tanışlıq, dünyagörüşünün genişlənməsinə səbəb olmalıdır. Turizmin genişləndirilməsi ilə respublikanın ayrıayrı rayonları və regiondaxili bölgələrinin inkişafı səviyyəsində olan qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olacaq. Azərbaycanda turizmin inkişafı təkcə iqtisadiyyatımızın irəliləyişinə və dövlətimizin beynəlxalq aləmdə imicinin artmasına xidmət etmir. Ölkəyə turist axını həm də çox saylı soydaşlarımızın işlə təmin olunmasına, eləcə də nəqliyyat, rabitə, ticarət və digər sahələrin inkişafına güclü təkan verə bilər. Bazar iqtisadiyyatı şəraitində respublikamızın turizm bölmələrindən (dövlət, sosial və özəl) daxili turizmin və istirahətin inkişafına daha çox diqqət yetirmələri tələb olunur.
Hazırda ölkəmizdəki iş adamlarının turizm məqsədli yeni obyektlərin: pansionatların, istirahət zonalarının, turist bazalarının tikintisi sahəsindəki fəaliyyətlərində canlanma hiss olunur. Лakin turizm sahəsinin daha dinamik inkişafı üçün müvafiq infrastruktur – su təchizatı, kanalizasiya, telefon rabitəsi, müasir yollar və s. tələb olunur. Razılaşın ki, bu gün Azərbaycanın iş adamları təkbaşına belə infrastrukturu yaratmaq imkanına malik deyildir. Turizm sənayesi inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət turizminin üstün inkişafı üçün bölgə müəyyən edərək, ilk növbədə orada müvafiq infrastruktur yaradır, özəl biznes isə ondan istifadə etməklə həmin yerdə turist yönümlü obyektlər yaradır, belə hallarda yaxşı nəticə də əldə olunur. Bu cür qarşılıqlı əlaqə formasının Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Məlum olduğu kimi dünya ölkələrində yerli idarəetmə orqanları (bələdiyyələr) turizmin inkişafında çox böyük rol oynayır. Onlar öz ərazilərində turizm ehtiyatlarını öyrənir və ondan səmərəli istifadə etməklə yanaşı, yeni turist marşrutları müəyyən edir, turizm infrastrukturunun yaradılması üçün lazımi şəraiti yaradır. Ölkəmizdə yeni qurum olan bələdiyyələr ilk addıмlarını atır, turizm sahəsində onların təcrübəsizliyi nəzərə çarpır. Bu amil bələdiyyələrə maddi, texniki, metodiki yardım edilməsi, onların ixtisaslı kadrlarla təmin olunması məsələsini ön plana çəkir. Turistlərin təbiətlə ünsiyyətə, natural təsərrüfata malik olan kənd evlərində yaşamasına, xalq folkloru və yerli ənənələrlə tanışlığına imkan verən «kənd turizminə» və «ekoloji turizmə» olan böyük marağı nəzərə alınmalıdır. Bu iqtisadi cəhətdən möhkəm və gəlirli biznes sahəsi olmaqla yanaşı yeni iş yerlərinin yaradılmasına və yerli büdcəyə əlavə vəsait mədaxilinə səbəb ola bilər. Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin Turizm Baş İdarəsi son vaxtlar bu istiqamətdə bir sıra addımlar atmışdır. Yerli hakimiyyət orqanlarının bu işə yaxından cəlb edilməsi zəruridir.
Dünya təcrübəsi göstərir ki, turizm ehtiyatlarının mövcudluьu, hətta iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrə də dünya turizm bazarında mövqe əldə etmək imkanı verir. Lakin unikal və zəngin turizm resurslarına malik olan Azərbaycan öz potensial imkanlarından hələ zəif istifadə edir. Gəlmə turizm hər bir ölkə üçün iqtisadi cəhətdən sərfəli sahədir. Turizm iqtisadiyyatın sahibkarlar üçün ilk və tez mənimsənilən sahələrindən biridir. Bu gün respublikamızda turizm fəaliyyəti ilə məşğul olan təşkilatların sayının 120- dən çox olmasına baxmayaraq, bu istirahət qurğusunu hələ də tam qüvvəsi ilə işləmək iqtidarında deyil. Özəl biznes ən əvvəl «getmə turizm»i mənimsəməyə başladı. Belə ki, «getmə turizmi» ilə məşğul olmaq, «gəlmə turizmindən» daha sadə və sərfəlidir, çünki böyük reklama ehtiyacı yoxdur, reklam barədə qəbul edən tərəf düşünür. Hətta ən yoxsul ölkələr də öz turizm imkanlarının reklamı üçün vəsait ayırırlar. Güclü reklam olmadan dünya bazarında rəqabət aparmaq mümkün deyildir. Bir neçə iri turizm şirkətlərini çıxmaqla, bu istiqamətdə əksər turizm firmalarının fəaliyyəti nəzərə çarpmır. Turizm firmaları daha çox başqa ölkələrin turizm imkanlarını təbliğ etməklə məşğuldur, ona görə də beynəlxalq turizm sərgilərində iştirak etməkdən boyun qaçırırlar, çünki sərgi stendinə respublikamız haqqında nümayiş etdirməyə müasir səviyyəli turizm reklam məhsulu çıxara bilmirlər. Respublikamızın turist-rekreasiya regionlarında sanatoriya-kurort və turizm obyektlərinin tikintisi üzrə «Baş layihənin» olmamasından istifadə edən ayrı-ayrı şəxslər, son illərdə ən gözəl ərazilərdə şəxsi istifadə məqsədilə torpaq sahələri əldə etmişlər. Yalama-Nabran zonasını misal göstərmək olar. Burada dəniz sahili ərazisində boş sahə belə qalmamışdır. Başa düşmək olar ki, bu gün turizm üçün cəlbedici ərazilərdə müasir tur komplekslər tikmək üçün dövlətin maliyyə vəsaiti yoxdur. Amma belə ərazilərdə olan torpaq sahələrinin turizm üçün istifadə edilməsi məqsədi ilə ehtiyatda saxlanılması haqqında lazımi qərarlar qəbul etmək zəruridir. Respublika Prezidentinin 13 yanvar 2003-cü il tarixli 1122 saylı «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair» sərəncamı qəbul olunub, amma bu sərəncam yalnız dənizyanı sahil zolağına şamil edilir. Digər füsunkar guşələrdə olan yerlər haqqında da bu cür sərəncamın qəbul olunması vaxtı çatıb. Respublikada «Turizmin inkişafının Baş sxemi» layihəsi hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Yeni turizm obyektləri yalnız «Baş sxemə» əsasən tikilməlidir. Turizm obyektləri istənilən ərazidə kortəbii olaraq deyil, xüsusi ayrılmış sahələrdə və müvafiq orqanlarda layihə təsdiq olunduqdan sonra inşa olunmalıdır. Rayon icra hakimiyyəti orqanları, bələdiyyələr kütləvi istirahət yerlərinin abadlaşdırılmasına ciddi diqqət yetirməlidirlər. Əgər biz respublikamızın ərazisində idman turizmi marşrutları (dağ, piyada, su, avto, moto, velosiped) yaratmaq istəyiriksə, onda turist təhlükəsizliyi xidməti yaratmalıyıq. Onun tərkibinə idmançı turistlər və alpinistlər daxil edilməlidir. Turist marşrutlarının pasportlaşdırması, onun təhlükəsizliyi üçün profilaktik işlərin görülməsi, marşrut vaxtı çətinliyə düşən turistlərə yardım göstərilməsi həmin xidmətin əsas vəzifəsi olmalıdır. Bu xidmət respublika fövqəladə qərargahı tərkibində də fəaliyyət göstərə bilər. Turizmin inkişafı sahəsində fəal dövlət siyasəti yürüdən ölkələrə turizm bazarlarında uğur qazanmaq müyəssər olur. Səyahətçilərin, habelə yerli turist məhsulları istehsalçılarının hüquqlarının qorunması bu siyasətin əsas istiqamətlərinə aiddir. Nəticədə, büdcə gəlirləri artır və yeni iş yerləri açılır. Bu gün dövlətin turizm sənayesinin inkişafı siyasətinə yüksək peşəkar turist kadrların hazırlanması, elm və reklam-informasiya təminatı, milli turizm məhsullarının dünya bazarına çıxarılması, özəl sektordan sərmayə axınlarının cəlb edilməsi üçün vergi və gömrük güzəştləri və s. tədbirlər daxildir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasında turizm tədricən iqtisadi siyasətin ən qabaqcıl istiqamətlərindən birinə çevriləcək. Bunun üçün qarşıya qoyulmuş konkret vəzifələrin həyata keçirilməsinə ardıcıl surətdə çalışmaq lazımdır. Azərbaycan Respublikasının turizm sənayesini beynəlxalq səviyyəyə qaldırmaq üçün təbiət bizə bütün imkanları bəxş etmişdir, bundan sonrakı işlər isə insanların fəaliyyətindən və bu işə münasibətindən asılıdır.
Hazırda respublikamızda Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə, BMT-nin Statistika Komissiyasının standartlarına uyğun olan, dünya təcrübəsinə cavab verən statistik məlumatlar mövcud deyil. Azərbaycana gələn turistlərin dəqiq sayı, onlara göstərilən xidmətə görə büdcəyə daxil olan vəsait, turist vizası ilə xarici ölkələrə səyahətə gedən Azərbaycan vətəndaşlarının sayı haqqında müxtəlif göstəricilər verilir. Dəqiq statistik məlumatların olmaması isə öz növbəsində turizm sahəsində mövcud olan vəziyyəti təhlil etməyi çətinləşdirir. ÜTT-нын «Year book of tourism statistics» (Fiftieth edition-1998) illik statistik toplusunda 1992-1994-cü illər üçün Azərbaycana gələn və Azərbaycandan xarici ölkələrə gedən turistlər haqqında məlumatlar dərc etmişdir. Bu haqda 1995-2000-ci illəri əhatə edən statistik məlumatlar isə ÜTT-nin Compendium of Tourism Statistics (2001) mənbələrinə əsaslanır. Maraqlıdır ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyətini MDB ölkələrindən gələnlər təşkil edir. Beləliklə, əgər 1997-ci ildə MDB ölkələrindən Respublikamıza gələnlərin sayı 132 min nəfər olmuşdusa, 2000-ci ildə bu rəqəm 2.6 dəfə artaraq 346.5 min nəfərə çatmışdı. MDB ölkələrindən gələnlərin böyük əksəriyyətini Rusiya, Ukrayna, Orta Asiya Respublikaları və Gürcüstanda yaşayan azərbaycanlılar təşkil edirdi. Ölkəmizə gələn xarici qonaqlar içərisində ikinci yer İran İslam Respublikası vətəndaşlarına məxsusdur. Belə ki, 1997-ci ildə İrandan Azərbaycana gələn qonaqların sayı 2.3 dəfə artaraq 242.3 min nəfərə çatmışdı. İrandan Azərbaycana gələnlərin böyük əksəriyyətini sərhədyanı ticarət məqsədilə gələnlər təşkil edirdi. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahədə atılan ilk addımlar turizmin gələcək inkişafına şərait yaradır və onun perspektivlərini müəyyənləşdirir. Beynəlxalq standartlara uyğun olaraq istənilən ölkədə turizmin inkişafı turist-ekskursiya marşrutlarının və istiqamətlərinin müvafiq hüquqi sənədləşdirilməsini tələb edir. Hazırda Azərbaycanda, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Naxçıvan, Lənkəran kimi böyük şəhərlərdə «etalon» adlanan məşhur ekskursiya marşrutlarının pasportlaşdırılması işi həyata keçməlidir. Avtonəqliyyat marşrutları, turistlərin şəhərətrafı gəzintisi marşrutları, istirahət günü marşrutları, turist yürüşləri və səyahətləri, macəra və ekoloji turizmin istiqamətləri və bununla bağlı təkliflər, habelə məşhur və cəlbedici tarixi, memarlıq, arxeoloji ekskursiya obyektlərinin pasportlaşdırılması zəruridir.
Xüsusilə, işğal altında olan Dağlıq Qarabağ ərazisində tarixi abidələrin və istirahət zonalarının pasportlaşdırılması tələb olunur. Vaxtı ilə bu işlə Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasında xüsusi pasportlaşdırma Komissiyası, Turizm Federasiyası nəzdində isə ictimai marşrutixtisaslaşdırma komissiyası (İMİK) məşğul olurdu. Bu gün isə bu işi yenidən bərpa etmək lazımdır. Mədəniyyət və Turizm nazirliyi nəzdində Turizm Federasiyası yaratmaq, turist marşrutlarının və ekskursiya obyektlərinin pasportlaşdırılması üzrə müvafiq Komissiya təsis etmək məqsədəuyğundur. Əhalinin və onların ailə üzvlərinin, mədəni, mənalı istirahət və əyləncəsini təşkil etmək bu gün turist müəssisəsinin əsas və başlıca vəzifəsidir. İstirahət və əyləncənin bütün forma və növləri öz yüksək təşkili səviyyəsi ilə fərqlənməli, turistlərin maraq və mədəni tələbatını ödəməli, onlarda yüksək zövq və mənəvi keyfiyyətlər tərbiyə etməli, onların dünyagörüşünü genişləndirməlidir

Comments are closed, but trackbacks and pingbacks are open.