Press "Enter" to skip to content

İnformasiya və kommunikasiya texnologiyalarının rolunu qiymətləndirməmək mümkün deyil – TƏHLİL

İKT-dən istifadənin gündəlik nümunələrindən istifadə edir; onların üstünlükləri və çatışmayan

Turizmd informasiya texnologiyaları

�� İKT və turizm sektoru

��� İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

��� Bu gün Azərbaycanda bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqi həyata keçirilir. Gələcəyinə böyük ümidlər bəslənilən və xeyli sərməyələr yatırılan turizm sektorunda da müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə ehtiyac var.

�� Qeyd edək ki, ölkəmizdə əsasən yay və qış turizmi sektorunda inkişaf gözə çarpır və dövlət səviyyəsində bu sahənin inkişafına daha çox diqqət göstərilir. Yerli turizm şirkətləri və turistləri qəbul edən məkanlar artıq öz internet resurslarını yaratmaqla beynəlxalq “Hoteltoweb” online rezervasiya və satış texnologiyaları sisteminə qoşulublar. Bu da dünyanın istənilən nöqtəsindən sifariş almaq imkanını yaradır.

�� Dünya üzrə səyahət turlarının 80 faizi məhz internet vasitəsilə realizə edilir və bu sistem Global Sifariş Sistemi (GDS) əsasında fəaliyyət göstərir. GDS kanalı vasitəsilə dünya üzrə 800 mindən çox hotel və mehmanxana barəsində məlumat əldə etmək mümkündür. Bu gün Bakıda və regionlarda turizm informasiya mərkəzləri fəaliyyət göstərir.

�� Turizm sahəsinin daha da inkişafı üçün turizm obyektlərinin fotoşəkilləri və mətn məlumatları web səhifələrdə yerləşdirilməli və xəritələşdirilməlidir.

�� Müasir dünyada turizmin belə bir əhəmiyyətli mövqeyə gəlib çıxmasında heç şübhəsiz müasir texniki vasitələrin inkişafının və onların bu sahədə tətbiq olunmasının da rolu vardır. Bu baxımdan beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir.

�� Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu , turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s . ilə izah olunur . Bundan başqa , turizm biznesinin mövsümi xarakter daşıması, movsümlərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq artması, turistlərin tələbatlarının ödəniləməsi üçün turizm təşkilatlarından əlavə digər çoxlu sayda müəssisələrin d ə bu işə cəlb olunması da burada etibarlı və sürətli informasiya mübadiləsi zərurətini ortaya qoyur . Kompüter texnologiyasının və sürətli informasiya mübadiləsinin tətbiqi turizmin təşkilində aparıcı rola malik olan turoperatorların fəaliyyətinə təsir edir .

�� Təşkilati cəhətdən istənilən turizm müəssisəsinin informasiya texnologiyaları ilə təchiz olunması ənənəvi olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılmasından əlavə yerli elektron şəbəkə və elektron sənəd dövriyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəlc ə dən sifariş olunmasına qədər istənilən miqyasda həyata keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnologiyasının istifadə olunmasının struktur sxeminə nəzər salsaq , burada üç səviyyənin – müəssisədaxili, müəssisələrarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını misal g östərmək mümkündür .

�� Bundan əlavə turizm müəssisəsində tətbiq olunan digər elektron tipli informasiya texnologiyası və onların müəssisədaxili yerli şəbəkədə ( intranet ) fəaliyyət göstərmək imkanının olması həmin müəssisənin struktur bölmələri arasında operativ əlaqə yaradılması, habelə mühafizə olunan informasiyaları əldə etm ək üçün maneələrin ortadan qaldırılması baxımından çox əhəmiyyətlidir.

�� İnformasiya texnologiyasının turizm biznesində tətbiq olunması müəssisələrarası şəbəkədə birgə istifadə formasında da geniş yayılıb.

�� Dünya biznes praktikasında geniş yayılmış olan “Business-to business” elektron ticarət forması da bu baxımdan maraq kəsb edir . Bu cür informasiya şəbəkəsinin istifadə olunması ilə müəssisədə idarəetmə işlərini xeyli sadələşdirmək , turların təşkili prosesini təkmilləşdirmək , maliyyə əməliyyatları sürətli şəkildə həyata keçirmək mümkündür .

�� Turizm müəssisəsində tətbiq olunan intranet şəbəkəsinin köməyi ilə əldə oluna biləcək imkanları aşağıdakı kimi göstərmək mümkündür :

�� – Şəbəkənin yaradılmasının və ona xidmətin daha ucuz başa gəlməsi ;

�� – Geniş əhatəli əməkdaşların informasiya ilə təmin olunmasının sadəliyi ;

�� – Sistemin informasiya resurslarının və proqram təminatının birgə istifadə oluna bilməsi imkanı ;

�� – İnternetə qoşula bilməsi üçün hazır olması ;

� � – Digər lokal şəbəkələrlə dərhal əlaqənin yaradıla bilməsi və s.

�� Ümumdünya elektron şəbəkəsi internetin turizm müəssisəsi üçün yaratdığı imkanları isə qısa olaraq Şəbəkə marketinqinin həyata keçirilməsi ; təklif etdiyi xidmətin “On-line” rejimi üzərindən satılması ; əraziyə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi şəklində göstərə bilərik . Bura eyni zamanda ucuz kommunikasiya vasitələri ilə əlaqəyə çıxış ( elektron poçt , rəqəmli telefon , videotelefon , və s.); internetin köməyi ilə biletlərin satılması , otel nömrələrinin bronlaşdırılması ; səmərəli reklamın həyata keçirilməsi ; elektron sərgilərdə , yarmarkalarda , sərgilərdə və s. iştirak ; uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi ; 365 gün , 24 saat operativ iş rejimi ; potensial əməkdaşların axtarılması ; müəssisənin ictimaiyyətlə aparılan əlaqələrinin yüksək keyfiyyətlə və sürətlə aparılması ; müəssisənin korporativ saytının yaradılması və onun internetdə yerləşdirilməsi və s.-i də aid etmək olar .

�� Müasir səviyyəli informasiya texnologiyasının baxdığımız iki səviyyədə tətbiqi bilavasitə turizm xidmətinin göstərilməsi zamanı daha çox səmərə ilə müşahidə oluna bilər . İnformasiya texnologiyasının interaktiv əlaqə formasında tətbiqi isə turizm sahəsində daha geniş auditoriya toplamaq , bazarın cari vəziyyətini , istehlakçı seçimini və s. kimi vacib məlumatları əldə etmək imkanı verir .

�� Konkret olaraq , ümumdünya elektron şəbəkəsi olan internetin köməyi ilə həyata keçirilən marketinq , reklam tədbirləri , turistlər üçün informasiya dəstəyinin verilməsi interaktiv informasiya texnologiyasının üstün cəhətlərini nümayiş etdirir .

�� Bu baxımdan , potensial turistin internet vasitəsilə əldə edə biləcəyi informasiyaları qısa şəkildə belə göstərmək mümkündür :

�� – Məsafədən asılı olmayaraq istənilən turizm müəssisəsinin xidmətlərindən istifadə etmək .

�� – Öz marşrutunu müəyyənləşdirmək , nəqliyyat vasitələri və bilet qiymətləri haqqında məlumatlar almaq

�� – Nəqliyyat vasitələrinə və otel nömrələrinə yerləri bronlaşdırmaq .

�� – İstifadə etdiyi xidmət və əmtəələrin haqqını ödəmək .

�� – İnternetin axtarma sistemlərindən istifadə etmək .

�� – Elektron poçtdan istifadə etmək .

�� İnformasiya , onun etibarlı mübadilə vasitələri ( İnternet , intranet və s.) turizm üçün niyə bu qədər vacibdir . Bu suala cavab vermək üçün turizm xidmətinin özünəməxsus xüsusiyyətlərini , turizm məhsulunun yaradılması , istifadə olunması zamanı qarşıya çıxan məsələləri araşdırmaq , turistlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır .

�� Müasir dünyada internetin Yer kürəsinin istənilən nöqtəsinə yayıldığını nəzərə alarıqsa , potensial müştərilərin məhz bu şəbəkədən istifadə edərək öz istəkləri çərçivəsində seçimlərinin etdiklərini tamamilə təbii bir hal kimi qəbul etmək olar . Məsələnin populyarlığını başa düşən turizm firmaları ümümdünya şəbəkəsində təmsil oluna bilmək üçün özlərinin səhifələrini təqdim edirlər . İnternet hər bir müştəriyə ( potensial turistə ) yönəlmiş fərdi yanaşmanı təmin edir . Müasir dövrdə bütün dünya üzrə belə səhifələrin sayının 80 minə çatdığını göstərməklə məsələnin nə qədər populyar olduğunu bir daha göstərmək mümkündür .

�� Ümümdünya şəbəkəsindəki belə səhifələrin bəziləri çox böyük olub , istifadəçiyə kommersiya xarakterli informasiyadan əlavə , səyahətçi məsləhətləri , turizm mərkəzlərinə bələdçiliyi , görkəmli yerlərin foto və video təsvirləri , hava məlumatları , valyuta kursları , xəritə planlar haqqında məlumatlar verirlər . Dünya üzrə onlardan – www.world-touris.org, www.yahoo.com, www.expedia.com, www.asiatravel.com. www.travelocity.com, www.thomascook.co.uk, www.wttc.org, www.excite.com, www.travel.net, www.lycos.com və s. göstərmək olar .

�� Azərbaycan haqqında ümumdünya şəbəkəsində informasiya yayan ən görkəmli saytlardan www.myst.gov.az, ( Azərbaycan Respublikası Gənclər , İdman və Turizm Nazirliyinin saytı ) www.azeribaijan-info.com ( Azərbaycan haqında hər şey ) www.culture.az, ( Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş sayt ), www.azerifolk.com, ( Azərbaycan mədəniyyəti haqqında sayt ) www.tourizm.az (Virtual Turizm Agentliyinin xidməti ), www.gateway.az və s. göstərmək olar .

�� Ümumdünya şəbəkəsindən istifadə etməklə təkcə informasiyanın verilib-alınması kimi məsələləri deyil , həm də birbaşa olaraq turizm xitmətinin satışını da təşkil etmək mümkündür . Baxmayaraq ki , müasir dövrdə bunun miqdarı dünya üzrə ümumi turizm xidmətinin təqribən 1%- ni təşkil edir , ancaq mütləq rəqəmlə ifadə etdikdə bu məbləğin çox böyük olduğunu göstərmək mümkündür . Bu isə turizm xidmətinin böyük bir həcmə malik olmasından irəli gəlir .

���� İltifat HACIXANOĞLU

���� Ekspress.-2013.-29 yanvar.-S.-9.

İnformasiya və kommunikasiya texnologiyalarının rolunu qiymətləndirməmək mümkün deyil – TƏHLİL

Dünyanın qabaqcıl ölkələri informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş şəkildə faydalanırlar. Ona görə ki, informasiya və kommunikasiya texnologiyalarının rolu bir çox sahələrdə özünü göstərir. Ölkəmidə də informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdəndir, çünki təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Ümumiyyətlə, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması müşahidə edilir.

Hal-hazırtda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən nəzərəçarpacaq şəkildə, əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu baxımdan da ölkəmizdə informasiya kommunikasiya texnologiyaların istifadəsinə geniş yer ayrılır, xüsusi əhəmiyyət verilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət də digər sahələrdə olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə məhz cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub və bu gün həmin istiqamət dinamik inkişaf tendensiyasına malikdir.

İnformasiya-kommunikasiya texnologiyaları öz inkişafındadır, çünki hərtərəfli inkişaf prosesi gedir. Yəni, bütün sahələrdə dünyada müşahidə edilən inkişaf prosesi məhz informasiya-kommunikasiya texnologiyalarının inkişafına da təsirsiz örtüşə bilməz. Elə bu baxımdan da müasir informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdəndir. İnformasiya kommunikasiya texnologiyaları ilə bağlı bir sıra mühüm tədbirlərin təşkil edilməsi də təsadüfi deyil və bu sahənin inkişafına xüsusi diqqət yetirilməsinin bariz nümunəsi, təsdiqidir.

Sözsüz ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi dövlətin iqtisadiyyatının, intellektual və elmi potensialının, eləcə də demokratiyanın və idarəetmədə şəffaflığın əsas göstəricilərindəndir. Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının imkanlarının dövlət idarəetmə sistemində tətbiqi təqdirəlayiqdir, çünki bu istiqamətdə çoxsaylı işlər görülüb, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilib, informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində bu sahə ən dinamik inkişaf edən sahələrdən birinə çevrilib, uğurlarımız da kifayət qədərdir. Təbii ki, uğurlarımız təsadüfi deyil, əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən cənab cənab Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqətlə yanaşır və dövlətlər tərəfindən sürətli inkişafın təmin edilməsi üçün informasiya yönümlü iqtisadiyyatın formalaşmasına xüsusi önəm verilir. Belə də olmalıdır, çünki informasiya kommunikasiya texnologiyalarının imkanlarını, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməmək mümkün deyil.

Ölkəmizdə, informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı, 9 mart 2004–cü il tarixli “Elektron imza və elektron sənəd haqqında”, 14 iyun 2005 –ci il tarixli “Telekommunikasiya haqqında”, 30 sentyabr 2005–ci il tarixli “İnformasiya əldə etmək haqqında”, 11 may 2010-cu il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları, 21 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, 8 noyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”, 20 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və digər mühüm sənədlər qəbul edilib. Bütüb bu sənədlərin qəbul edilməsi həmin sahəyə, onun inkişafına dövlətimizin diqqət və qayğısını təsdiq edir və bu sahənin inkişafı özü də dövlətin inkişaf səviyyəsini göstərir.

Müharibə dövrü, daha dəqiq desək, 44 günlük müharibə ərəfəsində düşmənlərin yalan indormasiyalarla ölkəmiz barədə yanlış fikirlər yaratmağa çalışdığı anda məhz informasiya və komunikasiyalar sisteminin köməyi ilə Azərbaycanın öz haqlı mövqeyi, haqq işi uğrunda mübarizə apardığı bütün dünya çatdırıldı. Deməli, təqdirəlayiq haldır ki, bu məsələdə də, məhz informasiya və komunikasiyaları sisteminin inkişafında da bir çoxlarından, ələlxüsus düşmənlərimizdən öndəyik. Bəli, 44 günlük müharibə zamanı düşmən bizim mövqelərimizi, qələlərimizi təhrif etmək üçün məhz informasiya və kommunikasiyalarından istifadəyə ciddi cəhdlə çalışırdı, zərər vurmaq üçün əldən-ayaqdan gedirdi. Elə buna görə də, məhz müharibə dövründə belə bu sahəyə xüsusi diqqət ayrılmışdı.

Bir zamanlar silah gücünə həll edilən bəzi məsələlər bu gün informasiyanın köməyi ilə həll edilir. İnformasiya müharibəsində də çeviklik, texnologiyanın inkişaf səviyyəsi önəmli rol oynayır. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edə bilirk. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdəndir.

Ermənilərin nəzarəti altında olan media orqanları Azərbaycanla bağlı dezinformasiyalar yaymaq üçün hər zaman çalışıb və bu gün də bu işdən əl çəkmək niyyətində görünmür. Yalan informasiyalar yaymaq əsasən Ermənistan dövləti, erməni diasporu və lobbisinin birbaşa tapşırığı və nəzarəti altındadır. Ölkəmizlə bağlı yalan məlumatlar yazılmasında maraqlı olanlara qarşı hazırlıqlı olmaq gərəkir. Bunun üçün, bununla mübarizə aparılması üçün informasiya və komunikasiyaların inkişaf tendensiyası qorunub saxlanılmalıdır. Çünki düşməndən məhz bu sahədə də bir addım irəlidə olmaq tələb olunur ki, bunun xoşagəlməz nəticələri ilə qarşılaşmaq olmasın.

Müəllif: İnam Hacıyev

6.3.13. “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

İnformasiya və kommunikasiya texnologiyalari

razılaşdırılmış ümumtəhsil sisteminin məqsədlərinin həyata keçirilməsinə xidmət edir.

İnsan fəaliyyətinin müxtəlif sahələrində İKT-nin istifadə edilməsi ictimaiyyətimiz üçün həlledici

əhəmiyyət daşıyır ki, ümumtəhsil sistemi şagirdi milli və ümumbəşər dəyərlərin daşıyıcısı, azad

şəxsiyyət kimi formalaşdırmaq üçün əlverişli şərtlər yaratsın. Elə bir şəxsiyyət yetişdirsin hansı ki,

insanlar və insan qrupları arasında fərqlərə ləyaqətlə yanaşsın; onlarla bəhrəli əməkdaşlıq etməyə

və onları anlamağa çalışsın.

Dərs prosesində İKT-nin rolu və məqsədləri

Biz hər gün informasiya-kommunikasiya texnologiyalarından istifadə edirik: mobil telefondan

istifadə edirik, elektron poçt vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq, internetdə informasiyalar

axtarırıq, başqaları ilə informasiya mübadiləsini həyata keçiririk. Bizim gündəlik və ya peşəkar

fəaliyyətimiz İKT biliyi və istifadəsini, rəqəmsal texnoloji təhsili daha çox tələb edir. Bunlardan

sonuncusu funksiyamızı yerinə yetirə bilmək məqsədilə rəqəmsal texnologiyaların, kommunikasiya

vasitələrinin və ya şəbəkənin etik şəkildə, məsuliyyətlə istifadə bacarığını, informasiyanın əldə

edilməsi, saxlanılması, bir-biri ilə əlaqələndirilməsi, qiymətləndirilməsi, təhlil edilməsi, yenidən

hazırlanması və gələcəkdə ötürülməsi imkanları üçün müəyyən edilə bilər.

Buna uyğun olaraq, İKT-nin inteqrallaşdırılmış kursu etik, məlumat, qanuna tabe və texnoloji

nailiyyətlərdən effektiv şəkildə istifadə etmək bacarığı olan şəxsin tərbiyəsinə xidmət edir.

İnformasiyanı sərbəst şəkildə əldə edə bilən, idarə edə bilən, onu yenidən işləyib hazırlayan,

qiymətləndirən, təhlil edən və ona əsaslanaraq sərbəst şəkildə qərar qəbul edə bilən şəxs ölkənin

maraqları, ənənələri və dəyərlərinə doğru məsuliyyətini hiss edəcək ki, dəyərləri özü yaratsın və

cəmiyyətdə öz işlərini yerinə yetirsin.

Digər dərs fənlərinə uyğun olaraq, İKT-nin inteqrallaşdırılmış kursunun məqsədlərindən biri odur

ki, təşkil və qrup işləri cəhətdən cəmiyyətin gələcək üzvünün ümumi kommunikasiya vərdiş-

bacarıqlarını inkişaf etdirsin və eləcə də Gürcüstanın dövlət dili ana dili olmayan insanlar informasiya

əldə edə bilsinlər.

İKT-nin inteqrallaşdırılmış kursu şagird üçün elə bir şərtlərin yaradılması və imkanlarla tanışlığı

məqsədini daşıyır ki, şagird öz imkanlarını və maraqlarını üzərə çıxarıb həyata keçirə bilsin.

İKT kursu tədrisin növbəti pilləsində ixtisaslar və ya peşəkar fəaliyyət arasında seçim etmək

məqsədilə şagirdlərə yeni bilik və vərdiş-bacarıqlar verməlidir, hansıları ki, şagirdlər gələcəkdə

inkişaf etdirməyi bacaracaqlar; həm ölkə daxilində, eləcə də onun hüdudlarında öz imkanlarını

maksimal şəkildə gerçəkləşdirə biləcəklər.

İKT kursunda texnologiyaların tətbiqinin insana, cəmiyyətə və ətraf mühitə göstərdiyi təsirinə

İnformasiya və kommunikasiya

texnologiyaları

xüsusi yer ayrılır. Şagirdlər ilk öncə, İKT-nin məsuliyyətlə istifadəsi haqqında, eləcə də təbii

mühitin saxlanılması və qorunması cəhətindən məlumatlı olmalıdırlar. Uşaq bilməlidir ki, hansı

təbii mühitdə yaşayır, texnoloji tullantılarla zibilləmə ətraf mühitə hansı ziyanı vura bilər, ətrafı

necə qoruya və müdafiə edə bilər.

Sərlövhədən göründüyü kimi, İKT tədrisi dərs intizamından müstəqil şəkildə, onun kontekstindən

ayrılmış şəkildə tədris edilmir. İKT tədris planı hər bir dərs intizamında həyata keçirilməlidir.

Daha doğrusu, bu ləvazimatla əsas dərs intizamlarının bir-biri ilə effektiv inteqrasiyası

İKT-nin inteqrallaşdırılmış məktəb kursuna dəstək göstərən əsas vərdiş-bacarıqları

Milli Tədris Planında fənn intizamlarının tədrisi onlar arasında həm informasiya, eləcə də ümumi

vərdiş-bacarıqlar baxımından sıx inteqrasiya ilə nəzərdə tutulubdur. Əgər hər bir fənn şagirdlər

arasında spesifik vərdiş-bacarıqlar və yanaşmaları inkişaf etdirirsə, o zaman inteqrasiyanın təyinatı

bu fənləri bir-birinə yaxınlaşdıran ümumi vərdiş-bacarıqların ayrılmasını nəzərdə tutur. Milli Tədris

Planı dərsin sinifdənxaric fəaliyyəti birliyini nəzərdə tutur.

Buna uyğun olaraq, ümumtəhsil məktəbində informasiya və kommunikasiya texnologiyalarının

müxtəlif tədris intizamlarında inteqrasiyası şagirdlər üçün növbəti vərdiş-bacarıqlar və düşüncə

növlərinin inkişafı məqsədini daşıyır, hansıları biz İKT tərəfindən müzakirə edirik.

Anlamaq bacarığı –

İKT vasitələri və onların funksiyaları haqqında faktlar, məlumatlar və

ideyalar biliyini, onların təyinatlarının şərh edilməsi və müqayisəsini nəzərdə tutur.

Kommunikasiya bacarığı –

İKT vasitələrinin informasiya əldə etmək və mübadilə etmək

məqsədilə istifadəsini bildirir.

Analitik düşüncə bacarığı –

İKT vasitələrinin artıq verilmiş və əldə edilmiş informasiyaya

əsasən qiymətləndirilməsini; onlar arasında qanunauyğunluqların təyin edilməsini, tərkib

komponentlərinin təyin edilməsini, fraqmentlərin təşkil edilməsini nəzərdə tutur.

Sintez düşüncə bacarığı –

İKT vasitələri ilə informasiyanın böyük həcminn lazımi

parçalarının seçilməsi, onların məqsədyönlü şəkildə əlaqələndirilməsi və formalaşdırılması

vərdişini nəzərdə tutur. Belə ki, əldə edilən nəticə həm şagird üçün, həm də başqaları üçün

tətbiq edilən və aydın olsun.

Yaradıcılıq düşüncəsi –

İKT-nin vasitələrindən istifadə etməklə, reallıqldan irəli gələn

problemlərin həlli üçün effektiv yolların tapılması, yeni sualların verilməsi və onlara

cavabların axtarılmasını nəzərdə tutur.

Tənqidi düşüncə bacarığı –

artıq verilmiş və əldə edilmiş informasiyanın qiymətləndirilməsinin

məzmunu, təyinatı və səviyyəsinə əsasən onun istifadə hüdudlarının təyin edilməsini nəzərdə

Milli Tədris Planında müəyyən edilən əsas prinsiplər

Təhsil prosesinin mərkəzində hər bir şagird və əldə edilən nəticələr durur. (

müəllim nəyi

öyrətmək istədiyi yox, şagirdin nəyi öyrəndiyi əsasdır).

Şagirdin fiziki, psixoloji imkanları və yaş uyğunluluğu maraqları nəzərdə tutulur.

İnformasiya və kommunikasiya

texnologiyaları

Təhsil informasiyanın toplanılması, vərdiş-bacarıqların və yanaşmaların inkişafını

Təhsildə bir konkret yolun keçilməsi deyil, eləcə də müəllim və şagird tərəfindən birgə seçilən

optimal variantın axtarışı nəzərdə tutulur. Məktəbin səlahiyyəti vardır ki, öz şagirdlərinə

fərqli yollar təklif etsin.

Əsas tərəf göstərən biliyin miqdarı yox, onun keyfiyyətinin miqdarıdır. Şagirdin təkcə

nəyi öyrəndiyi deyil, eləcə də necə öyrəndiyi və həmin biliyini necə istifadə edə bilməsi

İKT-nin əsas vasitələri və əldə edilən nəticələr

Əldə edilən nəticələrin, texnoloji vasitələrə sahib olma və istifadə cəhətdən informasiya-

kommunikasiya texnologiyaları (İKT) dərs intizamlarının inteqrasiyası planında altı istiqamətə

ayrılıbdır. Şagird İKT-nin hər növ vasitəsi ilə tanış olur və ondan istifadə edir. Şagird aşağıda

ayrıca verilən indikatorlara əsaslanaraq vasitələrin hər birinin istifadəsini nümayiş etdirir. Həmin

çərçivədən istifadə etməklə sadalanan məqsədlərin (nəticələrin) məqsədəuyğun gediş prosesinin

qiymətləndirilməsi və həmin məqsədlərə nail olmağın nəticəsinin ölçülməsi (indikatorları) baş verir.

İKT-nin vasitələrini dərs intizamlarında tətbiq etmək üçün, həmin vasitələrlə dərs intizamlarının

bir-biri ilə inteqrasiyaya yönəlmiş fəallıqları, dərs planını və kurrikulumu yaratmaq üçün məktəblər

və konkret olaraq müəllimlər qarşıdakı sənəddən istifadə edə bilərlər. Çərçivə şagirdin tələblərini

nəzərə alan və onun maraqlarına uyğun olan, şagirdin dərs prosesində həyat vərdiş-bacarıqlarının

inkişaf etdirilməsi və formalaşdırılmasına şərait yaradan məzmun və materialın yaradılmasına

dəstək göstərmək məqsədini daşıyır.

Aşağıda altı əsas istiqamət və hər bir istiqamətə əsasən əldə edilən nəticələr verilmişdir. Nəticələr

tədrisin birinci (ibtidai), ikinci (baza məktəbi) və üçüncü (orta məktəb) pillələrdə fərqlənmir. Tədrisin

müxtəlif pillələrində nəticələrin nailiyyət dərəcəsi və dərinliyi fərqlidir, indikatorlar nəticələrə əsasən

əks etdirirlər. İndikatorların böyük hissəsi iki və ya çox nailiyyətin səviyyəsini ölçür, tez-tez bir

konkret nəticəyə diqqət yetirir.

Tədrisin hər pilləsində əldə edilən nəticələr

Əsas anlayışlar və əməllər

İKT vasitələrinin təyinatı və onların hərəkətinin əsas prinsiplərinin anlanılmasını

nümayiş etdirir. (kompüteri qoşmaq, yükləmək, söndürmək).

–nin vasitələri ilə yanaşmadan düzgün istifadə edir, həmin vasitələrin uğurlu fəaliyyət

göstərməsi üçün (maus, klaviatura, monitor, printer və s.) qurğulardan düzgün istifadə

vasitələrindən bacarıqla istifadəni nümayiş etdirir.

Sosial, etik, mühitin mühafizəsi və insan amilləri ilə əlaqədar problemlər

vasitələrinin istifadəsinin etika, mədəni və mühit mühafizəsi ilə əlaqədar problemlərini

Etika və mövcud qanunvericiliyə riayət etməklə

İKT vasitələrindən, informasiya və proqram

İnformasiya və kommunikasiya

texnologiyaları

təminatından istifadə edir.

vasitələrinin həm əməkdaşlıq, eləcə də özünün biliyinin dərinləşdirilməsi, maraqlara

və nailiyyətlərə olan meylinin həyata keçirilməsi üçün alətlə səmərəli işin müsbət tərəflərini

Təhsilinin yaxşılaşdırılması və yaradıcılıq prosesinin həvəsləndirilməsi üçün İKT-dən

Sinif yoldaşları ilə birlikdə texnoloji cəhətdən təkmilləşdirilmiş modelləri hazırlayarkən İKT

vasitələrindən istifadə edir; nəşriyyat işləri və digər yaradıcılıq işlərində (məs., fotoşəkillərin

internet-səhifəsində sərgisi), elektron formatda orijinal işlər hazırlayır və göstərir;

Kommunikasiyanın texnoloji vasitələri

Həmyaşıdları, müəllimləri və digərləri ilə ünsiyyət zamanı müxtəlif növ xəbərdarlıqları,

elanları dərc etmək üçün İKT vasitələrindən istifadə edir.

Özü tərəfindən hazırlanan informasiyanın ictimaiyyətlə mübadiləsi məqsədilə fərqli

formatlardan istifadə edir.

Texnoloji təhlil vasitələri

Şagird müxtəlif mənbələrdən informasiyanın alınması, onların gələcəkdə qiymətləndirilməsi

və təhlili üçün İKT vasitələrindən (məs., axtarıcı sistem) istifadə edir.

informasiyanın saxlanılması, göstəricilərin işlənib hazırlanması və təhlili üçün, gələcəkdə

nəticənin başqalarına ötürülməsi məqsədilə İKT vasitələrindən istifadə edir.

Qarşıda duran məsələyə uyğun olaraq İKT sahəsində mövcud yenilikləri (məs., yeni

proqramla təminat) və resursları dəyərləndirir və onlardan effektiv şəkildə istifadə edir.

Problemlərin həllində və qərar qəbulunda texnoloji vasitələr

Problemin həllində və düşüncəli qərar qəbulunda/seçimində İKT vasitələrindən və elektron

formatda olan informasiyadan istifadə edir.

Məişət məsələlərinin həlli, real vəziyyətə aid problemlərin həlli yollarının planlaşdırılması

və həyata keçirilməsi məqsədilə İKT vasitələrindən istifadə edir.

İnformasiya və kommunikasiya

texnologiyaları

İndikatorlar

İbtidai pillə (1-6 siniflər)

Nəticə əldə edilmişdir, əgər şagird:

İKT ilə qarşılıqlı hərəkət çağırışından istifadə edir.

Şagird İKT vasitələrinin fəaliyyəti üçün daxil etmək (maus, klaviatura) və çıxarmaq

qurğularından (monitor, printer) istifadə edir. (1)

Müəllim tərəfindən keçirilən və ya sərbəst dərs fəallıqları zamanı İKT-nin vasitələrindən

istifadə edir. (1, 3)

Müxtəlif İKT-nin vasitələrini təyin edir və adlandırır və onlar haqqında söhbət aparan zaman

düzgün terminologiyadan istifadə edir. (1)

Tədris prosesində internetdə həmin yaş dövrü üçün mövcud olan uyğun resurslardan (məs.,

təhsil proqramları, interaktiv kitablar, şəkillər və s.) istifadə edir. (1)

İKT-nin vasitələrindən istifadə zamanı qrupda həm sinif yoldaşları ilə, eləcə də sinif otağından

kənarda valideynlər və müəllimlərlə əməkdaşlıq edir. (elektron poçt). (2)

istifadə edərkən, məktəbin yerli şəbəkəsi və internetdən faydalanan zaman müsbət

sosial və etik davranışı nümayiş etdirir. (2)

İKT-nin vasitələri və proqram təminatının etik şəkildə istifadəsi haqqında müzakirə aparır.

Sinif yoldaşlarının, müəllimin və ya valideynin köməyi ilə onun yaş qrupu üçün uyğun

multimediya məhsulunu hazırlayır. (3)

Məsələlərin həlli, anlayışların, ideyaların və tarixi hadisələrin əyani şəkildə təqdim edilmə

məqsədilə İKT-nin informasiya resurslarından istifadə edir (məs., vizual material, dərs

oyunları). (3, 4, 5, 6)

İnformasiyanı əldə edir və kommunikasiya vasitələrindən istifadə etməklə onu başqaları

eləcə də, sinif yoldaşları, müəllimi və ya valideynin yardımı ilə mübadilə edir.(4)

İnformasiya və kommunikasiya

texnologiyaları

Baza məktəbi (7-9 siniflər)

Nəticə əldə edilmişdir, əgər şagird:

İKT-nin uğurlu çalışması və effektiv şəkildə istifadəsi üçün daxil etməkdən, klaviaturadan

(maus, idarə pultu və sairə) və çıxarılma qurğularından (monitor, printer), eləcə də müxtəlif

növ adapterlərdən (USB) istifadə edir (1)

İKT-dən istifadənin gündəlik nümunələrindən istifadə edir; onların üstünlükləri və çatışmayan

cəhətləri barədə, istifadə hüdudlarını müzakirə edir. (1, 2)

İKT vasitələrini və informasiyanın etik istifadə problemlərini müzakirə edir və şəxsi və ya

başqalarının təcrübələri əsasında (məs., informasiya mediyası və ya məktəb şəbəkəsindən

sanksiyasız istifadə) qeyri-etik istifadə nəticələrini qeyd edir. (2)

Ümumi bacarıqlarını təkmilləşdirmək və əsas dərs intizamında öz nailiyyətlərini

yaxşılaşdırmaq üçün İKT vasitələri və qlobal şəbəkədə mövcud informasiyadan istifadə

edir. (3)

Fərdi və qrup işi üçün (multimediyanın işlənib hazırlanma vasitələri, proqram təminatı,

təqdimat və internet səhifələrin redaktorları, skaner) elektron formatda çapı, kommunikasiyanı,

nəşriyyat və yaradıcılıq işləri məqsədini daşıyan İKT vasitələrindən istifadə edir, hansı ki,

həm məktəbin daxilində, eləcə də onun kənarında (bədii layihələr) təhsil dəyəri olan məhsulu

yaratmaqdan ibarətdir. (3, 4)

Distansion informasiyanın əlçatılması, həmin informasiyanın saxlanılması, işlənib

hazırlanması, təhlili və gələcəkdə ötürülmə məqsədi üçün kommunikasiya vasitələrindən

istifadə edir ki, birbaşa və ya vasitəsiz şəkildə şagirdə dərs prosesində və ya şəxsi maraqlarının

və meyllərinin həyata keçirilməsində yardım etsin. (4)

Yaş xüsusiyyətlərinə uyğun maraqları, meylləri həyata keçirmək, problemləri həll etmək,

başqaları ilə ünsiyyət saxlamaq və əməkdaşlıq etmək məqsədilə İKT vasitələrindən və qlobal

şəbəkədən (elektron poçt, açıq forumlar, internet) istifadə edir; eləcə də geniş auditoriya

üçün ayrılan işi yaratmaq məqsədilə. (4, 5)

Məsələnin həlli, problemin həlli və digər sinif və ya sinifdənxaric akademik nailiyyətlər

üçün İKT-nin resurslarından (kalkulyator, göstəriciləri toplayan qurğular, audio və video

dərs materialı) və elektron informasiyadan istifadə edir. (5, 6)

İKT vasitələrinin istifadəsinin nə zaman effektiv və məqsədəuyğun olmasını müzakirə edir;

uyğun vasitəni seçir və başqa-başqa tapşırıqların yerinə yetirilməsində və qarşıya qoyulan

məqsədlərin həyata keçirilməsində ondan istifadə edir. (5, 6)

Elektron formatda verilən resursları, informasiyanın dəqiqliyini, obyektivliyini, onun

məqsədəuyğun olmasını və təyin edilənlə uyğunluğunu dəyərləndirir. (6)

Orta məktəb, 10-12 siniflər

Nəticə əldə edilmişdir, əgər şagird:

İKT-nin uğurlu çalışması və effektiv şəkildə istifadəsi üçün daxil etməkdən, klaviaturadan

(maus, idarə pultu və sairə) və çıxarılma qurğularından (monitor, printer), eləcə də müxtəlif

növ adapterlərdən (USB) istifadə edir (1)

Müasir və qabaqcıl İKT vasitələrinin imkanlarını, onların istifadə hüdudlarını seçir və təyin

İnformasiya və kommunikasiya

texnologiyaları

edir, İKT-nin vasitələrindən uyğununu seçir və məqsədəuyğun şəkildə şəxsi və ya dərs

prosesinin tələblərindən irəli gələrək ondan istifadə edir. (2)

İKT resursları və xidmətinin eyni və ya müxtəlif vasitələri arasında düzgün seçim edir.

İnsan fəaliyyətinin sahələrində və ümumiyyətlə müasir cəmiyyətdə İKT-nin geniş və artan

istifadəsinin üstünlüyü və çatışmayan cəhətlərini təhlil edir və müzakirə edir. (2)

İKT vasitələri və informasiyanın etik istifadə problemlərini müzakirə edir və şəxsi və

ya başqalarının təcrübələri əsasında (məs., informasiya mediyası və ya məktəb şəbəkəsi

sanksiyasız istifadə) qeyri-etik istifadə nəticələrini qeyd edir. (2)

Gündəlik həyatda, informasiyanın idarəsi və kommunikasiya üçün (maliyyə informasiyası,

cədvəl, ünvanlar, elektron poçtla yazışmavə sairə) İKT vasitələrindən istifadə edir. (3, 4)

İKT-yə əsaslanan distansion və bölünən tədris imkanları ilə tanış olur, onları qiymətləndirir

və tədrisin növbəti mərhələsi üçün hazırlıq prosesində onlardan istifadə edir. (5)

Başqaları ilə əməkdaşlıq etmək, təhsil təyinatlı materialın təhlili, nəşri, kommunikasiya və

cəmiyyətdə öz işini başqa forma ilə daxil etmək üçün sistematik və effektiv şəkildə elekton

resurslarından istifadə edir (məs., bədii layihələr).(4, 5, 6)

Dərs intizamlarında təhlil, informasiyanın analizi, problemin həlli məqsədilə İKT vasitələrini

seçir və istifadə edir (məs., elektron cədvəllər). (4,5)

Başqa-başqa server-xidmət növü, simulyasiya proqramları (məs., virtual laboratoriya,

riyaziyyatda və təbiət fənlərində apletlər) ilə tanış olur və dəyərləndirir; real, hadisəyə uyğun

vəziyyət üçün onları axtarır və istifadə edir. (3, 5, 6)

Məzmunla əlaqədar milli resursların axtarılması, onların elektron formatda hazırlanması,

yaranması, nəşr edilməsi və yayılması məqsədilə İKT vasitələrindən istifadə etməklə sinif

yoldaşları, müəllim və digər maraqlı şəxslərlə əməkdaşlıq edir. (4, 5, 6)

Çərçivənin realizasiyası məqsədini daşıyan proqram təminatının natamam siyahısı

(Edu-Buntu, RedHat Linux, Fedora və ya digər distributivlər).

Veb-brauzer, internet-səhifələrinin redaktə edilməsi üçün aid edilən proqramlar

Bluefish (brauzer və və redaktor)

Netscape (brauzer və və redaktor – Composer)

Internet Explorer və sairə.

İnformasiya və kommunikasiya

texnologiyaları

Mətni redaktorlar

Open Office.org Writer

Google- tərəfindən əldə edilən və təkmilləşdirilən Writely

TextPad (Windows sistemi üçün ayrılan pulsuz çoxtəyinatlı redaktor)

MS Word və sairə.

Təqdimat redaktorları

Open Office.org Impress

Open Office.org Calc

MS Excel və sairə.

Göstəricilər bazası (yalnız məktəbin idarə prosesi üçün istifadə)

Open Office.org Base.

İctimai elmlər (veb-resurslar)

Gürcü ədəbiyyatı, “Maral sıçrayışı”nın layihələri

Gürcüstan tarixi

İngilisdilli ədəbiyyat

Qutenburq layihəsinin rəsmi internet səhifəsi

İnformasiya və kommunikasiya

texnologiyaları

Rusdilli ədəbiyyat

Edu-Buntu-ya analoq olan əlavə edu-paket

KMessedWords –hərflərin ardıcıllığı

Kletters – əlifbanın dərs proqamı

KHangMan- sözlərin təyin edilməsinə dair oyun

KLatin- latının təkrarı və sairə.

KmPlot – funksiyanın qrafiklərinin vizualizasiya proqramı

Kbruch- kəsr əməlləri

Kpercentage –faiz üzərində əməllər

Kig – (2D) İnteraktiv həndəsə, planimetriya

K3Dsurf – (3D) riyazi məkan modelləri

Təbiət elmləri

Kalzium-kimyəvi elementlərin dövri sistemi

Kstart – virtual planetarium

Faydalı internet resurslar

The Iridium Project – kimyanın virtual laboratoriyası , Karneqi Meloun Universitetinin

İnformasiya və kommunikasiya

texnologiyaları

Kimya üzrə virtual tədqiqatlar – Oksford Universitetinin internet-səhifəsi

Peter Falstadın internet səhifəsi – Fizikanın apletləri

Ktouch – klaviatura üzərində “kor tərtibat” dərs proqramı

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.