Turizmin əsasları
ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov qeyd edib ki, artıq türkiyəli mütəxəssislər Bakıdadır və yerli mütəxəssislərlə proqramın tərtibinə başlayıblar: “Biz iyul ayı ərzində Azərbaycanın 3 regionunda turizm biznesinə maraq göstərən qadınlar üçün təlimlər təşkil edəcəyik. Təlimlərdə iştirak edən hər bir qadının biznes imkanları dəyərləndiriləcək və onların hər birinə turizm sahəsində öz işini qurmaq üçün tövsiyələr veriləcək və dəstək göstəriləcək. ATMU bu təcrübəni daha sonra tədris proqramında da istifadə etməyi düşünür və bu proqramın Azərbaycanda icrasının gələcəkdə də tətbiqini planlaşdırır”.
Azərbaycanda turizmin vəziyyəti
1 Azərbaycanda turizmin vəziyyəti İqtisadi islahatların həyata keçirilməsində iqtisadi və sosial mexanizmlərin formalaşması, dinamikası və proqnozlaşdırılması, xüsusi tədqiqat obyekti kimi təhlili, islahatların əsaslandırılması və onun reallaşması zamanı meydana çıxan sosial nəticələrin qiymətləndirilməsi aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir. Müstəqillik əldə etmiş Azərbayjan Respublikasının qarşısında duran strateji məqsəd ölkənin bazar iqtisadiyyatına keçməsilə bağlı qarşıya çıxan bir sıra sosialiqtisadi problemlərin həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm haqqında Azərbayjan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir. Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir. Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan «Əsrin müqaviləsinin» imzalanmasının 8 ili tamam olmasına iki gün qalmış 2002-ji il sentyabrın 18-də Bakı şəhərində Bakı-Tbilisi-Jeyhan ƏİBK-nin tikintisinin təməli qoyuldu və bu layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq «Avropa-Qafqaz-Asiya» (TRASEKA) nəqliyyat dəhlizi proqramı çərçivəsində
2 1998-ji il setyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi və burada Avrasiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialdan daha da səmərəli istifadə olunması, ticarətin, turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradan saziş imzalandı ji il 7 fevral tarixində Azərbaycan dünya nəqliyyat-kommunikasiya sisteminə mühüm töhvə kimi qiymətləndiriləcək uğura imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis şəhərində Azərbayjan, Gürjüstan və Türkiyə hökumət rəhbərləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə Jənubi Qafqaz və orta Asiya regionlarının uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövjuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbayjanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli
3 büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına jəlb etmək. Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir. Azərbayjanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbayjan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir sı il İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbayjanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir. Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıjıl işlərdəndir. Respublikamızda 28 dövlətin səfirlik və diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bakı şəhərində 20 aviakompaniyanın, 35 bank və 21 sığorta şirkətlərinin xidmətlərindən istifadə olunur. Son illər ərzində turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 18 olduğu halda, bu gün onların sayı 215-dən artıqdır. Azərbaycanda
4 mehmanxanaların sayı 2001-ci ildə 149, 2002-ji ildə 173, 2003-jü ildə 203, jü ildə 233, 2005-ji ildə 266, olduğu halda, bu gün Azərbaycanda 289 mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri mövjuddur ci ildən bu günə kimi 137 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilərək, istifadəyə verilmişdir. Yerləşdirmə obyektlərindəki çarpayıların ümumi sayı təşkil edir ki, bunun da 7260-ı Bakı şəhərinin payına düşür. Mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə «Turistekskursiya xidmətinin sertifikatlaşdırılması»nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı aparılır. Bu günə qədər 39 mehmanxana Bakı şəhərində 25, digər şəhər və regionlarda 14 mehmanxana təsnifatdan keçmişdir və göstərdikləri xidmətə uyğun dərəjələrə layiq görülmüşlər. Mehmanxanaların istismarından 2004-cü ildə əldə edilən gəlir 271 mlr. 632,6 mln. manat, 2005-ji ildə 665 mlr. 10,9 mln manat gəlir vergisi, ƏDV və digər vergilərdən büdjəyə daxil olmalar 2004-cü ildə 30 mlrd. 473,6 mln. manat, 2005-ci ildə 94 mlr. 41, 1 mln manat təşkil etmişdir. Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbir və toplantıların keçirilməsini, respublikaya turist səfərlərinin ildən-ilə artımını nəzərə alaraq mehmanxanaların ilboyu istismarı beynəlxalq standartlara uyğun təmin olunur. Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2002-ci ildə nəfər, cü ildə nəfər, 2004-cü ildə nəfər, 2005-ci ildə nəfər, 2006-cı ilin birinci yarım ili ərzində nəfər təşkil etmişdir. Xarici ölkələrə gedənlərin sayı 2002-ci il nəfər, 2003-cü ildə nəfər, 2004-cü ildə nəfər, 2005-ci ildə nəfər təşkil etmişdir. Turistlərin sayı 2002-ci ildə nəfər, 2003-cü ildə nəfər, 2004-cü ildə nəfər, 2005-ci ildə nəfər, 2006-cı ilin birinji yarısında nəfər təşkil etmişdir.
5 Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqamətində proqramlar hazırlanmışdır. Bu marşrutlara aşağıdakılar daxildir: 1.Abşeron 2.Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayıllı-Kürdəmir-Zərdab-Ağdaş 3.Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar 4.Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən 5.Gənjə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax 6.Salyan-Masallı-Lerik-Lənkəran-Astara 7.Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Julfa-Babək Ümummilli liderimiz Heydər Əliyevin 27 avqust 2002-ci il sərənjamı ilə «Azərbaycan Respublikasında ci illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı»nın təsdiq olunması ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirdi və respublikamızın beynəlxalq turizm arenasına çıxması üçün geniş imkanlar yaratdı. Turizm fəaliyyətinin ərazi təşkili ərazinin təbii-rekreasiya sərvətlərinin mövjudluğu şəraitində mümkün olur. Bu sərvətlərin dəyəri və ehtiyatlarından asılı olaraq, müxtəlif səviyyəli kurortların təşkilindən danışmaq olar. Bunların hər birinə hazırlıq səviyyəsi, sənədlərin təsdiqi və qərarların qəbulu xasdır. Burada təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalijəvi xüsusiyyətləri haqqında məlumatın olması ilk addım ola bilər. Qeyd edək ki, ərazinin turist rekreasion sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçisi qeyri-dövlət və kommersiya strukturları ola bilər. Lakin müvafiq dövlət orqanların ijazəsi ilə ilk növbədə aşağıdakı sənədlər hazırlanmalı və müzakirə edilməlidir: – ərazinin təbii-rekreasiya amillərinin keyfiyyəti haqqında elmi nətijələr; – təbii-rekreasiya sərvətlərin ehtiyyatı haqqında ekspert nətijə; – müalijə-sağlamlıq zonası, ərazisinin və onun hüdudları daxilindəki təbii sağlamlıq sərvətlərinin vəziyyəti haqqında dövlət ekologiya və sanitarepidemioloci ekspertizanın nətijələri;
6 – profil dəyişmə, yerdəyişmə və bağlanması lazım olan təbii-rekreasiya ərazisi hüdudlarında yerləşən sənaye, kənd təsərrüfatı və başqa müəssisələrin siyahısı; – ərazinin topoqrafik planı, onların istehsalçıları haqqında məlumatlar. Sənədlərə müəyyən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyinin rayonlararası ekspert şöbəsi tərəfindən baxılır. Hökumət qərarının qəbulundan sonra texniki-təşkilati tədbirlər həyata keçirilir: – ərazinin abadlaşdırılması; – təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi; – sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi; -ərazidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili; -ərazini əlverişli ekoloji və sanitar-epidemioloci vəziyyətdə saxlamaq, təbiəti qorumaq işlərin həyata keçirilməsi. Turizmin ərazi təşkili zamanı bu əraziyə aşağıdakılar aid olmalıdır: – bir və ya bir neçə unikal təbii-müalijəvi sərvətlərə malik olmalıdır; – bu sərvətlərin lazımi ehtiyatına malik olmalıdır; – kurort tikintisi üçün geniş və münasib sahəyə malik olmalıdır; – ekoloji və sanitar-epidemioloji normalara uyğun gəlməlidir; – digər texniki təjhizat mənbələrinə malik olmalıdır. Daha sonra təbii-rekreasiya zonasının fəaliyyətdə olan zonaya çevrilməsi prosesi gedir. Məhz bu mərhələdə investorların maraqları reallaşır. Bura aşağıdakı mərhələlər daxildir: 1. Ərazinin planlaşdırılması və sanatoriya-kurort sahəsinin inkişafı nəzərə alınmaqla, turist-rekreasiya və kurort kompleksinin baş planı hazırlanır. 2. Cəlb olunan investisiyalar, büdjə, qeyri-büdcə vəsaitləri hesabına istirahət müəssisəsi və obyektlərinin iş layihəsi və tikintisi başlanır. 3. Ərazinin əhəmiyyətli turist-kurort zonası kimi tanınması haqqında sənədlər hazırlanır: – fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı;
7 – təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nətijələri; – təbii müalijəvi və başqa təbii sərvətlərin, ərazinin vəziyyəti haqqında dövlət ekoloji və sanitar-epidemioloci tədqiqatların nəticələri. Ölkəmizdə turizm xidməti üçün çox əlverişli şərait var. Bu ondan irəli gəlir ki, respublikamızın hər cür təbii iqlim, landşaft şəraiti, iqtisadi imkanları və turizm obyektləri mövcuddur. Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicə nefti və palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, Quba- Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif arxeoloji, tarixi-memarlıq abidələri, incəsənət obyektləri də xarici turistləri cəlb edir. Ölkəmizdəki turistlərin əksəriyyətini Avropa ölkələrindən, qonşu dövlətlərdən və ABŞ-dan gələnlər təşkil edir. Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur. Turizmin inkişafı üçün yeni Dövlət Proqramı hazırlanır. Bu proqramda turizm üçün lazımi infrastrukturun yaradılması, mövcud infrastrukturun inkişafı, turizmin müxtəlif sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Ötən il ölkəmizdə turistlərin sayı nəfər olmuşdur ki, bunlardan 865-i daxili, 255 xarici turistlərdir. Onların sayı ilbəil çoxalmaqda davam edir.
8 Azərbaycan Hava Yolları QSC Milli Aviasiya Akademiyası Sərbəst iş
9 Tələbə: Bağırov İlkin Qrup: 1129 A Kurs: II Fənn: Ekologiya
Turizmin əsasları
14:41 – 12 Июль 2018
“Coca-Cola” şirkəti, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq məqsədilə “Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start veriblər.
“Coca-Cola” Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərlərini, habelə ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdır. Təlimlər “Turizmin əsasları”, “Turizm idarəçiliyi”, “Müştəri xidməti”, “Turizm və gigiyena” kimi bir sıra önəmli mövzunu əhatə edəcək. Təlimlər Türkiyənin tanınmış mütəxəssislərinin ATMU-nun professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz olaraq tədris ediləcək. Layihə “ASAN Könüllüləri” tərəfindən icra olunacaq.
“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev proqramın Azərbaycanda qadınların turizm sahəsində kiçik biznesə təşviq edəcəyinə və beləliklə, həm qadınların, həm də turizmin inkişafına töhfə verəcəyini qeyd edib: «“Coca-Cola” qadınlara iqtisadi dəstəyi özünün sosial inkişaf siyasətinin əsas prioritetlərindən biri olaraq görür. Məhz buna görə “Coca-Cola” fəaliyyətdə olduğu ölkələrdə qadınların iqtisadi imkanlarının genişlənməsi üçün müxtəlif sosial layihələrə dəstək olur. Azərbaycanın gözəl təbiəti və zəngin turizm potensialını nəzərə alaraq ölkədə qadınları turizm işinə həvəsləndirmək və onların turizm təşəbbüslərinin dəstəklənməsi ideyası çox faydalı olacağına inanırıq. Bu məqsədlə “ASAN Könüllüləri”, Azərbaycan Turizm və Menecment Universiteti və Türkiyə mütəxəssisləri ilə əməkdaşlığa başladıq. Ümid edirik ki, layihə nəticəsində qadınlar turizm sahəsində yeni bilik və bacarıqlara yiyələnəcək, Azərbaycanın gözəl bölgələrində turizm biznesinə başlaya biləcəklər».
Təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikatla təltif olunacaq. Dünya təcrübəsi göstərir ki, bu proqrama qoşulan iştirakçılar daha sonra istehsalat, tədarük, distributor, pərakəndə satış, təkrar emal və əl əməyinə əsaslanan sənət növləri ilə məşğul ola bilir.
“Uğurlu qadın, uğurlu gələcək” layihəsinin təlim proqramının hazırlanması məqsədilə türkiyəli mütəxəssislər cəlb olunub. Əvvəlcə həmin mütəxəssislər ATMU-nun əməkdaşlarına “Təlimçilər üçün təlim” keçəcək, daha sonra isə sözügedən yerli mütəxəssislərlə birlikdə Qəbələ, Gəncə və Masallı bölgələrinin və ətraf rayonlarının qadınları üçün turizmin əsasları və biznesin idarə olunması istiqamətində təlimlər təşkil olunacaq.
Layihənin icraçı partnyoru “ASAN Könüllüləri” Təşkilatının baş katibi Sahil Məmmədli Azərbaycanın regionlarında qadınların biznes imkanlarını genişləndirmək məqsədini daşıyan bu layihədə “ASAN Könüllüləri”nin də iştirakından məmnunluq duyduğunu bildirib: “Regionlarda turizm imkanlarının artırılması məqsədilə qadınlara turizm mədəniyyətinin aşılanması istiqamətində təlimlərin və praktiki seminarların keçirilməsi ilə onların məşğulluq məsələlərinin həlli istiqamətində iş aparılması “ASAN Könüllüləri” Təşkilatının korporativ sosial məsuliyyət missiyasının əsas istiqamətlərindən biridir. Bütün qadınları Qəbələ, Gəncə və Masallıda yerləşən “ASAN xidmət” mərkəzlərində təşkil ediləcək ödənişsiz təlimlərdə iştirak etməyə çağırırıq. Layihə nəticəsində qadınların biznes və turizm bacarıq və imkanları artırılacaq və onlar öz bizneslərini yaratmaq potensialına sahib olacaqlar”.
ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov qeyd edib ki, artıq türkiyəli mütəxəssislər Bakıdadır və yerli mütəxəssislərlə proqramın tərtibinə başlayıblar: “Biz iyul ayı ərzində Azərbaycanın 3 regionunda turizm biznesinə maraq göstərən qadınlar üçün təlimlər təşkil edəcəyik. Təlimlərdə iştirak edən hər bir qadının biznes imkanları dəyərləndiriləcək və onların hər birinə turizm sahəsində öz işini qurmaq üçün tövsiyələr veriləcək və dəstək göstəriləcək. ATMU bu təcrübəni daha sonra tədris proqramında da istifadə etməyi düşünür və bu proqramın Azərbaycanda icrasının gələcəkdə də tətbiqini planlaşdırır”.
Konservatizm və əsasları siyasi terminalogiya
Konservatizmin əsasən 18-ci əsrdə yaranmış bir siyasi ideologiya olduğu düşünülür. Həddindən artıq sürətlə baş verən iqtisadi və siyasi dəyişikliklərə qarşı bir siyasi ideologiya olaraq yaranıb. Məhz elə Fransız inqilabının (hansı ki, bütün Fransada və Avropada çox ciddi siyasi və iqtisadi dəyişikliklərə səbəb olan bir inqilab idi) baş verdiyi əsrdə meydana çıxması da buna böyük nümunədir. Çünki konservatizm həm liberalizmin, həm də sosializmin təklif etdiyi dəyişikliklərə qarşı idi. Çünki konservativlər sosial, siyasi və iqtisadi dəyişikliklərin zamanla, yavaş-yavaş olmasını dəstəkləyirlər.
Konservatizmin xüsusiyyətləri:
Adət-ənənə: Konservatizm adət-ənənələri mühafizə etmək arzusundadır. Bu fikir eləcə də mövcud siyasi sistemlə də bağlıdır. Yəni, konservativlər siyasi sistemin qəflətən dəyişməsini dəstəkləmir. Onlar inanırlar ki, zaman içərisində əldə edilmiş və təcrübə edilmiş adət-ənənələr həm indi yaşayan insanların, həm də gələcək nəsillərin yaxşı yaşaması üçün vacib şərtdir. Onlar həm də fikirləşir ki, bu adət-ənənələr və tarixə bağlılıq, insanları birləşdirməyə də kömək edir. Sırf bu səbəbdən bir çox konservativlər dinin də rolunu cəmiyyətdə yüksək hesab edir. Çünki din birbaşa olaraq adət-ənənələrin formalaşmasında iştirak edir və o da insanları birləşdirmək üçün yaxşı vasitədir. Konservatizm ailə məfhumuna da çox ciddi dəyər verir. Onlar ailə institutunu cəmiyyəti ayaqda tutan əsas amillərdən biri kimi hesab edir.
İnsan qeyri-mükəmməlliyi: Konservativlər insan təbiəti ilə bağlı pessimist fikirlərə sahibdirlər. Bu düşüncəyə əsasən insan dərrakəsi limitlidir və onlar əsasən kənar faktorlardan asılıdır. Bu cəhətdən baxanda onu qeyd etmək olar ki, liberalizm və konservatizm ideologiyaları insan təbiəti haqqında tamamilə əks mövqedə dururlar. Əlavə olaraq, insanlar həm də əxlaqi olaraq yüksək keyfiyyətlərə sahib deyillər. Onlar eqoistdirlər və daima güc əldə etməyə çalışırlar. Cəmiyyətdə baş verən pis hadisələr, məsələn cinayətlərin səbəbi çox vaxt ayrı-ayrı fərdlər olur. Buna görə də, konservativlər güclü dövlətin, ciddi qayda-qanunun və sərt cəzaların tərəfdarıdırlar.
İyerarxiya: Konservatizm həm də cəmiyyətdəki iyerarxiyanı, yəni, sinif, vəzifə bərabərsizliyini də normal qəbul edir. Onlar inanırlar ki, cəmiyyətdə müəyyən iyerarxik sistemin olması təbii bir hadisədir (məs: iş sahibi və işçilər, müəllim və tələbələr, valideyn və uşaqlar). Ancaq bu iyerarxik system qətiyyən hər hansısa bir konfliktə səbəb olmur. Çünki bu sistemdə olan hər sinif öz vəzifəsini yerinə yetirir və qarşılıqlı olaraq hər kəs bir-birindən asılıdır. Konservatizm iyerarxiyanın səbəbini şansla və doğuşla əlaqələndirir.
Bərabər vergi: Konservatizm biznesdə bərabər miqdarda verginin tərəfdarıdır. Onlar inanırlar ki, qazandığı puldan asılı olmayaraq bütün insanlar eyni dərəcədə vergi verməlidirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.