Qafqazşünaslığa töhfə – Qafqaz xalqlarının tarixi dərsliyi çapdan çıxıb
Bununla belə Qafqazda yaşayan xalqlar, o cümlədən türklər haqqında XIX əsrin 30-cu illərinə aid maraqlı məlumatları İ.Blaramberqin yuxarıda adını çəkdiyimiz əsərində görürük. İ.Blaramberq 1800-cü ildə Frankfurtda müflisləşmiş zadəgan ailəsində dünyaya göz açıb. Atası Flamandiyalı, anası alman qızıdır. Anasını 2, atasını 12 yaşında itirmiş İohann əvvəl xüsusi Offenbaxdakı və Frankfurtdakı pansionlarda 4 yaşından təhsil alıb, 1820-ci ildə isə Gessen Universitetinin hüquq fakültəsinə daxil olub. Atasının kiçik qardaşı hələ 1804-cü ildə Rusiyaya gəlib mayor rütbəsi alaraq Novorossiya Dairəsinin Gömrük Müfəttişliyində xidmət edərkən Odessada yaşayan dövrlərdə Şimali Qara dəniz sahillərinin arxeologiyası ilə məşğul olub. Əmisinin Rusiyada yaşaması İohannı da bura cəlb edib və o, hüquq üzrə magistr dərəcəsi aldıqdan sonra Rusiyaya gəlib. Əvvəl Moskvada əmisi oğlanları Fransua və Teodora de Kurtenegildə qalarkən bir sıra Avropa dillərini yaxşı bilsə də, burada rus dilini mükəmməl öyrənib və rus təəbəliyini qəbul edib İvan Fyodroviç Blaramberq kimi vətəndaşlıq alıb.
Türk və Qafqaz xalqlarının mədəniyyəti
XVII əsrdə Osmanlı dövlətinin iqtisadi cəhətdən zəifləməsi əvvəlcə vəqf müəssisələrinin zəifləməsinə, daha sonra isə onlara bağlı təhsil sisteminin zəifləməsinə səbəb oldu. Bu, dini elmlərin inkişafına mane oldu. Dünyəvi elmlər isə inkişaf edir, türk alimləri dövrün mədəniyyətinə öz töhfələrini verirdilər. Katib Çələbi və Evliya Çələbi həmin dövrün böyük türk alimləri olmuşlar.
XVII əsrdə Osmanlı dövlətində əsas təhsil müəssisələri mədrəsələr idi. Mədrəsələrdə dini elmlərlə bərabər, dünyəvi elmlər də tədris olunurdu. Onların məzunları müdərris, qazı, müfti, ila- hiyyatçı, astronom, həkim, riyaziyyatçı kimi hazırlanırdı.
Katib Çələbi tarix, hüquq, coğrafiya və maliyyə məsələlərinə aid bir çox dəyərli əsərlərin müəllifidir. Evliya Çələbinin oncildlik «Səyahətnamə» əsəri isə Osmanlı və dünya tarixini və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbələrdən biridir. Bu əsərdə müəllif Azərbaycan haqqında da qiymətli məlumatlar verib. Evliya Çələbinin «Səyahətnamə»- sində Azərbaycan şəhərləri barədə, xüsusilə Təbriz şəhəri, onun qapıları, məhəllələri, sarayları, məscidləri, məktəbləri, mədrəsələri, sənətkarları və s. haqqında dəyərli məlumatlar öyrənmək mümkündür.
XVII—XVIII əsrlər Osmanlı memarlığının tənəzzülü dövrüdür. Lakin həmin dövrdə də ölkədə bir sıra memarlıq abidələri inşa edilmişdir. Həmin əsrlərdə artıq ənənəvi memarlıq üslubu Avropaya xas olan rokoko* və barokko* memarlıq üslubu ilə əvəz olunmuşdu. Ağrı şəhərindəki İshak Paşa sarayı bu üslubda inşa edilmişdi.
Bu dövr Osmanlı memarlığının şah əsəri Sultan Əhməd məscididir. Memarı Mehmet Ağa olan bu məscid 1609—1616-cı illərdə inşa edilmişdir.
Həmin dövrdə Osmanlı rəssamları, əsasən, miniatür əsərlərə üstünlük verirdilər. Məşhur rəssam Levninin miniatürlərini fərqləndirən başlıca cəhət onun əsərlərində insanlara, hadisələrə yeni baxışın olması idi.
Nəbi, Nedim, Titnat xanım XVII əsr türk ədəbiyyatının tanınmış simalarından olublar.
Memarlıqdan fərqli olaraq, bu dövrdə musiqi yüksək inkişaf səviyyəsinə çatmışdı. XVIII əsr Ömər bəy İtri, Musa Əfəndi kimi böyük türk bəstəkarlarının yaşayıb-yaratdığı dövrdür. Məhz bu əsr türk musiqisinin yüksəliş dövrü olmuşdur. Türk musiqisi nəinki Avropa musiqisinin təsiri altına düşmüş, əksinə, Avropa musiqisinə təsir göstərmişdir. Musiqinin belə inkişafı həm də bu dövrün sultanlarının — Sultan Əhmədin, I Mahmudun, III Səlimin bu sahəyə olan maraqları ilə bağlı idi.
XVIII əsrin əvvəllərində Osmanlı dövlətində Avropa təcrübəsini öyrənməyə başladılar. Bunun nəticəsində ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı.
Azərbaycan mədəniyyəti.XVII—XVIII əsrlərdə Azərbaycanda elmin inkişafında da canlanma olmuşdur. İsgəndər bəy Münşi, Mirzə Məhəmməd, Yusif Qarabaği və başqaları bu dövrün adlı- sanlı alimləri idilər.1560—1634-cü illərdə yaşamış İsgəndər bəy Münşinin əsərləri Yaxın Şərq və türk tarixinə dair qiymətli mənbələrdir. Mirzə Məhəmməd fəlsəfəyə, astronomiyaya və riyaziyyata, Yusif Qarabaği isə məntiq, hüquq və astronomiyaya aid dəyərli əsərlər yazmışlar.
Bu əsrdə Azərbaycan tarixinə dair qiymətli mənbə olan «XVIII yüzillikdə Car müharibələri salnaməsi» yazılmışdır.
Şəkidəki xan sarayı XVIII əsr Azərbaycan və dünya memarlığının ən dəyərli incilərindən biridir.
XVII—XVIII əsrlərdə Arif Şirvani, Arif Təbrizli, Xəstə Qasım, Şəkili Nəbi, Molla Vəli Vidadi və bir çox başqa şairlər yaşayıb- yaratmışlar. XVIII əsrin ən məşhur şairi isə Molla Pənah Vaqif olub.
Həmin dövrdə ölkəmizdəki hər bir məktəbin, mədrəsənin öz kitabxanası vardı. Şəxsi kitabxanalar da çox idi. Şairlər, alimlər, kitab həvəskarları şəxsi kitabxanalarını yaratmışdılar.
Qafqaz xalqlarının mədəniyyəti.
Şimali Qafqaz ərazilərində təhsil məktəb (mollaxana) və mədrəsələrdə verilirdi. Quran oxumaq və yazı məktəblərdə öyrədilirdi. Mədrəsələrdə Quran oxunması, məntiq, hüquq, tarix, coğrafiya, fəlsəfə, astronomiya tədris edilirdi. Mədrəsə müəllimləri içərisində Yaxın və Orta Şərqdə tanınan görkəmli elm və din xadimləri də vardı. Siyasi və dini mərkəzlərdə müxtəlif elm sahələrinə aid əsərlərin saxlandığı zəngin kitabxanalar fəaliyyət göstərirdi. Qazıqumuq, Xunzax belə mərkəzlərdən idi.
Qafqazda bir çox elm sahələri ilə yanaşı, tibb elmi də inkişaf etmişdi. Təbiblər dərman bitkiləri vasitəsilə müxtəlif xəstəlikləri sağaldır, çiçək xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar. Bu xəstəliyə qarşı peyvənd üsulunu avropalı alimlər xeyli sonralar öyrənmişdilər.
Şimali Qafqaz xalqlarının öz əlifbası yox idi. Onlar ərəb, rus və gürcü əlifbalarından istifadə edirdilər. Ərəb əlifbasından, əsasən bölgənin müsəlman əhalisi istifadə edirdi. XVIII əsrdə avar əlifbası tərtib olundu.
Qafqazda yaşayan hər bir xalqın özünəməxsus memarlıq abidələri olub. Bu abidələr içərisində məscidlər, türbələr, pirlər, kilsələr və s. xüsusilə əhəmiyyətlidir. Burada müdafiə məqsədi bağlayır, xristian dini məktəbləri açırdılar. Bu yolla türklər həmin məktəblərə cəlb edilirdi.
XVIII əsrin sonlarında burada ilk dünyəvi ibtidai məktəblər açıldı. Rusiyanın sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi tələb edirdi. Odur ki, tibb, texniki və başqa peşə məktəbləri yaradıldı.
Kazanda açılan gimnaziyada təhsil rus dilində idi. Amma tatar, ərəb, türk dilləri də tədris olunurdu. Bu dövrdə Sagit Xalfin ilk tatar əlifbasını tərtib etmişdi. XVIII əsrdə rus qrafikası əsasında çuvaş əlifbası tərtib olundu.
Bu dövrdə Sibir türklərinin də mədəni həyatında müsbət dəyişikliklər olmuşdur.
Mənbə: Ümumi Tarix — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün DƏRSLİK
Müəllif: Yaqub Mahmudlu, Sabir Ağayev, Tofiq Nəcəfli, Babək Xubyarov, Amənə Kərbəlayeva
- Teqlər:
- Katib Çələbi
- , Azərbaycan mədəniyyəti
- , Qafqaz xalqlarının mədəniyyəti
Qafqazşünaslığa töhfə – “Qafqaz xalqlarının tarixi” dərsliyi çapdan çıxıb
Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Bakı Dövlət Universitetinin “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri İradə Hüseynovanın ali məktəblər üçün “Qafqaz xalqlarının tarixi” dərsliyi çapdan çıxıb. Bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini əhatə edən və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin Azərbaycanda ərsəyə gəlməsi təsadüfi deyil.
Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə görə mühüm mövqelərdən birini tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti təkcə regional miqyasda deyil, həm də dünya miqyasında şəksiz liderdir və hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan siyasi, iqtisadi, bundan heç də az əhəmiyyət daşımayan mədəniyyət və təhsil sahələrində aparıcı rol oynayır.
Qədim dövrlərdən zəngin mədəni palitrası ilə seçilən Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində dinc yanaşı yaşayan və gözəl bəhrələr verən ümumi ənənələri olan müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm də tamdəyərli xalqlar dostluğu kimi səciyyələnib.
Haqqında söhbət gedən 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir.
Qədim dövrlərdən başlayaraq tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki, Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Oxuculara təqdim olunan dərslik bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Qafqaz dünyaya nə verib və ondan nələr əxz edib. Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və inkişaf tarixinin obyektiv və gerçək şəkildə təqdim olunmasına layiqdirlər.
İradə Hüseynova vurğulayır ki, bəşəriyyət tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür, məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının həqiqi və əhatəli mənzərəsini canlandırmaq.
Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib.
Bəzi regional və dünya aktorlarının geosiyasi ambisiyaları, keçmişə siyasətçilərin və mif yaradıcılığı ilə məşğul olan yalançı tarixçilərin maraqları prizmasından baxılmaması, ərazilərə hansı xalqların birinci sahib olması, onların müstəsnalığı, başqalarından üstünlüyü və bir-birinə qarşılıqlı iddiaları – bütün bu məsələlər Qafqaz xalqlarından və ilk növbədə Qafqaz üzrə mütəxəssislərdən həmin xalqların müasir dövrə qədərki inkişafının bütün tarixi mərhələlərində ictimai-siyasi proseslərin tədqiqinə daha dərin və ölçülüb-biçilmiş yanaşma tələb edir. Bu baxımdan professor İ.Hüseynovanın fundamental əsəri faktlara və hadisələrə milli baxışlar, minilliklər ərzində formalaşmış özünəməxsus mədəniyyət, mənəviyyat, ənənələr, mənəvi-əxlaqi dəyərlər prizmasından Qafqaz xalqlarının çoxəsrlik tarixinin yenidən dərk edilməsinə, öyrənilməsinə və şərh olunmasına tələbatı dəqiq və məqsədyönlü şəkildə stimullaşdırır. Müasir dövrdə Qafqaz ərazisindəki müstəqil dövlətlərdə baş verən hadisələr barədə geosiyasi informasiya dərslikdə ayrıca, yetərincə sanballı bölmədə təqdim edilir.
Elmi fəaliyyətinin böyük hissəsini gənc nəslin ümumbəşəri və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına həsr etmiş müəllifin çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyətinin bəhrəsi olan “Qafqaz xalqlarının tarixi” kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni reallıqlar, əsaslı şəkildə dəyişmiş geosiyasi şərtlər nəzərə alınmaqla, innovativ əsasda hazırlanıb. Bəzi xalqların etnik müstəsnalığına sosial sifarişlərin qarşısını almaq məqsədi daşıyan kitab “Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü sülhməramlı “Ümumqafqaz evi” ideyasını obyektiv əks etdirir.
Tarixin elmi konsepsiyasını – şəksiz təlim və tərbiyə vasitəsi olan biliklərin obyektivliyini rəhbər tutan professor İ.Hüseynova bu əsərinə xeyli faktoqrafiq və analitik material, çoxsaylı yazılı mənbələrdən, habelə artefaktlardan məlumat, oxucuların dərin düşünməsinə və onların öz mövqeyinin formalaşmasına kömək edən əlavə informasiya daxil edib. Nəşr hər bir oxucunu xalqların tarixi-mədəni irsinin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması problemləri və aspektləri barədə düşünməyə sövq etmək üçün də nəzərdə tutulub.
Qeyd edək ki, professor İ.Hüseynova 250-dən çox elmi əsərin, o cümlədən elmi monoqrafiyaların, dərsliklərin, tədris vəsaitləri və proqramlarının müəllifidir.
Qədim zamanlardan bu günümüzə qədərki dövrü əhatə edən, ali məktəb tələbələri, magistrantlar, Qafqazşünas alimlər, tarix, regionşünaslıq, etnosiyasət, dünya geosiyasəti, beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislər üçün nəzərdə tutulan bu dərslik, həmçinin Qafqaz regionunun və bu regionda yaşayan xalqların tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə maraqlanan hər kəsə praktiki yardım göstərəcək.
Türk v qafqaz xalqları tarixinin tarixşünaslığı
Qafqaz türklərinin tarixini əks etdirən mənbə
� �Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri� əsəri maraqlı məlumatlarla zəngindir
Türk xalqlarının tarixi, mənşəyi, mədəniyyəti, folkloru, psixologiyası və sairlə bağlı indiyə kimi çoxsaylı mənbə və materiallar nəşr olunub oxuculara çatdırılsa da, elələri də var ki, əvvəllər bəzi siyasi, hərbi və digər baxımdan dövriyyəyə daxil edilməyib. Bu isə xalqların tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsində bəzi qaranlıq məqamların sona qədər aydınlaşdırılmasında yardımçı ola bilməyib. Bu baxımdan XIX əsrin 30-cu illərinin əvvəllərindən başlayaraq rus hərbi xidmətində və Qafqazda işləmiş əslən almaniyalı mühəndis-topoqraf İohann Blaramberqin bu regionda yaşayan xalqların həyatına,
coğrafiyasına, tarixinə, etnoqrafiyasına həsr etdiyi �Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri� əsəri Qafqazda yaşayan digər xalqlarla yanaşı, həm də türk xalqlarının altı-kəsək (tatar-türk), qaraçayların, bassianların (malkarların), kumukların tarixi, coğrafi və etnoqrafik həyatından maraqlı məlumatlarla zəngindir.
Planetin kifayət qədər unikal regionlarından biri olan Qafqaz daim missioner, səyyah və alimlərin diqqətini cəlb edib. Qafqazda yaşayan xalqların əcdadları haqqında ilk məlumatlar hələ e.ə.VI-I əsrlərə aid olub, yunan və Roma müəlliflərinin əsərlərində yer alsa da, sonrakı dövrlərdə (V-X əsrlər) Bizans, ərəb müəlliflərinin əsərlərində, rus salnamələrində, daha sonralar Rəşidəddinin, Əl-Ömərinin, Qərbi Avropa müəlliflərinin (Vilhelm Rubruk, Plano de Karpini) və digərlərinin əsərlərində tapırıq. XVII-XVIII əsrlərə aid salnamə və diplomatik sənədlərdə də Qafqazda yaşayan xalqlar, o cümlədən türk qövmləri haqqında xeyli məlumatlar yer almaqdadır.
XVIII əsrdə Rusiyada hərbi xidmətdə olmuş alman İohann Qustav Herber 1728-ci ildə hökumət tapşırığı ilə Qafqaza gəlmiş və burada yaşayan yerli əhalinin həyatının təsvirini vermişdi. Təxminən eyni missiyanı Pavel Sergeyeviç Potyomkin XVIII əsrin ikinci yarısında yerinə yetirmişdi. Yenə də rus hərbi xidmətində olmuş milliyyətcə alman akademik İohann Anton-Güldenştedt 1770-1773-cü illərdə Rusiya Elmlər Akademiyasının tapşırığı ilə Qafqazda olmuş, noğaylar, qaraçaylar, malkarlar və eləcə də qeyri-türk xalqları haqqında yığdığı materiallar Sankt-Peterburqda 1809-cu ildə nəşr olunmuşdu. XVIII əsrdə akad. Pyotr Simeon Pallas Rusiya Elmlər Akademiyasının həqiqi üzvü kimi 1793-1794-cü illərdə Astarxan Şimali Qafqaz və Krım ərazilərinə səyahət etmiş, maraqlı məlumatlar toplayıb nəşr etdirmişdi.
XIX əsrin əvvəllərində yenə də Rusiya Elmlər Akademiyasına dəvət edilən Henrix Julius Klaprot Qafqazın etnoqrafiyası, təsərrüfat həyatı, sosial-siyasi quruluşu, xarakter və adətləri ilə bağlı məlumatlar vermişdi. Qafqaz xalqlarının tarixinin və etnoqrafiyasının öyrənilməsinə bu dövrdə maraq göstərənlər sırasında S.Bronevski və İ.Debunun da adı qeyd olunmalıdır. Qafqazda yaşayan xalqlara olan belə maraq həm də XIX əsrdə Rusiyada nəşr olunan qəzet və jurnallarda özünə geniş yer alırdı. �Kavkaz�, �Oteçestvennıye zapiski�, �Literaturnaya qazeta�, �Voennıy jurnal�, �Severnaya pçela�, �Vestnik Yevropı�, �Panteon�, �SMOMPK� və başqalarında burada illər boyu yaşamış xalqların həyatının müxtəlif tərəflərini əks etdirən məqalə və materiallar çap edirdi.
Bununla belə Qafqazda yaşayan xalqlar, o cümlədən türklər haqqında XIX əsrin 30-cu illərinə aid maraqlı məlumatları İ.Blaramberqin yuxarıda adını çəkdiyimiz əsərində görürük. İ.Blaramberq 1800-cü ildə Frankfurtda müflisləşmiş zadəgan ailəsində dünyaya göz açıb. Atası Flamandiyalı, anası alman qızıdır. Anasını 2, atasını 12 yaşında itirmiş İohann əvvəl xüsusi Offenbaxdakı və Frankfurtdakı pansionlarda 4 yaşından təhsil alıb, 1820-ci ildə isə Gessen Universitetinin hüquq fakültəsinə daxil olub. Atasının kiçik qardaşı hələ 1804-cü ildə Rusiyaya gəlib mayor rütbəsi alaraq Novorossiya Dairəsinin Gömrük Müfəttişliyində xidmət edərkən Odessada yaşayan dövrlərdə Şimali Qara dəniz sahillərinin arxeologiyası ilə məşğul olub. Əmisinin Rusiyada yaşaması İohannı da bura cəlb edib və o, hüquq üzrə magistr dərəcəsi aldıqdan sonra Rusiyaya gəlib. Əvvəl Moskvada əmisi oğlanları Fransua və Teodora de Kurtenegildə qalarkən bir sıra Avropa dillərini yaxşı bilsə də, burada rus dilini mükəmməl öyrənib və rus təəbəliyini qəbul edib İvan Fyodroviç Blaramberq kimi vətəndaşlıq alıb.
Qeyd edək ki, İ.Blaramberqin Qafqaza marağının da öz səbəbləri var. Belə ki, hələ 1828-ci ildə imperator I Nikolay Hərbi Nazir qraf A.İ.Çernışova Qafqazda yaşayan dağlı və köçəri xalqlar haqqında materiallar toplusunun hazırlanması haqqında əmr vermişdi. Hərbi nazir də öz növbəsində Baş Qərargah vasitəsilə Xüsusi Qafqaz Korpusunun baş komandanı İ.F.Paskeviç-Yerivanskiyə əmr etmiş, o isə öz növbəsində dörd zabit Zubov, Bartenov, İskritski və Novitskiyə Qafqazın müxtəlif ərazilərindən məlumatların yığılmasından sonra onları polkovnik Qalyaminə sistemləşdirməyi tapşırmışdı.
Tiflisdən hərbi nazir qraf A.İ.Çernışova 14 aprel 1832-ci ildə yazdığı məktubda İ.Blaramberq Qafqaz xalqlarının təsvirini vermək məqsədi ilə öz xidmətini təklif etmişdi. Təklif qəbul olunmuş və həmin ilin sentyabrında Sankt-Peterburqa xidmətə köçürülərkən İ.Blaramberq təklif etdiyi əsərin proqramını Baş Qərargah Departamentində general-adyutant Neydqarta təqdim etmişdi. Proqram generalın xoşuna gəlmiş və o, bildirmişdi ki, təklif olunan əsər hərbi baxımdan mühüm və səmərəli olması ilə yanaşı, həm də elmi nöqteyi-nəzərdən maraqlılığına baxmayaraq, orada təqdim olunmuş materialların əksəriyyəti ölkəyə məlum deyil. Beləliklə, 1833-cü ildə gərgin zəhmət sayəsində kapitan İ.Blaramberq Hərbi Nazirliyə əsərinin birinci hissəsini fransız dilində təqdim edir. Bu fundamental əsərin birinci hissəsi 348, ikinci hissəsi isə 574 səhifədən ibarət olur.
Hərbi nazir A.İ.Çernışov əsəri oxuduqdan sonra bu barədə imperator I Nikolaya məlumat verir. Əsərlə tanış olduqdan sonra imperator İ.Blaramberqi 3 min rublla mükafatlandırır və başlanmış işi davam etdirməyi məsləhət bilir. Əsər əlyazmasında general-feldmarşal İ.F.Paşkeviçə I Nikolayın götərişi ilə qeyd və iradlar üçün göndərilir. İ.F.Paşkeviç əsərlə tanışlıqdan məmnun olmaqla bu əsərə qədər Qafqazın belə ətraflı təsvirinin mövcud olmadığını bildirir. Blaramberq birinci hissənin hər iki cildini Paşkeviçin qeydlərini nəzərə almaqla işləyir, onu yeni məlumatlarla zənginləşdirir. 1834-cü ilin noyabrından isə ikinci hissə üzərində işə başlayır. 1835-ci ildə Baş Qərargahda general-kvartirmeyster işləyən general-leytenant Şubert İ.Blaramberqə onun əsərinin imperator tərəfindən müsbət qarşılandığını söyləyir. İkinci hissə də İ.F.Paskeviçə rəyə göndərilir. Qafqazın ikinci hissədəki təsvirinə görə ştabs-kapitan Blaramberq 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə və 1500 rublla mükafatlandırılır. Bununla belə Qafqaz xalqlarının ictimai-mədəni həyatına həsr olunmuş bu kitab, təəssüf ki, nəşr olunmur və o arxivdə �tam məxfi� qrifi altında saxlanılmağa verilir. İ.Blaramberqin əsərinin əhəmiyyəti ondan ibarətdir ki, o digər əsərlərlə yanaşı hərbi tarixçi N.F.Dubrovin tərəfindən �Qafqazda müharibə tarixi və rusların hökmranlığı� kitabının yazılmasında geniş istifadə olunur.
İ.Blaramberqin səriştəli tədqiqatçı olduğu nəzərə alınaraq, 1835-ci ildə o, məşhur Q.S.Karelin ekspedisiyasının tərkibinə daxil edilir. Ekspedisiyanın məqsədi Xəzər dənizinin şərq sahillərinin ticarət əlaqələrini genişləndirmək məqsədi ilə tədqiq edib sahilyanı xalqlarla yaxından əlaqələr qurmağa istiqamətlənmişdi. İ.Blaramberqin topladığı materiallar �Rus Coğrafiya Cəmiyyətinin qeydlərində� əksini tapır və tədqiqatçı 1845-ci ildən bu Cəmiyyətin həqiqi üzvü olur.
XIX əsrin 50-ci illərində İ.Blaramberqin fəaliyyətinin ən mühüm tərəflərindən biri �Coğrafiya� cəmiyyətinin iclaslarında yaxından iştirak etməsi və onun rəhbərliyi altında �Avropa Rusiyası xəritəsi�nin hazırlanmasıdır.
1867-ci ildə istefaya çıxdıqdan sonra İ.Blaramberq Simferopol yaxınlığında Çorqundakı malikanəsində ömrünün sonuna qədər yaşayır. Coğrafi istiqamətli məqalələri tərcümə edərək �Hərbi məcmuə� və �Rusiya əlili� jurnalında nəşrə hazırlayır, tanınmış Avropa alimləri � topoqraflarla yazışır. Onun �Həyat haqqında xatirələr� əsəri Berlində alman dilində üç cilddə çıxmaqla məhz İ.Blaramberqin bütün ömrü boyu apardığı çoxsaylı gündəlik qeydlər əsasında işıq üzü görür.
İ.Blaramberqin vaxtı ilə işıq üzü görməmiş �Qafqazın� təsviri� kitabı bu regionda yaşayan xalqların tarix və etnoqrafiyasını əks etdirmək baxımından yararlı mənbədir. Lakin eyni zamanda bu da nəzərə alınmalıdır ki, İ.Blaramberq mənşə etibarı ilə zadəgan köklərə məxsus olduğundan onun əsərinin rəsmi zadəgan-monarxiya tarixşünaslığı mövqeyindən yazıldığını da nəzərdən qaçırmaq olmaz. Əsəri oxuduqca bəzi məsələlərin şərhində müəllifin tendensioz dəyərləndirmə metodikasını da hiss etməmək mümkün deyil. Az qala iki əsrə yaxın zaman kəsiyində əlyazması şəklində qalıb, bu mənbəni XX əsrin 80-ci illərində qafqazşünas İ.M.Nəzərova rus dilinə çevirməklə onu geniş auditoriyaya çatdırıb. Tərcüməçi iş prosesində əsər müəllifinin imla manerasını və əsərin üslubunu, özünün qeyd etdiyi kimi, qoruyub saxlamağa çalışıb. İ.Blaramberqin �Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri� əsərinin ikinci hissəsində çərkəz, kabardin, osetin və svanlarla yanaşı, altı-kəsəklər, tatar (türk) qəbilələri, qaraçaylar, bassianlar; üçüncü hissədə isə Qafqaz dağlarında yaşayan gürcü qəbilələri və mıçkizlərlə (çeçen) bağlı materiallar təqdim olunub. Kitabın adında əks olunmuş məsələlər onun məzmununda da kifayət qədər öz əksini tapır. İ.Blaramberq əsərində daha çox tatar etnonimindən istifadə edir və türk qəbilələrini də məhz �tatar� adı altında göstərir. Məsələn, İ.Blaramberq adını çəkdiyimiz əsərinin 288-ci səhifəsində Şimali Qafqazın ətəklərində qismən yerləşmiş Donquzlu və Camış çayın mənbələrinə yaxın köçəri tatar qəbilələrindən danışarkən noğaylar sırasında kazbulat, qıpçaq, manqut (qaraqalpaqlarda manqıt), canıbulat, yedisan, yedişgül, novruzlu və mansurlular haqqında məlumat verir. Eyni zamanda noğayların bu ərazilərə (həm də Dnepr və Dnestrə) kimlər tərəfindən və hansı şəraitdə yerləşdirildiyi ilə yanaşı, həm də noğay qəbilələrinin tarixinə ekskurs edir. Kitabın �Noğaylar haqqında qısa tarixi oçerk� hissəsində coğrafi vəziyyət, təbiət, çaylar, Qafqaz quberniyasının Kuban, Terek və Kuma çayları arasında köçəri həyat tərzi keçirən noğay qəbilələri, yedisanlar, qaranoğaylardan söhbət açarkən əhalinin sayı, mansurlular, novruzlular, noğayların zahiri siması və dili, dini, yaşayışları, qida məhsulları, xarakterləri və s. haqqında danışılır.
Nizami Tağısoy ,
professor
Xalq Cəbhəsi .- 2013.- 5 fevral .- S.14.
Comments are closed, but trackbacks and pingbacks are open.