Press "Enter" to skip to content

Türk xalqları tarixi

Türk dastanları

Türk xalqlarının tarixi necə tədris edilməlidir?

Bakı Dövlət Universitetində Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndiran rektor onun işinə uğurlar arzulayıb, türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.

Tarix fakültəsinin dekanı Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universiteti Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Sonrakı xəbər

Şavkat Mirziyoyev: “Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir”

Türk xalqları tarixi

Türk dastanları

Türk xalqlarının mədəniyyəti dünya mədəniyyətinin əsas tərkib hissəsidir

Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə, qarşılıqlı təsir dairəsində inkişaf edib, yüksək mənəvi dəyərlər qazanıb. Şərti də olsa, dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə yetişə bilib. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. XX əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, �hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.�

Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə biliblər. Türklərin təxminən dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları tarixi fakt kimi təsdiqlənib. Lakin türklərin tarixinin daha əvvəllərə aid olduğu şəksizdir. Türklərin 3500 il siyasi təşkilatlanma (ilk türk hökmdarı e.ə. 1500-cü ildə Turgitay), 2700 il ədəbiyyat, 2500-3000 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə tam əminlik yaradır.

Türk yazı tarixi 2500-3000 il bundan əvvələ qədər gedib çatsa da, türklərin ilk yazılı mətnləri VIII əsrə aid olan Orxon-Yenisey abidələri hesab olunur. Ancaq 2500-3000 il yazı tarixi olan millətin ilk yazılı abidəsinin ona məxsus yazı tarixindən təxminən 2000 il sonra yaranması inandırıcı görünmür. Çünki Çin mənbələrində miladdan öncəyə aid türk mətnlərinin (məsələn, türkcədən tərcümə edilmiş bir şeir parçasının) və Çin sarayına Hunlar tərəfindən göndərilən məktubların (məsələn, Metenin Çin dövlətinə göndərdiyi məktublar) olması, Saxa imperatorluğu zamanında rəsmi məktublaşmaların aparılması, eləcə də digər tarixi sənədlərdə Hunlar və Göytürklər dövründə türk yazılarının mövcudluğu, Xəzər və Avar xaqanlığında türk yazılarından istifadə edilməsi, Atillanın katiblərinin sənədləri türkcə hazırlaması və s. haqqında verilən məlumatlar türk yazı tarixinin daha qədim dövrə aid olduğunu təsdiqləyir.

Bu səbəbdən qeyd etməliyik ki, Orxon-Yenisey yazılarından çox əvvəllər də türk yazı mətnləri olub, ancaq onlar günümüzə gəlib çatmayıb. Tarixdə �türk� kəlməsi ilk dəfə Göytürklər tərəfindən işlədilib, mənsubiyyət ifadə edən ad kimi qəbul olunub. Lakin �türk� sözünün digər məna çalarlarına da malik olması (güc-qüvvət, törəmək-artmaq, yüyürmək, gözəl və s.) türk xalqının özünəməxsus fərdi keyfiyyət və xüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək baxımından xarakterikdir. Hazırki dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı konkret milli türk zəminində ( məs., qazax, qırğız, türkmən və s.) yox, ümumtürk anlayışları səviyyəsindən və bu səviyyənin ədəbi-bədii və estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, türk xalqları öz zəngin mənəvi aləmindən uzun müddət nəinki uzaq düşüb, həm də tarix boyu qazandıqları müəyyən siyasi tələb və təzyiqlər şəraitində onlar üçün �əhəmiyyətsizləşdirilib�.

Bu prosesdə hər şey tarixin unutdurulmasına, yaddaşlardan silinməsinə xidmət göstərib. Konkret olaraq Sovet hakimiyyəti illərində türk xalqları ədəbiyyatının tədrisi və öyrənilməsinə gəldikdə deməliyik ki, bu dövrdə türk xalqları�nın tədrisi tarixi-milli və ümumtürk kontekstindən yox, sovet ideoloji prinsipləri baxımından başqa ad altında (SSRİ xalqlan ədəbiyyatı və mədəniyyəti şəklində) həyata keçirilib. Nəticədə bu ədəbiyyatın özünəməxsus inkişaf yolunun işıqlandırılması, onun yaranma və formalaşması, minilliklər şanlı tarixə malik türklərin mədəni, iqtisadi, siyasi coğrafiyasının bugünkü vaxta qədər keçdiyi yol, qazandığı uğur kölgədə qalıb. Odur ki, uzun illər xalqlar belə bir mənəvi boşluğun doldurulmasına daxilən ehtiyac duyub və onun reallaşmasını hər an düşünüblər.

Dünyanın yeniləşdiyi, sovet rejiminin dağıldığı, ayn-ayrı suveren və müstəqil dövlətlərin yarandığı mərhələdən sonra digər xalqlar kimi türklər də özünün mədəni və siyasi tarixini yenidən öyrənmək (həm də yazmaq), obyektiv işıqlandırmaq, təbliğ etmək imkanı və hüququ qazana bildi.

Azərbaycanda milli müstəqillik əldə olunduqdan sonra ali məktəblərin filologiya fakültələrində ilk dəfə tədris olunan �Türk xalqları ədəbiyyatı� fənni də bilavasitə bu zərurətdən doğub və bu ehtiyaca xidmət kimi nəzərdə tutulub. Bu fənnin tədrisi prosesində nəinki keçmiş sovet məkanında yaşayan ayrı-ayrı türk xalqlarının, eləcə də zəngin ədəbiyyatı olan Türkiyə türklərinin ədəbiyyatının öyrənilməsi də qarşıya məqsəd qoyulub. Təbii ki, türk xalqlarının zəngin ədəbi-bədii nümunələri həm ümumtürk konsepsiyası, həm də milli türk ədəbiyyatının özünəməxsusluğu, fərdi yaradıcılıq xüsusiyyətləri baxımın�dan tədris olunmalıdır. Eyni zamanda bu fənnin tədrisi zamanı türk xalqlarının mədəniyyətinə digər dünya xalqlarının mədəniyyətindən təcriddə, ayrılıqda yox, vəhdət, qarşılıqlı əlaqə və bağlılıq şəraitində münasibət bildirilməlidir. Çünki inkaredilməz faktdır ki, türklərin qədim folklor irsi Misir və ümumən Yaxın və Orta Şərq ədəbi abidələri ilə qarşılıqlı əlaqə prosesində olub. Yazılı ədəbiyyatda da bu cür əlaqə, ənənə yaxınlığı özünü göstərmiş və hazırda da göstərməkdədir.

Tarixi olmayan xalq yoxdur. Lakin xalqların bir-birindən fərqi onların tarixlərinin qədim, mədəniyyətlərinin zəngin olması ilə müəyyənləşir. Türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi modelinin və ədəbi-bədii fıkrinin for-malaşmasında oynadığı rolu nəzərə alsaq, bu xalqın fərqli tarix və fərqli mədəniyyətə sahib olduqları təsdiqini tapar. Şübhə yoxdur ki, dastanlar hər bir xalq üçün tarix və mədəniyyət göstəricisidir. Dastandakı ha�disələr tam anlamda əsl tarix olmasalar da, dünyanın yaranması, tarixin başlanması, insanlığın, cəmiyyətin formalaşması və ayrı-ayrı xalqların özünəməxsus həyata baxışları haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyət daşıyır. Belə demək mümkünsə, dastanlar millətin tarixi, ya�şayış yerləri, adət-ənənəsi, psixologiyası, inancları, həyata baxışları və s. barədə məlumat verən ilkin qaynaqlardan biridir. Çünki dastanlar kök və ruh etibarilə həm tarixə bağlanır, həm də tarixi əks etdirir. Lakin hər bir millətin özünəməxsus tarixi olsa da, yer üzündə yaşayan elə millət�lər var ki, onlara məxsus dastan nümunələri yox dərəcəsindədir. Dastan yaranmasının iki vacib şərti vardır:

1. İlkin mərhələdə millət əfsanə və mif yaradıcılığına malik olmalı və bunlar zənginliyi ilə seçilməlidir. Bunun üçün onun ibtidai dövrlərdən mövcudluğu vacib şərt hesab olunur.

2. Millətin savaş, mübarizə, qəhrəmanlıq tarixi kifayət qədər zəngin olmalı və tarixdə əhəmiyyətli yer tutmalıdır.

Türk dastanları mifoloji-epik baxışların nəticəsi kimi zaman etibarilə yaranma və formalaşma baxımından iki dövrə bölünür:

I. �������� İslamiyyətdən öncə türk dastanları

II. ������� İslamiyyətdən sonra türk dastanları

Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar Saka, Hun, Göytürk, Uyğur tarixlərinin dastanları hesab olunur. Əski türk dastan nümunələri müxtəlif mənbələrdən əldə edilib. Bunların bir qismi Avropa, Çin, İran, ərəb mənbələrində, digər bir qismi türkün özünün şifahi yaddaş və yazılı ədəbi nümunələrində mühafizə olunub. �Dünyanın yaranması haqqında� dastan türk mifoloji-fəlsəfi təsvirlərinin əksi baxımından xarakterikdir. Heç şübhəsiz, bu təsəvvürlərin mərkəzində dünyanın yaranması və idarə olunması ilə bağlı türk inancları dayanır.

�Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana �yarat� deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir Kişi yaratdı.� Bu parçada dünyanın və insanın yaranması haqqında türk mifoloji görüşləri diqqəti cəlb edir. Dastanın məzmunundan aydın olur ki, insan (Erlik-şeytan) Tanrıyla bərabər uçarkən ondan yuxarı qalxdığına görə cəzalandırılmış və Tanrı dünya yaratmaq məqsədilə ona suyun dibinə enib oradan torpaq gətirmək əmri ver. Lakin Erlik burada da xislətini gizlətməyib, öz dünyasını yaratmaq üçün gətirdiyi torpaqdan bir qədər boğazında saxlayıb. Tanrı torpağa �böyü� əmrini verəndə dünya yaranıb, eyni zamanda Erlikin boğazındakı torpaq da böyüyərək ağzına sığmadığı üçün qeyri-bərabər şəkildə yerə tökülüb. Nəticədə Tanrının yaratdığı dümdüz dünyanın harmoniyası pozulmuş, dağlar və təpələr yaranıb. Bu dastanda Tanrı Qara xanın dünyaya sahib olması, onun dünya nizamını yaratması, yeni insan nəsillərinin əmələ gəlməsi, dünyaya səpələnməsi və s. cəhətlər əski türk mifoloji düşüncə və inanclarına uyğun təsvir olunub. Dastanda Tanrı Qara xan timsalında əski türklərin tək Tanrı təsəvvürləri dayanır. Proseslər isə Nur, Qaranlıqlar və Yer üzü adlanan üç aləmdə cərəyan edir. Nur aləmi göydə yerləşir. Burada yaxşı ruhlar məskunlaşıb. Bu aləmin hakimi Tanrı Qara xandır. Yer üzü orta təbəqədir. Burada Tanrının göndərdiyi mələklər yaşayırlar. Qaranlıqlar aləmi isə yerin altındadır. Həmin məkanda pis ruhlar, cinlər yaşayır. Bu məkana isə Erlik (şeytan) hakimdir. Dastanda Tanrı Qara xanın göyün ən yüksək təbəqəsi olan On yeddinci qatda oturub dünyanı idarə etməsi ilə bağlı verilən fıkirlər dünyaya sahib tək Tanrı ilahi inanc funksiyasına uyğundur.

�Boz qurd�, �Oğuz kağan�, �Şu�, �Ərgənəkon�, �Köç� və s. dastanlarının mətnləri bütöv halda əlimizdə olmasa da bu dastanlar türk epos zənginliyinin, estetik düşüncə mükəmməlliyinin təsdiqi baxımından əhəmiyyətlidir. Həmin dastanlar eyni zamanda türkün etnogenezisi, siyasi idarəçilik və dini baxışları, dünyada milli özünütəsdiq arzu və iddiaları və s. haqqında təsəvvür yaratmaqda böyük rol oynayır.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

Xalq Cəbhəsi.- 2018.- 21 fevral.- S.14.

Türk Xalqları Tarixi- Türkmənçay Müqaviləsi

Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.

Thank you for subscribing.

Something went wrong.

We respect your privacy and take protecting it seriously

Azərbaycan torpaqlarını yad dövlətlər arasında bölünməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanmasından 190 il keçib.
Araz gəldi yan axdı Dibindən min can axdı Vətən sarı baxanda Ürəyimdən qan axdı.
1826-cı ilin oktyabrında rus qoşunlarının Şamxor yaxınlığındakı İran ordusunu məğlub etməsi ilə iki ölkə arasında müharibənin taleyi,demək olar ki, həll edilmişdi.Ona görədə 1827 ci ilin əvvəllərindən İran-Rusiya sülh danışıqları başlanmışdı.
Artıq 1827 ci il mayın 24-də Cəlaloğlu yanındakı düşərgədə Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi.1827 ci ilin 20-25 iyul tarixindəki Qaraziədin danışıqlarında Qriboyedov İran məmurlarının təxəyyülünə təsir göstərmək fikri ilə bildirdiki,biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik.
İran tərəf Rusların ağır şərtləri ilə razılaşmır,hər vasitə ilə danışıqları uzadırdı.Nəticədə Paskeviç sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədilə müharibənin davam etdirilməsi qərarına gəlir və Ruslar Arazı keçirlər. İrəvan və Təbrizin süqutundan sonra sülh danışıqları yenidən davam etdirilməsi qərara alınır. Abbas Mirzə belə bir təkliflə Paskeviçə müraciət edir. İngilis diplomatları da danışıqların başlanmasına çalışır. Danışıqlar barədə razılıq olsa da, ingilislərin vasitəçiliyi ləğv olunur.
1827-ci il noyabr-1828-ci il yanvar Dehkarqan danışıqlarında Rusiya tərəfdə rəsmi səlahiyyətli İ.F.Paskeviç və A.M.Obrezkov, redaktor A.S.Qriboyedov , redaktor köməkçiləri A.K.Amburger, N.D.Kiselyov , tərcüməçilər Q.M.Vlanqali (fransız dili) və A.A.Bakıxanov (fars dili), İran tərəfdən Abbas Mirzə, qaimməqam Mirzə Əbül Qasım, vəliəhdin stats katibi Mirzə Məhəmməd Əli, Təbrizin hərbi qubernatoru Fətəli xan və tərcüməçisi Mirzə Məsud iştirak edirdi. Dehkarqan danışıqlarında əsas yeri səlahiyətli nümayəndələri görüşü tuturdu, bununla birgə ümumi konfranslar, söhbətlər və bu kimi üsullardan istifadə olunurdu. 1827-ci il 6 noyabr başlanan danışıqlar təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar görə yanvarın 7-də sonladırıldı.Dehkarqan danışıqlarında noyabrın 10-dakı iclasda Abbas Mirzə İrəvan və Naxçıvan xanlıqlarını güzəştə getdi.Noyabrın 11-də isə talış xanlığınıda güzəştə gedildi və Qacarların Rusiyaya ödəyəcəyi təzminat dəqiqləşdirildi. Dehkarqanda danışıqlar kəsildikdən sonra Ruslar hərbi əməliyyatlara başladılar. 1828-ci il yanvarın 15-də Urmiya, sonlarında isə Ərdəbil və Miyanə tutuldu. Sülh danışıqları bərpa edildi.Fevralın 9-da sonuncu konfrans keçirildi. Fevralın 9-dan 10-na keçən gecə saat 24:00-da Abbas Mirzənin münəccimi tərəfindən müəyyən edilmiş vaxtda sülh müqaviləsi imzalandı.Saat 12-də imzalanmasında belə düşünülür ki, sənədi İran tərəfindən imzalayan Abbas Mirzənin münəccimləri müəyyən edib ki,ulduzlar məhz o saatda şahzadə üçün uğur vəd edir.(Məğlubiyyət müqaviləsinə imza atsada uğur qazanmağı hələ də düşündüyü nəticəsinə varmaq olar.)Sənədə əvvəlcə Rus generalı İvan Paskeviç,sonra isə Abbas Mirzə qol çəkib. Rus torpaqlarından 101 yaylım atəş açılıb. Sənəd imzalanandan dərhal sonra Aleksandr Qriboyedov müqavilənin məzmunun Peterburqa aparıb və martın 14-də müqavilə təntənli şəkildə imperator I Nikolaya təqdim edib. Həmin axşam Peterburqdakı qaladan atılan top atəşləri ilə İranla sülh bağlandığı xəbəri verilib. Müqavilədən sonra qaliblər mükafatlandırıldı.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi.Türkmənçay müqaviləsinin preambulasında sülhün zərurətindən və onu imzalayanların (İ.Paskeviç, A.Obrezkov və Abbas Mirzə) səlahiyyətindən bəhs olunurdu.
1.Əbədi zamanadək sülh elan olunurdu 2.Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsilə əvəz olunduğu bildirilirdi. 3.İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında Erməni vilayəti yaradıldı. Çavçavadze həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmış, gürcü isə ona rəis təyin edilmişdir. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilmişdir.Erməni vilayəti adlandırılan qurum 1833 cu ildə gerbi yaranmış, 1840-cı ildə ləğv edilmişdir. 1849- cu ildə keçmiş İrəvan və Naxçıvan əraziləri əsasında İrəvan quberniyası təşkil olunmuşdu. 4.Sərhədlər göstərilirdi. 5.İran müəyyən etdiyi sərhəd xətti ilə Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların Rusiyaya məxsus olduğunu tanıyırdı. 6.Təzminatın miqdarını (iyirmi milyon gümüş manat) müəyyən edir.Bu maddə tərəflər arasındakı münasibətlərdə gərginlik yaradan məsələlərdən olmuşdu. 7.Abbas Mirzənin vəliəhd kimi tanınması rəsmən etiraf olunurdu. Abbas Mirzənin 1833-cü ildə vəfat etməsilə bu maddə qüvvədən endi.8. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olurdu. Bu maddə rəsmən 1921-ci il RSFSR-İran müqaviləsinin 11 maddəsilə ləğv edilmiş, İranın Xəzər dənizində öz bayrağı altında üzmək hüququ təsbit olunmuşdu. 9.İranda Rusiyanın daimi diplomatik missiyasının təsis edilməsini nəzərdə tuturdu. 10.Ticarət konsulluqları açılması və b. məsələlərdən bəhs edirdi. Türkmənçay müqaviləsindən sonra Rus-İran ticarət münasibətində ciddi dəyişikliklər baş vermişdi. Bu maddəyə uyğun olaraq Təbriz, Rəşt və Astrabadda Rusiyanın üç baş konsulluğu açılmış, sonralar sayı artırılmışdı. 11.Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış işlərin bərpası tənzimlənirdi. 12.Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olan təbəələrə onların satılması üçün üç il vaxt verilmişdi. 13. Hərbi əsirlərdən 14.Azərbaycanın bütün əhalisi və məmurlarına bağışlanmağa əta olunduğundan, ailələri ilə birgə İrandan Rusiyaya keçmələrindən və s. bəhs olunurdu.15.Şimal Azərbaycanda yerləşən əhalinin istədikləri təqdirdə Rusiyaya köçə biləcəkləri və bunlara əlverişli şərait yaradılacağı ifadə edilmişdir.Bu maddədə adları çəkilməsədə Erməni ailələrin Şimal Azərbaycan ərazisinə yerləşdirilməsinə imkan verilmişdir.16.Bu müqavilənin Rusiya imperatoru və İran şahı tərəfindən imzalanması və tezlikcə hər yerdə bilinməsi qərara alınmışdır. Müqavilənin 12,14 və 15-ci maddələri Qriboyedov tərəfindən hazırlanmışdır.Müqavilədən əvvəl İrəvan və Naxçıvanda az sayda erməni yaşayırkən,müqavilədən sonra bölgənin etnik tərkibi ermənilərin xeyrinə dəyişir.
Türkmənçay müqaviləsi rəsmən RSFSR və İran arasında 1921-ci ildə bağlanmış müqavilə ilə qüvvədən salınmışdı. Yeni müqavilə imzalanarkən yenidən tarixi ədalətsizliyə yol verilmişdir. Gülüstan və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın bölüşdürülməsini təsdiq etdi.
Bu müqaviləni təsirli edən tərəflərdən birisi, üzərində müqavilə imzalanan Azərbaycan Türklərinin müqavilədə heç bir söz haqqı olmamasıdır. Iran və Rusiya bir millətin taleyi ilə oynamış, Azərbaycan türkləri və vətənlərini ikiyə bölünmüşdürlər.Bu gün hələ bu problem bütün qarmaqarışıqlığı ilə davam etməkdədir. 8 milyon Şimal Azərbaycan Türkü ,1991-də Sovet ittifaqı dağıldıqdan sonra öz müstəqilliklərini elan etmiş,amma 30 milyon Türk isə Türkmənçay müqaviləsinə görə İran ərazisində yaşamaya məcbur olur,Fars hakimliyi altında bir çox haqlarından məhrum olaraq yaşamaya çalışırlar.
Qəribəm bu vətəndə, Gözüm yoldan ötəndə, Qəriblik yaman olur, Baş yastığa yetəndə.
Sözsuzki müqaviləyə görə ən böyük problem Rusların xristian müttəfiqi olan Erməniləri Azərbaycan ərazisinə köçürtmələri olmuşdur.Ermənilərdə Rusların onlara olan güvənini boşa çıxarmayıb əllərindən gələni etmişlər və etməyə davam edirlər.1905-1907,1918,1948-1952 ,1988,1990 ,1992 ci illərdə və.s bir çox dəfə Ermənilər Türklərə qarşı təcavüzkar siyasət yürütmüşlər.Bugün də Ermenistan tarixdə Türk olan torpaqları öz vətəni kimi qəbul etməsi bir yana yurdumuzun 20 faiz torpaqlarınıda isğal etmiş ,bunun nəticəsində minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Türkmənçay müqaviləsi ilə təməlləri atılan Ermənistan bugün də qonşuluğumuzda problem olmağa davam etməkdədir.

Türkologiya Araşdırma Mərkəzi
Yazar: Ülfər Məmmədli

Comments are closed, but trackbacks and pingbacks are open.