Türk xalqlarının tarixinin tədrisinin əhəmiyyəti
Bakı Dövlət Universitetində (BDU) Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib.
BDU-da türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda konfrans keçirilib (FOTO)
Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib.
Trend-i buradan izləyin
Bakı Dövlət Universitetində (BDU) Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib.
BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndiran rektor onun işinə uğurlar arzulayıb, türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.
Tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universiteti Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.
BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.
Türk xalqlarının tarixinin tədrisinin əhəmiyyəti
Son illərdə ali məktəblərdə Azərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərinin tədris saatlarının azaldılması həmin fənləri gənclərimizə öyrədən ziyalılar arasında ciddi narahatlıq doğurmaqdadır.
Azərbaycan və Türk xalqlarının tarixinə belə yanaşmanın Ermənistanın Vətənimizin ayrı-ayrı ərazilərini işğal etməyə, dövlət müstəqilliyimizə son qoymağa cəhd etdiyi, əgər bunlar mümkün olmasa, Azərbaycanı əhəmiyyətli şəkildə zəiflətməyə çalışdığı bir vaxtda baş verməsi cəmiyyətdə narahatlıq doğurmaya bilməz.
Belə xain niyyətin həyata keçirilməsinin məkrli yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən uzaq manqurt, hər qəlibə uyan bir toplum kimi böyüməsinə nail olmaqdır.
Təəssüf ki, son illərdə bu ideoloji istiqamətdə “görünməz düşmənin” getdikcə artan hucumlarının şahidi olmaqdayıq. Həmin hucum çox istiqamətliliyi ilə diqqəti cəlb edir. Bəzi şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin “gözlərində tük axtarması, onların yaratdıqları dövlətin xarakter və mahiyyətini şübhə altına alan fikirlər yayması da belə istiqamətlərdəndir. Son illər milli ideologiya sahəsində “qloballaşma” donuna bürünənlərın şiddətli hucumu Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə diqqəti daha da artmışdır. Bu ilin təxminən may-iyun aylarında ali məktəblərin bir qrup “mütəxəssisindən” ibarət ekspert komissiyasının hazırladıqları layihədə adları çəkilən fənlərin siyasi və stratei əhəmiyyəti nəzərə alınmamış və bu fənlərin tədrisinə ayrılmış saatların yenidən kəskin şəkildə azaldılmasına cəhd edilmişdir. Onların hazırladıqları layihə minlərlə ziyalını deyil, hətta Təhsil Nazirliyini və bir çox ali məktəb rəhbərlərini də rahatsız etmişdir. Maraqlıdır, görəsən, xalqımıza milli şüur, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən xəbər verən bu fənlərin tədrisi ekspert komissiyasının üzvlərini niyə narahat etmişdir. Bu layihəni hazırlayan ekspertlər nə üçün susur, ictimaiyyəti narahat edən bu məsələlər barədə izahat vermirlər. 50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin əhəmiyyətini fikirləşmədən “layihə” hazırlayan bu ekspertlər görəsən kimlərə və hara xidmət edirlər- deyə, hesab edirik ki, Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və bu çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər. Ekspert komissiyasının hazırladığı lahyihədən rahatsız olan ziyalılar, onlardan alınacaq izahatın mətbuatda işıqlandırılacağını gözləyirlər.
“Azərbaycan tarixi sevərlər” cəmiyyəti
Ön Türklər
Orxon yazılarında işlədilən dil, türk dili və türk xalqları tarixinin qədimliyindən xəbər verir. Hunlardan əvvəlki Türk topluluqları haqqında,
Karasuk mədəniyyəti
Afayesnova mədəniyyəti
Andrenova mədəniyyəti
Anav mədəniyyəti
olaraq adlandırılan dörd ana bölgədən bəhs edilməkdədir. Ön-Türklər haqqında Şölgəndaş, Kurgan, Pazırık qalıntıları bulunmaqdadır.
Ön-Türklər Orta Asyadakı iqlim dəyişikləri üzündən oturaq həyatdan, köçəri – yörük həyata keçmək məcburiyyətində qalmışdırlar. Özlərinə yazlıq və qışlıq bölgələr təyin etmişlərdir. Ön-Türklər ilə əlaqəli yapılan araştırmalarda oturaq mədəniyyətə aid əşyalara rastlanılmaqdadır. Ön-Türklərdə geyik ön plana çıxmaqdadır. Türk qövümləri atla köçəri həyata keçdikdən sonra tanışmışdır. Ön-Türklərə aid mağara şəkillərində “geyik buynuzu taxmış at fiqurlarına” rastanılmaqdadır. Bu durum, Türklərin ata keçid dönəmi yaşadıqlarını göstərməktədir.
Orta Asya’da görülən iqlim dəyişiklikləri, Türk boylarının ilk köç hərəkətlərinə səbəb olmuşdur. Hind yarımadasına, Ortadoğu’ya, Qaradəniz’in quzeyinə, Çin’ə, Sibirya’nın quzeyinə doğru köçlər yaşanmış və Türk boyları oradakı xalqların içinə qarışmışlardır. Köçü tərcih etməyən Türk boyları isə Orta Asya’nın dəyişən qoşullarına uyum sağlamağa çalışmışlardır.
M.Ö. 400 yıllarında Sak ya da İskit olaraq adlandırılan Batı Türküstan və Qara dəniz çevrəsində qurulan və Orta Asya’nın içlərinə doğru uzanan dövlətə aid buluntularda Türk mədəniyyətini yansıdan əşyalara rastlanılmaqdadır. Bu durum, Sakaları oluşduran xalqın bir qisminin və ya Saka dövlətinin Türk olduğu yönündə düşüncələrə səbəb olmaqdadır. Tarix bilimcilərinin bir qismi və Türkoloq’lar Sakaların Türk olduğunu iləri sürməkdədir. Hun dövlətinin isə Sakaların çöküntüye keçməsiylə doğu qanadını idarə edənlərin və doğu qanadı xalqlarının qurduğu bir dövlət olduğu görüşünü mənimsəməkdədirlər.
Türk tarixi kökləri təqribən 5000 il əvvəlinə Orta Asiya ya dayanır. Bu günə qədər çox fərqli coğrafiyalarda yaşayan və bir çox dövlət quran Türklərin tarixdə bilinən ilk dövləti Böyük Hun İmperiyasıdır. Türklər Orta Asiya da, Sibirdə, Yaxın Şərqdə tarixin axışın dərindən təsir etmiş bir qövmdür. Türklər və tarixi haqqında məlumatlar, Bizans, Çin, İran, Ərəb və Hind qaynaqlarında öyrənilməktədir. Türklərin öz qaynaqlarının böyük bir qismi Monqol işğalı əsnasında yox olmuşdur. Bir qismi də hələdə orataya çıxarılmamışdır. Türk tarixinin özəy referansı; Ötükəndə doğan Orxon Yenisey yazılarıdır. Bunların yanında Türklər ilə bağlı birçox arxeoloji sahə tapılmaqdadır. Orta Asiya mədəniyyətindən qalan izlərin böyük bir qismi, Monqol işğalı ilə təxrib olunmuşdur. Türk tarixinə yaxından təsir edən 3 hədis vardır:
Orta Asiyanın iqliminin dəyişməsi və böyük dənizlərin quruması,
Orta Asiya xalqlarının böyük qisminin İslamı qəbul etməsi,
Monqol işğalı.
Comments are closed, but trackbacks and pingbacks are open.