Tşkilat haqqında
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.
Tşkilat haqqında
Qız qalası Bakının ən möhtəşəm memarlıq abidələrindən biridir. Bu qala öz orijinal quruluşu ilə Şərqdə yeganə belə bir abidədir. Hündürlüyü 28 metr, daxili səkkiz mərtəbədən ibarət olan bu qala Xəzər dənizinin sahilində dənizə doğru uzanan nəhəng bir qayanın üzərində tikilmişdir. Qız qalasının inşası iki mərhələdə aparılmışdır. Onun aşağı hissəsi antik dövrdə, üst hissəsi isə XII əsrdə tikilmişdir. Qalanın daş kitabəsində Masud Davud oğlunun adının həkk olunması onu bu abidənin memarı hesab etməyə əsas verir. Qalanının müdafiə qurğusu, atəşpərəstlik məbədi, rəsədxana kimi məqsədlərlə tikilməsi ilə bağlı müxtəlif fərziyyələr var. XVIII-XIX əsrlərdə isə qaladan gözətçi məntəqəsi və mayak kimi istifadə olunmuşdur.
Qız qalası
Xalq arasında abidənin niyə Qız qalası adlandırılması ilə bağlı müxtəlif əfsanələr yayılmışdır. Əfsanələrdən birini görə qardaşı, bəzi mənbələrdə is hökmdar atası tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyir və özünü qaladan ataraq intihar edir. Həmin vaxtdan xalq qalanı Qız qalası adlandırmağa başlayır. Başqa bir əfsanəyə görə isə Bakı şəhəri Xünsar adlı bir hökmdar tərəfindən işğal olunur. Xünsar şəhərdə möhtəşəm bir saray inşa etdirir və arvadı Zummuriada ilə burada xoşbəxt ömür sürməyə başlayır. Lakin bir müddət sonra Zummuriada daha çox güc qazanaraq özünü ilahə elan edir və onun əmri ilə əzəmətli bir qala inşa olunur. Bundan sonra ilahə özünü uzun müddət ətraf-aləmdən təcrid edir və illər sonra abidə sanki bakirəlik simvolu kimi məşhurlaşır. Lakin adın etimologiyasına müraciət etdikdə onun “yenilməz”, “fəth edilməmiş” mənasını ifadə etməsi fərziyyəsi daha inandırıcı səslənir. Qalada 1963-cü ildə aparılmış axeoloji qazıntılar zamanı su quyusu tapılmışdır. Quyudan gil qablar, saxsı, şüşə qab parçaları, balıq fiquru və s. aşkar edilmişdir. 1964-cü ildən Qız qalası muzey kimi fəaliyyət göstərməyə başlamışdır. Məşhur Azərbaycan drammaturqu Cəfər Cabbarlı Qız qalası əfsanəsi əsasında eyni adlı poema, bəstəkar Əfrasiyab Bədəlbəyli isə balet yazmışlar.
Все комментарии:
Шакир
Крутой текст мне очень понравился
Azərbaycan
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmi., onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir.
Tşkilat haqqında
Ulu öndər Heydər Əliyev təhsil haqqında
* Təhsil millətin gələcəyidir .
* Mən dünyada müəllimdən yüksək ad tanımıram .
* Bizim hər birimiz elmi dərəcəmizdən , biliyimizdən , təhsil səviyyəmizdən asılı olmayaraq , bütün nailiyyətlərimizə görə məktəbə , müəllimə borcluyuq .
* Mən Azərbaycanın sadə vətəndaşıyam . Bu addan yüksək ad yoxdur . Ancaq bundan da yüksək ad müəllimlikdir .
* Həyatını müəllimliyə həsr edən insanlar , həqiqətən , fədakar , xalqına , millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır .
* Azərbaycan müəllimləri ən yüksək mənəviyyata , vətəndaşlıq hisslərinə malik olan insanlardır .
* Müəllimlik sənəti şərəfli bir sənətdir .
* Bizdə təhsil çox inkişaf edibdir . Azərbaycanda , demək olar ki , təhsil almayan adam yoxdur .
* Məktəbin , müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə , xalqımıza , ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır .
* Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır .
* Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə , bütün varlığımıza görə müəllimə borcluyuq .
* Təhsil hər bir dövlətin , ölkənin , cəmiyyətin həyatının , fəaliyyətinin mühüm bir sahəsidir . Cəmiyyət təhsilsiz inkişaf edə bilməz .
* Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq . İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili , məktəbi bundan sonra daha da təkmilləşəcəkdir .
* Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki , Azərbaycanda yüksək savada , biliyə , ixtisasa , yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir . Əgər bunlar olmasaydı , Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi . Bunlar olmasaydı , Azərbaycan elmi inkişaf edə bilməzdi . Bunlar olmasaydı , biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik . Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq .
* Təhsilimizin məqsədi gənc nəslə , uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır . Hər bir insan gərək , eyni zamanda vətəndaş olsun . Mütləq vətəndaş olsun . Dövlətinə sadiq , millətinə sadiq , ənənələrinə sadiq , xalqına sadiq vətəndaş olsun .
*. Məktəb , maarif , təhsil işi ilə həmişə sıx bağlı olmuşam . Hesab edirəm ki , cəmiyyət haradan olursa-olsun , nədən olursa-olsun kəsib təhsilə xərcləməli , gənc nəslin təhsilinə , müəllimə kömək etməlidir . Bu, mənim prinsipial mövqeyimdir .
* Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki , biz artıq təhsil sistemimizi xalqımızın , millətimizin tarixinə , mənəviyyatına , ənənələrinə uyğun qururuq . Doğrudur , bu proses çox mürəkkəb prosesdir . Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir . Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara , müəllimlərə , təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki , onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar . Burada dərsliklərin dəyişilməsi , yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir . Bilirəm , bu , asan məsələ deyil . Bu, bir çox amillərlə bağlıdır , ondan asılıdır . Ancaq indi dərs alan uşaqlar , gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar .
* Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır . Gənclərimiz öz tarixini , öz tarixi keçmişini gərək yaxşı bilsinlər . Çünki mənəviyyatımız , gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır .
Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.4. �
Comments are closed, but trackbacks and pingbacks are open.