Kimlər tədris işləri üzrə direktor müavini ola bilərlər? – Vəzifənin səlahiyyət və iş planı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Tədris işləri üzrə direktor müavininin iş planı
Vakansiyalar 1 il əvvəl 1,052 0
Tədris işləri üzrə direktor müavini vakansiyası Mingəçevir Turizm Kolleci 2006-ci ildən ölkədə turizm sahəsində mütəxəssis hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsidir. 2018-ci ildən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmişdir. Kollecin məqsədi ölkədə xidmət sektorunda mövcud iaşə müəssisələrində və turizm-sənayesinin mövcud digər müəssisələrində çalışacaq orta səviyyəli menecerlərin yetişdirilməsidir. Ümumi tələblər: • Müəssisənin profilinə uyğun və pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil; • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi; • MS Office (Excel, Word, Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti. • İnformasiyanın təhlili və analiz etmək bacarığı; • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; • Daim təşəbbüskar, davamlı və qərəzsiz fəaliyyət Vəzifə öhdəlikləri: • Tədris işləri üzrə direktor müavini, müəllimlərin tədris proqramlarının və planlarının həyata keçirilməsinə, tədris – metadoki planların tədris ilə bağlı vacib sənədlərin hazırlanmasına nəzarət edir; • Tədris prosesinin iştirakçılarının işinin rəğbətləndirilməsini, sağlam tədris mühitinin yaradılmasını, ümumilikdə tədris prosesinə rəhbərlik edir; • Pedaqoji işçilərin, işini analiz etmək, manitorinqini aparmaq, qiymətləndirmək və nəzarət etmək; • Müəllimlərin pedaqoji fəaliyyətinə, etik – davranış qaydalarına əməl etməsinə; • Şagirdlərin məktəbdaxili intizam qaydalarına əməl etməsinə; • Pedaqoji heyyətin peşəkarlığının inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə; Namizədə dair üstünlüklər: • Magistr təhsili və ya elmi nailiyyəti olan; • Xarici dil biliklərinə malik olan. İş şəraiti: • İş yeri –Mingəçevir Turizm Kolleci (20 Yanvar küçəsi 12) • İş qrafiki, iş vaxtı: 5 iş günü saat 09:00-dan 18:00-dək ; • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir; Namizədlər öz CV- formasını “ tədris işləri üzrə direktor müavini ” başlığı altında [email protected] elektron ünvanına göndərməlidir. Əlaqə vasitələri: +994 (24) 274-34-34 Mingachevirtourismcollege
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Kimlər tədris işləri üzrə direktor müavini ola bilərlər? – Vəzifənin səlahiyyət və iş planı
Təlim–tərbiyə və ya tədris işləri üzrə müavin direktorun təqdimatı ilə ali pedaqoji təhsilli və 3 ildən çox pedaqoji təcrübəsi olan ən yaxşı müəllimlər arasından seçilir.
Tədris işləri üzrə müavinin əsas səlahiyyətləri nədən ibarətdir?
O, əsasən, tədris işlərinə baxır, təlim-tərbiyənin təşkilinə nəzarət edir. Zərurət olduqda birinci müavin kimi direktoru da əvəz edə bilər.
Bundan əlavə, tədris planı və proqramlarının düzgün yerinə yetirilməsini də nəzarətdə saxlayır;
Müəllimlərin mövzu planları və dərs jurnallarını tutuşdurur, proqramın icrasında çatışmazlıqlar olduqda aradan qaldırılması üçün tədbirlər görür;
Dərs cədvəlini tərtib edir;
Fənlər üzrə dərslərin planlaşdırılması və həyata keçirilməsinə nəzarət edir;
Dərsləri dinləyib, onların səmərəli təşkili, pedaqoji tələblərə cavab verib verməməsini yoxlayır. Dərslərdəki pedaqoji səhvlərin aşkarlanması, bu barədə müəllimlərə metodiki tövsiyə verilməsi də onun səlahiyyətlərinə daxildir;
Bundan əlavə, fənlər üzrə metodbirləşmələrin yaradılması, metodbirləşmə iclaslarının, açıq dərslərin təşkili də onun vəzifə borclarına daxildir;
O, imtahan və yoxlamaların vaxtında keçirilməsinə, qiymətlərin obyektiv verilməsinə nəzarətdə saxlayıb, şagirdlərin bilik səviyyəsini təhlil edir;
Tədris işləri üzrə direktor müavini həm də müəllimləri yaxşı tanımalı, onun müsbət və nöqsanlı cəhətlərini düzgün qiymətləndirməklə peşəkar müəllim kimi inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmalıdır.
Onun vəzifə maaşı müəllimlərin əməkhaqqından nə qədər fərqlənir?
Müavinin aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 10-15% aşağı olur.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin tədris işləri üzrə direktor müavinlərinin vəzifə maaşı Nazirlər Kabineti tərəfindən tənzimlənir.
Tədris işləri üzrə direktor müavininin iş planı
2020-01-15 12:37:00
Məktəbdəki direktor müavinin iş planı necə qurulmalıdır? – Metodiki tövsiyələr
AzEdu.az izləyicilərin təhsilin bütün istiqamətləri üzrə suallarını cavablamaqda davam edir. Son zamanlar verilən suallardan biri də orta məktəbin təsərrüfat işləri üzrə direktor müavininin iş planının necə qurulması ilə bağlıdır. Öncə: Təsərrüfat işləriüzrə direktor müavini kimdir? Təsərrüfat işləri üzrə direktor müavini məktəbin təsərrüfat işlərinə rəhbərlik edən şəxsdir. O, təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir. Kabinet və sinif otaqlarının, idman zalının, yeməkxanadakı sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır. Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir. Məktəb binasının vaxtında təmir olunmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasına nəzarət edir. Kimlər təsərrüfat işləri üzrə direktor müavini ola bilərlər? Təsərrüfat işləri üzrə direktor müavininin ali və ya orta ixtisas təhsilli olması mütləqdir. Bu vəzifəyə yalnız 3 ildən yuxarı əmək stajı olanlar təyin edilə bilərlər. O, hansı biliklərə sahib olmalıdır? Təsərrüfat işləri üzrə müavin “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” qanunları, təsərrüfat xidməti üzrə işin təşkilini, xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını; binanın istismar olunmasının elmi əsaslarını, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarını mütləq bilməlidir. İş planını necə qurmalı? İş planının girişində “Filan ümumi təhsil müəssisənin təsərrüfat işləri üzrə direktor müavininin 2019-2020-ci tədris ili üçün fəaliyyət planı” yazılmalıdır. Fəaliyyət planında görüləcək iş, onun məqsədi,formatı, birgə icra olunduğu qurum, icra müddəti göstərilməlidir. Burada əlavə, qeyd üçün blank da qoyula bilər. Görüləcək işlərin uyğun olaraq qruplaşdırılıb nömrələnməsi də yaxşı olardı. Görüləcək işlər bölümünə isə əsasən bu tipdən olan fəaliyyətlər daxil edilir: -Mühasibat(maliyyə) hesabatlarını tərtibindən əvvəl inventarizasiya aparılmasının təmin edilməsi; -Təhlükəsizlik tədbirləri; -Sanitar-gigiyenik qaydalara uyğun tədbirlərin görülməsi; -Dövlət əmlakının qorunub saxlanması; -İnvertar hesabatının aparılması; Qeyd edək ki, müavinin əməkhaqqı isə direktorun vəzifə maaşından 20 faiz aşağı müəyyənləşdirilib.
Lamiyə Süleymanlı
Bu bölməyə aid digər xəbərlər
Müəllimlər təqaüdə 70 yaşda göndərilsin – TƏKLİF
2023-03-17 12:57:18
Müəllimlərin maaşı yenə artımla VERİLMƏDİ
2023-03-17 09:50:33
Müəllimlərin maaşı artırıldı – QƏRAR
2023-03-09 11:47:00
Təhsil işçilərinin aylıq vəzifə maaşları artdı – CƏDVƏL
2023-03-09 11:40:00
Təhsil İnstitutu müəllimlər üçün görüş keçirib
2023-03-09 10:43:04
Qadın müəllimlər arasında voleybol yarışı keçirilib
2023-03-07 16:39:00
Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA
2023-03-03 16:01:00
MİQ imtahanına hazırlaşanlar üçün vebinarlar təşkil edilir
2023-03-01 11:47:10
Məktəbi kim idarə etməlidir: kişi, yoxsa qadın direktor.
2023-02-27 12:20:00
Paytaxt məktəbində “Atalar və məktəb birliyi”
Comments are closed, but trackbacks and pingbacks are open.