Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edildi
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Tədris plani 2019
İsrail Xarici İşlər Nazirliyi müxtəlif ölkələrdəki səfirliklərinə İrana qarşı fəaliyyətdə Səudiyyə
Prezident qanunu imzalamadı – Milli Məclisə geri qaytardı
Tarix: 10-02-2016, 12:54 Oxunma sayı: 1 525 Bölmə: Reklam-Banner / Siyasət
Prezident qanunu imzalamadı – Milli Məclisə geri qaytardı
Ölkədə son bir ayda bu məhsulun istehsal qiyməti BAHALAŞDI – STATİSTİKA
Tarix: 27-02-2020, 13:12 Oxunma sayı: 556 Bölmə: İqtisadiyyat
Azərbaycanda yanvar ayı ərzində kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı məhsullarının
Paşinyan sülhdən danışdı
Tarix: 19-09-2018, 11:56 Oxunma sayı: 825 Bölmə: Siyasət
Xarici jurnalistlər ermənilərin atəşi nəticəsində yaralanan mülki şəxslərə baş çəkiblər
Tarix: 29-04-2016, 11:35 Oxunma sayı: 1 036 Bölmə: —
Xarici jurnalistlər ermənilərin atəşi nəticəsində yaralanan mülki şəxslərə baş çəkiblər
Sumqayıtda «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilən növbəti xeyriyyə aksiyasına yekun vurulub – FOTO
Tarix: 21-12-2015, 15:39 Oxunma sayı: 1 182 Bölmə: —
Sumqayıtda «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilən növbəti xeyriyyə aksiyasına yekun
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edildi
Day.Az Trend-ə istinadən xəbər verir ki, əmrin imzalanmasında məqsəd uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2018-2019-cu dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilməlidir. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Təmayül sinifləri üzrə təsdiqlənən tədris planı – Dərs bölgüləri, tədris qaydaları – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
23 Mart, Cümə axşamı
Günün xəbərləri
Xəbər xətti
23.03.2023
22.03.2023
Ən çox oxunan xəbərlər
Təmayül sinifləri üzrə təsdiqlənən tədris planı – Dərs bölgüləri, tədris qaydaları
16.07.2019 15:10 Фото: 9 Канал–> Cəmiyyət A- A A+
Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib. Eurasia Diary AzEdu.az-a istinadən xəbər verir ki, təmayül sinifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.6-cı bəndinə uyğun olaraq tənzimlənir. Nizamnaməyə əsasən, təmayül siniflər şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Şagird sayı 15 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür: -Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi”. -Tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilə bilər: -“Texniki” təmayül üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”; -“Riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə “Riyaziyyat”, “Coğrafiya” və “Azərbaycan tarixi”; -“Humanitar” təmayül üzrə “Azərbaycan dili”, “Xarici dil”, “Azərbaycan tarixi” və “Ümumi tarix”; -“Təbiət” təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika” fənləri. Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır. Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında “Nitq mədəniyyəti” fakültativ kursu; “texniki”, “humanitar”, “təbiət”, “texniki və təbiət” təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu dərsdənkənar vaxtlarda; “riyaziyyat-iqtisadiyyat”, “texniki və riyaziyyat-iqtisadiyyat”, “humanitar və riyaziyyat-iqtisadiyyat” təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur. “Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir. Qeyd edək ki, “Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, “İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Comments are closed, but trackbacks and pingbacks are open.