Təhsil haqqında qanun 2016
• Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları aiddir/
Xankəndi
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, onlayn iclasda 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri planı müzakirə edilib.
Komitə sədri Bəxtiyar Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.
Sonra komitə sədri “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırıb. Qanun layihəsinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Onlayn iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.
Bildirilib ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günüuzadılmış qrupların təşkili qaydalarını müəyyən edəcək.
Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxılıb. Bildirilib ki, qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Məcəllənin 192-ci maddəsinə təklif edilən dəyişiklik qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.
Komitə üzvləri İsa Həbibbəyli, Eldar Quliyev, Musa Qasımlı, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva, Şahin Seyidzadə müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər.
Onlayn iclasın sonunda müzakirə edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Təhsil haqqında qanun 2016
Bakıda liftdə faciə, valideyn övladının gözü qarşısında öldü
Deputatların tətili bitdi
Tarix: 30-08-2021, 10:00 Oxunma sayı: 239 Bölmə: Cəmiyyət
Deputatların tətili bitdi
Türk lirəsi ucuzlaşmaqda davam edir
Tarix: 9-03-2023, 10:20 Oxunma sayı: 221 Bölmə: İqtisadiyyat / Dünya
Azərbaycan Mərkəzi Bankı 9 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
“Sumqayıt” futbolçusu ilə müqaviləni ləğv edib
Tarix: 24-11-2022, 15:00 Oxunma sayı: 155 Bölmə: İdman / Sumqayıt
“Sumqayıt” komandası futbolçusu Araz Abdullayevlə müqaviləni ləğv edib.
2019-da dünyanı nə gözləyir? – Vanqadan proqnozlar
Tarix: 11-12-2018, 21:19 Oxunma sayı: 908 Bölmə: Maraqlı / Dünya
Proqnozları ilə dünyanı heyrətə gətirən bolqar baxıcı Vanqanın 2019-cu illə bağlı öncəgörmələri üzə
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib
Tarix: 15-06-2017, 16:16 Oxunma sayı: 1 190 Bölmə: Sumqayıt
Sumqayıtda F.Əmirov adına uşaq musiqi məktəbinin Folklor klubu ilə birgə kecirdiyi bayram
Təhsil haqqından kimlər azaddır?
• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
• Şəhid ailəsi statusunu almış ailənin üzvləri;
• Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları aiddir/
Bu situasiyanı təsdiq edən sərəncamlar, qanunlar və tələb olunan sənədlər müvafiq olaraq aşağıdakılardır:
1. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları;
Tələb olunan sənədlər:
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);
• Tələbənin və hər iki valideyninin şəxsiyyət vəsiqələrinin əsli və surəti (notariusda təsdiq edilmiş);
• Tələbənin və hər iki valideyninin köçkünlük sənədinin əsli və surəti (notariusda təsdiq edilmiş);
• Doğum haqqında şəhadətnamə və surəti;
• Sağlamlıq haqqında arayışın əsli (forma 86);
• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;
• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;
• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);
• 4 ədəd 3×4 rəngli foto şəkil.
2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları;
Tələb olunan sənədlər:
• Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş);
• Tələbənin doğum haqqında şəhadətnaməsi;
• Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);
• Sağlamlıq haqqında arayışın əsli (forma 86);
• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;
• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;
• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);
• 4 ədəd 3×4 rəngli foto şəkil.
3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 15 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri;
Tələb olunan sənədlər:
• Valideyninin şəhid olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).
• Tələbənin doğum haqqında şəhadətnaməsi
• Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)
• Sağlamlıq haqqında arayışın əsli (forma 86);
• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;
• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;
• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);
• 4 ədəd 3×4 rəngli foto şəkil.
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən
1) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;
2) hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;
3) Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
Tələb olunan sənədlər:
• Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş);
• Tələbənin doğum haqqında şəhadətnaməsi;
• Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);
• Sağlamlıq haqqında arayışın əsli (forma 86);
• Qəbul haqqında TQDK səhifəsindən çıxarış;
• Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;
• Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);
• 4 ədəd 3×4 rəngli foto şəkil.
Hazırladı: Sevinc Quliyeva
Comments are closed, but trackbacks and pingbacks are open.