Təhsildə Psixoloji Xidmət Bölməsi
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında, “milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq” təhsil sisteminin başlıca vəzifələrindən biri kimi göstərilir. Qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsi şagirdlərin fərdi xüsusiyyətlərini, psixi inkişafın qanunauyğunluqlarını, təlim-tərbiyə işinin daha səmərəli təşkilini təmin etmək, psixi sağlamlığın qorunması üçün səriştəli psixoloji xidmətin həyata keçirilməsini zəruri edir.
##İxtisas: Təhsildə sosial-psixoloji xidmət ##Qrup: 412, 413, 414 ##Bölmə: Azərbaycan
##num=1// level= 1// sumtest= //name= Təhsil sistemində psixoloji xidmətin mövzusu və vəzifələri
T1 -11; T2- 4; T3- 4; T- 4
1. Təhsil sistemində psixoloji xidmət nədir?
A) Təhsil müəssisələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika, korreksiya və s. məqsədlər üçün kompleks istifadəni nəzərdə tutan praktik fəaliyyət sahəsidir.
B) Təhsil müəssisələrində yalnız diaqnostik işləri həyata keçirən fəaliyyət sahəsidir.
C) Məktəblərdə korreksiyanı nəzərdə tutan praktik fəaliyyət sahəsidir.
D) Təhsil müəssisələrində yalnız maarifləndirmə həyata keçirən fəaliyyət sahəsidir.
E) Təhsil müəssisələrində yalnız konsultasiya işləri həyata keçirən fəaliyyət sahəsidir.
2. Təhsil sistemində psixoloji xidmətin məqsədi nədir?
A) uşaqların intellektual imkanlarını, maraq və qabiliyyətlərini vaxtında aşkara çıxartmaqdır.
B) psixoloji xidmət uşaqların inkanlarını məhdudlaşdırır.
C) psixoloji xidmət psixi inkişafın imkanlarının reallaşmasına imkan yaratmır.
D) psixoloji xidmət pedaqoji prosesdə həyata keçir.
E)psixoloji xidmət təlim və tərbiyənin vəzifələrini həyata keçirir.
3. Təhsil sistemində psixoloji xidmətin əsas məqsədini nə təşkil edir?
A) Asosial davranışa və kənarçıxmalara yol verən şagirdlərlə fərdi işin aparılması
B) Pedaqoji kollektivlə sıx işgüzar əməkdaşlıq şəraitində məktəbəqədər və məktəb illərində uşaqların hərtərəfli inkişafının təmin olunmasına nail olmaq
C) Uşağın psixi və psixoloji sağlamlığına nail olmaq
D) Uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması
E) Müəllim və valideynlərə, o cümlədən uşağa psixoloji məsləhətin verilməsi
4.Məktəb psixoloji xidmətinin əsas məqsədini necə xarakterizə etmək olar?
A) Müəllim və valideynlərə, o cümlədən şagirdələrə fərdi məsləhətin verilməsi
B) Pedaqoji kollektivlə sıx işgüzar əməkdaşlıq şəraitində şagirdlərin hərtərəfli inkişafına nail olmaq
C) Uşağın psixi və psixoloji sağlamlığına nail olmaq
D) Şagirdlərin inkişafı üçün əlverişli şəraitin yaradılması
E) Asosial davranışa və kənarçıxmalara yol verən şagirdlərlə fərdi işin aparılması
5. Yaşın inkişaf qanunauyğunluqlarını psixologiyanın hansı sahəsi öyrənir?
B) Uşaq psixologiyası
C) Ümumi psixologiya
D) Yaş psixologiyası
E) Pedaqoji psixologiya
6. Psixoloji xidmətin əsas istiqamətləri olan variantı göstərin.
B) Psixoloji aspekt
C) Elmi aspekt, tətbiqi aspekt, təşkilatçı aspekt, praktik aspekt
7. Elmi aspekt nəyi nəzərdə tutur?
A) Psixoloji tədqiqatların aparılmasını nəzərdə tutur
B) Metodaloji tədqiqatların aparılmasını nəzərdə tutur
C) Nəzəri tədqiqatların aparılmasını nəzərdə tutut
D) Eksperimental tədqiqatların aparılmasını nəzərdə tutur
E) Təhsil sahəsində praktik psixoloqların metadoloji və nəzəri problemləri üzrə elmi tədqiqatların aparılmasını nəzərdə tutur
8. Ən yaxın inkişaf zonası nəzəriyyəsi kimə məxsusdur?
E) S. L. Rubinşteyn
9. Psixoloji xidmətin vəzifələri hansılardır:
B) ümumi vəzifələr
C) konkret vəzifələr
D) obyektiv vəzifələr
E) subyektiv vəzifələr
10. Bunlardan biri praktik psixoloqun vəzifələrinə aid deyil:
A) Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaş- dırılmasını təmin etmək;
B) Təlim-tərbiyə müəssisələrində şəxsiyyətin inkişafını təmin edə biləcək həyat tərzinin formalaşdırılması;
C) Uşaqların maraq, qabiliyyət, mey, hiss, münasibət, əyləncə və həyat planla- rının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək;
D) Uşaq bağçasında, internatda, məktəbdə və s.uşağın normal inkişafı üçün əlverişli psixoloji iqlim yaratmaq, yaşlılar və yaşıdları ilə onun məhsuldar ünsiyyət şərairini təmin etmək;
E) Uşaqlarla yanaşı, müəllimlərə, valideynlərə, tərbiyəçilərə vaxtında psixoloji yardın göstərmək.
11. Məktəb psixoloji xidmətinin aktual istiqamətinə dair hansı cavabı doğru sayırsınız?
A) İntizamı pozan və davranış kənarçıxmalarına meyl edən şagirdlər müəyyənləşdirilir və onlarla psixokorreksiya işi aparılır
B) Şagirdlərin təlim və tərbiyəsi ilə bağlı konkret çətinlikləri doğuran problemlər müzakirə edilir, davranış pozğunluqlarının səbəbləri aşkara çıxarılır və problemlərin həll olunma vasitələri müəyyənləşdirilir
C) Şagirdlərlə aktiv profilaktik və psixokorreksiya işi aparılır
D) Şagirdlərin təlim və tərbiyəsi ilə əlaqədar müəllimlərə sistematik olaraq məsləhətlər verilir
E) Psixoloq məktəbdə aparılan tərbiyə işinin planlaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edir
12.Məktəb psixoloji xidmətində perspektiv istiqamətin mahiyyətini necə açıqlamaq olar? Uyğunluğu müəyyən edin.
1. Şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır
2. İstedadlı uşaqların müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilir
3. Şagirdlərin peşə yönümü ilə bağlı arzuları öyrənilir və onlara fərdi məsləhət verilir
4. Şagirdin ahəngdar inkişafının və formalaşmasının potensial imkanlarının reallaşdırılması ilə bağlı fəal iş aparılır
5. Müəllimlərin istedadlı şagirdlərlə fərdi inkişafetdirici pedaqoji iş aparmalarını təşkil etmək
13. Psixoloji xidmətin əməli aspekti hansı müəssisələrdə işləyən praktik psixoloqlar tərəfindən həyata keçirilir? Uyğunluğu müəyyən edin.
1) uşaq bağçaları
4) alış – veriş mərkəzləri
5) digər təhsil müəssisələri
14. Kiçik məktəb dövrü hansı yaş dövrünü əhatə edir? Uyğunluğu müəyyən edin.
1) 10 yaş, 2) 6 yaş, 3) 11 yaş, 4) 9 yaş, 5) 13 yaş
15. Azərbaycanda yaş və pedaqoji psixologiyanın ideyaları maarifçilərin əsərində öz əksini nə vaxt tapıb?
1) 1902; 2) 1901; 3) 1921; 4) 1920; 5) 1805
16. Xronoloji ardıcıllığı düzgün müəyyən edin.
1 – Leypstik şəhərində ilk Klinik pasixologiya labaratoriyasınin yaranması.
2 – Psixologiya felsefeden ayrılaraq müstəqil elmə çevrilməsi.
3 – İlk intellekt testlərinin yaradılması.
17. Xronoloji ardıcıllıqla düzün:
1) Z. Freydin anadan olması
2) Azərbaycanda ilk psixoloji laborotoriyanın yaranması
3) Z. Freydin ilk dəfə hipnozla maraqlanması
18. Xronoloji ardıcıllığı müəyyən edin.
1) ilk intellektual testlər yarandı
2) U. Ceyms şüuru başqa mövqedən öyrənməyə başladı
3) Freydin vəfatı
4) Gilfordun anadan olması
19. Xronoloji ardıcıllığı müəyyən edin.
1) Freyd neçənci ildə hipnoz ilə maraqlanıb?
2) Psixologiyanın fəlsəfədən ayrılaraq müstəqil elmə çevrilməsi
3) Məktəblərdə psixoloqa daha böyük ehtiyac duyulurdu
4) Parisdə Vallonun rəhbərliyi ilə 1qrup məktəb psixoloqonun fəaliyyətə başlaması
20. Uygunlugu müəyyən edin.
1) Tətbiqi tədqiqatların birinci istiqamətinin əsas cəhəti
2) tətbiqi tədqiqatların ikinci istiqamətinin əsas cəhəti
3) tətbiqi tədqiqatların üçüncü istiqamətinin əsas cəhəti
I – tətbiqi tədqiqatlar psixoloji xidmət kimi formalaşmağa başladı
II – tətbiqi problemlər fundamental tədqiqatlar əsasında müəyyənləşdirilir
III – tətbiqi tədqiqatlar praktik tələbatlar əsasında yaranır
A) 1 – II; 2 – III; 3 – I;
B) 1 – II; 2 – I; 3 – III;
C) 1 – III; 2 – I; 3 – II;
D) 1 – III; 2 – II; 3 – I;
E) 1 – II; 2 – III; 3 – I:
21. Uyğunluğu müəyyən edin:
1) ”Əmək tərbiyəsinin psixoloji probleri”
2) ”Kiçik yaşlı məktəblilərdə əqli inkişafın dinamikası”
3) ”Kiçik yaşlı məktəblərdə abstraktlaşmanın inkişafı”
4) ”Cinsi dimorfizmin psixoloji problemləri”
II – Ə. S. Bayramov
III – Ə. Ə. Qədirov
A) 1 – I; 2 – II; 3 – III; 4 – IV:
B) 1 – III; 2 – IV; 3 – I; 4 – II;
C) 1 – II; 2 – I; 3 – IV; 4 – III;
D) 1 – IV; 2 – I; 3 – III; 4 – II;
E) 1 – I; 2 – III; 3 – II; 4 – IV;
22. Uyğunluğu müəyyən edin :
1) ən yaxın inkişaf zonası
2) eqosentrik nitq
3) psixoanalizin banisi
A) 1 – II; 2 – III; 3 – I; 4 – IV;
B) 1 – III; 2 – I; 3 – II; 4 – IV:
C) 1 – III; 2 – II; 3 – IV; 4 – II;
D) 1 – IV; 2 – I; 3 – II; 4 – III;
E) 1 – IV; 2 – III; 3 – I; 4 – II;
23.Aşağıdakıların uyğun cavablarını müəyyən edin.
I-Məktəbə psixoloji xidmətin vəzifələri
II-Məktəbə psixoloji xidmətin istiqamətləri
III-Uşağın məktəbə hazırlığının diaqnostik göstəriciləri
1.Şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətin örrənərkən onları aradan qaldırmaqda müəllimlərə kömək etmək
2.Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər
3.Fəaliyyətdə ixtiyariliyin inkiişafı
4.Şagirdlərin şəxsi-intelektual inkişafındakı qüsurları aradan qaldırmağa yardım etmək
5.Psixoloji xidmət prosesində yerinə yetirilən konsultativ işlər
6.Əyani-obrazlı təfəkkürün inkişaf səviyyəsi
7.Tədris proqramları,dərsliklərin,didaktik vasitələrinin hazırlanmasını psixoloji əsaslarını işləmək
8.Korreksiya və yardımçı işlər
9.Şəxsiyyət xarakteristikası üzrə göstəricilər
10.Yüksək ideya və əqidəyə malik şəxsiyyətlər formalaşdırılmasında pedaqoji kollektivə kömək etmək
A) I-1,2,4,7; II-2,6,7,8; III-3,4,6,8
B) I-1,4,7,10; II-2,5,8; III-3,6,9
C) I-7,8,9,10; II-5,6,9,10;III-6,8,9,10
D) I-4,3,5,6; II-2,7,8,9; III-1,3,5,10
E) I-5,7,8,9; II-5,6,7; III-4,7,9
Təhsildə Psixoloji Xidmət Bölməsi
Psixoloji xidmət işi dünya təcrübəsində artıq çoxdan tətbiq olunmaqla inkişaf etmiş ölkələrin təhsil sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. BMT-nin uşaq hüquqları Konvensiyalarına qoşulan ölkələr uşaqların fiziki, intellektual, əxlaqi, mənəvi, sosial inkişafı üçün tələb olunan maksimum şəraitin yaradılmasına çalışırlar. Məlum olduğu kimi, təhsil sistemi yüksək əqli qabiliyyətə malik, milli, mənəvi-psixoloji dəyərlərin daşıyıcıları olan şəxsiyyətlər formalaşdrılmaqla cəmiyyət həyatının humanistləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edir.
Azərbaycan Respublikasında da təhsil sistemində psixoloji xidmətin tətbiqi təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin, təhsilalanların psixikasının hormonik inkişafının, təmin olunmasında, eləcə də baş verə biləcək ləngimə, yayınma və pozuntuların qarşısının alınmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında, “milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq” təhsil sisteminin başlıca vəzifələrindən biri kimi göstərilir. Qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsi şagirdlərin fərdi xüsusiyyətlərini, psixi inkişafın qanunauyğunluqlarını, təlim-tərbiyə işinin daha səmərəli təşkilini təmin etmək, psixi sağlamlığın qorunması üçün səriştəli psixoloji xidmətin həyata keçirilməsini zəruri edir.
Təhsilalanların koqnitiv, emosional, sosial inkişafı, şəxsiyyətin formalaşması, eləcə də baş verə biləcək neqativ halların, narkotik maddələrin, spirtli içkilərin istifadəçisinə çevrilməyin, suisid hallarının, məktəbdən yayınma, aqresiya kimi deviant davranışın vaxtında qarşısının alınması üçün psixoloji xidmətin yardımından istifadə olunmasına tələbat günbəgün artmaqdadır. Sosial şəbəkələrin, televiziya verlişlərinin, müxtəlif dini cərəyanların və s. təsiri nəticəsində yeniyetmə və gənclərin motivasiya-təlabat sferasında, təfəkkür və təxəyyülündə ciddi dəyişikliklər baş vermiş, onların zərərli təsirlər altına düşməsi halları çoxalmışdır.
S tatistika göstərir ki, dünyanın probleminə çevrilmiş narkomaniya Azərbaycandan da yan keçməmişdir. İndi hətta 13-14 yaşlı yeniyetmələrin narkotika istifadəçisinə çevrildiyi faktlarına rast gəlinir.
Müasir məktəbli öz mövqeyi, tələbatı, motivasiyası,dəyərlər sistemi olan şəxsdir. Onunla 20-30 il əvvəllər olduğu kimi, davranmaq mümkün deyil. Əlbəttə, müasir təhsilalanların layiqli vətəndaş kimi böyüməsində valideyinlər, məktəbin pedaqoji kollektivi birgə, əlbir fəaliyyət göstərməlidirlər. Bu isə bütövlükdə təhsil sisteminin psixolojiləşdirilməsini tələb edir. Vaxtilə V.A.Suxomlinski yazırdı: “Psixoloji biliklər heç də psixologiyadan qısa konspekt deyil. Mən deyərdim ki, psixoloji biliklər özünüdərkin, özünütəsdiqin, şəxsiyyətin mənəvi zənginliyinin əsasıdır”.
Göründüyü kimi, təhsil sisteminin, o cümlədən təhsilə psixoloji xidmətin qarşısında ciddi, mürəkkəb, eyni zamanda şərəfli bir vəzifə durur: ləyaqətli, rəqabətə qabil, müstəqil fikirləşməyi, qərarlar qəbul etməyi, ünsiyyət qurmağı bacaran vətəndaşlar formalaşdırmaq. Bunun üçün məktəb psixoloqu öz fəaliyyətində aşağdakı məsələləri prioritet götürməlidir:
– Məktəb psixoloqunun fəaliyyəti dövlət sənədləri, qəbul olunmuş qərar, əmr, sərəncam və s. əsasında qurulmalı və fəaliyyətin nəticəsi onların əsasında qiymətləndirilməlidir;
– Psixoloji xidmət özünün spesefik cəhətləri ilə yanaşı, təhsil müəssisənin ümumi fəaliyyətinə uyğun olmalı, onunla ziddiyyət təşkil etməlidir;
– Məktəb psixoloqunun aylıq, yarımillik və illik iş planı olmalıdır.
Məktəb psixoloqunun bütün fəaliyyət sənədləri iki hissəyə ayrılır: a) fəaliyyətlə bağlı; b) hesabat üçün.
Fəaliyyətlə bağlı sənədlərdə psixoloqun bütün fəaliyyətinin qeydiyyatı, iş planı əksini tapmalıdır. Hesabat sənədlərində isə psixoloqun fəaliyyətinin məzmunu əks olunmalıdır.
Sənədləşmənin belə bölgüsü işçi sənədlərin sisteminin yaradılmasına imkan verir və təxminən sinif jurnalı funksiyasını yerinə yetirir.
İşçi jurnalında əsasən aşağdakılar əksini tapmalıdır:
– Psixoloqun il boyu hər ay, hər həftə üzrə görəcəyi işlərin planı, onların icra vəziyyəti;
– Görülən işlərin qeydiyyatı;
– Həftəlik, aylıq, illik iş bölgüsü.
Hesabatla bağlı sənədlər yaxşı olar ki, aylar üzrə hazırlansın. Aylıq hesabatların əsasında isə illik hesabat hazırlanır, məktəb rəhbərliyinə və lazım gəldikdə müvafiq orqanlara təqdim olunur.
İşçi jurnalında görülən və planlaşdırılan işin məzmunu qısa, konkret şəkildə əksini tapmalıdır. Lakin qeydiyyat işində tarixlərin qeydiyyatına xüsusi diqqət yetirilməlidir. Bu, işin dinamikası, nəticənin təhlili baxımından da vacibdir.
Hesabat sənədlərində yaxşı olar ki, psixoloq ayrı- ayrı sahələr üzrə gördüyü işləri qeyd etsin. Eyni zamanda, hansı yaş qrupları ilə daha çox işlədiyi məlum olmalıdır. Bu, məktəb rəhbərliyi, pedaqoji kollektivin hansı siniflərə və sahələrə daha çox diqqət yetirmələrinə zəmin yaradır. İlin sonunda psixoloq işin yekunu ilə bağlı analitik təhlil aparmalı, bu barədə məktəb rəhbərliyinə, lazım gəlsə, ayrı- ayrı fənn müəllimlərinə məlumat verməlidir.
Məktəb psixoloqlarının istifadə etdikləri metodlardan biri də testləşdirmədir. Testlərdən istifadə edərkən aşağıdakılara əməl olunmalıdır:
– psixoloq testin mahiyyəti və istifadə qaydalarını dəqiq bilməlidir;
– alınan nəticələri yaymamalı, məxvi saxlamalıdır;
– kənar şəxslər testin nəticələrini bilməməlidir;
– maksimum obyektivlik gözlənilməlidir;
– testi nəticələri şəxsiyyətə, onun psixikasına zərər vurmamalıdır;
– testlərdən, eləcə də digər metodlardan istifadə edərkən hökmən uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;
– testdən alınan nəticələr hökmən digər metodlarla da yoxlanılmalıdır.
Məktəb psixoloqu müəllimlərlə, valideyinlərlə birgə işləməli, informasiya toplamalı,psixoloji maarifləndirmə ilə məşğul olmalıdır. Eyni zamanda psixoloq sistemli şəkildə özünütəhsillə məşğul olmalıdır. O, yeni pedaqoji texnologiyaları mükəmməl mənimsəməli, şagirdlərin özünüdərk, özünüfəallaşdırma işində yardımçı olmalıdır. Belədə şagirdin gizli qalan imkanları üzə çıxar, psixoloq isə hər bir şagirdin hüquq və maraqlarının, şəxsiyyətinin inkişafının təminatçısı rolunda çıxış edə bilər.
Göründüyü kimi, məktəb psixoloqunun işi məsuliyyətli və zəruridir. Lakin bu o zaman daha faydalı olur ki, psixoloq nəzəri hazırlığa pedaqoji ustalığa, uşaqları və peşəsini sevmək qabiliyyətinə malik olsun.
Təhsildə sosial psixologiya xidmət

Comments are closed, but trackbacks and pingbacks are open.