Təhsilin məzmunu
Paylaşıldı 07:39 by Leyla Bayramova
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
15 Temmuz 2016 Cuma
Pedoqogika elminə dair suallar
Paylaşıldı 07:39 by Leyla Bayramova
A) Təhsil
B) Təlimin quruluşu
C) Təhsilin məzmunu
D) Tədris formaları
E) inkişaf
2. Tərbiyənin mənşəyi barədə nəzəriyyələr
A) Bioloji, psixoloji
B) Neohumanizm, asketizm
3
C) Neotomizm, plüralizm
D) Praqmatizm, ekzisensializm
E) Preforizm, praqmatizm
3. Pedaqogikanın obyektini təşkil edir
A) İnsan və onun tərbiyəsi
B) İnsan və onun təlimi
C) Sosial problemlər
D) Tərbiyənin metodları
E) Tərbiyənin qanunauyğunluqları
4. Pedaqogikanın əsas anlayışları hansılardır
1 – tərbiyə
2 – pedaqoji innovasiyalar
3 – təlim
4 – dərslik
5 – təhsil
6 – formalaşma
7 – fəaliyyət
8 – inkişaf
A) 1, 3, 5, 6, 8
B) 1, 2, 4, 5, 7
C) 2, 3, 5, 6, 7
D) 3, 4, 6, 7, 8
E) 1, 4, 6, 7, 8
5. Pedaqogikanın əsas anlayışları arasındakı ardıcıllığı müəyyənləşdirin:
1 – tərbiyə
2 – formalaşma
3 – təlim
4
4 – inkişaf
5 – təhsil
A) 1, 3, 5, 4, 2
B) 1, 2, 3, 4, 5
C) 2, 4, 5, 3, 1
D) 3, 2, 1, 5, 4
E) 5, 4, 3, 1, 2
6. Təhsilin əlamətləri arasındakı ardıcıllığı müəyyən edin:
1 – Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir
2 – Təhsil müəssisələrində həyata keçirilir
3 – Bilik, bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi prosesidir
4 – Hüquqi sənədlərin verilməsi ilə başa çatır
A) 2, 1, 3, 4
B) 1, 2, 3, 4
C) 1, 3, 4, 2
D) 2, 4, 1, 3
E) 3, 2, 4, 1
7. Təhsilin komponentləri arasında uyğunluğu müəyyən edin:
1 – bilik
2 – bacarıq
3 – vərdiş
a – təbiət və cəmiyyət haqqında anlayışlar, qaydalar, təriflər, müddəalar
b – biliyi tətbiq edə bilməkdir
c – bacarıqların dönə – dönə təkrarı nəticəsində avtomatlaşmış formasıdır
A) 1 – a; 2 – b; 3 – c
B) 1 – b; 2 – a; 3 – c
C) 1 – a; 2 – c; 3 – b
5
D) 1 – c; 2 – b; 3 – a
E) 1 – b; 2 – c; 3 – a
8. İlk dəfə təlim, tərbiyə, təhsil məsələlərini elmi zəmində izah etməyə və
əsaslandırmağa təşəbbüs göstərən pedaqoq
A) Y. A. Komenski
B) J. J. Russo
C) K. D. Uşinski
D) A. S. Makarenko
E) C. Lokk
9. Təlimin əlamətləri arasında ardıcıllığı müəyyən edin
1- Müəllimin rəhbərliyi altında həyata keçirilir
2- Şagirdlərdə elmi dünyagörüşünün formalaşmasına kömək edir
3- Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edir
4- Təhsil verməklə yanaşı, tərbiyəedici və inkişafetdirici vəzifəni yerinə yetirir
A) 1, 3, 2, 4
B) 2, 3, 4, 1
C) 1, 3, 4, 2
D) 4, 3, 1, 2
E) 3, 1, 2, 4
10. Pedaqogikanın vəzifələri hansılardır?
1 – praktik
2 – nəzəri
3 – tətbiqi
4 – texnoloji
A) 2, 3
B) 1, 2
C) 3, 4
6
D) 1, 3
E) 1, 4
11. Pedaqogikanın bölmələri olan sistemi müəyyən edin
1 – Pedaqogikanın ümumi əsasları
2 – Təlimin əsasları
3 – Didaktika
4 – Tərbiyə texnologiyası
5 – Tərbiyə nəzəriyyəsi
6 – Məktəbşünaslıq
7 – Kollektiv tərbiyə
A) 1, 3, 5, 6
B) 1, 5, 6, 7
C) 2, 4, 5, 7
D) 1, 4, 5, 7
E) 2, 3, 5, 6
12. Pedaqogikanın bölmələrinin ardıcıllığını müəyyən et
1 – Didaktika
2 – Tərbiyə nəzəriyyəsi
3 – Məktəbşünaslıq
4 – Pedaqogikanın ümumi əsasları
A) 4, 1, 2, 3
B) 1, 3, 4, 2
C) 3, 1, 2, 4
D) 1, 2, 3, 4
E) 2, 1, 3, 4
13. Pedaqogikanın mənbələri:
1 – Xalq yaradıcılığı nümunələri
7
2 – Müşahidə
3 – Pedaqoji konslium
4 – Fəlsəfə
5 – Dövlətin təhsillə bağlı sənədləri
6 – Məktəb sənədləri
7 – Psixoogiya
8 – Görkəmli mütəfəkkirlərin əsərləri
A) 1, 5, 6, 8
B) 2, 3, 4, 5
C) 1, 2, 5, 7
D) 2, 3, 4, 6
E) 2, 3, 5, 8
14. Pedaqogikanın vəzifələri və onların səviyyələri arasındakı uyğunluğu tapın
1 – nəzəri vəzifələr
2 – texnoloji vəzifələr
a – təsviredici və izahedici səviyyə
b – diaqnostik səviyyə
c – proqnostik səviyyə
d – layihə səviyyəsi
e – refleksiv və korrektiv səviyyə
ə – dəyişdirici səviyyə
A) 1 – a, b, c; 2 – d, e, ə
B) 1 – d, b, a, 2 – b, c, a
C) 1 – c, d, e; 2 – a, b, c
D) 1 – d, e, ə; 2 – a, d, e
E) 1 – a, b, d; 2 – b, d, e
15. Pedaqogikanın əsas anlayışları və onların mənaları arasındakı uyğunluğu tapın
8
1 – tərbiyə
2 – təlim
3 – təhsil
a- Müəllim və şagirdlərin xüsusi təşkil olunmuş şəraitdə məqsədyönlü və idarə
olunan qarşılıqlı fəaliyyətidir
b- Şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir
c- Tədris müəssisələrində həyata keçirilir və hüquqi sənədin verilməsi ilə başa çatır
A) 1 – b; 2 – a; 3 – c
B) 1 – a; 2 – b; 3 – c
C) 1 – c; 2 – a; 3 – b
D) 1 – b; 2 – c; 3 – a
E) 1 – c; 2 – b; 3 – a
16. Tərbiyə anlayışı və onun mənaları arasında uyğunluğu tapın
1 – geniş sosial mənada tərbiyə
2 – geniş pedaqoji mənada tərbiyə
3 – dar pedaqoji mənada tərbiyə
4 – daha dar mənada tərbiyə
a- Xüsusi tərbiyə işi nəzərdə tutulur
b- Insanı əhatə edən bütün varlığın ona təsiri nəzərdə tutulur
c- Təhsil – tərbiyə prosesini əhatə edən geniş pedaqoji fəaliyyət nəzərdə tutulur
d- Insanda müəyyən əxlaqi keyfiyyətin formalaşması nəzərdə tutulur
A) 1 – b; 2 – c; 3 – a; 4 – d
B) 1 – c; 2 – b; 3 – d; 4 – d
C) 1 – a; 2 – b; 3 – d; 4 – c
D) 1 – d; 2 – a; 3 – b; 4 – c
E) 1 – b; 2 – d; 3 – b; 4 – c
17. Pedaqogikanın müxtəlif yaşda və müxtəlif sosial kateqoriyalara aid insanların
tərbiyəsi və təhsil məsələlərini öyrənən sahəsi:
9
A) sosial pedaqogika
B) peşə pedaqogikası
C) müqayisəli pedaqogika
D) hərbi pedaqogika
E) defektologiya
18. Pedaqogika elminin sahələrini seçin.
1 – Məktəbəqədər pedaqogika
2 – Antropologiya
3 – Xüsusi pedaqogika
4 – Pedaqoji psixologiya
5 – Ali məktəb pedaqogikası
6 – Pedaqogika tarixi
7 – Məktəb gigiyenası.
A) 1; 3; 5; 6
B) 1; 2; 3; 4
C) 2; 4; 5; 7
D) 1; 2; 4; 6
E) 3; 4; 5; 7
19. Xüsusi pedaqogikanın sahələrini seçin.
1 – Etnopedaqogika
2 – Surdopedaqogika
3 – Pedaqoji psixologiya
4 – Tiflopedaqogika
5 – Sosial pedaqogika
6 – Oliqotren pedaqogika
7 – Zoqopediya.
A) 2; 4; 6; 7
10
B) 1; 2; 3; 4
C) 3; 4; 5; 7
D) 4; 3; 2; 5
E) 3, 2, 1, 6
20. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən
edin.
1 – Məktəb pedaqogikası
2 – Xüsusi pedaqogika (Defektologiya)
3 – Müqayisəli pedaqogika
4 – Pedaqogika tarixi
a – Kütləvi məktəblərdə təlim – tərbiyə işinin nəzəri və praktik məsələlərini öyrənir;
b – bəşər cəmiyyəti yaranandan bəzi tərbiyənin və məktəblərin yaranması və inkişafı
məsələlərini öyrənir;
c – müxtəlif təhsil sistemlərinin ümumi və fərqli cəhətlərini öyrənir;
d – fiziki və psixi cəhətdən nöqsanlı uşaqların təlim – tərbiyəsi məsələlərini öyrənir.
A) 1 – a; 2 – d; 3 – c; 4 – b
B) 1 – b; 2 – a; 3 – b; 4 – c
C) 1 – d; 2 – b; 3 – a; 4 – c
D) 1 – c; 2 – d; 3 – c; 4 – b
E) 1 – b; 2 – c; 3 – a; 4 – d
21. Pedaqogikanın daha çox əlaqəli olduğu elm sahələrini göstərin.
1 – Psixologiya
2 – Riyaziyyat
3 – Anatomiya və fiziologiya
1 – – İqtisadiyyat
5 – Məktəb gigiyenası.
A) 1; 3; 5
11
B) 1; 2; 3
C) 3; 4; 5
D) 2; 3; 4
E) 1; 4; 5
##num=2// level= 1// sumtest=21 // name= Pedaqoji elmlər sistemi. Elmlər sistemində
pedaqogikanın yeri və rolu //
1. Pedaqoji elmlər sisteminin yaranmasına səbəb:
A) Pedaqogika elminin inkişafı
B) Pedaqogikanın inteqrasiyası
C) Pedaqogikanın predmetinin qeyri – müəyyənliyi
D) Digər elmlərin pedaqogikaya təsiri
E) Pedaqogikanın digər elmlərlə əlaqəsi
2. Pedaqogika elminin sahələrini seçin
1 – Məktəbəqədər pedaqogika
2 – Antropologiya
3 – Xüsusi pedaqogika
4 – Pedaqoji psixologiya
5 – Ali məktəb pedaqogikası
6 – Pedaqogika tarixi
7 – Məktəb gigiyenası
A) 1; 3; 5; 6
B) 1; 2; 3; 4
C) 2; 4; 5; 7
D) 1; 2; 4; 6
E) 3; 4; 5; 7
3. Pedaqogikanın daha çox əlaqəli olduğu elm sahələri:
1 – Psixologiya
12
2 – Sosiologiya
3 – Anatomiya və fiziologiya
4 – Estetika
5 – Məktəb gigiyenası
A) 1; 3; 5
B) 1; 2; 3
C) 3; 4; 5
D) 2; 3; 4
E) 1; 4; 5
4. Xüsusi pedaqogikanın sahələrini seçin
1 – Etnopedaqogika
2 – Surdopedaqogika
3 – Pedaqoji psixologiya
4 – Tiflopedaqogika
5 – Sosial pedaqogika
6 – Oliqofren pedaqogika
7 – Loqopediya
A) 2; 4; 6; 7
B) 1; 2; 3; 4
C) 3; 4; 5; 7
D) 4; 3; 2; 5
E) 1; 3; 4; 6
5. Xüsusi pedaqogikanın sahələrinin ardıcıllığını müəyyən edin.
1 – Loqopediya;
2 – Surdopedaqogika;
3 – Oliqofrenpedaqogika;
4 – Tiflopedaqogika
13
A) 2; 4; 3; 1
B) 1; 2; 3; 4
C) 3; 4; 2; 1
D) 4; 3; 1; 2
E) 1; 3; 2; 4
6. Pedaqoji elm sahələrinin ardıcıllığını müəyyən edin
1 – Ali məktəb pedaqogikası
2 – Məktəbəqədər pedaqogika
3 – Məktəb pedaqogikası
4 – Peşə təhsili pedaqogikası
5 – Orta ixtisas təhsili pedaqogikası
A) 2; 3; 4; 5; 1
B) 1; 2; 3; 4; 5
C) 2; 3; 4; 1; 5
D) 3; 4; 5; 6; 1
E) 5; 4; 3; 2; 1
7. Xüsusi pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu
müəyyən edin
1 – surdo pedaqogika
2 – tiflopedaqogika
3 – oliqofrenpedaqogika
4 – loqopediya
a – nitqi qüsurlu uşaqların təlim – tərbiyəsindən bəhs edir
b – əqli cəhətdən geri qalmış uşaqların təlim – tərbiyəsindən bəhs edir;
c – kor uşaqların tərbiyəsindən bəhs edir;
d – lal – kar uşaqların təlim – tərbiyəsindən bəhs edir
A) 1 – d; 2 – c; 3 – b; 4 – a
14
B) 1 – a; 2 – b; 3 – a; 4 – c
C) 1 – b; 2 – d; 3 – a; 4 – b
D) 1 – a; 2 – c; 3 – d; 4 – b
E) 1 – c; 2 – d; 3 – b; 4 – a
8. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən edin
1 – Məktəb pedaqogikası
2 – Xüsusi pedaqogika (Defektologiya)
3 – Müqayisəli pedaqogika
4 – Pedaqogika tarixi
a – Kütləvi məktəblərdə təlim – tərbiyə işinin nəzəri və praktik məsələlərini öyrənir
b – bəşər cəmiyyəti yaranandan bəri tərbiyənin və məktəblərin yaranması və inkişafı
məsələlərini öyrənir
c – müxtəlif təhsil sistemlərinin ümumi və fərqli cəhətlərini öyrənir
d – fiziki və psixi cəhətdən nöqsanlı uşaqların təlim – tərbiyəsi məsələlərini öyrənir
A) 1 – a; 2 – d; 3 – c; 4 – b
B) 1 – b; 2 – a; 3 – b; 4 – c
C) 1 – d; 2 – b; 3 – a; 4 – c
D) 1 – c; 2 – d; 3 – c; 4 – b
E) 1 – b; 2 – c; 3 – a; 4 – d
9. Xüsusi pedaqogikanın sahələri və onların mahiyyəti arasında uyğunluğu müəyyən
edin
1 – Surdopedaqogika
2 – Tiflopedaqogika
3 – Oliqofrenpedaqogika
4 – Loqopediya
a – əqli inkişafında gerilik olan uşaqların təlim – tərbiyəsinin qanunauyğunluqlarını
öyrənir
b – kor və zəifgörən uşaqların təlim – tərbiyəsi məsələlərini öyrənir
15
c – lal – kar uşaqların təlim – tərbiyəsi məsələlərini öyrənir
d – nitqi qüsurlu uşaqların təlim – tərbiyəsini öyrənir
A) 1 – c; 2 – b; 3 – a; 4 – d
B) 1 – a; 2 – c; 3 – b; 4 – d
C) 1 – b; 2 – c; 3 – d; 4 – a
D) 1 – d; 2 – a; 3 – c; 4 – d
E) 1 – a; 2 – d; 3 – a; 4 – c
10. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən
edin
1 – Sosial pedaqogika
2 – Peşə pedaqogikası
3 – Xüsusi pedaqogika
a – konkret peşə fəaliyyətlərinin qanunauyğunluqlarını və xüsusiyyətlərini öyrənir
b – müxtəlif yaşlı və müxtəlif sosial kateqoriyalalra mənsub insanların tərbiyəsi və
təhsili məsələlərini öyrənir
c – fiziki cəhətdən qüsurlu uşaqların təlim – tərbiyəsi məsələlərini öyrənir
A) 1 – b; 2 – a; 3 – c
B) 1 – a; 2 – b; 3 – c
C) 1 – c; 2 – a; 3 – b
D) 1 – a; 2 – c; 3 – b
E) 1 – c; 2 – b; 3 – a
11. Uyğunluğu tapın:
1 – “Defektologiya”nın tərkib hissəsidir
2 – Təhsil sisteminin son yüksək pilləsi olan tədris müəssisələrində təlim prosesinin
spesifik xüsusiyyətlərini öyrənir
3 – Peşə pedaqogikasının vəzifəsidir
a – Ali məktəb pedaqogikası
b – Surdopedaqogika
16
c – Konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını və xüsusiyyətlərini öyrənir
A) 1 – b; 2 – a; 3 – c
B) 1 – a; 2 – b; 3 – c
C) 1 – c; 2 – a; 3 – b
D) 1 – a; 2 – c; 3 – b
E) 1 – c; 2 – b; 3 – a
12. Metodologiya . . . təşkilinin prinsip, forma və metodları haqqında təlimdir:
A) idrak fəaliyyətinin
B) əxlaq tərbiyəsinin
C) sosioloji tədqiqatların
D) tərbiyəvi işlərin
E) mənəviyyat məsələlərinin
13. Metodoloji biliklərin səviyyəsini müəyyən edin.
1 – İdraki səviyyə
2 – Fəlsəfi (ümumi elmi) səviyyə
3 – Bioloji səviyyə
4 – Konkret elmi səviyyə
5 – Texnoloji səviyyə
A) 2; 4; 5
B) 1; 2; 3
C) 2; 4; 5; 7
D) 2; 3; 4
E) 1; 3; 5
14. Pedaqoji tədqiqatların komponentləri ardıcıllığı:
A) predmeti, vəzifələri, metodları, vasitələri , texnologiyası
B) idrak nəzəriyyəsi, aktuallığı, metodları
C) obyekti, yeniliyi, tətbiqi
17
D) texnologiyası , vasitələri, predmeti
E) tətbiqi, metodları, vəzifələri, predmeti
15. Pedaqoji tədqiqatın komponentlərinin ardıcıllığını müəyyən edin:
1 – metodlar
2 – predmeti
3 – vasitələri
4 – vasitələri
5 – texnologiyası
A) 2; 4; 1; 3; 5
B) 1; 2; 3; 4; 5
C) 3; 4; 5; 2; 1
D) 4; 5; 3; 2; 1
E) 5; 3; 4; 1; 2
16. İstiqamətlərinə görə pedaqoji tədqiqatların növlərini müəyyən edin.
1 – Elmi
2 – Fundamental
3 – Əməli
4 – Tətbiqi
5 – İşləmələr
A) 2; 4; 5
B) 1; 2; 3
C) 2; 3; 4
D) 3; 4; 5
E) 1; 3; 5
17. Pedaqoji tədqiqatların istiqamətləri və onların mahiyyəti arasında uyğunluğu
müəyyən edin.
1 – Fundamental tədqiqatlar
18
2 – Tətbiqi tədqiqatlar
3 – İşləmələr.
a – pedaqoji prosesin ayrı – ayrı tərəflərini dərindən öyrənmək və pedaqoji prosesin
qanunauyğunluqlarını aşkara çıxarmağa xidmət edir;
b – konkret elmi – praktik tövsiyələri əsaslandırmaqdır;
c – ümumiləşdirilmiş konsepsiyaların işlənib hazırlanmasıdır.
A) 1 – c; 2 – a; 3 – b
B) 1 – a; 2 – c; 3 – b
C) 1 – b; 2 – a; 3 – c
D) 1 – c; 2 – b; 3 – a
E) 1 – a; 2 – b; 3 – c
18. Müsahibənin növlərini göstərin.
1 – qarşılıqlı müsahibə;
2 – ümumi müsahibə;
3 – müəyyən problem üzrə aparılan müsahibə;
4 – kollektiv müsahibə;
5 – qabaqcadan müəyyən olunmuş suallar üzrə müsahibə;
6 – intervü.
A) 2; 3; 5; 6
B) 1; 2; 3; 4
C) 3; 2; 4; 5
D) 3; 4; 5; 6
E) 4; 5; 6; 1
19. Pedaqoji eksperimentin mərhələlərinin ardıcıllığını müəyyən edin:
1 – Yoxlayıcı eksperiment;
2 – Müəyyənedici eksperiment;
3 – Yaradıcı – dəyişdirici eksperiment.
19
A) 2; 3; 1
B) 1; 2; 3
C) 1; 3; 2
D) 2; 1; 3
E) 3; 2; 1
20. Pedaqoji eksperimentin mərhələləri və onların mahiyyəti arasındakı uyğunluğu
müəyyən edin.
1 – Müəyyənedici eksperiment;
2 – Yaradıcı – dəyişdirici eksperiment;
3 – Yoxlayıcı eksperiment.
a – sınaqdan keçirilmiş metodika nəticəsində alınan nəticələrin düzgünlüyünü
dəqiqləşdirmək;
b – problemlə bağlı məktəb təcrübəsindəki vəziyyəti üzə çıxarmaq;
c – irəli sürülmüş fərziyyənin konkret həlli metodikasını hazırlayıb tətbiq etmək.
A) 1 – b; 2 – c; 3 – a
B) 1 – a; 2 – b; 3 – c
C) 1 – c; 2 – a; 3 – b
D) 1 – a; 2 – c; 3 – b
E) 1 – c; 2 – b; 3 – a
21. Müəllim və şagirdlərin fəaliyyətini xüsusi təşkil etməklə irəli sürülən fərziyyənin
düzgünlüyünü öyrənmək və yoxlamaq hansı tədqiqat metodu vasitəsilə həyata
keçirilir?
A) Pedaqoji eksperiment
B) İnduktiv və deduktiv
C) Modelləşdirmə
D) Məktəb sənədlərinin öyrənilməsi
E) Sosioloji tədqiqat metodları
Paylaşıldı Pedoqogika və Psixologiya, Testlər və suallar
Təhsilin məzmunu
Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində öyrənmək üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən ayrılmazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaşdırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazırlamaq ümumi təhsilin məzmunun əsasını təşkil edir.Məzmun təhsilin məqsədlərini həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və həm də
ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks etdirir. Məzmunun formalaşdırılmasını, onun müxtəlif tipli və səviyyəli tədris müəssisələrinin proqramlarına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir. Başqa sistemlərdən asılı olan, onlardan törəyən məzmun bir sistem kimi çətin formalaşır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji mübarizə mövzusu olmuşdur. Qeyd edək ki, həmişə bir-birinə zidd qüvvələr məktəbə və onun vasitəsilə bütün cəmiyyətə təsir etməyə cəhd göstərmişdir. Bu amil daimi xarakter daşıdığından təhsilin məzmunun formalaşmasının qanuna -uyğunluqlarından biri hesab edilir. Təhsilin məzmununun formalaşmasını şərtləndirən sistemlər içərisində qəbul olunmuş məqsədlər, sosial tələbatlar, sosial və elmi nailiyyətlər, şəxsi tələbatlar, pedaqoji imkanlar və s. seçilir.Sosial və şəxsi tələbatlar sistemi məqsədlər sistemi ilə qırılmaz surətdə bağlıdır Təhsil yeni məktəb quruculuğunun indiki mərhələsində demokratik
dövlətin yaradılmasının, onun mədəni və mənəvi intibahının, bazar münasibətlərinin təşəkkülünün, elm və texnikanın inkişafının əsasında durmalıdır.Təhsildə ictimai və şəxsi maraqları necə birləşdirmək problemi həll olunmalıdır,yəni bir tərəfdən ictimai tələbatlar ödənilməli, o biri tərəfdən isə təhsil hər bir insan üçün zəruri və cəlbedici olmalıdır. Məktəb təhsilinin məzmununu formalaşdırmaq üçün ənənəvi olaraq sosial və elmi nailiyyətlər sistemi böyük əhəmiyyət kəsb edir. Təhsilin məzmununda elmi nailiyyətlərin implikasiyası (tətbiqi) sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana
gəlməsi ilə onun məktəbdə sistemli öyrənilməsi arasındakı vaxt müddəti durmadan azalır. Pedaqoji imkanlar sistemi təhsilin məzmununa məlumatların daxil olmasına yol vermək və ya ona qadağa qoymaq rolunu oynayan tənzimləyicidir. Başa düşmək, anlamaq, mənimsəmək üçün müəyyən inkişaf səviyyəsi lazımdır.Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tələblər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur. Təhsilin məzmununda iki aspekt gözlənilir: milli və ümum-bəşəri. Məktəb təhsilinin məzmununun müəyyənləşdirilməsinin ümumi əsasları bunlardır: humanistləşdirmə, diferensiallaşdırma, inteqrasiyalaşdırma, yeni informasiya texnologiyalarınıngeniş tətbiqi, yaradıcı şəxsiyyətin formalaşdırılması.Tədris prosesinin məz-munu bir sistem kimi müxtəlif strukturda təqdim edilə bilər. Strukturun elementləri ayrı-ayrı biliklər və ya onların elementləridir. Hazırda təhsilin məzmununun xətti , konsentrik, spiralvari və qarışıq strukturları geniş yayılmışdır. Xətti strukturda tədris
materialının ayrı-ayrı hissələri bir-biri ilə sıx əlaqədə, fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öyrədilir. Bu strukturu əsas götürəndə ardıcıllıq, tarixilik, sistemlilik, müvafiqlik tələblərinə riayət etmək lazımdır. Konsentrik struktur əvvəl öyrənilən biliklərə qayıtmağı nəzərdə tutur. Eyni bir material bir neçə dəfə təkrar olunur, həm də materialın məzmunu yavaş-yavaş genişlənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zənginləşir. Təlimin ilk mərhələlərində elementar təsəvvürlər verilir, biliklər və idraki imkanlar artdıqca onlar dərinləşdirilir və genişləndirilir. Spiralvari strukturun xarakterik xüsusiyyəti odur ki, burada şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoymur, onunla bağlı olan biliklərin dairəsini yavaş-yavaş, tədricən genişləndirir və dərinləşdirirlər. Spiralvari strukturda konsentrik və biliklərin bir dəfə öyrənilməsi də baş vermir, onların daha geniş öyrənil-məsi davam edir. Qarışıq strukturun imkanlarından daha çox istifadə olunur. Bu struktur xətti, konsentrik və spiralvari struk-turların kombinasiyasıdır. Bu kombinasiya təhsilin məzmununu təşkil edən zaman manevr etməyə, onun ayrı-ayrı hissələrini müxtəlif yollarla ifadə etməyə kömək edir.
Təhsilin məzmununun strukturunu seçən zaman təlimin məqsədi, şagirdlərin oxuma (öyrənmə) səviyyəsinə verilən tələblər, öyrənilən biliklərin xarakteri və xüsusiyyətləri, məzmununun ünvanlandığı şagird qruplarının xüsusiyyətləri nəzərə alınır. Burada daha bir məsələyə diqqət çəkmək istərdik. Təhsilin məzmunun gərəksiz informasiya maksimallığından qorunması çox vacibdir. Beyini həddindən artıq gərəksiz biliklə yükləmək sərbəst düşüncəyə ən böyük zərbədir. Sərbəst düşüncə isə passiv hafizədən fərqli olaraq elmi vəcdlə, yaradıcılıq ehtirası ilə müşayiət olunur. Leonardo da Vinçi demişkən, “elmlə ehtirassız məşğul olmaq
hafizəni zibilləyir”. Çünki, soyuq hafizə gücünə başqasından hazır şəkildə alınmış biliklər əslində cansız biliklərdir və onları “həzm etmək” mümkün deyil. Təsadüfi deyildir ki, B.Franklin də təhsildən danışarkən “bütün yeyilənlərin” yox, ancaq
həzm olunan hissənin faydalı olduğunu yada salırdı. Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu
və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada nisbətən az informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə budur ki, onlar “cansız biliyin” inkişafa xidmət etmədiyini çoxdan bilirlər.Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir: ya yeni biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunur . Cansız bilik isə başqalarının təfəkkürünün məhsulu olmaqla, ancaq nitq qəlibinə salındıqdan sonra hazır şəkildə qəbul edildiyindən, bir təfəkkür aktı yox, bir hafizə aktı kimi mövcud olur və ancaq informasiya kimi dəyərə malik olur. Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı
nəzəri və əməli fəaliyyət üçün təməl olur. Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin hazır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəyyən edilmiş
qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan göstəriş gözləməsi sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. L.Kant “Maariflənmə nədir, – sualına cavab” əsərində yazır: “Maariflənmə – insanın qeyri-yetkinlik halından çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur. Öz təqsiri üzündən qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin çatışmazlığıdır” . Bu gün Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması, hər kəsə öz ağlı ilə çalışmaq imkanının yaradılmasıdır.
Etiraf edək ki, biz uzun illər təcrübəmizdə hansı bilik, nə qədər bilik verilməsi ilə bağlı yanlışlıqlara yol vermişik. Halbuki təhsilin baş məqsədi bilikləri şagirdə hazır şəkildə vermək yox, bilikləri zəruri minimum həcmdə olmaqla onun şəxsi düşüncəsinin məh-suluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yaratmaqdır.Başqa sözlə, təhsilin məqsədi məhz bu mühiti yaratmaqdır.Həddindən çox informasiyanı şagirdlərə yaradıcı düşüncənin məhsulu olaraq çatdırmaq olmaz. Müəllimin real səviyyəsi, şagirdin imkanları ilə onların üzərinə qoyulan yük arasında uyğunsuzluq olmamalıdır. Tələb olunan zəruri minumum
olmalıdır ki, müəllim şagirdlərin biliklərə yiyələnməsi prosesini fəal, şüurlu, imkan daxilində maksimum müstəqil və yaradıcı proses kimi təşkil etməyi bacarsın. Bu halda bilik praktik fəaliyyətin əsası kimi fəal düşüncə prosesində formalaşar və
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir
6.5. Pedaqoji prosesin mərhələləri
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji proseslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prosesin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait yaradılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məqsədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının planlaşdırılması və s.
Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil sisteminin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çevirmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sistemi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və planlaşdırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaqnostikasız müəyyən etmək mümkün deyil. Pedaqoji diaqnostika pedaqoji prosesin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparılan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail olmağa kömək və ya mane ola biləcək səbəblər haqqında aydın təsəvvür əldə etməkdir. Diaqnostika prosesində pedaqoq və şagirdlərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, prosesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün informasiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nəticələri proqnozlaşdırılır. Proqnozlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proqnozlaşdırma mürəkkəb metodikalarla həyata keçirilir. Pedaqoqlar pedaqoji prosesin az səmərəli olacağını və ya arzuolunmaz nəticələrə gətirib çıxaracağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .
Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sistemlərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı elementləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən olunması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; pedaqoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əlverişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji prosesin digər proseslərlə əlaqəsini təmin etmək. Pedaqoji prosesin səmərəliliyi bu elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onların istiqamətinin və praktik həyata keçirilməsinin ümumi məqsədə və bir-birinə zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mərhələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzimləyən sistemdir, çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə imkanına malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nəticə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi təhlil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şərtidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəlmirsə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-yən etmək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-tikasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Belə proses şagirdlərin vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir.
6.6. Pedaqoji prosesin texnoloji əsasları
ASE-də belə göstərilir: “Texnologiya yunan sözü olub (yunanca techno – sənət, ustalıq, bacarıq, logos isə elm-nəzəriyyə mənalarını verir), istehsal prosesində hazır məhsul almaq üçün işlədilən xammal, material və yarımfabrikatların emalı, hazırlanması, aqreqat halının xassələrinin, formasının dəyişdirilməsi metodlarının məcmusu başa düşülür” 1 .
Aparılan təcrübələrin nəticəsi kimi belə bir fikir formalaşmışdır ki, ümumtəhsil sisteminin inkişaf istiqamətlərinin baş strategiyası şagird şəxsiyyətinin diqqət mərkəzində dayanmasından, təhsil prosesində pedaqoqun, psixoloqun şagirdə münasibətini dəyiş-məsindən, şagirdi mərkəzdə duran subyekt kimi görməsindən iba-rətdir. Heç də təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə təhsil “şagird – dərslik – müəllim” sistemində qurulmuşdur. Bu baxımdan aparılan tədqiqat işləri, öyrənilən qabaqcıl təcrübələr ilk növbədə təlim-tərbiyə prosesinin təşkilati-struktur vahidi olan dərsin keyfiyyətinin yüksəldilməsinə, dərsə verilən yeni tələblərin həyata keçirilməsinə yönəlməlidir. Dərsin yeniləşməsi yeni texnologiyaların prosesə tətbiqindən əsaslı surətdə asılıdır .
Tədris prosesində texniki vasitələrdən istifadə zəminində əvvəlcə təlimin texnologiyası anlayışı yaranmış, bu yanaşma tərbiyə sahəsinə nüfuz etmiş, getdikcə pedaqogikaya pedaqoji texnologiya kimi daxil olmuşdur. Ümumiyyətlə, pedaqoji texnologiya mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin layihələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir. V.T.Lixaçova görə, pedaqoji texnologiya təlim-tərbiyə vasitələrinin pedaqoji-psixoloji quruluşunun forma, metod, üsul və yollarının məcmusu olub pedaqoji prosesin təşkilati metodik alətidir. V.P.Bespalko pedaqoji texnologiyanı tədris prosesinin reallaşdırılmasının texniki məzmunu hesab edir. İ.P.Volxov pedaqoji texnologiya təlimdə əldə olunmuş yüksək nəticələri planlaşdırma prosesinin təsviri kimi baxır. V.M.Monaxov isə pedaqoji texnologiyaya təlim prosesinin layihələndirilməsi, təşkili və həyata keçirilməsində birgə pedaqoji fəaliyyətin bütün detalları ilə hazırlanmış modeli kimi yanaşır. Burada müəllim və şagirdlər üçün komfort şəraitin yaradılmasının zəruri olduğunu qeyd edir.
Pedaqoji təcrübədə və tədris metodik ədəbiyyatda bəzən, pedaqoji texnologiya sistem anlayışının sinonimi kimi işlədilir və bu anlayışlar bəzən eyniləşdirilir. Sistem anlayışı texnologiya anlayışına nisbətən daha geniş məna daşıyır. Pedaqoji sistem öz daxilində çoxlu sayda texnologiyaları birləşdirir. İstənilən texnologiyaya sistem kimi baxılsa da, istənilən pedaqoji sistemə ayrıca texnologiya kimi baxmaq olmaz. Sistem anlayışı çox vaxt baxılan prosesin statistik, struktur xarakteristikası kimi istifadə olunursa, texnologiya həmin prosesdə subyekt və obyektin fəaliyyətində zaman və məkan daxilində gedən dəyişikliklərin, onların funksiyalarının müəyyən edilməsi və qabaqcadan planlaşdırılmış məqsədlərin yerinə yetirilməsinin təmin olunması üçün istifadə olunur.
Pedaqogikaya texnologiya ideyasının gətirilməsinin əleyhdarları belə hesab edirlər ki, pedaqoji proses yaradıcı prosesdir, odur ki, onu texnoloji proses hesab etmək olmaz, məharət, ustalıq intuisiyaya əsaslandığı halda texnologiya elmə əsaslanır. Hər şey ustalıqla başlayır, texnologiya ilə başa çatır.
Tədqiqatçılar pedaqoji texnologiyaların kütləvi tətbiqinin XX əsrin 60-cı illərindən başlandığını qeyd edirlər. Bu proses əvvəlcə Amerika, sonra isə Avropa məktəblərində həyata keçirilən islahatlarla bağlı olmuşdur.
Hazırda pedaqoji texnologiyalara insanşünaslıq texnologiyalarının bir növü kimi baxırlar. Pedaqoji texnologiyalar psixodidaktika, sosial psixologiya, kibernetika, idarəetmə və menecment (menecment sosial proseslərin, o cümlədən, təhsil prosesini idarəetmə üzrə prinsip, metod, forma və vasitələrin məcmusudur) nəzəriyyələrinə əsaslanır. İlk vaxtlar bir çox pedaqoqlar təlim texnologiyası ilə öy-rədici və pedaqoji texnologiya arasında fərq görmürdülər. “Pedaqoji texnologiya” termini təlimə uyğun olan bir sistem kimi işlədilirdi. Texnologiya isə texniki vasitələrin köməyi ilə aparılan təlim kimi başa düşülürdü. Hazırda pedaqoji texnologiya dedikdə, müəllimin pedaqoji vəzifələri həll etməyə yönəldilmiş ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyəti başa düşülür. Başqa sözlə desək, pedaqoji texnologiya qabaqcadan planlaşdırılmış pedaqoji prosesi planauyğun və ardıcıl olaraq praktikada həyata keçirməkdir.
Pedaqoji prosesdə texnologiya – nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir. Eyni zamanda, texnologiya təlim-tərbiyə prosesinin paradiqmalarını müəyyənləşdirən elə alqoritmlər sistemidir ki, onun tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir, təlim prosesinin layihələşdirilməsi, mərhələli diaqnostikasını, idarəçilik baxımından nəticələri korrektə etməyə imkan verir. Belə yanaşmada pedaqoji və təlim texnologiyaları anlayışı müəyyən mənada bir-birini tamamlasa da, tədris prosesi pedaqoji aspektlərdən başqa müxtəlif sosial, sosial-siyasi, idarəetmə, psixo-pedaqoji, tibbi-pedaqoji, iqtisadi, mədəni və digər aspektləri də özündə birləşdirdiyindən, “təlim texnologiyası” (təhsil sferasında texnologiya) anlayışının tutumu, “pedaqoji texnologiya” (pedaqogika sahəsində texnologiya) anlayışının tutumuna nisbətən fərqlidir. Eyni zamanda pedaqoji proses ənənəvi olaraq kamil insanın for-malaşması üçün həm təlim, tərbiyə, həm də inkişaf sahələrini əhatə etdiyindən pedaqoji texnologiya təhsilin bütün sahələrinə (məktəbəqədər, orta, ali məktəb, androqogika, ailə, xüsusi, korreksiyaedici, sənaye, sosial və s.) nüfuz edir. Təhsildə texnoloji yanaşma tədris prosesini demokratik prinsiplər əsasında idarə etməyə imkan verməklə bərabər təlim məqsədlərinin yüksək səviyyədə yerinə yetiril-məsinə zəmanət verən fəaliyyət sistemidir .
- metatexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahəsində sosial siyasəti həyata keçirməyə imkan verən ümumpedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır. Belə texnologiyalara misal olaraq inkişafetdirici təlim texnologiyalarını, regionlarda təlim keyfiyyətinin idarə olunması və konkret məktəbdə tərbiyə işinin təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar.
- makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya hər hansı təhsil sahəsini, təlim-tərbiyə prosesinin müəyyən istiqamətini, ümumpedaqoji və ümummetodiki səviyyədə fənnin tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir. Belə texnologiyalara misal olaraq ayrı-ayrı fənlərin tədrisi texnologiyalarını, bərpaedici təlim texnologiyalarını göstərmək olar.
- mezotexnologiya və ya lokal-modul texnologiya təlim-tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik, metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlı mə-sələləri həll etmək üçün tətbiq olunan texnologiyadır. Belə texnologiyalara misal olaraq təlim-tərbiyə prosesində ayrı-ayrı fəaliyyət sahələri, verilmiş mövzunun öyrənilməsi, dərsin gedişi, materialın mənimsənilməsi, təkrar olunması və keyfiyyətə nəzarətin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
- mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasındakı operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraq yazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris prosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası üçün treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
Pedaqoji proses müəyyən prinsiplər sistemi üzərində qurulur, Pedaqoji texnologiya isə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi ilə bağlı xarici və daxili təsirlərin məcmusudur. Burada müəllim şəxsiyyəti özünü tamamilə təzahür etdirir. Pedaqoji texno-lo-giyaların tədris və tərbiyə işinin metodikasından fərqi də bundan ibarətdir.
Pedaqoji texnologiyalar təlim texnologiyaları və tərbiyə texnologiyaları kimi təqdim oluna bilər. Bu texnologiyaların ən əsas əlamətləri aşağıdakılardır:
1. Texnologiya konkret pedaqoji plan üçün işlənib hazırlanır. Məsələn, biliklərin verilməsi prosesinin texnologiyası, şəxsiyyətin inkişafı texnologiyası və s.
2. Pedaqoji işlərin, əməliyyatların, kommunikasiyaların texnoloji ardıcıllığı ciddi surətdə məqsədəuyğun olaraq düzülür.
3. Texnologiya müəllimlə şagirdin qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Bu fəaliyyət fərdiləşdirmə və diferensiallaşdırma prinsiplərini, insani və texniki imkanları, dioloji ünsiyyəti nəzərə almaqla, optimal şəkildə həyata keçirir.
4. Pedaqoji texnologiyanın elementləri hər bir müəllim tərəfindən bir tərəfdən təkrar olunmalı, digər tərəfdən planlaşdırılan nəticələrə (dövlət standartlarına) bütün şagirdlərin nail olmasını təmin etməlidir.
Pedaqoji texnologiya pedaqoji ustalıqla qarşılıqlı əlaqədardır. Pedaqoji texnologiyaya kamil yiyələnmək elə ustalığın özüdür. Digər tərəfdən, pedaqoji ustalıq pedaqoji texnologiyaya yiyələnməyin yüksək səviyyəsidir. Pedaqoqlar arasında belə bir fikir möhkəmlənmişdir: pedaqoji ustalıq sırf fərdidir, ona görə onu əldən-ələ vermək olmaz. Texnologiya ilə ustalığın qarşılıqlı əlaqəsi açıq-aydın göstərir ki, eyni bir texnologiya müxtəlif müəllimlər tərəfindən həyata keçirilə bilər.
Ümumi və pedaqoji texnologiyaları fərqləndirmək olar. Ümumi texnologiyalara aşağıdakılar aiddir: təlim prosesinin təşkili (qurulması) və həyata keçirilməsi texnologiyaları. Xüsusi texnologiyalara: şagirdlərin fəaliyyətinin pedaqoji stimullaşdırılması texnologiyası; stimullaşdırmanın nəticələrinə nəzarət və onu qiymətləndirmə texnologiyası; tədris situasiyasının təhlili; dərsin başlanmasının təşkili və s. aiddir.
Beləliklə, pedaqoji prosesi bir sistem kimi işləyib hazırlayanda və həyata keçirəndə onun bütün komponentlərinin üzvi birliyini (vəhdətini) təmin etməyə çalışmaq lazımdır. Çünki bu komponentdən birində baş verən dəyişiklik avtomatik olaraq o birilərində dəyişiklik əmələ gətirir. Metodikadan fərqli olaraq, pedaqoji texnologiya şagirdlərin fəaliyyətinin məzmunu və təşkili qaydalarını (üsullarını) işləyib hazırlamağı nəzərdə tutur.
Texnologiya və fənlərin tədrisi metodikası arasında olan əlaqələrin xüsusiyyətlərini də yeni yanaşmalar baxımından araşdırmaq çox əhəmiyyətlidir. Məlumdur ki, hər hansı fənnin tədrisi metodikası iki hissədən – xüsusi və ümumi metodikadan ibarətdir. Fənlərin tədrisi metodikasına, sahələr üzrə makrotexnologiya kimi baxsaq, ümumi metodika ümumdidaktik məzmuna malik olduğundan, ona metatexnologiya kimi baxmaq lazımdır. Ona görə də “Metatexnologiya – sahələr üzrə makrotexnologiya – mezatexnologiya (lokal – modul texnologiya)” məşhur “didaktika – ümumi metodika – xüsusi tədris metodikası” triadasının iyerarxik strukturunu müəyyənləşdirməyə imkan verir. Deməli, fənnin metodikası – öyrənənlərə tədris olunan fənnin məzmununun, onun qanun və qanunauyğunluqlarının öyrədilməsi və qazanılmış bilik və bacarıqların həyatda, əməli fəaliyyətdə tətbiqi üçün müvafiq vərdişlərin aşılanması, keyfiyyətli təlim-tərbiyə prosesinin təşkili üçün pedaqogika, psixologiya elmlərinin əsaslarından istifadə olunaraq tətbiq olunan xüsusi yanaşmalardır. Fənnin tədrisi metodikası, eyni zamanda müxtəlif formalı dərslərin və tədbirlərin təşkili və keçirilməsi metodikasını, şəxsiyyətin idraki qabiliyyətinin formalaşmasını, bilik, ba-carıq və vərdişlərin qazanılmasını, estetik və mənəvi, yaradıcılıq və şəxsin özünüidarəetmə keyfiyyətlərini, fiziki inkişafın təmin olunmasında tətbiq olunan xüsusi metodikaları da özündə birləşdirir. Belə müxtəlif yanaşmalar və baxışlar bəzən metodikanı texnologiyanın tərkibinə daxil etməyə, bəzən isə əksinə, hər hansı bir texnologiyanı tədris metodikasının tərkibinə daxil etməyə imkan verir. Məsələn, fizikada təcrübə xətalarının hesablanma metodikası laboratoriya işlərinin yerinə yetirilməsi prosesinin tərkibinə daxil edilsə də, laboratoriya işlərinin aparılması texnologiyasına həmin fənnin tədrisi metodikasının tərkib hissəsi kimi baxmaq lazımdır .
Pedaqoji texnologiya məktəblilərin şəxsiyyətinin inkişafına yönəldilmiş pedaqoji prosesə obyektiv nəzarəti tələb edir.
Pedaqoji prosesin təşkili texnologiyası prosesin müvəffəqiyyətlə keçməsinin həlledici şərtlərindən biridir. Buraya fəaliyyətin təhlili, diaqnostikası, proqnozun müəyyənləşdirilməsi və layihənin işlənib hazırlanması daxildir.
Pedaqoji prosesin təşkili texnologiyası özü bir-birilə vəhdətdə olan üç texnologiyadan ibarətdir:
- məzmunun yaradılması texnologiyası;
- maddi vasitələr texnologiyası;
- fəaliyyətin texnologiyası.
- informasiyanı vermək texnologiyası;
- tədris-idrak fəaliyyətinin və digər inkişafetdirici fəaliyyət
- şagirdlərin fəallığının stimullaşdırılması texnologiyası;
- pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası;
- pedaqoji prosesə cari nəzarətin həyata keçirilməsi
- pedaqoji prosesin nəticələrinin əvvəlcədən yüksək dəqiqliklə
Təhsil və tərbiyə texnologiyalarında iştirak edən bütün komponentlər – məqsəd, vəzifə, məzmun, metod, vasitə, forma – öz funksiyalarını daim müasirləşdirməyə möhtacdır. Məqsəd üç pilləlidir: məxsusi, ümumi, ən ümumi. Məxsusi və ümumi ən ümuminin həyata keçirilməsinə xidmət göstərir. Ona görə də onlar daha mütəhərrik olurlar. Vəzifə bir neçə toplanandan ibarətdir: 1) bilik, bacarıq və vərdişlər vermək; 2) təmiz əxlaqlı, saf mənəviyyatlı, ədalətli, səxavətli, sadə insanlar yetişdirmək; 3) böyüyən nəsli hərtərəfli, harmonik inkişaf etdirmək. Məzmun təhsil, tərbiyə prosesinin mayasıdır. Bunsuz yerdə qalan parametrlər öz əhəmiyyətini itirir. Onun seçilmə, düzülmə mexanizmi “Təhsil standartları” ilə müəyyənləşir. Metodlar əsasən məqsəd və vəzifənin yerinə yetirilməsini təmin edən ən zəruri, çoxşaxəli və çoxtərkibli komponentdir. Bun-ların seçilməsi, komplektləşdirilməsi və tətbiqi müvafiq qanunauy-ğunluqlarla həyata keçirilir. Vəzifələr , metodların yardımçıları məz-munun daha mükəmməl mənimsənilməsinə xidmət göstərən parametrdir. Forma, bütün parametrləri məqsədyönlü və səmərəli həyata keçirmək, təhsilin iqtisadi tərəfinin daha optimal istifadə modelini təmin etmək vəzifələrini yerinə yetirir. Formanın üç toplananı var: 1) idarəetmə forması; 2) təlim-tərbiyənin təşkili forması; 3) təlim-tərbiyə prosesinə nəzarət və qiymətləndirmə forması. Əsas parametrlərə daxil olan alt parametrlərin dəyişməsi ilə bütün sistemdə daim təkmilləşmə, yeniləşmə baş verir. Nəzərə almaq lazımdır ki, həyatda hər cür şeyin ölçüsü var. İnsanı təlim etməyin, ona tərbiyə verməyin başlıca amalı da bu ölçüləri onlara öyrətmək, həmin ölçülər çərçivəsində davranmaq bacarıqları formalaşdırmaqdır. Dahi Nizami demişdir:
“ Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.”
Bütün bu texnologiyaların məcmusu pedaqoji prosesin həyata keçirilməsi texnologiyasını təşkil edir. Bunların içərisində fəaliyyətin təşkili texnologiyası mərkəzi yer tutur. Əslində bu, pedaqoji prosesin fəaliyyətinin əsasında qoyulan niyyətin və layihənin reallaşdırılmasıdır.
Pedaqoji prosesi həyata keçirmə gedişində ona pedaqoji rəhbərliyi uşaqların müstəqilliyini, təşəbbüskarlığını və yaradıcılığını inkişaf etdirməklə üzvi surətdə uyğunlaşdırmaq lazımdır. Bu zaman müəllimlərin idarəedici təsirini və şagirdlərin özünüidarə fəaliyyətini əlaqələndirməyin rasional ölçüsünü tapmaq olduqca vacibdir. Pedaqoji prosesin gedişində möhkəm əks əlaqənin yaradılması müəllimlərin təşkilatçılıq fəaliyyəti ilə şagirdlərin özünüidarəsini korreksiya etmək üçün lazımdır. Bu əks əlaqə təhlilləndirici vəzifələri effektli həll etmək üçün zəruridir.
Texnoloji yanaşma təhsil sahəsində konseptual problemlərin və müxtəlif xarakterli layihələrin, pedaqoji, psixoloji, sosial məqsədlərin yerinə yetirilməsində və aşağıdakı problemlərin həllində yeni imkanlar açır:
– qazanılmış praktik təcrübənin elmi əsaslarla təhlili, sistemləşdirilməsi və ondan səmərəli istifadə olunmasında;
– təhsil, təlim-tərbiyə və sosial problemlərin kompleks həllində;
– şəxsiyyətin hərtərəfli inkişafını təmin edən əlverişli şəraitin yaradılmasında;
– təhsil sistemində effektivliyi təmin etmək üçün ehtiyatlardan səmərəli istifadə olunmasında;
– təlim prosesində təhsil alanlara təsir edən qeyri-normal halların azaldılmasında;
– sosial-pedaqoji problemlərin həlli üçün yeni texnoloji yanaşmaların, modellərin işlənilməsində və daha effektli metodların seçilməsində.
Yapon pedaqoqu T.Sakomotonun fikrincə, pedaqoji prosesdə texnoloji yanaşmalara pedaqogika, sosial pedaqogika, psixologiya, sosiologiya, politologiya, elm və təcrübənin digər sahələrində elmi yanaşmaları zənginləşdirərək onun inkişafını təmin edən və keyfiyyətli təlim-tərbiyə prosesinin qurulmasına şərait yaradan, təlim-tər-biyə prosesində təfəkkürün, idraki prosesin sistemli inkişafı kimi baxılmalıdır.
6.7. Pedaqoji ünsiyyətin texnologiyası
Pedaqoji ünsiyyətin texnologiyası texnologiyalar içərisində bəlkə də ən mürəkkəbidir. Ünsiyyət elmlərarası kateqoriyalar sırasına daxildir. O, fəlsəfə, sosiologiya, ümumi və sosial psixologiya, pedaqogika və digər elmlərdə geniş təmsil olunur. Həmin elmlər ünsiyyəti öz bilik sahələrinin vəzifələri və spesifikası ilə əlaqədar öyrənir.
Psixologiyada ünsiyyətə belə tərif verilir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədi ilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qa-rşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyətin predmeti başqa adamdan ibarətdir. K.Marks yazırdı ki, insan həmişə “başqa insan kimi ən böyük bir sərvətə. ” tələbat hiss edir. Ünsiyyət tələbatı insan tələbatları içərisində xüsusi yer tutur. L.S.Vıqotski ünsiyyət tələbatına uşağın inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Ən ümumi şəkildə ünsiyyət situasiyasının iki tipini fərqləndirmək olar. Onlara birgə fəaliyyətdə ünsiyyət və şəxsi (şəxsiyyətə məxsus) ünsiyyət deyilir. Ünsiyyət (S – S) fəaliyyətlə (S – O) ilə təsvir olunur. Onları qarşılıqlı əlaqədə belə təsvir etmək olar:
Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin obyekti ilə müəyyən olunur. Bu zaman birgə fəaliyyəti həyata keçirmək üçün yolların axtarılması ünsiyyətin əsas məqsədini təşkil edir.
Bir sıra hallarda isə insanlar bir-birinə birgə fəaliyyətin obyekti haqqında deyil, hər-hansı bir adam, onun münasibətləri haqqında informasiya verirlər. Bəzən adamın özü ünsiyyətin mövzusuna çevrilir: o başqalarına özü haqqında danışır. Adamların şəxsiyyətlərarası qarşılıqlı münasibətlərə aid müxtəlif hadisələri öz aralarında müzakirə etməsi hallarına da az təsadüf olunmur. Belə ünsiyyətə şəxsi ünsiyyət deyilir.
Şəxsi ünsiyyəti ən ümumi şəkildə belə təsvir etmək olar:
Burada S1 – haqqında danışılan, S2 – danışan, S3 – məlumat alan şəxsdir.
Müasir psixologiyada ünsiyyətin üç tərəfini – kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Ünsiyyət informasiya mübadiləsidir, ünsiyyət insanların bir-birini qavramasıdır, ünsiyyət qarşılıqlı təsirdir.
Fəaliyyətin psixoloji xarakteristikasını xatırlayaq: insanlar fəaliyyət prosesində işin məqsədini bir-birinə izah edir, ayrı-ayrı əməliyyatlarla bir-birini tanış edir, nöqsanları müəyyən edir, onları aradan qaldırmaq üçün məsləhətləşirlər. Bu prosesdə ünsiyyət ancaq və ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət edir .
Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi bütün mühitlərdə ikitərəfli və çoxtərəfli əlaqələri isti, tam anlaşıqlı və tam səmimi qurma bacarıqlarını özündə cəmləşdirən vacib insani keyfiyyət ünsiyyət mədəniyyətidir.
Ünsiyyət mədəniyyəti tərbiyəsi şəxsiyyətin yüksək ünsiyyət mədəniyyəti sahibi olmasına yönəldilmiş təlim-tərbiyə sistemidir. Böyüyən nəslin hər bir üzvü yüksək ünsiyyət mədəniyyəti tələb edən çox mürəkkəb münasibətlər sistemi daxilində fəaliyyət göstərəcəyinin qaçılmazlığını dərk etməli və bu tərbiyəyə yiyələnməlidir.
Pedaqoji ünsiyyətin səciyyəvi cəhəti bu fəaliyyətin məqsədi ilə müəyyən olunur.
Pedaqoji ünsiyyət pedaqoqlar və şagirdlər arasında qarşılıqlı fəaliyyətin məqsəd və məzmunundan irəli gələn çoxplanlı prosesdir. O, kommunikasiyanın, qarşılıqlı anlaşmanın və qarşılıqlı təsirin yaradılması və inkişafı ilə xarakterizə olunur.
Göründüyü kimi, pedaqoji ünsiyyət təhsil prosesində mürəkkəb və çoxplanlı xarakter daşıyır. Pedaqoji ünsiyyətdə müəllimin və şagirdlərin “normativ statusu” əks olunur. Onların məzmunu nizamnamə sənədləri, tədris planları və proqramları ilə müəyyən olunur. Bu mənada, pedaqoji ünsiyyət müəllimlərin şagirdlərlə qarşılıqlı təsirinin sosial-normativ formalarıdır. “Müəllim-şagird” pedaqoji sistemi müəyyən mədəni bilik kimi çıxış edir. Burada sosial əhəmiyyəti olan davranış normalarının yerinə yetirilməsi böyük rol oynayır.
Pedaqoji fəaliyyətin məhsuldarlığı müəllimin pedaqoji texnologiyaya yiyələnməsi səviyyəsindən çox asılıdır. Pedaqoji praktikanın təhlili göstərir ki, təlim, təhsil, tərbiyə vəzifələrinin həllində yaranan bir çox ciddi çətinliklər müəllimin uşaqlarla ünsiyyəti düzgün qura bilməməsi nəticəsində əmələ gəlir. Ona görə də hər bir müəllimin qarşısında pedaqoji ünsiyyətin texnologiyasına yiyələnmək vəzifəsi durur. Uşaqlarla ünsiyyət prosesində pedaqoji yaradıcılıq, pedaqoji yaradıcılıq prosesində uşaqlarla ünsiyyət müəllimin peşə fəaliyyətinin spesifik xarakteristikasını ifadə edir. Pedaqoji ünsiyyət müəllimlərin və şagirdlərin qarşılıqlı sosial-psixoloji təsir sistemidir. Onun məzmunu informasiya mübadiləsi, tərbiyəvi təsir göstərmək, kommunikativ vasitələrin köməyi ilə qarşılıqlı münasibətləri təşkil etməklə bağlıdır. Bununla əlaqədar olaraq demək lazımdır ki, pedaqoji fəaliyyətdə ünsiyyət tədris vəzifələrini həll etmək vasitəsidir, təhsil prosesinin sosial-psixoloji təminatıdır, müəllimlərlə şagirdlərin qarşılıqlı münasibətlərinin təşkili qaydasıdır.
Beləliklə, pedaqoji ünsiyyət texnoloji planda yaradıcılığın xüsusi növüdür. O, informasiyanı vermək bacarığında, şagirdin vəziyyətini başa düşmək bacarığında, uşaqlarla qarşılıqlı münasibətləri qurmaq bacarığında, özünün psixi vəziyyətini idarə etmək bacarığında öz ifadəsini tapır.
Pedaqoji ünsiyyətin mərhələləri və onların həyata keçirilmə texnologiyası xüsusi əhəmiyyət kəsb edir. Həmin mərhələlər bunlardır: 1) pedaqoji ünsiyyətin modelləşdirilməsi; 2) pedaqoji ünsiyyətin bilavasitə təşkili; 3) pedaqoji ünsiyyətin idarə olunması; 4) pedaqoji ünsiyyətin texnologiyasının həyata keçirilməsinin gedişi və nəticələrinin təhlili.
Bu ardıcıllıq pedaqoji prosesdə yaranan ən tipik situasiyaları açıb göstərir. Pedaqoji ünsiyyətin üslubu müxtəlif olduğundan onların texnoloji xarakteristikası da, təbii ki, müxtəlif olacaqdır (avtoritar üslub, səhlənkar üslub, demokratik üslub, qarışıq üslub).
Pedaqoji cəhətdən məqsədəuyğun qarşılıqlı münasibətləri yaratmağın texnologiyası pedaqoji ünsiyyətlə qırılmaz surətdə bağlıdır. Belə münasibətlərin yaradılmasında müəllim şəxsiyyəti mühüm amildir. Müəllimlərlə şagirdlərin qarşılıqlı anlaşması yaranan münasibətlərin əsasıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.