Agirdlərə fərdi yanaşma prinsipi
Mürəkkəb ekskursiyaların əlaməti olaraq aşağıdakıları qeyd etmək istəyirəm:
“Yeni pedaqoji metodlara əsaslanaraq şagirdlərə fərdi yanaşma” mövzusunda metodoloji HESABAT
İnkişaf funksiyası şagirdlərin təhsil, idrak və praktik fəaliyyət üsulları arasında əlaqələrin mənimsənilməsi əsasında şagirdlər arasında ümumiləşdirilmiş fənlərarası bacarıqlar sistemini formalaşdırmaqla həyata keçirilir. Tədrisdə təhsilin yeni məzmununun, tədris prosesinin təşkilinin yeni metod və formalarının yenidən qurulmasına və yenidənişlənilməsinə əsaslanan yanaşmaların həyata keçirilməsi kompleks yanaşmanın konstruktiv funksiyasını xarakterizə edir.
Просмотр содержимого документа
«“Yeni pedaqoji metodlara əsaslanaraq şagirdlərə fərdi yanaşma” mövzusunda metodoloji HESABAT»
“Yeni pedaqoji metodlara əsaslanaraq şagirdlərə fərdi yanaşma” mövzusunda metodoloji HESABAT
İnkişaf funksiyası şagirdlərin təhsil, idrak və praktik fəaliyyət üsulları arasında əlaqələrin mənimsənilməsi əsasında şagirdlər arasında ümumiləşdirilmiş fənlərarası bacarıqlar sistemini formalaşdırmaqla həyata keçirilir. Tədrisdə təhsilin yeni məzmununun, tədris prosesinin təşkilinin yeni metod və formalarının yenidən qurulmasına və yenidənişlənilməsinə əsaslanan yanaşmaların həyata keçirilməsi kompleks yanaşmanın konstruktiv funksiyasını xarakterizə edir.
İnteqrasiya edilmiş yanaşmanı müstəqil metodoloji aspekt kimi ayırd etmək üçün əsas, fikrimcə aşağıdakı xüsusiyyətlərdir:
-təşkilatı və idarəetmə yönümlülük;
-təlim prosesinin inteqral struktur və funksional xassələrinin, onun funksiyalarının vəhdətdə əks olunması;
-müəllim və şagirdlərin bir-biri ilə əlaqəli fəaliyyətinin daxili və xarici aspektlərinə müraciət etmək.
İnteqrasiya edilmiş yanaşma bütün öyrənmə funksiyalarının həyata keçirilməsinə kömək edir: sistemli biliklərin, ümumiləşdirilmiş idrak bacarıqlarının, geniş idrak maraqlarının, ehtiyacların, dünyagörüşü münasibətlərinin və inanclarının formalaşması.
Onun uğurlu tətbiqi ”animasiya effekti” ilə əlaqələndirilir, belə demək mümkünsə, ayrı-ayrı fənlər üzrə idrak nəticələrini çoxaltmaqla yekun nəticə çoxalmayacaqdır. Burada əsas məqsəd şagirdlərin biliklərinin möhkəmləndirilməsidir. Məsələn, təbiət elmlərinin əsaslarının öyrənilməsinə inteqrasiya olunmuş yanaşma tədricən təbiət hadisələrinin qarşılıqlı əlaqəsi və həm də səbəbiyyət əlaqələrinin, onların dərk oluna bilməsinə aparan sistemli ideya və konsepsiyaların inkişafına kömək edir. Onun əsas komponentlərinin ( məqsədlər, məzmun, metodlar, formalar və vasitələr) qarşılıqlı əlaqəsi, aktiv fəaliyyəti və bütün təlim subyektlərinin qarşılıqlı əlaqəsini, təhsilin həyata keçirilməsi üçün optimal şəraitin yaradılmasını nəzərdə tutan təlim prosesinin sistemli qurulmasını təmin edir.
İnteqrasiya edilmiş yanaşma təhsil problemlərinin kompleks həllini həyata keçirir; fənndaxili və fənlərarası xarakterli təhsilin məzmununun komponentlərinin birləşdirilməsi, onların konsepsiyalar, nəzəriyyələr, metodlar və fəaliyyətlər səviyyəsində ümumiləşdirilməsi və s. Bu, bütün idrak vasitələrinin (prinsiplər, məzmun, metodlar) və təhsil formalarının (kollektiv, qrup, fərdi), eləcə də (kompleks ekskursiyalar, fənlərarası konfranslar, seminarlar, inteqrasiya olunmuş dərslər) və yaxud tədris vasitələrinin (vizual vəsaitlər, didaktik materiallar) kompleks istifadəsini nəzərdə tutur. İnteqrasiya edilmiş yanaşma nəticələrin təhlili və qiymətləndirilməsi üçün hərtərəfli çoxsəviyyəli metodologiyanı təmin edir.
Tarix fənninin tədrisində bu yanaşma humanitar elmlər tsiklinin müxtəlif fənlərdən şagirdlərin bilik və bacarıqlarının inteqrasiyası, inteqrasiya olunmuş kurslar yaratmaq, inteqrasiya olunmuş dərslər, seminar və ya fənlərarası konfranslar, kompleks ekskursiyalar inkişaf etdirmək üçün məzmun komponentlərinin inteqrasiyası üçün isifadə edilə bilər. Qeyd edim ki, inteqrasiya təlim prosesinin daxili tərəfi kimi özünün təşkilati formaları çərçivəsində həyata keçirilir. Fikrimcə, tədqiqata inteqrasiya olunmuş yanaşma ideyası ekskursiya işi zamanı ən effektiv və uğurlu olur.
Mürəkkəb ekskursiyaların əlaməti olaraq aşağıdakıları qeyd etmək istəyirəm:
-təhsil vəzifələrinin inteqrasiyası;
-məzmunun fənlərarası xarakteri;
-müəllim və şagirdlərin fəailiyyətinin təşkili üçün müxtəlif üsulların rasional birləşməsi;
-şagirdlərin hadisələr haqqında vahid baxışının formalaşdırılmasını təmin edən fənlərarası tapşırıqlar;
-şagirdlərin tədris-idrak və təhsil-təcrübi fəaliyyət növləri arasında əlaqə;
-ekskursiyaların tədris prosesinin təşkilinin əvvəlki və sonrakı formaları ilə əlaqəsi.
Fənlərarası əlaqə nəzəriyyə nöqteyi-nəzərindən biz mürəkkəb ekskursiyaları şagirdlərdə hadisələr haqqında vahid təsəvvür yaratmağa imkan verən ən mühüm didaktik və metodik vasitə hesab edirik. Belə ekskursiyaların məzmunu regionun tarixi, təbii-iqlim, coğrafi, florostik və fauna xüsusiyyətlərini əks etdirməlidir. Bu, təlim prosesinə lazımı sosial əhəmiyyət verir, məktəblilərdə idrak marağının, təhsil prosesinin tətbiqi yönümünün və yüksək emosionallığının inkişafına kömək edir. Tarix fənninin bütün bölmələrinin öyrənilməsi prosesində kompleks ekskursiyaların istifadəsi onların təşkilinin metodoloji tərəfinin inkişafı hesabına tarixi məlumatların miqdarını əhəmiyyətli dərəcədə artırmasa da, onların məzmununu yeniləməyə imkan verir. Bu cür ekskursiyalarda tarixin öyrənilməsinə inteqrasiya olunmuş yanaşmanın əsas ideyası fənnin bütövlüyü, hadisələr arasında əlaqə və qarşılıqlı asılılıq haqqında anlayışların formalaşmasına töhfə verən ümumi tarixi biliklərdən digərlərini təcrid etməkdir. Bu cür ekskursiyaların təşkili və keçirilməsinə kompleks yanaşma dedikdə, biz tarixin əsas intizamını qoruyub saxlamaqla, müxtəlif fənlər üzrə biliklərdən (Tarix, Təbiətşünaslıq, Həyat bilgisi, Coğrafiya, Fizika, Kimya), eləcə də metodlar toplusundan istifadəni nəzərdə tuturuq. Qarşıya qoyulan təhsil vəzifələrinin ən səmərəli həllini təmin etməli olan şagirdlərin tədris – idraki və fənn-praktiki fəaliyyətinin təşkili üçün elmi biliklər formalaşdırır və həm də özümüz üçün yeni üsul, vasitələr tapmış oluruq.
Belə yanaşma kömək edir:
-şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq yeni materialı öyrənməyə daha yüksək dərəcədə hazır olan tədris prosesinin təşkilinə;
-fərdi tədris metodlarının, o cümlədən aktiv olanların (problem, alqoritmik, tədqiqat və s. ) təbiqinə;
-frontal, qrup, fərdi təhsil fəaliyyətinin intensiv növbələşməsi əsasında təlimin təşkilinə;
-tarixi ekskursiyalarda qədim obyektlərin öyrənilməsinə inteqrasiya olunmuş yanaşmanın aparıcı ideyası fənlərarası əlaqədir ki, bu da aşağıdakı hallarda aşkarlanır:
-müxtəlif fənlərdən bacarıqların qarşılıqlı əlaqəli biliklər kompleksinə daxil edildikdə;
-tədris materialının inteqrasiyası və differensiallaşdırılması həyata keçirildikdə;
-təhsil problemləri yaratmaqla şagirdlərin təhsili, tərbiyəsi və inkişafı vəzifələri kompleks şəkildə həll edildikdə.
Ekskursiya işinin təşkilinə kompleks yanaşma aparıcı tarixi anlayışların ümumiləşdirilməsinə və müqayisə etmək, səbəb-nəticə əlaqələri qurmaq, bu əsasda dünyagörüşünə dair nəticələr çıxarmaq qabiliyyətinin eyni vaxtda inkişafına kömək edir.
Ekskursiyalarda tarixi obyektlərin öyrənilməsinə inteqrasiya olunmuş yanaşmanın həyata keçirilməsi problemini təhlil edərkən biz müəyyən edirik ki, tarix və digər fənlərin tədrisi metodologiyasını hərtərəfli nəzərdən keçirilməsi üçün məzmunun seçilməsi, fənlərarası əlaqələrin həyata keçirilməsi yolları üçün xüsusi təlimatlar yoxdur. Ekskursiyalar haqqında biliklərin inteqrasiyası ideyası hələ də geniş yayılmamış və lazımi şəkildə inkişaf etməmişdir.
Ekskursiya işinin təşkili metodlarının əhəmiyyətli çatışmamazlığı fikrimcə, aşağıdakılardır:
-tarixi obyektlərin kompleks tədqiqi metodlarının işlənib hazırlanması və öyrənilməsində yaradıcı xarakterli məktəblilərin müstəqil praktiki fəaliyyətinin zəif əks olunması;
-şagirdlərin ekskursiyalar üzrə fəaliyyəti onların tədqiqat bacarıqlarının inkişafından asılı olaraq dəyişməyən müfəssəl göstərişlərə əsasən həyata keçirilməməsi.
Məlumatverici vərəqlərdə (kartlarda) çox vaxt şagirdlərin fəaliyyətini aktivləşdirən, onlara tədqiqat yönümlü və problemi xarakterizə edən suallar daxil edilmir. Bu isə müəllimdə və şagirddə yeni dünyagörüşünün formalaşdırılması metodu kimi önəmlidir. Məlumdur ki, ölkəmizdə ixtisaslaşdırılmış təhsilə keçid şagirdlərdə müstəqil bilik axtarışı bacarıqlarını inkişaf etdirməyə, onların zehni fəaliyyətini intensivləşdirməyə, yaradıcılığı stimullaşdırmağa, fənnə maraq aşılamağa, laboratoriya avadanlığı, alət və cihazlarla işləməyə maraq oyatmaqla yanaşı, həm də onların bilik üzərindən çıxış etmələrinə və bildiklərini təhlil etmələrinə kömək edir. Bu isə o deməkdir ki, istər ali məktəb, istər tam orta məktəb olsun, istərsə də peşə təhsili şagirdlər üçün elmi ədəbiyyatı başa düşmək üçün lazımı baza yaradılmalıdır.
Peşə təhsili bir sıra belə forma və metodların geniş tətbiqi ilə seçilir: mühazirə və seminar sisteminin elementləri, məktəblilərin layihə və tədqiqat işlərinin təşkili, eksperimental tapşırıqlar və s. və il. Bu üsullardan biri də tədris müzakirəsidir. Latın dilində tərcümədə “discussion” sözü “müzakirə”, “araşdırma” və ya “təhlil” deməkdir. Başqa sözlə, bu söz çox vaxt müxtəlif mövqelərin, ideyaların, rəy və təkliflərin müqayisəsini nəzərdə tutan konkret problemin kollektiv müzakirəsidir.
Müzakirə dərsi çox hazırlıq tələb edir. Tədris metodu kimi tədris prosesində müzakirənin səmərəliliyi bir sıra amillərdən asılıdır. Onların bəziləri bunlardır:
-seçilmiş problemin aktuallığı. Seçilmiş problemin bir mənalı cavabları olmayan müxtəlif həlləri olmalıdır. Problemin həlli üçün birgə fəaliyyətin təşkil edilməsi arzu ediləndir;
-müzakirə iştirakçılarının (müzakirə edənlərin) məlumatlılığı, səriştəsi və düzgün öyrədilməsi;
-müəllimin müzakirə prosedurunun metadologiyasına malik olması;
-qaydalara və reqlamentə riayət edilməsi və s.
Mövzulardan asılı olaraq müzakirənin məqsədləri aşağıdakılar ola bilər:
-şagirdlərin tənqidi təfəkkürünün inkişafı;
-müəyyən problemin tədqiqi və təhlili;
-müəyyən mühakimələrin mübahisələndirilməsində müxtəlif yanaşmaların nəzərə alınması, məktəblilərə debat presudurunun öyrədilməsi və onlar arasında polemika mədəniyyətinin formalaşdırılması, rəqibə hörmətli münasibətin öyrədilməsi;
-emosional stresli mühitdə cavab vermək bacarığı;
-şagirdlərin yaradıcılıq potensialının reallaşdırılması və s. və il.
Müzakirə zamanı opponentlər nəinki qarşıdura, həm də bir-birini tamamlaya bilərlər. Müzakirənin səmərəliliyinin artırılmasının əsas şərti onun iştirakçılarının müxtəlif mövqelərini müqayisə etməkdir. Müzakirənin nəticələri yalnız qarşıya qoyulan məqsədlərlə deyil, həmçinin problemin aktuallığı ilə də müəyyən edilə bilər. Əgər problem geniş miqyasda götürülərsə, nəticə məlumatlarının sıralanması, alternativlərin axtarışı, nəzəri və ya praktiki şərh, elmi-metodoloji əsasllandırma ola bilər. Əgər problem spesifik, dar xarakter daşıyırsa, o zaman problemin həlli ehtimalı artır. Bu cür aydın davamlı müzakirələr müsbət nəticələr verir, ona görə ki, konkret qərarlar son mərhələdə qəbul edilir.
Hər bir müzakirə adətən 3 mərhələdən keçir:
3) Konsolidasiya – Müşahidə
(Konsolidasiya -birləşmə, həmrəy olma və müştərək hərəkət etmə; vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi)
Gəlin müzakirənin ardıcıl mərhələlərini nəzərdən keçirək:
Oriyentasiya mərhələsi müzakirə iştirakçılarının problemin özünə, bir-birinə, ümumi atmosferə və s. uyğunlaşmasını nəzərdə tutur. Müzakirənin ilk mərhələsinin başa çatması nəticəsində problem və onun məqsədləri formalaşır, mazakirə edənlərlə tanışlıq həyata keçirilir. Eləcə də müzakirənin qayda və qanunları müəyyən edilir, elmi terminlər dəqiqləşdirilir.
Qiymətləndirmə mərhələsi müzakirə iştirakçılarının təqdimatını, yaranan suallara cavablarını, maksimum fikir və təkliflərin toplanması, müəllim tərəfindən şəxsi ambisiyaların, müzakirə mövzusundan yayınmaların qarşısının alınmasını və yekunlaşdırmanı əhatə edir.
Konsolidasiya – Müşahidə pedaqoji təcrübənin öyrənilməsinin ən əlçatan və geniş yayılmış üsuludur. Müşahidənin çatışmamazlıqları: pedaqoji hadisələrin daxili tərəflərini aşkar etmir, bu üsuldan istifadə edərkən müəllim ancaq özünün şəxsi fikirləri çərçivəsindən iştirak edir, ona görə də məlumatın tam obyektivliyini təmin etmək mümkün olmur.
Təcrübənin öyrənilməsi pedaqoji tədqiqatın uzun müddət istifadə edilən başqa bir üsuludur. Geniş mənada bu, təhsilin tarixi əlaqələrinin qurulmasına, təhsil və təhsil sistemlərində ümumi, sabitliyin təcrid olunmasına yönəlmiş mütəşəkkil idrak fəaliyyəti deməkdir. Bu metodun köməyi ilə konkret problemlərin həlli yolları təhlil edilir, onların yeni şəraitdə tətbiqinin məqsədəuyğunluğu haqqında nəticələr çıxarılır. Buna görə də bu üsula çox vaxt tarixi üsul da deyirlər.
Söhbət pedaqoji tədqiqatın ənənəvi üsuludur. Söhbətlərdə, dialoqlarda, müzakirələrdə insanların münasibəti, hiss və niyyətləri, qiymətləndirmə və mövqeləri üzə çıxır.
Pedaqoji texnlogiya prinsiplərin müəyyən edilməsinə və texnikanın işlənilib hazırlanmasına, tədris prosesinin optimallaşdırılmasına, texnikanın layihələndirilməsinə və tətbiqinə, istifadə olunan metodların qiymətləndirilməsinə yönəlmiş tədqiqatdır. Əslində pedaqoji texnlogiya texniki və insan resurslarını, onların qarşılıqlı əlaqəsini nəzərə alaraq sistemli şüur metodudur.
Texnoloji yaradıcılıq təhsil və təlimin nəticələrini yaxşılaşdırmaq üçün yeni pedaqoji sistem və proseslərin, təhsil pedaqoji vəziyyətlərin axtarıldığı və yaradıldığı pedaqoji texnologiya və dizayn sahəsində fəaliyyətdir.
Təşkilatı yaradıcılıq müəllim və şagirdlər arasında planlaşdırmanın, nəzarətin, qarşılıqlı əlaqənin yeni üsullarını yaratmaq üçün idarəetmə və təşkilati fəaliyyət sahəsində bir fəaliyyətdir.
Müəllim kimi, fəaliyyətimin 30-cu ilidir ki, “pedaqoji texnologiyalar” anlayışını tədris prosesində formalaşdırmağa cəhd edirəm.
Şagirdlərə fərdi yanaşma prinsipi
Müasir dövrdə insanın hərtərəfli inkişaf etdirilməsi məktəblərimizin qarşısında ən mühüm vəzifə kimi durur. Şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarını yüksəltməkdə fərdi yanaşma prinsipi mühüm rol oynayır.
Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, onun biliyində və əxlaqında nəzərə çarpan qüsurları vaxtında görüb aradan qaldırmağa və müsbət cəhətləri daha da inkişaf etdirməyə imkan verir. Uşaq yaşa dolduqca, onun fərdi xüsusiyyətləri də inkişaf edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri nəzərə almalıdır, həm də necə rəftar apardığını da unutmamalıdır.
Sevimli şairimiz S.Vurğun yazırdı: “Müəllimlik işində adamlarla, xüsusən şagirdlərlə mədəni rəftar böyük əhəmiyyət kəsb edir. Uşaqlarla mədəni davranmağı bacarmayan müəllim yüksək nüfuz sahibi ola bilməz. Həssas uşaq ürəyi haqsızlığa, əsasız məzəmməti, ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır”.
Müəllim o vaxt şagirdlərə təsir göstərmək üçün əlverişli yol tapa bilər ki, şagirdlərin fəaliyyətində onları işə sövq edən səbəbləri dərindən öyrənsin. Fərdi yanaşma hər bir şagirdin qabiliyyətinin, marağının, meylinin, bilik və bacarığının formalaşmasına imkan verir. Fərdi yanaşma prinsipinin mahiyyəti klassik pedaqoqların və digər elm xadimlərinin əsərlərində daha aydın göstərilmişdir.
Təlim-tərbiyə işi ilə məşğul olan müəllim, uşağı, onun inkişaf xüsusiyyətlərini, keçirdiyi həyat şəraitini yaxşı öyrənməlidir. Böyük pedaqoq bu məqsədlə müəllimlərdən uşaq psixologiyasını öyrənməyi tələb edərək yazırdı:
“Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün siniflərdə, bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında, yüksələn və alçalan hallarda öyrənməlidir”.
Hər bir müəllim uşaq ruhuna təsir göstərməyi bacarmalıdır, əgər bacarmırsa, onun uşaqlar arasında da nüfuzu yüksək ola bilməz. Tərbiyə vermək üçün müəllim şagirdin marağını, dünyagörüşünü, səyini, həyat təcrübəsini, onu əhatə edən adamları, yaşadığı mühiti hökmən bilməlidir.
Müəllimlər şagirdlərə, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün gündəlik istiqamət verməlidirlər. Belə şagirdləri dərnəklərə və əlavə məşğələlərə cəlb etmək lazımdır.
Lakin şagirdin təlim işini başlı-başına buraxması, qüvvəsinə inamsızlığı, yoldaşlarından geri qalması, müəllimin düzgün olmayan rəyi, ailədə çox əzizləmək kimi hallar şagirddə məsuliyyətsizlik yarada bilər. Müəllim yeni mövzu üzərində hazırlıq işi apararkən həm də kimlərə tərbiyə cəhətdən təsir edəcəyini, zəif düşünən, utancaq, nitqi zəif inkişaf edən, işi səliqəsiz yerinə yetirən, dikbaş, tənbəl şagirdlərə necə yanaşacağını, necə kömək göstərəcəyini, yeni mövzunun sual-cavabla möhkəmləndirilməsi mərhələsində kimlərə və hansı suallarla müraciət edəcəyini nəzərə almalıdır. Müəllim yeni materialın izahı prosesində tədris etdiyi mövzunu elm və texnika ilə, habelə müasir həyatla əlaqələndirməli, həm də bunları rəvan, aydın, səlis və məntiqi danışmalı, tələsikliyə yol verməməlidir.
K.D.Uşinski bu nöqsanlardan bəhs edərkən yazırdı:
“Müəllim üçün kitabda müəyyən səhifəni dırnaqla və karandaşla işarə edib, onu gələn dərsə kimi öyrənməyi tapşırmaqdan asan şey yoxdur. Lakin çox erkən vaxtdan özbaşına buraxılan şagirdin bu əziyyətli səhifə üzərində necə can çəkdiyini, mənasını bilmədən onu necə əzbərlədiyini, işə necə yanaşmaq lazım olduğunu bilməyərək öz zəhmətini dəfələrlə necə artırdığını, həm dəftəri, həm əllərini və həm də üzünü mürəkkəbə bulayaraq yaza bilmədiyi hərf üzərində necə göz yaşı tökdüyünü müşahidə edin – o zaman siz, bəzən şagirddə təlimə qarşı nifrətin haradan doğulduğunu anlarsınız”.
Aparılan təcrübələr göstərmişdir ki, müəllimlər ev tapşırıqlarından iki variantda istifadə etməlidirlər.
Birincisi, ev tapşırığı zəiflər üçün nisbətən sadələşdirilməli, qüvvətli şagirdlər üçün biliyin dərinləşdirilməsi məqsədi ilə mürəkkəbləşdirilməlidir.
İkincisi, ev tapşırığının verilməsi ilə əlaqədar olaraq təlimdə yetirməyən şagirdlər üçün müəllim onların nədə yetirmədiklərinə aid qabaqca tapşırıq müəyyən etməlidir, eyni zamanda daha yaxşı bilənlər üçün əlavə tapşırıq seçməlidir ki, onların biliyini daha da dərinləşdirsin. Evə tapşırıq verərkən bərabərçiliyə yol vermək olmaz. Ev tapşırığının fərdiləşdirilməsi hər bir şagirdin səmərəli işləməsini gücləndirir, onun geriliyini aradan qaldırır və müstəqil işləməsi üçün şərait yaradır. Bütün bunlar şagirdlərin elmi-dünyagörüşünü və onların dərin biliklər sisteminə yiyələnməsinə zəmin yaradır. Müasir dövrdə yeni insanların formalaşması əməli vəzifəyə çevrilməlidir.
Təlim prosesində şagirdlərə fərdi yanaşma
Bütün bu səbəblərin hər birinin özünəməxsusluğu və xırdalıqları var.
Müəllim psixologiya və uşaq inkişafı ilə sıx əlaqəli olmalı və vaxtaşırı biliklərini artırmalıdır. Uşaq inkişaf etaplarını bilməyən müəllim sözsüz ki, kömək etməkdə çətinlik çəkəcək.
“ Uşaq İnkişafı” nədir?
BMT “Uşaq Hüquqları üzrə Konvensiyası”nda 18 yaşa qədər hər kəs uşaq sayılır. Bu dövr uşaq inkişaf dövrü olaraq, çox mürəkkəb prossesdir və bu inkişaf insanın gələcək həyatının təməlinin əsasını təşkil edir.
Uşaq İnkişafı anlayışı 4 müxtəlif istiqaməti özündə əks etdirir.
- Fiziki inkişaf və motorika – Hərəkət və hərəkətlər arasında koordinasiyasını əhatə edir.
- İdraki inkişaf — yaddaş, qərarvermə, məntiqi təfəkkür, riyazi bacarıqlar, həndəsi qurmalar və s nəzərdə tutur.
- Sosial – emosional inkişaf – Qayğı göstərən şəxslər, yaşıdları və ətraf aləmlə uşaq arasındakı bağlılıq
- Nitq inkişafı – İlk hecanı dedikdən, səlis, sərbəst danışana qədər olan prosses
Uşaq inkişafı eyni zamanda 3 mərhələyə bölünür:
- Erkən uşaqlıq dövrü 0 – 6 yaş
- Orta uşaqlıq dövrü 6 -12 yaş
- Yeniyetməlik dövrü 12 – 18 yaş
Hər bir müəllim Uşaq İnkişaf etaplarında hər dörd istiqamət üzrə uşağın normal davranış və inkişaf ardıcıllığını bilməli və izləməlidir. Bu 4 istiqamətdən birində problem varsa, dərs keyfiyyətinə mütləq təsir edəcək və öyrənmə prossesini ləngidəcək.
Bunun qarşını almaq üçün şagirdi hərtərəfli öyrənmək və tətqiq etmək lazımdır.
Mənim təklifim maraqsız və ya uzun ola bilər, ama nəticəsiz olacağını düşünmürəm. Şagirdin təhsildə keyfiyyətini artırmaq üçün, onun ailədə dəyərini, yaşamını, ətrafını, sağlamlığını, düşüncə, ideya və istəklərini öyrənməliyik.
Bunun üçün “ Sosial iş prinsiplərindən” yararlanaraq, eyni zamanda sadələşdirərək və təhsilə uyğunlaşdıraraq hazırladığım “5 addım” prinsipini sizə təqdim edirəm.
İlk dəfə Monika Mak Qoldrikin istifade etdiyi bu üsul ailə və ailə üzvləri arasında münasibətləri öyrənir. Bu genoqram dərin psixoloji faktorları öyrənmək üçün istifadə olunur. Genoqramın sadələşdirilmiş variantını təqdim edirəm.
- Ata (kişi)
- Ana (qadın)
- Uşaq
- Normal münasibətlər
- Qırılmış münasibətlər
Ziqzaq xətlə problemli münasibətlər göstərilir.
Şagirdlərlə 30 dəq vaxt sərf edərək bu sualları cavablandırıb əlimiz altında saxlamalı və üzərində öz qeydlərimizi və addımlarımızı yazmalıyıq.
Zəif tərəflərin üzə çıxarılıb, aradan qaldırması keyfiyyət faizini yüksəldə bilər.
Digər tərəfdən genoqram vasitəsilə şagirdə ailənin dəstəyini öyrənə və kimin nece kömək edəcəyini aydınlaşdıra bilərik.
Şagirdin coğrafi ətrafını təyin edən xəritədir. Ekoxəritə vasitəsi ilə şagirdin əlaqədə olduğu yerlərin siyahısını tərtib edə, tanıya və araşdıra bilərik. Şagirdin ekoxəritəsi nə qədər zəngin və sağlamsa şagird bir o qədər zəngin dünyagörüşə malikdir. Ekoxəritə vasitəsi ilə biz şagirdin ətrafını araşdırıb kömək məqsədi ilə resurslar üzə çıxara bilərik. Məs: Şagirdin getdiyi dost ailənin uşağı ilə həmyaşıd olması ona dərslərində kömək ola bilməsi üçün əla fürsətdi. İki fərqli məktəbdə oxuyan şagird arasında yarışmalar təşkil etmək , şagirdləri təhsilə həvəsləndirmək gözəl olar.Və yaxud yaxında yaşayan əmi ailəsində yaşca yuxarı sinifin şagirdi olan əmioğlu varsa, təbii ki, əla resursdur.
Məktəb Kitabxana
Baba evi Şagird Digər qohumlar
İdman məktəbi Musiqi məktəbi
3.Uşağın qiymətləndirilməsi cədvəli
Şagirdimizlə 10 dəq vaxt sərf edərək, sualları cavablandırmasını istəyirik və sualların cavablarını analiz edərək, ailə tablosunu yaradırıq. Uşağın ailədəki yerini və dəyərini təyin etdikdən və bildikdən sonra kömək etmək daha asan olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.